Quranın tədrici endirilişi və bundakı hikmətlər

Quranın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə hissə-hissə endirilişinin dəlili, bu ayələrdir:

• وَقُرْءَانًا فَرَقْنَـٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَـٰهُ تَنزِيلًا

"Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik." (İsra/106)

• وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةً وَ‌ٰحِدَةً ۚ كَذَ‌ٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَـٰهُ تَرْتِيلًا • وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَـٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

"Kafirlər dedilər: 'Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?' Biz, onu, Sənin qəlbini möhkəmləndirmək üçün, tədricən nazil etdik və onu, ən gözəl şəkildə ayəbəayə izah etdik. Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı izahı verməyək." (Furqan/32-33)

Rəvayətə görə, yəhudi və müşriklər, Quranın hissə-hissə endirilməsi səbəbilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i qınamış və Quranın, 1 dəfədə endirilməsi gərəkdiyini söyləmişdilər. Bu ayələr, onlara cavab kimi nazil olmuşdur. Bu cavab, 2 xüsusa dəlalət etməkdədir:

a. Quran, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, hissə-hissə nazil olmuşdur.

b. Quran'dan əvvəlki İlahi kitablar, 1 dəfədə nazil olmuşdur.

Bu iki xüsus, alimlər arasında, bu şəkildə yayğınlaşmışdır. Hətta demək olar ki, bu mövzuda icma olduğu da deyilə bilər. (haşiyə)

---------------------

(Haşiyə:

ibn Aşur isə, belə deyir:

"Tövrat və İncil də, Peyğəmbərlərə enən digər vəhylər kimi, hissə-hissə enmişdir. Doğru olan, budur. Çünki, bir kitabın, bir peyğəmbərə, 1 dəfədə endiyi bilinməməkdədir." ("ət-Tahrir və't-Tənvir", lll, 148)

----------------------

Bu iki xüsusa, bu şəkildə dəlalət etməkdədir:

Allah Taala, inkar edənlərin, əvvəlki İlahi kitabların 1 dəfədə endirildiyinə dair iddialarına yalanlamamış; əksinə, Quranın parça-parça endirilişindəki hikməti açıqlamışdır. Əgər hissə-hissə nüzul, Allahın digər peyğəmbərlərə endirdiyi vəhylərdə də izlədiyi bir metod olsaydı, şübhəsiz, onları yalanlayardı. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə,

وَقَالُوا۟ مَالِ هَـٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ...

"Onlar dedilər: 'Bu, necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır?" (Furqan/7) kimi sözlərlə sataşan kafirlərə, bu şəkildə cavab verilmişdir:

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا

"Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin, Görəndir." (Furqan/20)

--------------------------

--------------------------

Quranın hissə-hissə endirilişinin hikmətləri:

Quranın hissə-hissə endirilişində, bir çox hikmətlər vardır. Bunları, başlıca 4 maddədə toplamaq, mümkündür:

a. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəlbini qüvvətləndirmək:

Bu xüsus, 5 şəkildə reallaşmışdır:

1. [Mütəmadi vəhyə muxatab olması]

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yeni vəhylə qarşılaşması və mələyin, Haqq Taala'dan aldığı İlahi məlumatlarla bərabər dəfələrlə Özünə gəlməsi, Onun qəlbini əhatə edən və genişlik verən sevinc və arzu meydana gətirirdi. Hər iki hal da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, hər vəhy gəlişində hiss etdiyi İlahi diqqət və Mövla'sının özünə dair himayəsinin bir nəticəsi idi.

2. [Əzbərləmə və başa düşməsinin asanlaşması]

Quranın hissə-hissə endirilməsində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Quranı əzbərləməsinin, başa düşməsinin, hökmlərini və hikmətlərini qavramasının asanlaşdırılması bəhs mövzusu idi. Quranın bu şəkildə nazil olması, Özünə vəhy edilən bilikləri əzbərləməsi və başa düşməsi, hökm və hikmətləri qavraması xüsusunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i rahatladırdı. Eyni şəkildə, bunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bunları yaxşıca öyrənməsindən dolayı, mübarək qəlbinin gücləndirilməsi də bəhs mövzusu idi.

3. [Müşriklərə meydan oxumağın mütəmadilik ərz etməsi]

Hissə-hissə nazil olan Quran vəhyinin hər gəlişində, əksəriyyətlə ayrı bir möcüzə bəhs mövzusu idi. Çünki, hər gələn vəhy mətni, müşriklərə, Özünün bir bənzərini gətirmə xüsusunda, meydan oxuyurdu. Hər səfərində də, onların bu xüsusdakı acizlikləri ortaya çıxır; genişliyinə rəğmən, yer üzü, onlara dar gəlirdi. Heç şübhəsiz, bu meydan oxuma, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i dəstəkləyirdi. Çünki, hər gələn vəhy, Onu və Ona iman edənləri dəstəkləyən, düşmənlərini və müxaliflərini yalnızlığa tərk edən bir ünsür olaraq qəbul edilir.

4. [Peyğəmbərə dəstəyin yenilənməsi]

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in doğrularının təkrar-təkrar dəstəklənməsi; və düşmənlərinin batilinin təkrar-təkrar çürüdülməsində:

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Quran mətnlərinin hər enişində, dəfələrlə batil uğruna yerə sərilən yazıqlar tablosunu görməsi;

~ doğru və haqq ilə bərabər çətinlikləri aşması; və

~ müvəffəqiyyətinin dəfələrlə təkrarı

bəhs mövzusudur. Bunların hamısı, insan psixologiyasını dəstəkləməkdə; qəlbinə və zehn dünyasına güc verməkdədir.

Bununla bir əvvəlki maddə arasındakı fərq, bir şey ilə onun izi arasındakı fərq, ya da məlzum ilə lazım (haşiyə) arasındakı fərq kimidir. Belə ki:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in üstün gəlməsi və müxaliflərinin məğlubiyyəti şəklində meydana gələn nəticənin göz ardı edilməsi halında belə, möcüzə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə açıq bir dəstək və qəlbini gücləndirən bir ünsürdür. Bu da, öz nəticəsində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəlbini gücləndirən və Ona güvən və rahatlıq verən bir ünsürdür. Bu hal, silaha çox bənzəməkdədir. Belə ki:

Silahın bir insanın əlində olması, düşməninə qarşı istifadə etməsə belə, ona güvən verməkdədir. İnsanın, silahını istifadə edərək üstün gəlməsi və düşmənini məğlubiyyətə uğratması isə, qəlbinə başqa bir rahatlıq verir.

--------------------

(Haşiyə:

~ Bir şey, başqa bir şeyi zəruri bir şəkildə xatırladırsa, aralarındakı münasibətə: "lüzum";

~ bu iki şeydən gərəkdirənə: "məlzum";

~ gərəkli olana da: "lazım"

deyilir.)

---------------------

5. [Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in himayə və təsəlli edilməsi]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə düşmənləri arasında mücadilə qızışınca, Allah Taala, bu çətinlik anında, Onun işini asanlaşdırmaq surətilə Onu himayə edirdi. Heç şübhəsiz, bu çətin anlar, fərqli zamanlarda meydana gəlirdi. Təbii olaraq, Allah rəsuluna verilən təsəlli də, eyni paraleldə reallaşırdı. Nə vaxt düşmənləri Onu kədərləndirsə, Allah Taala, onu təsəlli edirdi. Bu təsəllilərin bir qismi, Quranda geniş yer alan peyğəmbər qissələri üzərindən reallaşırdı. Necə ki, bu xüsusda, Allah Taala, belə buyurmuşdur:

وَكُلًّا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَـٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

"Elçilərin xəbərlərindən hər birini Sənə söyləyirik ki, bununla, Sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə, Sənə, həqiqət; möminlərə də, öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir." (Hud/120)

Bəzən də, təsəlli, Allahın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'inə, zəfər, yardım və qorumaq vədi üzərindən gerçəkləşirdi. Məsələn, Allah Taala, belə buyurur:

• وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا...

"Sən, öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, Sən, Bizim Gözlərimiz önündəsən..." (Tur/48);

• ...وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ...

"...Allah səni insanlardan qoruyar..." (Maidə/67)

Bu ayələrdəki vədə bənzər bir hal, Duha və İnşirah surələrində də vardır.

Bəzən də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə olan təsəlli, düşmənlərinin xəbərdar edilməsi və Ondan uzaqlaşdırılacağının açıqlanması ilə reallaşırdı. Məsələn, bu ayələrdə, belə bir hal bəhs mövzusudur:

• سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ

"Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır." (Qəmər/45)

• فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَـٰعِقَةً مِّثْلَ صَـٰعِقَةِ عَادٍ وَثَمُودَ

"Əgər üz döndərsələr, de: 'Mən sizi də Ad və Səmudu saran ildırıma bənzər bir ildırımın sarsıda biləcəyindən xəbərdar edirəm." (Fussilət/13)

Bəzən təsəlli, açıqca səbri əmr edən ayələr ilə gerçəkləşirdi. Məsələn:

• فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ...

"Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et!" (Əhqaf/35)

Bəzən də, təsəlli, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, müşriklərin halına kədərlənməsini qadağan edən ayələrlə gerçəkləşmişdir. Bu ayələrdə olduğu kimi:

• ...فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَ‌ٰتٍ...

"...Sən onlara görə özünü üzüb əldən salma..." (Fatir/8)

• وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِٱللَّهِ ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

"Səbr et! Sənin səbrin, ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma." (Nəhl/127)

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə olan təsəlillərdən biri də, Allahın, onu, düşmənlərinin inkarı səbəbindən kədərinin pis nəticələri ilə qorxutması şəklində reallaşmışdır. Məsələn, Allah Taala, belə buyurur:

لَعَلَّكَ بَـٰخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ

"Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" (Şuəra/3)

Bir başqa yerdə isə, Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onların iman etməsindən ümidini kəsməsini istəmiş, beləcə, Onun təsəlli tapıb rahatlamasını diləmişdir:

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔايَةٍ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَـٰهِلِينَ • إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ ۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ

"Əgər onların haqdan üz döndərməsi Sənə ağır gəlirsə, onda bacarırsansa, yerin içinə enə biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə, cahillərdən olma! Sənin çağırışını, ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar, Onun hüzuruna qaytarılacaqlar." (Ənam/35-36)

Bu hikmətin hamısının, 5 yönü ilə bərabər Quranın bölmə-bölmə enməsinin hikmətini açıqlayan bu ayədə toplanmış olması, mümkündür:

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةً وَ‌ٰحِدَةً ۚ كَذَ‌ٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَـٰهُ تَرْتِيلًا

"Kafirlər dedilər: 'Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?' Biz, onu, sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu, ən gözəl şəkildə ayəbəayə izah etdik." (Furqan/32)

-------------------------

-------------------------

Tədricilik prinsipinə riayət:

Yeni formalaşan ümməti elm və əməl cəhətindən öyrədərkən, tədriciliyə riayət etmək şəklində açıqlanan bu hikmət, 5 şəkildə gerçəkləşmişdir:

1. İlk muxatabların Quranı əzbərləmələrinin asanlaşdırılması:

Bilindiyi üzərə, o dövrki ərəb cəmiyyəti, ümmi bir cəmiyyət idi. Az saydakı oxuyub yaza bilən insanlar, asanlıqla yazı ləvazimatları əldə edə bilmirdilər. Bu cəmiyyət, günlük yaşayışını təmin etmək və yeni dinlərini canları və silahları ilə müdafiə etməklə məşğul idilər. Əgər Quran, bir dəfədə nazil olsaydı, bu cəmiyyət, onu əzbərləyə bilməzdi. Bax bu səbəbdən dolayı, uca hikmət, Allahın, bu kitabı, onlara, hissə-hissə endirməsini gərəkdirmişdir. Beləcə, ilk muxatabların Quranı öyrənib əzbərləmələri, asanlaşdırılmaq istənilmişdir.

2. İlk muxatabların Quranı başa düşmələrinin asanlaşdırılması:

Bu xüsusun açıqlanması, bir əvvəlki maddədə açıqlanan Quranın öyrənilib əzbərlənməsinin asanlaşdırılmasındakı açıqlamalarla bənzərlik göstərir.

3. İlk muxatabların, batil inanclarından, fasid ibadətlərindən və alçaq fellərindən tamamilə uzaqlaşdırılmasına bir hazırlıq olması:

Bu da, bu şəkildə olmuşdur:

Quranın hissə-hissə enməsi sayəsində, insanlar, batil inanc, ibadət və adətlərindən, yavaş-yavaş uzaqlaşdırılmışlardır. Belə ki: İslam, nə vaxt onların bir batilini yıxmaqda müvəffəq olsa, bunun ardınca, yeni bir batili yıxmağa başlamışdır. Bunu edərkən də, bir əhəmiyyət sırasına görə etmişdir. Sonunda, onları, içində olduqları pisliklərdən, tamamilə uzaqlaşdırmış və təmizləmişdir. Bu vaxt, onlar, nə bir çətinlik hiss etmiş, nə də bir sıxıntıya düşmüşlərdir. İslam, onları, daha əvvəl yaşanmış bir fitnəyə salmadan, ya da yerləşmiş bir adətə qaytarmadan, batil inanclardan uzaqlaşdırmışdır. Həqiqətən, bu, mükəmməl bir siyasət və şanlı ümmətin təhsilində, olmazsa olmazlardan biri idi. Çünki, İslamın ilk muxatabları, dikbaşlı və asi kimsələr idilər. Atalarından götürdükləri adətlərə, möhkəm bağlanmışdılar. Şərəfli olduğuna inandıqları inanc və adətləri, necə gəldi müdafiə edirdilər. Ən kiçik bir səbəbdən dolayı belə, hücumlar etməkdən və qan tökməkdən geri durmurdular.

4. Bir az əvvəl bəhsi keçən mükəmməl siyasət sayəsində, ilk muxatabların haqq inanc, doğru ibadət və üstün əxlaq ilə təchiz edilməsi:

Bax bundan dolayı, İslam, ilk olaraq, işə, insanları şirkdən və qeydsiz-şərtsiz yaşamaqdan uzaqlaşdırıb, qəlblərini, tövhid inancı və məsuliyyət şüuru ilə dirildərək başlamışdı. Bundan dolayı, onların gözlərini açan tövhid dəlillərini, öldükdən sonra dirilməyin, hesaba çəkilməyin, məsul tutulmağın və əməllərin qarşılığının veriləcəyinin dəlillərini sıralamışdır. Bu mərhələdən sonra, ibadətlərə keçmişdir. İlk olaraq, hicrətdən əvvəl, insanlara namazı əmr etmişdir. Ardından, hicrətin ikinci ilində, zəkat və orucu; altıncı ilində də, həcci fərz qılmışdır. Adətlər mövzusunda da, bənzər hal vardır. İlk əvvəl, böyük günah işləmələrindən dolayı, insanlar qınanmış və şiddətlə tənqid edilmişlərdir. Ardından, yumşaq bir üslubla, onların kiçik günah işləmələri qadağan edilmişdir. Cəmiyyətdə son dərəcə yayğın olan içki və başqa adətlər isə, məqsədə çatdıran hikmətli bir tədriciliklə haram qılınmışdır. Sonunda, bu cür pis adətlərin, düzəldilməsi mümkün olmayan böyük zərərlərindən, cəmiyyət qurtarılmışdır.

İslam dini, mükəmməl yolu tutmaq xüsusunda, xalqlarına içkini qadağan edərkən müvəffəq ola bilməyən və pis nəticələrə səbəb olan müasir cəmiyyətlərə görə, daha iləri görüşlü olmuş; daha sağlam bir metod izləmiş; daha uğurlu olmuş və mükəmməl bir siyasət izləmişdir. Məsələn, ABŞ'ın, XX əsrin başlanğıcında, içkini qadağan etmə xüsusunda içinə düşmüş olduğu rəzil hal üzərindən, çox keçməmişdir...

Bu, İslamın, xalqları idarə etməsində, cəmiyyətləri əxlaqi cəhətdən gözəlləşdirməsində və millətləri tərbiyə etməsində ortaya qoyduğu bir möcüzə deyildirmi? Əlbəttə, möcüzədir. Tarix də, buna şahiddir.

5. Möminlərin qəlblərinin sağlamlaşdırılması:

Quranda, müəyyən aralıqlarla, peyğəmbər qissələri, o peyğəmbərlər ilə ona iman edənlərin, düşmənləri və müxalifləri ilə yaşadıqları, Allahın, saleh qullarına vəd etdiyi yardım mükafat, dəstək və zəfər kimi xüsuslar, möminlərin qəlblərinə güc verir, onların səbr və güclü iman ilə silahlanmalarına vəsilə olurdu. Bu xüsusda, çox sayda ayət vardır. Nur surəsindəki ayəni nümunə olaraq vermək, kifayət edir:

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِى ٱلْأَرْضِ كَمَا ٱسْتَخْلَفَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ ٱلَّذِى ٱرْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِى لَا يُشْرِكُونَ بِى شَيْـًٔا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَ‌ٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ

"Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir." (Nur/55)

Allah Taala, vədini doğrulamış, quluna yardım etmiş, əskərlərini müzəffər qılmış və haqq din qarşısında birləşənləri məğlubiyyətə uğratmışdır.

فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

"Beləliklə də, zalım qövmün kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha." (Ənam/45)

Bu ikinci hikmətin bütün yönlərilə İsra surəsindəki bu ayətin məna dairəsinə girməsi, mümkündür:

وَقُرْءَانًا فَرَقْنَـٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَـٰهُ تَنزِيلًا

"Quranı, insanlara, aramla oxuyasan deyə, Biz, onu, hissələrə ayırıb tədriclə nazil etdik." (İsra/106)

-----------------------

-----------------------

Yeni baş verən hadisələrə paralel olmaq:

Cəmiyyətdə yeni bir hadisə baş verincə, ona uyğun bir Quran ayəsi enərdi. Allah Taala, ilk muxatabların o hadisələrə uyğun hökmlərini açıqlayardı. Bu hikmətin altında, bunlar yer alır:

1. İlk muxatabların Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə ünvanladıqları suallara cavab vermək:

Bu sualların bir qismi, Peyğəmbərin peyğəmbərliyinin haqq olub-olmadığını başa düşməyə dair idi. Necə ki, düşmənlərinin Ona ünvanladıqları bu suala, Allahın cavab olaraq ona belə buyurmasını nümunə verə bilərik:

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ ۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًا

"Səndən ruh haqqında soruşurlar. De: 'Ruh Rəbbimin əmrindəndir. Sizə, yalnız az bir bilik verilmişdir." (İsra/85)

Bənzər bir hal, bu ayədə də yer almaqdadır:

وَيَسْـَٔلُونَكَ عَن ذِى ٱلْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُوا۟ عَلَيْكُم مِّنْهُ ذِكْرًا

"Səndən Zülqərneyn barəsində soruşurlar. De: 'Onun barəsində sizə bir əhvalat danışacağam." (Kəhf/83)

Bu sualların bir qismi isə, aydınlanmağa və Allahın hökmünü öyrənməyə dairdir. Məsələn, bu ayələrdə, belə bir hal bəhs mövzusudur:

يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ وَيَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ ٱلْعَفْوَ ۗ كَذَ‌ٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَـٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ • فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۗ وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْيَتَـٰمَىٰ ۖ قُلْ إِصْلَاحٌ لَّهُمْ خَيْرٌ ۖ وَإِن تُخَالِطُوهُمْ فَإِخْوَ‌ٰنُكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ ٱلْمُفْسِدَ مِنَ ٱلْمُصْلِحِ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَعْنَتَكُمْ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

"Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: 'İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür.' Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: 'Ehtiyacınızdan artıq qalanını!' Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz – dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir." (Bəqərə/219-220)

--------------------

--------------------

2. Xəta edən müsəlmanların diqqətlərini, xətalarını düzəltməyə çəkmək və eyni zamanda, onları doğru davranışa sövq etmək:

Heç şübhəsiz, müsəlmanların yalnışları, fərqli zamanlarda meydana gəlirdi. Onların yalnışlarını düzəltmə xüsusunda nazil olan Quran ayələrinin də, eyni dövrdə enməsi, hikmətin bir gərəyi idi. İstəyən, bu ayədən başlayaraq, daha sonra gələn ayələri oxuya bilər:

وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَـٰعِدَ لِلْقِتَالِ...

"O zaman Sən, Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin." (Al-i İmran/121)

Bu ayələrin hamısı, Uhud döyüşü haqqında enmişdir. O çətin və qorxulu günlərdə, hansı yerlərdə xəta etdiklərini müsəlmanlara göstərmək üzərə nazil olmuşdur.

Bənzər bir hal, Tövbə surəsindəki bu ayələrdə də bəhs mövzusudur:

لَقَدْ نَصَرَكُمُ ٱللَّهُ فِى مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْـًٔا وَضَاقَتْ عَلَيْكُمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ • ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًا لَّمْ تَرَوْهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَذَ‌ٰلِكَ جَزَآءُ ٱلْكَـٰفِرِينَ • ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعْدِ ذَ‌ٰلِكَ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

"Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir." (Tövbə/25-27)

Bu ayələr, möminləri, hər hansı bir döyüş əsnasında, qürur və özünü bəyənmişlikdən dönməyə çağırmaqda; onların diqqətlərini, Allahın çətinlik anında özlərinə olan dəstəyinə; yenidən özlərinə gəlmələrinin gərəkliliyinə diqqət çəkməkdədir.

3. Münafiqlərin həqiqi üzünü, gözlər önünə sərmək:

Bu sayədə, Allah düşməni olan münafiqlərin halları gözlər önünə sərilir, sirləri və gizli planları Peyğəmbər və müsəlmanlara xəbər verilirdi. Beləcə, möminlərin, onlara qarşı tədbirli olmaları və şərlərindən əmin olmaları hədəflənmişdi. Məsələn, bu ayələr, nümunə olaraq verilə bilər:

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ • يُخَـٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ • فِى قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ ٱللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْذِبُونَ

"İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: 'Allaha və Axirət gününə inanırıq'– deyirlər. Onlar, Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində, xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər." (Bəqərə/8-10)

Bu ayələr, münafiqlərin həqiqi üzlərini ortaya çıxarmışdır. Bənzər şəkildə, Tövbə surəsi də, bir çox ayətində, münafiqlərin iç üzünü gözlər önünə sərmişdir.

Quran, bax bu şəkildə, bir çox münasibətlə, münafiqlərin, cəmiyyətdən gizlədikləri yönlərini ortaya çıxarmışdır.

Bu hikmətin bu 4 yönü ilə, Furqan surəsinin bu ayətində toplanmış olması, mümkündür:

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَـٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

"Onlar, Sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq, Biz, sənə haqqı və ən yaxşı yozumu verməyək." (Furqan/33)

Read 15 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR