Məscidə girərəkən ediləcək dualar
1575. Əli (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm),
~ Məscidə girdiyi vaxt:
"Allahumməftəh li əbvəbə rahmətikə = Allahım! Mənə, rəhmətinin qapılarını aç."
~ Məsciddən çıxarkən də:
"Allahumməftəh li əbvəbə rizqukə = Allahım! Mənə, ruzinin qapılarını aç."
deyə dua edərdi.
Hədis, Ziya əl-Maqdisi tərəfindən, "əl-Muxtara" adlı əsərində rəvayət edilmişdir. Onun qaydalarına görə, hədis, səhihdir. (Hindi, "Kənzu'l-Ummal", Vlll, 536, 538)
Bu hədis, açıqca, məscidə girərkən və çıxarkən ediləcək xüsusi bir duanın olduğuna dəlalət etməkdədir. Bu duanın edilməsi, məscid ədəbindəndir və tərcih edilən görüşə görə, müstəhəbdir. "Kənə = edərdi" ifadəsi, müstəhəb olan bu felin, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən davamlı edildiyini göstərir.
--------------------------
1576. Qızı Fatimə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm),
~ Məscidə girərkən:
"Bismilləh və's-sələmu alə Rasulilləh. Allahumməğfirli zunubi vəftəhli əbvəbə rahmətikə = Allahın adı ilə (girirəm) və salam, Allah rəsulunun üzərinə olsun. Allahım! Günahlarımı bağışla və mənə, rəhmətinin qapılarını aç." deyə;
~ Məsciddən çıxarkən də:
"Bismilləh və's-sələmu alə Rasulilləh. Allahumməğfirli zunubi vəftəhli əbvəbə fadlikə = Allahın adı ilə (çıxıram) və salam, Allah rəsulunun üzərinə olsun. Allahım! Mənim günahlarımı bağışla və mənə, fəzilət/lütf qapılarını aç."
deyə dua edərdi.
Hədis,
~ Abdu'r-Razzəq, "əl-Musannəf" (l, 425);
~ ibn əbi Şeybə, "əl-Musannəf" (l, 298); və
~ Ziya əl-Maqdisi tərəfindən, "əl-Muxtara" adlı əsərdə
rəvayət edilmişdir. ("Kənzu'l-Ummal", hədis no: 17962; 23109)
Bu hədis, onun qaydalarına görə, səhihdir. Suyuti də, "əl-Camiu's-Sağir"ində (l, 137-138), onun, həsən olduğuna işarət etmişdir. (haşiyə)
----------------------------
(Haşiyə:
Hədisi:
~ Tirmizi ("Saləh", 234);
~ ibn Macə ("Məsəcid", 13);
~ Əhməd b. Hənbəl ("Müsnəd", Vl, 282-283)
də rəvayət etmişlərdir.)
-----------------------------
1577. Abdullah b. Amr b. əl-As (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), məscidə girdiyi vaxt, belə dua edərdi:
"Əuzu billəhi'l-azim və bi vəchihi'l-kərim və sultanihi'l-qadim minə'ş-şeytani'r-racim = Qovulmuş şeytandan, əzim olan Allaha, Onun kərim Üzünə və qədim qüdrətinə sığınıram."
Ravi, belə deyir:
"(Məscidə girən), belə dua etdiyi vaxt, şeytan da: 'Günün geri qalan qismində, məndən əmin oldu.' deyər."
Hədis, əbu Davud ("Saləh", 18) tərəfindən rəvayət edilmiş; Suyuti də ("əl-Camiu's-Sağir", l, 137), həsən olduğuna işarət etmişdir.
----------------------------
1578. əbu Useyd (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
Sizdən biri,
~ Məscidə girdiyi vaxt:
"Allahumməftəh li əbvəbə rahmətikə = Allahım! Mənə, rəhmətinin qapılarını aç." deyə dua etsin.
~ Məsciddən çıxdığı vaxt da:
"Allahummə inni əsəlukə min fadlikə = Allahım! Sənin fədlindən/lütfündən istəyirəm." desin.
Hədisi, Muslim ("Salətu'l-Musəfirin", 68) rəvayət etmişdir. (haşiyə)
--------------------------
(Haşiyə:
Hədisi:
~ əbu Davud ("Saləh", 18);
~ Nəsai ("Məsəcid", 36);
~ Əhməd b. Hənbəl ("Müsnəd", lll, 497)
də rəvayət etmişlərdir.
---------------------------
(Təhanəvi, "İ'lau's-Sünən")
---------------------------
Əlavələr:
Məscidə girərkən Allahdan istənilən rəhmət qapılarının açılmasından məqsəd: ehsan və nemətlərinə çatmağı asanlaşdırmağı bəxş etməsidir.
"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sünən-i əbi Davud" müəllifi Mahmud Muhamməd Xattab əs-Subki'nin bəyan etdiyi kimi,
~ məscidə girərkən, rəhmət qapılarının;
~ məsciddən çıxarkən də, fadl qapılarının açılması və ya fadl istənilməsinin
sirri, budur:
~ Məscidə girən kimsə, Rəbbinin savabına və cənnətinə yaxınlaşdıracaq olan şeylərlə məşğul olur. Bu səbəblə, rəhmət diləmək, uyğun olur.
~ Ruzi tələb etmək üçün məsciddən çıxdığı vaxt isə, fadl diləmək münasib olur. Necə ki, Allah Taala, Cümə surəsi 10-cu ayədə, belə buyurmaqdadır:
فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ...
"Namaz başa çatdıqdan sonra, yer üzünə dağılıb Allahın fədlini/lütfünü axtarın..."
"Hüccətullah el-Bəliğa"da:
"Məscidə girənin, rəhmət; və çıxanın da, fadl diləməsinin hikməti, budur:
~ Rəhmət, Quranda, vəlilik və Peyğəmbərlik kimi uxrəvi (axirətə aid) və nəfsani nemətlər mənasında istifadə edilmişdir.
...وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
'...Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.' (Zuxruf/32) ayətində olduğu kimi.
~ Fadl isə, dünya nemətləri mənasında istifadə edilmişdir."
deyilərək, yuxarıdakı ayət (Cümə/10) misal verilmişdir.
