Allahdan başqasına and içmək şirkdirmi?
3482. Abdullah b. Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:
Atam Ömər (radiyallahu anh), bir karvan ilə birlikdə gedərkən, atasının adına and içdiyi bir vaxtda, Allah rəsulu (sallallahu aleyhi və səlləm) Özünü çatdırdı və:
"Diqqət edin! Allah, atalarınızın adına and içməyinizi, nəhy edir. Bundan belə kim and içərsə, Allah adına içsin və ya sussun." buyurdu.
Xəbəri, Buxari ("Kitabu'l-Əymən və'n-Nuzur", 4) rəvayət etmişdir.
Buxari'də yer alan bir başqa xəbərdə isə, Ömər (radiyallahu anh):
"Allaha and olsun ki, Nəbi (sallallahu aleyhi və səlləm)'in o nəhyini eşitdikdən sonra, nə özüm belə bir and içdim, nə də başqasının andını nəql etdim." demişdir. (Buxari, "Kitabu'l-Əymən və'n-Nuzur", 4)
ibn əbi Şeybə'nin "Musannəf"ində, İkrimə'dən, buna bənzər bir nəql yer almaqdadır. Bu xəbərdə, fərqli olaraq, belə deyilməkdədir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sizdən hər hansı biri, Məsih'in adına and içərsə, həlak olmuşdur. Məsih (isə), sizin atalarınızdan daha xeyirlidir." buyurdu.
Bu xəbər, mürsəl olub, şəvahid (şahidləri) ilə güclənməkdədir. (ibn əbi Şeybə, "Musannəf", lll, 78)
------------------------
------------------------
3483. Tirmizi'nin bir başqa yoldan nəqlinə görə ("Nuzur və'l-Əymən", 9):
ibn Ömər (radiyallahu anh), "Kəbə'yə and olsun ki, xeyr!" deyə and içən birini eşitdi. Ona, Allahdan başqasına and içmə. Çünki mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Kim, Allahdan başqasına and içərsə, küfrə və ya şirkə girər." buyurduğunu eşitdim.
Tirmizi, hədisə həsən demişdir. Hakim isə, səhih olduğunu bildirmişdir. (ibn Həcər Asqalani, "Fəthu'l-Bari", lV, 297)
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, yuxarıdakı birinci (3482 no-lu) hədisi, belə açıqlayır:
Hədisin zahiri, sadəcə Allah adına and içilə biləcəyini göstərməkdədir. Lakin fəqihlər, Allahın, Zatı, uca sifətləri üzərinə (də) and içilə biləcəyində, ittifaq etmişlərdir. Fəqihlər, -daha əvvəl keçdiyi üzərə- Allahın bəzi sifətləri üzərinə and içilib-içilməyəcəyində ixtilaf etmişlərdir. Sayılan bu isim və sifətlər xaricində içilən andın qadağan olduğu, sabitdir. Ancaq bu qadağanın hökmünün, haramlıq olub-olmadığı xüsusunda, Maliki məzhəbində, 2 görüş vardır. ("Raddu'l-Muhtar"da yer aldığı üzərə, Hənəfilərdə də belədir.) Ancaq, Hənəfi məzhəbində məşhur olan görüş, bunun, məkruh olduğu yönündədir. Eyni ixtilaf, Hənbəli'lərdə də mövcuddur. Lakin, bu məzhəbdə məşhur görüş, belə bir andın, haram olduğu yönündədir. Zahirilər də, bunu, qəti bir dillə ifadə etmişlərdir. ibn Abdi'l-Bərr, belə deyir:
"Allahdan başqasına and içmək, alimlərin ittifaqı ilə, caiz deyildir."
ibn Abdi'l-Bərr'in, "Caiz deyildir." deməkdən məqsədi, təhrimən və ya tənzihən məkruhluqdan daha ümumi olaraq kərahətdir. Çünki o, əsərinin başqa bir yerində, belə deyir:
Alimlər, Allah'dan başqası adına içilən andın məkruh olduğunu və nəhy edildiyini; və hər hansı bir kimsənin, Allahdan başqası adına and içməsinin, caiz olmadığında, icma etmişlərdir.
Eyni ixtilaf, Şafi'nin məzhəbində də mövcuddur. Şafii məzhəbinə mənsub müctəhidlərin cumhuru, məkruhluğun, tənzihi olduğu görüşündədirlər.
İmamu'l-Harameyn: "Məzhəbin görüşü, məkruhluğun qəti olduğu yönündədir." deyərkən; başqa biri də, bu xüsusda, təfsilatdan bəhs etmişdir. Buna görə:
İnsan, özünə and içdiyi varlıqda, Allah cəhətindən etiqad etdiyi şəkildə bir böyüklük inancı daşıyırsa, bu, haramdır və insan, belə bir etiqadla küfrə girər.
Yuxarıda zikr edilən hədis də, bu şəkildə dəyərləndirilir.
Bir kimsə, özünə and içdiyi varlığın, özünə layiq olduğu şəkildə böyük olduğuna inanarsa, bununla, küfrə girməz və andı da, bir and olmaz.
Mavərdi isə, belə deyir:
Heç kimin, Allahı qoyub, bir başqasına, talaq, nökər azadı və nəzir tərzində and içməsi, caiz deyildir. Hakim, hər hansı bir adama (yəni, müttəhim və bənzərlərinə), bunlardan hər hansı biri üzərinə and verdirəcək olarsa, işindəki cahiliyyindən dolayı, vəzifədən əzl edilməsi lazımdır. (ibn Həcər, "Fəthu'l-Bari", Xl, 462, -müxtəsər bir şəkildə-)
Deyirəm:
Allahdan başqasına and içməyin nəhyindən bəhs edən hədis, "Tə'liq (şərtə bağlama) şəklində içilən andlarla bağlı deyildir." (mənasına) həml edilmişdir. Hədisdə qadağa gətirilən and, and ədatları istifadə edilərək örf halına gəlmiş and deməkdir; ya da, adamın, "əhlifu, uqsimu, aleytu = and içirəm" və başqa ifadələr istifadə etməsidir. Çünki, bu ifadələr, dildə, söz etibarı ilə and ifadələridir. Bir hökmün gerçəkləşməsinin müəyyən bir şərtə bağlanması (tə'liq), söz etibarı ilə and deyildir. Buna, fəqihlər nəzdində and deyilməsi, Allah Taala adına and mənası gerçəkləşməsindən dolayıdır. Bu da, ya adamın, bir başqasını hər hansı bir feli etməyə təşviq etməsi və ya mane olmasıdır. Müəyyən bir şərtə bağla (tə'liq) bəhs mövzusu olmadan, Allah Taala'dan başqasına içilən andın hökmü, alimlərin ittifaqı ilə, məkruhdur. Çünki, bu tərz bir andda, özünə and içilən şəxsin böyüklüyü cəhətindən, Allaha şərik qılınması kimi bir hal bəhs mövzusudur. Şərtə bağlama məsələsinə gəlincə, bunda, hər hansı bir ucaltma bəhs mövzusu deyildir. Əksinə, sözə güc qataraq, birini, bir feli etməyə təşviq və ya əngəlləmək bəhs mövzusudur. Dolayısı ilə, alimlərin ittifaqı ilə, məkruh deyildir. Şərtə bağlama tərzindəki andda, sözə güc qatmaq, dövrümüzdə, Allah Taala adına içilən anddan daha çoxdur. Çünki, sıravi insanlar, içdikləri andı pozmağa əhəmiyyət verməz və kəffarətin lüzumuna diqqətsiz olmuşlardır. Şərtə bağlamaya gəlincə, bu tərz and içən bir kimsə, zövcəsinin boş olacağından və ya nökərinin azadlığa qovuşacağından qorxduğu üçün, andını pozmaqdan çəkinər. "əl-Mi'rac"da: "Bir kimsə, sözünə güc qatmaq məqsədi xaricində, ya da keçmiş zaman üzərinə bu növ bir and içəcək olsa, məkruh olar." ifadəsi yer almaqdadır. Eyni hökmü, "Raddu'l-Muhtar"da (lll, 70) da görmək, mümkündür.
Nəticə olaraq, Mavərdi'nin, tə'liq (şərtə bağlama) tərzindəki andı, mütləq olaraq, Allah'dan başqası adına içilən anda daxil edərək bunun məqbul olmadığı (yəni, and sayılmayacağı) şəklindəki hökmü, batil olur. Onun dəlili, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, lat və uzza adına and içən kimsəni, kəffarət verməklə mükəlləf tutmaması və sadəcə, lə iləhə illəllah deməyi əmr etməsidir. Mavərdi'yə görə, adına and içilən varlıqlar, peyğəmbərlər, mələklər, alimlər, saleh kimsələr, krallar, ata-ana, Kəbə kimi təzimi -ibadətin xaricində başqa bir xüsusiyyətdən dolayı- gərəkdirsinlər; istərsə də, digər fərdlər kimi heç buna layiq olmasınlar; istərsə də, şeytanlar, bütlər və Allah Taala'nın xaricində ibadət edilən başqa şeylər kimi alçaldılmağa layiq olsunlar, bütün bunlar üzərinə and içmək, caiz deyildir. Bəzi Hənbəli alimləri, bunların içərisində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə and içməyin müstəsna olduğunu və and içildiyi təqdirdə, and sayılacağını; pozularsa, kəffarət vermək gərəkdiyini söyləmişlərdir. Buna dəlil olaraq da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, kəlime-i şəhadətin 2 rüknündən biri olduğunu gətirmişlərdir. ibnu'l-Arabi, bu görüşün, Əhməd b. Hənbəl'in məzhəbinə aid olduğunu ifadə etmiş; "Əhməd b. Hənbəl'ə görə, iman, ancaq, namaz qılmaqla tamamlanar." deyərək, bəhsi keçən görüşü, tənqid etmişdir. Bu təqdirdə, Əhməd b. Hənbəl'ə görə, namaz üzərinə and içən kimsənin andının and sayılması və andını pozduğu təqdirdə, kəffarət verməsi lazım gəlir. (ibn Həcər, "Fəthu'l-Bari", Xl, 465)
əl-Müvəffəq (ibn Qudamə), "əl-Muğni"də, Əhməd b. Hənbəl'dən nəql edilən 2 rəvayətə yer verdikdən sonra, belə davam edir:
"Bu 2 görüşdən birincisi, yəni, Allahdan başqasına içilən andın, məqbul olmadığı (yəni, and sayılmadığı), daha əvladır. Çünki, Nəbi (sallallahu aleyhi və səlləm): 'Kim and içərsə, Allaha and içsin və ya sussun.' buyurmuşdur. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə içilən and, Allah'dan başqasına edilmişdir. Dolayısı ilə, başqa peyğəmbərlərə içilən andın pozulması halında, kəffarət vermək necə lazım gəlmirsə, buna da lazım gəlməz. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), (Allah tərəfindən) yaradılmış (yəni, məxluq)'dur. Dolayısı ilə, yaradılmış üzərinə içilən and pozulduğunda, kəffarət lazım gəlməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) adına içilən and, nasslarda yer almadığı kimi; nasslarda bildirilən şeylər sifətində də deyildir. Dolayısı ilə, Allahdan başqasının adının, Allah Taala'ya qiyas edilməsi, -bənzərlik olmadığı və misliyyət mövcud olmadığı üçün- səhih (doğru) olmaz." (ibn Qudamə, "əl-Muğni", Xl, 178)
Nəticə olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm) adına içilən andın and sayıldığı görüşü, Əhməd b. Hənbəl'dən nəql edilən zəif bir rəvayətdir və öz məzhəbindəki alimlər nəzdində əsas alınacaq bir görüş deyildir. Bil!
Alimlərdən bəziləri də, belə demişlərdir:
Allah Taala'dan başqasına içilən and, məkruh deyildir. Çünki, Allah Taala, öz yaratdığı şeylərin üzərinə and içməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özündən, İslamın şərtlərini soruşan bir bədəviyə: "Əgər sözünə sadiq qalarsa, atası adına and içirəm ki, qurtulmuşdur." buyurmuşdur. (Muslim, "İman", 9)
(Yenə), Peyğəmbər (sallallahu aleyhi və səlləm), əbu'l-Aşra'nın rəvayət etdiyi hədisdə, heyvanı boğazlamaqdan bəhs edərkən:
"Atanın adına and içirəm ki, onu budundan kəsərsənsə, sənin üçün kifayət edər." (Beyhaqi, "əs-Sünənu'l-Kubra", lX, 246) buyurmuşdur.
Ancaq, bu xəbərlərdə, onu (yəni, Allahdan başqasına and içməyi) dəstəkləyən, hər hansı bir tərəf yoxdur.
~ Allah Taala'nın, Öz yaratdıqları adına içdiyi anddan başlayacaq olarsaq:
O, Öz qüdrəti və əzəmətini göstərmək üçün and içməkdədir. Sanki, Öz sifətləri üzərinə and içməkdədir. Allah Taala, yaratdığı şeylərdən istədiyi üzərinə, and içə bilər. Allahın andları üzərinə qiyas etməyin, bir səbəbi yoxdur. Çünki O, etdiklərindən məsul deyildir; ancaq, qulları, hesaba çəkiləcəkdir.
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bədəvi hədisindəki: "Sözündə sadiq qalarsa, atası adına and içirəm ki, qurtulmuşdur." şəklindəki ifadəsinə gəlincə:
ibn Abdi'l-Bərr, belə deyir:
Bu ləfz, səhih bir yolla bizə çatmış (yəni, məhfuz) deyildir. Xəbəri, imam Malik və başqaları, hədis hafizlərindən rəvayət etmişlər; ancaq, rəvayətlərində, "Atası adına and içirəm ki..." cümləsinə yer verməmişlərdir. Bu xəbər, ravisi İsmayıl b. Cəfər'dən: "Sözündə sadiq qalarsa, qurtulmuşdur." şəklində nəql edilmişdir. Bəziləri, xəbəri rəvayət edən bəzi ravilərin, "vallahi (Allaha and olsun)" deyəcək yerdə "və əbihi (atasına and olsun)" şəklində kəlimə xətası etdiklərini iləri sürmüşlərdir. Möhtəmələn, əbu'l-Aşra'nın rəvayət etdiyi hədisdə də, eyni hal bəhs mövzusudur. Əhməd b. Hənbəl, "Yuxarıdakı xəbər sabit olsaydı..." ifadəsini istifadə edir ki, bu, sabit deyildir, deməkdir. Bundan dolayı, fəqihlər, bəhsi keçən xəbərə görə əməl edərək, heyvanın budunu yaralamaq surətilə dini kəsim etməyin mübah olduğunu söyləməmişlərdir. Digər tərəfdən, sabit olmadığını söylədiyimiz xəbərin (bir an üçün) səhih olduğunu qəbul etsək belə, doğru olanı, o felin ardından, nəhyin gəldiyidir. Çünki, Ömər (radiyallahu anh), eynilə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in etdiyi kimi bir and içmiş, ancaq sonra, onların üzərinə and içməsi qadağan edilmişdir. Nəhydən sonra mübahlıq gəlmiş deyildir. Bundan dolayı, Ömər, bu hədisi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra nəql edərkən, "Allaha and olsun ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in o qadağasını eşitdikdən sonra, nə özüm belə bir and içdim; nə də başqasının andını nəql etdim." demişdir. Ömər'in bu sözü, qadağanın, daha sonra gəldiyinin açıq bir ifadəsidir. Beləcə, Munziri'nin, "Nəsx iddiası, xəbərləri cəm etmək mümkün olduğu və hansının daha əvvəl gəldiyi qəti olaraq başa düşülmədiyi üçün, zəifdir." şəklindəki görüşü, çürüməkdədir.
Digər tərəfdən, Hənəfi üsulunda, belə bir qayda vardır:
Bir mövzuda qadağa gətirən xəbərlə buna icazə verən xəbər bir-birilə zidd düşdüyündə, 2 dəfə nəsx olduğu nəticəsinin ortaya çıxmaması üçün, qadağa gətirənin, daha sonra varid olduğu qəbul edilir. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (Xl, 464); ibn Qudamə, "əl-Muğni"də (Xl, 162, 164), bu mövzunu, ən geniş şəklilə ələ almışlardır. İstəyənlər, bu əsərlərə müraciət edə bilərlər. Biz, burda, onların ifadələrini, gərəkdiyi qədərilə xülasə etməyə çalışdıq. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
Bu xəbər: "Elə edərsəm, yəhudi və ya kafir olum." deməyin, bir and sayıldığını iləri sürənlərə, bir cavab təşkil etməkdədir. Necə ki, bu görüş, Hənəfi və Hənbəli'lərdən nəql edilmişdir. Bu sözün, içilən bir and olmaması, insanın, Allah adına və ya yerinə keçə biləcək bir şey adına and içməməsindən qaynaqlanmaqdadır. (ibn Həcər, "Fəthu'l-Bari", Xl, 465)
Burda, "Bədaiu's-Sanai"dən bu tərz ifadənin, -kinayənin hansı cəhətdən olduğunu əqlən qavraya bilməsək də- örfən, kinayə yolu ilə Allah (azzə və cəllə) adına and olduğunu nəql etmiş olduğunu xatırladaq.
-----------------------
-----------------------
3484. ibn Cureyc, belə deyir:
Bir nəfər, Ata'nın yanına gələrək, "Və'l-beyti və kitəbilləh = Beytullaha və Allahın kitabına and olsun ki" şəklində and içdiyini söylədi və (bunun hökmünü) soruşdu.
Ata, belə dedi: "Bunlar, sənin üçün, bir Rəbb deyildirlər. Bunlar, and sayılmazlar."
Xəbəri, Abdu'r-Razzəq ("əl-Musannəf", Vlll, 470) rəvayət etmişdir. əbu Hənifə'nin qövlü (görüşü) də, bu yöndədir. "əl-Muhalla"da (Vlll, 82), belədir. Xəbərin sənədi, səhihdir.
Bu xəbər, Allahdan başqası adına and olduğu üçün, Mushaf üzərinə içilən andın, and olmadığını göstərməkdədir. Çünki Mushaf, Quran, kitab, 2 qapaq arasında yazılı olan şeylərin, adıdır. "Yazılı olan şey", həqiqətdə, Allahın Taala'nın sifəti deyildir. Əksinə, Allahın kəlamı, -hərflər mənasında olmadan- Onun, Öz nəfsilə qaim olan sifətidir. Nə var ki, "Quran, məxluqdur." da deyilə bilməz. Çünki, sıravi adamlara belə deyildiyi təqdirdə, eyni hökmün, Allahın kəlam sifəti üçün məqbul olduğunu zənn edərlər. Bundan dolayı, alimlər, "Quranın məxluq olduğunu söyləyənlər, kafir olarlar." demişlərdir.
Deyirəm:
Qurana məxluq demək caiz olmadığına görə, -Allahın sifəti deyildir mənasında-, "Allahdan başqasıdır." demək də, doğru olmaz. Çünki, uca Allahın sifətləri, -bununla bağlı olan yerlərdə açıqlandığı üzərə-, Onun nə eynisidir, nə də qeyrisi. Doğru olanı, "əl-Hidayə"nin bu ifadəsidir:
"Quran üzərinə and içmək də, belədir. Çünki bu, örf və adət halına gəlməmişdir."
Bu açıqlama, Quran üzərinə içilən andın, Allah Taala'dan başqası adına içilən and növündən olmadığını; əksinə, Allahın sifətləri üzərinə içilən and növündən olduğunu ifadə etməkdədir. Bundan dolayı, Mərğinani ("əl-Hidayə" müəllifi), Quran üzərinə içilən andın, and olmadığını, örf və adət halına gəlməməsinə bağlamaqdadır. Əgər Quran üzərinə içilən and, birinci qrupdan olsaydı, bunun səbəbi, bəhs mövzusu qadağadan başqası olmazdı. Çünki, örf və adət, müştərək olan sifətlərdə göz önünə alınan bir xüsusdur. ibnu'l-Kamal, belə deyir:
"Bu anda, Quran üzərinə içilən and, örf və adət halına gəlmişdir. Dolayısı ilə, anddır. Kəlamullah üzərinə and içildiyində, bunun, örf və adət halına gəlib-gəlmədiyinə baxılır."
Ayni, "Mənə görə, Mushaf üzərinə içilən and, and sayılır. Xüsusilə də, zamanımızda, belədir. 3 imama görə, Mushaf, Quran və kəlamullah üzərinə içilən and, and sayılır." demişdir.
"əl-Fətəva əl-Hindiyyə"də, "əl-Mudmarat"dan belə bir nəqlə yer verilir:
Bu növ ifadələrin, məqbul bir and sayılmaması, onların zamanında bəhs mövzusu idi. Bizim zamanımızda isə, and sayılır. Biz də, bunu götürməkdə, bunu əmr etməkdə və buna inanmaqdayıq.
Muhamməd b. Muqatil ər-Razi isə: "Bu, anddır. Şeyxlərimizin cumhuru, bu görüşü mənimsəmişdir." deməkdədir.
Yuxarıdakı görüş, bəhsi keçən kəlimənin, Allahın izzət və cəlalı kimi üzərinə and içmək örf və adət halına gəlmiş bir sifət olduğu görüşünü gücləndirməkdədir. Bir kimsə, "Bu Mushaf'dakı Allahın kəlamı üzərinə and içirəm." desə, bunun, alimlərin ittifaqı ilə, məqbul bir and olması lazımdır. "Raddu'l-Muhtar" ilə bərabər nəşr edilən "əd-Durru'l-Muxtar"da da belədir. (ibn Abidin, "Raddu'l-Muhtar", lll, 78, -müxtəsər bir şəkildə-)
ibn Hazm'ın "əl-Muhalla"sında, Həsən əl-Basri və Mücahid'dən nəql etdiyi mürsəl bir rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Kim, Qurandan bir surə üzərinə and içəcək olarsa, o surədəki ayə sayısınca, sabr andı (bir müsəlmanın, malını əlindən almaq üçün yalan yerə qəsdən içilən and) məsuliyyəti altına girmiş olar. İstəyən itaət edər, istəyən günah işləyər." buyurmuşdur.
Abdullah b. Hanzala, belə deyir:
Abdullah b. Məsud (radiyallahu anh) ilə bərabər bazara getmişdim. Abdullah, bir adamın, əl-Bəqərə surəsi üzərinə and içdiyini eşitdi. Bunun üzərinə: 'Bu adam, surədəki ayə sayısınca, and məsuliyyəti altına girmişdir.' dedi.
İbrahim ən-Nəxai'nin nəqlinə görə, ibn Məsud (radiyallahu anh):
"Kim, Qurandan bir hərfi inkar edəcək olarsa, bütün Quranı inkar etmiş sayılır. Kim Quran üzərinə and içərsə, içindəki ayə sayınca, and məsuliyyəti altına girər." demişdir.
ibn Hazm, belə deyir:
Hənəfi və Maliki'lərin, ibn Məsud'un görüşün mənimsəmələri lazımdır. Çünki, bu mövzuda, səhabələr arasında müxalif olan biri olduğu bilinməməkdədir. (ibn Hazm, "əl-Muhalla", Vlll, 33)
Deyirəm:
Sənin öz mənimsədiyin görüş ilə, müxalifini ilzam etməyə çalışmağın, insafa sığmaz. Çünki bu hədis, (alimlərin) icması ilə, zəcr (çəkindirmək) və təşdid (ifadəni ağırlaşdırmaq) mənasına həml edilmişdir. Bundan dolayı, bu məsələnin bayraqdarlığını edən, sadəcə Əhməd b. Hənbəl deyil; fuqahau'l-əmsar (bəlli-başlı diyarlardakı fəqihlər)'dən heç biri, bu kimsə, hər bir ayə sayınca and məsuliyyəti altına girər, deməmişlərdir.
ibn Qudamə, "əl-Muğni"də, bu mövzudakı görüşləri və dəlilləri zikr etdikdən sonra, belə deyir:
"Bu xüsus sabit olduğuna görə, Qurandan bir ayə üzərinə içilən and, hamısı üzərinə içilən and kimidir. Çünki o ayə, Allahın kəlamındandır." demişdir. (ibn Qudamə, "əl-Muğni", Xl, 194)
Yuxarıdakı xəbər, zəcr mənasına həml edildiyinə görə, Quran üzərinə içilən andın məqbul olduğunu səyləyənə, dəlil ola bilməz. Çünki, bundan məqsəd, Quran üzərinə and qadağası da ola bilər. Bil!
Bunun, bir an üçün məqbul bir and olduğunu qəbul etsək belə, ifadə, "Mushaf'dakı Allahın kəlamı üzərinə and içərsə..." mənasına həml edilir. -Daha əvvəl keçdiyi üzərə- bunun da and sayıldığında, hər hansı bir ixtilaf yoxdur.
Lakin ibn Hazm, rəvayətdən başqa bir şey bilməz. Onun dirayətdən hər hansı bir nəsibi yoxdur.
(Təhanəvi, "İ'lau's-Sünən", "Allahdan başqasına and içilməyəcəyi babı")
