Ğafir surəsi 52-ci ayətin təfsiri
يَوْمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ
"O gün zalımlara üzr diləmələri, heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir." (Ğafir/52)
------------------------
Təfsiri:
"O gün zalımlara üzr diləmələri, heç bir fayda verməyəcəkdir."
Haqq Taala, burda, onların üzrlərinin, onlara heç bir faydası olmayacağını söyləməkdə; başqa bir ayədə isə, belə buyurmaqdadır:
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
"Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir." (Mursəlat/36)
Bu 2 ayə arasında, ən azından, zahiri mənada bir ziddiyyət vardır. Çünki, ayələrin:
~ birində: üzrləri olsa belə, bunun, onlara fayda verməyəcəyi ifadə edilməkdə;
~ digərində isə: onlara, üzr bildirmə icazəsi verilməyəcəyi xəbər verilməkdədir.
Möhtəməldir ki, onlara, üzr bildirmə icazəsi verilməyəcək; lakin onlar, icazə verilmədiyi halda, üzrlərini dilə gətirəcək, ancaq üzrləri qəbul edilməyəcək və bunun, onlara bir faydası olmayacaqdır.
Beləcə, hər 2 ayənin də, eyni şeyi ifadə etdiyi başa düşülür.
"O gün zalımlara üzr diləmələri, heç bir fayda verməyəcəkdir." cümləsi:
~ üzrləri olsa belə, üzrləri qəbul edilməyəcək mənasına da gəlir;
~ Ancaq, üzr diləmək üçün özlərinə icazə verilməz ki üzr diləsinlər mənasına da gəlir.
Necə ki, Haqq Taala, başqa bir ayədə, belə buyurur:
وَٱتَّقُوا۟ يَوْمًا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍ شَيْـًٔا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنفَعُهَا شَفَـٰعَةٌ وَلَا هُمْ يُنصَرُونَ
"Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək." (Bəqərə/123)
Yəni, onlar, bu imkanlara sahib olsalar da, qəbul edilməyəcəkdir.
Eyni mənadakı başqa bir ayədə də, belə buyurulur:
فَمَا تَنفَعُهُمْ شَفَـٰعَةُ ٱلشَّـٰفِعِينَ
"Odur ki, şəfaət edənlərin şəfaəti, onlara fayda verməz." (Mursəlat/48)
Yəni, onların, özlərinə yardım edəcək şəfaətçiləri olsa da, şəfaətləri, onlara heç bir fayda verməz, qalsın şəfaətçiləri də olsun! Buna görə,
"O gün zalımlara üzr diləmələri, heç bir fayda verməyəcəkdir." cümləsi:
Onlar, üzr diləyərlər, ancaq üzrləri qəbul edilməz və üzrlərinin, onlara heç bir faydası olmaz, deməkdir. Allah, ən gözəl biləndir...
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
-----------------------
İmam Fəxrəddin ər-Razi isə, öz təfsirində belə deyir:
Belə də deyilə bilər:
Qiyamət günü, çox uzun bir gündür. Bundan dolayı, onlar, bu günün hər hansı bir mərhələsində, üzr bəyan edə bilərlər; digər mərhələlərində isə, etməyə bilərlər.
