Kəhf surəsi 105-ci ayə
...فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَزْنًا
"Biz, qiyamət günündə, onlar(ın əməlləri üçün) bir tərəzi qurmarıq." (Kəhf/105)
--------------------
Təfsiri:
Bu xüsusda, bu izahlar verilmişdir:
1. Yəni Biz, onları, (o gün) xor görərik. Onların, Bizim yanımızda, heç bir qiymətləri yoxdur.
(Yəni, bu görüşə görə, "onlar üçün tərəzi qurulmaması"ndan məqsəd, onların, dəyərsiz bir mövqedə olmasıdır.)
2. Biz, onlar üçün, bir tərəzi qurmarıq. Çünki tərəzi, ancaq itaət və günahların nisbətini təyin etmək və həm günah, həm savabı olan möminlər üçün qoyular.
3. Qadi, belə deyir: "Günahları çox olan kimsənin etmiş olduğu ibadətlər, sanki heç edilməmiş kimidir. Bundan dolayı, onların heç biri, tərəziyə girməz."
Bu təfsir, mötəzilədən olan Qadi'nin, "əməllərin boşa çıxması və silinməsi" görüşünə görədir. (Yəni, adamın bütün əməlləri boşa getdiyi üçün, artıq onun üçün tərəzi qurulmasına ehtiyac qalmamışdır.)
(imam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
--------------------------
Əlavələr:
Müfəssirlər, hər 2 görüş haqqında, yəni:
1. Kafirlər üçün tərəzi qurulmaz.
2. Kafirlər üçün tərəzi qurular.
fikir bildirmişlərdir.
Biz isə, belə deyirik ki:
Kafirlər üçün də bir tərəzi qurulacaqdır. Lakin onlar üçün qurulan bu tərəzi, dəyərsiz, ağırlığı olmayan, qiymət ifadə etməyən bir tərəzi olacaqdır. Belə desək, sanki bu tərəzi, heç qurulmamış kimi olacaqdır. Bununla bərabər,
Bu ayələrdə, etdikləri əməlləri boşa çıxan, pis işlər görərkən, yaxşı işlər gördüklərini zənn edən kimsələrdən bəhs edilməkdədir. Həqiqətdə isə, bu əməllərin, Allah qatında bir dəyəri yoxdur. Dolayısı ilə, bu əməlləri üçün tərəzi qurulmaz. Yəni, -bütün əməlləri deyil- bu əməlləri, tərəzidə çəkilməz. Çünki bunlar, yox hökmündədirlər.
