Muqit isminin şərhi
40. Muqit isminin şərhi:
• (Bu ismin bir mənası), qidaları yaradıb bədənlərə, yeyəcək; qəlblərə də, mərifət olaraq çatdırandır. (Beləcə, bu isim), Razzəq mənasında olmuş olur. Ancaq, (Razzəq ismindən) daha xüsusidir. Çünki ruzi, qida olana da, olmayana da şamildir. Qida isə, bədənin yaşamağa davam etməsi üçün, ehtiyacı olan (şey)'dir.
• (Bu ismin) başqa bir mənası da, bir şeyə mustəvli (bir şeyi istila etmək, hakim olmaq) və müqtədir olmaqdır. İstila isə, qüdrət və elmlə tamamlanır. Allah (azzə və cəllə)'nin bu ayəti, buna dəlildir:
...وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ مُّقِيتًا
Və kənəllahu, alə kulli şəyin muqitən.
"Allah, hər şeyə muqit (hər şeyi bilən və müqtədir)'dir." (Nisa/85)
(Beləcə), hər şeydən xəbərdar və qadir olandır. (Bunun) mənası isə, qüdrətə və elmə raci (dönməkdə, qayıtmaqda)'dır.
Elm sifətindən, daha əvvəl bəhs etmişdik; qüdrət isə, iləridə gələcəkdir.
Bu məna ilə, yəni, Muqit ilə vəsf edilməsi, tək qadir və tək alim ilə vəsf edilməsindən daha tamdır. Çünki, 2 mənanı özündə toplamağa dəlalət edir. Beləliklə də, bu (Muqit) ismi, mütəradiflikdən (digər isimlərlə eyni mənalı olmaqdan) çıxar.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
