Buruc surəsi 1-ci ayətin təfsiri
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ
"And olsun, bürclər sahibi göyə." (Buruc/1)
----------------------
"Buruc/bürclər" nə deməkdir:
Bil ki, "buruc"un nə demək olduğu xüsusunda, bu 3 görüş iləri sürülmüşdür:
1. Bu, 12 bürcdür. Ən məşhur görüş, budur.
Allahın, bu bürclərdəki qeyr-i adi hallardan ötürü bunlara and içməsi, gözəl və yerində olmuşdur. Çünki günəş, bu bürclərdə hərəkət etməkdədir və süfli aləmdəki (yəni, yerdəki) bir çox mənfəətin, günəşin hərəkətinə bağlı olduğunda isə, şübhə yoxdur. Beləcə, bu, o bürclərin hakim/hikmət sahibi bir Yaradıcı'sının olduğuna dəlalət edər.
2. Bürclər, ayın mənzilləridir. Ayın hərəkət və gedişatında çox qeyr-i adi işlər görüldüyü üçün, ona, bu şəkildə and içmək, gözəl və yerində olmuşdur.
3. "Buruc/bürclər": "böyük ulduzlar" mənasındadır. Bunlara, görülə bildikləri üçün, "buruc" deyilmişdir.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb", Buruc/1)
-----------------------------
-----------------------------
Bürclərin mahiyyəti haqqında, 4 görüş vardır:
1. "Ulduzlar sahibi" deməkdir.
Bu açıqlamanı, əl-Həsən, Qatadə, Mücahid və əd-Dahhak vermişdir.
2. "Yüksək köşklər" deməkdir.
Bu açıqlamanı, ibn Abbas, İkrimə və (yenə) Mücahid vermişdir. İkrimə deyir: "Bürclər, səmadakı yüksək köşklərdir." Mücahid deyir: "Bürclərdə, mühafizəçi, qoruyucu (mələklər) vardır."
3. "Gözəl yaradılış sahibi" deməkdir. Bu açıqlamanı, əl-Minhəl b. Amr vermişdir.
4. "Mənzillər sahibi" deməkdir. Bu açıqlamanı, əbu Ubeydə və Yəhya b. Səllam vermişdir.
Bürclər, 12 ədəd olub planetlərin, günəş və ayın mənzilləridirlər. Ay, bunların hər birində, 2 tam gün və 1/3 günlük bir müddət ilə yol alırlar. Beləcə, cəmi 28 gün edir. Daha sonra da, 2 gecə görünməzlər. Günəş isə, bürclərin hər birində, 1 ay müddət ilə yol almaqdadır.
Bu bürclər:
~ Qoç;
~ Buğa;
~ Əkizlər;
~ Xərçəng;
~ Şir;
~ Qız;
~ Tərəzi;
~ Əqrəb;
~ Oxatan;
~ Oğlaq;
~ Dolça; və
~ Balıq
adını almışlardır.
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri, Buruc/1)
