Cümə günü ölən şəhiddirmi?
Cümə günü ölməyin fəzilətini ifadə edən ilk rəvayət, -təsbit edə bildiyimiz qədərilə- Abdu'r-Rəzzaq'ın "əl-Musannəf"i və Əhməd b. Hənbəl'in "Müsnəd"ində yer almaqdadır. Bununla bərabər, Abd b. Humeyd, Tirmizi, əbu Yə'lə, Taberani, əbu Nuaym və Beyhaqi də, cümə günü ölümün şəhidlik olması rəvayətini təxric edən mühəddislərdəndir. Bəhsi keçən müəlliflər və onların təxric etdikləri sənəd və mətnlər, aşağıdakı kimidir:
1. Abdu'r-Rəzzaq:
ibn Cureyc ---> bir adam ---> ibn Şihab ---> Peyğəmbər
مَنْ مَاتَ لَيْلَةَ الْجُمُعَةِ - اَوْ يَوْمَ الْجُمُعَةِ - بَرِئَ مِنْ فِتْنَةِ الْقَبْرِ« اَوْ قَال:َ »ُوقِيَ فِتْنَةَ الْقَبْر،ِ وَكُتِبَ شَهِيَدًا
"Kim cümə gecəsi və ya cümə günü ölərsə, qəbr fitnəsindən bəri olar. (Ya da dedi): qəbr fitnəsindən qorunmuş və şəhid olaraq yazılmışdır." (1)
2. Abdu'r-Rəzzaq:
ibn Cureyc ---> Rəbia b. Seyf ---> Abdullah b. Amr ---> Peyğəmbər
بَرِئَ مِنْ فِتْنَةِ الْقَبْر
"...Qəbr fitnəsindən bəri (uzaq) olmuşdur." (2)
3. Abdu'r-Rəzzaq:
ibn Cureyc ---> bir adam ---> əl-Muttalib b. Həntəb ---> Peyğəmbər
مَنْ مَاتَ لَيْلَةَ الْجُمُعَةِ بَرِئَ مِنْ فِتْنَةِ الْقَبْر
"Kim cümə gecəsi ölərsə, qəbr fitnəsindən bəri olmuşdur." (3)
4. Əhməd b. Hənbəl:
Sureyc b. Numan ---> Bəqiyyə b. əl-Vəlid ---> Muaviyə b. Səid ət-Təcibi ---> əbu Qabil əl-Misri ---> Abdullah b. Amr ---> Peyğəmbər
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَةِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ ُوقِيَ فِتْنَةَ الْقَبْرِ
"Kim cümə günü ya da gecəsi ölərsə, qəbr fitnəsindən qorunmuşdur." (4)
5. Əhməd b. Hənbəl:
əbu Amir əl-Aqadi ---> Hişam b. Sə'd ---> Səid b. əbi Hilal ---> Rəbia b. Seyf ---> Abdullah b. Amr ---> Peyğəmbər
مَا مِنْ مُسْلِمٍ يَمُوتُ يَوْمَ الْجُمُعَةِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ اِلَّا وَقَاهُ اللهُ فِتْنَةَ الْقَبْرِ
"Müsəlmanlardan hər kim cümə günü, ya da cümə gecəsi ölərsə, Allah onu qəbr fitnəsindən (qəti olaraq) qoruyar." (5)
6. Abd b. Humeyd:
Yezid b. Harun ---> Bəqiyyə əl-Vəlid ---> Muaviyə b. Səid ət-Tucibi ---> əbu Qabil əl-Misri ---> Abdullah b. Amr ---> Peyğəmbər
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَة,ِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ ُوقِيَ فِتْنَةَ الْقَبْرِ
"Kim cümə günü ya da cümə gecəsi ölərsə, qəbr fitnəsindən qorunar." (6)
7. Tirmizi:
Muhamməd b. Bəşşar ---> Abdu'r-Rahmən b. Mehdi ---> əbu Amir əl-Aqadi ---> Hişam b. Sə'd ---> Səid b. əbi Hilal ---> Rəbia b. Seyf ---> Abdullah b. Amr ---> Peyğəmbər
مَا مِنْ مُسْلِمٍ يَمُوتُ يَوْمَ الجُمُعَةِ اَوْ لَيْلَةَ الجُمُعَةِ اِالَّ وَقَاهُ اللَّهُ فِتْنَةَ القَبْرِ
"Müsəlmanlardan hər kim cümə günü, ya da cümə gecəsi ölərsə, Allah onu qəbr fitnəsindən (qəti olaraq) qoruyar." (7)
8. əbu Yə'lə əl-Məvsili:
əbu Mə'mər İsmayıl b. İbrahim ---> Abdullah b. Cə'fər ---> Vaqid b. Sələmə ---> Yezid ər-Rəqqaşi ---> Ənəs b. Malik ---> Peyğəmbər:
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَةِ ُوقِيَ عَذَابَ الْقَبْر
"Kim cümə günü ölərsə, qəbr əzabından qorunar." (8)
9. Taberani:
Bəkr b. Səhl ---> Muhamməd b. əs-Səri əl-Asqalani ---> Bəqiyyə b. əl-Vəlid ---> Muaviyə b. Səid ət-Təcibi ---> əbu Qabil əl-Misri ---> Abdullah b. Amr ---> Peyğəmbər
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَةِ وَلَيْلَةَ الْجُمُعَةِ ُوقِيَ فِتْنَةَ الْقَبْر
"Kim cümə günü və cümə gecəsi ölərsə, qəbr fitnəsindən qorunmuşdur." (9)
10. əbu Nuaym əl-İsfahani:
Abdu'r-Rahmən b. Abbas əl-Vərraq ---> Əhməd b. Davud əs-Sicistani ---> əl-Həsən b. Səvvər ---> Amr b. Musa əl-Vəcih ---> Muhamməd b. Munkədir ---> Cabir b. Abdillah ---> Peyğəmbər
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَةِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ اُجِيرَ مِنْ عَذَابِ الْقَبْرِ وَجَاءَ يَوْمَ الْقِيَامَةِ عَلَيْهِ طَابَعُ الشُّهَدَاءِ
"Kim cümə günü ya da cümə gecəsi ölərsə, qəbr əzabından qorunar. Və qiyamət günü şəhidlik möhürü ilə gələr." (10)
11. Beyhaqi:
Süleyman b. Adəm ---> Bəqiyyə b. əl-Vəlid ---> Muaviyə b. Səid ət-Tucibi ---> əbu Qabil əl-Misri ---> Abdullah b. Amr ---> Peyğəmbər
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَةِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ ُوقِيَ فِتْنَةَ الْقَبْرِ
"Kim cümə günü və ya gecəsi ölərsə, qəbr fitnəsindən qorunmuşdur." (11)
12. Beyhaqi:
əbu Tahir əl-Fəqih ---> əbu Həmid b. Bilal ---> əbu'l-Əzhər ---> Zeyd b. Hubab ---> Abdullah b. Muəmməl ---> İkrimə b. Xalid əl-Məxzumi
مَنْ مَاتَ يَوْمَ الْجُمُعَةِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ خُتِمَ بِخَاتَمِ الْاِيْمَان،ِ وَُوقِيَ عَذَابَ الْقَبْرِ
"Kim cümə günü və ya gecəsi ölərsə, iman xatəmi (möhrü) ilə möhürlənər. Və qəbr əzabından qorunar." (12)
----------------------------
----------------------------
Hədis, mətn cəhətindən incələndiyində, bütün rəvayətlərdə, cümə günü, yaxud cümə gecəsində ölən kimsənin, qəbr fitnəsi, yaxud da qəbr əzabından qorunacağı bildirilmişdir. Bununla bərabər, bu gün və gecədə ölənlərin, şəhid olaraq yazılacağı, qiyamət günü, şəhidlərin ardından gələcəyi və iman möhrü ilə möhürlənəcəklərini ifadə edən bəzi əlavələrin də olduğu, görülməkdədir.
Bütün bu əlavələrə baxmayaraq, bütün təriqlər, ortaq bir mənada toplanaraq, "cümə gününün digər günlərdən fərqli olduğu və bu gündə ölənin, qəbr həyatında bəzi nemətlərə nail olacağı" xəbər verilməkdədir.
Digər tərəfdən, rəvayətin qeyd edildiyi ən köhnə kitab olan "əl-Musannəf"də, isnadda yer alan bəzi adların məchul olduğu və bəzi yerlərdə də inqita (qopuqluq) olduğu diqqət çəkməkdədir.
Ancaq, Əhməd b. Hənbəl'dən etibarən, sonrakı dövrlərdə, bəhsi keçən əskiklik və cəhalət halı ortadan qaldırılaraq, daha kamil isnadlara çevrildiyi də, bir həqiqətdir.
Bu səbəbdən, hədislərin tədqiqinə, Abdu'r-Rəzzaq'ın qeydləri daxil edilməyib, hədisin, daha sonrakı dövrlərdə təsnif edilən və xüsusilə isnad cəhətindən mərfu və müsnəd olmaq xüsusiyyəti daşıyan təriqləri üzərində dayanılacaqdır.
Yenə, hədisləri dəyərləndirmə əsnasında, rəvayətin çoxca təxric edilməsi və bilinən olması nəzərdə tutularaq, səhabə ravilərinə görə bir təsnif yolu izlənəcəkdir.
-----------------------------
-----------------------------
Hədisin, isnad cəhətindən dəyərləndirilməsi:
1. Abdullah b. Amr rəvayəti:
İlk qaynaqlarda da görüldüyü kimi, hədisin ən məşhur rəvayəti, səhabədən Abdullah b. Amr tərəfindən nəql edilmişdir. Mərfu olaraq nəql edilən bu rəvayət, sair kitablarda, əba Qabil əl-Misri və Rəbia b. Seyf yolu ilə, 2 fərqli təriqlə gəlmişdir.
1. əba Qabil əl-Misri təriqi:
Abdullah b. Amra isnad edilən rəvayətlərin birincisi,
əba Qabil əl-Misri ---> Muaviyə b. Səid ət-Tucibi ---> Bəqiyyə b. əl-Vəlid rəvayətidir.
• əba Qabil əl-Misri:
Əsl adı, Huyey b. Hani əl-Məafiri'dir. Əhməd b. Hənbəl, Yəhya b. Main və əbu Zura'ya görə, hədisdə siqa bir ravidir. Eyni zamanda, əbu Hatim, "fitən və məlahim" hədislərində, onu əhəmiyyətli görmüşdür. Ancaq ibn Hibban, siqalar arasında zikr etdiyi ravinin, eyni zamanda, rəvayətlərdə xəta edə bildiyini də söyləmişdir. (13)
• Muaviyə b. Səid ət-Tucibi:
Adı, Muaviyə b. Səid b. Şureyh b. Uzrə ət-Tucibi əl-Misri'dir.
ibn Hibban, onun, munqati (qopuq) hədislər nəql etdiyindən bəhs etmişdir. (14) Yeddinci dərəcədən məqbul bir ravi olub, "saduq", "həsənu'l-hədis", "əzizu'l-hədis" vəsfləri ilə zikr edilmişdir. Cərh edildiyinə dair, bir məlumat yoxdur. (15)
• Bəqiyyə b. əl-Vəlid:
Adı, Bəqiyyə b. əl-Vəlid b. Səid b. Ka'b əl-Himyəri'dir.
Bir çox mühəddis tərəfindən, zəif ravilərdən doğru-yalnış nəqllər etməklə tənqid edilmişdir. (16) ibn əbi Hatim'in, onun haqqında, bu sözü əhəmiyyətlidir:
"Atamdan, Bəqiyyə haqqında soruşdum. Onun rəvayətlərinə qarşı diqqətli olmağımı; çünki, ondan gələn rəvayətlərin təmiz olmadığını söylədi." (17)
ibnu'l-İraqi isə, onun, tədlis etməklə şöhrət qazandığını söyləmişdir. (18)
• Sureyc b. Numan:
Künyəsi, əbu'l-Hüseyn; adı isə, Sureyc b. Numan b. Mərvan əl-Cəvhəri'dir.
əbu Davud, Yəhya b. Main, əl-İcli, ibn Sə'd, onu, "siqa" olaraq dəyərləndirərkən; Zəhəbi də, "Mühəddislərin iləri gələnlərindən biri idi." demişdir. (19)
---------------------------
2. Rəbia b. Seyf təriqi:
Abdullah b. Amr'dan mərfu olaraq gələn ikinci rəvayət isə, Əhməd b. Hənbəl və Tirmizi tərəfindən ortaq bir mətnlə, bu şəkildə keçməkdədir:
مَا مِنْ مُسْلِمٍ يَمُوتُ يَوْمَ الْجُمُعَةِ اَوْ لَيْلَةَ الْجُمُعَةِ اِلَّا وَقَاهُ اللهُ فِتْنَةَ الْقَبْرِ
Hər iki əsərdə (Tirmizi və Müsnəddə) də,
Abdullah b. Amr ---> Rəbiə b. Seyf ---> Səid b. əbi Hilal ---> Hişam b. Səid ---> əbu Amir əl-Aqadi
adlarının ortaq ravilər olması ilə bərabər; Tirmizinin isnadında, əlavə olaraq,
Abdu'r-Rahmən b. Mehdi ---> Muhamməd b. Bəşşar
adlı ravilər də yer almaqdadır.
Buna görə,
~ Əhməd b. Hənbəlin rəvayəti, ali isnad;
~ Tirmizinin rəvayəti isə, nazil isnad
olaraq qarşımıza çıxmaqdadır.
• Rəbia b. Seyf:
Adı, Rəbia b. Seyf b. Mafi əl-Muafiri əl-İsgəndərani olan ravi, tabiun nəslindəndir.
Buxari, onun üçün, "munkəru'l-hadis" demişdir. (19) Başqa yerlərdə isə, "hədisi götürülməz" və "haqqında kəlam edilmişdir" şəklində, cərh ifadələri ilə zikr edilmişdir. (20) ibnu'l-Cevzi və Zəhəbi kimi alimlər də, onu, zəif ravilər arasında zikr etmişlərdir (21). Ancaq, Nəsai və Daraqutni, onun haqqında, müsbət qənaət bəyan etmişlərdir. (22) ibn Hibban isə, siqa ravilər arasında zikr etməklə bərabər, onun, çox xəta etdiyinə diqqət çəkmişdir. (23)
• Səid b. Hilal əl-Leysi:
əbu'l-Əlai əl-Misri künyəsi ilə bilinən ravi, "imam", "hafiz" və "fəqih" olaraq adlandırılmışdır. (24) Rəvayətləri, Kütübü Sittə olaraq bilinən kitabda yer almaqdadır. (25) O, siqa bir ravidir. (26) və siqa olması, sabitdir. Səid b. Hilal, sadəcə ibn Hazm tərəfindən qüvvətli görülməmişdir. (27)
• Hişam b. Sə'd əl-Qureyş:
əbu Abbad künyəsilə tanınan ravi, Mədinəlidir. (28) Mühəddislər nəzərində, çox da məqbul bir yeri yoxdur. Yəhya b. Səid əl-Qattan, ibn Sə'd, ibn Main, Əhməd b. Hənbəl, Nəsai, ibn Adiyy kimi alimlərin, onun haqqında,
~ "Hafiz deyil",
~ "Ondan hədis götürülməz."
~ "Zəif olmasına baxmayaraq, hədisi yazıla bilər."
~ "İsnadı bilmədən nəql edərdi."
~ "Qüvvətli deyil."
~ "Siqalara müvafiq olarsa, hədisi götürülə bilər; deyilsə, hökmsüzdür."
~ "Bir çox hədis, ondan dolayı zəifdir."
kimi bəyanları vardır. (29)
• əbu Amir əl-Aqadi:
Adı, Əbdü'l-Məlik b. əbu Amir əl-Aqadi əl-Basri'dir. (30) Qaynaqlarda, Əhməd b. Hənbəl, ibn Main və Nəsai'yə ətf edilən nəqllərdə, onun üçün,
~ "siqa",
~ "saduq",
~ "mə'mun",
~ "Hədisini götürün."
~ "Bəsrə əhlinin hafizlərindəndir."
kimi müsbət bəyanlara yer verilmişkən; haqqında, hər hansı bir cərh ifadəsinə rast gəlinmir. (31)
Cümə günü vəfat edən kimsənin qəbr fitnəsindən bəri olacağını bildirən hədislər içərisində, Kütüb-ü Sittə'də yer alması səbəbilə, ən çox bilinən və haqqında qənaət bildirilən rəvayət, heç şübhəsiz, Abdullah b. Amr ---> Rəbia b. Seyf kanalı ilə nəql edilən rəvayətdir.
Yuxarıda da ifadə edildiyi üzərə, hədisin raviləri arasında yer alan Rəbia b. Seyf və Hişam b. Sə'd əl-Qureyş, qahir əksəriyyətin qənaətinə görə, zəif ravilərdir. Bu zəiklik də, bu xüsusda gələn digər hədislərin ümumuna dair mənfi görüşləri də, qaçılmaz qılmışdır. Məsələn, hədisi nəql edən Tirmizi, hədisin sənədində ittisəl (bitişiklik) olmadığını; çünki, Rəbia b. Seyf'in, Abdullah b. Amr'dan hədis eşitdiyinə dair heç bir məlumatın mövcud olmadığını söyləmişdir. Həqiqətən də, Rəbia b. Seyf, Abdullah b. Amr'dan olan digər rəvayətlərini, onunla görüşdüyü bilinən əbi Abdu'r-Rahmən əl-Hubli kanalı ilə rəvayət etmişdir. (32) Buna işarət edən Tirmizi, əbi Abdu'r-Rahmən əl-Hubli'nin bir səbəbdən dolayı hazf edildiyi səbəbilə, hədisi, ümumi olaraq zəif görmüşdür. (33)
-----------------------
-----------------------
Hədisin, mətn cəhətindən dəyərləndirilməsi:
Daha əvvəl də bildirdiyimiz üzərə, rəvayətin sənədi haqqında, fərqli qənaətlər ifadə edilmişdir. Rəvayətin isnadını məqbul qəbul edənlər, eyni zamanda, mətn cəhətindən də hər hansı bir problem dilə gətirməmişlərdir. Əksinə, bu rəvayətdən yola çıxaraq, cümə günü vəfat edən bir kimsənin, vəd edilən lütflərə nail olacağı bildirilmişdir. Məsələn,
• Tabiundan olan məşhur imam Səid b. əl-Musəyyəb'ə nisbətlə, cümə günü vəfat etməyin, özü üçün, digər günlərdən daha sevimli olduğu Şafi tərəfindən nəql edilmişdir. (34) Rəvayətin şərhində, Rafii, ibn Musəyyəb'in qənaətini, Abdullah b. Amr'ın cümə günü vəfat edən kimsə haqqında nəql etdiyi hədislə əlaqələndirmiş; və bu düşüncəni, isnadsız bir rəvayətə yer vermək və "Sələfin görüşü, budur." şəklində açıqlamaq surətilə, bütün sələfə şamil qılmışdır. (35) Halbuki, Şafi, bəhsi keçən bölmədə, ibnu'l-Musəyyəb'in sözünü nəql etmədən əvvəl, cümənin fəzilətinə dair bir çox rəvayətə yer verməsinə baxmayaraq, cümə günü ölümün fəzilətilə bağlı hər hansı bir təfsilata girməmişdir.
Bir müsəlmanın, cümə günü ölməsini, digər günlərə nəzərən daha sevimli görməsinin, bəzi haqlı səbəbləri ola bilər. Məsələn:
~ Ölənin cənazə namazını, daha çox müsəlmanın qılması;
~ Cümə günü qüslün təzələnməsi;
~ Möminlər üçün bir bayram xüsusiyyəti daşıması;
~ Cümə namazı ilə keçmiş 10 günlük günahın bağışlanacağı müjdəsi (36)
~ Dualara icabət vaxtlarından birinin, cümə günü içərisində gizli olması
kimi səbəblər, zikr edilə bilər. ibnu'l-Musəyyəb'in cümə günü ölməyi digər günlərə tərcih etməsinə, bu səbəblərdən birinin təsiri, mümkündür.
• İbnu'l-Cevziyə görə də, bir nəfərin cümə günü ölməsi, özündə bəzi fəzilətlərin mövcud olduğuna dəlil təşkil etməkdədir. Necə ki, o, "Mənaqibu'l-imam Əhməd" adlı əsərində, imamın cümə günü ölməsini, imamın bir çox fəzilətlərindən biri olaraq zikr etmiş; bununla bərabər, Osman, Əli, Abbas b. Abdu'l-Muttalib kimi səhabələrin (radiyallahu anhum) iləri gələnlərilə; ibn Sirin və Hasan əl-Basri kimi tabiun böyüklərinin də bu gün vəfat etdiyi məlumatına yer vermişdir. (37) Buxari və Muslimdə yer alan bəzi rəvayətlərə belə uydurma hökmü verə bilən ibnu'l-Cevzi, isnadı ilə bağlı bir çox qüsur olduğu iləri sürülən cümə günü ölməyin fəzilətli olduğunu ifadə edən rəvayətlər qarşısında, olduqca yumşaq davranmış; və uydurma rəvayətləri topladığı "əl-Məvduat" adlı əsərində, cümə günü ölməklə bağlı hədislərə yer verməmişdir.
• Bənzər bir şəkildə, imam Cəlaləddin əs-Suyuti, cümə gününün xüsusiyyətlərinə təxsis etdiyi bir əsərində, fərqli rəvayətlərdən çıxardığı fəzilətləri, sayları 100-ə çatan maddələr halında təqdim etmiş və bunlardan 46 və 47-ci maddələri, haqqında bəhs etdiyimiz rəvayətin mətnindən əldə etdiyi xüsusiyyətlərə ayırmışdır. Buna görə, cümə gününün 46-cı xüsusiyyəti olaraq, bu gün ölənlərin, qəbr əzabından; 47-ci xüsusiyyəti olaraq xa, qəbr sorğu-sualından əmin olacaqları ifadə edilmişdir. (38) Yenə imam, bir başqa əsərində, hədisin bəzi variantlarında yer almasından dolayı, cümə günü ölən kimsənin, şəhid əcri alacağını və şəhadətindən dolayı, bu kimsəyə, qəbrdə, hər hansı bir sual soruşulmayacağını ifadə etmişdir. (39)
• Yenə imamın müasirlərindən biri olan Şihabuddin ər-Rəmli'dən, cümə günü ölən kimsənin, qəbr sorğu-sualından qurtulub-qurtulmayacağı soruşulduğunda, o: "Bəli, Peyğəmbərdən, bu mövzuda hədislər vardır. Ən doğrusunu, Allah bilir. O gün ölənlər, Munkər və Nəkirin görünüş və sorğu-suallarından bir qorxu hiss etməzlər." şəklində cavab vermişdir. (40)
• Tirmizi'nin "Sünən"i üzərinə yazılan şərhlərdə də, bu rəvayəti müdafiə etməyə dair bəzi izahlara rast gəlinməkdədir. Məsələn, Hindistan mühəddislərindən Mübarəkpuri, hədisdə vəd edilən cümə gününə məxsus nemətin nə olduğu xüsusu üzərində danışarkən, ləfzlərdəki fitnə və əzab kəlimələri üzərində dayanmışdır. Ona görə, bəzi rəvayətlərdə keçdiyi üzərə, qəbr fitnəsindən qurtuluş, əzab və sorğu-sualdan qurtulma mənasına gəlməkdədir. Ancaq o, bu mənalardan, Yaradanın lütfünə daha uyğun gördüyü əzabdan qurtuluşu, digər mənaya tərcih etmişdir. Buna baxmayaraq, sorğu-sual kəliməsinin tərcih edilməsində də, hər hansı bir beis görməmişdir. Çünki müəllif, rəvayətlərdəki ləfz fərqliliklərini, bir təarud (ziddiyyət)'dən dolayı deyil, məna bərabərliyinə həml etməkdədir. Mübarəkpuri, "Kim, qəbrində sorğu-suala çəkilməz və sınanmazsa, onun üçün, bu fəsl, dərhal bitər və qəbr həyatı, daha da asanlaşar." sözlərilə, hədisin hər iki ləfzinin də, qəbr əzabından qurtuluş mənasına gəldiyini ifadə etmişdir. (41)
Hədisin məqbul sayılan başqa bir izahında isə, cümə günü ölən üçün vəd edilən hədiyyənin, zaman cəhətindən təqyid edildiyi (məhdudlaşdırıldığı) görülməkdədir.
• Yenə, Hindistan mühəddislərindən biri olan Rəşid Əhməd əl-Kənkəvi'yə görə, hədis, mütləq və daim davam edən bir qurtuluşdan deyil; cümə gününə xas kiçik bir müddətdən bəhs etməkdədir. Özünə xas bir izahla, Qanqavi, dolaylı olaraq, əzaba, şənbə və digər günlərdə davam ediləcəyini ifadə etmişdir. (42)
• Cümə günü ölməkdə üstün fəzilətlər görən bir başqa şəxs də, müasir "mühəddis"lərdən biri olan Albani'dir. Albani, rəvayəti, səhih və ya həsən görmüşdür. Albani'yə görə, cümə günü ölmək, ölən şəxs üçün, xeyirli və gözəl xatiməyə dəlalət edən işarətlərdən biridir. (43)
------------------------------------
------------------------------------
Qaynaqlar:
1. əbu Bəkr Abdurrəzzaq b. Həmmam b. Nafi‘ əs-Sanani, əl-Musannəf (Beyrut: Məktəbətul-İslami, 1403), 3/269.
2. əbu Bəkr Abdurrəzzaq b. Həmmam b. Nafi‘ əs-Sanani, əl-Musannəf (Beyrut: Məktəbətul-İslami, 1403) 3/269.
3. əbu Bəkr Abdurrəzzaq b. Həmmam b. Nafi‘ əs-Sanani, əl-Musannəf (Beyrut: Məktəbətul-İslami, 1403) 3/269.
4. əbu Abdillah Əhməd b. Muhamməd b. Hənbəl əş-Şeybani, əl-Müsnəd (Beyrut: Müəssəsətu’r-Risalə, 2001), 11/226.
5. əbu Abdillah Əhməd b. Muhamməd b. Hənbəl əş-Şeybani, əl-Müsnəd (Beyrut: Müəssəsətu’r-Risalə, 2001), 11/147.
6. əbu Muhamməd Abd b. Humeyd b. Nasr əl-Kissi, əl-Muntəhab (Qahirə: Məktəbətu’s-Sunnə, 1988), 132.
7. Tirmizî, “Cənâiz”, 72
8. əbu Yə‘lə Əhməd b. Əli əl-Məvsili, əl-Müsnəd (Şam: Daru’l-Mə’mun li’t-Türas, 1984), 7/146.
9. əbu’l-Qasim Süleyman b. Əhməd ət-Taberani, əl-Mu’cemu’l-Kəbir (Qahirə: Məktəbətu İbn Teymiyyə,1994), 13/67.
10. əbu Nuaym Əhməd b. Abdillah əl-İsfahani, Hilyətu’l-Övliya (Misir: Saadət, 1974), 3/155.
11. əbu Bəkr Əhməd b. əl-Hüseyn əl-Beyhaqi, İsbatuʿaẕabi’l-qabr (İordaniya: Daru’l-Furqan, 1405), 103.
12. Beyhaqi, İsbatüʿaẕabi’l-qabr, 104.
13. əbu Abdillah Şəmsüddîn Muhamməd b. Əhməd b. Osman əz-Zəhəbi, Mizanu’l-İʿtidal fi naqdi’r-rical (Beyrut: Daru’l-Marifə, 1963), 1/624
14. ibn Hibban, "əs-Siqat", 9/166
15. əbu’l-Fadl Şihabuddin Əhməd b. Əli b. Muhamməd əl-Asqalani, Tahriru Təqribi’t-Təhzib (Beyrut: Müəssəsətü’r-Risalə, 1997), 3/393
16. əbu Abdillah Şəmsuddin Muhamməd b. Əhməd b. Osman əz-Zəhəbi, Siyəru aʿlami’n-nubəlaʾ (Beyrut: Müəssəsətü’r-Risalə, 1985), 8/519.
17. əbu Əhməd Abdullah b. Adi b. Abdillah əl-Cürcani, əl-Kamil fi Duafai’r-Rical (Beyrut: əl-Kutubu’l-İlmiyyə, 1987), 2/259.
18. əbu Zur‘a Abdurrahmən b. Amr b. Abdillah əd-Diməşqi, əl-Müdəllisin,thq. Rafət Fevzi Abdul-Muttalib (Daru’l-Vəfa, 1995), 4/37.
19. əbu Abdillah Muhamməd b. İsmayıl əl-Cu‘fi el-Buxari, ət-Tarixu’l-Əvsat (Qahirə: Daru’l-Va’y, 1977), 1/308.
20. Moğultay b. Qılıç, İkmalu Təhzibi’l-Kamal (əl-Faruqu’l-Hədis, 2001), 4/349.
21. əbu’l-Fərəc Camaluddin Abdurrahmən b. Əli b. Muhamməd əl-Bağdadi, əd-Duafa və’l-Mətrukun (Beyrut: Daru’l-Kutubi’l-İlmiyyə, 1406), 1/282.
22. əbu’l-Fadl Şihabuddin Əhməd b. Əli b. Muhamməd əl-Asqalani, Təhzibu’t-Təhzib (Hindistan: Matbaatu’d-Dairati’l-Maarifi’n-Nizamiyyə, 1326), 3/255.
23. ibn Hibban, əs-Siqat, 6/301.
24. Zəhəbi, Siyər, 6/395.
25. əbu Abdillah Muhamməd b. İsmayıl el-Cu‘fi əl-Buxari, əl-Camiu’l-müsnədu’s-sahihu’l-muxtasar, thq. Muhamməd Zuheyr b. Nasir (Daru Tavqı’n-Nəcat,1422), “Vudu”3; Muslim, “İman”, 302.
26. ibn Sa’d, ət-Tabaqat, 7/356.
27. əbu’l-Fadl Şihabuddin Əhməd b. Əli b. Muhamməd əl-Asqalani, Mizanu’l-İ’tidal (Beyrut: Daru’l-Marifə, 1963), 2/162.
28. ibn Sa’d, ət-Tabaqat, 5/470.
29. ibn Sa’d, ət-Tabaqat, 5/470.
30. Buxari, ət-Tarixu’l-Kəbir, 5/425.
31. ibn əbi Hatim, əl-Cərh və’t-Tə’dil, 5/359; Zəhəbi, Tarixu’l-İslam, 5/116.
32. əbu Davud Süleyman b. əl-Əş‘as b. İshaq əs-Sicistani, əs-Sünən, thq. Şuayb Arnavut (Daru’r-Risaləti’l-Aləmiyyə, 2009), “Cenaiz”, 26; Əhməd, Müsnəd, 11/135.
33. Tirmizi, "Cənaiz", 72
34. əbu Abdillah Muhamməd b. İdris əş-Şafii, Müsnədu Şafii (Beyrut: Daru’l-Kutubi’l-İlmiyyə, 1400), 72.
35. əbu’l-Qasim Abdulkərim b. Muhamməd ər-Rafii, Şərhu Müsnəd liş-Şafii (Qatar: Vuzəratu’l-Efqaf, 2007), 2/11.
36. Muslim, “Cümə”, 27.
37. əbu’l-Fərəc Camaluddin Abdurrahmən b. Əli b. Muhamməd əl-Bağdadi ibnul-Cevzi, Mənaqibu’l-imam Əhməd (Daru’l-Hicr, 1409), 552.
38. əbu’l-Fadl Cəlaləddin b. əbi Bəkr əs-Suyuti, əl-ləm’atu fi Xasaisi’l-Cum’a (Beyrut: Daru’l-Kutubi’l-İlmiyyə, 1987), 60-62.
39. əbu’l-Fadl Cəlaləddin b. əbi Bəkr əs-Suyuti, Qutu’l-Mu’təzi alə Cami’i’t-Tirmizî (Məkkə: Camiatu’l-Ummi’l-Qura, 1424), 1/324.
40. Şihabuddin Əhməd b. Həmzə ər-Ramli, Fətava ər-Ramli (əl-Məktəbətu’l-islamiyyə), 4/379.
41. əbu’l-Ulə Muhamməd Abdurrahmən b. Abdirrahim əl-Mübarəkpuri, Tuhfətu’l-Əhvəzi, Beyrut: Daru’l kutubil ilmiyyə), 4/160
42. Rəşid Əhməd əl-Kənkəvi, əl-Kəvkəbud-durri alə Cami’t-Tirmizi (Hindistan: Mətbəətu Nədvəti’l-Uləma, 1395), 3/132.
43. Albani, Əhkamu’l-Cənaiz, 1/35
