Rum surəsi 32-ci ayətin təfsiri
مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
"O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə, öz sahib olduğundan razıdır." (Rum/32)
------------------------------
Təfsiri:
Bu ayəni,
~ əbu Hureyrə və Aişə və əbu Umamə (radiyallahu anhum): "qiblə əhlinə mənsub fərqli həva və bidət sahibi kimsələr" haqqında açıqlamışlardır.
Buna dair açıqlamar da, daha əvvəl, Ənam surəsi 159-cu ayətin təfsirində keçmişdi. (haşiyə)
----------------------------
(Haşiyə:
Ənam surəsi 159-cu ayətin təfsiri:
https://suallarlaislam.com/.../%C9%99nam-sur%C9%99si-159...)
-----------------------------
~ Rəbi b. Ənəs deyir: "Dinlərini bölənlər: kitab əhli olan yəhudilərlə xristiyanlardır."
Qatadə və Ma'mər də, belə demişlərdir.
~ Həmzə və əl-Kisai, "dinlərini bölənlər" mənasındakı ayəti, 'dinlərindən ayrılanlar" deyə oxumuşlardır.
Əli b. əbi Talib (radiyallahu anh) da, belə oxumuşdur. Tabe olunması lazım gələn -ki, o da, tövhiddir- dinlərindən ayrılanlar mənasındadır.
-----------------------
"Hər firqə öz sahib olduğundan razıdır."
Yəni, sevinclidir və onu bəyənməkdədir. Çünki onlar, haqqı, açıq-aydın bir şəkildə görməmişlərdir. Halbuki, onu, açıq bir şəkildə görməklə mükəlləf idilər.
Deyildiyinə görə, bu, fərz hökmlərin nazil olmasından əvvəl idi.
Bir görüşə görə də: uca Allaha üsyan edən bir kimsə, işlədiyi məsiyyət (günah)'dan dolayı sevinc duya bilər. Bax, şeytan, yol kəsən quldurlar və başqaları, belədirlər.
Allah, ən doğrusunu biləndir.
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
