Esir maddəsi
"Esir" kəliməsinin, əvvəlki çağlarda, "göyün maviliyi" mənasına gəldiyi; "fəzanı maviləşdirən cövhər, öz" mənasında istifadə edildiyi rəvayət edilməkdədir. 17-ci əsrdə isə, bu termin, Dekart tərəfindən mənimsənilmişdi. O, esirin, göy üzünün boşluqlarını doldurduğunu və boş fəza deyilən şeyin, əslində, yüksək təzyiq nəticəsində meydana gələn dolğu olduğunu iləri sürürdü. Dekart, esirin, maqnit kimi, fəzada fəaliyyət göstərən cazibə və itələmə qüvvələrinin nəql edilməsində bir vasitə olduğunu da əlavə edirdi. Ona görə, esir, məntiqi bir gərəklilik idi.
Esirə olan maraq, XlX əsrdə, bir-birindən fərqli metafiziki fərziyyələrə istinad edən 2 fərqli araşdırma nəticəsi olaraq, yenidən dirildi. Bunlardan biri, alman təbiət filosofu və şair Yohan Volfqanq Qöte tərəfindən göstərildi.
Təbiət filosofları, materialist və ateist görüşlərə və Nyuton fizikasındakı mexaniki təbiət görüşlərinə qarşı etiraz edirdilər. Bunlar, dünyaya bir maşın olaraq baxan klassik elmi görüşləri rədd edirdilər. Bunlardan biri olan Lorenz Oken, maddənin, elektrik və maqnetik güclərin təsiri altındakı esirdən qaynaqlandığı görüşünü iləri sürürdü.
Maykl Faradey, 1846-cı ildə, maqnit və işıq arasında bir münasibət olduğunu iləri sürür və esirin, ham maqnit qüvvətlər və həm də bir işıq mühiti ola biləcəyini təxmin edirdi. O, esirin, fərqli növdəki qüvvətləri birləşdirə biləcəyi görüşündən təsirlənmişdi. M. Faradey, 1851-ci ildə, belə yazırdı:
"Əgər bir esir varsa, sırf şüaların nəql edilməsindən başqa faydaları da olması lazım gəldiyi, heç də ehtimal xaricində deyildir." (E. Whittaker’dən alıntı, "A History of the Theories of Aether an Electricity", Nelson, London, 1951; 194)
"Elektro-maqnit sahələr nəzəriyyəsi"ni daha da təkmilləşdirən Maxvel, maqnit qüvvətlərin və işığın hər ikisinin də, esir içində nəql edildiyini iləri sürür; bu qüvvətlərin, fəzada, elektrik və maqnit yüklü kütlələrin ətrafında istehsal edilən esir bükülmələri olaraq dəyərləndiriləcəyini ifadə edirdi.
Esirin çox fərqli və üzərində çalışılması çətin bir mövzu olduğu, aşkar idi. Esir, paralel aləmlər dediyimiz metafiziki-mücərrəd fəzalara aid mücərrəd zaman kürəsidirsə və işıqdan sürətli titrəyirsə və bu mühitin zamanı, bizim də zamanımızı meydana gətirirsə, bunu asan bir şəkildə müəyyənləşdirə bilməyəcəkdik.
Ancaq həqiqətin bu qədər gizli olmasındakı əsl səbəb, bəlkə də, hislərimizin, metafiziki aləmi idrak edə bilməməsindən qaynaqlanırdı. Çünki yarı fiziki (işıq-kvant aləmi) varlıqları tam olaraq qavradığımızı belə söyləyə bilmirik. İşığın, hər dalğa boyunu görə bilmir; hər səs dalğasını eşidə bilmirik. Gözümüzün və qulağımızın hiss edə bildiyi frekanslar, son dərəcə məhdud bir sahəni əhatə edir. Maddəni, doğru-düzgün belə gördüyümüz də iddia edilə bilməz.
XlX əsrin sonlarında, esirin necə başa düşüldüyü haqqında, 1883-cü ildə məşhur "Nature" jurnalında yer alan ifadələr, bir xeyli qəribə idi:
"Ümumilikdə, esir, bir axıcı, ya da bir maye olaraq adlandırılmaqdadır və yenə, qatılığı etibarı ilə, bir jeleyə bənzədilməkdıdir. Halbuki bu adların heç biri, esir üçün uyğun deyildir. Bunların hamısı, molekulyar qruplardır, dolayısı ilə, esir kimi deyillərdir. Fəaliyyətsizlik xüsusiyyəti olan mütəmadi sürtünməsiz bir mühiti, bəsit olaraq və tək başına bir düşünək, bu məfhumun qəlizliyi, biliyimizin bu ankı halına münasib olduğundan, daha çox şey söylənə bilməyəcəkdir...
...Qüsursuz davamlılığı olan, incə, sıxıla bilməyən, bütün fəzaya yayılan və içində yerləşmiş sıravi bir maddənin molekulları arasına sızan və öz imkanları ilə birini digərinə bağlayan bir material fikrini idrak etməyə çalışmalıyıq. Və onu, cisimlər arasındakı bütün hərəkətlərin davam edib getdiyi universal bir mühit olaraq qəbul etməliyik. O halda, bu, onun -hərəkət ilə enerji nəql edicisi olaraq- funksiyasıdır." (O. Lodge, “The ether and its functions”, Nature, XXVII, 1883; 304)
Kainatdakı birlik
19-cu əsrə qədər, atomla bağlı biliklərimiz, olduqca məhdud idi. 20-ci əsr isə, atom daxili aləmin xüsusiyyətləri və Kvant nəzəriyyəsi ilə, elektro-maqnit dalğalardan ibarət enerji və şüalar əsri oldu.
Kopernik və Nyuton kimi fənn alimlərinin kəşfləri qarşısında, bir çox insan heyrətə düşmüşdü. Ancaq onların istifadə etdikləri məfhumları başa düşmək, artıq o qədər də çətin gəlmirdi. Halbuki, yeni hadisələri və üz-üzə gəlinən doğruları izah edə bilmək üçün, artıq geniş qavrayış və düşüncə tərzlərinə ehtiyac hasil olmuşdu. Bu yeni anlayışda, fəlsəfi, ruhi, mənəvi düşüncələrin nəzərə çarpması, ən diqqətə dəyər cəhət olmaqda idi.
Nyuton sonrasında, kainat qanunları ümumiləşdirilmiş və bütün yaradılışı əhatə etmişdi. Maddə, fəzada, kordinatlarla müəyyənləşmiş; bir sürət həddi olan; və qatı-maye-qaz kimi hallara çevrilən bilən "bilyard topları" idi. Hər atom, öz sərhədləri içində, bir qonşu atomla bağlı idi və hərəkət halında olan elektronları ortaq olaraq istifadə etməkdə idi.
Kvant fizikası, atom altı aləmə enərək, içində yaşadığımız kainatı meydana gətirən zərrələr aləminin, bildiyimiz dünyadan çox fərqli olduğunu kəşf etdi. Buna görə, bir-birindən ayrı və fərqli kimi görünən atom parçacıqları, əslində, bir-birilərilə əlaqəli və bağlı; bölünməz dinamik bir bütünlük içindədirlər. Bir-birindən çox uzaq şeylər, səbəb-nəticə zənciri olmadan, bir-birilərinə bağlıdırlar. Yüksək enerji fizikası təcrübələri göstərdi ki, parçacıq aləmi, əslində dinamik bir quruluşa sahibdir.
Parçacıqlar, sabit və dəyişməz deyillərdir; əksinə, başqa parçacıqlara da çevrilə bilməkdədirlər. Əvvəlki anlayışa görə, maddənin əsası sayılan atom və atom altı parçacıqlar, bir-birindən müstəqil "sərt nəsnə" və "qatı element"lər idilər. Materialist düşüncəyə də əsas təşkil edən bu anlayış, maddənin dərinliklərinə enilincə, əsasdan dəyişikliyə uğramaq məcburiyyətində qaldı. Çünki maddənin ən alt səviyyələrinə endiyimizdə qarşımıza "əsas elementlər" deyil, bütün parçalar arasında var olan qarışıq münasibətlər toxuması çıxırdı. Nəticədə, qatı vahidlər bir-bir ərimiş, ortada isə, "sərt nəsnə"dən əsər qalmamışdı. Bu anlayış ilə, maddəçi düşüncə və determinist anlayış, böyük zərbə almışdı.
Yenə kvant mexanikasının kəşflərinə görə, əslində "parçacıq" deyilən şey, hərəkətdən ibarət qalan bir nəsnə idi. Parçacıqlar, enerjidən meydana gətirilə bildikləri kimi; tamamilə enerjiyə də çevrilə bilərlərdi. Beləcə, içində yaşadığımız dünyada, "əsas parçacıq", "maddi öz", ya da "izolasiya edilmiş nəsnə" kimi klassik məfhumlar, artıq mənasız hala gəlirdi.
Kainatın, bir-birindən ayrı yaradılmış nəsnələrdən meydana gəldiyi görüşü məqbulluğunu itirincə; zaman ilə, fəzanın ənənəvi mənaları və bilinən səbəb-nəticə münasibəti kimi məfhumları da, ortadan qaldırıldı.
Yeni fizika ilə bərabər, sadəcə maddə və "parçacıq" anlayışı deyil, "boşluq" məfhumu da, yeni bir mənaya büründü. Bu yeni müasir görüş, "boşluğu", sanki "canlandırır"; onu, kainatın, sanki "həyati nəfəsi, ya da enerjisi" mövqeyinə yüksəldirdi.
"Yeni çağ"ın elm anlayışını meydana gətirən nəzəriyyələrin biri də, "Nisbilik nəzəriyyəsi"dir. Bu nəzəriyyə, bizim idrak sahəmizi aşan "zaman" deyilən bir dördüncü formatın varlığından söz etməkdə və zaman ilə fəzanın, əslində, bir-birindən ayrıla bilməyəcəyini və bəzən də bir-birilərinə çevrildiklərindən bəhs edir. Bu mövzudakı bəhslər, Eynşteyn ilə başlamışdır. Sonrakı illərdə isə, kvant nəzəriyyəsilə nisbilik nəzəriyyəsi, bir araya gətirildi. Bu birləşmə nəticəsində, atom altı parçacıqlar, qüvvət sahələrilə açıqlanmağa başladı, "boşluq" dediyimiz cisimlərin ətrafı da, çox əhəmiyyətli bir dinamik dəyər olaraq qarşımıza çıxdı. Boşluq, maddəni meydana gətirən parçacıqlarla ayrıla bilməz bir kosmik şəbəkənin bağlantıları idi.
"Kvant dünyası", həqiqətən, çox böyük bir nizam içində işləyən kainatın, ehtimallar üzərinə inşa edildiyini; qatı olaraq görünən maddələrin, özünə aid heç bir formatı olmayan şeylərdən meydana gəldiyini söyləyirdi. Bu isə, dünyaya və bütün universal hadisələrə baxışımıza yeni fərqlikliklər gətirmişdi. Kvant fizikası, bizə, içində yaşadığımız dünyanı, bir-birindən təcrid edilmiş çox kiçik hissələrə ayıra bilməyəcəyimizi göstərirdi. Kvant olaraq vəsf edilən enerji -şüa, dalğa, dənəcik deyə nə varsa-, bir-birindən ayrı və müstəqil dənəciklər deyillərdi. Bir-birilərilə münasibət içində olub biri digərinə möhtac idi. Sanki hər bir dənəcik, bir "küll / bütün" olub, bütünü açılmaqda idi.
Kvant miqyası ilə, hər şey, sanki bir ada kimi bir-birindən müstəqildir; ancaq bu saysız-hesabsız adaların, altdan bir-birinə quru münasibətləri mövcuddur. Beləcə, fərd (cüz, parça), bütün olana (yəni küll'ə) bağlanır. Bütün parçalar arasında, münasibətlərin davam etdiyi bir hörgü bütünlüyü vardır. Bir şey, hər şeylə bağlı; bir şey nəyə möhtacdırsa, hər şey də, eyni şeyə möhtacdır.
Kvant modeli, beləcə, qarşımıza, kiçik-böyük; bəsit-mürəkkəb; kosmik-atomik hər şey, qarşılıqlı olaraq bir-birinə möhtac və bir həqiqətin ayrılmaz bir parçası halında olan yeni bir universal modeli çıxardı. Yeni modeldə, "boşluq" məfhumu, əvvəlki klassik mənasını itirir və varlığın mənşəi və fəaliyyət sahəsi mövqeyinə yüksəlirdi.
Nisbilik nəzəriyyəsi də, kvant kəşflərinə dəstək verirdi. Maddə, hərəkət və boşluq, bir-birindən ayrı və müstəqil şeylər deyildi. Bir-birindən ayrılmaz bir bütünün ünsürləri idi. Sadəcə maddə ilə boşluq deyil, yük ilə axış; elektrik ilə maqnit sahəsi də, bu bütünlüyə daxil olmuş və birliyin çərçivəsi və formatı, kainatı içinə alacaq şəkildə genişləməyə başlamışdı. Bütün hərəkətlər nisbi olduğuna görə, hər cür yük, bir axış olaraq da idrak edilə bilməkdədir. Necə ki, elektrik sahəsi, eyni anda, bir maqnit sahə ola bilməkdə və biri, digərinin yerinə keçə bilməkdədir. Bu səbəbdən, hər 2 sahə, tək bir elektro-maqnit sahə halında birləşdirilmişdir.
Kainatın parçalara ayrıla bilməyən bütünlüyü; kosmosun birliyi; bir-birindən fərqli və zidd qüvvələrin, enerji və maddi ünsürlərin, əslində tək bir formatın fərqli fazaları və dalğalanmalarından ibarət olduğunun ortaya çıxarılması, həqiqətən də, bu kəşflərin ən böyük zəfəri idi. Bu kəşflərin arxasında görünən bir həqiqət də, bu ağıl almaz birliyi təsis edən və pozulmadan davamını təmin edən bir "Yaradıcı"nın varlığının, "elm ayna"sında açıqca görülməsi idi. Quran və bütün səmavi kitabların təməli olan tövhid inancı, Allahın varlığı və birliyi, "kainat kitabı"nın da ən açıq və ən əsas həqiqəti olaraq qarşımıza çıxmışdı. Ən kiçiklərin dünyasından ən böyüklərin dünyasına qədər hər şeyin, bir-birilə münasibəti; kosmosdan kvanta qədər kainatın bir bütün olan quruluşu ilə gündəmə gələn başqa bir mövzu daha var idi:
"Bu bütünlüyün təmin edildiyi və hər şeyi bir-birinə bağlayan bir dəstək mühitinin varlığı"
Kvant sahəsi
Yüz illərdir davam edən, "Maddə, atomlardanmı, yoxsa bəzi əsas mütəmadiliklərdənmi meydana gəlir?" mübahisələri, müasir fizikanın təkmilləşdirdiyi "Kvant sahəsi" məfhumu ilə, heç gözlənilməyən bir şəkildə cavab tapdı. Çünki "sahə", fəzanın hər yerində mövcud olan "mütəmadi" bir format idi. Boş zənn edilən sahənin, parçacıq yönü ilə, "mütəmadi olmayan" bir format ortaya qoya bildiyi görüldü. Çünki bildiyimiz elektro-maqnit bir sahə, "sərbəst sahə" olaraq üzə çıxa bilər (hərəkət edən dalğa-fotonlar). Ya da yüklü parçacıqlar arasındakı qüvvət sahəsi olaraq ortaya çıxa bilər.
İkinci halda, qüvvət, təsirlənən parçacıqlar arasında gerçəkləşən bir "foton alış-verişi" şəklində özünü göstərməkdədir. İki elektron arasında bildiyimiz elektrik itələməsi isə, yenə bəhs mövzusu olan foton alış-verişi səbəbilədir. Bu qəribə təkmilləşmə və kəşflər, "boşluq"dan, "şüavari varlıq"ların doğması mənasına gəlir; sahə dediyimiz cisimlərin çevrəsini, varlığın mənşəyi və inkişaf mühiti və hətta fəaliyyət sahəsi mövqeyinə yüksəldir.
Kvant elektro-dinamikasının ən əsas xüsusiyyəti, 2 fərqli və zidd məfhumu birləşdirmiş olmasında gizlidir. Çünki o, elektro-maqnit sahə məfhumu ilə elektro-maqnit dalğaların dənə-parça müəyyənləşmələri olan foton məfhumunu birləşdirə bilmişdir. Fotonlar, eyni zamanda, bir elektro-maqnit dalğa olduqları və bu dalğalar da, "titrəyən sahələr"dən meydana gəldikləri üçün, fotonlar, eyni zamanda, bir elektro-maqnit sahənin müəyyənləşməsi halındadırlar.
Bax, "kvant sahəsi" deyə ortaya çıxan yeni məfhum, kvant, ya da foton deyilən form ala bilən bir sahənin meydana gəlməsidir. Bunun mənası, bütün atom-altı parçacıqların və onların təsirlənmələrinin, fərqli bir "sahə" ilə üst-üstə düşməsi və sahədən meydana gəlməsidir.
Bax, "parçacıq" dediyimiz sərt və qatı maddə, ya da cismi meydana gətirən şey, bu boş dediyimiz sahənin regional qatılaşmalarından ibarət qalmaqdadır. Yəni, gəlib-gedən və bu arada da öz xüsusi xarakterlərini itirən və aid olduqları sahədə itən enerji qatılaşmaları halındadırlar. Var bildiyimiz nə varsa, hər şey, bu mühitdə, heç dayanılmayan bir hərəkətlə və böyük bir enerji titrəyişi halında var olmaqda və eyni anda da yox olmaqdadır. Digər bir ifadə ilə, nəsnələr, "boşluq"ların keçici bir müəyyənləşmələri kimidir. Beləcə, "boşluq" da, fizik fövqündə, ya da yarı-fiziki quruluşu ilə varlıqlar içərisində öz yerini alır; "boş" olmaqdan qurtulur.
Bu deməkdir ki, kvant sahəsi, "boş bir boşluq" deyil, fəzanın müəyyən bir yerində var olan mütəmadi bir "vasitəçi" (ya da nəql edici) roluna sahibdir. Şəkilsiz və formasız olan kvant sahəsi, bütün şəkillərin "tarla"sı və ya "xəmir"ini təşkil edir. Bu sahənin mütəxəssisləri,
"Kainat, onunla 'canlı' qalır, hətta kainatın 'həyati nəfəs', ya da 'həyati enerji'sidir." deyərək, bu sahənin fövqə'l-adi əhəmiyyətinə diqqət çəkirlər.
Volter Thirring, müasir fizika sahəsində təkmilləşdirdiyi "sahə" məfhumunda, bunları deməkdədir:
"Müasir nəzəri fizika, maddənin özü haqqındakı görüşlərimiz, fərqli bir hala gəlmişdir. Beləcə, diqqətimizi, görünən varlıqlardan (yəni, parçacıqlardan) əsas bir varlığa, yəni 'sahə'yə çevirməyimizə səbəb olmuşdur. Buna görə, maddənin var olması, yalnız mükəmməl olan bir halda meydana gələn bir pozulmanın bir nəticəsidir. İçimdən, az qalsın, maddəni, kiçik bir 'ləkə' meydana gətirmişdir demək keçir. Təbii ki, buna bağlı olaraq da, əsas parçacıqlar arasında meydana gələn qüvvətləri açıqlayan bəsit qanunlar var olmayacaqlardır. Yəni, nizam və simmetriyanı, əsas və ümumi 'sahə'də axtarmalıyıq." (W. Thirring, “Urbausteine der Materie”, Almanach der Österrichischen Akademie der Wissenschaften, cilt 118 (1968), s.160)
A. Eynşteyn'in dediyi kimi:
"Bundan dolayı, maddəni, sahənin ifrat dərəcədə qatılaşdığı fəza bölgələrindən meydana gələn bir şey olaraq düşünə bilərik. Bəhs mövzusu yeni fizika anlayışında, həm sahəyə və həm də maddəyə, ayrı-ayrı yer yoxdur. Çünki burda, 'sahə', tək həqiqətdir." (M. Capek The Philosophical Impact of Contemporary Physics, s.319)
Kvant sahəsi və esir maddəsi
Kvant sahəsi; varlıqların fəaliyyət sahəsi və münasibət mühiti ilə, mühitdəki təsirlənmələr, nə şəkildə cərəyan etməkdədir?
Kvant sahəsi məfhumuna görə, bütün fəza, qərar qılmış bir dalğa bütünü və birliyi kimi olub, bu təsirlənmələr, "dalğalar" şəklində olmaqdadır.
Bu anlayış, bizə,
اَلسَّمَۤاءُ مَوْجٌ مَكْفُوفٌ
"Səma, qatlanmış (qıvrılmış) dalğadır." (Tirmizi, "Sünən", hədis no: 3298; Əhməd b. Hənbəl, "Müsnəd", 2/370)
Yəni, "Səma, dalğaları qərar qılmış bir dəniz kimidir." sözü ilə, səmanı (fəza, fəza-zaman), dalğaları qərarlı haldakı bir dənizə bənzədən Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sözünü xatırlatmaqdadır.
Mövzunun başında da ifadə etdiyimiz kimi, kosmosdakı sirləri, onun Yaradıcısı adına ələ alan Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah), "esir" maddəsilə bağlı, qeyr-i adi bir baxış tərzi və açıqlamaları nəzərimizə ərz etməkdədir.
Ustad Nursi,
"İttifaqla sabitdir ki, ülvi fəza, "esir" (ether) maddəsi ilə doludur. İşıq, elektrik, hərarət kimi sair axıcı və lətif şeylər, fəzanı dolduran bir maddənin varlığına dəlildir." deməklə, esir maddəsini, fəzanı dolduran bir maddə olaraq dəyərləndirməkdədir.
Fəzanın esir ilə dolu olduğunu bildirdikdən sonra,
"...Meyvələr, öz ağaclarını; çiçəklər, öz çəmənlərini; sünbüllər, öz tarlalarını; balıqlar, öz dənizlərini açıq-aydın göstərdikləri kimi; ulduzlar da, zəruri olaraq, mənşələrini, tarlalarının, dənizlərinin, çəmənlərinin (yəni, meydana gəldikləri yerin) varlığını, "ağlın gözü"nə soxmaqdadırlar..." ifadələrilə də, esirin, varlıqların həm təşəkkül, həm də fəaliyyət sahəsi olduğunu bildirməkdədir.
O, davam edərək, ülvi aləmdə, yəni metafiziki qanunlara görə çalışan metafiziki aləmlərin müxtəlif təbəqələrə ayrıldığını; hər birinin, özünə xas qanunları olduğunu; beləcə, 7 fərqli fəza-məkanın fərqli işləyiş mexanizmləri olduğunu bəhs etdikdən sonra, "esir"in, bütün bu aləmlərin mühiti və sahəsi olduğuna belə diqqət çəkir:
"...Madam ki, bu uca aləmdə, fərqli təşkilatlar (təbəqələr) var, fərqli vəziyyətlərdə fərqli hökmlər görünür. Elə isə, o hökmlərin mənşələri olan səmalar, müxtəlifdir.
Necə ki, insanda, cisimdən başqa ağıl, qəlb, ruh, xəyal, yaddaş kimi vücudlar vardır. Əlbəttə ki, insanın böyük bir misalı olan aləmdə və "insan meyvəsinin ağacı" olan kainatda da, cismani aləmdən başqa aləmlər mövcuddur. Həm də yer aləmindən ta ki cənnət aləminə qədər, hər bir aləmin bir səması vardır."
