İncil və Tövrat təhrifdən qorunmadığı halda, Quranın təhrifdən qorunması

Bunun hikmətinə dair, aşağıdakılar zikr edilə bilər:

1. İnsan oğlunun yaradılması, Allaha qulluq etmələri üçündür. Bu qulluğun necə ediləcəyini göstərmək üçün də, bir rəhbər olaraq, peyğəmbərlər və kitablar göndərilmişdir.

Kitabların, peyğəmbərlərin göndərilməsi, insanların, adil bir imtahan keçirmələrinin, olmazsa olmaz şərtlərindəndir.

Həqiqəti başa düşmək üçün, insanlara, ağıl verildiyi kimi; imtahanın adil və bərabər şərtlərdə keçməsi üçün də, onların hər birinə, azad iradə verilmişdir. Azad iradəsini istifadə edə bilməyən, ağlı olmayan uşaq, dəli və məcburiyyət altında olanlar üçün, belə bir imtahan bəhs mövzusu deyil.

Bu tablo qarşısında yer alan insanlar, bu gələn peyğəmbərlərə və kitablara iman edənlər və etməyənlər olaraq, 2 qrupa ayrılırlar.

"Dində məcburiyyət yoxdur." (Bəqərə/256) ayətindən, 2 şey başa düşürük:

a. Dinə girmələrini təmin etmək adına, insanlara, heç bir surətdə təzyiq edilə bilməz.

b. Dinə girməmələrini əngəlləmək adına, heç bir surətdə təzyiq edilə bilməz.

Bu prinsipi bizə öyrədən Allah, Özü də eyni prinsipə uyğun hərəkət etməkdədir.

Buna görə, Allah, peyğəmbərlərə iman edənləri əngəlləmədiyi kimi; iman etməyənləri, hətta onları öldürənləri belə əngəlləmir. Kitablara iman edib sahib çıxanlara mane olmadığı kimi; onları təhrif edənləri də əngəlləmir.

Əgər Allah, bütün qatillərin, canilərin, oğruların, dinsizlərin, təhrifçilərin əllərindən tutub onları bundan əngəlləsə, bu təqdirdə, dünyada, pislik naminə bir şey qalmaz və təbii ki, bu halda, imtahandan da bəhs edilə bilməz.

2. Daha əvvəlki Peyğəmbərlər (aleyhimussəlam), müəyyən qövmlərə, müəyyən bir müddət üçün göndərilmişlərdir. Onların kitabları da, sadəcə o qövmlər və müəyyən bir müddət üçün keçərlidir. Onun üçün, Allah, onları, qoruma altına almamışdır. Çünki bir peyğəmbərin göndərildiyi müddət dolunca və ya kitabı təhrifə məruz qalınca, Allah, ardından, başqa bir peyğəmbər və başqa bir kitab göndərmişdir. Ancaq, bizim Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), bütün zamanlar və məkanlar üçün göndərilmiş, son peyğəmbərdir. Ondan sonra peyğəmbər gəlməyəcəyinə görə, əgər Allah, ona verdiyi Quranı qorumasaydı, daha sonrakı əsrlərdə gələn/gələcək insanların doğru yolu tapmaları, mümkün olmazdı.

3. Allahın yer üzündə yaratdığı şeylərin hamısı da, bir deyildir. Bəzilərini, səbəblərə bağlamış; bəzilərini isə, səbəbsiz, vasitəsiz yaratmışdır. Məsələn, insanların hamısı, ana və atadan meydana gələrkən;

~ Adəm (əleyhissəlam)'ı, həm ana, həm atasız;

~ İsa (əleyhissəlam)'ı, atasız;

~ Həvva anamızı da, anasız

yaratmışdır. Demək ki, Allah, ümumi qanunların xaricində, bəzən, xüsusi bir şəkildə də davranmaqdadır.

Bununla bərabər,

~ od, yandırar;

~ ay, ikiyə bölünməz;

~ ağac, yeriməz;

~ əsa, ilan ola bilməz.

Səbəblər cəhətindən baxdığımızda, iş, belədir. Ancaq:

~ İbrahim (əleyhissəlam), yanmamış;

~ Ay, ikiyə bölünmüş;

~ Ağac, Peyğəmbərimizin əmrilə gəzmiş;

~ Musa'nın əsası da, ilan olmuşdur.

Allahın izni və muradı ilə, bunlarda dəyişikliklər baş vermişdir.

Yenə, bəzi peyğəmbərlər gəlmiş, göndərildiyi ümmətləri tərəfindən öldürülmüşdür. Ancaq Allah, Musa, İbrahim, Muhamməd (aleyhimussəlam) kimi bəzi peyğəmbərlərini də, mühafizə etmişdir.

Eyni hal, kitablar üçün də cari ola bilər. Digər kitabların dəyişdirilməsinə imkan verən Allah, xüsusi olaraq, lütfü ilə, Quranın dəyişdirilməsini əngəlləmişdir. Bu səbəbdən dolayı, Quranın xüsusi qoruma altında olduğunu bildirmişdir. İbrahim'i atəşdə yanmaqdan qoruyan Allah, Quranı da dəyişiklikdən qorumuşdur.

İndi, ey mülhid, zındıq adam! Nəfs və şeytanın, "Niyə digər peyğəmbərlərini öldürülməkdən qorumadı, ancaq İbrahimi qorudu?" deyə bir etiraz gətirirmi? Əlbəttə ki, xeyr.

4. Qurandan əvvəl gələn və bu gün əldə mövcud olan İlahi kitablardan heç biri, Allahın, Öz peyğəmbərlərinə endirdiyi səmavi kitabların originalı deyildir. Bunların, zamanla əsl nüsxələri itmiş; insanlar tərəfindən yenidən yazılmışlardır. Bu səbəbdən də, bu kitablara, xürafələr və batil inanclar qarışmışdır.

Məsələn, Tövrat'ın, Musa (əleyhissəlam)'dan sonra, uzun əsrlər əsir və sürgün həyatı yaşayan, hətta bir müddət inanclarını itirib bütpərəstliyə düşən yəhudilər tərəfindən mühafizə edilə bilmədiyi; bu gün əldə olan nüsxənin, Musa'dan çox sonra bəzi din adamları tərəfindən yazıldığı; lakin, Tövratın əsli imiş kimi yenidən din kitabı olaraq qəbul edildiyi, bilinən tarixi bir həqiqətdir. Belə uzun və qarışıq bir dövrədən sonra ortaya çıxarılan bir kitabın Musa (əleyhissəlam)'a endirilən Tövratın eynisi ola bilməyəcəyi, açıqdır. Bu səbəbdəndir ki, içində peyğəmbərlərə yaraşmayacaq isnad və böhtanlar, tövhid dinin ruhuna müxalif düşən hökmlər yer almaqdadır. Davud (əleyhissəlam)'a gələn Zəbur da, Tövratın məruz qaldığı aqibətdən qurtula bilməmişdir.

İncilə gəlincə, İsa (əleyhissəlam), Özünə gələn vəhyləri yazdırmamışdı. Çünki, 30 yaşında peyğəmbər olmuş; 33 yaşında da peyğəmbərlik vəzifəsi sonlanmışdı. 3 il kimi qısa bir müddət içində də, şəhər-şəhər gəzib, xalqı irşad üçün çalışmışdı. Son zamanlarında isə, zatən yəhudilərin təhrikilə romalı idarəçilər tərəfindən mütəmadi olaraq təqib edilməkdə idi. Bu halda, İncili yazdırmaq üçün, nə zaman, nə də imkan tapa bilmişdi. Necə ki, bu gün əldə mövcud olan İncillər, müəlliflərinin adı ilə anılmaqda və içində, İsa (əleyhissəlam)'ın həvarilərinə verdiyi nəsihətlərini, dərs və irşadlarını ehtiva edən tarixi bir kitab görüntüsü daşımaqdadır. Üstəlik də, bunları yazanlar, İsa (əleyhissəlam)'ın həvariləri olan ilk möminlər deyil, onları görüb İsa (əleyhissəlam)'a gələn İlahi sözləri onlardan dinləyənlərdir. Əldəki mövcud İncillərdə, bəzi muhtəva və ifadə fərqləri görülməkdədir. Əslində, bu İncillər, miladdan əvvəl 325-ci ildə, İznik'də toplanan 1000 nəfərlik bir ruhani heyətinin qərarilə qəbul edilmişdir. Bu heyət, yüzlərlə İncili incələmiş; 318 üzvün ittifaqı ilə, aralarından İsa (əleyhissəlam)'ın uluhiyyət tərəfdarı olduğunu iləri sürən bu günki 4 İncili qəbul edib digərlərini yandırıb ortadan qaldırmışlardır. Görüldüyü kimi, İsa (əleyhissəlam), Allahın oğlu olduğu prinsipi, İsadan illər sonra bir məclis qərarı ilə qəbul edilmişdir. Hətta, bu qərara, bəzi xristiyan kilsələri tabe olmamışlardır. Bu cəhətdən, bu günki 4 İncilin, İsa (əleyhissəlam)'a endirilən İncilin əslinə uyğun olduğunu söyləmək, mümkün deyildir.

--------------------------

--------------------------

Quranın xaricindəki İlahi kitablar təhrif edildikləri halda, bunlara nə üçün iman edirik?

Biz müsəlmanlar, Musa, Davud, İsa (aleyhimussəlam)'a, Tövrat, Zəbur və İncil adları daşıyan İlahi kitablar göndərildiyinə; və bu kitabların, haqq və tövhid dininə müxalif heç bir hökm daşımadığına inanırıq. Lakin nə var ki, bu kitablar, sonradan mühafizə edilməyərək, əslləri itmişdir.

"Bu gün, yəhudi və xristiyanların əllərində olan kitabların içində, peyğəmbərlərə endirilmiş olan vəhylərdən heç bir şey yoxdur." deyilə bilməz. Lakin, içinə, xürafə və batil etiqadların qarışdığı da, bir vaqeədir. Bu səbəblə, bu kitablara qarşı, ehtiyatla yanaşırıq. Belə ki:

~ İçində olan Qurana uyğun hökmlərin, vəhy məhsulu olduğunu, qəbul edirik.

~ Qurana zidd düşən hökmlərin isə, sonradan o kitablara əlavə edildiyinə ehtimal veririk.

~ O kitabların Qurana uyğunluq və ya zidd düşmə halı bəhs mövzusu olmayan xəbərlərində isə, sükut edirik. Nə qəbul, nə də rədd edirik. Çünki, onların, vəhy əsəri olma ehtimalı olduğu qədər, olmama ehtimalı da vardır.

-----------------------

-----------------------

Quran, təhrifdən necə uzaq qalmışdır?

Allahın son müqəddəs kitabı, bütün insanlığa İlahi fərmanı olan Quran, 23 ildə, ayə-ayə, surə-surə nazil olmuşdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), Özünə nazil olan ayə və surələri, yanında olan səhabələrinə oxuyar; səhabələr də, onu əzbərləyər; bir qismə də, yazardı. Bununla bərabər, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in, vəhy katibləri də vardı. Bunlar, nazil olan ayələri və surələri, xüsusi olaraq yazmaqla vəzifəli idilər. Gələn ayə və surənin harda yer alacağı, Quranın hansı hissəsinə daxil ediləcəyi də, şəxsən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə, Cəbrail (əleyhissəlam) vasitəsilə bildirilirdi. O da, vəhy katiblərinə tərif edərək, gərəyini etdirirdi. Beləcə, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in sağlığında, Quranın hamısı yazılmış; hansı qismə nəyin daxil ediləcəyi, bəlli olmuşdu. Bundan da əlavə, Cəbrail, hər ramazanda gələr; o günə qədər nazil olmuş ayə və surələri, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə, yeni olaraq başdan oxuyardı. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in vəfatından əvvəlki son ramazanda, Cibril, yenə gəlmiş; ancaq bu səfər, Quranı, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ilə 2 dəfə oxumuşdular. Birinci səfər, Cibril oxumuş, Peyğəmbərimiz dinləmiş; ikinci səfər isə, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) oxumuş, Cibril dinləmişdi. Beləcə, Quran, son şəklini almışdı.

Bununla bərabər, Peyğəmbərimizin sağlığında, Quran, hələ müstəqil bir cild halında bir araya toplanmış da deyildi. Səhifələr halında, səhabələr arasında dağınıq bir şəkildə; yaddaşlarda da əzbərlənmiş halda dururdu. Lakin, nəyin hara daxil ediləcəyi, çox açıq və qəti bir şəkildə bilinməkdə idi.

Nəhayət, əbu Bəkr (radiyallahu anh)'ın xilafəti zamanında görülən lüzum üzərinə, Zeyd b. Sabit'in başçılığı altında, vəhy katiblərindən və qüvvətli hafizlərdən mütəşəkkil bir heyət quruldu. Quranın bir cild halında bir araya toplanma işi, bu heyətə həvalə edildi. Səhabələrdən hər kəs, əlində yazılı olan Quran səhifələrini gətirib, bu heyətə təslim etdilər. Hafizlərin və vəhy katiblərinin əl birliyi ilə çalışmaları nəticəsində, səhifələr, surə və ayələr, Peyğəmbərimizin tərif etdiyi şəkildə, yerli-yerinə qoyuldu. Beləcə, Quran, Mushaf adı ilə, tək kitab halına gətirilmiş oldu.

Artıq, Quran üçün, unudulma, itmə, təhrif və dəyişikliyə məruz qalma deyə bir şey, bəhs mövzusu ola bilməzdi. Çünki əsli, Peyğəmbərimizə gələn şəklilə, əskiksiz və nöqsansız bir şəkildə təsbit edilmişdi.

Osman (radiyallahu anh) zamanında görülən lüzum üzərinə, bu Mushaf'dan, yeni nüsxələr çoxaldılıb, fərqli diyarlara göndərildi. Bu gün əldə mövcud olan Quranlar, bax bu Quran üzərindən çoxaldılmışlardır.

Quran, təsbit edilişindəki sağlamlıq etibarı ilə, digər İlahi kitablardan fərqli olaraq, heç bir təhrif və dəyişikliyə məruz qalmadan, vəhy məhsulu olan şəklilə təsbit edilib ortaya qoyulmuş; 1400 ildən çoxdur da, mühafizə edilərək günümüzə çatmışdır. Bunda, Quranın ədəbi i'caz (möcüzəlilik) və icazı (az sözlə çox məna ifadə etməsi)'nin, yəni, əzbərləmə asanlığının heç bir insan sözünə bənzəməməsinin və söz olaraq heç bir təqlidinin edilə bilməməsinin, ədəbiyyat və bəlağatına çatıla bilməməsinin və zəbtində böyük həssaslıq göstərilməsinin, böyük rolu olduğu, qətidir. Lakin əsl səbəb, Quranı, Haqq Taala'nın hifz və himayəsinə alması, onu, qiyamətə qədər ləfz və məna cəhətindən bir möcüzə olaraq davam etdirməyi Öz üzərinə götürməsidir. Necə ki, Quranda, belə buyurulur:

إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (Hicr/9)

https://suallarlaislam.com/.../hicr-sur%C9%99si-9-cu-ay...

Bu gün, yer üzündəki bütün Quranlar, eynidir; heç bir fərqlilik və dəyişiklik yoxdur. Ayrıca, milyonlarla hafizin əzbərində yer almaqda; hər an milyonlarla dil ilə qiraət edilib oxunmaqdadır. Bu xüsusiyyət, Qurandan başqa hər hansı bir bəşəri kitaba nəsib olmadığı kimi; səmavi kitablardan da heç birinə nəsib olmamışdır. Allahın son kəlamı, hökmü, qiyamətə qədər əzəli fərmanı olan Quranın, belə bənzərsiz bir məqam və ülvi bir şərəfə nail olması da, əlbəttə zəruri və lüzumludur.

Read 43 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR