Ölünün yerinə namaz qılmaq olarmı?

~ Yenə, ibn əbi Şeybə dedi:

Bizə ---> ibn Uyeynə'dən ---> ona, Zühri'dən ---> ona, Ubeydullah'dan ---> ona da, ibn Abbas'dan

nəql edildi ki:

Sə'd b. Ubadə, Nəbi (sallallahu aleyhi və səlləm)'dən, anasının etdiyi bir nəzr haqqında fətva istədi. Anası, o nəzri yerinə yetirə bilmədən vəfat etmişdi. Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Onu, sən yerinə yetir."

~ Yenə, ibn əbi Şeybə, dedi:

Bizə ---> ibn Numeyr'dən ---> o, Abdullah b. Ata'dan ---> o da, əbu Burdə'dən

belə söylədiyini nəql etmişdir:

Nəbi (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşdum. Bir qadın gəldi və (belə) dedi: "Anamın, 2 aylıq orucu var. Onun yerinə onları tutummu?"

- Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Əgər ananın borcu olsaydı, sən də onu ödəsəydin, bu, onun yerinə keçərdimi?"

- Mən: "Bəli." dedim.

- O da: "(Elə isə), onun yerinə, onları sən tut." deyə buyurdu.

~ ibn əbi Şeybə, dedi:

Bizə ---> Abdu'r-Rahmən'dən ---> o, Muhamməd b. Kureyb'dən ---> o, ibn Abbas'dan ---> o da, Sinan b. Abdullah əl-Cuhəni'dən ---> ona da, bibisindən

belə nəql etmişdir:

O (Sinan b. Abdullahın bibisi), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib belə dedi: "Mənim anam, həcc etməyə nəzr etdi və həcc edə bilmədən də öldü. (İndi) mən, onun yerinə həcc edimmi?"

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Onun yerinə, yeriməyə (yəni, həccə getməyə) gücün çatarmı?"

- Qadın: "Bəli." deyə cavab verdi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "(Elə isə) yeri (yəni, onun yerinə həcc et)!" deyə buyurdu.

- Qadın, (belə) soruşdu: "Bu, onun yerinə keçərmi?"

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bəli!" deyə buyurdu. Yenə, belə dedi: "Əgər onun borcu olsaydı, sən də onu ödəsəydin, onun yerinə qəbul edildiyini görərdinmi?"

- Qadın: "Bəli." dedi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "O halda, Allahın haqqı, ödənməyə daha layiqdir." deyə buyurdu.

-------------------------------------------

(ibn əbi Şeybə, belə etiraz edir): "Zikr edildiyinə görə, şübhəsiz, əbu Hənifə, belə demişdir: 'Bu, onun yerinə keçməz."

Mən (Kəvsəri) deyirəm:

İmamlıqları ilə tanınan və hər kəsin özlərinə tabe olduğu bilinən ictihad imamları, fiqhdə, daha incə və daha təfsilatlı elmə/biliyə sahibdirlər. Onlar, bir məsələ haqqında hökm verəcəkləri vaxt, belə hökm verərlərdi:

~ İlk əvvəl, o xüsusda gələn bütün mövsul, məqtu, məvquf və mürsəl xəbərləri götürərlərdi.

~ Sonra, onlara qədər əməl edilib gələn məsələlərə və ümumi fiqhi qaydalara riayət edərdilər.

~ (Sonra da), qənaət gətirərlərsə, hökm verərlərdi.

Onlar, Mustafa (sallallahu aleyhi və səlləm)'in zamanına, usul-u sittə (yəni, kütüb-ü sittə)'ni toplayanların zamanından daha yaxındırlar. Bu rəvayətlərin heç biri, onların nəzərindən qaçmamışdı. Bir şey üzərində hökm verəcəkləri vaxt, o xüsusda gələn bütün xəbərləri ortaya qoyduqdan sonra hökm verərlərdi. Bu imamlar, hədisləri toplayanlardan daha əvvəl gəlmişlərdir və özlərinə də tabe olunmuşdur. Bu imamların xətaya düşmələri, 1-2 kitabla kifayətlənən bəzi mühəddislərin xətaya düşmələrindən daha uzaqdır. Necə ki, əvvəlkilərin ehmal etdiklərini, (sonradan gələn) bir ravinin, çox vaxt ehmal etdiyi görülmüşdür. Bunun əksini (yəni, əvvəlkilərin halını) ələ alarsaq, onlar, müctəhidin bütün hallarını ortaya qoyaraq məsələni ərz etmək istəyərlərdi.

Bizim məsələmizdəki rəvayətlərdə də, "mudtaribliklər" (müşkillər) ortaya çıxdı. Bəzi rəvayətlərlə bəzi əməllər, zidd düşməyə başladı. Səhabənin, öz rəvayətinə müxalif olan əməli görüldü. Artıq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gətirilən bu rəvayətlərdə, nəsx kimi bir hal gərəkdi. Ona görə, səhabənin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən olan rəvayəti, qəti bilik ifadə etməkdədir. Halbuki, ondan sonra gələn təbəqələrin, əhəd (tək qalan) rəvayətləri, belə (qəti bilik) ifadə etməz. Səhabənin, özündə olan qəti biliyi bir tərəfə qoyub, zənn ifadə edən məlumatları almaları, əsla təsəvvür edilə bilməz! Bunun əksini qəbullanmaq, səhabənin məqamını bilməməkdir. Bu xüsusda danışanlar, belə demişlərdir: Səhabənin rəvayətini götürüb görüşünü götürməmək, (doğru) olmaz. Səhabə haqqında mütləq olaraq (yəni, rəvayətləri götürülər və görüşləri götürülməz deyə) söyləmək, doğru bir söz deyildir. Əksinə, səhabədən olan bir ravi, öz rəvayətinin əksinə əməl edə bilər. Bax o vaxt, rəvayəti rədd edib əməlinə görə hərəkət edər. Sələfə görə, izləniləcək əsas yol, rəvayətlərin illətinə görə hərəkət etməkdir. Necə ki, ibn Rəcəb (əl-Hənbəli), Tirmizi şərhində, eyni şəkildə zikr etmişdir.

~ imam Malik, əbu Hənifə və Şafi (yeni olan görüşünə görə): "Ölünün yerinə oruc tutula bilməz." demişlərdir.

~ Leys, imam Əhməd, İshaq və əbu Ubeydə: "Nəzrlər xaric, ölünün yerinə oruc tutula bilməz." demişlərdir.

İmam Malik'in, ölənlərin yerinə oruclarının tutula bilməyəcəyinin istinadı, Mədinəlilərin elə əməl etmələridir. Mədinəlirin əməli, zənn ifadə edən dəlillərin daha üstündədir. İmam Malik'ə görə, Mədinəlilərin əməli ilə hərəkət edilincə, əhəd xəbərlər də, beləcə rədd edilmiş olur.

İmam Malik, "əl-Muvatta" adlı əsərində, belə deyir:

"Heç bir səhabədən və Mədinəli heç bir tabii'dən, 'ölənlərin yerinə belə bir əməlin edildiyini' eşitmədim. Onlardan heç biri, digərinin yerinə oruc tutmağı əmr etməmişdir. Yenə, eyni şəkildə, digərinin yerinə namaz qılmağı da əmr etməmişdilər."

Buxari və Muslim'də, Aişə (radiyallahu anha)'dan mərfu olaraq rəvayət edilən: "Kim ölər, üzərində də oruc borcu olarsa, onun yerinə vəlisi tutar." hədisinə gəlincə:

bu hədisin sənədində, Ubeydullah b. əbi Cəfər adlı ravi vardır. İmam Əhməd'ə görə, bu kimsənin hədisləri, münkərdir. "əl-Muhənnə" də, bu xüsusu, eyni şəkildə ondan rəvayət etmişdir.

Nəzr xüsusunda, Buxari'nin təliq etdiyi (yəni, əlaqə quraraq gətirdiyi) hədisə gəlincə, ölünün yerinə namaz qılmağa aid olan bu hədis, ibn Ömər və ibn Abbas'dan rəvayət edilmişdir. Hər ikisindən rəvayət edilən və tam bunun ziddini ifadə edən səhih hədislər vardır.

Bu hədis, "əl-Muvatta"da, bu şəkildə gəlmişdir:

Abdullah b. Ömər, belə deyirdi: "Bir kimsə, başqa bir kimsənin yerinə namaz qıla bilməz. Yenə bir kimsə, başqa bir kimsənin yerinə oruc tuta bilməz."

Nəsai, "əs-Sünənu'l-Kubra" adlı əsərində, (o hədisin) eynisini, yuxarıdakı şəkildə, ibn Abbas'dan rəvayət etmişdir.

ibn Abdi'l-Bərr və digərlərinin etiraf etdiyinə görə, hədis nəqlində, mudtaribliyin (yəni, fərqli sənəd və ya mətndən dolayı tərcihsizliyin) ortaya çıxması, bir əziyyətdir. (Bundan dolayı), müctəhidin də, əməli çətinlişmiş olur.

~ Ya hamısını bu mudtariblik səbəbilə ümumi qaydalara müraciət etmək surətilə həll edilər;

~ Ya da, 2 rəvayəti, qəlbinin tətmin olacağı bir şəkildə uzlaşdırılar. Məsələn:

"Ölünün yerinə namaz qılmaq" işini, "qıldığı namazın savabını ölüyə bağışlama" şəklində sayar. Beləcə, sanki, onun yerinə namaz qılmış kimi olar. Bu, ölüyə mənfəət toxundurmaq qəbilindən olar. -Hənəfilərə görə, bu, caizdir.-

"Ölünün yerinə namaz qılmağı" qəbul etməmək də, belə izah edilə bilər: Bu xüsusda, ölünün yerinə vəkalətlik qəbul olunmaz. Çünki, o işi, ölünün yerinə edir və beləcə də, o məsələ, ölünün zimmətindən düşmüş olur şəklinə girər. (Qısacası, "Ölünün yerinə, bu namaz qılma işində vəkalətlik edilməz. Ancaq, savabı, ölüyə bağışlana bilər." şəklində izah yoluna gedilə bilər.)

Abdu'r-Rəzzaq'ın, ibn Ömər'dən aşağıda gələn rəvayəti də, bu izah şəklinə uyğundur:

"Bir kimsə, başqa bir kimsənin yerinə namaz qıla bilməz. Bir kimsə, başqa bir kimsənin yerinə oruc tuta bilməz. Lakin, sən bunları edəcək olsan, onun yerinə sədəqə ver, yaxud, onun yerinə hədiyyə et."

Mühəddis (Şəbbir Əhməd) Osmani, bu mövzunu, "Fəthi'l-Mulhim bi şərh-i Sahih-i Muslim" (3/158) adlı əsərində təhqiq etmişdir. Məsələ, səhih kitabların şərhlərində, geniş və kifayət dərəcədə izah edilmişdir.

əbu Hənifə'nin münfərid qalmadığı, hər kəsin əl atdığı bir məsələdə, sözü daha çox uzatmaq istəmirik. Allahı tənzih edirik. O, nöqsan sifətlərdən uzaqdır və insanları doğru yola hidayət edər.

(Zahid əl-Kəvsəri, "ən-Nukətu't-Tarifə fi't-Təhəddusi an Rududi ibn əbi Şeybə alə əbi Hənifə", 22-ci başlıq: "əs-Salətu ani'l-meyyit", s. 42-43)

Read 41 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR