Ölünün yerinə həcc etmək
3011. Abdullah b. Zubeyr (radiyallahu anh)'dan belə rəvayət edilir:
Xasam (qəbiləsin)'dən bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Atam, çox yaşlı ikən İslama girdi. Heyvan üzərində yol çıxmağa da gücü çatmır. Və üzərinə də, həcc yazılmışdır (yəni, həcc də, üzərinə fərzdir). Mən, onun yerinə həcc edimmi?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sən, onun ən böyük övladısan?" dedi.
- Adam: "Bəli!" dedi.
- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Görsən (və ya bilsən) ki, atanın borcu var. Sən də onun yerinə ödəsən, bu, onun üçün kifayət edərmi?" deyə buyurdu.
- Adam: "Bəli!" dedi.
- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "(Elə isə), onun yerinə həcc et." deyə buyurdu. (Nəsai, "Mənəsik", 11; Əhməd b. Hənbəl, lV, 5)
------------------------------------
3012. ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:
Cüheynə (qəbiləsin)'dən bir qadın, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Anam, həcc etməyi nəzr etdi. (Ancaq), həcc etmədən də öldü. Mən, onun yerinə həcc edimmi?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Bəli! Onun yerinə həcc et. Əgər görsən ki, ananın borcu var. Onu ödəməzdinmi? Allaha olan borcunuzu ödəyin. Şübhəsiz ki, Allah, vəfa (borcu ödənmə)'yə daha layiqdir." deyə buyurdu. (Nəsai, "Mənəsik", 8,9; əbu Davud, "Mənəsik", 26; ibn Macə, "Mənəsik", 9)
ibn Abbas (radiyallahu anh) hədisilə bağlı olaraq, bunlar deyilmişdir:
"Bu hədis, ölənin, mirasçısı olsun və ya olmasın, ölənin yerinə, bir başqasının həcc etməsinin caiz olduğuna dəlalət edir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ölənin yerinə həcc edəcək şəxsin, onun mirasçısı olub-olmamasını soruşmamış; onu, borca bənzətmişdir."
Mən (Təhanəvi) deyirəm ki: Allah rəsulu (sallallahu aleyhi və səlləm), sual soruşan Xasam'lıya: "Sən, onun böyük övladısanmı?" deyə soruşmuşdur. Bu, ölənin yerinə ən böyük uşağının həcc etməsinin əfdal olduğunu göstərir.
Şəvkani ("Neyl"də) deyir:
Bu xüsusda gələn hədislərlə, özü həcc etməyən birinin, başqasının yerinə həcc etməsinin səhih olduğu istidlal edilmişdir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), sual soruşan şəxsdən, özünün, daha əvvəl həcc edib-etmədiyini soruşmamışdır. Ehtimallı olan mövzularda təfsilat istənilməməsi, sözün, ümuma şamil olduğuna dəlildir.
Kufəlilər (Hənəfilər) də, bu görüşdədirlər. Cumhur, onlara müxalifət etməkdə və başqasının yerinə həcc edəcək şəxsin, özünün həcc etmiş olmasını şərt qoşmaqdadırlar. Bunlar da, aşağıdakı hədisi dəlil gətirmişdirlər.
Mən, deyirəm: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, həcc borcunun ödənməsini, mal borcunun ödənməsinə bənzətməsi də, Hənəfilərin söylədiklərinə dəlalət edər. Çünki, bütün alimlər, borclu olan ata-ananın borcunu, uşağının ödəyə biləcəyində ittifaq etmişlərdir. Necə ki, bir kimsə, öz borcunu ödəməyib atasının borcunu ödəsə, bu (ödəmə), səhih olar. Onun yerinə həcc etmək də, belədir.
Tahavi, ibn Abbas (radiyallahu anh) hədisini zikr etdikdən sonra, -bu hədisin mətni, iləridə gələcəkdir- bunları deyir:
"Bu hədislərdə, bizim vəzifəmizin nə olduğunu göstərəcək bir dəlil tapa bilməyincə, başqa yerlərdə axtardıq və bunu tapdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özündən, başqası yerinə həcc etməklə bağlı sual soruşan şəxsdən: 'Sən, özün üçün həcc etdinmi?' deyə soruşmamışdır. Bu, bir şəxsin, daha əvvəl özü üçün həcc etməmiş olsa belə, başqasının yerinə həcc etməsinin caiz olduğuna dəlalət etməkdədir." (Tahavi, "Şərh-u Məani'l-Asar", lll, 227)
Mən (Təhanəvi) deyirəm ki: Cumhurun hüccət olaraq götürdüyü hədisi, əbu Davud,
Abdə b. Süleyman ---> Səid b. əbu Arubə ---> Qatadə ---> Azra b. Sabit ---> Səid b. Cubeyr ---> ibn Abbas (radiyallahu anh)
isnadı ilə rəvayət etmişdir. Hədisin mətni, belədir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir şəxsin: "Şubrumə'nin yerinə ləbbeyk!" dediyini eşitdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Şubrumə kimdir?" deyə soruşdu.
- Adam: "Mənim qohumum (və ya) qardaşım." dedi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Sən, özün üçün həcc etdinmi?" deyə soruşdu.
- Adam: "Xeyr!" deyə cavab verdi.
- Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "İlk əvvəl, özün üçün həcc et. Sonra Şubrumə üçün." deyə buyurdu. (əbu Davud, "Mənəsik"/26; ibn Macə, "Mənəsik"/9)
Daraqutni, ibn Hibban və Beyhaqi'də, eyni isnadla yer alan rəvayətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bu, sənin yerinədir. Sonra, Şubrumə'nin yerinə həcc et." buyurmuşdur. (Daraqutni, "Sünən", ll, 270; Beyhaqi, "Sünən", lV, 336)
Beyhaqi, bu hədisin isnadının səhih olduğunu, bu mövzuda, bundan daha səhih bir rəvayətin mövcud olmadığını söyləməkdədir. Bu hədis, məvquf olaraq da rəvayət edilmişdir. Bu rəvayət, Ğandər tərəfindən Səid'dən nəql edilmişdir. Abdə, özü hüccət olacaq biridir. Hədisi, Muhamməd b. Bişr və Muhamməd b. Abdullah əl-Ənsari də, mərfu olaraq rəvayət etmişdir. ibn Main, insanların, bu hədisi, Abdə təriqilə Səid'dən nəql etdiklərini söyləməkdədir.
Abdu'l-Haqq və ibn Qattan da, hədisin mərfu olduğunu tərcih edənlərdəndirlər. Tahavi, doğrusunun, bunun məvquf olduğunu söyləməkdədir. Əhməd b. Hənbəl də, mərfu olduğunu söyləməyin xəta olduğunu; ibn'ul-Munzir, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə qədər yüksəldildiyinin sabit olmadığını bildirir. Bu hədisi, Səid b. Mansur, Süfyan b. Uyeynə'dən, o ibn Cüreyc'dən, o da Ata təriqilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən mürsəl olaraq rəvayət etmişlərdir. ibn əbi Leyla, ona müxalifət etmiş və hədisi, Ata vasitəsilə Aişə (radiyallahu anha)'dan rəvayət etmişdir. Həsən b. Zəkvan da, ona müxalifət etmiş və Amr b. Dinar vasitəsilə ibn Abbas (radiyallahu anh)'dan rəvayət etmişdir. Daraqutni, bunun, daha doğru olduğunu söyləyir.
Mən deyirəm ki: Dedikləri kimi, bu hədis, məvqufdur. Lakin, fərqli isnadlarla birdən çox rəvayəti olduğu üçün, mərfu gücündədir. əl-İsmaili, "əl-Mu'cəm"ində, başqa bir yolla ibn Zubeyr'dən, o da Cabir (radiyallahu anh)'dan rəvayət etmişdir. Bu rəvayətin raviləri arasında, halına nəzər edilməsi lazım olanlar vardır. Bütün bunların cəmindən, hədisin, səhih olduğu ortaya çıxır. Bəzi alimlər, Qatadə'nin, Azrə'dən eşitdiyini açıqca söyləmədiyi üçün, hədisin səhih olub-olmadığı mövzusunda, fikir bəyan etməmişlərdir. Bu, nəzərə alınmalıdır. (Çünki, Qatadə, müdəllisdir. Onun, "an fulən an fulən = filankəsdən, filankəsdən" şəklindəki rəvayətləri, qəbul edilməz. Onun bir insanla qarşılaşmış olma imkanının olması, ondan hədis rəvayət etdiyi mənasına gəlməz.) ibn Abdi'l-Bərr, bu hədisin, Azrə heç zikr edilmədən Qatadə tərəfindən Səid'dən rəvayət edildiyinə söyləyir. ibnu'l-Cevzi, Azrə'dən dolayı hədisin illətli olduğunu bildirir və Yəhya b. Main'in bu sözlərini, nəql edir: "Azrə, bir şey deyildir. Bu mövzuda vəhmə düşmüşdür." Lakin, o, bunu, Azrə b. Qays haqqında söyləmişdir. Halbuki, burdakı şəxs, Abdu'r-Rahmən'in oğlu Azrə'dir. Onun haqqında ibn Yəhya (Yəhyanın oğlu) deyilir. Yəhya b. Main, Əli b. əl-Mədini və başqaları, onun siqa olduğunu söyləmişlərdir. Muslim, ondan hədis götürmüşdür.
İmam Şafi, belə deyir:
Bizə, Süfyan, Eyyub'dan ---> o da, əbu Qilabə'dən belə dediyini rəvayət etdilər:
"ibn Abbas (radiyallahu anh), 'Şubrumə üçün (yerinə)...' deyərək təlbiyə gətirən bir adam eşitdi..."
ibnu'l-Muflis, əbu Qilabə'nin, ibn Abbas (radiyallahu anh)'dan hədis eşitmədiyini söyləməkdədir. Mən deyirəm ki: "əl-İmam" əsəri müəllifi, eyni hadisənin, həm Peyğəmbər (sallallahu aleyhi və səlləm), həm də ibn Abbas (radiyallahu anh) zamanında təkrarlanmasını qərib qarşılamaqdadır. (Asqalani, "Təlxisu'l-Habir", l, 263) "əl-İmam" müəllifinin məqsədi, bunun, siqa bir ravinin, əslinə müxalif olmayan bir əlavəsi olduğu üçün, mövsul olanın, mürsəl olana tərcih edilən rəvayətlərdən olmadığı deyil; hədislər arasında ziddiyyət gərəkdirən və hədisin əslinə müxalif olan bir əlavə olduğudur. Dolayısı ilə, rəvayətlər arasında tərcih edilən, siqa ravilərdən meydana gələn topluluğun, üzərində ittifaq etdiyi və ya daha siqa olan ravinin rəvayətidir. Daha siqa olan ravinin rəvayətinə müxalif olan rəvayət, şazz'dır, illətlidir.
Mühəqqiq ibnu'l-Humam, "Şərh-u Fəthi'l-Qadir"də, belə deyir:
Bu, bizim, daha əvvəl dəfələrlə bildirdiyimiz, mərfu rəvayətlə məvquf rəvayət bir-birinə zidd düşdüyündə, mərfu'nun, məvqufa təqdimi (əvvəl götürülməsi) növündən deyildir. Çünki bu, vaqe olan konkret bir hadisənin, biri, bir səhabənin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət edərək nəql etdiyi; digəri də, başqa bir səhabənin, özünə nisbət etdiyi iki rəvayətdir. Bu halda, mərfu olan, daha əvvəl götürülür. Çünki, məvquf olanı, səhabə, öz fətvası və ya soruşulan bir suala cavab olaraq söyləmişdir. Ancaq, səhabənin söylədiyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edilənə müxalif ola bilməz. Lakin, haqqında danışdığımız bu hadisədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), birinin, Şubrumə'nin yerinə təlbiyə etdiyini eşitmiş və ona, yuxarıda keçən rəvayətdəki sözləri söyləmişdir. Bu da, eyni zamanda gerçəkləşən və ya Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hüzurunda gerçəkləşən başqa bir hadisədəki həqiqi bir təarud (ziddiyyət)'dir. ibn Abbas (radiyallahu anh)'ın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonrakı bir zamanda, Şubrumə'nin yerinə təlbiyə edən bir adamı eşidib ondan: "Şubrumə, kimdir?" deyə soruşmuş, onun da, qardaşı və ya bir yaxın qohumu olduğunu söyləmiş olması, mümkündür. Lakin bu, hər nə qədər əqlən olmayacaq bir şey deyilsə də, adətən, çox uzaq bir ehtimaldır. Bununla, açıqca sabit olan bir hökm, dəf edilə bilməz. Ya ikisi də yox sayılacaq; ya da bunun, ibn Abbas (radiyallahu anh) zamanında meydana gəldiyi tərcih ediləcək. (Bunun səbəbi, bir sözü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət etməkdə ehtiyatlı davranmağın gərəkliliyidir. Lakin, raviyə nisbət etmək lazımdır. Çünki o 2 rəvayət arasında müştərəkdir. Bu, ravilərdən, ya rəvayət, ya da şəxsi görüş olaraq sabit olmuşdur. O vaxt, bunun, ibn Abbas'ın şəxsi görüşü olduğuna həml edilər.) Çünki, ibnu'l-Muflis, bəzi alimlərin, bu hədisi, ravilər arasındakı ibn əbi Arubə'dən dolayı zəif qəbul etdiklərini söyləyir. O, Basra'da, hədis nəql edər; bu sözün, ibn Abbas'ın sözü olduğunu söyləyər; Kufədə danışardı. O sözü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət edərdi. Bu da, Səid'in halının qarışıqlığını ifadə etməkdədir. Hədisi, Qatadə, "an fulən, an fulən" şəklində rəvayət edib ona nisbət edər. Halbuki, onun bu şəkildəki rəvayəti, qəbul edilməz. Əgər bu qəbul edilərsə, söylənəcək sözün özü, budur:
Bu, həccə, özü üçün başlaması əmridir. Bunun da, məndubluğa ehtimalı vardır. Bu nəticəyə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Xasamlı qadına, daha əvvəl özü üçün həcc edib-etmədiyini soruşmadan, "Atanın yerinə həcc et." hədisilə çatılır. Hadisələrin gerçəkləşdiyi hallarda təfsilat istənilməməsi, xitabın ümumi olduğu mənasına gəlir. Bu da, başqasının yerinə həcc etməyin bir qeydə bağlı olmadan, mütləq olaraq caiz olduğunu ifadə edir. Şubrumə hədisi isə, ilk əvvəl özün üçün həcc etməsinin müstəhəb olduğunu göstərir. Beləcə 2 rəvayətin arası birləşdirilmiş olur.
Ağıl, bunu gərəkdirir: Bir kimsə, özü gedə biləcək qədər yol puluna, miniyə sahibdirsə və sağlamlığı da yerindədirsə, onun, başqasının yerinə həcc etməsi, təhrimən məkruhdur. Çünki, o, həcc etmə imkanına sahib olduğu ilk anda, həcc, özünə fərz olur və tərk etməsi halında, günahkardır. Belə bir halda, özü üçün nafilə həcc etsə, hal, yenə eynidir. Lakin etdiyi həcc də, niyyətləndiyi həcc olaraq məqbuldur. Çünki qadağa, edilən həccin özü üçün deyil, başqa bir səbəbdəndir. O da, özünə fərz olan həcci etməmək qorxusudur. Çünki, 1 il içində, onun ölmə ehtimalı vardır. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "İlk əvvəl, özün üçün; sonra da, Şubrumə üçün həcc et!" sözü, vacibliyə həml edilir. Bununla birlikdə, edilən həccin məqbulluğuna da əngəl təşkil etməz. Xasamiyyə hədisində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təfsilat soruşmaması, Onun, daha əvvəldən özü üçün həcc etdiyini bildiyinə həml edilir. Onun, bunu necə bildiyini biz bilməsək də, hədislərin arasını uzlaşdırmaq üçün, belə düşünürük. Ən doğrusunu, uca Allah bilir." (ibnu'l-Humam, "Şərh-u Fəthi'l-Qadir", lll, s. 78-79 -müxtəsər olaraq-)
"əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, belə deyilməkdədir:
Tahavi, "Müşkilu'l-Asar"da: "İlk əvvəl, özün üçün; sonra da, Şubrumə üçün həcc et." hədisini zikr etdikdən sonra, mücməl olaraq belə deyir:
Bir qrup alim, bu hədisə söykənib: "Daha əvvəl həcc etməyənin etdiyi həcc, başqası üçün deyil, özü üçün olar." demişlərdir və fərz olan həcci etməyib nafilə həccə niyyət edənin həccinin, fərz həcc olacağını söyləmişlərdir. Ancaq, Ramazanda, nafilə niyyətilə oruc tutanın orucu xüsusunda, buna müxalifət etmişlərdir. Bu orucun, Ramazan orucu olaraq da, nafilə oruc olaraq da caiz olmadığını söyləmişlərdir. Əgər bu hədis, səhihdirsə; Ramazanda nafilə olaraq tutulan orucun, buna qiyas edilib, Ramazandan sayılması da, uyğun olar. Çünki vaxt, başqası üçün deyil; sadəcə Ramazan orucu üçündür. Həccin vaxtı isə, həm fərz, həm də nafilə həcc üçün olmağa uyğundur. Doğrusu isə, bu hədisin, məvquf olduğudur. Bu həccin nafilə deyil, fərz həcc olduğunu söyləyən Mədinə və Kufə alimlərinin dəlili isə, bu hədisdir:
"Qulun, qiyamət günü ilk hesaba çəkiləcəyi şey, namazı olacaqdır. Əgər namazını tam qılmışdırsa, o, tam deyə yazılacaqdır. Əgər tam deyilsə, Allah, mələklərinə, baxın, qulumun nafilə namazı vardırmı? Varsa, onunla, fərzlərindən əskik olanı tamamlayın deyəcəkdir." (Tirmizi, "Salat", 188; əbu Davud, "Salat", 145; Nəsai, "Salat", 9) Zəkat da, belədir. Sonra, digər əməllər, bu hesaba görə dəyərləndirilir.
Tahavi, bu hədisi, "Müşkilu'l-Asar"ında,
Muhamməd b. Əli b. Davud ---> Am b. Əli b. Asim ---> Həmmam b. Yəhya ---> Qatadə ---> Həsən ---> Haris b. Qabisa ---> əbu Hureyrə (radiyallahu anh)
sənədilə rəvayət etmişdir.
Bununla bərabər, Əhməd b. Şuayb ---> İshaq b. İbrahim ---> ibn Rahuyə ---> Nəzr b. Şumeyl ---> Hammad b. Sələmə ---> Əzraq b. Qays ---> Yəhya b. Ya'mər ---> əbu Hureyrə (radiyallahu anh)'dan
meydana gələn başqa bir isnadla da rəvayət etmişdir. ("Məani'l-Asar", lll, 228)
Açıqca görüldüyü üzərə, əvvəlki sənəd, həsən; ikinci sənəd, səhihdir. Bu göstərir ki, insan, fərz həccini etməmiş olsa belə, başqası üçün həcc edə bilər. Necə ki, namaz vaxtı girdiyində, ilk əvvəl, nafilə; sonra da, fərz qıla bilirsə, eyni şəkildə, həcc vaxtı girdiyində də, ilk əvvəl, özü üçün nafilə və ya başqası üçün fərz həcc; sonra da, özü üçün fərz həcc edə bilər. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 335)
Doğrusu budur ki, "İlk əvvəl, özün üçün; sonra da, Şubrumə üçün həcc et!" mənasındakı ibn Abbas (radiyallahu anh) hədisi, özü üçün həcc etmədən əvvəl, başqasının yerinə həcc edənin həccinin qeyr-i məqbul olduğuna dəlalət etməz. Bunun ifadə edəcəyi ən son şey, başqasının yerinə həcc etmədən əvvəl, özü üçün həcc etməsinin vacib olduğudur. Ancaq, eyni hədisdəki: "Bu, öz yerinədir; sonra, Şubrumə üçün təkrar həcc et." sözünün mənası, "Bu həcci, özün üçün say." deməkdir. Öz qəsdi və iradəsi olmadan o həccin özü üçün olacağı mənasında deyildir. "İlk əvvəl özün üçün həcc et." sözü, bunun dəlilidir.
Bununla bərabər, cumhur, "İslamda, sarurat yoxdur." hədisini dəlil götürürlər. (əbu Davud, "Mənəsik", 3)
Hakim, bu hədisin səhih olduğunu söyləmişdir. (əl-Əzizi, lll, 438) Lakin, hədisin, onların dediyinə dəlil olacaq tərəfi yoxdur. Xattabi, "sarurat" kəliməsinin bu 2 təfsiri olduğunu söyləməkdədir:
1. Bir kimsə, nigahdan uzaq dayanar və xristiyan rahiblərinin yolundan gedər (deməkdir).
2. Həcc etməyən şəxs (demək)'dir. Bu ikinci mənaya görə, hədisin mənası, belə olur:
Dini sünnət, həcc etməyə gücü olub həcc etməyən kimsənin qalmamasıdır. Ta ki, İslamda, sarurat olmasın.
Hədisin, Haramda, birini öldürən şəxsin öldürüləcəyi və cahiliyyə dövründə olduğu kimi, "Mən, saruratam, həcc etmədim, Haramın haramlığını da bilmirəm." deməsinin qəbul edilməyəcəyi mənasında olduğu da söylənməkdədir. Əzizi'də və Suyuti'nin "Camiu's-Sağir" şərhi olan "əl-Hafi"də də, belə deyilməkdədir. (Ill, 437)
Hafiz Tahavi, bu hədisin mənası haqqında, "Müşkilu'l-Asar"ında, uzun-uzadı məlumat vermişdir. İstəyən, ora müraciət edə bilər. (Ill, 111)
Bizə görə, haccu's-sarurat (özü üçün həcc etməmiş olanın, başqası üçün həcc etməsi), caizdir. Ancaq, "Bədai"də bildirildiyi üzərə, ixtilafdan çəkinmək üçün, əfdal olanın, ilk əvvəl, özü üçün həcc etməsidir. Digər tərəfdən, ilk əvvəl, başqası üçün həcc etməklə, özündən fərzin düşməsindən çəkinmişdir. Bu şəkildəki bir dəlilləndirmədən, bir növ kərahət ortaya çıxmaqdadır. (Sarurat olduğunda, həcc, özünə vacib olar).
Doğrusu, ibnu'l-Humam'ın söylədiyi bu sözlərdir:
"Ağlın gərəyi, özünə həcc fərz olduqdan sonra, insanın, sarurat həcci etməsinin, təhrimən məkruh olduğudur." ("Şərhu'l-Lubab"dan müxtəsər olaraq, s. 256)
Lakin, özünə həcc fərz olmadan əvvəl, başqasının yerinə həcc etməsi, tənzihən məkruhdur.
Bu mövzu ilə bağlı olaraq alimlərimizin söylədiklərindən mənim başa düşdüyüm, budur. Haqqı və doğrunu, uca Allah bilir.
(Təhanəvi, "İ'lau's-Sünən")
