Peyğəmbərimiz peyğəmbər olaraq göndərilmədən əvvəl, əvvəlki peyğəmbərlərdən birinin şəriətilə mükəlləf idimi?
Peyğəmbərimiz, peyğəmbər olaraq göndərilmədən əvvəl, əvvəlki peyğəmbərlərdən birinin şəriətilə mükəlləf idimi?
(1) Bəzi alimlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Özünə peyğəmbərlik gəlincəyə qədər, daha əvvəlki peyğəmbərlərdən birinin şəriətilə mükəlləf olmadığını (yəni, təabbud etmədiyini);
(2) Bəzi alimlər də, mükəlləf olduğunu söyləmişlərdir.
Bu 2-ci görüşdə olanlar da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in mükəlləf tutulduğu şəriətin, hansı peyğəmbərin şəriəti olduğu xüsusunda, fərqli görüşlər iləri sürmüşlərdir. (Belə ki, onlardan):
~ bir qismi, bunu, Nuha;
~ bir qismi, İbrahimə;
~ bir qismi, Musa'ya;
~ bir qismi də, İsa'ya nisbət
etmişdir.
Muxtar olan, bu qisimlərin hamısının da, əqlən mümkün olduğudur. Lakin, (tabe olmasının) felən vaqe olduğu, qəti bir yolla bilinməməkdədir. Hal-hazırda, belə əməli (praktiki) bir nəticəsi olmayan xüsuslarda qaranlığa daş atmağın isə, bir mənası yoxdur.
Əgər deyilərsə ki:
"Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), əvvəlki dinlərdən birilə mükəlləf tutulub o dinə görə əməl etsəydi, o dinin mənsubları, bunu, özlərinə nisbət edərək, bununla fəxr edərlərdi; və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onların şüarları ilə bəzəndiyi, yayğın olaraq nəql edilərdi. Belə bir şeyin olmaması, hər hansı bir dinə görə hərəkət etməməsinin, qəti dəlilidir."
Biz də, buna belə deyərik ki:
Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), mükəlləfiyyətdən və şəriətlərə görə əməl etməkdən sıyrılmış (yəni, ayrılmış) olsaydı, bu dəfə də, xalq siniflərinə müxalifət etməsi və bunun da, yayğın olaraq nəql edilməsi lazım gələrdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bisət (peyğəmbər olaraq göndərilməzdən) əvvəlki halının gizli qalması, fövqə'l-adi bir möcüzə sayıla bilər ki, bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qeyr-adi işlərindən biridir.
Müxalif görüşdə olanların, 2 şübhəsi vardır:
1. "Musa və İsa, Allahın mükəlləf olan bütün qullarını, Öz dinlərinə çağırmışlardır. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bu ümumi çağırışa daxildir."
Bu görüş, 2 cəhətdən batildir:
a. İsa və Musa'dan, Öz çağırışlarının ümumi olmasına dair bir ifadə, mütəvatir bir şəkildə, bizə nəql edilməmişdir, ki, biz, bu ifadənin fəhvasına (mənasına) baxaq. Bu cəhətdən, bu iddianın, -bizim Peyğəmbərimizin dininə müqayisə edilməkdən başqa-, heç bir istinadı yoxdur və belə bir müqayisə də, batildir! Üstəlik, əgər onların çağırışları ümumi olsaydı belə, özlərinin şəriətini nəsx edəcək olan peyğəmbərlər, bu çağırışdan istisna edilmiş də ola bilərdilər.
b. Bəlkə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zamanı, şəriətlərin fətrət və silinib getmək zamanı olub, bu şəriətləri ayaqda tutmaq və bunlara görə davranmaq, imkansız olmuş və Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu səbəbdən göndərilmiş ola bilər. Bununla bərabər, O, İsa və Musa'nın şəriətlərinin təfsilinə dair hüccət mövcud olduğunu, hardan biləcəkdir?!
2. İkinci şübhələri: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz qılır; həcc və ümrə edir; sədəqə verir; heyvan boğazlayır; və məytə (leş)'dən uzaq dururdu. Və bunlar isə, ağlın irşadı (yönləndirməsi) ilə bilinə bilməzlər."
Deyirik ki:
Bu görüş, 2 cəhətdən fasiddir:
a. Bu sayılan xüsusların heç biri, qəti bir dəlillə mütəvatir olaraq nəql edilmiş olmadığından, bunların zənn ilə isbat edilməsinə, yol (imkan) yoxdur.
b. İkincisi: Peyğəmbər (sallallahu aleyhi və səlləm),
~ Bəlkə də, təhrimin (haram qılınmağın), ancaq və ancaq səm (eşitmək) yolu ilə olacağına; və şəriətin varid olmasından əvvəl, hökmün mövcud olmayacağına bina edərək heyvan boğazlamışdır.
~ Leşi tərk etməsi isə, təbiətindən gələn bir tiksinti səbəbilə də ola bilər. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), kərtənkələ ətini, təbiəti gərəyi tiksindiyi üçün yeməmişdir. (Buxari, "Zəbəih", 33)
~ Namaz və həccə gəlincə, əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bunları etdiyi səhihdirsə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunları, -hər nə qədər təfsilatı silinib getmişsə də-, ümumi (şəkilləri) haqqında əvvəlki peyğəmbərlərdən nəql edilənlərə görə, təbərrükən etmiş də ola bilər.
----------------------------
----------------------------
İndi, əsl mövzumuza qayıdaq və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bisət (peyğəmbər olaraq göndərildikdən) sonra, daha əvvəlki peyğəmbərlərdən birinin şəriətinə görə əməl edib-etmədiyinə baxaq.
Burda:
~ ilk əvvəl: bunun, əqlən mümkün olub-olmadığı;
~ sonra da: səman (eşitmək cəhətilə) vaqe olub-olmadığı
bəhs mövzusu ediləcəkdir.
1. Əqli imkan:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əvvəlki şəriətlərdən birilə mükəlləf tutulması, əqlən mümkündür. Çünki, Allah Taala, qullarını:
~ əvvəlki bir şəriətlə; və ya
~ bir qismi əvvəlki şəriətlərlə, bir qismi də yeni bir şəriət
olmaq üzərə, istədiyi şey ilə mükəlləf tuta bilər. Bunların heç biri, zatı etibarı ilə imkansız olmadığı kimi; özündəki bir məfsədət səbəbindən də, imkansız deyildir.
Bəzi qədərilər, hər Peyğəmbərin, mütləq yeni bir şəriətlə göndərilməsi gərəkdiyini söyləmiş; və iddialarını, belə əsaslandırmışlardır:
"Peyğəmbər, əgər bir yeniləmə gətirməyəcəksə, göndərilməsində bir fayda olmayacaqdır. Allah Taala isə, bir fayda olmadan, rəsul/elçi göndərməz."
Buna görə, bu görüşdə olan qədərilərin,
~ bir şəriət silinib getdiyində, bu şəriətə bərabər digər bir şəriətlə peyğəmbər göndərilməsini; yenə,
~ bu şəriətə bəzi əlavələr ehtiva edən bir şəriətlə peyğəmbər göndərilməsini; və
~ birinci peyğəmbərin, bir qövmə/topluluğa; digərinin də, həm bunlara, həm də başqalarına göndərilmiş olmasını
caiz görmələri də lazım gəlir. Bəlkə də, onların müxalif olduqları şey, birinci şəriət öz təzəliyini qoruyarkən; ikincisinin bir əlavə gətirməmiş olması (halı)'dır.
Deyirik ki, 2 dəlilin birlikdə qoyulmasına və 2 rəsulun eyni anda göndərilməsinin mümkün olmasına dəlalət edən şey, bunun da mümkün olmasına dəlalət edir. Allah Taala'nın, Yasin surəsi 14-cü ayədə buyurduğu kimi:
إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ...
"O zaman, onlara, iki nəfər elçi göndərdik, amma onlar, ikisini də yalançı saydılar. Biz də, elçilərimizi, üçüncüsü ilə qüvvətləndirdik..."
Eyni şəkildə, Allah, Musa ilə Harunu; Davud ilə də Süleymanı göndərmişdir. Hətta, bir peyğəmbərin, daha əvvəlki bir peyğəmbərin şəriətilə göndərilməsi, eynilə, görmə xüsusunda, biri ilə kifayət edilə bildiyi halda, iki gözün yaradılması kimidir. Digər tərəfdən, bu qədərilərin sözləri, Allah Taala'nın fellərində bir fayda tələbi üzərinə qurulmaqdadır ki, bu, təhəkkümdür.
Səm'i (eşitməyə bağlı olan) imkan:
Bizim şəriətimizin, əvvəlki şəriətləri bütünü ilə nəsx etmədiyində, ixtilaf yoxdur. Məsələn, bizim şəriətimiz:
~ iman etməyin vacibliyini;
~ zina, oğurluq, adam öldürmək və küfrün haramlığını,
nəsx etməmişdir. Lakin Allah, zina, oğurluq kimi işləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə:
~ ya yeni bir xitab ilə;
~ ya da başqa peyğəmbərlərə enən xitab ilə
haram qılmış; bunları davam etdirməklə mükəlləf tutmuş və əvvəlkilərin şəriətinə müxalif olan xüsuslarda isə, yeni bir xitab endirmişdir. Bir hadisə meydana gəldiyində, Özünə, əvvəlkilərə müxalif bir vəhy enmədiyi müddətcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onların dininə tabe olması lazımdır. İxtilafın döndüyü yer, burasıdır.
Muxtar olan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Özündən əvvəlki heç bir şəriətlə mükəlləf tutulmadığıdır!
Bu 4 metod, buna dəlalət etməkdədir:
1. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Muazı Yəmənə göndərərkən, ona: "Nə ilə hökm edəcəksən?" deyə soruşmuş; Muaz da: "Kitab, sünnət və ictihad ilə hökm verəcəm." (Tirmizi, "Əhkam", 3) demişdir. Muaz, Tövratı, İncili və əvvəlkilərin şəriətlərini zikr etmədiyi halda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Muazı, təsvib (uyğun, doğru görmüş) və təzkiyə etmiş (təmizə çıxarmış, yəni, doğruluğuna şəhadət etmiş)'dir. Əgər bunlar (yəni, Tövrat və İncil), hökmün qaynaqlarından olsaydı, (hökmün), bunlarda da olmaması halında ictihada gedilə bilərdi.
Burda, "Muazın, Tövrat və İncili zikr etməməsinin (səbəbi) olaraq, Kitabda (yəni Quranda), bunlara (yəni, Tövrat və İncilə) rücu edilməsinə dəlalət edən ayətlərin var olması" göstərilə bilər, ki, biz, bu ayətlərə sarıla bilməyəcəyini, bəyan edəcəyik.
Tam əksinə, Kitabda,
...لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا...
"...Sizlərdən hər biriniz üçün, bir şəriət və bir minhəc/yol təyin etdik..." (Maidə/48) buyurulmaqdadır.
Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Əgər Musa həyatda olsaydı, Mənə tabe olmaqdan başqa edəcəyi bir şey olmazdı." buyurmuşdur. (əbu Yə'lə, "Müsnəd", lV, 102)
Digər tərəfdən, Kitabda, sünnətə tabe olmağa və qiyasa dəlalət edən ayətlər də vardır. (Elə isə), Muaz'ın, Sünnət və qiyası zikr etmədən, sadəcə Kitabı zikr etməsi lazım gəlməzdimi?! Yox əgər, nəyə görə hökm verəcəyini təfsilatlı olaraq söyləyirsə, əvvəlki şəriətlər, zikr edilməsi əhəmiyyətli olan şeylərdən deyillərmi?!
Əgər deyilərsə ki: "Tövrat və İncil, 'Kitab' adı altına daxildirlər. Çünki 'Kitab', hər kitabı ehtiva edən bir isimdir."
Belə deyərik:
Kitab və sünnət birlikdə zikr edildiyində, müsəlmanların ağlına, Qurandan başqa bir şey gəlməz. Muazın, Quran öyrəndiyi bilindiyi kimi; Tövrat və İncili öyrəndiyi; bunların təhrif edilmiş qisimlərini təhrif edilməmiş qisimlərindən ayırmağa çalışdığı görülməmiş ikən; Muazın, "Kitab" sözündən, Qurandan başqa bir şey, necə başa düşülə bilər?! Əgər Tövrat və İncili öyrənmək vacib (gərəkli) olsaydı, bu halda, bunlar, sadəcə bəzi qisimləri nəsx edilmiş bir kitab olacaqlarından və bəzi hökmlərə qaynaqlıq edəcəyindən dolayı, bütün səhabələr, bunu öyrənərdi. Zatən Quran da, sadəcə bu səbəbdən dolayı əzbərlənmişdir. Hətta Ömər (radiyallahu anh)'ı, Tövratın bir yarpağını gözdən keçirərkən (incələyərkən) görən Peyğəmbər (sallallahu aleyhi və səlləm), gözləri qızaracaq dərəcədə buna qəzəblənmiş və: "Əgər Musa həyatda olsaydı, Mənə tabe olmaqdan başqa edəcəyi bir şey olmazdı." buyurmuşdur.
2. Peyğəmbər (sallallahu aleyhi və səlləm), əgər əvvəlki şəriətlərlə ibadət etməklə əmr olunsaydı, zihar, muhsan şəxslərin rəcmi və miras mövzularında, qərarsız qalmaz; vəhy gözləmədən, o şəriətlərə rücu edər/qayıdardı. Xüsusilə də, hər toplum üçün zəruri olan hökmlər xüsusunda, əvvəlki şəriətlərə müraciət edərdi ki, bu hökmlər, Tövratda mövcuddur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), silinib getmiş olması və təhrifə məruz qalması səbəbilə, Tövrata müraciət etmədisə, bu hal -əvvəlki şəriətlər ilə- təabbudə əngəl təşkil edir deməkdir. Bu, mümkün olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu araşdırmağı və öyrənməyi vacib qılardı. Bu xüsusda bilinən tək şey, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, rəcmin, onların dinlərinə müxalif olmadığını göstərmək məqsədilə, zina edən yəhudilərin rəcmi xüsusunda, Tövrata müraciət etməsidir.
3. Tövrat, əgər (hökm) qaynağı olsaydı, eynilə Quran və xəbərlər/hədislər kimi; bunun da öyrənilməsi, nəql edilməsi və qorunması, fərz-i kifayə olardı. Səhabələrin, hökmləri öyrənmək xüsusunda, eynilə o mövzuda, bir xəbərin mövcud olub-olmadığını araşdırmaları, özlərinə vacib olduğu kimi; Tövrata baş vurmaları da, vacib olardı. Yenə, aralarında ixtilaf mövzusu olan
~ avl;
~ babanın miras payı;
~ mufavvida;
~ ümmüvələdin satılması;
~ şərab içmə cəzası;
~ nəsia ribası (faizi) xaricindəki riba;
~ mutə;
~ cəninin diyəti;
~ hissə-hissə olan borclarından, hələ bir qismini ödəyə bilməmiş mukatəbin hökmü;
~ cariyənin, zifafdan sonra eyb səbəbilə geri qaytarılması; və
~ [qüslün lazım gəlməsi cəhətindən] sünnət yerlərinin birləşməsi
kimi özlərinə müşkil gələn və demək olar ki, hər dində və hər kitabda mövcud olacaq problemlərin həlli üçün, ona müraciət edərdilər. O qədər uzun yaşamalarına; bir çox sayda hadisə ilə qarşılaşmalarına və bir çox mövzuda ixtilaf etmələrinə baxmayaraq və Abdullah b. Salam, Ka'b əl-Ahbar və Vehb kimi Tövrat xüsusunda sözlərinə etimad ediləcək bir çox şəxs Müsəlman olduğu halda, heç bir səhabənin, Tövrata müraciət etdikləri nəql edilməmişdir. Qiyas belə, ancaq, hökmün Quranda olmasından ümid kəsilməsindən sonra caiz ola bilməkdədir. Qiyas, Kitabda olanı bilmədən əvvəl, necə edilə bilər?!
Bütün ümmət, bu şəriətin, əvvəlkiləri nəsx edici olduğu və onların, cümləsilə bərabər, bizim Peyğəmbərimizin şəriəti halına gəldiyi xüsusunda, görüş birliyi içərisindədirlər. Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), başqa bir şəriətlə əməl etmiş olsaydı,
~ Şari deyil, sadəcə "xəbər verən" olardı; və
~ Şəriət sahibi deyil; "şəriətin nəql edicisi" olardı.
Ancaq bu, zəif (görüş)'dür. Çünki, "Peyğəmbərin şəriəti" ifadəsi,
~ məcaz ehtimalı; və
~ bütünü xüsusunda Şari olmasa belə, Özü vasitəsilə bilinir olduğu ehtimalını
daşıyan bir nisbətdir.
Müxalif görüşdə olanların sarıla biləcəkləri, 5 ayət və 3 hədis mövcuddur:
1. Birinci ayət:
Allah Taala, peyğəmbərləri zikr etdikdən sonra,
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ...
"Onlar, Allahın hidayət etdiyi kimsələrdir. Sən, bunların hidayətinə/yol göstəriciliyinə iqtida et/tabe ol." (Ənam/90)
Biz, bu 2 dəlildən yola çıxaraq, ayətdə bəhsi edilən "yol göstəricilik"dən məqsədin, tövhid və Allahın birliyinə dəlalət edən əqli dəlillər olduğunu söyləyirik. Belə ki:
a. Allah, "Onlara iqtida et/tabe ol." deməmiş; "Onların hidayətinə/yol göstəriciliyinə iqtida et." demişdir. Onların yol göstəriciliyi isə, özlərinə nisbət edilməyən dəlillərdir. Şəriət isə, onlara nisbət edilməkdədir. Dolayısı ilə, Şəriət xüsusunda onlara tabe olmaq isə, onlara tabe olmaq mənasına gəlir.
b. Əvvəlki peyğəmbərlərin şəriətləri, bir-birindən fərqli və bəzisi, nasix; bəzisi də, mənsux ikən, Allah, zikr edilən peyğəmbərlərin şəriətlərinin hamısını birdən necə əmr etmiş ola bilər?! Yenə, onların şəriətləri, bir çox ikən, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunları nə vaxt araşdıra biləcəkdir?! Elə isə, Allah, "Onların yol göstəriciliyinə tabe ol!" sözü ilə, bütün peyğəmbərlər arasında müştərək olan şeyi, yəni tövhidi qəsd etmişdir.
2. İkinci ayət:
ثُمَّ أَوْحَيْنَآ إِلَيْكَ أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا ۖ ...
"Sonra, Sənə vəhy etdik: 'Hənif İbrahimin millətinə (dininə) ittiba et / tabe ol." (Nəhl/123)
Bu ayətə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, İbrahimin şəriətinə görə təabbud etdiyini iləri sürənlər sarılmışlardır.
Birincisi, bizim yuxarıda zikr etdiyimiz ayət (yəni, Ənam/90), bu ayət (yəni, Nəhl/123) ilə bir-birinə zidd düşməkdədir. (Yəni, Ənam/90'da bir çox peyğəmbərə tabe olmaqdan bəhs edildiyi halda; burda, sadəcə İbrahim peyğəmbərə tabe olmaqdan bəhs edilməkdədir.)
Digər tərəfdən, bu ayətdə (yəni, Nəhl/123)'də, hüccət də yoxdur. Çünki Allah, "Sənə vəhy etdik." deməkdədir ki, ittiba etməyin/tabe olmağın vacibliyi, başqasına gələn vəhylə deyil; doğrudan Peyğəmbərə gələn vəhylədir. Ayətdə keçən "İttiba et" sözü, "Onun etdiyi kimi et." deməkdir. Yoxsa, "Ona tabe ol və onun ümmətindən biri ol." demək deyildir. "Millət" sözünün, bütün şəriətlərin müttəfiq olduğu din, tövhid və təqdis mənasında olduğu düşünülərsə, ikinci mənanın qəsd edilmədiyi başa düşülər. Bunun üçündür ki, Allah Taala,
وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَٰهِۦمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ...
"Səfeh olanlardan başqa, kim İbrahimin dinindən üz çevirər?" (Bəqərə/130) buyurmuşdur ki, İbrahimə, (şəriətlərinin fərqliliyi səbəbilə) müxalif olan peyğəmbərlərin, səfehliklə ittiham edilmələri, caiz deyildir. Buna dəlalət edən bir xüsus da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, İbrahimin milləti haqqında araşdırma etməməsidir. Zatən, kitabı və xəbərlərinin isnadı itib batdıqdan sonra, bu araşdırmanı necə edəcəkdir?!
3. Üçüncü ayət:
شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا...
"Allah, Nuha tövsiyə etdiyi şeyi, sizin üçün şəriət qılmışdır..." (Şura/13)
Ayətin davamından anlaşıldığına görə, tövsiyə edilən şey, "dini iqamə etmək"dir.
Bu ayətə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Nuhun şəriətinə görə əməl etdiyini iləri sürənlər sarılmışlardır ki, bu, fasid bir (görüş)dür. (Belə ki):
~ Birincisi, yuxarıda zikr edilən 2 ayət, buna ziddir.
~ Digər tərəfdən, din, tövhiddən ibarətdir. Ayətdə Nuhun xüsusilə zikr edilməsi isə, təşrif (Nuhu şərəfləndirmək) və təxsis üçündür. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Nuhun şəriətinin təfsilatına, nə vaxt rücu etmişdir?!
Qaldı ki, Nuh, ilk peyğəmbərlərdən ikən; və Onun şəriəti, arxasında bir iz qoymadan silinib gedən şəriətlərin başında gəldiyi halda, Onun dininə müraciət etmək (baş vurmaq), necə mümkün olacaqdır?!
Bunlar da bir yana, Allah, "Nuha din olaraq tövsiyə etdiyi şeyi, sizin üçün şəriət qılmışdır." buyurmaqdadır. Əgər Allah, belə buyurmayıb "Sizə tövsiyə etdiyi şeyi, Nuh üçün şəriət qılmışdır." desəydi, bəlkə, bu, onların məqsədlərinə daha uyğun düşərdi. Ayətdəki bu ifadə, onların məqsədlərinin ziddini, açıqca bildirməkdədir.
4. Dördüncü ayət:
إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ...
"Şübhəsiz ki, Biz, Tövratı endirdik. Onda, nəbilərin (özünə görə) hökm verəcəkləri nur və hidayət vardır." (Maidə/44)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bu peyğəmbərlərdən biri olduğuna görə, O da, Tövrat ilə hökm versin. (Yəni, belə demək, heç mümkün ola bilərmi?!)
Bu ayətə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, Musa'ya nisbət edənlər sarılmışlardır.
~ Hər şeydən əvvəl: ilk 3 ayət, bu ayətə sarılmağa manedir.
~ İkincisi: ayətdə keçən nur və hidayət, tövhidin əsli və peyğəmbərlərin müştərək olduqları digər xüsuslardır. Yoxsa, nəsxə məruz qala bilən hökmlər deyildir.
~ Üçüncüsü: Allah, sadəcə o dövrdəki peyğəmbərləri qəsd etmiş ola bilər.
~ Dördüncüsü: ayət əmr siğası ilə deyil; xəbər siğası (qəlibi, forması) ilə gəlmişdir. Dolayısı ilə, bunda, hüccət yoxdur.
~ Son olaraq: ayətdə qəsd edilən xüsus, peyğəmbərlərin, Musaya gələn vəhy ilə deyil; doğrudan özlərinə gələn vəhy ilə hökm etmələridir.
5. Beşinci ayət: Allah, Tövratdan və ondakı hökmlərdən bəhs etdikdən sonra,
...وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ
"Kim Allahın endirdiyi ilə hökm etməzsə, onlar kafirdirlər." (Maidə/44) buyurmuşdur.
Deyirik ki, ayətlə qəsd edilən məna, bunlardan biri olmalıdır:
a. "Kim, yalanlayaraq və inkar edərək Allahın endirdiyi ilə hökm etməzsə..." şəklindədir. Yoxsa, "Kim, Allahın Musaya endirdiyi ilə hökm etməzsə." şəklində deyildir.
b. Ayətdə, Musa'nın ümmətindən olub, Allahın endirdiyi ilə hökm verməsi Özünə vacib olduğu halda, onunla hökm etməyənlər və hər bir peyğəmbərin ümmətinin, öz peyğəmbərlərinə endirilənə müxalif davrananları qəsd etmiş ola bilər.
c. Ayətin mənası, "Peyğəmbərlər, -tabe olmaq yolu ilə deyil, özlərinə məxsus bir vəhylə- Tövratın bənzərilə hökm verərlər." şəklində ola bilər.
-------------
Ancaq hədislərə gəlincə:
1. Birinci hədis: Qırılan bir diş xüsusunda qisas alması səbəbilə Özünə gəldiklərində, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Allahın kitabı, qisasa hökm edir." buyurur.
Nə var ki, dişin qisası ilə bağlı olaraq, Quranda, Tövratda yer alan "dişə diş" (Maidə/45) sözündən başqa, bir şey yoxdur.
Deyirik ki:
Quranda,
...فَمَنِ ٱعْتَدَىٰ عَلَيْكُمْ فَٱعْتَدُوا۟ عَلَيْهِ بِمِثْلِ مَا ٱعْتَدَىٰ عَلَيْكُمْ...
"...Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı, onun təcavüz etdiyi qədər təcavüz edin..." (Bəqərə/194) hökmü vardır. Dolayısı ilə, diş məsələsi də, bu ayətin ümumu altına daxildir.
2. İkinci hədis: "Kim yatıb qalaraq və ya unudaraq bir namazı qılmazsa, xatırladığında qılsın." buyurmuş və:
...وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ
"...Məni xatırlamaq üçün namaz qıl." (Taha/14) ayətini oxumuşdur. Halbuki, bu xitab, Musa'yadır.
Deyirik ki:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu, təlil (illət, səbəb göstərmək) məqsədilə zikr etməmiş; lakin, qəzanın vacibliyini, Özünə gələn vəhyə istinad edərək bildirmiş; və Musa kimi, Özlərinin də, bununla əmr olunduğuna diqqət çəkmişdir. Ayətdəki "li-zikri" sözü, "Namazı vacib qıldığımı xatırlamaq üçün" mənasındadır. Əgər bu xəbər olmasaydı, ağla gələn ilk şey, "Allahı qəlb ilə zikr" və ya "Namazın vacibliyini xatırlama" olardı.
3. Üçüncü hədis: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, zina edən 2 yəhudini rəcm etmə xüsusunda, Tövrata baş vurması.
Bu müraciət, əməl etmək üçün deyil; rəcmi inkar etmələri xüsusunda, yəhudiləri yalanlamaq üçündür. Əks təqdirdə, İncilə baş vurması lazım gələrdi. Çünki İncil, Qurandan əvvəl, Allahın endirdiyi son kitabdır. Bu səbəblədir ki, bu vaqeə xaricində, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Tövrata baş vurmamışdır.
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Mustasfa", s. 310-316)
------------------------------
Əlavələr:
Nasix-Mənsux:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...
Fətrət:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99tr%C9%99t
