Surə nə deməkdir?

I. Surə:

1. Surə nə deməkdir?

"Surə" kəliməsi, lüğətdə, "əl-Qamus" adlı əsərin müəllifinin bildirdiyi üzərə, bu mənaya gəlir:

~ Surə, "mərtəbə" mənasına gəlir. Çünki surələr, mərtəbə-mərtəbədir, hər biri, digərindən ayrılmışdır.

~ Surənin ikinci mənası: "şərəf";

~ Üçüncü mənası: "yüksək və gözəl bina";

~ Dördüncü mənası: "əlamət"

~ Beşinci mənası: "divarın bir bölməsi və ya qatı"

deməkdir. (Firuzabadi, "əl-Qamusu'l-Muhit", l, 401)

İstilah (termin) olaraq, bu şəkildə tərif edilə bilər: "Başlanğıcı və sonu olan Quran ayələrindən meydana gələn müstəqil bölmə".

~ Surə kəliməsinin, "şəhərin surları" mənasına gələn "suvəru'l-mədinə" ifadəsindən götürüldüyü də söylənmişdir. Bunun səbəbini, 3 şəkildə izah etmək, mümkündür:

a. Surdakı hər daşın, başqa bir daşın yanına qoyulması və hər sıranın, bir başqa sıra üzərinə qurulması kimi; kəlimələr, kəlimələrin yanına; ayələr, ayələrin yanına qoyulmuşdur.

b. Surun görülən yüksəkliyinə bənzər bir şəkildə, surələrin mənəvi mərtəbələrinin yüksək olması.

c. Muhamməd (sallallahu aleyhi və səlləm)'i, onun Allahdan gətirdiyi Quranı və İslam dinini qoruduğu üçün. Çünki, surələr, hər cür lovğa kimsəni susduran bir möcüzədir. Allah Taala, mücrimlər istəməsə də, bunlarla haqqı ortaya qoyar və batilin batil olduğunu gözlər önünə sərər. Beləcə, surələr, düşmənlərin və yol kəsən quldurların hücumlarına qarşı şəhəri qoruyan surlara çox bənzəyir.

Quran surələri, uzunluq və qısalıq cəhətindən, bir-birindən fərqlidir. Ən qısa surə, Kövsər surəsidir. Bu surə, 3 qısa ayətdən ibarətdir. Ən uzun surə isə, Bəqərə surəsidir. Bu surə isə, 285 və ya 286 ayədən meydana gəlir. Bəqərə surəsinin ayələrinin çoxu, uzundur. Hətta, bu surədə, daha əvvəl də bildirildiyi kimi, ən uzun ayət olan "deyn" ayəti (282-ci ayə) mövcuddur.

Bəqərə surəsilə Kövsər surəsi arasında uzunluq, qısalıq və orta həcmli olmaq cəhətindən, bir-birindən fərqli surələr vardır. Surələrin uzun, qısa və orta olması, başlanğıclarının və sonlarının təyini, yalnız Allaha aiddir. Bunların belə olmasında, bilənlərin bildiyi; cahillərin başa düşmədiyi uca hikmətlər vardır.

-----------------

-----------------

2. Quranın surələrə ayrılmasının hikməti:

Quranın surələrə ayrılmasının, bəzi fayda və hikmətləri vardır. Bunları, bu şəkildə sıralamaq, mümkündür:

a. Quran öyrənmək və əzbərləmək xüsusunda, insanlara asanlıq göstərmək və onları, buna təşviq etmək. Əgər Quran, bir-birinə əlavə edilən xalqalardan deyil, tək bir qəlibdə gəlsəydi, insanların onu əzbərləməsi və başa düşməsi, çətin olardı. Onlar, yaxında bir liman və sahil görə bilmədikləri bu geniş okeanın ucsuz-bucaqsız sularına dalmağa, güc çatdıra bilməzdilər.

b. Sözün mövzusuna və ətrafında döndüyü şeyə dəlalət etmək. Çünki, Bəqərə, Yusuf, Nəml və Cin surələrində olduğu kimi; hər bir surənin bəhs etdiyi müəyyən bir mövzu vardır.

c. Uzun surələrin, i'caz (möcüzəlilik) xüsusunda şərt olmadığına; Kövsər surəsində olduğu kimi, nə qədər qısa olursa olsun, (hər) bir surənin möcüzə olduğuna işarət etmək.

Zəmaxşəri, Quranın bir çox surəyə ayrılmasının faydaları xüsusunda, belə deyir:

a. Bir cinsin altında növ və siniflər olarsa, bu, onun, bir mövzu olmasından daha gözəl və mükəmməl olar.

b. Oxuyucu, Quranın bir surəsini və ya bir bölməsini bitirib başqa bir surəsinə və ya bölməsinə keçincə, bu, onu, Mushafı başdan sona oxusa belə, daha canlı tutar və onu öyrənməyə daha çox təşviq edər. Bu halda, oxuyucu, bir yolçuya bənzəmiş olar. Yolçu, 1 mil və ya fərsəx yol qət edərsə, bu, onu rahatladar və davam üçün ona güc verər. Bax bundan dolayı, Quran, cüzlərə və hizblərə ayrılmışdır.

c. Hafizlik edən bir nəfər, bir surəni yaxşıca əzbərlədiyində, özünün, Allahın kitabının müstəqil bir bölməsini öyrəndiyinə inanar. Beləcə, onun gözündə, əzbərlədiyi yer böyüyər (yəni, gözündə bunu, daha böyük görməyə başlayar). Ənəs (radiyallahu anh)'dan gələn bir hədisdə, belə bir hal bəhs mövzusudur:

"Biri, Bəqərə və Al-i İmran surələrini oxuyunca, bizim gözümüzdə, dəyərli hala gələrdi." (ibn Hibban, "Səhih", lll, 19)

Bundan dolayı, namazda bir surəni oxumaq, daha fəzilətlidir.

d. Qruplandırma, şəkillərin və bənzərlərin bir-birini izləməsinə və hər birinin, digəri ilə münasibət içində olmasına görə edilər. Bu sayədə, məna və nəzm də, bir-birini izləyər.

Quranın surələrə ayrılmasının daha başqa faydalarından söz etmək, mümkündür.

-----------------------

-----------------------

3. Surələrin növləri:

Alimlər, Quran surələrini, 4 qismə ayırmışlardır. Hər birinə, ayrı-ayrı adlar vermişlərdir. Bunlar:

a. Tival;

b. Miun;

c. Məsani; və

d. Müfəssəl'dir.

 

a. Tival surələr:

Tival surələrin sayı, 7-dir. Bunlardan 6-sı, Bəqərə, Al-i İmran, Nisa, Maidə, Ənam və Əraf şəklində sıralanırlar. 7-ci surənin, aralarında bismillah ilə ayrılmadığı üçün Ənfal surəsilə Tövbə surəsimi; yoxsa Yunus surəsimi olduğu xüsusunda görüşlər iləri sürülmüşdür.

b. Miun surələr:

Ayət sayı 100-ü keçən və 100-ə yaxın olan surələrdir.

c. Məsani:

Ayət sayı cəhətindən miun surələrdən sonra gələn surələrdir. Fərra, bu xüsusda belə deyir: "Məsani surələrin ayət sayı, 100-dən azdır. Çünki bunlar, tival və miun surələrdən daha çox təkrar edilir."

d. Müfəssəl:

Bu surələr, Quranın sonunda yer alırlar. Müfəssəl surələrin hansı surə ilə başladığı xüsusunda, 12 fərqli görüş vardır. Bir görüşə görə, Müfəssəl surələr, Qaf surəsilə başlayır. Müfəssəl surələrin başqa surələrlə başladığı da deyilmişdir. Nəvəvi, bu surələrin ilkinin, Hucurat surəsi olduğunu, səhih qəbul etmişdir.

Surələrin arasının bismillah ilə qısa aralıqlarla ayrılmasından dolayı, bu surələrə, "Müfəssəl" adı verilmişdir. Bir digər görüşə görə isə, bu surələr, içlərində mənsux ayələr az olduğu üçün bu ad ilə anılmışlardır. Bundan dolayı, bu surələrə, "Muhkəm" də deyilmişdir. Necə ki, imam Buxari, Səid b. Cubeyr'in belə dediyini nəql etmişdir:

"Sizin müfəssəl dediyiniz surələr, muhkəmdir." ("Fədailu'l-Quran", 25)

 

Müfəssəl surələr də:

• tival;

• əvsat;

• qisar

olmaq üzərə, 3-ə ayrılır.

1. Tival müfəssəl surələr: Hucurat surəsindən başlayır, Buruc surəsinə qədər davam edir.

2. Əvsat müfəssəl surələr: Tariq surəsindən başlayır, Bəyyinə surəsinə qədər davam edir.

3. Qisar müfəssəl surələr: Zilzal surəsindən başlayır və Quranın sonuna qədər davam edir.

------------------------------------

Surələrin tərtibi (sıralanması):

Surələrin tərtibi xüsusunda, İslam alimləri, 3 fərqli görüş iləri sürmüşlərdir:

1. Tərtibin ictihadi olduğu görüşü:

Surələrin bu gün Mushaf'dakı sırasına görə qoyulması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in müəyyənləşdirməsilə deyil; səhabənin ictihadı ilə olmuşdur.

Bu görüş, aralarında imam Malik və iki görüşündən ən son qərar qıldığı görüşünə qədər qadı əbu Bəkr'in də yer aldığı alimlərin cumhuruna isnad edilir. Bu görüşə, ibn Faris, "əl-Məsəilu'l-Xamsu" adlı əsərində belə işarət etmişdir:

Quranın toplanması, 2 şəkildə olmuşdur:

a. Surələrin təlifi: ilk əvvəl, 7 tival surə; ardından da, miun surələr qoyulmuşdur. Bunu etməyi, tamamilə səhabə üstlənmişdir.

b. Ayələrin surələr içində toplanması: bunu da, tamamilə Peyğəmbər (sallallahu aleyhi və səlləm) üstlənmişdir. O, Cəbrailin Rəbbindən Özünə gətirdiyi əmrə görə hərəkət etmişdir.

Bunu müdafiə edənlər də, görüşlərini, iki dəlillə dəstəkləmişlərdir:

a. Birinci dəlil: Osman (radiyallahu anh) dövründə, Quran, bir Mushaf'da yazılmadan əvvəl, səhabənin Mushaflarında, surələrin tərtibi, fərqli-fərqli idi. Əgər bəhsi keçən tərtib, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edilən bir təyin ilə gerçəkləşmiş olsaydı, səhabələrin bunu ehmal etmələri, bunun xaricində başqa bir şey etmələri və rəvayətlərin bizə təsvir etdiyi bu xüsusdakı fərqli tətbiqatları mənimsəmələri, mümkün olmazdı.

~ Bax, Ubeyy b. Ka'b'ın Mushafı...Bu Mushaf, rəvayət edildiyinə görə, Fatihə ilə başlamış; Bəqərə, Nisa, Al-i İmran və Ənam ilə davam etmişdir.

~ Bax ibn Məsud'un Mushafı...Bu Mushaf isə, Bəqərə ilə başlamış; Nisa və Al-i İmran ilə davam etmişdir. Bunlar arasında, çox fərqlər vardır.

~ Əli (radiyallahu anh)'ın Mushafı isə, nüzul/eniş sırasına görə tərtib edilmişdi. Dolayısı ilə, Onun Mushafındakı ilk surə, Ələq surəsidir. Daha sonra, Müddəssir, Qaf, Müzəmmil, Təbbət və Təkvir surələri gəlmişdir. Bu şəkildə, ilk əvvəl, Məkki surələr sonuna qədər; ardından da, Mədəni surələr sıraya qoyulmuşdur.

b. İkinci dəlil: ibn Əştəh'in, "əl-Məsahif" adlı əsərində, İsmayıl b. Ayyəş'in, Hibban b. Yəhya təriqilə əbu Muhamməd əl-Quraşi'dən nəql etdiyi bu rəvayət:

"Osman (radiyallahu anh), onlara (Mushafı çoxaltma işi ilə məşğul olanlara), surələri sıraya qoyarkən, uzunluqlarını əsas almalarını əmr etmişdi. Bu səbəblə, Ənfal surəsi, Tövbə surəsilə bərabər 7-ci sıraya qoyulmuşdur. Çünki, bunların arası, bismillah ilə ayrılmamışdır."

Möhtəmələn, o, Əhməd b. Hənbəl (l, 57), Tirmizi, Nəsai, ibn Hibban və Hakim'in ("əl-Müstədrək", ll, 241, 360) ibn Abbas'dan nəql etdiyi bu rəvayətə işarət etmişdir:

Osman'dan: "Hansı səbəbə görə, məsani surələrdən olan Ənfal surəsini; miun surələr arasında yer alan Tövbə surəsinin yanına qoydunuz? Sonra da, bunları bir-birinə bitişdirib, aralarına bismillah sətirini yazmadınız? Və bunu, 7 uzun surə içinə yerləşdirdiniz?" deyə soruşdum. Osman, belə cavab verdi:

Osman'dan: "Hansı səbəbə görə, məsani surələrdən olan Ənfal surəsini; miun surələr arasında yer alan Tövbə surəsinin yanına qoydunuz? Sonra da, bunları bir-birinə bitişdirib, aralarına bismillah sətirini yazmadınız? Və bunu, 7 uzun surə içinə yerləşdirdiniz?" deyə soruşdum. Osman, belə cavab verdi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, fərqli saylarda ayəti olan surələr enirdi. Ona bir vəhy gəldiyi vaxt, vəhyi yazanlardan birini çağırıb ona: 'Bu ayələri, bu, bu mövzulardan bəhs edilən yerə qoyun.' deyərdi.

Ənfal surəsi, Mədinədə enən ilk surələrdən biridir. Tövbə surəsi isə, Quranın ən son enən surələrindəndir. Bunların mövzuları, bir-birinə yaxındır. Mən də, bu surənin, o surənin bir hissəsi olduğunu düşündüm. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu surənin, o surənin bir bölməsi olduğunu açıqlamadan vəfat etmişdi. Bundan dolayı, hər 2 surəni yan-yana yazdım və aralarına, bismillah sətirini yazmadım. Sonra, ikisini birlikdə, 7 uzun surənin arasına yerləşdirdim. (əbu Davud, Salət/125)

Bu görüşə, surələrin tərtibinin təvqifi olduğunu göstərən hədislər ilə qarşı gəlinə bilər. İkinci görüşün dəlilləri verilərkən, bu hədislər zikr ediləcəkdir.

Bu görüşdə olanların birinci dəlillərinə də, bu şəkildə qarşı gəlinə bilər:

Səhabənin Mushaflarının tərtib cəhətindən fərqli olması:

~ ya onların bunu təvqifi olduğunu öyrənmələrindən əvvəldir;

~ ya da haqqında təvqifiliyin olmadığı surələrlə məhduddur.

Onların ikinci dəlili isə, bu şəkildə münaqişəyə açıqdır:

Bu rəvayətlər, bir neçə surəyə xasdır. Bəhsi keçən surələr də, Ənfal, Tövbə və Yunus surələridir. O halda, bundan yola çıxılaraq, Quranın hamısına dair ümumi bir hökm verilə bilməz.

----------

2. Tərtibin təvqifi (sadəcə İslamın bildirməsinə bağlı olan və dəyişdirilməsi mümkün olmayan, yəni, bir sözlə ictihadla olmayan) olduğu görüşü:

Bütün surələrin tərtibi, təvqifidir. Ayələrin tərtibində olduğu kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in öyrətməsi ilə gerçəkləşmişdir. Bütün surələr, yerlərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmrilə qoyulmuşdur.

Bu görüşü müdafiə edənlər, səhabənin, Osman (radiyallahu anh) dövründə yazılan Mushaf haqqında icma etməsini; heç kimin buna müxalifət etməməsini dəlil olaraq iləri sürmüşlərdir. Onlara görə, səhabənin icması, ancaq, icma etdikləri tərtibin təvqifi olması ilə tamamlana bilər. Çünki, əgər bu, ictihadi bir mövzu olsaydı, fərqli tərtibdəki mushaflara sahib olanlar, bu mövzudakı ixtilaflarını davam etdirərlərdi. Ancaq onlar, müxalifətlərini davam etdirməmişlərdir. Hətta, müxalifətdən və öz tərtiblərindən vaz keçmişlərdir. Öz Mushaflarını qoyub onları yandırmışlardı. Hamısı birlikdə, Osman (radiyallahu anh)'ın Mushafına və tərtibinə dönmüşlərdi. Sonra da, görüşləri üçün, sanki bu icmada istinadlarımolan dəlillər məsabəsindəki rəvayətləri nəql etmişlərdir. Bunlardan birini, Əhməd b. Hənbəl və əbu Davud, Huzeyfə əs-Səqafi təriqilə nəql etmişdir:

"Mən, Səqif'dən müsəlman olaraq gələn heyətin içində idim...Peyğəmbər (sallallahu aleyhi və səlləm), bizə:

'Birdən, ağlıma, Quranın bir hizbini (bölməsini) oxumaq gəldi. O hizbi oxumadan, burdan ayrılmaq istəmirəm.' deyə buyurdu.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əshabından: 'Quranı, hizblərə necə ayırırsınız?' deyə soruşduq. Onlar da, belə cavab verdilər: 'Quranı, 3, 5, 7, 9, 11, 13 surə şəklində hizblərə ayırırıq. Mufəssəl bölmə isə, Qaf surəsindən başlayır və Quranın sonuna qədər davam edir." (əbu Davud, "Saləh", 326; Əhməd b. Hənbəl, lV, 9, 343)

Bu görüşü müdafiə edənlər, belə deyirlər:

"Bu hədis, Quran surələrinin bugünki Mushafdakı kimi tərtibinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə olduğunu göstərir."

Ancaq bizim başa düşdüyümüzə görə, bu dəlalət, açıq deyildir. Bu qədər var ki, bəhsi keçən dəlalət, digər bölmələr haqqında deyil; sadəcə Mufəssəl bölmənin tərtibində ola bilər.

Bu görüşü müdafiə edənlər, bunu da dəlil gətirmişlərdir:

Qurandakı surələrin bir-birilə ahəng içində olmasında, tərtibə və ard-arda gəlməyə riayət etmək, bəhs mövzusu deyildir. Əgər məsələ ictihadi olsaydı, bu ahəngin və bənzərliyin yeri, daim olardı. Ancaq məsələ, belə deyildir. Musəbbihət surələrin hər biri, Allahı təsbih ilə başlama xüsusunda bir-birinə bənzəyərlərkən, bunların tərtibdə ard-arda gəlməmələri, bunun dəlilidir. Məsələn, bu surələrin arasına Mumtəhinə və Münafiqun surələri girmişdir

Bir digər dəlil də, Şüəra (ta sin mim) və Qasas surələrinin (ta sin mim) bir-birilərinə bənzəmələrinə baxmayaraq, ard-arda gəlməmişlərdir. Bunların arasına da, ikisindən daha qısa olan Nəml surəsi (ta sin) girmişdir.

əbu Cəfər ən-Nəhhas, bu görüşü dəstəkləmişdir. O, bu sədəddə, bunları deyir:

"Surələrin bu şəkildə bir araya gətirilməsinin, -Vasilə hədisinin də göstərdiyi kimi- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təyinilə gerçəkləşdiyi görüşü, tərcihə daha uyğundur: 'Tövratın yerinə, Mənə, 7 uzun surə verilmişdir." (Əhməd b. Hənbəl, lV, 107)

əbu Bəkr əl-Ənbari də, bu görüşü dəstəkləmişdir. O, bu xüsusda belə deyir:

"Allah Taala, Quranı, dünya səmasına endirmiş və 20 yarım il içində, bölmə-bölmə göndərmişdir. Buna görə, bir surə, meydana gələn bir hadisə üzərinə; bir ayət də, öyrənmək istəyən birinin sualı üzərinə enərdi. Cəbrail, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, ayət və surələrin yerlərini göstərərdi. Ayət və hərflərin bir-birilə ahəngi kimi; surələrin də bir-birilə ahəngi vardır. Dolayısı ilə, kim, bir surəni iləri çəkər; digərini də sonraya buraxarsa, Quranın nəzmini pozar."

ibn Əştəh, "əl-Məsahif" adlı əsərində, ibn Vehb təriqilə, Süleyman b. Bilal'dan, belə nəql edir:

Rəbia'nın, "Bəqərə və Al-i İmran surələri Mədinədə endikləri halda, niyə Mushaf'ın baş tərəfinə qoyuldu? Halbuki, bunlardan əvvəl Məkkədə, 80 yarım surə enmişdi." şəklində sual soruşduğunu eşitdim. Ona, belə cavab verdi: "Bu 2 surə, Mushaf'ın baş tərəfinə qoyulmuşdur. Quran, özünü cəm edənlərin biliyi üzərinə təlif edilmişdir. Bu, çatılan son nöqtədir. Artıq, bu xüsusda, sual soruşulmaz."

Bu görüşün dəlillərini də, bu şəkildə mübahisəyə açmaq, mümkündür:

a. Onların bu xüsusda zikr etdikləri rəvayətlər, xüsusi bir mövzu ilə bağlıdır. O halda, bundan, bütün surələrin tərtibinin təvqifi olduğu hökmü çıxmaz. Bununla bərabər, bu xəbər, tərtibin təvqifi olduğu xüsusunda, zənnidir.

b. Onların söylədikləri icma, bütün surələrin tərtibinin təvqifi olduğu görüşünə dəlalət etməz. Çünki bu icmanın, bütün surələrin tərtibinin təvqifi olduğu xüsusunda bir nassa söykənməsi, şərt qoşula bilməz. Səhabənin, Osman (radiyallahu anh)'ın surələri tərtibi və öz Mushaflarındakı tərtibi tərk etmələri xüsusunda icma edərkən, isabətli bir ictihada söykənməsi, kifayət idi. Səhabə, müsəlmanların birliyini təmin etmək, fitnə və çəkişmə səbəblərini ortadan qaldırmaq üçün, belə etmişdir. Çünki bu tərtibdə, hər kəsin fərdi görüşü, tərk edilmişdir.

 

3. Üçüncü görüş:

Bəzi surələrin tərtibi, təvqifi; bəzi surələrin tərtibi isə, səhabənin ictihadına görə edilmişdir.

Alimlərin iləridə gələnləri, bu görüşü mənimsəmişlərdir. Elə görünür ki, bu, ən isabətli görüşdür. Çünki, -daha əvvəl ikinci görüş zikr edilərkən keçdiyi kimi- surələrin bir qisminin tərtibinin təvqifi olduğunu göstərən hədislər vardır. Bəzi rəvayətlər isə, təvqifiliyi ifadə etməkdən uzaqdır. Hətta bəzi rəvayətlər, açıqca, bəzi surələrin tərtibinin ictihadi olduğunu göstərməkdədir. Məsələn, bir az əvvəl, birinci görüş zikr edilərkən, ibn Abbas'dan nəql edilən rəvayət, belədir.

Nə var ki, bu görüşü dəstəkləyənlər, hansı surələrin tərtibinin, təvqifi; hansı surələrin tərtibinin isə, ictihadi olduğu xüsusunda ixtilaf etmişlərdir. Qadı əbu Muhamməd b. Atiyyə, belə deyir:

"Səb-u tival, havamim və müfəssəl surələr kimi bir çox surənin tərtibi, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə bilinməkdə idi. Bunun xaricindəkilərdə isə, möhtəmələn, bu məsələ, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra, Onun ümmətinə buraxılmışdır." (ibn Atiyyə, "əl-Muharraru'l-Vəciz", l, 54 -məna olaraq nəql edilmişdir)

əbu Cəfər b. Zubeyr, belə deyir:

"Rəvayətlər, ibn Atiyyə'nin bildirdiyindən daha çox surə üçün şahidlik etməkdədir. Geridə isə, çox az surə qalmışdır. Bunlar xüsusunda, ixtilaf ola bilər. Bəhsi keçən rəvayətlərə nümunə olaraq, bu hədislər verilə bilər:

~ 'Zəhraveyn (Bəqərə və Al-i İmran) surələrini oxuyun.' (Muslim, "Salətu'l-Musəfirin", 252)

~ Mə'bəd b. Xalid hədisi:

'Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir rükətdə, səb-u tivalı oxudu.'

Bunu, ibn əbi Şeybə, "əl-Musannəf"ində (l, 368) nəql etmişdir.

Eyni rəvayətdə, bu məlumatlar da yer almaqdadır:

'Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir rükətdə, bütün müfəssəl surələri oxuyardı.' ("əl-Musannəf", l, 368)

~ Buxari'də ("Fədailu'l-Quran", 6), bu rəvayət keçir:

ibn Məsud, İsra, Kəhf, Məryəm, Taha və Ənbiya surələri üçün, 'Bu surələr, ilk incilərdəndirlər. İlk başda nazil olan Quran pasajlarıdır.' demişdir.

O, bu şəkildə tərtibinə görə surələri sıra ilə zikr etmişdir.

Buxari'nin "Səhih"ində ("Fədailu'l-Quran", 14) nəql edilən bir rəvayətə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər gecə yatağına girdiyi vaxt, 2 ovucunu birləşdirib açar; sonra onlara üfləyərdi.

Ovuclarına:

~ "qul huvəllahu əhəd" (yəni, İxlas surəsini);

~ "qul əuzu birabbi'l-fələq" (yəni, Fələq surəsini); və

~ "qul əuzu birabbi'n-nəs" (yəni, Nas surəsini)

oxuyardı. Sonra, edə bildiyi qədər, əllərini vücudunda gəzdirərdi. İlk əvvəl, başına, üzünə və qabaq tərəfinə sürtər. Bunu, 3 dəfə təkrar edərdi.

Suyuti, belə deyir:

"Beyhaqi'nin mənimsədiyi görüş, insanın tətmin olduğu görüşdür. Bu görüşə görə, Ənfal və Tövbə surələri xaric, bütün surələrin tərtibi, təvqifidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, surə-surə, ard-arda oxuması, surələrin tərtibinin təvqifi olmasını gərəkdirməz. O vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Nisa surəsini, Al-i İmran surəsindən əvvəl oxuduğunu göstərən hədis ilə, bu görüş zidd düşməz. Çünki, oxuyarkən surələrin tərtibinə riayət etmək, vacib deyildir. Möhtəmələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunun caiz olduğunu göstərmək üçün belə oxumuşdur."

Hər bir halda, məsələ bəsitdir. Hətta, Zərkəşi, "əl-Burhan" adlı əsərində (l, 257), bu mövzudakı ixtilafı, təməlində ləfzi olaraq görməyə çalışmışdır. O, belə deyir:

"İki qrup, yəni, surələrin tərtibinin ictihadi olduğunu deyənlər ilə; təvqifi olduğunu deyənlər arasındakı ixtilaf, ləfzidir. Çünki, ikinci görüşü müdafiə edənlər, belə deyirlər:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), əshabına, surələrin tərtibini işarət etmişdir. Çünki onlar, nüzul səbəbini və Quran kəlimələrinin yerlərini bilirlərdi. Bundan dolayı olsa gərəkdir ki, imam Malik, belə deyir:

'Səhabə, Quranı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitdiyi şəkildə təlif etmişdir.'

Bununla bərabər, o, surələrin tərtibinin səhabənin icması ilə olduğunu da söyləməkdədir.

Dolayısı ilə, bu mövzudakı ixtilaf, bu nöqtəyə gəlmişdir:

Surələrin tərtibi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözlü müəyyənləşdirməsi iləmi olmuşdur? Yoxsa, sadəcə feli tətbiqatı iləmi gerçəkləşmişdir?"

Bu şəkildə, hər kəs üçün, öz görüşünü bildirəcəyi bir sahə qalmışdır.

Zərkəşi'dən əvvəl isə, bu görüşü, əbu Cəfər ibnu'z-Zubeyr dilə gətirmişdir.

(Muhamməd Əbdü'l-Əzim əz-Zurqani, "Mənahilu'l-İrfan fi Ulumi'l-Quran" ,s. 285 və davamı)

Read 111 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR