Nəhl surəsi 93-cü ayətin təfsiri

وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَ‌ٰحِدَةً وَلَـٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ

"Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız." (Nəhl/93)

-----------------------

Təfsiri:

"Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi."

~ Həsən əl-Basri, "Allah istəsəydi..." ifadəsi haqqında, belə demişdir:

"Burdakı istəmək, məcbur etməkdir. Yəni, Allah istəsəydi, onları iman etməyə məcbur edər və onlara qalib gələr, onların hamısı da, iman edərdi."

Bu görüş, (bizcə) yalnışdır. Təzyiq və məcbur etməklə, iman meydana gəlməz. Çünki, təzyiq və cəbr altındakı qulun gördüyü işdə, öz dəxli olmaz. Dolayısı ilə, Həsən əl-Basri'nin təvili, batildir. Çünki, bu halda imanın ortaya çıxması, mümkün deyildir.

 

~ əbu Bəkr əl-Əsamm, bu ayətin təvili haqqında, belə demişdir:

"Allah istəsəydi, onlar üçün bir möcüzə endirər; (bunlar da), o möcüzəni görərək iman edərlərdi. Eynilə, bu İlahi bəyanda buyurulduğu kimi:

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةً فَظَلَّتْ أَعْنَـٰقُهُمْ لَهَا خَـٰضِعِينَ

'Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.' (Şuəra/4)"

 

Allah, əgər bir möcüzə endirsə, ona boyun əyəcəklərini xəbər verdi. Lakin, bizə görə, ayətin mənası, budur:

Onlar, möcüzəyə inanıb boyun əyəcək deyillərdir. Lakin, Onun, bunu istəməsilə boyun əyərlər. İstəsələr də, istəməsələr də, möcüzənin onları imana sövq etməsinı, ehtimal yoxdur. Məgər görmürsənmi ki, onlar, haşr günü möcüzələri görüncə, yalan danışarlar. Bu bəyanda bildirildiyi üzərə:

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓا۟ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ • ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُوا۟ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

"O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: 'İddia etdiyiniz şərikləriniz haradadır?' Sonra onların: 'Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!'– demələrindən başqa bir bəhanələri qalmayacaq." (Ənam/22-23)

Burda, Allah, onların, möcüzələri gördükləri halda, yalan söylədiklərini xəbər vermişdir. Allah, dünyada onlara endirdiyi ayət, qiyamət günündə görəcəkləri ayətdən daha böyük deyildir. Həm axirətdə möcüzəni görmək, onların yalan danışmalarını əngəlləmədi. Bu hal göstərir ki, möcüzə, onları imana sövq etməməkdə, inanmağa məcbur etməməkdədir. Lakin Allah istəsəydi, öz tərcihlərilə iman edərlərdi. Dolayısı ilə, onun (əbu Bəkr əl-Əsamm'ın) təvili, yalnışdır.

Həm, bizə görə, bu ayətin 2 şəkildə təvil edilməsi də möhtəməldir. (Belə ki):

• Birincisi:

"Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi."

Özlərinə verdiyi möcüzənin zahirinə baxaraq, qətiliklə iman edərlərdi. Eynilə bu bəyanda olduğu kimi:

وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَ‌ٰحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ

"Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək (təhlükəsi) olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik." (Zuxruf/33)

İnsanları küfrə təşviq edən səbəblərlə hamısı kafir olmasaydı, Allah Taala, kafirlərin evlərinin tavanlarını və nərdivanlarını, gümüşdən qılardı. Əgər Allah, bunu, müsəlmanlar haqqında da eynilə etsə və onların əllərində olsa (yəni, müsəlmanların evlərinin tavanları və çıxdıqları nərdivanlar gümüşdən olsa), yenə, hamısı (yəni, kafirlərin hamısı) iman edərlərdi. Çünki, bunun (bu imkanın, yəni zənginliyin), kafirlərin əlində olmasına ehtimal yoxdur. Müsəlmanlar haqqında bu imkan eynilə bəhs mövzusu olunca (yəni, onların iman etmələrinə rəğmən, bütünü ilə zəngin olmadıqlarına) və əllərində ortaya çıxınca (yəni, onların zəngin olmadıqları üzə çıxınca, görününcə), bu (yəni, belə bir hal), kafirləri, küfrü tərk edib İslama girməyə sövq etməz.

• İkinci təvil, budur:

Allah istəsəydi, lütfü ilə, insanları bir tək ümmət qılar və onlardan hər birinin qəlbini, İslama açardı. İnsanlar da, bu lütfü qəlblərinə kimin qoyduğunu bilmədən, bunu edərlərdi. Allahın düşməni olan şeytana vəsvəsə vermə imkanı verib, o da, dəvət edənin, yaxud qəlblərinə bu vəsvəsəni kimin buraxdığını bilmədən, insanların qəlbinə vəsvəsə verməsi kimi bir yolla bunu edərdi. Məgər görmürsənmi ki, İblis (aleyhillanə), Adəm (əleyhissəlam)'a vəsvəsə verincə, Rəbbinin qadağan etdiyi meyvədən yedi. Əgər vəsvəsə verənin kim olduğunu bilsəydi, onun istədiyini etməzdi. Bunun kimi, Allah, mələklərə, iman edənlərin qəlblərini gücləndirmək və qəlblərinə bəzi şeyləri buraxıb ilham etməyə imkan verməzdi. Buna, bu bəyanda təmas edilmişdir:

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَـٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟

"O zaman Rəbbin mələklərə: 'Mən sizinləyəm! İman gətirənləri gücləndirin." (Ənfal/12)

Hər hansı bir kimsənin, özlərini buna, kimin çağırdığını bilmədən; yaxud kimin də, qəlblərinə buraxdığını bilmədən, deməkdir. Düşməninə (yəni, şeytana) və mələklərinə, bəhsini etdiyimiz bu imkanı verən Allah, kimin etdiyini bilmədən insanların qəlblərini İslama açma və onları buna çağırma imkanına sahibdir.

Əbu Bəkr əl-Əsamm, bu ayə haqqında belə demişdir:

Nəhy/qadağa qoyduğu kimsəni, qoyduğu qadağa səbəbilə azdırar; verdiyi əmrlə də, hidayət edər. (Yəni, insanlar, Allahın əmrlərinə riayət etdikləri üçün hidayət taparlar; nəhylərinə riayət etmədikləri üçün də, azarlar).

Lakin, bu görüş, fasiddir. Çünki, Allah, qadağa səbəbilə, azdırıcı; əmr etmək yolu ilə, hidayət edici olsaydı, nəbi və rəsulların haqqında da azdırıcı olması lazım idi. Çünki, Allah, onlara da, qadağalar qoymuşdur. Dolayısı ilə, onları da azdırmış olardı. (Yəni, Əsamm'ın dediyi doğru olsaydı, peyğəmbərlərin də azması lazım gələrdi. Çünki, onlar da, nəhy edilmişlərdir.)

Əgər deyilərsə ki:

Bəhsini etdiyin hal (yəni, peyğəmbərlərin azması) gerçəkləşmədi. Çünki, peyğəmbərlər, günah işləməmişlərdir.

Buna, belə cavab verilə bilər:

Günah işləmək, onların felidir. Azmağın, peyğəmbərlərin felləri səbəbilə olmasına ehtimal yoxdur. Dolayısı ilə, bəhsi edilən etirazın yalnış olduğuna işarət edir. Etiraz edənlərin görüşünə görə, nəhylə asi və azdırıcı olur. Bizə görə isə, ayətin mənası, budur:

İnsanların, (iradələrinin sərfindən sonra) azma felini yaradır; yaxud hidayət qarşısında azğınlığı tərcih edəcəyini bildiyi kimsələri azdırıb onlara yardım etməz.

(İmam əbu Mansur əl-Maturidi, "Təvilatul-Quran" təfsiri)

 

 

Read 24 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR