Boyunun məsh edilməsinin müstəhəb olması

65. Fuleyh b. Süleyman'ın, Nafi vasitəsilə ibn Ömər (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Dəstəmaz alıb boynunu məsh edən kimsə, qiyamət günündə, boynuna keçiriləcək (cəhənnəm) zəncirindən qurtular."

Hədisi, əbu'l-Həsən b. Faris rəvayət etmiş və: "Bu hədis, inşallah səhihdir." (ibn Həcər Asqalani, "Təlxisu'l-Habir", l, 34) demişdir.

----------------------

66. ibn Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Dəstəmaz alıb boynuna məsh edən kimsə, qiyamət günündə, boynuna keçiriləcək (cəhənnəm) zəncirindən qurtular."

Allamə Zəbidi'nin bildirdiyinə görə, hədisi, əbu Mansur əd-Deyləmi, "Müsnədu'l-Firdovs"unda, zəif bir isnadla rəvayət etmişdir. (Zəbidi, "Şərh-u İhyai'l-Ulumi'd-din", ll, 365)

Müəllif deyir:

Bu hədislər, boynu məsh etməyin müstəhəb olduğuna dəlalət etməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bunu davamlı etdiyinə dair nəql olmaması səbəbilə, onun, sünnət olduğunu söyləmək, mümkün deyildir.

"Durru'l-Muxtar"da (l, 129):

"Əllərin arxası ilə boynu məsh etmək, müstəhəb; boğazı məsh etmək isə, bidətdir." deyilmişdir.

"Raddu'l-Muhtar"da isə:

"Boğazı məsh etmək, bidətdir. Çünki bu (xüsus)'da, hər hansı bir sünnət varid olmamışdır." deyilməkdədir.

-----------------------------

67. Leys'in, Talha b. Musarrif ---> atası isnadı ilə nəqlinə görə,

Babası, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, ənsə ilə qulaq arasından, boynun ön tərəfinə qədər başını məsh edərkən görmüşdür.

Şəvkani'nin ifadə etdiyi kimi, hədisi, Əhməd b. Hənbəl rəvayət etmişdir. (Əhməd b. Hənbəl, lll, 481). Leysin siqa olması və Talha b. Musarrif'in atası vasitəsilə babasından nəql etdiyi hədisin həsən olduğu, daha əvvəl zikr edilmişdi.

Tahavi ("Şərh-u Məani'l-Asar", l, 30):

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ön qismindən başlayıb ənsə ilə qulaq arasından boynun başlanğıcına qədər başını məsh etdi." şəklində rəvayət etmişdir.

İsnadda, Leys'ə qədər olan ravilərin hamısı, siqadır.

Taberani'nin ("əl-Mu'cəmu'l-Kəbir", XX, 276-277) rəvayətinə görə,

Talha b. Musarrif'in babası, başını məsh edərkən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i belə gördüyünü ifadə edərək, əllərini, başının ön qismindən ənsəsinə qədər aparmış boyun altından isə çıxarmışdır.

Hədisi, Əzimadabi də, "Ğayətu'l-Məqsud"da, bu ləfzlərlə nəql etmişdir. Raviləri haqqındakı məlumat, "Ağız və burun təmizliyini ayrı-ayrı etmək" başlığı altında verilmişdir.

Hədisin, boynun məsh ediləcəyinə dəlaləti, açıqdır. Lüğətlər və hədisləri incələməyimizdən gəldiyimiz nəticəyə görə, boyunun başlanğıc və bitiş nöqtəsi, başa bitişik olan qismidir.

~ Boynun başlanğıcı, qulaq arxasından, başın boyuna bitişdiyi yerdir.

~ Boynun son qismi isə, kürəyin başladığı yerdir.

Tahavi'nin rəvayətində yer alan "Qulaq arxasından, boynun başa bitişdiyi yerə qədər başını məsh etdi." ifadəsi də, buna dəlildir. Gərək "Qamus", gərəksə də digər kitablarda bildirildiyi üzərə, bu yer, başın sonlandığı qisimdir. Əhməd b. Hənbəl'in rəvayətində, "Qulaq arxasından, boynun bitişdiyi yerə" ifadəsindən, boynun başlanğıcının, boynun başa bitişdiyi yer olduğu başa düşülməkdədir.

Boynun qırtlağın (ulğumun) olduğu qisminin, ənsə ilə bir münasibətinin olmadığı bilinməkdədir. Bu halda, "Boynun başlanğıcı, qırtlaq qismidir." iddiası, batildir. Təbiblərə görə, boyun, 7 sümükdən meydana gəlməkdədir. Qırtlağın boyun sümükləri ilə münasibəti olmadığı qığırdaqdan meydana gəldiyi də bilinməkdədir. Ağciyər, gül rəngi ətlər və nəfəs borusu, qığırdaq toxumasından meydana gəlməkdədir. Nəfəs borusu, qırtlaqdır. Beləcə, qırtlaq qisminin, boynun bir parçası olmadığı; tənəffüs sisteminin bir üzvü olduğu başa düşülür. Buna görə, boyuna məsh edilincə; qırtlaq qismi başa düşülməz.

ibn Manzur'un açıqlaması, belədir:

"Boyun, baş ilə vücudu birləşdirən bir orqandır. Qırtlağın isə, baş ilə vücudu birləşdirmədiyi bilinməkdədir. Qırtlağın üst qisminə, həncərə deyilməkdədir.

~ Qırtlağın (ulğumun) sıxıldığını ifadə etmək üzərə, "xənnəqa";

~ Boğazın sıxıldığını bildirmək üçün, "ənnəqa";

~ Qırtlağı kəsdiyini zikr etmək üçün, "zəbəhə";

~ Boynunu qırdığı vaxt isə, "qassa"

kəlimələri istifadə edilməkdədir.

Bütün bu istifadə şəkilləri, boyun və qırtlağın, ayrı-ayrı üzvlər olduğunu; və birinin, digərini ehtiva etmədiyini göstərməkdədir." (ibn Manzur, "Lisanu'l-Arab", Xll, 144)

Bəli, bunlar, bir-birinə bitişikdir. Ancaq, bu ikisinin bir olduğu, birinin, digərinin bir parçası olduğu mənasına gəlməz.

"Raddu'l-Muhtar"da (V, 286) verilən məlumata görə, əslində, "hulq" deyə ifadə edilən boğaz, əslində qırtlaq/ulğum qismidir. Başqa bir ifadə ilə, qırtlaq çıxıntısı ilə boyunu sinəyə bağlayan qisim arasıdır. "ət-Tuhfə", "əl-Kafi" və digər əsərlərdə verilən məlumatlar, məcazi mənada, qırtlaq qisminin, boyun mənasında da istifadə edildiyini göstərməkdədir. Bəzən boğaz, məcazi olaraq boyun yerinə istifadə edilsə də, bu, ikisinin ayrı-ayrı şeylər olduğunu ifadə etməkdədir.

Bu halda, boğazın məshinin müstəhəb olması, boynun, boğazı da əhatə etdiyindən dolayıdırsa, bunun yalnış olduğu, ortaya çıxmaqdadır. Çünki, əsas ortadan qalxınca, bu əsas üzərinə bina edilən şey də, yox olur. Mövzu ilə bağlı bizim görüşümüz, budur. Bu, geniş mənası ilə, boynun, qırtlağı da əhatə etdiyini inkar etdiyimiz mənasına gəlməməkdədir. Geniş mənası ilə, baş da, eyni şəkildə istifadə edilməkdədir. Necə ki, boğazı və boynu kəsilən kimsə haqqında, "başı kəsilmiş" də deyilməkdədir. Bu halda, boğazın məsh edilməsinə dair boyun kəliməsinin zikr edildiyi bəzi zəif rəvayətləri dəlil olaraq gətirməyə ehtiyac da yoxdur. Çünki, buna görə, dəlil olaraq başın məsh ediləcəyini ifadə edən hədislər, hətta "Başlarınızı məsh edin." (Maidə/6) ayəti də kifayət etməlidir. Ancaq bunun yalnışlığı, ortadadır.

Ayrıca, boynun, boğazı əhatə etdiyi qəbul edilsə belə, (boğazın) məshinin müstəhəb olduğu iddiası, doğru ola bilməz. Çünki, digər rəvayətlərdə, boyun (unuq) ilə qəsd edilən, açıqlanmışdır. Necə ki, ibn Həcər'in verdiyi məlumata görə, əbu Ubeyd, "Kitabu't-Təharə"də,

Abdu'r-Rahmən b. Mehdi ---> Məsudi ---> Qasım b. Abdu'r-Rahmən

isnadı ilə Musa b. Talha'nın,

"Başı ilə bərabər, ənsəsini məsh edən kimsə, qiyamət günündə boynuna keçiriləcək olan (cəhənnəm) zəncirindən qurtular." dediyini rəvayət etmişdir.

Bu rəvayətlə bağlı, ibn Həcər Asqalani:

"İctihad məhəlli olmayan bir mövzuda olduğu üçün, məvquf olsa da, mərfu hökmündə olduğu iləri sürülə bilər. Bu halı ilə, rəvayət, mürsəldir." açıqlamasını vermişdir. ibn Həcər'in, hədisin ravilərindən bəhs etməməsi, ona görə, onların siqa olduğuna dəlalət etməkdədir.

İbn Həcər, ibn Ömər (radiyallahu anh)'ın, içində unuq (boyun) kəliməsi keçən rəvayətinin isnadını tənqid edərək, ibn Faris ilə Fuleyh arasında qopuqluq olduğunu da toxunmuşdur. (ibn Həcər, "Təlxisu'l-Habir", l, 34)

Bu rəvayətlə bağlı Şəvkani'nin açıqlaması isə, belədir:

Sözü edilən rəvayət, Əhməd b. İsa'nın "Əmali"si ilə "Şərhu't-Təcrid"də, müttəsil (bitişik) bir isnadla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət edilməkdədir. Ancaq o, Hüseyn b. Ulvan ---> əbu Xalid əl-Vasiti isnadı ilə və

"Başı ilə birlikdə ənsəsini və boynunun yanlarını məsh edən kimsə, qiyamət günündə boynuna keçiriləcək (cəhənnəm) zəncirindən qurtular." ləfzilə rəvayət edilmişdir. (Şəvkani, "Nəylu'l-Əvtar", l, 159)

Bizə görə, mürsəl olaraq nəql edilən və bəhsi keçən qüsurlara sahib olmayan Musa b. Talha rəvayətində, unuq/boyun yerinə, ənsə kəliməsi keçməkdədir.

Beləcə, boyun kəliməsilə, boğazın deyil, ənsənin qəsd edildiyi ortaya çıxmaqdadır.

Mövzu ilə bağlı rəvayət edilən feli hədislər də, bu halı dəstəkləməkdədir. (Belə ki):

~ Taberani'nin rəvayətinə görə,

Peyğəmbər (sallallahu aleyhi və səlləm), ənsədən, qulaqların ardından boyun altına qədər məsh etmişdir.

~ Bəzzar'ın, Vail b. Hucr (radiyallahu anh)'dan nəqlinə görə,

Peyğəmbər (sallallahu aleyhi və səlləm), başını və qulaqlarının çölünü 3 dəfə, (bununla bərabər), ənsəsini də məsh etmişdir.

Hədisin isnadında yer alan, Muhamməd b. Hucr haqqında,

• Zəhəbi: "Bəzi münkər rəvayətləri vardır.";

• Buxari: "Rəvayətlərində bəzi şübhələr vardır.";

• əbu Hatim isə: "Kufəli bir hədis şeyxidir." demişdir. (ibn Həcər, "Lisanu'l-Mizan", V, 119).

Daha əvvəl də bildirdiyimiz kimi, ixtilaf edilməklə bərabər, "şeyx" kəliməsi, tədil ləfzlərindəndir. Bu rəvayətdə, ibn Ömər (radiyallahu anh) hədisində olmayan bəzi məlumatlar vardır. Bundan yola çıxaraq, bəzi rəvayətlərdə zikr edilən boyun ləfzilə qəsd edilənin, ənsə olduğu başa düşülməkdədir. Bu halda, boyun, bəzilərinin iləri sürdüyü kimi, boğazı əhatə etməməkdədir. Bu halda, Hənəfi məzhəbi alimlərinin: "Boğazı məsh etmək, bidətdir." görüşü, doğrudur. Çünki, bu xüsusda, hər hansı bir sünnət bilinməməkdədir.

(Təhanəvi, "İ'lau's-Sünən")

----------------------------------------

Əlavələr:

"Cərh"  "Tədil":

✓ "Cərh" kəliməsi: Lüğətdə, "maddi və mənəvi olaraq yaralamaq" deməkdir.

Hədis terminologiyasında isə, yaddaşı qüvvətli və diqqətli bir alimin:

~ fisq və yalançılıq kimi özündə mövcud olan; və ya

~ güvənilən ravilərin rəvayətinə müxalifət etmək kimi rəvayətində yer alan

bir qüsurdan dolayı, həm özünün, həm də rəvayətinin rədd edilməsidir.

Raviyə belə bir qüsur nisbət edən kimsəyə - "carih"; qüsurlu şəxsə də - "məcruh" deyilir.

✓ "Tə'dil" kəliməsi: Lüğətdə, "dürüstlük; qəlbdə doğru olduğuna dair qənaət yaranan şey" mənasına gələn "adl" və ya "ədalət" kəliməsindən meydana gəlmiş bir məsdər olub, "düzəltmək, doğru hökm vermək, təzkiyə etmək" deməkdir.

Bir hədis termini olaraq da, "ravini, rəvayətinin qəbulunu gərəkdirən sifətlərlə vəsf etmək" mənası daşıyır.

Ravini belə sifətlərlə vəsf edən kimsəyə - "muaddil"; haqqında ədalət sahibi olduğu deyilən kimsəyə də - "adil" deyilir.

"Cərh" və "tə'dil" isə, bəzi xüsusi ləfzlər istifadə edərək, rəvayətlərinin qəbulu və ya rəddi cəhətindən, ravilərin hallarından və haqlarında istifadə edilən ləfzlərin mərtəbələrindən bəhs edən bir hədis ricalı elmidir.

---------------------------

Zəif hədis nədir? Onunla əməl etmək, caizdirmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/z%C9%99if-h%C9%99dis-n%C9%99...

 

 

 

 

 

Read 37 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR