Hud surəsi 37-ci ayətin təfsiri

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ

"Gözlərimizin önündə və vəhyimiz üzrə, gəmini düzəlt. Zalım olanlardan ötrü, Mənə müraciət etmə. Şübhəsiz ki, onlar, suda boğulacaqlar." (Hud/37)

---------------------------

Təfsiri:

Bil ki, Allah Taala, bir əvvəlki ayətdə, "...Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla, artıq heç kəs iman gətirməyəcək..." bəyanı, Onun, onları həlak edəcəyini; əzaba düçar qılacağını, Nuh (əleyhissəlam)'a bildirmiş olduğunu göstərir. Ancaq bu, eyni zamanda, Allahın, onlara, fərqli cür əzabla əzab edəcəyinə ehtimalı olan bir ifadədir. Beləcə, Allah Taala, Nuh (əleyhissəlam)'a, Özünə iman etməyənlərə, boğma əzabı ilə əzab edəcəyini bildirmişdir. Boğulmaqdan qurtulmağın yolu, gəmi düzəltmək olunca, çox yerində olaraq, Allah da, Nuh (əleyhissəlam)'a, gəmi düzəltməyi əmr etmişdir. Bunun üzərinə, Allah Taala, Nuh (əleyhissəlam)'a, bu gəmini, quşların sinə qəfəsi şəklində düzəltməsini əmr etmişdir.

Buna görə, əgər, "Allahın, 'vəsnəi'l-fulkə = gəmi düzəlt' əmrinin, vaciblikmi, yoxsa mübahlıqmı?" ifadə edən bir əmr olduğu soruşularsa, biz, belə deyərik:

Daha zahir olanı, bunun, vaciblik ifadə edən bir əmr olmasıdır. Çünki, Nuh (əleyhissəlam)'ın, həm Öz canını, həm də başqalarının canını bu həlakdan qorumasının yolu, ancaq budur. Canı, həlak olmaqdan qorumaq isə, vacibdir. Vacibi reallaşdırmağa vəsilə olan şey də, vacibdir.

Bu əmrin, vaciblik ifadə edən bir əmr olmayıb, əksinə, ibahə/mübahlıq ifadə edən bir əmr olması da, möhtəməldir. Bu halda, bu, insanın, oturub içində iqamət edə bilməsi qayəsilə, özünə bir ev, yurd düzəltməsi kimidir.

---------------------

Haqq Taala'nın, "bi ə'yuninə = gözlərimizin önündə" buyurmasına gəlincə, bu ifadəni, bu səbəblərdən dolayı, zahiri mənasına həml etmək, mümkün deyildir:

a. Bu ifadə, Allah Taala'nın, bir çox gözü olmasını iqtiza edir/gərəkdirir ki, bu halda, bu, "və litusnəə alə ayni = gözümün önündə boya-başa çatdırılasan deyə" (Taha/39) ayəsinin zahirinə zidd düşür.

b. Bu ifadə, Nuh (əleyhissəlam)'ın, o gəmini, o gözlər sayəsində düzəltmiş olmasını iqtiza edir/gərəkdirir. Bu da, "bıçaq ilə kəsdim", "qələm ilə yazdım" deyilməsi kimi olur. Halbuki, "O gözlər ilə düzəltdim." deyilməsi, batil və yalnışdır. (haşiyə)

--------------------

(Haşiyə:

Ayətdə keçən وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا / vəsnəi'l-fulkə bi ə'yuninə" ifadəsi, birəbir tərcümə edilərkən, "Gözlərimizlə gəmini düzəlt" mənasına gəlir. Ayətdəki "bi = ila, ilə" mənasındadır.)

--------------------------

c. Allah Taala'nın, üzvlərdən, orqanlardan, qisim və parçalardan münəzzəh olduğu, qəti əqli dəlillərlə sabitdir. Elə isə, bütün bunlardan dolayı, bu ləfzi, təvil etmək (yəni, zahiri mənasından alıb möhtəməl mənalardan birinə həml etmək) lazımdır. Bu təvil də, bir neçə cəhətdən edilə bilər. (Belə ki):

c.1. Bu təbirin mənası, "Nuh (əleyhissəlam)'a, gəminin necə düzəldiləcəyini öyrədən mələyin nəzarəti ilə gəmini düzəlt..." şəklindədir.

Bu, eynilə, "Fulənun aynun alə fulənin = Filan kimsə, filan kimsə üzərində ayn/gözdür." deyilməsi qəbilindəndir. (Yəni, göz, məcazi olaraq, "nəzarətçi" mənasında istifadə edilmişdir. Yəni, onun hallarını araşdırmaq və gözünü ondan heç ayırmamaq üzərə vəzifələndirilmişdir.)

c.2. Bir kimsə, bir şeyə çox ehtimam göstərərsə, gözünü, onun üzərinə dikər. Bundan dolayı, gözü bir şeyi dikmək, o şeyə çox ehtiyat və etina göstərməyin bir səbəbi olunca, bu ifadədəki "ayn = göz" ifadəsi, "ehtiyat və etina"dan bir kinayə olmuş olur. Bax bundan dolayı, müfəssirlər, bunun mənasının, "Bizim, səni, eynilə görüb və səni zərərləri dəf edə bilən kimsənin qoruması şəklində olan bir qoruma ilə gəmini düzəlt!" şəklində olduğunu söyləmişlərdir.

Nəticə olaraq deyilə bilər ki, Nuh (əleyhissəlam)'ın gəmini düzəltməyə yönəlməsi, bu 2 şeyə bağlanmışdır:

a. Düşmənlərinin, Onun o işinə mane ola bilməmələri;

b. Onun, gəminin necə düzəldiləcəyini və pisliyi və şərri, Özündən necə dəf edə biləcəyini bilməsi.

Haqq Taala'nın "və vəhyinə = vəhyimiz ilə" təbiri, Allah Taala'nın, necə düzəldəcəyinə dair vəhy etdiyinə bir işarətdir. Belə olması halındadır ki, ancaq bundan bir nəticə əldə edilə bilər.

--------------------------

Haqq Taala'nın, "Zalım olanlardan ötrü, Mənə müraciət etmə. Şübhəsiz ki, onlar, suda boğulacaqlar." buyruğuna gəlincə, bu xüsusda, bu izahlar verilə bilər:

a. Bu, "Məndən, onlardan əzabımı gecikdirməyimi istəmə. Çünki Mən, onlar haqqında hökmümü artıq vermişəm..." deməkdir. Nuh (əleyhissəlam), bunu başa düşüncə, bax bundan sonra, qövmünə bəddua edərək,

...رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَـٰفِرِينَ دَيَّارً

"...“Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!" (Nuh/26) demişdir.

b. Bunun mənası, "O cəzaların o zülm edənlərə dərhal verilməsi xüsusunda, Mənə bir şey demə. Çünki Mən, o əzabı, müəyyən bir zamanda endirməyi hökm edincə, onu dərhal endirmək (yəni, sənin istədiyin vaxtda endirmək), imkansız olacaq." şəklindədir.

c. Ayətdəki "zülm edənlər" ifadəsilə qəsd olunanlar, onun xanımı ilə oğlu Kənan'dır.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------------------

-----------------------------

Əhl-i sünnətin əqidə imamlarından biri olan əbu Mansur əl-Maturidi, "Təvilatul-Quran" adlı təfsirində, ayətin təfsirində, deyir:

~ Bəzi müfəssirlər, "bi ə'yuninə" kəliməsinə, "əmrimizlə""vəhyimizlə" mənasını verdilər.

~ Bəzi müfəssirlər də, "bizim nəzarətimizdə" deyə məna verdilər.

Ancaq, bizə görə, burda 2 ehtimal vardır:

1. "Bizim qorumağımız və mühafizəmiz altında" mənasına da gələ bilər. Necə ki, "Allahın gözü, üzərində olsun." deyildiyində, "Allah, səni qorusun." mənası başa düşülür.

Sonra, ayətdəki "ə'yuninə" kəliməsi, bir başa "göz" mənasına gəlməz. Necə ki,

ذَ‌ٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ...

"Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir..." (Al-i İmran182); və

وَمَآ أَصَـٰبَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ...

"Başınıza gələn hər bir müsibət, öz əllərinizlə qazandığınız günahlar üzündəndir..." (Şura/30)

ayətlərində keçən "yəd", yəni, "əl" mənasındakı kəlimə də, şəxsən "əl" mənasına gəlməz. Burda, "əl" kəliməsinin bildirilməsi, "dünyada hər şeyin, ancaq əllə təqdim edilməsi və əllə qazanılması" səbəbilədir. "Göz" kəliməsi də, burda, "dünyada hər şeyə, gözlə nəzarət edildiyi" üçün istifadə edilmişdir.

2. "Bi ə'yuninə = Gözlərimizlə" mənasındakı kəlimə, "Bizim, səni öyrətməyimizlə" mənasına gəlir. Əgər Allah onu öyrətməsəydi, gəmi düzəltməyi və dülgərliyi bilməyən Nuh (əleyhissəlam), onu, necə düzəldəcək və necə dülgərlik edəcəkdi? O, bunları, ancaq, Allahın özünü öyrətməsi sayəsində bilmişdir. Ən doğrusunu, Allah bilir...

--------------------------

--------------------------

İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirində, deyir:

Burda görmək, "göz" ilə ifadə edilmişdir. Çünki görmək, göz ilə reallaşır. "Gözlərimiz" şəklindəki cəm isə, cəm mənası vermək üçün deyil; əzəmət üçündür. Necə ki, uca Allah, başqa yerlərdə, bu qəbildən olmaq üzərə, belə buyurmaqdadır:

...فَنِعْمَ ٱلْقَـٰدِرُونَ

~ "...Nə gözəl qadir olanlarıq Biz." (Mürsəlat/23);

...فَنِعْمَ ٱلْمَـٰهِدُونَ

~ "...Nə gözəl döşəyənlərik Biz." (Zariyat/48);

...وَإِنَّا لَمُوسِعُونَ

~ "...Biz, onu genişləndiririk." (Zariyat/47)

Bu və başqa ayətlərdəki "gözlər"in, "göz" mənasına raci olması (dönməsi) də mümkündür. Uca Allahın:

...عَلَىٰ عَيْنِىٓ

"...Gözümün önündə (yəni, nəzarətim altında)." (Taha/39) ayətində olduğu kimi.

Bütün bunlar, idrak və əhatə ediciliyi ifadə edir. Çünki, uca Allah, hiss orqanlarından, təşbih və keyfiyyətləndirmədən, uca və münəzzəhdir. Ondan başqa, heç bir ilah yoxdur.

~ "Gözlərimizin önündə" ayətinin, "Səni qorumaq və Sənə köməkçi olmaq üzərə, nəzarətçi olaraq vəzifələndirdiyimiz mələklərimizin gözləri önündə" mənasına gəldiyi də söylənmişdir. Bu halda, cəm ifadəsi, həqiqi mənası ilə istifadə edilmiş olur.

Yenə,

~ "Gözlərimiz önündə" ayəti, "elmimiz/biliyimiz altında" deyə də açıqlanmışdır, ki, bu açıqlamanı, Muqatil vermişdir.

~ Dahhak və Süfyan isə, "əmrimizlə" deyə açıqlamışlardır.

Read 11 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR