Malı uğrunda öldürülən şəhiddirmi?
Abdullah b. Amr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Malı uğrunda döyüşüb (ölən) kimsə, şəhiddir."
------------------------
İzahı:
Malı uğrunda döyüşən şəxsin hökmü, nədir?
• Nəvəvi, deyir:
Bu hədisdən, insanın, öz malını haqsız yerə almağa çalışan şəxsi öldürməsinin caiz olduğu başa düşülür. Malı, istər az, istərsə də çox olsun, fərqi yoxdur. Alimlərin ümumunun görüşü, budur. Bunu, fərz qəbul edənlərin görüşü isə, tək qalmışdır. Bəzi Maliki fəqihləri, belə demişlərdir: Xəfif (yəni, dəyəri az) bir malı almaq istədiyində onu öldürmək, caiz olmaz.
• Qurtubi, deyir:
Bizə (Malikilərə) görə, bu xüsusdakı görüş ayrılığının səbəbi, budur:
Bu icazə,
~ Pis (dinin qəbul etmədiyi) bir şeyi dəyişdirmək növündən bir icazədirmi? Yoxsa,
~ Görəcəyi zərəri özündən uzaqlaşdırmaq növündən bir icazədirmi?
Birinci halda, az mal ilə çox mal arasında fərq qalmaz. İkincisində isə, ikisinin halı, fərqlidir.
• ibnu'l-Munzir, Şafi'nin belə dediyini nəql edir:
İnsanın, malı və ya canı alınmaq; ya da namusuna ləkə sürülmək istəndiyində, bu adam, hücum edən şəxslə danışmaq ilə kömək istəmək arasında, sərbəstdir. Adamı:
~ Əngəlləyə bilər və ya adam, özü bundan daşınarsa, onunla, ölümünə döyüşməz.
~ Əngəlləyə bilməməsi halında, adamı öldürməklə nəticələnsə belə, bu şəxs, özünü müdafiə edə bilər. Öldürməsi halında, diyət və kəffarət ödəməsi də, lazım gəlməz. Lakin onu, qəsdən öldürmək haqqı yoxdur.
(Yenə) ibnu'l-Munzir, belə deyir:
Elm əhlinin mənimsədiyi görüş, budur:
İnsan, malı haqsız yerə alınmaq istəndiyində, heç bir ayırım olmadan, özünü müdafiə edə bilər. Ancaq, özündən hədis əzbərlənən hədis alimləri, idarəçini, bu hökmün xaricində tutmaq xüsusunda, (sanki) icma etmiş kimidirlər. Çünki, idarəçi (və ya başçının) etdiyi zülmə səbr etməyi əmr edən və baş qaldırmağı qadağan edən bəzi hədislər nəql edilmişdir.
• Əvzai isə, insanların birlik olduğu və başlarında bir idarəçinin olduğu hal ilə, insanların ayrılmış (dağınıq) olduqları halı, bir-birindən ayırmış; və bu hədisi, başlarında idarəçilərin olduğu birinci hal üçün məqbul görmüşdür. Dağınıqlıq halında isə, insan, malını, könüllü bir şəkildə təslim etməli və kimsə ilə döyüşməməlidir.
Ancaq (qeyd etmək lazımdır ki), bu, Muslim'in zikr etdiyi əbu Hureyrə hədisilə zidd düşməkdədir. Bir nəfər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək:
"Bir nəfər, mənim malımı, zorla əlimdən almaq üçün gəlsə, (buna) nə deyərsən?"
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Ona vermə." deyə buyurdu.
- Adam: "Bəs mənimlə döyüşsə, necə?" deyə soruşdu.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Sən də onunla döyüşərsən." deyə buyurdu.
- Adam: "Bəs yaxşı, o məni öldürərsə, necə?" deyə soruşdu.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Şəhid olarsan." deyə buyurdu.
- Adam: "Mən onu öldürsəm, necə?" deyə soruşdu.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "O adam, cəhənnəmdədir." deyə buyurdu.
• ibn Battal, deyir:
Buxari, bunu açıqlamaq üçün, bu mövzuya, bu bölmədə yer vermişdir: İnsanın, canını və malını müdafiə etmək haqqı vardır. Bu müdafiəsi qarşılığında da, heç bir məsuliyyəti yoxdur. Çünki bu müdafiə vaxtında öldürülərsə, şəhid olar; öldürərsə, qisas cəzası və diyət ödəməsi lazım gəlməz.
(ibn Həcər Asqalani, "Fəthu'l-Bari", 47-ci kitab: "Kitabu'l-Məzalim / Haqsızlıqla ələ keçirilənlər kitabı", 33-cü bab: "Malı uğrunda vuruşan kimsə", hədis no: 2480
