Məğrib namazından əvvəl nafilə namaz qılmaq

518. əbu Şuayb'ın nəqlinə görə, Tavus, belə demişdir:

ibn Ömər (radiyallahu anh)'dan, məğrib namazından əvvəlki 2 rükət namaz (ın hökmü haqqında) soruşuldu. O, belə dedi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə, bunu qılan görmədim. Peyğəmbər (sallallahu aleyhi və səlləm), əsrdən sonra 2 rükətə isə, ruxsat verdi."

Hədisi, əbu Davud ("Tatavvu", 11) rəvayət etmiş və belə demişdir:

Yəhya b. Main'in, belə dediyini eşitdim: "Onun adı, Şuayb'dır. Şu'bə, onun adında yanılmışdır."

əbu Davud, hədis haqqında sükut etmişdir (yəni, hər hansı bir söz danışmamışdır). Hədisi, Munziri də, "Muxtəsər"ində rəvayət etmişdir. Hədis, hər 2 mühəddis (əbu Davud və Yəhya b. Main) nəzərində, səhihdir. Nəvəvi, "əl-Xülasə"də, hədisin isnadının həsən olduğunu söləmişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 287)

 

Məğrib namazından əvvəlki 2 rükət bəhsi:

Şu'bə'nin rəvayət etdiyi hədisin, "Sünən" kitablarında isnadı, bu şəkildədir:

ibn Bəşşər ---> Muhamməd b. Cəfər ---> Şu'bə.

Hədisin raviləri, Şuayb xaric, Kutub-u Sittə raviləridir. Bu halda, hədisin isnadı, həsəndir və dəlil olmağa da əlverişlidir. Bu hədis, məğrib namazından əvvəl nafilə namaz qılınmayacağını göstərməkdədir. Hənəfi məzhəbinin görüşü də, belədir. "əl-Fətəva əl-Hindiyyə"də (l, 32), 9 vaxtda nafilə namaz qılmağın məkruh olduğu bildirilməkdədir (haşiyə). Bunların arasında, günəşin batmasından sonra məğrib namazından əvvəlki vaxt da sayılmaqdadır. Bu məkruhluq, "Raddu'l-Muxtar"da bildirildiyi üzərə, tənzihəndir. (Bəhsi keçən) əsərdə, belə deyilir:

"Məğrib namazından əvvəl nafilə qılmaq, məkruhdur. Çünki, məğrib namazını qısa bir müddət xaric ertələmək, məkruhdur."

"əd-Durru'l-Muxtar"da yer alan bu cümlə, "Raddu'l-Muxtar"da bu şəkildə açıqlanır:

"Qısa bir müddət xaric" şəklindəki ifadə: "2 rükət namaz müddətindən daha az bir cəlsə/oturuş miqdarı qədər vaxt"dır. Bu müddətdən daha çoxunun, -ulduzların yaxşıca çoxaldığı vaxta yaxınlaşdığı bəhs mövzusu olmadığı müddətcə- tənzihən məkruh olduğu, daha əvvəl keçmişdi. (ibn Abidin, "Raddu'l-Muxtar", l, 390)

---------------------------

(Haşiyə:

Namaz qılmağın məkruh olduğu vaxtlar:

https://suallarlaislam.com/.../namaz-qilinmasi-caiz...)

--------------------------------

Bu babda zikr edilən hədisə müxalif olan rəvayətə gəlincə, bunlardan:

• Biri, "Fəthu'l-Bari"də zikr edilməkdədir. (Belə ki):

Muhamməd b. Nasr və başqalarının, güclü bir isnadla rəvayətlərinə görə,

~ Abdu'r-Rahmən b. Avf;

~ Sə'd b. əbi Vaqqas;

~ Ubeyy b. Ka'b;

~ əbu'd-Dərda;

~ əbu Musa (radiyallahu anhum)

və başqaları, bu namazı davamlı qılarlardı.

əbu Bəkr ibnu'l-Arabi (əl-Maliki)'nin: "Səhabə, bu 2 rükət haqqında ixtilaf etmişlərdir. Onlardan sonra heç kim, bunu etməmişdir." şəklindəki ifadəsi, Muhamməd b. Nasr'ın sözü səbəbilə, qəbul edilə bilməz. (Biz), bir qrup səhabə və tabiun'un, məğrib namazından əvvəl 2 rükət namaz qılmaqda olduqlarını rəvayət etdik.

ibn Həcər, bunu, bir çox sənədlə birlikdə,

~ Abdu'r-Rahmən b. əbi Leyla;

~ Abdullah b. Bureydə;

~ Yəhya b. Uqayl;

~ əl-Ə'rac;

~ Amir b. Abdullah b. Zubeyr;

~ İrak b. Malik'dən

rəvayət etmişdir.

Həsən əl-Basri'dən rəvayət edildiyinə görə, özündən, (bəhsi keçən) bu 2 rükət(in hökmü haqqında) soruşulmuş, o da: "Bu, vallahi, Allahın qılmalarını dilədiyi kimsələr üçün, 2 gözəl əməldir." demişdir.

• Bir başqa müxalif hədis də, Buxari'nin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bu nəqlidir:

"Məğrib namazından əvvəl, namaz qılın. Məğrib namazından əvvəl, namaz qılın."

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu 2 əmrdən sonra, insanların, bunu, sünnət olaraq götürmələrini istəmədiyi üçün, "diləyən kimsə üçün" buyurmuşdur. (Buxari, "Təhəccüd", 35)

• ibn Hibban'ın "Səhih"ində (Vl, 236) yer alan rəvayətə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), məğrib namazından əvvəl, 2 rükət namaz qılmışdır.

• Muslim'in nəqlinə görə, Ənəs (radiyallahu anh), belə demişdir:

"Biz, günəşin batmasından sonra, 2 rükət namaz qılardıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bizi görər; lakin bunları bizə nə əmr edər, nə də nəhy edərdi." (Muslim, "Salətu'l-Musəfirin", 302)

Bu hədislərin hamısı, "Büluğu'l-Məram"da (l, 64) vardır.

• Bu rəvayətlərdən bir digəri də, yenə Buxari'də yer almaqdadır:

Ənəs (radiyallahu anh), belə deyir:

"Müəzzin azan oxuduğunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrindən bəziləri qalxıb, məsciddəki dirəklərin arxasında dayanıb, Peyğəmbər (sallallahu aleyhi və səlləm) gəlincəyə qədər, məğrib namazından əvvəl 2 rükət namaz qılarlardı. Qıldıqları namazla, məğribin fərzi arasında, bir şey olmazdı." (Buxari, "Azan", 14)

Osman b. Cəbələ və əbu Davud'un nəqlinə görə, Şu'bə:

"Bu 2 namaz arasında, çox qısa bir müddət olardı." demişdir.

"Fəthu'l-Bari"də (ll, 89), belə deyilir:

İsmaili rəvayətində, ifadə: "Müəzzin, məğrib azanını oxumağa başladığında" şəklindədir.

Bunlara veriləcək doğru və qəti cavab, budur:

Məğrib namazından əvvəl 2 rükət namaz qılmağın caizliyi, inkar edilə bilməz. İnkar edilən, bu 2 rükətin, sünnət yerinə qoyulmasıdır. Necə ki, Buxari'nin rəvayət etdiyi hədis də, bunu göstərməkdədir. Buxari'nin rəvayətində, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Məğribdən əvvəl namaz qılın." buyurduqdan sonra, 3-cü dəfə, insanlar sünnət olara başa düşməsinlər deyə, "diləyən/istəyən kimsələr üçün" buyurmuşdur. Bu hədisdəki əmr siğası (sözün əmr formasında gəlməsi), bizim (Hənəfi) məzhəbinə görə, "caizlik" mənasına həml edilmişdir. Çünki, vaciblik, "istəyən kimsələr üçün" ifadəsilə, kökündən yox olmaqdadır. Bu mövzuda, -iləridə gələcəyi üzərə- məndubluğun da bəhs mövzusu olmadığını ifadə edən rəvayətlər vardır. Dolayısı ilə, biz, bu rəvayəti, mükəlləflərin felləri cəhətindən qəti və ən alt səviyyə olan mübahlığa həml etdik. Nəticə olaraq, mübahlıq, tərk edənin qınanmadığı bir hökm olduğu üçün, rəvayətlər arasındakı ziddiyyət, ortadan qalxmış olmaqdadır. Bundan dolayı, diləyən, o 2 rükəti qılar; diləyən qılmaz. Ənəs (radiyallahu anh), 2 rükəti qılanı görmüş və bundan söz etmiş; ibn Ömər (radiyallahu anh) da, bunu qılmayanı görmüş və ondan bəhs etmişdir. Beləcə, -Allaha həmd olsun- rəvayətlərin arası, (bu şəkildə) uzlaşmış olmaqdadır.

Əgər desən ki:

"Məğrib namazından əvvəl nafilə qılmaq, hədislərlə sabit ikən; Hənəfilərin bunu məkruh görmə vəchi (cəhəti, səbəbi), nədir?"

Buna, belə cavab verərəm:

Hənəfilərin bu qövllərinin (yəni, məkruhluq) səbəbi, bu mövzudakı hədislərin bir-birilə ziddiyyət içində olmasıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisində:

"Məğrib namazını, oruclu iftar edincə, dərhal qılın. Ulduzlar çıxmadan əvvəl qılın."

Bu hədisi, Əhməd b. Hənbəl (V, 421) rəvayət etmişdir.

Bu hədis, Taberani'də:

"Məğrib namazını, günəş batar-batmaz qılın." şəklindədir. (haşiyə)

Taberani'nin (lV, 176. Hədis, səhihdir.) raviləri, siqadırlar. (Heysəmi, "Məcmau'z-Zəvaid")

-------------------------

(Haşiyə:

Taberani, bu hədisi, Yezid b. əbi Həbib'dən 2 təriqlə rəvayət etmişdir. Bunlardan:

~ biri:

Əsləm əbu İmran ---> əbu Əyyub isnadı ilə, mərfudur.

Taberani, bu hədisi,

~ bir də: ibn əbi Zi'b vasitəsilə əbu Əyyub'dan rəvayət etmişdir.

Ancaq o, adını zikr etmədiyi bir şəxsi qəsd edərək, "an raculun (bir kişidən)" deyə rəvayət edir. O, belə deyir (ll, 310):

Hədisi, Əhməd b. Hənbəl,

Yezid b. əbi Həbib ---> bir ravi ---> əbu Əyyub'dan

rəvayət etmişdir. Hədisin qalan raviləri, siqadır.

Taberani isə,

Yezid b. əbi Həbib ---> Əsləm əbu İmran ---> əbu Əyyub

isnadı ilə nəql etmişdir. Raviləri, siqadır.

Əsləm'in, Əhməd b. Hənbəl'dəki rəvayətindən xəbərdar ola bilmədim. Əks təqdirdə, o, bundan qafil olmazdı.

ibn Həbib'in, başqa bir isnadı daha vardır. Bu isnada görə, hədis, belədir:

"Mənim ümmətim, məğrib namazını, ulduzlar çoxalıb bir-birinə girmədən əvvəl qıldıqları müddətcə, fitrət üzərədirlər."

Bu hədis, əbu Davud'un "Sünən"ində və "əl-İrva"da (917) nömrəli hədisdə rəvayət edilmişdir.

----------------------------

Məğrib namazını bir an əvvəl qılmağı vurğulayan bu və daha başqa hədislər, bu namazdan əvvəl nafilə namaz qılmağın məkruhluğunu gərəkdirməkdədir. Çünki, nafilə qılmaq, məğrib namazının fərzini gecikdirməyə səbəb ola bilər. Halbuki, ümmətin alimləri, məğrib namazının -daha əvvəl keçdiyi üzərə- bir an əvvəl qılınmasında, icma etmişlərdir.

Bununla bərabər, məğrib namazından əvvəl qılınan nafilə(nin hökmü xüsusunda), fərqli qövllər vardır. (Belə ki):

~ Bəziləri, müstəhəb olduğunu söyləyərkən;

~ Malikilər, bunu (yəni, bu namazın müstəhəb olmasını belə) rədd etmişlərdir.

~ İbrahim ən-Nəxai isə, belə bir felin bidət olduğunu bildirmişdir.

~ Rəşidi xəlifələr və bir qrup səhabənin də, bu namazı qılmaqdıqları rəvayət edilmişdir. (Ayni, "Umdətu'l-Qari")

Beləcə, Hənəfilər, məğrib namazını bir an əvvəl qılmağın sünnət olması səbəbilə, (məğribi qılmaqda) tələsməyə dair hədisləri tərcih etmiş; bu namazdan əvvəl nafilə namazı isə, məkruh görmüşlərdir. Çünki, mübah və müstəhəb, sünnətə xələl gətirəcəksə, məkruh olur. Xalq, məğrib namazından əvvəl 2 rükət namaz qılmağı adət halına gətirərsə, sünnətə xələl gətirəcəkləri və məğribi qəti olaraq vaxtından sonraya ertələyəcəkləri, hər kəsin məlumudur. Buna müqabil, xaslardan (yəni, seçkin kimsələrdən) biri, məğrib namazından əvvəl nafilə namaz qılarsa və məğribi, tez qılmaq sünnətinə xələl gətirməzsə, bu, qınanmaz. Çünki, özündə mübah olan və ya bəzi alimlərə görə müstəhəb olan bir feli işləmiş olmaqdadır.

Xülasə:

Məğrib namazından əvvəl nafilə namaz qılmaq, hədd-i zatında, mübahdır. Biz, bunun məkruh olduğunu, bəzi arizələr (əngəllər) səbəbilə söyləyirik. Məkruhluq, arizi (zati və irsi olmayıb sonradan hasil olan) bir haldır. Bir şeyin, əsas etibarı ilə, mübah; bəzi arizələrlə də məkruh olması arasında, hər hansı bir ziddiyyət yoxdur. Neçə-neçə mübah və ya müstəhəb fellər vardır ki, məfsədətə yol açdığı təqdirdə, qadağan edilir. Necə ki, Buxari, "Tərcihə buraxılmış bəzi felləri tərk etmə babı" şəklində bir başlıq istifadə edirsə...Bunun səbəbi, bəzi insanların, yalnış başa düşüb daha şiddətli (bir hala) düşmə qorxusudur. Buxari, bu başlıq altında, Aişə (radiyallahu anha)'dan bir hədis nəql etməkdədir. Həfiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir: "Bu hədisdən, məfsədətə düşməkdən əmin olmaq üçün, maslahatın tərk edilə biləcəyi hökmü çıxarılmaqdadır. Şəriətdə, bunun (yəni, bu cür hökmlərin) bənzərləri çoxdur."

Şeyx (Əşrəf Əli Təhanəvi), belə deyir:

Məğrib namazından əvvəl 2 rükət nafilə namazın məkruhluğu,

-imam əbu Hənifə'nin bu qövl üzərə olduğu, əgər doğrudursa-

~ bu rükətləri, etiqad və ya əməl cəhətindən sünnət qəbul etməkdən qaynaqlanmaqdadır mənasına həml edilir; ya da

~ insan, azan bitdikdən sonra, nafilə namaza başlaması halında bəhs mövzusu olur. Çünki bu hal, məğribi gecikdirməyə yol açır. Səhabələr, -az əvvəl keçdiyi kimi- sütunların arxasına, müəzzin hələ məğrib azanını oxumağa başladığında tələsərdilər.

ibn Hibban'ın "Səhih"indəki:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), məğrib namazından əvvəl 2 rükət qıldı." şəklindəki əlavəyə gəlincə, bunun: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qaçırdığı 2 rükət namazı qəza etmiş olması ehtimalı vardır. Necə ki, bu izahı, bir az sonra gələcək olan Taberani hədisi də dəstəkləməkdədir.

Bir nəfər, belə bir izah gətirmişdir:

Bəhsi keçən yerdən başa düşüləcəyi kimi, nafilə namazı evdə qılmaq, daha gözəldir. Bir kimsənin, xəfifcə 2 rükəti evində qılıb sonra camaata gəlməsi və ev xalqından başqa heç kimin bunu bilməməsi, mümkündür. (Bu şey üzərində) düşün və diqqətli bax.

Deyirəm:

(Bizə görə, bu da problemlidir). Çünki, bu halda, insanın, camaatla qılınan namazın 1 və ya 2 rükətini qaçırmasından qorxulur. Necə ki, bu izahı verən kimsənin, bəhsi keçən hala düşdüyünü gördük. Çünki o, camaata, 1 və ya 2 rükət qılındıqdan sonra, ancaq çata bilirdi. Bir kimsə, məğrib namazından əvvəl nafilə namaz qılacaqsa, əvla olanı, səhabələrin felindən/tətbiqatından başa düşüldüyü üzərə, bunu, məsciddə qılmasıdır. Çünki, bu halda, camaatla qılınan namazın hamısını və ya bir qismini qaçırmaqdan əmin olmuş olur. Mübah və ya müstəhəb olan bir felə ehtimam göstərib fərz və sünnətlərə xələl vermək isə, dində ifrata varanların işidir. Allah, bizi onlardan qılmasın. Amin.

-------------------------------

519. Yəhya b. Səid'in,

Muhamməd b. Mansur əl-Məkki ---> Yəhya b. əbu'l-Haccac ---> İsa b. Sinan ---> Racə b. Hayvə

isnadı ilə nəqlinə görə, Cabir (radiyallahu anh), belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xanımlarından, "Peyğəmbəri, məğrib namazından əvvəl 2 rükət namaz qılarkən gördünüzmü?" deyə soruşduq.

- Onlar: "Xeyr." deyə cavab verdilər.

Ancaq ümmü Sələmə (radiyallahu anha), belə dedi:

Bir dəfə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), mənim otağımda, bu 2 rükəti qıldı. Ondan: "Bu, nə namazıdır?" deyə soruşdum. Mənə: "Əsrdən əvvəl 2 rükəti qılmağı unutmuşdum. İndi qıldım." deyə buyurdu.

Hədisi, Taberani, "Müsnədu'ş-Şamiyyin"də rəvayət etmişdir. (Zeylai, "Nafilələr babı", 2/141; hədis no: 107)

Deyirəm:

(Bizə görə), bu hədisin isnadı, həsəndir.

 

Yəhya b. Səid'in siqa olması:

Yəhya b. Muhamməd b. Səid, Taberani'nin şeyxi olub, siqadır. Yəhya'nın, "Təzkiratu'l-Huffəz" adlı əsərində (ll, 305), uzunca tərcüme-i halı vardır.

~ Zəhəbi, Yəhya'nı, imam, hafiz və siqa olaraq vəsf etməkdədir. Daraqutni, onun hədisinin səhih olduğunu bildirmişdir.

~ İsnadında yer alan Muhamməd b. Mansur əl-Məkki'ni, Daraqutni, siqa olaraq vəsf etməkdədir. İbn Hibban, "əs-Siqat"ında, onu zikr etmişdir

Nəsai, "Məşyəxə"sində, onun siqa olduğunu bildirmişdir. ("Təhzib", lX, 472)

~ İsnadda yer alan Yəhya b. əbu'l-Haccac əl-Əhtəmi haqqında, ixtilaf edilmişdir. ibn Hibban, "əs-Siqat"ında ona yer vermiş və "Bəlkə də xəta etmişdir." demişdir. ibn Adiyy isə: "Ondan hədis götürməkdə, hər hansı bir beis görmərəm." demişdir. ("Təhzibu't-Təhzib", Xl, 196)

~ İsnadda yer alan bir başqa ravi isə, İsa b. Sinan'dır. Onun haqqında da ixtilaf vardır. İcli, onun üçün "Onda bir beis yoxdur." təbirini istifadə etməkdədir. ibn Hibban, "əs-Siqat"ında ona yer vermişdir. ("Təhzibu't-Təhzib", Vlll, 212)

~ Hədisin, Cabirdən əvvəlki ravisi Racə b. Hayvə, siqa, fəzilətli, elmi çox olan bir ravidir. ibn Səd, onu, belə vəsf etmişdir. İcli və Nəsai, onu qəsd edərək, "Şamlı siqadır." demişlərdir. ("Təhzibu't-Təhzib", lll, 265-266)

Bu hədis, ibn Hibban'ın, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, məğrib namazından əvvəl 2 rükət qıldığı" yolundakı rəvayətini, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, daha əvvəl qaçırmış olduğu namazı qəza etmək məqsədilə olduğu şəklində təfsir etməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu vaxtda, əvvəldən bəri nafilə namaz qıldığı, sabit deyildir. Ümmü Sələmə (radiyallahu anha)'nın: "Bu, nə namazıdır?" şəklindəki sualı da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu vaxtda qıldığı namazın, səhabələrcə, daha əvvəl bilinmədiyini göstərir. Bil!

-------------------------------

520. Muhamməd'in, imam əbu Hənifə'dən nəqlinə görə:

Hammad b. əbi Süleyman, bir gün, İbrahim ən-Nəxai'dən, məğrib namazından əvvəlki namaz(ın hökmü haqqında) soruşdu. İbrahim ən-Nəxai, bu namazın qılınmasına icazə vermədi və belə dedi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), əbu Bəkr və Ömər, məğrib namazından əvvəl, bu namazı qılmırlardı."

Hədisi, Muhamməd, "əl-Asar"ında rəvayət etmişdir. (Zeylai, "Nasbu'r-Rayə", X, 287)

Deyirəm:

Hədis, mürsəldir. Ancaq, raviləri isə, siqadır.

✓ Muhamməd b. əl-Həsən əş-Şeybani, siqadır.

Yuxarıdakı hədis, mürsəldir. Lakin, daha əvvəl keçdiyi üzərə, bir neçə istisna xaricində, İbrahim ən-Nəxai'nin mürsəlləri, səhihdir. Bu hədis isə, istisna olanlardan deyildir.

Muhamməd b. əl-Həsən'ə gəlincə,

~ imam Şafi, ondan hədis rəvayət etmişdir. Şafi'nin "Müsnəd"ində, ondan rəvayəti vardır. Rəbi'nin nəqlinə görə, Şafi, belə demişdir: "Muhamməd b. əl-Həsən'dən bir dəvə yüklü kitabın içinə sığacaq qədər elm aldım." Şafi, imam Muhammədi, elmdə çox ucaldardı.

~ Əhməd b. Hənbəl də, eyni şeyi edərdi.

~ Abdullah b. Əli b. əl-Mədini'nin nəqlinə görə, atası, imam Muhamməd'in saduq (çox doğru sözlü) olduğunu söyləmişdir.

~ Daraqutni: "Onun hədisi, tərk edilməz." demişdir.

~ Zəhəbi, "əl-Mizan"da, belə deyir: "Nəsai və başqaları, imam Muhammədi, yaddaşı cəhətindən leyyin olaraq görmüşlərdir. Özü isə, imam Malik'in elmini miras alan, güclü bir alim idi." ("Tə'cilu'l-Mənfəə", s. 362 -müxtəsər bir şəkildə-)

Daraqutni, "Ğaraib-u Malik" əsərində, belə deyir:

İmam Malik, "əl-Muvatta" adlı əsərində, rukudan qalxarkən, əl qaldırmağı zikr etməmişdir. Bunu, "Muvatta"dan başqa yerlərdə də zikr etmişdir. Bu rəvayəti, ondan, aralarında:

~ Muhamməd b. əl-Həsən əş-Şeybani;

~ Yəhya b. Səid əl-Qattan;

və s. olmaq üzərə, hafiz və siqa 20 ravidən rəvayət etmişdir. (Zeylai, "Əhədisi'l-Xusum fi'r-Rəfi'l-Yedeyn", 1/408)

Görüldüyü üzərə, Daraqutni, Muhamməd b. əl-Həsəni, siqa və hafizlərdən qəbul etməkdədir. Daraqutni'nin bir kimsəni siqa olaraq görməsi, kifayət edir.

 

✓ İmamu'l-Əzəm əbu Hənifə'nin siqa olması:

~ imam əbu Hənifə'dən, Tirmizi və Nəsai hədis rəvayət etmişlərdir.

~ Yəhya b. Main, deyir: "İmam əbu Hənifə, siqa idi. Sadəcə əzbərində olan hədisi rəvayət edər; olmayanı isə, nəql etməzdi."

Salih b. Muhamməd əl-Əsədi'nin nəqlinə görə, ibn Main, belə deyir: "İmam əbu Hənifə, hədisdə siqa idi." ("Təhzib", X, 451)

~ Zəhəbi, "Təzkiratu'l-Huffəz" adlı əsərində, deyir: "əbu Hənifə, Ənəs b. Malik (radiyallahu anh)'ı bir neçə dəfə görmüşdür."

~ əbu Davud isə: "əbu Hənifə, şübhəsiz imam idi." ("Təzkiratu'l-Huffəz", l, 158-160)

~ ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi" adlı əsərində (ll, 172) deyir: "Bir çoxları, imam əbu Hənifə'nin siqa olduğunu söyləmişlərdir. ibn Hibban, 'Səhih'ində ondan rəvayət etmişdir. Hakim, 'əl-Müstədrək'ində, onun rəvayətini dəlil olaraq göstərmişdir."

~ ibn əbi Davud'un nəqlinə görə, Nasr b. Əli, belə deyir: "ibn Davud əl-Xureybi'nin, belə dediyini eşitdim: 'İnsanlar, əbu Hənifə haqqında, qısqanc və cahildirlər." ("Təhzib", X, 451)

Deyirəm:

əbu Hənifə haqqında kəlam edənlərin (yəni, əleyhinə danışanların) sözünə etibar edilməz.

~ əbu Ömər'in "əl-İntiqa fi fədaili's-sələsəti'l-fuqahə" adlı əsərindən nəqlinə görə, Hatim b. Davud, belə deyir: "Fadl b. Musa əl-Bunəni'dən, əbu Hənifə'ni qaralamağa çalışan insanlar haqqında soruşdum. O, belə cavab verdi: 'imam əbu Hənifə, onların ağıllarının çata biləcəyi və çata bilməyəcəyi bütün elmləri gətirmişdir. Onlara, (söyləniləcək) bir şey buraxmamışdır. Bundan dolayı, onu qısqanmışlardır." (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", ll, 172)

~ ibn Həcər əl-Məkki, "əl-Xayratu'l-Hisən" adlı əsərinin 14-cü fəslində (s. 32), deyir: ibn Main'dən, "Süfyan əs-Sevri, əbu Hənifə'dən hədis rəvayət etmişdirmi?" deyə soruşuldu. Süfyan: "Bəli, əbu Hənifə, fəqih və hədisdə saduq və siqa idi." deyə cavab verdi. Eyni əsərin bir başqa səhifəsində (s. 32), belə deyilir: Şu'bə dedi: "Vallahi, imam əbu Hənifə'nin fəhmi, çox gözəl; yaddaşı isə, çox yaxşı idi."

Yəhya b. Main'dən, əbu Hənifə haqqında soruşuldu. O, belə cavab verdi: "imam əbu Hənifə, siqadır. Onun zəif olduğunu söyləyən kimsə eşitmədim."

Şu'bə! Hədis rəvayət etməsi üçün, ona məktub yazıb, bunu, ondan istəməkdədir.

Tarixçi ibn Xaldun, deyir: "imam əbu Hənifə'nin, hədis elmində böyük müctəhidlərdən olduğunun dəlili, məzhəbinin, onlar arasında etimad edilməyə, ona ətf edilməyə və etibar edilməyə layiq olunmasıdır." (Siddiq Həsən Xan, "Kitabu'l-Xutta", s. 34)

~ Suyuti, "Təbyidu's-Səhifə" adlı əsərində (s. 27), belə deyir: əbu Hənifə, əbu Ğassən əl-Hindi'dən də rəvayət etmişdir. O, belə deyir: İsrail b. Yunus, belə dedi: "imam əbu Hənifə, nə qədər xoş bir insan idi! Əhkam hədislərini, nə qədər mükəmməl əzbərləmiş və nə qədər həssas bir şəkildə incələmişdi."

Burda bəhsi keçən İsrail'in, "Kutub-u Sittə" ravilərindən biri olduğunu da bildirək. Belə bir kimsə, onun, əhkam hədislərini ən yaxşı əzbərləyib, ən həssas bir şəkildə incələyən bir şəxs olduğunu açıqca bildirməsi ilə bərabər, siqa olduğunu da söyləyirsə, bu, kifayət edir.

 

✓ Hammad'a gəlincə:

~ Muslim, "Səhih"ində;

~ Buxari, "Ədəbu'l-Mufrəd"ində,

ondan hədis rəvayət etmişdir.

~ ibn Main;

~ İcli;

~ Nəsai və

başqaları, onun, siqa olduğunu söyləmişlərdir. ("Təhzib", lll, 16)

 

✓ İbrahim ən-Nəxai isə:

Özü kimilərin, haqqında sual soruşulmayacaq (mərtəbədə) biridir.

Bu (520 no-lu) rəvayət, imam əbu Hənifə'nin, məğrib namazından əvvəl nafilə qılınmayacağı görüşünü, açıq olaraq ifadə etməkdədir. Ən doğrusunu isə, Allah bilir...

----------------------------

521. Abdu'l-Vahid b. Ğayyəs'in,

Hayyan b. Abdullah ---> Abdullah b. Bureydə

isnadı ilə atasından nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məğrib namazı xaric, hər azanla iqamə arasında, bir namaz vardır."

Hədisi, Bəzzər ("Muxtəsər-u Zəvaid", 481) rəvayət etdikdən sonra, belə demişdir:

"Bu hədisi, Basralı Hayyan'dan başqa rəvayət edəni bilmirik. Bu şəxs, məşhur olub, rəvayətini qəbuldə bir beis yoxdur."

Bu hədisin ravisi:

✓ Abdu'l-Vahid b. Ğayyəs,

~ əbu Davud'un ravilərindəndir.

~ əbu Zur'a, onun, saduq olduğunu söyləmişdir.

~ Salih b. Muhamməd, "lə bə'sə bih = onda bir beis yoxdur" demişdir.

~ Xatib, onun üçün, "O, siqa idi." demişdir.

~ ibn Hibban, ona, "əs-Siqat"ında yer vermişdir. (Zəhəbi, "Təhzib", Vl, 439)

 

✓ Hayyan b. Ubeydullah, ibn Hayyan əbu Zuheyr olub, Basralı bir mühəddisdir.

~ Buxari, belə deyir: "əs-Salt, onun qarışdırdığını söyləmişdir."

~ Muslim və Musa ət-Təbuzəki, ondan rəvayət etmişdirlər.

~ əbu Hatim: "O, saduqdur." demişdir.

~ İshaq b. Rahuyə, belə deyir: "Ravh b. Ubadə'nin, Hayyan b. Ubeydullah'dan nəqlinə görə, -ki, o, doğru sözlü biri idi..."

~ ibn Hibban, "əs-Siqat"ında ona yer vermişdir. ("Lisanu'l-Mizan", ll, 37)

~ ibnu'l-Cevzi, "əl-Məvduat" adlı əsərində, Fəllas'ın, Hayyan b. Ubeydullah'ın yalan söylədiyini iddia etdiyini nəql etməkdədir. Lakin, o (ibnu'l-Cevzi), Ubeydullah haqqında yanılmışdır. Suyuti, "əl-Ləali'l-Masnua" adlı əsərində (ll, 8), onu, bu sözlərilə tənqid etməkdədir: "Bu Hayyan, Fəllas'ın yalançı olduğunu söylədiyindən başqasıdır. Fəllas'ın, yalançı olduğunu söylədiyi, Hayyan b. Abdullah'dır. Kunyəsi, əbu Hiylə əd-Dərimi'dir. Bu hədisin isnadındakı isə, Hayyan b. Ubeydullah'dır. Kunyəsi, əbu Zuheyr əl-Basri'dir. Hər ikisinin adı da, 'əl-Mizan'da keçməkdədir." Suyuti, Basri olan Ubeydullah'ın tərcüme-i halını, "Lisanu'l-Mizan"dan nəql etdiyimiz şəkildə zikr etmişdir.

Bu halda, hədis, "həsən" olub, dəlil olmağa əlverişlidir.

✓ Abdullah b. Bureydə, "Səhih"in ravilərindəndir. "Kutub-u Sittə" imamları, ondan hədis rəvayət etmişlərdir.

 

✓ əbu Bureydə isə, səhabədir.

 

Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 89), belə deyir: "Hayyan'ın rəvayəti, şazz'dır. Çünki o, hər nə qədər Bəzzər və başqalarına görə saduq isə də, hədisin isnadı və mətni cəhətindən, Abdullah b. Bureydə'nin dostlarından olan hədis hafizlərinə müxalifət etmişdir."

Deyirəm:

Hayyan'ın:

~ İsnaddakı müxalifəti, belədir:

O, hədisi, Abdullah b. Bureydə ---> atası isnadı ilə nəql edərkən, başqa hədis hafizləri, ondan, Abdullah b. Bureydə ---> Abdullah b. Muğaffəl şəklində nəql etmişlərdir.

~ Mətndəki müxalifəti isə:

"Məğrib namazı xaric" şəklindəki əlavəsindən qaynaqlanmaqdadır. Abdullah b. Bureydə'in dostları isə, bu əlavəni zikr etməzlər.

Bu 2 (etiraz)'dan:

~ Birincisinə verəcəyimiz cavab, budur:

Bureydə, səhabədir. Bunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitmiş olması, mümkündür. Ya da, Abdullah b. Muğaffəl vasitəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitmiş də ola bilər. Bir səhabənin mürsəli, alimlərin ittifaqı ilə məqbuldur.

~ İkincisinə verəcəyimiz cavab isə:

Bəhsi keçən əlavə qismin, hədisin əslinə zidd düşməməsidir. Hayyan, "saduq""siqa" olduğuna görə, etdiyi əlavə, qəbul edilə bilər. Necə ki, "Nuxbətu'l-Fikər"də (s. 25), belə deyilir: "Həsən və səhih hədisin ravilərinin etdikləri əlavə, bu əlavəni zikr etməyən ravilərin arasından daha siqa olan bir ravinin rəvayətilə zidd düşmədiyi müddətcə, məqbuldur." Suyuti, "ət-Təaqqubat"ında (s. 10), belə deyir: "Bizə görə, Hayyan, hədisin isnadından, Abdullah b. Muğaffəli və 'məğrib namazı xaric' şəklindəki əlavəni düşürmək surətilə yanılmışdır. Belə bir yanılmanın olması da mümkündür. Çünki, Bureydə, səhabədir. Bu halda, bu hədis, ən aşağısı, səhabə mürsəli olur və bəhsi keçən əlavə, hədisin isnadı ilə zidd düşməz."

Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir: "Hədisin, İsmaili'dəki bəzi variantlarında, Bureydə, məğrib namazından əvvəl, 2 rükət namaz qılardı. Əgər bu istisna məfhuz olsaydı, Bureydə, hədisin ravisinə müxalifət etməzdi."

Deyirəm:

Bu, raviyə, ən kiçik bir nöqsanlıq gətirməz.

~ Birincisi:

Bureydə'nin feli, rəvayətinə müxalif deyildir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Məğrib namazı xaric, hər azan və iqamə arasında bir namaz vardır." şəklindəki ifadəsi: "Məğrib namazı xaric, hər azan və iqamə arasında, sünnət və ya müstəhəb bir namaz vardır." mənasındadır. Məğrib'in istisna edilməsi, azanı ilə iqaməsi arasında, sünnət və ya müstəhəb bir namaz olmamasındandır. Bu, daha əvvəl də keçdiyi üzərə, caizliklə zidd düşməz və məğrib azanından sonra belə bir namazı qılmaq mübah olduğu üçün, Bureydə (radiyallahu anh)'ın, bu namazı qılmış olması, mümkündür.

~ İkincisi:

"Tədribu'r-Ravi"də (s. 115), belə deyilir: "Bir alimin, rəvayət etdiyi hədisə uyğun olaraq etdiyi əməl və fətvası, onun, bu hədisin sihhətinə hökm etdiyi mənasına gəlməyəcəyi kimi; ravilərini tədil etdiyi mənası da daşımaz." Suyuti, davam edərək belə deyir: "Ravinin rəvayətinə müxalifəti də, hədisin sihhətini zədələmədiyi kimi; ravilərini cərh etmək də sayılmaz. Çünki, bunun, müxalif rəvayət və ya başqa bir səbəblə bir əngəldən dolayı edilmiş olması, mümkündür."

Hədis, çox açıq olaraq, məğrib namazından əvvəl nafilə qılınmayacağını göstərməkdədir. Bu, imam əbu Hənifə və əshabının görüşüdür. Ən doğrusunu, Allah bilir...

Ravinin, rəvayət etdiyi hədisə müxalif əməli/tətbiqatı:

Əgər deyilsə ki:

"Bir ravinin, öz rəvayətinə müxalif əməl etməsi, Hənəfilərə görə, o ravini cərh etməkdir."

Buna, belə cavab verərik:

Bu, məzhəbdə, qeydsiz-şərtsiz bir qayda deyildir. Əksinə, bu qaydanın, təfsilatlı şərtləri vardır. "ət-Təvdih"də, belə deyilir:

"Əgər bir ravi, bu rəvayətin xilafına daha əvvəl əməl etmişdirsə və ya rəvayət və felindən hansının daha əvvəl olduğu bilinmirsə, bu təqdirdə, mücərrəd müxalifətin olması, cərh sayılmaz. Buna müqabil olaraq, ravi, nəql etdiyi rəvayətin möhtəməl tətbiqatlarından birini etmişdirsə, o ravi, qalan ehtimalları, cərh edərək deyil, təvil yolu ilə rədd edir deməkdir."

"ət-Təlvih"də (ll, 13), belə deyilir:

"Əgər ravi, bu rəvayətin xilafına daha əvvəl əməl etmişdirsə...' demək, ravi, rəvayətindən əvvəl, bunun əksinə əməl etmişdirsə, bu, hədisi cərh etməz. Çünki, rəvayətdən əvvəl öz görüşü, bu yöndə idi, hədis səbəbilə onu tərk etdi deyərik. Rəvayət və tətbiqatdan hansının daha əvvəl olduğu bilinmədiyində də, hal, belədir. Çünki, rəvayət, qəti olaraq dəlil dəyəri daşımaqdadır. Qəti olanın hökmü, şəkk və şübhə ilə saqit olmaz/düşməz."

Bureydə (radiyallahu anh)'ın məğrib namazından əvvəl, 2 rükət namaz qıldığına dair rəvayət, -rəvayətindən sonra qıldığı qəti olaraq ortaya çıxmadığı müddətcə- cərh edilmiş olmaz. Bil!

"əl-Cəvhəru'n-Naqi"də, belə deyilir:

"Beyhaqi, bu mövzuda, ibn Bureydə ---> ibn Muğaffəl rəvayətilə bir hədis zikr etdikdən sonra, belə deyir: "Bu hədisi, Hayyan b. Ubeydullah rəvayət etmiş, isnadında yanılmış və mutabii olmayan bir əlavə gətirmişdir. Sonra, ibn Bureydə vasitəsilə, atasının bu rəvayətini nəql etmişdir: 'Məğrib namazı xaric, hər azan və iqamə arasında, 2 rükətlik namaz vardır." (Beyhaqi, "Sünən", ll, 474)

Deyirəm:

Bu hədisi, Bəzzər rəvayət etmiş və sonra, belə demişdir

Hayyan, Basralı məşhur bir ravidir. Rəvayətinin zərəri yoxdur. Haqqında, əbu Hatim, "saduq" demişdir. İbn Hibban, "əs-Siqat"ında, onu, ətbau't-tabiun'dan saymışdır. Hakim, "Əbvabu'z-Zina" bölməsində, ondan bir hədis rəvayət etmiş; isnadının səhih olduğunu bildirmişdir. Bu, siqa olan bir ravinin əlavəsidir. Bu halda, ibn Bureydə'nin, 2 isnadı vardır. Hədisi:

~ ibn Muğaffəl (radiyallahu anh)'dan, bəhsi keçən bu əlavə olmadan;

~ Atasından isə, bu əlavə ilə birlikdə eşitmişdir,

deyə başa düşülür. (Bəzzər, l, 702)

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 45 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR