Al-i İmran surəsi 103-cü ayətin təfsiri
وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا۟...
Və'təsimu bihablilləhi cəmian və lə təfərrəqu...
Yəni:
"Hamınız, Allahın ipindən möhkəm yapışın və ayrılığa düşməyin..." (Al-i İmran/103)
--------------------------
Təfsiri:
"Habl", müştərək (yəni, bir çox məna üçün ortaq olaraq istifadə edilən) bir kəlimədir.
~ Dildə əsl mənası isə: "özü vasitəsilə istənilən və ehtiyac hiss edilən şeyə çatılan səbəb" deməkdir.
~ "Habl": "boyun və çiyini bir-birinə bağlayan ip" deməkdir.
~ "Habl": "qumdan uzunca davam edən dalğa" da deməkdir.
~ "Habl": "heyvanın burnundan bağlanan cilov"a da deyilir.
~ "Habl": "Əhd" və "and" mənasına da gəlir.
~ "Habl": eyni zamanda, "böyük müsibət" mənasına da gəlir.
"Əhd" mənasında olanı istisna olmaqla, bütün bunların heç biri, ayədə qəsd edilmiş deyildir. Bu izah, ibn Abbas'dan rəvayət edilmişdir.
ibn Məsud (radiyallahu anh) isə, belə deyir: "Hablullah, Qurandır." (Darimi, "Fədailu'l-Quran", 1, hədis no: 3330)
Əli və əbu Səid əl-Xudri (radiyallahu anhuma) da, bunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi kimi; Mücahid və Qatadə'dən də buna bənzər bir izah rəvayət edilmişdir.
əbu Muaviyə'nin, əl-Həcəri'dən, onun ---> əbu'l-Əhvas'dan, onun da ---> Abdullah'dan
rəvayət etdiyinə görə, Abdullah, belə demişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Şübhəsiz, bu Quran, hablullah (Allahın ipi)'dir." (Muslim, "Fədailu's-Səhabə", 37)
Şabi, Abdullah b. Məsud'dan belə rəvayət edir:
"Hamınız, Allahın ipindən möhkəm yapışın və ayrılığa düşməyin..." ayəti, "camaat olun!" deməkdir.
Yenə Ondan və başqalarından, fərqli yollarla, belə bir açıqlama rəvayət edilmişdir.
Bütün bunların mənası, bir-birinə yaxın və bir-birilə iç-içədir. Şübhəsiz, uca Allah, bir-birimizlə qaynayıb-qarışmağımızı əmr etməkdə və ayrlığı qadağan etməkdədir. Çünki təfriqə (ayrılıq), həlak olmaqdır; camaat isə, qurtuluşdur. Belə deyən ibnu'l-Mübarək'ə, Allah rəhmət etsin:
"Şübhəsiz, camaat, hablullahdır. Ondan möhkəm yapışın;
Onun sağlam qulpuna yapışaraq, qorunun!"
------------------------
Keçmiş ümmətlərdəki təfriqə və İslam ümmətinin fərqli firqələri:
Uca Allahın, "...və ayrılığa düşməyin." ayəti, "Yəhudilər və xristiyanlar, öz dinlərində ayrılığa düşdükləri kimi; siz də, dininizdə, ayrılığa düşməyin." deməkdir.
Belə bir açıqlama, ibn Məsud və başqalarından nəql edilməkdədir.
Bunun, "Həva və fərqli məqsədlərə tabe olaraq təfriqəyə düşməyin. Bunun yerinə, Allahın dinində, qardaşlar olun." mənasında olması da, mümkündür.
Beləliklə, bu, onların, bir-birilərilə olan münasibətlərini qoparmalarını, bir-birilərinə arxa çevirmələrini önləmiş olur. Bundan sonra gələn Allahın bu ayələri də, buna dəlildir:
"Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz."
Bununla bərabər, bu ayələrdə, fəri (təfərrüata dair) mövzularda ayrılığın haram olduğuna dair bir dəlil, yoxdur. Çünki bu, ixtilaf deyildir. Çünki ixtilaf, birləşməyin imkansız olduğu şeylər haqqında istifadə edilir. İctihada dair məsələlərin hökmlərindəki ixtilafına gəlincə, bu mövzularda ixtilaf, fərzlərin dəlillərindən çıxarılması və şəriətin məna incəliklərinin ortaya çıxardılmasının istənməsi səbəbilədir. Səhabələr də, fərqli hadisələrin hökmləri haqqında ixtilaf etmişlərdir. Buna baxmayaraq, onlar, bir-birilərilə ülfət halında idilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, belə buyurmuşdur:
"Ümmətimin ixtilafı, rəhmətdir." (haşiyə)
------------------------
(Haşiyə:
"Ümmətimin ixtilafı, rəhmətdir."
https://suallarlaislam.com/m%C9%99zmun/umm%C9%99timin-ixtilafi-r%C9%99hm...)
--------------------------
Uca Allah, ancaq, fəsada səbəb təşkil edən ixtilafı əngəlləmişdir. Tirmizi'nin, əbu Hureyrə'dən rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Yəhudilər, 71 yaxud 72 firqəyə ayrıldılar. Xristiyanlar da, buna yaxın sayda firqəyə ayrıldılar. Mənim ümmətim də, 73 firqəyə ayrılacaqdır."
Tirmizi, deyir: "Bu, səhih bir hədisdir." (Tirmizi, "İman", 18)
Yenə, bu hədisi, ibn Ömər'dən beləcə rəvayət etməkdədir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Şübhəsiz, İsrail oğullarının başına gələnlərin eynisi, addım-addım, ümmətimin də başına gələcəkdir...Və şübhəsiz, İsrail oğulları, 72 firqəyə ayrılmışdır. Mənim ümmətim də, 73 firqəyə ayrılacaqdır. 1-i müstəsna olmaqla, hamısı, cəhənnəmdə olacaqdır.
'(Bəs yaxşı), bu firqə hansı olacaqdır?' deyə soruşan səhabəyə, Peyğəmbər: 'Mənim və səhabələrimin yolunu izləyənlər.' deyə cavab vermişdir." (Tirmizi, "İman", 18)
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri, -müxtəsər-)
-------------
(Haşiyə:
73 firqə hədisi:
https://suallarlaislam.com/m%C9.../73-firq%C9%99-h%C9%99disi)
-------------
-------------
İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" adlı təfsirində, belə deyir:
• İkinci məsələ:
Qiyası qəbul etməyənlər, bu ayə ilə istidlal edərək, belə demişlərdir:
Haqq Taala, şəri hökmlər haqqında:
~ ya yəqini (qəti) dəlillər;
~ ya da zənni dəlillər
gətirmişdir.
~ Əgər birincini (yəni, qəti dəlillər gətirdiyini) qəbul etsək, bu hökmlər haqqında zənn ifadə edən qiyas ilə kifayətlənməyimiz, imkansız olacaq. Çünki, yəqin və qətilik gərəkdirən bir xüsusda, zənni dəlil ilə kifayət edilməz.
~ Əgər ikincini (yəni, zənni dəlillər gətirdiyini) qəbul edərsək, bu halda, bu zənni dəlillərə müraciət etməyi əmr etmək, ixtilaf və anlaşılmazlıqların baş verməsini də ehtiva edəcək. Beləcə də, ayrılığa düşmək və anlaşmazlığın nəhy edilməmiş olması lazım gələcək. Ancaq nə var ki, bunlar (yəni, ayrılığa düşmək), Haqq Taala'nın, "ayrılığa düşməyin" və "bir-birinizlə çəkişməyin" (Ənfal/48) ayələrilə nəhy edilmişlərdir.
(Bu iddiaya), bir kimsə, belə deyə bilər:
"Qiyas ilə əməl etməyə dəlalət edən dəlillər, Haqq Taala'nın, 'ayrılığa düşməyin' nəhyinin ümumiliyi ilə, 'bir-birinizlə çəkişməyin' ayətinin ümumiliyini təxsis etməkdədir."
Allah, ən gözəl biləndir.
