Qahhar isminin şərhi
16. Qahhar isminin şərhi:
Düşmənlərindən cabbar olanların bellərini qıran; onları öldürmək və zəlil etmək surətilə qəhr edəndir. Hətta, heç bir şey yoxdur ki, Onun qəhr və qüdrəti altında musaxxar (boyun əymiş) və ovucunda olmasın.
Tənbeh: Qullardan qahhar olan, düşmənlərini qəhr edəndir. İnsanın ən böyük düşməni isə, 2 yanı arasındakı nəfsidir. (Elə ki), düşmənliyindən həzər edildiyimiz şeytandan, daha böyük düşməndir. İnsan, nə qədər nəfsinin şəhvətlərini qəhr edərsə; şeytanı da, o qədər qəhr etmiş olar. Çünki şeytan, insanı, şəhvətləri vasitəsilə həlaka aparır. Şeytanın tələlərindən biri, qadınlardır. Qadınlara qarşı şəhvətindən qurtulanın, bu tələyə düşməsi təsəvvür edilə bilməz. Eyni şəkildə, bu arzusunu, dinin qüvvəti və ağlın işarətilə qəhr edən də, belədir. Şəhvətlərini nə qədər qəhr edərsə, (özünə qarşı gələn) bütün insanları da qəhr etmiş deməkdir. Artıq heç kim, ona güc çatdıra bilməz. Çünki, düşmənlərin qayəsi, onun bədənini həlak etməyə səy etməsidir. Bu (yəni, şəhvəti qəhr etmək) isə, ruhu ihya etmək (diriltmək)'dir. Hər kim, həyatında, şəhvətləri (xüsusunda) ölü kimi olarsa, ölümündə də yaşayar (yəni, ölməklə, ölməmiş, əksinə, dirilmiş olar).
وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا ۚ بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ • فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ...
"Allah yolunda öldürülənləri, əsla ölmüş sanma. Əksinə, onlar, diridirlər; özlərinin Rəbbi yanındaz onlara ruzi verilir. Onlar, Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinirlər..." (Al-i İmran/169-170)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------
Tərcüməçinin notu:
İmamın sözlərində, "Şəhidlər, ölmüş olduqları halda, necə ola bilər ki, ayət, onları diri saymaqdadır?" deyə əqli şübhə içində olanlara da cavab vardır.
Çünki, şəhvətlərini tərk edən kimsələrin, mənən dirildikləri, təcrübə ilə də sabitdir. Əgər bir qulun, şəhvətinin istəklərini tərk etdiyi halda, mənən dirildiyi, həqiqətdirsə -ki, elədir- Allah yolunda nəfsin şəhvətlərindən daha iləri olan canı ilə öldüyündə də, (bundan daha iləri dərəcədə olan bir dirilməklə) diriləcəyi, ağıldan uzaq deyildir və olmamalıdır. Az bir əməl qarşılığında belə mükafat verənin, çox əməl müqabilində çox mükafat verməməsi, imkansızdır.
Şəhidin diri olma keyfiyyətini idrak edə bilmədiyində, mənən dirilməyin keyfiyyətini xatırla! (yəni, bunu da zatən idrak edə bilmirsən. Halbuki, inkar da etmirsən.)
