Səcdədən sonra oturmadan qalxmaq

802. Abbas və ya Ayyəş b. Səhl əs-Səadi'dən belə rəvayət edilir:

Bir məclisdə idik. Bir səhabə olan atası da, orda idi. Məclisdə, əbu Hureyrə, əbu Humeyd əs-Səidi və əbu Useyd də var idi. Abbasın atası, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qıldığı namazı nəql etdi. (Bu uzunca hədisin mövzumuzla bağlı) qismində, (bu ifadələr) vardır:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Allahu Əkbər deyərək, səcdə etdi. Sonra Allahu Əkbər deyərək qalxdı və təvərrük etmədi (oturmadı)."

Bu hədisi, əbu Davud (hədis no: 733) rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 120) (haşiyə)

---------------

(Haşiyə: Hədis, zəifdir.)

----------------

803. Numan b. əbi Ayyəş'dən belə rəvayət edilir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir çox səhabəsini gördüm. Rükətin başında və üçüncü rükətdə, səcdədən başlarını qaldırdıqlarında, oturmayıb dərhal qalxırlardı."

Bu hədisi, əbu Bəkr b. əbi Şeybə rəvayət etmişdir. İsnadı, həsəndir. (Niməvi, "Asaru's-Sünən", l, 121)

-----------------

804. Abdu'r-Rahmən b. Yezid'dən belə rəvayət edilir:

"Abdullah b. Məsud (radiyallahu anh)'ı, göz ucu ilə izlədim. Oturmayıb qalxdığını gördüm."

(Abdu'r-Rahmən) deyir:

"Abdullah, birinci və üçüncü rükətlərdə, oturmadan qalxırdı."

Niməvi'nin ifadəsinə görə ("Asaru's-Sünən", l, 122), hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lX, 266) rəvayət etmiş olub; raviləri, səhih hədis raviləridir. Beyhaqi isə, "əs-Sünənu'l-Kubra"sında (ll, 125) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. (Hədis, Beyhaqi'nin də dediyi kimi, səhihdir!)

------------------------------

Vehb b. Keysan'dan belə rəvayət edilir:

"ibnu'z-Zubeyr'i gördüm. İkinci səcdəni etdikdən (sonra), ayaqlarının ucları üzərinə (oturmadan) ayağa qalxırdı."

Hədisi, Niməvi'nin ifadəsinə görə ("Asaru's-Sünən", l, 121), ibn əbi Şeybə ("əl-Musannəf", l, 394) rəvayət etmiş olub; isnadı, səhihdir.

----------------------

806. Abdu'r-Rahmən b. Ğanəm'dən belə rəvayət edilir:

əbu Malik əl-Əşari (radiyallahu anh), bir gün, öz qövmünü toplayaraq, onlara: "Ey Əşarilər! Toplanın! Qadınlarınızı və uşaqlarınızı da toplayın ki, sizlərə, Nəbi (sallallahu aleyhi və səlləm)'in, Mədinədə, bizlərə qıldırmış olduğu namazı öyrədim." dedi.

(Bu uzunca hədisin, mövzumuzla bağlı) qismində, (bu ifadələr) vardır:

"əbu Malik əl-Əşari, sonra, səmiallahu liməm həmidəh deyərək, rukudan qalxdı. Sonra təkbir gətirərək səcdəyə getdi. Sonra təkbir gətirərək başını səcdədən qaldırdı. Sonra təkbir gətirərək bir də səcdə etdi. Sonra təkbir gətirdi və (dərhal) ayağa qalxdı." (Əhməd b. Hənbəl, V, 343)

Niməvi'nin ifadəsinə görə, hədisin isnadı, həsəndir. ("Asaru's-Sünən", l, 120) Heysəmi, "Hədisin bütün rəvayət yollarında, haqqında bəzi tənqidlər olan, Şehr b. Həvşəb vardır. Bu şəxs, inşallah siqadır." deməkdədir. ("Məcmau'z-Zəvaid", l, 194)

Yuxarıdakı hədislər, istirahət cəlsəsi (oturuşu) edilməyəcəyini, açıqca hökmə bağlamaqdadır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in və öndər bir çox səhabənin, ikinci səcdədən sonra oturmayıb ayağa qalxdıqları, sabitdir.

-----------------------------

807. əbu Hureyrə (radiyallahu anh)'ın, belə dediyi rəvayət edilir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ayaqlarının ucları üzərinə (oturmadan), ayağa qalxardı."

Hədisi, Tirmizi ("Salət", 98) rəvayət etmiş və elm əhlinin əməlinin bu şəkildə olduğunu; insanın, namazda, ayaqlarının ucları üzərinə (oturmadan) ayağa qalxmasını tərcih etdiklərini bildirmişdir. Hədisin isnadındakı Xalid b. İyas, mühəddislərə görə, zəifdir. Lakin ibn Adiyy: "Xalid b. İyasın hədislərinin hamısı, ğarib və rəvayətində təfərrüd etdiyi (tək qaldığı) hədislərdir. Zəif olmaqla bərabər, hədisi, yazılar." demişdir. (ibn Həcər, "Təhzibu't-Təhzib", lll, 81) Onun bu hədisinin, səhih şahidləri olduğu, hər kəsin məlumudur.

----------------------------

808. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 250), Səid b. Mənsur'a görə zəif bir isnadla,

"əbu Hureyrə (radiyallahu anh)'ın, səcdədən, ayaqlarının ucları üzərə (oturmadan) ayağa qalxdığı rəvayət edilmişdir. İbn Məsud (radiyallahu anh)'dan da, bunun eynisi, səhih bir isnadla rəvayət edilmişdir." deməkdədir.

----------------------------

809. İbrahim ən-Nəxai'nin, namaz qılan şəxsin, ayağa qalxarkən əllərinə söykənməsini kərih gördüyü rəvayət edilmişdir.

Allamə əbu Tayyib, "Tirmizi şərhi"ndə ("Şuruhun Ərbaatun li't-Tirmizi", l, 297), deyir:

Tirmizi'nin, "Alimlərin əməlləri, bu şəkildədir." tərzindəki ifadəsi, hədisin, həsən olduğunu göstərməkdədir. Çünki hədis, həsən deyil, zəif olsaydı, alimlər, -xüsusilə də muariz (bir-birinə zidd) rəvayətin olduğu hallarda- ona görə əməl etməzlərdi.

Mühəqqiq ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də:

"Tirmizinin, 'Alimlərin əməlinin bu yöndə olduğu' şəklindəki ifadəsi, rəvayətin, -xüsusilə bu, isnadı zəif olsa da- əslinin qüvvətli olduğunu gərəkdirir." deməkdədir.

ibn əbi Şeybə'nin nəqlinə görə, ibn Məsud (radiyallahu anh), namazında, səcdədən sonra oturmaz; ayaqlarının ucları üzərinə (oturmadan) ayağa qalxardı. Əli'nin, ibn Ömər'in, ibnu'z-Zubeyr'in və Ömər (radiyallahu anhum)'un da belə namaz qıldıqları rəvayət edilmişdir. ibn əbi Şeybə'nin nəqlinə görə, Şa'bi:

"Ömər, Əli və Peyğəmbərin səhabələri, namazlarında, ayaqlarının ucları üzərə (oturmadan) ayağa qalxarlardı." demişdir.

İbn əbi Şeybə, Numan b. Ayyəş'dən, yuxarıdakı mətndə yer alan rəvayətə bənzər bir nəqlə yer vermişdir. Bunu, Abdu'r-Razzəq, ibn Məsud, ibn Abbas və ibn Ömər (radiyallahu anhum)'dan rəvayət etmişdir. ("əl-Musannəf", ll, 179)

Beyhaqi'nin nəqlinə görə, Abdu'r-Rahmən b. Yezid, ibn Məsud (radiyallahu anh)'ı namaz qılarkən görmüş və hədisi, məna etibarı ilə rəvayət etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, Malik əl-Huveyris'dən daha yaxın, izindən getmək xüsusunda daha şiddətli və yanından ayrılmamağa daha çox riayət edən böyük səhabələr, Malik'in dediyinin əksi cəhətində ittifaq etmişlərdir. Onun üçün, bu görüşü tərcih etmək lazımdır. Bundan dolayı, Tirmizi'nin də bildirdiyi kimi, alimlərin əməlləri, buna görədir.

Bir başqa hədisin zeylində (son qismində), bunun da yer aldığını deyirəm:

Hədisi, Tirmizi rəvayət etmiş; imam Əhməd və başqaları, Hüseyn'in zəif olduğunu söyləmişlərdir. Əməl, alimlər nəzdində, bu hədisə görədir. Tirmizi, beləcə, hədisin, elm əhlinin görüşü ilə gücləndiyinə işarət etmişdir.

Hədisin sihhət dəlili:

Elm əhlindən bir çoxu, -etimad edilməyə dəyər hər hansı bir isnadı olmasa belə- alimlərin qənaətlərinin bu yöndə olmasının, hədisin sihhət dəlilindən biri olduğunu, açıqca bildirmişlərdir. Bu halda, Şəvkani'nin aşağıdakı tənqidi, düşər:

ibnu'l-Munzir'in, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir çox səhabəsinə çatdım. Onlar, ilk və üçüncü rükətdə, səcdədən başlarını qaldırdıqlarında oturmayıb (dərhal) ayağa qalxarlardı." şəklində Numan b. Ayyəş'dən nəql etdiyi rəvayət, eyni halda, səcdədən başını qaldırdıqdan sonra oturduğu görüşü ilə ziddiyyət təşkil etməz. Çünki, bəzi hallarda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu şəkildə oturmaması, bunun, yalnız vacibliyi ilə ziddiyyət təşkil edər. Eyni şəkildə, bəzi səhabələrin belə davranmamaları, bəhsi keçən hərəkətin sünnət olmasını zədələməz. Çünki, vacib olmayan bir şeyi tərk etmək, caizdir. (Şəvkani, "Nəylu'l-Əvtar", ll, 164)

Şəvkani'nin görüşü, Tirmizi'də yer alan rəvayətdəki davamlılığa dəlalət edən "kənə" felindən dolayı düşər. Səid b. Mənsur, səhih bir sənədlə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qıldığı namazı göstərdiyi yolundakı rəvayət də, belədir. Əbu Malik əl-Əşari (radiyallahu anh) hədisində, özünün ikinci səcdədən sonra dərhal ayağa qalxdığı ifadə edilməkdədir. Eyni hal, əbu Humeyd əs-Səidi (radiyallahu anh) hədisində də mövcuddur. Əbu Humeyd (radiyallahu anh)'ın rəvayətinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), təkbir gətirərək səcdə etdi; sonra təkbir gətirərək oturmayıb ayağa qalxdı. Bütün bu rəvayətlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, mütəmadi olaraq istirahət oturuşu etmədiyini göstərməkdədir. Çünki burda adı keçən şəxslər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qıldığı namazı açıqlama və onun ümumi olaraq namazda etdiyini göstərmə sədədində danışmaqdadırlar. Eyni şəkildə, ibn əbi Şeybə'də yer alan Numan b. əbi Ayyəş ilə Şabi hədisində də, davamlılığa dəlalət edən "kənə" feli mövcuddur. Bu, böyük səhabələrin, mütəmadi olaraq istirahət cəlsəsi (oturuşu) etmədiklərini göstərməkdədir. Bu da, bəhsi keçən oturuşun sünnət olduğu görüşünə, qəti olaraq ziddir. Muslim və ibn Macə xaric, "Kütüb-ü Sittə" imamlarının rəvayət etdikləri -eyni şəkildə "Nəylu'l-Əvtar"da (l, 163) da yer alan- Malik b. əl-Huveyris'in, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazının tək rükətlərində oturmadıqca, ayağa qalxmazdı." (Buxari, "Azan", 142) rəvayətinə, "əl-Hidayə"dəki bu açıqlama, cavab təşkil etməkdədir:

"Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaşının ilərilədiyi dövrə məxsus bir hal olmasına həml edilir. Çünki bu, bir istirahət oturuşudur. Namaz isə, istirahət üçün fərz qılınmamışdır." (Mərğinani, "əl-Hidayə", l, 92)

Deyirəm:

("əl-Hidayə"dəki bu görüşü), əbu Davud'un, Muaviyə b. əbi Süfyan (radiyallahu anh)'dan rəvayət edib, haqqında hər hansı bir söz danışmadan nəql etdiyi bu hədis də, dəstəkləməkdədir:

Muaviyə b. əbi Süfyan (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məndən əvvəl, ruku və səcdə etməyin. Hər nə qədər, Mən, sizi, ruku etməkdə keçsəm də, qalxdığımda siz, Mənə çatarsınız. Çünki Mən, qocalmışam (və ya kökəlmişəm)." (əbu Davud, hədis no: 619)

Buxari'nin "İsti'zən" kitabında, 18-ci bab olan: "Mən raddə fə qalə aləykə's-salam / Salamı: 'Aleykə's-salam / Salam sənə' (deyərək) alan kimsə" babını/başlığını istifadə etdikdən sonra, namazının haqqını verməyən kimsənin bəhsi keçən hədisdə (no: 6251) yer alan:

"...Ardınca, səcdəyə get, (vücudun) mutməin olana qədər (eləcə) qal. Sonra, cəlsədə (oturuşda) mutməin olana qədər (cəlsədə eləcə) qal. Təkrar səcdə et, mutməin olana qədər səcdədə (eləcə) qal. Sonra başını səcdədən qaldır və (vücudun) mutməin olana qədər cəlsədə qal. Sonra bunu namazının bütün (qisimləri)'ndə et."

şəklindəki ifadə, əsasən, dəlil olaraq istifadə edilməyə əlverişli deyildir. Çünki, Buxari, ikinci səfərdə (yəni, ikinci səcdədən sonra) "(Vücudun), cəlsədə mutməin olana qədər (eləcə) qal." ifadəsinin, vəhm olduğuna işarət etmək üçün, ardınca,

"əbu Usamə, son cümlədə, 'Ayağa qalx. Ayaqda düz durana qədər eləcə qal.' şəklində rəvayət etdi." deyə bildirməkdədir. Hafiz ibn Həcər, bunu, açıq bir şəkildə bildirməkdədir. ("Fəthu'l-Bari", ll, 231)

---------------------------------------------------

(ibn Həcər Asqalani'nin) Tənbeh(i):

"İsti'zən" kitabında yer alan ibn Nəmir rəvayətində, ikinci səcdənin zikr edilməsindən sonra, "...Sonra başını səcdədən qaldır və (vücudun) mutməin olana qədər cəlsədə (eləcə) qal." ifadəsi yer almaqdadır.

Bəziləri, bu ifadənin, istirahət cəlsəsinin vacib olduğuna dəlalət etdiyini ifadə etmişlərdir. Ancaq heç bir alim, bunu söyləməmişdir. Buxari, bu ifadənin vəhm (zənn və ya xəta) olduğuna işarət etmişdir. Çünki, bu ifadənin ardından, əbu Usamə, sonunda, "Ayaqda düz durana qədər eləcə qal." şəklində bir rəvayət nəql edir.

Əgər bu söz (yəni, ikinci səcdədən sonra "(vücudun) cəlsədə mutməin olana qədər eləcə qal" sözü), həqiqətən qəbul görən bir hədisdirsə, o vaxt, bunu, təşəhhüd üçün oturmağa həml etmək, mümkündür.

Az sonra zikr ediləcək İshaq rəvayəti də, bu görüşü dəstəkləməkdədir. İshaq'ın rəvayətində:

"Namazın ortasında oturduğunda, (vücudun) mutməin olana qədər (eləcə) otur. Sonra, sol dizini yerə yay və təşəhhüd et." deyilməkdədir.

Buxari'nin ifadəsi, ibn Nəmir'ə müxalif olduğunu, açıqca göstərməkdədir. Lakin bunu, -ibn Nəmir'in dediyi kimi- əbu Usamə'dən, isnadı ilə birlikdə, İshaq b. Rahuyə rəvayət etmişdir. Bu rəvayət, belədir:

"Sonra səcdəyə get. Vücudun mutməin olana qədər (eləcə) qal. Sonra, vücudun mutməin olana qədər cəlsədə/oturuşda (eləcə) qal. Sonra, təkrar səcdəyə get. (Vücudun) mutməin olana qədər (eləcə) qal. Sonra, vücudun mutməin olana qədər otur. Sonra bunu, hər rükətdə et."

Bu rəvayəti, Beyhaqi ("Sünən", ll, 117), öz isnad yolu ilə birlikdə rəvayət etmişdir. Beyhaqi, İshaq b. Rahuyə'nin, əbu Usamə'dən belə rəvayət etdiyini bildirdikdən sonra:

"Səhih olan, Ubeydullah b. Səid b. əbu Qudamə və Yusuf b. Musa'nın əbu Usamə'dən nəql etdikləri, 'Sonra səcdəyə get. (Vücudun) mutməin olana qədər (eləcə) qal. Sonra (başını) qaldır, (vücudun) mutməin olana qədər ayaqda qal.' şəklindəki rəvayətləridir."

deməkdədir. Daha sonra, İshaq b. Rahuyə, bunu, eyni şəkildə, Yusuf b. Musa yolu ilə də rəvayət etmişdir. Buxari, iləridə gələcəyi üzərə, bu əbu Usamə rəvayətini, "83-cü Kitab: "Əymən və'n-Nuzur / Andlar və nəzirlər kitabı", 15-ci bab: "Unudaraq andını pozmaq" babı, hədis no: 6667" kitabında, müttəsil (bitişik) olaraq rəvayət etmişdir. (haşiyə)

---------------------

(Haşiyə:

Hədis, belədir:

"Namaz qılacağın vaxt, gözəl bir dəstəmaz al. Daha sonra qibləyə yönəl, təkbir gətir. Qurandan sənə asan olanı oxu. Daha sonra, (vücudun) mutməin olacaq şəkildə ruku et. Daha sonra, dik ayaqda duracaq qədər başını qaldır. Sonra, (vücudun) mutməin olacaq qədər səcdə et. Daha sonra, dik duracaq və (vücudun) mutməin olacaq qədər otur. Sonra (vücudun) mutməin olacaq şəkildə səcdə et. Daha sonra dik duracaq qədər ayağa qalx. Bunları, namazın (bütün qisimlərin)'də et."

Dəyərli oxuyucu! Diqqət et! Bu hədisdə, ikinci səcdədən sonra oturmaq yox, ayağa qalxmaqdan bəhs edilir. Buxari'nin də tərcihi, 2-ci səcdədən sonra oturmaq deyil, qalxmaq yönündədir.)

-------------------------

Mən, "Namazın sifəti" bəhsində, Buxari'nin, hədisin sadəcə bu ifadəsilə kifayətlənməsindəki nüktəni açıqlamışdım. Qısacası, burda, son qisimdə: "...Sonra başını qaldır, (vücudun) mutməin olana qədər cəlsədə (eləcə) qal." ifadəsi yer almaqdadır. Buxari, bu rəvayətin ravisinə müxalifət edildiyini bəyan etmək istəmiş və tərcih etdiyinə işarət etmək üzərə, əbu Usamə rəvayətini zikr etmişdir. Problem, digər rəvayətdəki "...(Vücudun), mutməin olana qədər cəlsədə (eləcə) qal (yəni, otur)." şəklindəki ifadədədir. İstirahət cəlsəsində -edilməsinin istənilməsi təqdirində- vücudun mutməin olması hökmü, gətirilməmişdir.

Qısacası, etimad edilən və tərcihə uyğun olan görüş, Buxari'nin işarət etdiyi və Beyhaqi'nin də açıqca bildirdiyi görüşdür.

Bəziləri, hədisdən məqsədin, təşəhhüd ola biləcəyini söyləmişlərdir. Ən doğrusunu, uca Allah bilir. ("Fəthu'l-Bari", Xl, 231)

Şəvkani, "Nəylu'l-Əvtar"da (l, 164) deyir:

"Namazın haqqını verməyən kimsədən söz edilən hədisin açıqlaması sədədində, daha əvvəl söylədiklərimizdən başa düşüldü ki, istirahət cəlsəsi, -Nəvəvi'nin, Buxari'də zikr edilmədiyi yolundakı iddiasının əksinə- bu əsərdə və başqa kitablarda, zikr edilməkdədir. İstirahət cəlsəsinin Buxari'də zikr edilməsi, -Buxari'nin, bu cəlsənin zikrinin vəhm/xəta olduğuna işarəti və bizim, bunun vaciblik olduğunu kimsənin söyləmədiyi şəklindəki açıqlamamız olmasaydı- onun vacibliyinə dəlil olmağa əlverişli olardı."

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 31 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR