İşa namazını gecənin üçdə birinə qədər ertələməyin müstəhəb olması

502. əbu Səid əl-Xudri (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə, gecənin 1/3-lik namazını (yəni, işa namazını) qılacaqdıq. O, gecənin təxminən yarısı keçmədən, yanımıza çıxmadı. Bizə: "Olduğunuz yerdə qalın." buyurdu. Biz, (Onun bu əmri üzərinə), olduğumuz yerdə qaldıq. Sonra, belə buyurdu:

"İnsanlar, namazlarını qıldılar, yataqlarına yatdılar. Sizlər, namazı gözlədiyiniz müddətcə, namazda sayılırsınız. Zəif adamın, zəifliyi; xəstənin də, xəstəliyi olmasaydı, bu namazı, gecənin yarısına qədər ertələyərdim."

Hədisi, əbu Davud rəvayət etmiş; sihhəti haqqında, bir söz danışmamışdır. "ət-Təlxis"də (l, 165), belə deyilir:

Hədisi,

~ əbu Davud ("Salət", 7);

~ Nəsai ("Məvəqit", 21);

~ ibn Macə ("Salət", 8)

rəvayət etmişlərdir. İsnadı, səhihdir.

--------------------------

--------------------------

503. əbu Hureyrə (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ümmətimə məşəqqət vermiş olmasaydım, onlara, işa namazını, gecənin 1/3-inə və ya yarısına qədər ertələmələrini əmr edərdim."

Hədisi, Tirmizi ("Salət", 10; ibn Macə, "Salət", 8) rəvayət etmiş və "həsən-səhih" demişdir.

---------------------------

---------------------------

504. Zeyd b. Xalid əl-Cuhəni (radiyallahu anh)'ın səhih bir sənədlə mərfu olaraq nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ümmətimə məşəqqət vermiş olmasaydım, hər namaza durduqlarında, misvaq istifadə etmələrini əmr edərdim; və işa namazını, gecənin 1/3-inə qədər ertələyərdim."

Hədisi, Tirmizi ("Təharət", 18; əbu Davud, "Təharət", 47) və Ziya əl-Maqdisi rəvayət etmişlərdir. (Əzizi, lll, 209)

---------------------------

---------------------------

505. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ümmətimə məşəqqət vermiş olmasaydım, dəstəmazla bərabər misvaq istifadə etmələrini fərz qılardım; və işa namazını, gecənin yarısına qədər ertələyərdim."

Hədisi, Hakim ("əl-Müstədrək", l, 146); və səhih bir isnadla Beyhaqi ("Sünən", l, 36) rəvayət etmişlərdir.

~ (502 no-lu) əbu Səid hədisi: işa namazının, gecənin yarısından az əvvələ qədər ertələnməsinin müstəhəb olduğunu;

~ (504 no-lu) əbu Hureyrə hədisi isə: işa namazının, gecənin ilk 1/3-lik dilimdən az əvvələ qədər ertələnməsinin müstəhəb olduğunu

ifadə etməkdədir.

Bu 2 rəvayət arasındakı ziddiyyət, belə ortadan qaldırılır:

~ Gecənin ilk 1/3-lik dilimindən az əvvəli, işanın ilk vaxtı;

~ Gecənin yarısından az əvvəli isə, işanın son vaxtıdır.

Geriyə, işanın ilk vaxtınınmı, yoxsa son vaxtınınmı daha əvla olduğu sualı qalır. Doğru olanı, işanın ilk vaxtının, daha əvla olduğudur. Çünki, işanın son vaxtı, camaatın azalmasına yol açır. Hərçənd ki, bu vaxt da müstəhəblikdən xali (boş, uzaq) deyilsə də, ilk vaxtdan, dərəcə etibarı ilə daha aşağıdır. Bil!

Bu görüşü, Tahavi'nin bu ifadəsi də dəstəkləməkdədir:

"...Beləcə, gecənin ilk 1/3-inin keçməsilə, işanın vaxtı çıxmış olmaz. Lakin, -Ən doğrusunu Allah bilir- bizcə bunun mənası, işa namazının ən əfdal vaxtı, şəfəqin itdiyi andan, gecənin 1/3-inə qədər olduğu zaman dilimidir. Bu, Peyğəmbər (salllallahu aleyhi və səlləm)'in, Aişə (radiyallahu anha) hədisində zikr etdiyimiz üzərə, namaz qıldığı vaxtdır. Bundan sonra, fəzilət cəhətindən, gecənin yarısının (haşiyə) keçdiyi vaxta qədər olan müddət gəlir. Ancaq bu, fəzilət etibarı ilə, daha azdır. Bəhsi keçən rəvayətlər, ancaq belə açıqlanarsa bir-birilə zidd düşməz..." (Tahavi, "Şərh-u Maani'l-Asar", l, 157)

--------------------------

(Haşiyə:

~ Gecənin 1/3-i, belə hesablanır:

Məğrib namazı girdiyi vaxtdan sübh namazı girənə qədər olan vaxt (yəni, bu 2 şey arasındakı zaman) 3-ə bölünür;

~ Gecənin 1/2-i isə, belə hesablanır:

Məğrib namazı girdiyi vaxtdan sübh namazı girənə qədər olan vaxt, 2-yə bölünür.

--------------------------

--------------------------

506. ibn əbi Davud'un ---> əbu'l-Yəman ---> Şuayb b. əbi Həmzə ---> Zühri ---> Urvə

isnadı ilə nəqlinə görə, Aişə (radiyallahu anha), belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir gecə, işa namazını o qədər ertələdi ki, Ömər (radiyallahu anh), qalxıb: "İnsanlar və uşaqlar, yatdılar." dedi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), çıxaraq belə buyurdu: "Bu namazı, yer üzü xalqından sizdən başqa heç kim gözləmir."

O gün, bu namaz, sadəcə Mədinə'də qılınırdı. Aişə (radiyallahu anha), belə dedi:

"Onlar, işa namazını, məğrib namazının çıxdığı vaxtdan, gecənin 1/3-inə qədərki müddətdə qılırdılar." (Tahavi, "Şərh-u Maani'l-Asar", l, 157)

Hədisi, Tahavi rəvayət etmişdir. Raviləri, siqadırlar.

Hədisin ravisi ibn əbi Davud'un adı İbrahim olub, siqadır. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", ll, 201)

Hədisin isnadındakı qalan ravilər, Səhih'in raviləridir. Muslim'in rəvayətində, hədisi, ibn Şihab'ın, Urvə b. Zubeyr'dən eşitdiyi yer almaqdadır. Nəvəvi, belə deyir:

"Alimlər, işa namazının vaxtı girincə, dərhal qılınmasımı, yoxsa ertələnməsimi daha fəzilətlidir?' sualının cavabında, ixtilaf etmişlərdir. Bu xüsusda, sələf alimlərinin, 2 ayrı görüşü vardır. İmam Malik və Şafi'nin görüşləri, bu yöndədir. İşanın ertələnməsinin daha fəzilətli olduğunu söyləyən alimlər, bu hədisləri, dəlil olaraq gətirmişlərdir. Girdiyi ilk vaxtda qılınmasının daha fəzilətli olduğunu söyləyənlər isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ümumi olaraq adətinin, ilk vaxtında qılmaq şəklində olduğu görüşünə istinad etmişlərdir. Bunlara görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, işanı, vaxtından bir parça ertələməsi, ya caizliyini bəyan etmək üçün və ya məşğuliyyətdən; ya da bir üzrdən dolayı olmuşdur. Bəzi hədislərdə, buna işarət vardır. Allah, ən doğru biləndir..."

Deyirəm:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ümumi olaraq adəti, işanı, ilk vaxtında qılmaqdır şəklindəki görüşdə, nəzər vardır (yəni, mübahisəyə açıqdır). Nəsai'nin, raviləri siqa olan bir isnadla nəqlinə görə, Cabir b. Səmurə (radiyallahu anh), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), işa namazını, vaxtın sonuna doğru ertələyərdi." (Nəsai, "Məvaqit", 20. Hədis, səhihdir!)

Bu xəbər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in işa namazı xüsusundakı ümumi adətinin, onu, vaxtın sonlarına doğru ertələmək olduğunu göstərməkdədir.

Eyni şəkildə, Əzizi'nin, Muaz (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bu işa namazını, vaxtının sonlarına doğru ertələyin. Çünki siz, bu namazla digər ümmətlərə üstün qılındınız. Bu namazı, sizdən əvvəl, heç bir ümmət qılmamışdır."

Əzizi, bu hədisi, əbu Davud'un ("Salət", 7. Hədis, səhihdir!) rəvayət etdiyini bildirir.

Alqamə'dən edilən nəqlə görə, əbu Davud'un, "Onun adının yanında, həsən olduğunun işarət vardır." dediyi nəql edilmişdir. Alqamə, belə davam edir:

Şeyximiz dedi:

Deyirəm ki, bu hədislər, işa namazını, vaxtının sonlarına doğru ertələməyin müstəhəbliyini hər nə qədər göstərirsə də, mən, bu tətbiqatın, İslamın əvvəllərində olduğunu göstərən bir hədis tapdım. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu hədisə görə, daha sonra, bu felin əksini etmişdir. Dolayısı ilə, işanın ertələnməsi məsələsi, mənsuxdur.

Bəhsini etdiyimiz hədisi, Əhməd b. Hənbəl ("Müsnəd", V, 47); və Taberani ("əl-Mu'cəmu'l-Kəbir", Xl, 53), həsən bir isnadla, əbu Bəkrə'dən, bu isnadla rəvayət etmişlərdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), işa namazını, 9 gecə, gecənin 1/3-inə qədər ertələdi. əbu Bəkr, Ona: 'Ey Allahın rəsulu! Bu namazı, vaxtı girər-girməz qılsanız, gecə namazına qalxmağımız üçün, daha uyğun olar.' deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bundan sonra, işa namazını, girdiyi ilk vaxtda qıldı."

Deyirəm:

Bu rəvayətdə, işa namazını, vaxtının sonlarına doğru ertələməyin müstəhəbliyinin nəsx edildiyini göstərən, hər hansı bir dəlil yoxdur. Əksinə, burda söylənilən, budur:

İşa namazının gecənin 1/3-inə qədər ertələnməsi, təhəccüd namazı qılmağı adət halına gətirmiş insanların təhəccüdü qaçırmasına yol açacaqsa, təhəccüd fəzilətini güdmək, işanı ertələmək fəzilətindən daha əvladır. Çünki, təhəccüd, fərz və rəvatib sünnətlərdən sonra, digər nafilə namazların içində, ən əfdal olanıdır. Təhəccüd qılmağı adət halına gətirən kimsə üçün, təhəccüdü tərk etmək, məkruhdur. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ibn Amr (radiyallahu anh)'a verdiyi bu əmr, bunu göstərməkdədir:

"Ey Abdullah! Filan kimsə kimi, olma! O, gecələri namaz qılırdı, ancaq tərk etdi."

Hədisi, Buxari ("Təhəccüd", 19), "Gecə namazını qılan kimsənin, bunu tərk etməsinin məkruhluğu babı" altında rəvayət etmişdir.

əbu Bəkrə hədisindən başa düşülən budur:

2 fəzilətli əməl bir-birilə zidd düşdüyündə; və bunlardan birinə riayət, digərini qaçırmağa səbəb olduğunda, daha əhəmiyyətli olana riayət etmək, daha əvladır. Bu, işa namazını ertələməyi adət halına gətirən kimsə üçün, təhəccüdü qaçırmağa yol açmayacaqsa, daha fəzilətli olmadığını göstərməz.

Nəticə olaraq, rəvayətləri bir-birilə uzlaşdırmaq mümkün olduğu üçün, bu hədisi, işanı ertələməkdən bəhs edən digər hədisləri nəsx edici olaraq qəbul etmək, doğru deyildir.

Bir də, bu hədis, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bundan sonra, işanı, gecənin 1/3-indən bir az əvvəlinə qədər ertələdiyini ifadə etməkdədir. Şafi və Ona müvafiq olanlar nəzdində müstəhəb olduğu üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, işa namazını, gecənin 1/3-indən bir az əvvələ qədər ertələmədiyi və şəfəq itər-itməz bu namazı qıldığı hökmünə gəlincə, hədisdə, bunu göstərən bir şey yoxdur.

Bütün bu rəvayətlərin cəmindən bizim başa düşdüyümüz, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, işa namazını, bəzən gecənin yarısına qədər ertələmiş olduğu; sonra, gecənin 1/3-inə qədər ertələdiyidir. Daha sonra isə, 1/3-dən bir az əvvəlinə qədər ertələmişdir. əbu Bəkrə hədisinin, "dərhal qıldı" deyərkən dediyi də, məhz budur. Bundan dolayı, Hənəfi'lərin bu xüsusdakı görüşləri, fərqli olmuşdur. "əd-Durr"da, belə deyilir:

"İşa namazını, gecənin 1/3-inə qədər ertələmək, müstəhəbdir."

"əl-Xaniyyə" və başqa əsərlərdə, bu hökm, qış mövsümü şəklində qeydlənmişdir. Yayda isə, girdiyi ilk vaxtda qılınmasının məndub olduğu bildirilmişdir. ibn Abidin, belə deyir:

"əl-Kənz, əl-Muxtar, əl-Xülasə və başqa əsərlərdə, hökm, belədir. Quduri'nin ifadəsi isə, 'gecənin 1/3-indən az əvvəlinə qədər' şəklindədir. Bu 2 görüş, 'əl-Bürhan'dan nəqlən, 'əş-Şurunbulaliyyə'də yer aldığı üzərə, məzhəbdə 2 ayrı rəvayət vardır." (ibn Abidin, l, 381)

Deyirəm:

Nəzdimizdə, Quduri'nin görüşü, tərcihə daha layiqdir. Çünki, rəvayətlərin hamısı, bu görüşdə toplanmaqdadır.

Təhanəvi, "İ'lau's-Sünən", "İşa namazını, gecənin 1/3-inə qədər ertələməyin müstəhəb olması"

Read 36 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR