Bəqərə surəsi 178-ci ayətin təfsiri
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلْقِصَاصُ فِى ٱلْقَتْلَى ۖ ٱلْحُرُّ بِٱلْحُرِّ وَٱلْعَبْدُ بِٱلْعَبْدِ وَٱلْأُنثَىٰ بِٱلْأُنثَىٰ ۚ فَمَنْ عُفِىَ لَهُۥ مِنْ أَخِيهِ شَىْءٌ فَٱتِّبَاعٌۢ بِٱلْمَعْرُوفِ وَأَدَآءٌ إِلَيْهِ بِإِحْسَـٰنٍ ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ ۗ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌ
"Ey iman edənlər! Öldürülənlər haqqında, üzərinizə qisas yazıldı.
~ Azad kimsə, azad ilə;
~ Nökər, nökər ilə;
~ Qadın, qadın ilədir.
Lakin kimə, onun qardaşı (ölənin varisləri) tərəfindən bir şey bağışlanarsa, artıq örfə tabe olmaq və ona, gözəlliklə ödəmək lazımdır. Bu, Rəbbinizdən bir xəfiflətmə və bir rəhmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün, ağrılı-acılı bir əzab vardır." (Bəqərə/178)
----------------------------
Təfsiri:
Bu ayətə dair açıqlamalarımızı, 17 başlıq altında təqdim edəcəyik:
1. Ayətin nüzul səbəbi:
Buxari, Nəsai və Daraqutni, ibn Abbas (radiyallahu anh)'dan belə dediyini rəvayət etməkdədirlər:
"İsrail oğulları arasında, qisas vardı, diyət (qan pulu) isə, yox idi. Allah, bu ümmətə:
~ '...Azad kimsə, azad ilə; Nökər, nökər ilə; Qadın, qadın ilədir. Lakin kimə, onun qardaşı (ölənin varisləri) tərəfindən bir şey bağışlanarsa...'
Yəni:
Bağışlamaq, qəsdən öldürmədə diyəti qəbul etmək deməkdir.
~ '...artıq örfə tabe olmaq və ona, gözəlliklə ödəmək lazımdır...'
Yəni:
Örfə tabe olar və gözəlliklə ödəməni yerinə yetirər.
~ 'Bu, Rəbbinizdən...' sizdən əvvəlkilərə fərz olaraq yazdıqlarına görə, 'bir xəfiflətmə və bir rəhmətdir...Bundan sonra kim həddi aşarsa, onun üçün, ağrılı-acılı bir əzab vardır."
Buxari'nin ləfzi, budur. (Sənədi də, belədir):
Bizə, əl-Humeydi bildirdi ---> bizə, Süfyan bildirdi ---> bizə, Amr bildirdi:
Mən, Mücahid'i, belə deyərkən eşitdim:
Mən, ibn Abbas'ı belə deyərkən eşitdim...(Buxari, Təfsir, 2-ci surə, Diyat/8; Nəsai, "Qasamə", 27, 28; Daraqutni, lll, 86, 199)
əş-Şa'bi də, uca Allahın: "Azad kimsə, azad ilə; Nökər, nökər ilə; Qadın, qadın ilədir." ayəti haqqında, belə deyir:
Bu ayət, bir-birilə döyüşən 2 ərəb qəbiləsi haqqında nazil oldu. Onlardan biri: "Nökərimizə qarşılıq olaraq, filan oğlu filanı; cariyəmizə qarşı da filan qızı filan qadını öldürəcəyik." dedi.
Buna bənzər bir rəvayət, Qatadə'dən də gəlmişdir.
--------------------------
--------------------------
2. "...Üzərinizə, qisas yazıldı..."
Uca Allahın "...üzərinizə qisas yazıldı..." ayətindəki "yazıldı" kəliməsi, "fərz qılındı və təsbit edildi" mənasındadır. Burda, "yazıldı" kəliməsinin, "Lövh-i Məhfuz'da yazılan və haqqında İlahi hökmün əvvəlcədən təqdir edildiyi şeyi xəbər vermək" mənasında olduğu da söylənmişdir.
"Qisas" kəliməsi: "izi izləmək" mənasına gələn "qassa"dan götürülmüşdür. Keçmişdəkilərin əsər və xəbərlərini izləyən hekayə və qissə danışana "əl-qas" deyilməsi, burdan gəlməkdədir. Qatil, sanki öldürməkdə müəyyən bir yol izləmiş; bu xüsusda onun izi izlənilib onun izlədiyi yoldan gedilərək "qisas" kəliməsi istifadə edilmiş kimidir.
...فَٱرْتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصًا
Fərtəddə alə əsərihimə qasasa.
Yəni:
"Sonra onlar, öz ləpirlərinin izinə düşüb geri qayıtdılar..." (Kəhf/64) ayəti də, burdan gəlməkdədir.
"Qass"ın, "qoparmaq" mənasına gəldiyi də söylənmişdir. Bax qisas da, burdan götürülmüşdür. Çünki cinayət işləyənin açdığı yara kimi, o da yaralanar; və ya öldürdüyü kimsəyə qarşılıq olaraq, o da öldürülər.
-------------------------------
-------------------------------
3. Qisasın şəkli:
Əgər məqtul (öldürülən)'in vəlisi, qatili öldürmək istəyərsə, qatilin, Allahın əmrinə tabe olması; və məşru olan şəklilə, özünə qisas əmrinin tətbiq edilməsini itaətlə qəbul etməsi, qatilə fərz qılınmışdır. Digər tərəfdən, məqtulun vəlisinə də, vəlisi olduğu kimsənin qatilini öldürməklə qalması; və həddi aşaraq başqasına (yəni, qatildən başqasına) hücum etməməsi də, fərzdir. (Cahiliyyədəki) ərəblər kimi edərək, qatildən başqasını öldürmək surətilə həddi aşmamalıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisinin mənası da, budur:
"Qiyamət günündə, insanlar arasında, Allaha qarşı ən iləri dərəcədə üsyan etmiş olaraq (gələcəklər arasında), 3 nəfər vardır:
~ biri: qatilindən başqasını öldürən adam;
~ digəri: haram torpaqlarda qatil olmuş kimsə;
~ bir digəri də: cahiliyyə dövrünün kin və düşmənliyini güdən və davam etdirən kimsə." (Müsnəd, ll, 187; lV, 32)
əş-Şa'bi, Qatadə və başqaları isə, belə deyirlər:
Cahiliyyə insanları arasında, həddi aşmaq və şeytana itaət etmək var idi. Güc, qüvvət sahibi, özünü qoruya bilən bir şəxs,
~ Hər hansı bir qəbilədən bir nökər öldürüləcək olarsa və bunu qarşı tərəfdən öldürən də nökərdirsə, bu güclülər:
"Biz, nökərimizin qarşılığında, azad bir adamdan başqasını öldürmərik." deyirlərdi.
~ Bunlardan bir qadın öldürüldüyündə:
"Biz, bu qadın qarşılığında, ancaq bir kişi öldürərik."
~ Aşağı təbəqədən bir kimsələri öldürüldüyündə:
"Biz, ancaq şərəfli bir kimsəni ona qarşılıq öldürərik." deyirdilər.
Ərəblər: "Öldürmək, öldürməyə qarşı ən yaxşı qoruyucudur." deyirdilər. Bu, "Daha çox həyatda saxlayır." və ya: "Öldürməyi, daha iləri dərəcədə əngəlləyicidir." şəklində də rəvayət edilmişdir.
Uca Allah, onlara həddi aşmağı qadağan edərək:
"Öldürülənlər haqqında, üzərinizə qisas yazıldı. Azad, azad ilə..." deyə buyurdu.
Bir başqa ayətdə də: "Qisasda, sizin üçün bir həyat vardır." (Bəqərə/179) deyə buyurulmaqdadır.
Ərəblərin söylədikləri bu sözlərilə, uca Allahın bu ayətləri arasında, fəsahət və axıcılıq cəhətindən, çox böyük bir fərq vardır.
------------------------------
------------------------------
4. Qisası kim tətbiq etməlidir?
Öldürmə halında, qisası, ancaq ulu'l-əmr (əmr sahibi)'nin tətbiq edəcəyi xüsusunda, görüş ayrılığı yoxdur. Uca Allah, onlara, qisası tətbiq etməyi; hədləri yerinə yetirməyi; və başqa xüsusları fərz qılmışdır. Çünki, şanı uca olan Allah, bütün möminlərə, qisası yerinə yetirmələri üçün xitab etmişdir. Digər tərəfdən də, bütün möminlərin bir araya toplanıb qisası tətbiq etmələri də, mümkün deyildir. Bu cəhətdən, möminlər, dövlət başçısını, qisasın tətbiq edilməsilə digər hədlərin tətbiq edilməsi xüsusunda, öz mövqelərinə otuzdurmuşlardır. Qisas, yerinə yetiriməsi vacib olan bir əmr deyildir. Tabe olunması, yerinə yetirilməsi lazım gələn, qisas və digər hədlərin ifrata qədər getməyib həddi aşmamasıdır. Əgər qisas tətbiq etmədən diyət ya da bağışlamaq surətilə qarşılıqlı razılıq meydana gələrsə, bu da, -iləridə açıqlanacağı üzərə- mübahdır.
"Əgər: '...üzərinizə qisas yazıldı...' ayətinin mənası, 'fərz qılındı' və 'zəruri edildi' şəklindədir. Elə isə, necə olur ki, qisas, vacib deyil?" deyə soruşulacaq olarsa, bu şəkildə cavab verərik:
Bunun mənası, "istədiyiniz təqdirdə üzərinizə fərz yazıldı" şəklindədir. Beləliklə, uca Allah, tərəflərin, (bağışlamaq və ya diyət kimi yaxşılıqlarda) paxıllıq etmələri halında, qisasın tətbiq edilə biləcək ən iləri bir iş olduğunu bizə bildirməkdədir.
--------------------------
--------------------------
5. Qatil ilə məqtul (qətl edilən, öldürülən) fərqli vəsflərdə olarlarsa:
Uca Allahın, "...azad kimsə, azad ilə; nökər, nökər ilə; qadın, qadın ilədir..." ayətinin təvili xüsusunda, fərqli görüşlər vardır. (Belə ki, onlardan):
~ bir qrup, belə deyirlər: "Bu ayə, müəyyən bir növdən olan bir şəxsin, öz növündən olan bir digərini öldürməsininin hökmünü açıqlamaqdadır. Beləliklə də, bu ayət,
~ azad bir kimsənin, azad bir kimsəni;
~ nökərin, nökəri;
~ qadının da, qadını
öldürməsinin hökmünü açıqlamaqda; və bu siniflərdən birinin, digər sinifdən birini öldürməsi halında isə, hökmün nə olacağını ələ almamaqdadır. Buna görə, bu ayət, möhkəmdir və bunda, bir dərəcəyə qədər mücməllik vardır, ki, bunu, uca Allahın bu ayəsi açıqlamaqdadır: 'Biz, onda, cana can, gözə göz...deyə yazdıq...' (Maidə/45)"
Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, qadın qarşılığında yəhudi bir kişini öldürməklə də, sünnətilə bu ayəni açıqlamaqdadır.
Bu görüş, Mücahid'ə aiddir. Əbu Ubeyd, ayrıca, bunu, ibn Abbas (radiyallahu anh)'dan da nəql etməkdədir. Yenə, ibn Abbas'dan, bu ayətin, Maidə surəsindəki ayət (yəni, Maidə/45 ayəti) ilə nəsx edildiyi (haşiyə) də rəvayət edilmişdir. İraqlılardan ibarət elm əhlinin görüşü də, budur.
-------------------------
(Haşiyə:
Nasix-Mənsux:
https://suallarlaislam.com/.../b%C9%99q%C9%99r%C9%99-sur...)
---------------------------
---------------------------
6. Azad ilə nökər arasındakı qisas:
• Kufə əhli ilə Süfyan əs-Sevri:
"Azad, nökər qarşılığında; Müsəlman isə, zimmi qarşılığında öldürülə bilər." demişlərdir. Buna isə, uca Allahın: "Ey iman edənlər! Öldürülənlər haqqında, üzərinizə qisas yazıldı." (Bəqərə/178) ayəsini dəlil olaraq göstərirlər. Bu ayətdə, ifadə, ümumi olaraq istifadə edilmişdir. Bununla bərabər, "Biz, onda, üzərlərinə, cana can, gözə göz, dişə diş..." (Maidə/45) ayətini də dəlil göstərərək, belə deyirlər: "Zimmi ilə Müsəlman kimsə, qisas xüsusunda kifayət edən qanın hörməti xüsusunda, bir-birilərinə bərabərdirlər. Bu isə, əbədiyyən sabit olan qanın hörmətidir. Zimminin qanını tökmək, əbədiyyən haramdır. Müsəlman da, belədir. Hər ikisi də, daru'l-İslam'a mənsub kimsələrdir." Bunu təhqiq etmək üçün, bu da dəlil olaraq göstərilir: Zimminin malını oğurlayan bir Müsəlmanın, əli kəsilər. Bu, eyni zamanda, zimminin qanının, Müsəlmanın qanına bərabər olduğuna da dəlildir. Çünki mal, ancaq ona sahib olan malikin hörməti səbəbilə möhtərəm olur (ona, haqsızca əl uzadılması, haram olur).
əbu Hənifə və əshabı ilə, Süfyan əs-Sevri və ibn əbi Leyla, azad bir kimsənin, ittifaqla nökər qarşılığında öldürüləcəyini qəbul etdikləri kimi; nökərin də, azad qarşılığında öldürüləcəyini qəbul etmişlərdir. Davud (əz-Zahiri)'nin də görüşü, budur. Eyni zamanda, bu görüş,
~ Əli (radiyallahu anh);
~ ibn Məsud (radiyallahu anh)'dan
da rəvayət edilmişdir.
~ Səid b. əl-Müsəyyəb;
~ Qatadə;
~ İbrahim ən-Nəxai; və
~ əl-Hakəm b. Uyeynə
də, bu görüşdədirlər.
• Alimlərin cumhuru isə:
Nökər qarşılığında azad insanın öldürülməsini qəbul etməzlər. Çünki, ayədə, siniflər, ayrı-ayrı ələ alınmış və buna görə bir bölgü aparılmışdır. əbu Sevr, belə deyir: "Bütün fəqihlər, nökərlər ilə azad insanlar arasında öldürmə xaricindəki qisaslarda, qisas edilməyəcəyi xüsusunda ittifaq etdiklərinə görə; öldürmədə də bunun olmaması, daha uyğundur. Bu xüsusda yaralamalar ilə öldürmə arasında fərq qoyan, ziddiyyətə düşmüş olar. Eyni şəkildə, xəta yolu ilə nökər öldürən bir kimsənin, o nökərin qiymətini ödəməkdən başqa bir mükəlləfiyyəti də yoxdur. Xəta yolu ilə öldürməkdə, azad nökərə bənzəmədiyi kimi; qəsdən öldürmədə də, onun bənzəri ola bilməz. Digər tərəfdən, nökər, alınıb-satıla bilən bir maldır. Azad insan, o nökər haqqında, istədiyi kimi təsərrüf edə bilər. Dolayısı ilə, azad ilə nökər arasında, bərabərlik də olmaz; qiymətlərinin bir-birinə bərabər qəbul edilməsi də, bəhs mövzusu deyildir."
Mən (Qurtubi) deyirəm ki:
Bu icma, doğrudur. Lakin, onun, ilk əvvəl, "Fəqihlərin hamısı...ziddiyyətə düşmüş olar." deməsinə gəlincə, ibn əbi Leyla və Davud (əz-Zahiri), azad insanlar ilə nökərlər arasında öldürmələrdə və bütün əzalarda qisas ediləcəyini qəbul etməkdədirlər. Davud (əz-Zahiri), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisini dəlil olaraq göstərməkdədir: "Müsəlmanların qanı, bir-birilərinə bərabərdir." (əbu Davud, "Cihad", 147; ibn Macə, "Diyət", 31)
Burda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), azad ilə nökər arasında, hər hansı bir fərq qoymamışdır. Uca Allahın iznilə, buna dair açıqlamalar, iləridə, Nisa surəsinin 92-ci ayəsində gələcəkdir.
------------------------
------------------------
7. Kafirə qarşılıq Müsəlmanın öldürülməsi:
Cumhur (haşiyə), eyni şəkildə, kafirə qarşılıq Müsəlmanın öldürülməyəcəyini qəbul edir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Müsəlman, kafirə qarşılıq öldürülməz." (Buxari, "Diyət/24, 31) buyurmuşdur.
Bu hədisi, Buxari, Əli b. əbi Talib (radiyallahu anh)'dan rəvayət etmişdir.
-----------------------
(Haşiyə:
Cumhur, kimdir?
https://suallarlaislam.com/m%C9%99qal.../cumhur-n%C9%99dir)
------------------------
Kafirə qarşılıq Müsəlmanın öldürüləcəyi görüşünü müdafiə edənlərin lehlərinə dəlil olaraq iləri sürdükləri Rabia'dan gələn hədis isə, səhih deyildir. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Xeybər'in fəth edildiyi gün, kafir bir kimsəyə qarşılıq Müsəlman bir kimsəni öldürdüyü nəql edilməkdədir. Bu hədisin səhih olmaması səbəbi, hədisin munqati (sənədinin qopuq) olmasıdır. Eyni şəkildə, ibnu'l-Beylemani'nin hədisi də, belədir. Bu hədis, ibn Ömər'dən, o da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən mərfu olaraq rəvayət edilməklə bərabər, zəif bir hədisdir.
Daraqutni ("Sünən", lll, 135), belə deyir:
"Bu hədisi, müsnəd olaraq (qopuq olmayan bir sənəd ilə), ancaq, İbrahim b. əbi Yəhya rəvayət etmişdir. O isə, hədisi mətruk (tərk edilmiş) kimsədir. Doğrusu isə, bunun, Rabia'dan, onun da, ibnu'l-Beylemani'dən mürsəl olaraq Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gələn rəvayat şəklidir. İbnu'l-Beylemani isə, hədis rəvayətində, zəif biridir. Hədisi, mövsul (bitişik) olaraq rəvayət etdiyi təqdirdə, onun bu rəvayəti, dəlil ola bilməz. Elə isə, mürsəl olaraq nəql etdiyi rəvayət, necə dəlil ola bilər?!"
Mən (Qurtubi) deyirəm ki:
Bu xüsusda, Buxari'nin nəql etdiyi hədisdən başqa, səhih bir hədis yoxdur. Bu isə, uca Allahın: "Öldürülənlər haqqında, üzərinizə qisas yazıldı." ayətinin ümumi muhtəvasını və eyni şəkildə, "cana can" ayətinin ümumi muhtəvasını təxsis etməkdə (xüsusiləşdirməkdə)'dir.
-------------------------------
-------------------------------
8. Nökər ilə azad; kişi ilə qadından biri digərini öldürərsə:
Əli b. əbi Talib, əl-Həsən b. əbi'l-Həsən əl-Basri'dən, bu ayənin, ayədə bəhsi keçənlərin hökmünü açıqlamaq üzərə endiyi görüşündə olduqları rəvayət edilmişdir. Beləliklə, bu, bunlar arasında və azad bir kimsənin, nökər bir kimsəni; yaxud nökər bir kimsənin, azad bir kimsəni; ya da kişinin, bir qadını; ya da bir qadının bir kişini öldürmək arasında bir fərq mövcud olduğunu göstərmək üçündür.
Əli (radiyallahu anh) ilə Həsən əl-Basri, belə deyirlər:
Bir kişi, bir qadını öldürdüyü təqdirdə, öldürülən qadının vəliləri, istədikləri təqdirdə, qatili öldürər; buna müqabil, qatilin vəlilərinə də, yarım diyət ödəyərlər; istədikləri təqdirdə, onun öldürülməsini istəməz, həyatda saxlayar və ondan qadının diyətini alarlar. Buna müqabil, bir qadın, bir kişini öldürərsə, öldürülən kişinin vəliləri, qadını öldürmək istədikləri təqdirdə, qadını öldürər və yarım diyət alarlar. Əks təqdirdə, öldürülən adamlarının diyətini alar və qadına qisas tətbiq etməyib, həyatda buraxarlar.
Bunu, əş-Şabi, Əli (radiyallahu anh)'dan rəvayət etməklə birlikdə, səhih deyildir. Çünki, Şabi, Əli (radiyallahu anh) ilə qarşılaşmamışdır.
əl-Hakəm, Əli ilə Abdullah b. Məsud (radiyallahu anhumə)'dən, belə dediklərini rəvayət etməkdədir:
Kişi, bir qadını qəsdən öldürəcək olarsa, qadına qarşılıq qisas gərəyi öldürülər. Bu isə, Şabi'nin, Əli (radiyallahu anh)'dan nəql etdiyi rəvayət ilə təaruz etməkdə (zidd düşməkdə)'dir.
Alimlər, icma ilə bunu qəbul edirlər:
Bir gözü kor və əli çolaq olan bir kimsə, orqanları sihhətli bir kişini öldürdüyü təqdirdə, məqtulun vəlisi, həm gözü kor olanı öldürüb, həm də özünün tək bir gözü kor olduğu üçün, 2 gözü də görən birini öldürdü, deyə, qatildən yarım diyət ala bilməzlər. Eyni şəkildə, əli çolaq olanın, 2 əli də sağlam olan kimsəni öldürməsi halında da belə bir tətbiqata gedilməz. Bax bu, canın cana bərabər olduğunun dəlilidir. Bu xüsusda, kiçik uşaq ilə böyük arasında da bərabərlik vardır.
Belə deyən (yəni, bu görüşə etiraz edən) kimsəyə, belə deyilər:
Qadın, kişiyə bərabər deyilsə və qadın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Müsəlmanların qanları, bir-birinə bərabərdir." ayətinin muhtəvasına girmirsə; qadın da, kişiyə bərabər olmadığına görə, nəyə görə qadına qarşılıq kişinin öldürüləcəyini qəbul edir, sonra da yarım diyət alırsan? Halbuki, alimlər, diyətin, qisas ilə bərabər bəhs mövzusu olmayacağını, icma ilə qəbul edirlər. Və diyət qəbul edildiyi təqdirdə, artıq (qatilin) qanı, haram olur və qisas da qalxır. Bu izahı, əbu Ömər (ibn Abdi'l-Bərr) vermişdir.
Azad bir kimsə, nökəri öldürdüyü təqdirdə, əgər nökərin ağası, istərsə azad kimsəni öldürər; və nökərin qiymətini çıxdıqdan sonra, azad olanın diyətini ödəyər. İstərsə də, qisas yolu ilə öldürməyi tərk edər və sadəcə nökərinin qiymətini götürər.
Bu görüş də, Əli ilə Həsəndən zikr edilmiş olmaqla bərabər, onlardan belə bir rəvayətin gəlməsi də rədd edilmiş; qəbul edilməmişdir.
-------------------------------
-------------------------------
9. Qadın və kişinin, bir-birilərinə qarşılıq öldürülmələri:
Alimlər, kişinin qadına müqabil; qadının da kişiyə müqabil öldürüləcəyi xüsusunda, icma (haşiyə) etmişlərdir. Bununla bərabər, cumhur, rücu yolu ilə hər hansı bir şeyin alınacağı görüşünü də qəbul etməz. Az bir qrup isə, diyətlər arasında əlavə vardırsa, o miqdarda rücunun bəhs mövzusu ola biləcəyi görüşündədirlər.
------------------------
(Haşiyə:
İcma, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/icma-n%C9%99dir)
------------------------
Malik, Şafi, Əhməd, İshaq, əs-Sevri və əbu Sevr, belə demişlərdir:
"Öldürmə xaricindəki hallarda da, qadın ilə kişi arasındakı qisasda da, hal, belədir."
Hammad b. əbi Süleyman ilə əbu Hənifə isə, belə deməkdədirlər:
"Öldürmə xaricində, qadınla kişi arasında, qisas yoxdur. Sadəcə öldürmədə qisas vardır."
Bu qədər var ki, -az əvvəl də keçdiyi üzərə-, öldürmədə qisas olduğuna görə, yaralamaların da buna əlavə edilərək, onlarda da qisasın bəhs mövzusu olması, əvləviyyətlə lazımdır dəlili ilə, onların bu görüşü, çürüdülməkdədir.
-------------------------
-------------------------
10. Nökərini öldürən ağanın hökmü:
ibnu'l-Arabi (əl-Maliki), belə deyir:
"Bəzi kimsələr, cəhalətdə o dərəcəyə çatmışlardır ki, azad bir kimsə, öz nökərini öldürmə qarşılığında öldürülər, deməyə qədər gəlmiş; və bu xüsusda, əl-Həsən'dən bir hədis rəvayət etməkdədirlər. (Belə ki):
əl-Həsən'in, Səmura'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
'Kim nökərini öldürərsə, biz də onu öldürərik.' (əbu Davud, "Diyət", 7)
Halbuki bu, zəif bir hədisdir. Bizim dəlilimiz isə, uca Allahın bu ayətidir:
'Kim məzlum olaraq öldürülmüşsə, artıq onun vəlisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır.' (İsra/33)
Bu məsələdə, ayətdə keçən "vəli"dən məqsəd, nökərin ağasıdır. Bəs yaxşı, elə isə, necə olur ki, ağa, özünün vəlisi ola bilir?"
Bu qədər var ki, ağa, əgər xəta yolu ilə nökərini öldürəcəksə, beytu'l-mal adına, nökərinin qiymətinin ondan alınmayacağını qəbul etməkdədir. Amr b. Şuayb, atasından; atası da, babasından rəvayət etdiyinə görə, adamın biri, öz nökərini öldürmüş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, ona, şallaq cəzası verdikdən sonra, 1 il müddətinə sürgünə göndərmiş; müsəlmanlar arasında, ona verilən qənimətdən də payını salmış (ibn Macə, "Diyət", 23); lakin nökəri qarşılığında, ona qisas tətbiq etməmişdir.
...Deyirəm:
ibnu'l-Arabi'nin zəif dediyi hədis, əslində səhihdir. Bu hədisi, Nəsai və əbu Davud rəvayət etmişlərdir. Hədisin geri qalan qismi isə, belədir:
"Kim nökərinin burnunu kəsərsə, biz də onun burnunu kəsərik. Kim nökərini buraxarsa, biz də onu burxarıq."
Buxari də, Əli b. əl-Mədini'dən nəqlən, belə deyir:
əl-Həsən'in Səmura'dan hədis eşitməsi, səhihdir. Və o (yəni, əl-Mədini), bu hədisi dəlil götürməkdədir. Buxari davam edərək belə deyir:
"Mən də bu görüşdəyəm."
Əgər hədis səhih olmasaydı, bu 2 imam, bu görüşdə olmazlardı. Bunların qənaətləri də, kifayət edir. Və azad bir kimsə, özünün nökəri (ni öldürmək) qarşılığında, öldürülər. ən-Nəxai, 2 görüşündən birində və Sevri, belə deməkdədirlər:
"əl-Həsən'in, Səmura'dan əqiqə hədisi xaricində hədis eşitmədiyi də, deyilmişdir."
Allah, ən doğru biləndir.
-------------------------
-------------------------
İmam Qurtubi, bu 11-ci başlıqda, ata ilə oğul arasındakı qisas'dan bəhs edir. Biz, bu qismi keçirik. İstəyən, müəllifin təfsirinə müraciət edə bilər.
-------------------------
-------------------------
12-ci başlıqda, imam, bir nəfərə qarşı bir topluluğun öldürülməsi haqqında danışmaqdadır.
-------------------------
-------------------------
(İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
---------------------
---------------------
Əlavələr:
Çox evlilik və Nökərlik:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cox-evlilik-v%C9%99-nok%C9%9...
