Fussilət surəsi 21-ci ayə

وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ

"Onlar, öz dərilərinə: 'Nə üçün əleyhimizə şahidlik edirsiniz?'– deyəcəklər. Dəriləri deyəcək: 'Hər şeyi danışdıran Allah, bizi danışdırdı. Sizi ilk dəfə, O yaratmışdır və siz, axırda Ona qaytarılacaqsınız." (Fussilət/21)

--------------------------

Təfsiri:

Rəvayət edildiyinə görə, qiyamət günündə,

- Qul, belə deyəcəkdir: "Ey Əziz Rəbbim! Sən, Mənə zülm etməyəcəyini vəd etmədinmi?"

- Bunun üzərinə, Allah Taala: "Bu, sənin üçün, eynilə vaqedir." buyuracaq.

- Qul: "Mən, özümə, yenə özümdən olan bir şahid qəbul edərəm." deyər;

bunun üzərinə, Allah, onun ağzını möhürləyər və ondan meydana gələn felləri, onun üzvlərinə danışdırar. Bax, "Qulaqları, gözləri, dəriləri, özlərinin əleyhinə şahidlik edəcəkdir." ifadəsi, bunu bildirməkdədir.

Alimlər, bu şəhadətin necə olacağı xüsusunda, ixtilaf etmişlərdir. Bu cümlədən olaraq, bu xüsusda, bu 3 görüş iləri sürülmüşdür:

a. Allah Taala, o üzvlərdə, idrak, danışmaq qüvvəti və danışma felini xəlq edər; beləcə də, o üzvlər, eynilə bir adamın, görüb bildiyi bir şeyə şəhadət etməsi kimi şəhadət edərlər.

b. Allah Taala, eynilə o ağacda (Musa ilə əlaqəli olan ağacda) o danışmağı yaratdığı kimi; bu üzvlərdə də, bunlara dəlalət edən səsləri və hərfləri yaradar.

c. Allah Taala, o üzvlərdə, o insandan bu işlərin meydana gəldiyinə dəlalət edən bəzi hallar meydana gətirər. Bax bu əlamətlərə, "şəhadət etmək" adı verilmişdir. Bu, məsələn, eynilə bu aləmin hallarının dəyişməsinin, aləmin özünün muhdəs (sonradan yaradılan) olduğuna dəlalət etməsi kimidir.

Bil ki, bu məsələ, mötəzilə üçün, (izahı) çətin bir məsələdir. (Belə ki):

~ Birinci görüşə (yəni, a maddəsindəki açıqlamaya) gəlincə:

Bu, onların məzhəbinə (yəni, mötəziləyə) görə, izahı çətin bir məsələdir. Çünki, mötəziləyə görə, ağlın, qüvvətin və idrakın ola bilməsi üçün, bədənin olması, şərtdir. Bundan dolayı, dil, dil olaraq qaldığı müddətcə, elm və əqlin məhəlli, yəni, yeri olması, imkansızdır. Bu səbəblə, əgər Allah Taala, bu bədəni və onun şəklini dəyişdirəcək olsa, o, bir dil və dəri olmaqdan çıxar. Halbuki, ayətin zahiri, bu şəhadətin, qulağa, gözə və dəriyə nisbət edilmiş olduğuna dəlalət etməkdədir. İndi biz, "Haqq Taala, bu üzvlərin quruluşunu dəyişdirməz." deyəcək olsaq, bu halda, onların, ağıllı, idraklı və danışan olmaları, mümkün olmaz.

• İkinci görüşə, yəni, Allah Taala'nın, bu səsləri və hərfləri, o üzvlərdə yaratmış olduğu şəklindəki izaha gəlincə:

Bu da, mötəzilənin prinsiplərinə görə, doğru deyildir. Çünki, onlara görə, mütəkəllim (yəni, danışan), kəlam (danışma) ilə vəsf edilən deyil; şəxsən danışma felini edəndir. Çünki onlar, Allahın, o danışmanı, o ağacda yaratdığını söyləyirlər. Dolayısı ilə, o danışma felini edən, o ağac deyil; şəxsən Allah Taala'dır. Bu səbəblə, indi biz, ayə: "Allah Taala, o səsləri, hərfləri, o üzvlərdə yaratmışdır." deyərsək, bu halda, şahidlik edən, o üzvlər deyil, Allahın şəxsən Özünün olması lazım gələcək. Və yenə, bu danışmanı edənin, o üzvlər deyil; Allah Taala olması lazım gələcək. Halbuki, Quranın (yəni, bu ayətin) zahiri, bu şəhadətin, Allahdan deyil, o üzvlərdən meydana gəldiyinə dəlalət etməkdədir. Çünki Haqq Taala, "Qulaqları, gözləri, dəriləri, özlərinin əleyhinə şəhadət edəcəkdir." buyurmuşdur. Üstəlik, onlar da, o üzvlərə, "Niyə bizim əleyhimizə şahidlik etdiniz?" deyə soruşacaqlardır. Bunun üzərinə, o üzvlər də, "Bizi, hər şeyi danışdıran Allah, danışdırdı." şəklində cavab verəcəklərdir. Bütün bu ayələr, o sözləri söyləyənlərin, o üzvlər olduğuna və bu sözlərin, Allahın sözü olmadığına dəlalət etməkdədir.

Bu 2 görüşə görə, problemin ərz edilməsi, bax bu şəkildədir.

• Üçüncü görüşə, yəni, bu şahidliyin, o işlərin, (sanki) onlardan meydana gələrcəsinə o üzvlər üzərində, xüsusi bəzi əlamətlərin zühur etməsi şəklində təvil edilməsinə gəlincə, bu, həqiqətdən (yəni, ayənin, həqiqi mənasından, yəni, dildə hansı mənanı ifadə etmək üçün qoyulubsa, o mənadan) ayrılmaqdır. Halbuki, əsl olan, bunun edilməməsidir.

Bu mövzudakı sözün özü, bundan ibarətdir.

Ancaq bizim, əhl- sünnət alimlərimizə görə, belə bir problem, bəhs mövzusu deyildir. Çünki biz əhl-i sünnətə görə, həyat, elm və qüdrətin ola bilməsi üçün, bədənin olması, şərt deyildir. O halda, bu deməkdir ki, Allah Taala, bu üzvlərin hər bir parçasında, ağlı, qüdrəti və danışmağı yaratmağa qadirdir. Belə olması halında, bu problem bəhs mövzusu olmaz. Həyat və həyat ilə bağlı hər hansı bir sifət üçün bədənin şərt olmadığını bəyan xüsusunda bu ayə ilə istidlal etmək, son dərəcə gözəl olar. Allah, ən doğru biləndir...

-------------------------

Bu 3 üzvün xüsusilə ələ alınması mövzusunda, müfəssirlərin hər hansı bir səbəb və hikmətdən bəhs etdiklərini görüb müşahidə etmədim. İndi, mən (yəni, imamınız Razi) deyirəm ki:

Hiss üzvlərinin:

~ eşitmə;

~ görmə;

~ qoxlama;

~ dadmaq; və

~ toxunmaq

deyə 5 şey olduğunda, şübhə yoxdur.

Və yenə, toxunmanı təmin edən vasitənin, dəri olduğunda da şübhə yoxdur. Bundan dolayı, Allah Taala, burda, hisslərdən eşitməni, görməni və toxunmanı ələ almış; dadmaq və qoxlamaq şəklində ələ alınan digər ikisini isə, zikr etməmişdir. Çünki, dadma işi də, bəzi cəhətlərdən, toxunmaya daxildir. Çünki, bir şeyin dadını almaq, dilin dərisilə; damağın, yeyəcəyin kütləsinə təmas etməsilə meydana gəlir. Dolayısı ilə, bu iş, toxunma işinə daxildir. Geriyə, qoxlama hissi qalmaqdadır ki, bu, insanda, zatən zəif olan bir hissdir. Allahın, qoxlama hissilə bağlı, (quluna) bir mükəlləfiyyəti, bir əmri və bir qadağası yoxdur.

Bunu yaxşıca qavradığında, biz deyirik ki:

ibn Abbas (radiyallahu anh)'dan, belə dediyi rəvayət edilmişdir:

Burdakı dərilərin şəhadətilə, insanın, tənasül üzvlərinin (yəni, cinsiyyət orqanının) şəhadətini qəsd etmiş olub; bu, kinayə üslubunda söylənmiş olan bir sözdür. Necə ki, Haqq Taala,

~ cinsi münasibəti qəsd edərək, "...Lakin onlarla (yəni, qadınlarla), gizlicə vədələşməyin..." (Bəqərə/235);

~ tualet ehtiyacını təmin etmək mənasını qəsd edərək, "...yaxud sizlərdən biri ayaq yolundan gəlibsə..." (Maidə/6)

buyurmuşdur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, "İnsan oğlunun danışacaq olan ilk üzvü, onun ayağı ilə əlidir." buyurduğu rəvayət edilmişdir.

Belə olması halında, bu ayə, zina felini edənlər haqqında, şiddətli bir təhdid olmuş olur. Çünki, zinanın başlanğıcı, əl ilə olduğu kimi; sonu da, ayaq ilə olur (yəni, bu zina felinə aparması səbəbilə).

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)

---------------------

---------------------

Əlavələr:

Biz, yuxarıda, c maddəsində, "Allah Taala, o üzvlərdə, o insandan bu işlərin meydana gəldiyinə dəlalət edən bəzi hallar meydana gətirər." demişdik.

Bu əlamətlərə də, danışmaq və şəhadət etmək mənası verilə bilər.

Yəni, axirətdə, orqanların danışması və ya şahidlik etməsini, günahkarın təqibində istifadə edilən barmaq izi, ayaq izi kimi dəlillər mənasında da başa düşə bilərik. Cinayət məhəllində buraxılan barmaq izi, ayaq izi və başqa maddi dəlillər qarşılaşdırılaraq, günahkarı tutmaq və cəza vermək, günümüzdə də məhkəmələrdə istifadə edilməkdədir. Buna görə, ayələrdə, bu həqiqət bildirilməkdədir:

Axirətdə, mühakimə vaxtında, günahkarların, şəxsən öz orqanları, işlədikləri günahların onlarda buraxdığı izlər vasitəsilə, günahlarını ortaya qoyacaqlardır. Orqanların şəhadəti, dünyada da mövcuddur. Necə ki, insan, sevdiyi şəxsi görüncə, simasında bunun işarəti meydana gəlir; yaxud günah işlədiyində, üzü saralır, qızarırsa; eyni şəkildə, axirətdə də, orqanlar, üzərində günahların izlərini daşıyaraq şəhadət edəcəklərdir. Bunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisi də dəstəkləməkdədir:

"Mömin bir qul, bir günah işlədiyində, qəlbində qara bir nöqtə meydana gələr..."

İşlənən günah səbəbilə meydana gələn ləkə, axirət həyatında ortaya çıxacaq şahidlik olaraq başa düşülə bilər.

Bu gün, fənlərin də təsbit və təsdiq etdiyi kimi, hər şeyin, yəni bizi meydana gətirən zərrə/atomların, yaddaşı vardır.

Read 18 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR