Corablar üzərinə məsh etmək caizdirmi? (2)

1. Yenə, ibn əbi Şeybə, dedi:

Bizə, Vəki'dən ---> O, Süfyan'dan ---> O, əbu Qays əl-Əvdi'dən ---> O, Huzeyl b. Şurahbil əl-Əvdi'dən ---> O da, Muğirə b. Şu'bə'dən

belə nəql etmişdir:

"Şübhəsiz, Nəbi (sallallahu aleyhi və səlləm), tualet ehtiyacını gördü; sonra dəstəmaz aldı; və corabları və nə'lin (ayaqqabıları, səndəlləri) üzərinə məsh etdi."

2. ibn əbi Şeybə, dedi:

Bizə, İdris'dən ---> O, Husayn'dan ---> O da, əbu Zabyən'dən

belə dediyini nəql etmişdir:

"Əli (radiyallahu anh)'ı gördüm. Ayaqda tualet ehtiyacını gördü. Sonra dəstəmaz aldı və ayaqqabıları üzərinə məsh etdi."

3. ibn əbi Şeybə dedi:

Bizə, Vəki'dən ---> O, Həbib'dən ---> O da, Zeyl'dən

belə nəql etmişdir:

"Şübhəsiz, Əli (radiyallahu anh), kiçik tualetini etdi və ayaqqabıları üzərinə məsh etdi."

4. ibn əbi Şeybə, dedi:

Bizə, Vəki'dən ---> O, Süfyan'dan ---> O, Zübeyr'dən ---> O da, Ukeyl'dən ---> O da, Suveyd b. Ğafələ'dən

belə nəql etmişdir:

"Şübhəsiz, Əli (radiyallahu anh), kiçik tualetini etdi və ayaqqabıları üzərinə məsh çəkdi."

5. ibn əbi Şeybə, dedi:

Bizə, Şərik'dən ---> O, Yə'lə b. Ata'dan ---> O, Əvs b. əbi Əvs'dən ---> O da, atasından

belə dediyini nəql etmişdir:

"Atamla birlikdə idim. O, ərəblərin (bədəvi ərəblərin) sularından bir suyun yanına qədər getdi. Dəstəmaz aldı və ayaqqabıları üzərinə məsh etdi. Bunu, ona söylədim. O: 'Nəbi (sallallahu aleyhi və səlləm)'in etmiş olduğunu gördüyüm bir şeyin üzərində, sənə, (bir şeyi) əlavə etmirəm." dedi.

6. ibn əbi Şeybə, dedi:

Bizə, ibn Mehdi'dən ---> O, Vasil'dən ---> O da, Səid b. Abdullah ibn Dirar'dan

belə nəql etmişdir:

"Şübhəsiz, Ənəs b. Malik, dəstəmaz aldı və mirizzi (keçinin tükü altındakı yumşaq tüklər)'dən düzəldilmiş corablar üzərinə məsh etdi."

7. ibn əbi Şeybə, dedi:

Bizə, əbu Bəkr b. Ayyaş'dan ---> O, Abdullah b. Səid'dən ---> O da, babasından

belə dediyini nəql etmişdir:

"Əli (radiyallahu anh)'ı gördüm. (Geniş bir) sahədə kiçik tualetini etdi. Sonra, corabları və ayaqqabıları üzərinə məsh etdi."

Zikr edildiyinə görə, şübhəsiz, əbu Hənifə, demişdir:

"Əbu Hənifə, corabların və nə'lin (ayaqqabıların, səndəllərin) üzərinə məsh etməyi, məkruh görürdü. Ancaq, aşağı tərəflərinin dəri olmaları halında, məkruh görməzdi."

Mən (Kəvsəri), (ibn əbi Şeybə'nin etirazına qarşı), belə deyirəm:

Nəsai, "əs-Sünənu'l-Kubra"sında, belə deyir:

Bu rəvayətdə, əbu Qays'a tabe olan kimsə görmədim. Muğirədən nəql edilən səhih rəvayət isə, belədir: "Ənnəhu Aleyhi's-Sələm, məsəhə alə'l-xuffeyni = Peyğəmbər, məstlər üzərinə məsh etmişdir."

əbu Davud, "Sünən"ində belə deyir:

"ibn Mehdi, belə bir hədis (6-cı hədisi) bildirməmişdir. Çünki, Muğirə'dən nəql edildiyi bildirilən hədis, belədir: 'Şübhəsiz, Nəbi (sallallahu aleyhi və səlləm), 2 xof üzərinə məsh etdi."

Sonra, corablar üzərinə məshi, bir çox səhabədən nəql edərək zikr etmişdir.

Beyhaqi, Muğirə'nin bu hədisini zikr edib belə deyir:

"O hədis, münkər (siqa rəvayətə zidd düşən) hədisdir. Sevri, ibn Mehdi, Əhməd, ibn Main, ibnu'l-Mədini və Muslim, o hədisi, zəif saymışlardır."

Muğirə'dən nəql olunduğu bilinən hədis, "əl-məshu alə'l-xuffeyni = xoflar (məstlər) üzərinə məsh etmə (hədisi)" deyə bilinməkdədir. Camaatdan nəql edilərək rəvayət olunduğuna görə: "Onlar, onu (yəni, dəridən düzəldilmiş məstlər üzərinə məshi) fellərilə tətbiq etmişlərdir."

Nəvəvi deyir:

"Bunlardan (yəni, bu hədislərdən) hər biri münfərid qalsalar belə, Tirmizi'dən əvvəl götürülər. Hədis hafizləri, o hədisin zəifliyində ittifaq etmişlərdir. (Nəticə olaraq), Tirmizi'nin 'O hədis, həsən-səhihdir.' sözü, qəbul edilə bilməz."

Muslim də, belə demişdir:

"əbu Qays və Huzeyl deyilən şəxslər, (hədis) yüklənə (yəni, dabt edib nəql edə) bilməzlər. Xüsusilə də, hər ikisinə, çox böyük bir qrup müxalifət etmişdirsə."

əbu Davud'a görə, ibn Macə'nin "Sünən"ində, əbu Musa'dan nəql edilən hədis, muttəsil (bitişik, sənədində qopuqluq olmayan) və qüvvətli deyildir. "Nasbu'r-Rayə"də, bu hədisin başqa bir cəhəti də açıqlanmışdır.

Taberani'nin, "Mu'cəm"ində, Bilala nisbət edilən xəbərin sənədində, zəiflik vardır. Bu xüsusda gətirilmiş hədislərin heç birindən əvvəl də, səhih bir hədis gətirilməmişdir. Əbu Hatəm'ə görə, əbu Zabyən Husayn b. Cundub'un, Əli (radiyallahu anh)'dan hər hansı bir şey eşitdiyi, sabit olmamışdır.

Musannif ibn əbi Şeybə, corablara məsh etmək xüsusunda, burda (mən Kəvsəri'nin) zikr etdiyinin xaricində, 20-yə yaxın səhabədən rəvayət etmişdir. Burda zikr etdiklərimin sənədləri, qüvvətlilik və zəiflik cəhətlərindən, fərqlidirlər. Lakin onların hamısı, "məst"lər üzərinə məsh ediləcəyinə dair rəvayətlər qarşısında, çox aşağıda qalırlar. Çünki, "məst"lər üzərinə məsh etməyə dair gələnlər, 70-ə yaxın səhabədən rəvayət edilmişdir.

Corab, bəzən çox sıx toxunmuş, qalın bir ayaqqabı şəklində olur. Bəzən də, olmur. ibnu'l-Arabi'nin də dediyi kimi, bu əsrdəki corablar, (sadəcə və sadəcə) ayağı isti tutan yundan ola bilməkdədirlər. O (səhabələr) dövr(ün)də isə, bu günki kimi yundan və ya başqa şeylərdən düzdəldilmiş incə corablar, (istifadə edilmədiyindən), hələ bilinmirdi. -Bu vəsfdəki (yəni, sadəcə isti tutan incə yun corablar)'ı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və əshabının geydikləri, sabit olmamışdır. Onlar o vəsfdəki (yəni, qalın) corab üzərinə məsh edərlərdi. Biz, çox sıx toxunmuş qalın ayaqqabı şəklindəki corabı tərk edib bundan daha aşağı səviyyədə olanlara, güc çatdıra bilmərik. O (qalın) corab, "ayağa geyilən (dəridən düzəldilmiş olan) xof/məst" mənasını (özündə daşıya bilən corab) deməkdir.

Bu məsələdə, yumşaq (və ya geniş) davrananların əlində, açıq bir dəlil də, yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən: "İmsəhu alə'l-cəvrəbeyni = corablara məsh edin" şəklində (əmir siğası ilə) bir xəbər gəlməmişdir. Belə bir xəbər olsaydı, biz də, onun ümumiliyinə görə hərəkət edərək hər cür corablara məsh etməyin caiz olacağına dəlil gətirə bilərdik. əbu Davud'un "Sünən"ində də qəsd olunan, eynilə belədir. Orda, çox gözəl təfsilat vardır.

Məşhur olan, budur:

Şübhəsiz, əbu Hənifə, corablar üzərinə məsh etməyi, mütləq olaraq mübah görməzdi. Ancaq corablar, nə'linləşmiş (yəni, ayaqqabı şəklinə gətirilmiş) olduğu vaxt; yaxud da dəridən düzəldilmiş olduğu vaxt, mübah olar. O (yəni, əbu Hənifə), Allahın dinində daha ehtiyatlı davranaraq, işin ən kamil şəklini götürməyi uyğun görmüşdür.

"əbu Hənifə, 2 dostunun qövlünə (görüşünə) döndü." şəklində danışanlar da vardır. 2 dostunun (yəni, imam əbu Yusuf və imam Muhamməd)'in qövlü, belədir:

"O (geyilənin) topuqlara qədər olan qismi, ayaq üzərindəki şəklilə, sıxlıq və qalınlıq səbəbilə, özünü özü ilə tuta bilən (yəni, geyilməmiş vəziyyətdə də) o şəkildə dayana bilirsə, (o xüsusiyyəti, məst olmağa) kifayət edir."

• Şafii'lərin qövlləri, fərqlidir. Lakin o məzhəb, qövlünü, "sıx toxunmuş ayaqqabı" şəklində olmağa bağlamışdır.

• Əhməd b. Hənbəl, İmameyn (əbu Yusuf və Muhamməd)'in görüşündədir.

• imam Malik'in məşhur olan görüşü, belədir:

"Məstlər üzərinə məsh etməyə əlavə olaraq, corablar üzərinə məsh edə bilmək, səfərin ruxsatlarındandır."

İxtilafların geniş izahları, fiqh kitablarındadır.

Ortaya çıxan, budur:

əbu Hənifə, Şari'dən gəldiyi sabit olan heç bir əmrə, müxalifət etməmişdir. Əksinə, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in felinə görə hərəkət etmişdir. O da (ayağa geyilən dəridən düzəldilmiş olan) məstin mənasını ehtiva etməsidir. Allah, ən gözəl biləndir.

~ əbu Cə'fər'dən, belə dediyi nəql edilmişdir:

"2 ayaqqabıya, məsh edilməz."

~ Səid b. Abdullah b. Dirar'dan, belə dediyi nəql edilmişdir:

"Şübhəsiz, Ənəs b. Malik, dəstəmaz alar və keçi tükündən çox sıx toxunmuş (qalın) corablar üzərinə məsh edərdi."

~ Səid b. əl-Musəyyəb və əl-Həsən'dən nəql edildiyinə görə, o ikisi, belə demişlərdir:

"Çox sıx toxunan (qıl) corablara məsh edilər."

~ Əli (radiyallahu anh)'dan belə dediyi nəql edilmişdir:

"Əgər din, görüşə görə olsaydı; 2 ayağın üstü deyil; alt tərəfi məsh edilməyə daha layiq olardı."

(Zahid əl-Kəvsəri, "ən-Nukətu't-Tarifə fi't-Təhəddusi an Rududi ibn əbi Şeybə alə əbi Hənifə", "əl-Məshu alə'l-Cəvrəbeyn = 2 corab üzərinə məsh etmək", s. 160-162)

----------------------

Əlavələr:

"Sünən" müəllifi əbu İsa ət-Tirmizi,

Salih b. Muhamməd ət-Tirmizi'dən ---> o da, əbu Muqatil əs-Səmərqəndi'dən belə nəql edir:

Əbu Hənifə vəfat etdiyi gecə, Özünə su gətizdirib ayaqqabısız coraba məsh etdi və: "Bu gün, etmədiyim bir şeyi etdim." dedi.

Hafiz əl-Mizzi və ibn Həcər, hər ikisi də, Salih b. Muhamməd ət-Tirmizi deyilən şəxsi, öz kitablarına alaraq, tərcüme-i halından bəhs etməyə lüzum belə görməmişlərdir. Yəni, bu adam haqqında görüşləri müsbət deyildir. Elə isə, bu xəbər, nə qədər doğru ola bilər?!

Read 52 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR