Ölünün ailəsinə baş sağlığı vermək və bunda diqqət ediləcək xüsuslar
• Ölü sahibinə tə'ziyə etmək (baş sağlığı vermək), gözəldir. "Zahiriyyə"də də belədir.
• Həsən b. Ziyad'ın, belə dediyi rəvayət edilmişdir: "Cənazə sahiblərinə, 1 dəfə baş sağlığı vermək, kifayət edir. İkinci dəfə baş sağlığı vermək, münasib olmaz." "Mudmarat"da da belədir.
• Tə'ziyə'nin vaxtı: ölümdən sonra 3 gündür. 3 gündən sonra baş sağlığı vermək, məkruhdur. Ancaq, baş sağlığı verən və ya özünə baş sağlığı verilən kimsə, qaibdirsə, təziyə'nin 3 gündən sonra olmasında da bir beis yoxdur.
Tə'ziyə'ni, ölünün dəfnindən əvvəl etmək, -əgər cənazə sahiblərində, fəryad yoxdursa- dəfndən sonra etməkdən, daha əfdaldır. Yəni, bir kimsə, cənazə sahiblərini sakit görərsə, dəfndən əvvəl baş sağlığı verər.
Ölünün bütün qohum-əqrəblarına baş sağlığı vermək, müstəhəbdir. Böyük olsun, kiçik olsun; kişi olsun, qadın olsun...Ancaq, ölünün qohum-əqrəbası olan gənc qadınlara, məhrəmi olmayan kimsələr, baş sağlığı verə bilməzlər. "Siracu'l-Vəhhac"da da belədir.
• (Müsəlman ölünün ailəsinə, qohum əqrəbasına) baş sağlığı verərkən, belə demək müstəhəb olar:
"Ğaffərallahu taala li meyyitikə və təcəvəz anhu. Və təğmidəhu bi rahmətihi. Və razəqakə's-sabrə alə musibətihi. Və əcrakə alə məvtihi."
Yəni:
Allah Taala, ölünüzü bağışlasın; günahlarını əfv etsin. Və ona, rəhməti ilə davransın. Allah Taala, onun ölümündən dolayı, sənə səbr versin. Və onun ölümünə səbr etməyindən dolayı, mükafatını artırsın.
• Tə'ziyə'lərin ən gözəli, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təziyəsidir. O (sallallahu aleyhi və səlləm), belə deyərdi:
"İnnə lilləhi mə əxəzə və ləhu mə ə'ta və kullə şeyin indəhu biəcəlin musəmmə."
Yəni:
Şübhəsiz ki, aldığı da, verdiyi də, Allahındır. Bilinən, təyin edilən əcəl, Allah yanındadır (yəni, kimin nə vaxt öləcəyini, ancaq Allah bilir.)
• Müsəlman bir kimsə, kafirə baş sağlığı verərkən, (belə deyər):
"Ə'zaməllahu əcrakə və əhsənə azəəkə."
Yəni:
Allah, əməlinin qarşılığını böyük qılsın. Və sənə səbr versin.
• Bir kafir də, bir müsəlmana baş sağlığı verərkən (belə deyər):
"Allah, sənə səbr versin və ölünü bağışlasın."
Burda, kafir: "Ə'zaməllahu əcrakə = Allah, əməlinin qarşılığını böyük qılsın." deməz.
• Bir kafir, digər bir kafirə baş sağlığı verərkən (belə deyər):
"Əhsənallahu azəəkə və ğafəra liməyyitikə."
Yəni:
"Allah, sənə səbr versin və ölünü bağışlasın."
Kafir isə, burda: "Əzaməllahu əcrakə" deməz.
(Yenə) bir kafir, digər bir kafirə baş sağlığı verərkən:
"Əxləfəllahu aleykə və lə təqasə ədədəkə." deyər.
Yəni:
Allah, sənə xələf versin və ədədini, əskiltməsin.
"Siracu'l-Vəhhac"da da belədir.
• Cənazəsi olan kimsələrin, insanların gəlib baş sağlığı vermələri üçün, bir evdə və ya bir məsciddə oturmalarında, bir beis yoxdur. Ancaq evin qapısında oturmaq isə, məkruhdur. Əcəm diyarlarında olduğu kimi, bir xalça sərib yol ortasında dayanmaq, çirkin şeylərin ən çirkinlərindəndir. "Zahiriyyə"də də belədir.
• "Xizənətu'l-Fətəva"da: "Müsibətdən (bir yaxının ölməsindən dolayı) oturub 3 gün gözləmək xüsusunda, ruxsat vardır. Ancaq, bunun tərk edilməsi, daha əvladır." deyilmişdir.
• Ölünün ardından səsli ağlamaq, caiz deyildir. Qəlbin incəlmiş, həssaslaşmış olmasından dolayı, səssiz bir şəkildə ağlamaqda bir beis yoxdur.
• Bir yaxını ölmüş olan kişilərin, qara paltar geyinmələri və onu tə'ziyə üçün cırıb parçalamaqları, məkruhdur.
Qadınların isə, qara paltar geyinmələrində, bir beis yoxdur. Ancaq, bunların da, üzlərini qaralamaları; yaxalarını, üzlərini cırmaları; saçlarını yolmaları; başlarına torpaq saçmaqları; dizlərinə və sinələrinə vuraraq özlərini döymələri; qəbirlərin üzərinə od yandırmaları, batildir; cahiliyyə adətlərindəndir və boş bir aldanmadır. "Mudmarat"da da belədir.
• Ölü sahibləri üçün, qonşularının yemək bişirmələrində, bir beis yoxdur. "Təbyin"də də belədir.
• Ölümü izləyən ilk 3 gündə, ölü evinin yemək yedizdirməsi, qonaqlıq verməsi, mübah deyildir. "Tatarxaniyyə"də də belədir.
("əl-Fətəva əl-Hindiyyə", "Namaz kitabı", 21-ci bab: "Cənazələr", 6-cı fəsil)
-----------------------------------
Əlavələr:
Ölünün ailəsinə yemək hazırlamağın müstəhəbliyi və ölü ailəsinin insanlar üçün bunu etməsinin məkruhluğu:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/olunun-ail%C9%99sin%C9%99-ye...
Kafir ölüyə dua etmək, caizdirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kafir-oluy%C9%99-dua-etm%C9%...
