Yasin surəsi 65-ci ayətin təfsiri
ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ
"Bu gün, onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində, onların əlləri Bizimlə danışar; ayaqları da, şəhadət verər." (Yasin/65)
--------------------------
Təfsiri:
Bu ayənin, daha əvvəlki qisimlə olan münasibəti haqqında, bu izahlar verilmişdir:
1. Onlar, Haqq Taala'nın, "Kafir olduğunuzdan dolayı..." (Yasin/64) ifadəsini eşitdiklərində, bu küfürlərini inkar etmək istəmişlərdir. Necə ki, Haqq Taala, (digər ayələrdə, onların): "Biz, şirk qoşmadıq.", "Biz, iman etdik." dediklərini bildirmişdir. Bax bu nöqtədə, Allah, onların ağızlarını möhürləyər; artıq bunu (yəni, dünyadakı küfrlərini) inkar edə bilməzlər. Allah, onların, dilləri xaric, digər üzvlərini danışdırar. Beləcə də, onlar, günahlarını etiraf edib qəbullanarlar.
2. Haqq Taala, onlardan, "Mən, sizdən əhd almadımmı?" (Yasin/60) buyurunca, onların, bu mövzuda hər hansı bir cavabı olmadı. Susdular və danışa bilməz bir hala gəlib lal oldular. (Belə ikən), dilləri xaricindəki üzvləri danışdı.
Onların ağızlarının möhürlənməsi xüsusunda da, bəzi izahlar verilmişdir. Bu izahların ən qüvvətlisinə görə:
Allah Taala, onların dillərini susdurar; beləcə, onlar, o dillərilə danışa bilməz hala gələrlər. Ancaq bu səfər, onların üzvlərini danışdırar. Beləcə, bu üzvlər də, onların əleyhinə şəhadət edərlər. Bu isə, Allahın qüdrəti cəhətindən, çox asandır. Susdurma işinin, izah ediləcək hər hansı bir tərəfi yoxdur (stresli hallarda, cüzi səbəblərlə belə, Allah, insanı susdurmaqdadır. Məhşər kimi bir meydanda da, bu, asanlıqla mümkün ola bilər.) Digər üzvləri danışdırmaq məsələsinə gəlincə, dil, xüsusi hərəkətlərlə hərəkət edən bir orqandır. Onun, bu hərəkətlərlə hərəkət etməsi mümkün olduğuna görə; dilin xaricində qalan üzvlərin də, belə hərəkətlərlə hərəkət etməsi, mümkündür. Allah Taala isə, mümkün olan hər şeyə qadirdir.
Bir başqa izah da (yəni, ağızların möhürlənməsi xüsusunda), budur:
Onlar, üzrləri qalmadığı və iç üzləri ortaya çıxdığı üçün, hər hansı bir şey danışa bilməz hala gələrlər (bu da, bir növ, ağızların möhürlənməsi kimidir). Beləcə də, ümidsizliyə düşən, ümidini kəsən kimsənin duruşu kimi; başları əyilmiş olaraq dayanarlar. Bir üzr tapa bilməzlər ki, üzr bəyan edələr. Tövbə etməyə də macal qalmamışdır ki, Rəblərindən bağışlanma tələb etsinlər.
Əllərin danışması, (dünyada) görülən işlərin, inkar edilə bilməyəcək bir şəkildə zahir olması; (belə ikən), əllərin və gözlərin, o felləri danışması demək olub; bu, eynilə, bir kimsənin, hüznün zahir olduğuna bir işarət olmaq üzərə, "Divarlar, ev sahibinə ağlayır." deməsi kimi olur.
Ancaq, doğru olan, birinci açıqlamadır.
Bu ifadə ilə bağlı:
1. Ləfzi;
2. Mənəvi
olmaq üzərə, bəzi incəliklər mövcuddur:
• Birinci incəlik:
✓ Ləfzi olanına gəlincə, bunlardan biri, budur:
Allah Taala, (ağızları) möhürləmə işini Özünə nisbət edərək, "Biz, möhürləyərik." buyurmuş; danışmağı və şəhadət etməyi isə, əllərə və ayaqlara isnad etmişdir. Çünki, əgər Haqq Taala, "Ağızlarını möhürləyər; əllərini də danışdırarıq." buyursaydı, bunda, bunun, onlardan cəbrən və zorla sadir olduğu (meydana gəldiyi) ehtimalı bəhs mövzusu olardı. Halbuki, icbar ilə iqrar etmək, məqbul deyildir. Bax, bundan dolayı, Haqq Taala: "Bizə, əlləri danışar; ayaqları da şahidlik edər." buyurmuşdur. Yəni, "Günahın onlardan meydana gəldiyinə daha çox dəlalət etsin deyə; onları danışmağa qadir qıldıqdan sonra, öz iradələrilə..." deməkdir.
• İkinci incəlik:
Allah Taala, "Bizə, əlləri danışar; ayaqları da şahidlik edər." buyuraraq,
~ danışma işini, əllərə;
~ şəhadət etmə işini də, ayaqlara
nisbət etmişdir. Çünki, edilən fellər, əllərə isnad edilir. Necə ki, Haqq Taala,
...وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ
"Və əllərinin etdikləri şey..." (Yasin/35) buyurmuşdur.
Yenə, Allah Taala,
...وَلَا تُلْقُوا۟ بِأَيْدِيكُمْ إِلَى ٱلتَّهْلُكَةِ...
"...və əllərinizi, təhlükəyə atmayın..." (Bəqərə/195) buyurmuşdur. Yəni, (bu), "özünüzü təhlükəyə atmayın" deməkdir.
Bundan dolayı, onlar (yəni, əllər), sanki, işi görən kimi qəbul edilmişlərdir.
✓ Məna cəhətindən olan incəliyə gəlincə:
Bunlardan biri, budur: Qiyamət günündə, şəhadəti qəbul edilənlər, muqarrəb (Allaha daha yaxın) və siddiqlərdən olarlar ki, bunların hamısı da, günahkarların müqabilində yer alan kimsələrdir. Halbuki, onlar, hər nə qədər adil şahidlərdən olsalar belə, düşmənin, düşməninin əleyhində edəcəyi şəhadət, qəbul edilməz. Bax, bu səbəblə, Haqq Taala, onlara şəhadət edəcək olan o şahidi, yenə özlərindən çıxarmış; onların ayaqları və dərilərindən tutmuşdur.
"Əllər və ayaqlardan (yəni, günah yolunda aparan ayaqlar da, günahda, digərlərilə ortaqdırlar) da günahlar meydana gəlmişdir. O halda, bu deməkdir ki, bunlar da, fasiqdirlər. Bundan dolayı, bunların şəhadətlərinin də məqbul olmaması lazımdır."
deyilməsin! Çünki, biz, deyirik ki:
Bunların şəhadətlərini rədd etməkdə, bunların şəhadətlərini qəbul bəhs mövzusu olur. Çünki, əgər əl və ayaqlar, o gündə yalan söyləyəcək olarlarsa, onlardan, o gündə də günah meydana gəlmişdir deməkdir. Hər şey açıq ortada ikən, o gündə günah işləyən şeyin (yəni, üzvün), mütləq dünyada günah işləmiş olması lazımdır. Yox əgər onlar bu gündə doğru danışmışdırlarsa, artıq bu, o deməkdir ki, onlardan dünyada günah meydana gəlmişdir.
--------------------------
İkinci məsələ:
Kafirlərin,
~ dünyada ikən, qəlblərinin;
~ axirətdə də, ağızlarının
möhürlənməsi lazımdır.
Bundan dolayı, möhrün qəlblərinə vurulmuş olduğu o vaxtda (yəni, dünyada), onların sözləri, ağızları ilədir. Necə ki, Haqq Taala, "Bu, onların ağızları ilə söylədikləri sözləridir." (Tövbə/30) buyurmuşdur. Bundan dolayı, Allah, onların ağızlarına da (məhşərdə) möhür vurunca, onların sözlərinin, üzvlərilə olması lazımdır. Çünki insan, qəlb, dil və üzvlərdən başqa bir şeyə, sahib deyildir. Bundan dolayı, onun qəlbi, ağzı ortadan çıxınca; bu iş üçün, onun üzvləri və digər parçaları meydana çıxar.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-------------------
-------------------
Əhl-i sünnətin əqidə imamlarından biri olan imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" adlı təfsirində, ayənin təfsirində deyir:
Ən doğrusunu Allah bilir, sanki onlar (kafirlər, müşriklər), dünyada etdikləri şeyləri; Allaha şərik qoşmalarını; və kafirliklərini elan etdikləri; "Rəbbimiz, Allaha and olsun ki, biz, şərik qoşanlar olmadıq." (Ənam/23) dedikləri üçün, Allah Taala, onların ağızlarını möhürləmiş; danışmaları və etdikləri günahlar səbəbilə, digər orqanlarına, öz əleyhlərinə şahidlik etmələri üçün icazə vermişdir. Eynilə, bu ayədə olduğu kimi:
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ
"O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində, onların əleyhinə şəhadət verəcəkdir." (Nur/24);
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَـٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ • وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
"Nəhayət, onlar, oraya gəldikləri zaman, qulaqları, gözləri və dəriləri, etdikləri əməllər barəsində, onların əleyhinə şahidlik edəcəkdir. Onlar, öz dərilərinə: 'Nə üçün əleyhimizə şahidlik edirsiniz?'– deyəcəklər. Dəriləri deyəcək: 'Hər şeyi danışdıran Allah, bizi danışdırdı. Sizi, ilk dəfə O yaratmışdır və siz, axırda Ona qaytarılacaqsınız." (Fussilət/20-21)
Dilin danışma xüsusiyyəti, dildən qaynaqlanan və ya dilin özünə aid bir xüsusiyyət deyildir. Allahın lütf edib verdiyi bir xüsusiyyətdir. Allah, bu lütfü və bu xüsusiyyəti, nə vaxt və hansı orqana verərsə, o vaxt, o orqan danışar. Danışmaq əgər dilin özünə aid bir xüsusiyyət olsaydı, dili olan hər varlığın danışması lazım gələrdi. Dili olan hər varlıq danışmadığına görə; bu, Allahın ona verdiyi bir lütf olduğuna işarət edər. Dil, o sayıdə danışa bilməkdədir. Allah, bu lütfü və bu xüsusiyyəti hara verərsə, ora danışar. Qulaq və göz də, belədir. Əl və ayaq kimi insanın bütün orqanlarına, Allah lütf edib bir xüsusiyyət vermişdir. Qulaq, o sayədə eşitməkdə; göz, o sayədə görməkdə; əl, o sayədə alıb-verməkdə; ayaq da, o sayədə yeriməkdə və addım atmaqdadır. Haqq Taala, bir xüsusiyyəti hansı orqana lütf edib vermişsə, o orqan da, bu xüsusiyyəti özündə sərgiləyər. Eynilə, qulağın, eşitməsində; gözün də, görməsində olduğu kimi. Yemək maddələri və sular da, zatları etibarı ilə, qida deyildirlər. Ancaq Allahın onlara lütf edib vermiş olduğu bir xüsusiyyətlə insanlar üçün bir qida halına çevrilməkdədirlər. Məgər görmürsənmi ki, yeməyin özü, mədədə qalır; sonra xaricə atılır; lakin, ondakı xüsusiyyətdən, insan, qida olaraq faydalanır. Allah, ən doğrusunu biləndir...(haşiyə)
---------------------------
(Haşiyə:
Varlıqlara danışıq qabiliyyətini verənin Allah olduğu haqqında:
Müəllifimiz Ustad Said Nursi, "Sözlər" adlı əsərində (32-ci Söz, 2-ci Məvqif, 1-ci məqsəd s. 591), belə deyir:
"Esbab (səbəblər) içinde, bilbedâhe (ən açıq olan budur ki), en eşrefi (səbəblər içində ən şərəflisi) ve ihtiyarı en geniş ve tasarrufatı en vasi (ən geniş olan), insandır. İnsanın dahi en zâhir efal-i ihtiyariyesi (ixtiyari felleri) içinde en zahiri, ekl (yemək yemək) ve kelâm ve fikirdir. Yani yemek, söylemek, düşünmektir. Şu yemek, söylemek, düşünmek ise, gayet muntazam (çox intizamlı), acip, hikmetli birer silsiledir. O silsilenin yüz cüzünden (parçasından), insanın dest-i ihtiyarına (ixtiyar əlinə) verilen, ancak bir cüzüdür (parçadır). Meselâ:
• Yemekten, bedenin tagaddi-i hüceyrâtından (bədən hüceyrələrin gidalandırılmasından) tut, tâ semerâtın teşekkülüne (faydaların hasil olmasına) kadar olan silsile-i ef'al (fellər silsiləsi) içinde insanın dest-i ihtiyarına (insanın ixtiyar əlinə) verilen, yalnız ağızdaki dişlerin değirmenini tahrik edip onu çiğnemektir; ve
• Söylemek silsilesinden, yalnız mehâric-i huruf kalıplarına (hərflərin çıxış yerlərinə) havayı sokup çıkarmaktır. Halbuki, ağzında birtek kelime bir çekirdek gibi iken, bir ağaç hükmündedir; hava içinde milyonlar aynı kelime gibi meyveler verir, milyonlarla dinleyenlerin kulaklarına girer. Bu misali sünbüle, insandaki hayalin eli ancak yetişebilir. İhtiyarın kısacık eli nasıl yetişir?!
Madem esbab içinde en eşrefi (səbəblər içində ən şərəflisi) ve en ziyade ihtiyar sahibi olan insan, böyle hakiki icaddan eli bağlansa, sair cemddat (cansızlar) ve behimat (heyvanlar) ve anâsır (ünsürlər) ve tabiat, nasıl hakiki mutasarrıf (təsərrüf edən) olabilirler?
Yəni:
Səbəblər içində, ən şərəflisi, ixtiyarı və təsərrüfü ən geniş olan, açıq bir şəkildə insandır. İnsanın da, ən zahir ixtiyari felləri içində ən zahiri, yemək, içmək, kəlam (danışmaq) və fikirdir. Yəni, yemək, danışmaq və düşünmək. Bu yemək, danışmaq, düşünmək isə, çox intizamlı, əcaib, hikmətli bir silsilədir. O silsilənin 100 parçasından insanın ixtiyar əlinə verilən, ancaq 1 parçasıdır. Məsələn:
• Yeməkdən, bədən hüceyrələrinin qidalandırılmasından tut, ta faydaların hasil olmasına qədər baş verən fellər silsiləsi içində, insanın ixtiyar əlinə verilən, yalnız, ağızdakı "dişlər dəyirmanı"nı hərəkətə keçirib onu çeynəməkdir; və
• Danışmaq silsiləsindən, yalnız havanı hərflərin çıxış yerlərinə salıb-çıxarmaqdır. Halbuki, ağzında bir tək kəlimə, bir çəyirdək ikən; bir ağac hökmündədir; hava içində, milyonlar eyni kəlimə kimi "meyvələr" verər; milyonlarla dinləyənlərin qulaqlarına girər. Bu misali sünbülə, insandakı xəyalın əli, ancaq çata bilər. (Elə isə), "ixtiyarın qısa əli", necə yetişə bilər?! (yəni, qalsın ondakı təsərrüfə gücü).
Madam ki, səbəblər içində, ən əşrəfi və ixtiyarı ən çox olan insan, belə həqiqi icaddan əli bağlansa, sair cansızlar, heyvanlar, ünsürlər və təbiət, (icadda) necə həqiqi təsərrüf sahibi ola bilərlər?!
---------------------------
---------------------------
Yasin surəsi 65-ci ayə ilə Nur surəsi 24-cü ayə arasında bir ziddiyyətin mövcud olduğunu iddia edən zındığın iddiasına cavab:
Allah, Nur surəsi 24-cü ayədə:
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ
"O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir." (Nur/24) buyurmaqdadır. Diqqət edilsə, ayədə, dillər, əllər və ayaqların, kafirlər, müşriklər əleyhinə şəhadət edəcəklərindən bəhs edilir.
Yasin surəsi 65-ci ayədə isə, "...onların ağızlarına möhür vurarıq..." buyurulmaqdadır.
İddia sahibinə görə, ağızlara möhür vurulacaqsa, dil, necə şahidlik edəcəkdir?
Cavab:
Alimlərimizin bildirdiyinə görə, bu fərqli hökmlər, fərqli qruplar üçün tətbiq ediləcəkdir. Yasin surəsindəki ayə, Məkkədə müşriklər haqqında enmişdir. Nur surəsindəki ayə isə, Mədinə münafiqləri haqqında enmişdir. Bu səbəblə, ikisi arasında bir ziddiyyət, bəhs mövzusu deyildir. (ibn Aşur təfsiri, Yasin/65)
Bununla bərabər, Nur surəsində keçən "dillərinin əleyhlərindəki şəhadəti"ndən məqsəd, dillərin normal danışaraq deyil; onların iradəsi xaricində, bir ət parçası olaraq, dilin də, əl-ayaq kimi şahidlik etməsidir. Bu təvil də, zahirən görünən ziddiyyəti, ortadan qaldırmaqdadır. Çünki, buna görə, Nur surəsindəki ayədə də, dolaylı olaraq, ağızlarına möhür vurular; danışa bilməzlər; ancaq əl-ayaq kimi dillər də, bir ət parçası olaraq, sahiblərinin xaricində danışdırılarlar deməkdir. (Alusi, "Ruhu'l-Maani", Yasin/65)
Demək ki, "ağızlarının möhürlənməsi", yəni bağlanması ilə, onların, özlərindən danışma haqqlarının əllərindən alınacağı qəsd edilir. Yəni, bundan sonra, dilləri, onların iradələrilə danışa bilməyəcəkdir.
"Dillərin şahidlik etməsi" isə, dillərinin, öz-özlüyündən, "Bu adam, məni, belə istifadə etdi; bu fitnələrə vəsilə qıldı; məni, Sən və Sənin qullarına qarşı danışdırdı." şəklində danışmasıdır.
Dəyərli oxuyucu! İlahi ədalətin bütünü ilə təcəlli etdiyini, məhşərdəkilərə bildirmək; günahkarların yersiz etirazlarına qapı açmamaq; onları öz əleyhlərinə danışdırıb mələklərin yazıb təsbit etdiklərinin doğruluğunu isbat, İlahi ədalətin gərəyidir!
