Qeyb nədir?
"Qeyb" kəliməsi:
~ ərəb dilində, "gizli qalmaq, gizlənmək, görünməmək, uzaqlaşmaq, gözdən itmək" mənasında məsdər; və "gizlənən, hazırda olmayan şey" mənasında isim və ya sifət olaraq istifadə edilir. ("Lisanu'l-Arab", "ğyb" maddəsi)
~ Rağib əl-İsfəhani isə, qeybi, "hiss sahəsinə girməyən və ağlın, zəruri olaraq gərəkdirmədiyi şey";
~ ibnu'l-Əsir isə, "qəlblərdə (zehnlərdə) mövcud olsun və ya olmasın, gözlərdən gizli qalan hər şey" mənasında açıqlamışdır. ("əl-Müfrədat", "ğyb" maddəsi)
Qeyb:
1. Mütləq; və
2. İzafi
olmaq üzərə, 2 qismə ayrılır.
1. Mütləq qeyb də, iki qismə ayrılır:
1.1. Bilinməsi muhal (imkansız) olan qeyb;
1.2. Bilinməsi mümkün olan qeyb
1.1. Bilinməsi imkansız olan mütləq qeyb:
Bu, məxluqların, sonsuza qədər xəbərdar ola bilməyəcəyi qeybi hallardır. Yəni, əbədi olaraq əhatə ilə bilinə bilməyəcək və idrakı mümkün olmayan şeylərdir. Bunlar:
~ Allahın Zatı;
~ Allahın sifətləridir.
Heç bir məxluq, əhatəli bir şəkildə, Allahın Zat və sifətlərini idrak edə bilməz. Bundan dolayı, Allahın Zat və sifətləri, əhatə cəhətindən, əbədi olaraq, bizə, qeyb olacaqdır.
لَّا تُدْرِكُهُ ٱلْأَبْصَـٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَـٰرَ...
"Gözlər, Onu dərk etməz. O isə, gözləri dərk edər." (Ənam/103)
Bu ayə, gözlərin, Allahı, əhatə surətilə, künhünə çata biləcək şəkildə görə bilməyəcəklərini bildirir. Ancaq Allah, bizə, məhdud və əhatəsiz olaraq, Zatını, cənnətdə göstərəcəkdir. Allahın, Özünü görməsilə qulun Allahı görməsi, bir olmaz. Bu səbəbdən, Allahın, Özünü, əzəli və əbədi olaraq əhatə ilə görməsi, bizim üçün, qeybdir. Yəni, biz, Ondan, heç bir vaxt, Özü kimi xəbərdar ola bilmərik. Allahın Zatı və sifətləri xaricində hər hansı bir şey isə, Allahın iznilə, idrak və əhatə edilə bilər.
1.2. Bilinməsi mümkün olan mütləq qeyb:
Allahdan başqa, yaradılmış heç bir məxluqun, öz başına bilə bilməyəcəyi, hiss edə bilməyəcəyi şeylərə deyilir. Yalnız Allah, hər şeyin iç üzünü və künhünü bilir, heç bir şey, Ondan gizli/qeyb qala bilməz. Bu da, ancaq, sonsuz bir elm ilə mümkündür. Elə isə, Allahdan müstəqil bir şəkildə, "Mən, hər şeyin iç üzünü və künhünü bilirəm." demək, bir növ uluhiyyət iddia etmək deməkdir ki, bu da, şirkdir.
Ancaq Allah, mütləq qeyb olan şeylərdən bəzilərini, bəzi qullarına bildirib, bu qeybdən xəbərdar edə bilər. Bunun dəlillərinə, aşağıdakı ayə və hədisləri nümunə vermək olar:
~ غُلِبَتِ ٱلرُّومُ • فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ •
فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ
"Rumlular məğlub edildilər; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər." (Rum/2-4)
Bu ayələr nüzul etdiyi vaxt, romalıların qalib olması, hələ baş verməmişdi. Yəni gələcək bu hadisə, müsəlmanlar üçün qeyb idi. Halbuki Allah, bu ayələrdə, Öz qeybindən, müsəlmanları xəbərdar etmişdir.
~ لَّقَدْ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءْيَا بِٱلْحَقِّ ۖ لَتَدْخُلُنَّ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا۟ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا
"Allah, Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu, gerçəyə çevirdi. Allah qoysa, siz, əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah, sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir." (Fəth/27);
~ وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَـٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا • فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَآ أُو۟لِى بَأْسٍ شَدِيدٍ فَجَاسُوا۟ خِلَـٰلَ ٱلدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَّفْعُولًا • ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَـٰكُم بِأَمْوَٰلٍ وَبَنِينَ وَجَعَلْنَـٰكُمْ أَكْثَرَ نَفِيرًا
"Biz, Kitabda, İsrail oğullarına: 'Siz, yer üzündə, iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz'– deyə xəbər verdik. İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman, üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar, yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi. Sonra sizə, onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq." (İsra/4-6)
وَإِذْ أَسَرَّ ٱلنَّبِىُّ إِلَىٰ بَعْضِ أَزْوَٰجِهِۦ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِۦ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُۥ وَأَعْرَضَ عَنۢ بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتْ مَنْ أَنۢبَأَكَ هَـٰذَا ۖ قَالَ نَبَّأَنِىَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ
"Bir zaman, Peyğəmbər, öz zövcələrindən birinə sirr verdi. O da, bunu, Onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu, Peyğəmbərə aşkar etdikdə O, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə, zövcəsi dedi: 'Bunu, Sənə kim xəbər verdi?” O dedi: “Bunu Mənə, hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!" (Təhrim/3);
وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ
"Beləcə, Biz, İbrahimə göylərin və yerin mələkutunu göstərirdik ki, yəqinliklə inananlardan olsun." (Ənam/75)
Göylər və yerin mələkutu (iç üzü), Allahdan başqası üçün qeyb olduğu halda, Allah, qullarından bir qulu olan İbrahimə, bu qeybi göstərmişdir. (haşiyə)
--------------------------
(Haşiyə:
Ayətin təfsiri üçün bax:
https://suallarlaislam.com/.../%C9%99nam-sur%C9%99si-75...)
----------------------------
Beləliklə, Quranda, qeybi bilmək ilə bağlı ayələri, 2 sinifdə dəyərləndirə bilmək, mümkündür:
1. Birinci sinif ayələr: Qeybi bilməyin, sadəcə Allaha məxsus olduğunu bildirən ayələrdir. Bunlara misal olaraq, aşağıdakı ayələr verilə bilər:
~ وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ...
"Göylərin və yerin qeybi, Allaha məxsusdur." (Hud/123)
~ قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ...
"De: 'Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz." (Nəml/65)
2. İkinci sinif ayələr: Allahın bildirməsilə başqalarının da biləcəyi qeyb ayələri.
Bu qisim ayələrin bir qismi, yuxarıda zikr edildi.
Əlavə üçün bax:
https://suallarlaislam.com/.../qeybd%C9%99n-x%C9%99b%C9...
Vəhy və ilham:
https://archive.org/details/ilham1_202305/page/n36/mode/1up
--------------------
--------------------
2. İzafi (və ya nisbi) qeyb:
Qeybin bu növü:
~ zaman;
~ məkan;
~ qabiliyyət;
~ alət'lərə
görə dəyişən qeybi şeylərə deyilir.
• Zamana görə qeyb:
Zaman, 3 dilimdən ibarətdir: Keçmiş, gələcək və indiki zaman.
İndiki zaman dilimində olan biri üçün, keçmiş və gələcək, qeybdir. Ancaq, keçmiş zamanla bağlı bəzi tarixi sənədlər, keçmişi, qismən qeybilikdən çıxarda bilir. Gələcək zamandan xəbərdar olmağın tək yolu isə, Allahın bildirməsidir. Bu da, ya vəhy, ya da ilham ilə mümkündür. Hər iki yol da, əqlən və dinən, caizdir. Bunun nümunələri, Quran və sünnətdə, çoxdur. Vəhy yolu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in vəfatı ilə sonlandığından, bu yol, artıq qapalıdır. İlham isə, hər kəsə açıq bir yoldur. Ancaq, ona layiqlik və əhliyyət kəsb etmək, hər kəsə müyəssər deyildir.
Quran, Allahın əzəli və əbədi isim və sifətlərindən süzülüb gələn İlahi bir kəlam olmasından, zamanın bütün dilimlərini də əhatə etmişdir. Bu səbəbdən, Quran və hədislərdə, gələcəyə dair bir çox əlamət və işarətlər, möcüzə əsəri olaraq dərc edilmişdir. Bəzi alimlər də, elm vasitəsilə, o işarət və əlamətləri təxric ilə, əsərlərində elan etməkdədirlər. Bu təxriclər (çıxarışlar), Quranın malı olmasından dolayı, qeybi xəbərlər, o alimin deyil, Quranın bir mərifətidir. Alimin digər insanlara olan xüsusiyyəti isə, elmilə təxricə layiqlik qazanmasıdır. Məsələn, məşhur kəlam alimlərindən biri olan imam Fəxrəddin ər-Razi, Quranda yer alan cənnət və cəhənnəm əhlinin bir-birilərilə danışmaları ayətindən, belə bir işarə çıxarır:
"Bu ayədə, məsafənin uzaqlığının, səsin nəql edilməsinə əngəl olmadığına işarə vardır."
Diqqət edilsə, imam, hələ 12-ci əsrdə, telefon və bənzəri alətlərin varlığına, bu ayətdən işarə çıxarmışdır.
Allah, zaman və məkandan münəzzəh olmasından dolayı, Onun kəlamı olan Quran da, zaman qeydlərindən münəzzəhdir. Allah, bəzən bir qulunun nəzərini, zamanın qeydlərindən qurtarıb, külliyyət ilə keçmiş və gələcəyə baxdıra bilər. Necə ki, Peyğəmbərimizin keçmiş və gələcəkdən verdiyi xəbərlər, bu iddiamızı isbat etməkdədir.
Bununla bərabər, insanlıq da, bəzi texniki vasitələr ilə, keçmişi araşdıra bilir. Məsələn, milyonlarla illik fosilləri incələmək surətilə, o zamanlar haqqında bəzi məlumatlara çatılır. Bu vasitələr sayəsində, keçmiş, qismən qeybilikdən qurtulur.
• Məkana görə qeyb:
Məkan da, zaman kimi, çox qeydləri və maneələri olan cismani bir varlıqdır. Bu səbəbdən, bir məkanda olan biri üçün, geri qalan məkanlar, ona qeyb sayılır. Məsələn, Bakı'da olan biri üçün, İstanbul, tamamilə qeybdir. Orda nə baş verirsə, onlardan xəbəri olmur. Biz, indi dünyada olduğumuz üçün, qəbr, məhşər, cənnət, cəhənnəm, səma təbəqələri kimi məkanlar, bizə qeybi aləmləri sayılır. Ancaq, yenə, bəzi vasitələr ilə, bu qeybilik, qismən deşilə bilər. Məsələn, kameralar vasitəsilə Bakıdakı bir adam, İstanbulu görə bilir. Yenə, "mənəvi kameraları" açıq olan vəli bir şəxs, qəbr və bərzəx aləmlərini seyr edə bilər. Bunun dəlilləri üçün, bax:
Kəşf nədir?
https://suallarlaislam.com/m%C9.../k%C9%99sf-n%C9%99dir
Eyni evin içində bir otaq ilə digər otaqda olan şeylər, qeyb sayılır. Məxluq olma etibarı ilə, cənnət ilə bir evin otaqları arasında qeybilik dərəcəsi, eynidir. Fərq, sadəcə, məkan etibarı ilə uzaqlıqdadır. Biri, varlıq aləminin ən ucasında, digəri isə, dünya içindədir. Yenə, cinlərin qaldığı məkan, bizə görə, qeybdir; onlara görə isə, şəhadət aləmidir. Cinlərə görə də, səmanın ərşi, qeyb hökmündədir. Ərşin mələklərinə görə də, ərş təbəqəsi, şəhadət aləmidir və s. Yəni, hər bir aləm, digərinə nisbətən və izafətən qeyb aləmi sayılır.
• Qabiliyyətə görə qeyb:
Hər bir məxluqun, -insan, cin, mələk, heyvan- öz qabiliyyətinə və mahiyyətinə görə qeybilikləri ola bilər. Məsələn, bir göz həkimi, göz xüsusunda, elm sahibi olduğu üçün, sıravi bir adamın bilmədiyi və görmədiyi şeyləri bilir və görür. Sıravi bir adam üçün, göz, 1-2 şeydir; həkim üçün isə, minlərlə şey. Göz həkiminin göz haqqında bildiyi çox şeylər, sıravi bir adam üçün, qeyb hökmündədir.
Eyni şəkildə, cinlərin varlıqları oddan olduğu üçün, insanlara nisbətən, bəzi üstünlükləri ola bilər. Zaman və məkanda sürət və s. kimi qabiliyyətlərilə, insanlar üçün qeybi olan şeylər, onlar üçün normaldır.
Yenə, mələklərin nurani olmaları, bir çox xüsusda, onlar üçün bir çox üstünlüklər təmin etməkdədir. İnsanlar, vücud cəhətindən ağır varlıqlar olduğu üçün, mələklər kimi uca aləmləri gəzə bilmirlər. Orda baş verən hadisələr haqqında, sadəcə Quran və hədislərin bildirdiyini bilə bilirlər. Halbuki, bizə görə qeyb olan bir çox aləm, onlar üçün şəhadət aləmidir və onlar, bu qabiliyyətlərilə, bizə görə qeyb olan bu aləmləri müşahidə edə bilirlər.
Yenə, heyvanlar içində elə canlılar vardır ki, onları görmürük, ancaq, mikroskop kimi vasitələrlə görürük. Bu canlılar da, bizə görə, qeyb hökmündədirlər.
• Alətlərə görə qeybilik:
İnsan, çılpaq hisslər ilə bir çox şeyi görməzkən, alətlərin yardımı ilə görə bilir. Məsələn, mikroskop ilə, gözlə görülməyən mikro organizmlərin müşahidə edilməsi; teleskopla, səmadakı ulduzların görünməsi; hava ölçü vasitələrilə, yağışın hiss edilməsi; rentgen şüası ilə, uşaqların cinsiyyət təsbiti və xəstəliyin təşxisi; bəzi qan təhlillərilə qandakı xəstəliyin təsbiti, nümunə olaraq verilə bilər.
Allah, necə ki, bəzi alətlər ilə, bizə qeybi olan şeylərin təsbitini mümkün qılmışdırsa; mənəvi aləmlərin də təsbiti üçün, bəzi elmləri ehsan etmişdir. Şəriət elmləri, buna nümunə olaraq verilə bilər. Bunların hamısı, qeybi və uca aləmlər ilə maddi və süfli aləmlər arasında irtibat təmin edən vasitə elmlərdir. Bu elmlər vasitəsilə, əhil olanlar, o qeybi və uca aləmlərə, Allahın izni və yardımı ilə çata bilər və o aləmlər ilə irtibat təmin edə bilərlər. Bunun, Quran və sünnət ilə zidd düşən bir tərəfi yoxdur.
Yenə, İslami elmlərdə dərinləşmiş alimlər üçün, "elm gözlüyü" sayəsində, Quran və hədislərdəki bir çox incə və lətif mənalar və qeybi xəbərlər, onlara görünə bilər. Bizim kimi avam olanlara qeybi olan çox şeylər, o əhil şəxslərə zahir ola bilər. Necə ki, cahil bir adama, bir damla su içində milyonlarla canlı yaşayır desən, görmədiyi üçün inkar edər. Ancaq, bir elm adamı, o bir damla suya, elm gözlüyü ilə baxdığı üçün, o canlıları elmi cəhətdən seyr və qəbul edər. Elə də, əzəli və əbədi isim və sifətlərdən süzülüb gələn Quranın hər bir cümlə və kəliməsinin icaz qırışlarında, milyonlarla sirrlər və həqiqətlər var desən, nəzəri zahiri olanlar, qəribsəyər və qəbullanmaqda çətinlik çəkərlər.
Təbii ki, çıxarılan o sirr və həqiqətlər, Quran əsaslarına və ümumi çərçivəsinə uyğun olmaq şərtilə qəbul görə bilər. Yoxsa, hər adam, üsul və metoda tabe olmadan, həvasına görə təvil edərsə, xaos çıxar.
İzafi qeybin bilinmə ölçüləri:
Allah, izafi qeybin bilinməsini, müəyyən ölçülərə və qeydlərə bağlamışdır. Kim bu ölçü və qeydlərə riayət edərsə, qeyb pərdəsi, açılıb genişlənə bilər. Bunu, Allah, sünnətullahı (kainatdakı adətləri) ilə bir standarta bağlamışdır. Bu, həm maddi, həm də mənəvi aləmlər üçün caridir.
• Zaman cəhətindən:
İnsanlıq, bəzi maddi tərəqqilər ilə, zamanın qalın və qeydli pərdələrini aralaya bilmişdir. Əvvəllər, 3 ayda gedilən bir yerə, vasitələrin inkişafı ilə 1 saatda gedilməsi, buna nümunə təşkil etməkdədir.
• Məkan cəhətindən:
Məkandan qaynaqlanan qeydlərin və qeybi halların deşilib cırılması da, mümkündür. Bu gün, nəqliyyat vasitələrinin inkişafı sayəsində, dünya, kiçik bir kənd hökmünü almışdır. Dünyanın çox uzaq yerləri, radio və televiziya vasitələrilə, qeyb olmaqdan çıxmışdır. Bu da, insanlar çalışarsa, bəzi qeyd və əngəllərin qalxa biləcəyinin göstəricisidir.
