Qadına toxunmaqdan dolayı dəstəmaz pozulurmu?

120. Ata'nın, Aişə (radiyallahu anha)'dan rəvayətinə görə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), xanımlarından birini öpərdi və sonra, dəstəmaz almadan namaz qılardı.

Hədisi, Bəzzar rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 39)

Hədislə bağlı "Nasbu'r-Rayə"də (l, 38) belə deyilməkdədir:

Bəzzar, hədisi, "Müsnəd"ində,

İsmayıl b. Yaqub b. Sabih ---> Muhamməd b. Musa b. Ayən ---> atası ---> Abdu'l-Kərim əl-Cəzəri ---> Ata ---> Aişə (radiyallahu anha)

isnadı ilə rəvayət etmişdir.

Zeylai, isnadda yer alan bütün ravilərin siqa olduğunu zikr etməkdə; və hədisi, Bəzzar'ın isnadı ilə nəql etdikdən sonra, Abdu'l-Haqq'ın bu açıqlamasına yer verməkdədir:

Hədisin tərkini gərəkdirəcək bir illətini (qüsurunu) bilmirəm. Hədisin zəifliyi xüsusunda əvvəlki alimlərdən, "Abdu'l-Kərim'in, Ata vasitəsilə nəql etdiyi hədis, zəifdir; səhih deyildir." şəklindəki Yəhya b. Main'in açıqlaması xaricində, bir açıqlama da bilmirəm. Siqa ravinin, hədisi tək başına rəvayət etməsi, onun sihhətinə zərər verməz. Hədisin, haqqında danışılan ayətdən (yəni, Nisa surəsi 43-cü ayətdən) əvvəl olduğu; və ya ayətdəki "muləməsə" kəliməsinin, ibn Abbas (radiyallahu anh)'ın açıqladığı kimi, cinsi münasibət mənasında istifadə edildiyi, bu hədislə başa düşülməkdədir. (haşiyə)

-----------------

(Haşiyə:

Hədislə bağlı ibn Həcər (Asqalani'nin) açıqlaması, belədir:

Həbib ---> Urvə ---> Aişə (radiyallahu anha)

isnadı ilə, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), xanımlarından birini öpərdi və sonra, dəstəmaz almadan namaza çıxardı." ləfzlərilə rəvayət edilən hədisin illətli olduğu, əbu Davud, Tirmizi, Daraqutni, Beyhaqi və ibn Hazm tərəfindən ifadə edilmişdir. Bu mövzuda, səhih bir rəvayət yoxdur. Səhih olduğu qəbul edilsə belə, bunun, qadına toxunmaqdan dolayı dəstəmaz almaq lazım gələcəyini bildirən ayətin nazil olmasından əvvəl tətbiq edildiyi şəklində başa düşülməlidir. (ibn Həcər, "Təlxisu'l-Habir", l, 133).

Hədisi, Nəsai ("Təharət", 120, 121) də rəvayət etmişdir. Əsli, "Sahiheyn"də mövcuddur.

-----------------------------

Daraqutni'nin,

Abdu'r-Rahmən b. Mehdi ---> Süfyan əs-Sevri ---> Abdu'l-Kərim

isnadı ilə nəqlinə görə, Ata:

"Qadını öpməkdən dolayı, dəstəmaz pozulmaz." demişdir. (haşiyə)

-----------------------------

(Haşiyə:

Daraqutni, "Sünən", l, 137. Daraqutni'nin rəvayəti, "(Qadını) öpmək, dəstəmazı və orucu pozmaz." şəklindədir.

İshaq b. Rahuyə, "Müsnəd"ində (lV, 77):

Bəqiyyə b. Vəlid ---> Abdu'l-Məlik b. Muhamməd ---> Hişam b. Urvə ---> atası ---> Aişə (radiyallahu anha)

isnadı ilə nəqlinə görə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), oruc ikən, Aişə'ni öpmüşdür.

Hədisdə zikr edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Aişə (radiyallahu anha)'ya xitabən:

"Ey Humeyra! Dinimizdə genişlik vardır." buyurmuşdur.

İshaq b. Rahuyə, "Burda, bir xəta edildiyindən qorxuram." demişdir.

Zəhəbi, bu hədisi, "Mizanu'l-İ'tidal"ında, Daraqutni'nin aşağıda zikr ediləcək ləfzlərilə mücməl olaraq zikr etmiş və:

"Hədisi, Bəqiyyə, 'an' ləfzilə rəvayət etmişdir." demişdir.

Daraqutni də, hədisin zəif olduğunu söyləmişdir.

Eyni məlumatlar, "Lisanu'l-Mizan"da da mövcuddur. Ancaq orda, "an" ləfzi, yoxdur. Bu ləfzi zikr etməkdən məqsəd isə, Bəqiyyə'nin, hədisi, muanan (ənənəli, ondan ondan deyərək) rəvayət etdiyini ifadə etməkdir. Beləcə, Daraqutni'nin, hədisi, bəhsi keçən ləfzlə rəvayət etdiyinə işarət etməkdədir.

İbn əbi Davud da, hədisi,

ibnu'l-Musaffa ---> Bəqiyyə ---> Abdu'l-Məlik b. Muhamməd

isnadı ilə, "(Qadını) öpmək, dəstəmazı pozmaz." şəklində mücməl olaraq rəvayət etmişdir.

Zeylai, İshaq b. Rahuyə'nin, "Burda, bir xəta edildiyindən qorxuram (və ya narahatam)." qismi xaric, hədisi, "Nasbu'r-Rayə"də (l, 73) zikr etmişdir. Ancaq o, hədisin sihhətilə bağlı açıqlama verməmiş; illətindən də bəhs etməmişdir. "əd-Dirayə"də (s. 20) də, onun bu yolu izlənilmişdir.

Hədisin təxrici və illəti haqqında danışılanlar, bundan ibarətdir.

--------------------------

Hədisi, mərfu olaraq rəvayət edən, (hədisə) ziyadə etmişdir. Siqa ravinin ziyadəsi isə, məqbuldur və belə bir halda, mərfu nəql edənin rəvayəti tərcih edilir. Ata'nın, bir dəfə, bu sözlə fətva vermiş olması; bir dəfəsində də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nisbət edərək (mərfu) söyləmiş olması da, ehtimal daxilindədir.

Deyirəm:

Müəllifin də ifadə etdiyi kimi, hədis, səhihdir və mövzuya dəlaləti də, açıqdır.

----------------------------

----------------------------

121. Aişə (radiyallahu anha), belə deyir:

Mən, qarşısında cənazə kimi uzanmış ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm), namaz qılardı. Vitr namazını qılacağı vaxt, ayağı ilə Mənə toxunardı.

Hədisi, Nəsai ("Kitabu't-Təharət", 120, 1/166) rəvayət etmişdir. İsnadı, səhihdir. Hədis, ayədə zikr edilən "ləms" kəliməsinin, "toxunmaq" deyil, "cinsi münasibət" mənasına gəldiyinə dair dəlil olaraq gətirilmişdir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazda ikən Aişə (radiyallahu anha)'ya toxunmuş və namazına davam etmişdir. ("Təlxisu'l-Habir", l, 48) "Nasbu'r-Rayə"də (l, 38) də, hədisin isnadının, "Səhih"in şərtlərini daşıdığı ifadə edilməkdədir. (haşiyə)

----------------------

(Haşiyə:

Hədisi, bununla bərabər:

~ Beyhaqi, 2/275;

~ Abdu'r-Razzəq, "Musannəf", 2374;

~ Xatib Bağdadi, "Tarix", 14/275

də rəvayət etmişlərdir.)

-----------------------

Hədisin, mövzuya dəlaləti, açıqdır. Sindi'nin, hədislə bağlı "Tə'liqu'n-Nəsai"dəki (l, 38) açıqlaması, belədir:

Burda, şəhvətsiz bir toxunmadan bəhs edildiyi, bilinməkdədir. Nəsai, hədisi, şəhvətsiz toxunmağın dəstəmazı pozmayacağına dəlil olaraq zikr etmişdir. Şəhvətlə toxunmağın dəstəmazı pozmayacağına dəlil isə, bu xüsusda bir dəlilin olmamasıdır. Toxunmağın dəstəmazı pozmayacağına dair, bu, kifayət edir.

Şəhvətlə toxunmağın da dəstəmazı pozmayacağına dair dəlil, aşağıda zikr ediləcək olan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, dəstəmazlı ikən, xanımlarından birini öpdüyü ilə bağlı hədisdir. Bilindiyi kimi, öpməkdə, ümumiyyətlə şəhvətlə təmas vardır.

...أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ...

Əv ləməstumu'n-nisəə.

Yəni:

"Yaxud qadınlara toxunduğunuzda..." (Nisa/43) ayətində keçən "ləməsə" felinin mənası, "cinsi münasibət" olması, tərcihə daha uyğundur. Bu, ümmətin böyüklərindən, millətin (yəni, müsəlmanların elm) dəryası, seyyidimiz ibn Abbas (radiyallahu anh)'ın təfsiridir. "Ğayətu'l-Maqsud"da (l, 179) bildirildiyinə görə, ibn Kəsir, "ibn Abbas'ın bu görüşdə olduğu, bir çox səhih isnadla nəql edilmişdir." demişdir. Bu görüşdə, toxunmaq ilə, cinsi münasibətin qəsd edildiyi ifadə edilməkdədir. (Zeylai, "Nasbu'r-Rayə", l, 71) Necə ki, ibn Abbas: "Ayədə zikr edilən mulaməsə (toxunma) ilə qəsd edilən, cinsi münasibətdir. Ancaq Allah, bunu, kinayə yolu ilə ifadə etmişdir." demişdir.

Aişə (radiyallahu anha)'nın, "Sahiheyn"dəki rəvayəti isə, belədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), namaz qılarkən, ayaqlarım qiblə tərəfində, qarşısında yatardım. Səcdəyə getdiyində, Mənə toxunar; Mən də, ayaqlarımı çəkərdim. Səcdədən qalxdığında, ayaqlarımı təkrar uzadardım. O günlərdə, evdə işıq olmazdı. (Buxari, "Salət", 22; Muslim, "Salət", 267)

 

✓ Toxunmağın dəstəmazı pozacağına dair dəlillərdən biri:

Abdullah b. Məsud (radiyallahu anh)'ın: "Cinsi münasibət olmadan, kişinin qadının bədəninə şəhvətlə toxunması, dəstəmazı pozar." şəklindəki sözüdür.

Taberani, "əl-Mu'cəmu'l-Kəbir"də (lX, 249) rəvayət etmişdir. Hammad b. əbi Süleyman xaricindəki raviləri, siqadırlar. Onun rəvayətlərinin dəlil olaraq götürülməsində isə, ixtilaf edilmişdir.

 

✓ Toxunmağın dəstəmazı pozacağına dair bir digər dəlil:

əbu Ubeydə b. Məsud (radiyallahu anh)'ın, bu sözüdür:

Kişinin dəstəmazı, mübaşirət (bədənin bədənə təması); əlilə toxunması və xanımını öpməsilə pozulur. "...Yaxud qadınlara toxunduğunuzda..." (Nisa/43) ayətində qəsd edilən də, əlilə toxunmaqdır.

Taberani, "əl-Mu'cəmu'l-Kəbir"də (lX, 249) rəvayət etmişdir. əbu Ubeydə, özündən rəvayət etdiyi atasından, hədis eşitməmişdir.

 

✓ Toxunmağın dəstəmazı pozacağına dair bir digər dəlil:

Daraqutni'nin rəvayət etdiyi Muaz b. Cəbəl (radiyallahu anh) hədisidir. Daraqutni'nin, Abdu'r-Rahmən b. əbi Leyla vasitəsilə nəqlinə görə:

Muaz b. Cəbəl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında oturarkən, bir adam gələrək: "Ey Allahın rəsulu! Halalı olmayan bir qadınla cinsi münasibət xaricində xanımı ilə etdiyi hər şeyi edən kimsə haqqında, nə buyurursan?" deyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Gözəlcə dəstəmaz al. Sonra da qalx, namazını qıl." buyurdu. Bunun üzərinə, Allah (azzə və cəllə):

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ...

"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl!" (Hud/114) ayətini endirdi.

Muaz b. Cəbəl (radiyallahu anh)'ın: "Bu, sadəcə ona xasdır? Yoxsa bütün müsəlmanlara?" sualına isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Əksinə, bütün müsəlmanlara aiddir." deyə buyurdu. (haşiyə)

--------------------------

(Haşiyə:

Hədisi:

~ Daraqutni, "Sünən", l, 134;

~ Hakim, "Müstədrək", l, 135;

~ Beyhaqi, "əs-Sünənu'l-Kubra", l, 125

rəvayət etmişlərdir.

Hədis, zəifdir.

Tirmizi ("Təfsir", 12), hədisin isnadı haqqında, belə deyir:

Hədisin isnadı, muttəsil (bitişik) deyildir. Çünki, Abdu'r-Rahmən b. əbi Leyla, Muaz b. Cəbəl'dən hədis eşitməmişdir. Muaz, Ömər'in xilafəti dövründə vəfat etmişdir. Ömər (radiyallahu anh) isə, Abdu'r-Rahmən b. əbi Leyla 6 yaşında olarkən şəhid edilmişdir. O, kiçikliyində, Ömər (radiyallahu anh)'ı görmüş və sonraları, Ondan hədis rəvayət etmişdir.

Bu hədisi, Şu'bə də,

Abdu'l-Məlik b. Umeyr ---> Abdu'r-Rahmən b. əbi Leyla ---> Peyğəmbər (sallallahu aleyhi və səlləm)

isnadı ilə, mürsəl olaraq rəvayət etmişdir. Daraqutni isə, hədisi nəql etdikdən sonra, səhih olduğunu bildirmişdir. Hakim ən-Nisaburi də, hədisin səhih olduğunu bildirmiş; Zəhəbi isə, (hədis haqqında), hər hansı bir söz danışmamışdır.

Doğrusu isə, Tirmizi və Beyhaqi'nin qəti bir şəkildə ifadə etdikləri kimi, hədis, munqati (qopuq)'dur və isnadı da, zəifdir.

Hədisdə bəhsi keçən hadisə, "Sahiheyn", "Sünənlər", "Müsnəd" və digər hədis kitablarında, fərqli səhabələrdən, bir çox fərqli isnadla rəvayət edilməkdədir. Ancaq bunların hər hansı birində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bəhsi keçən adamla bağlı olaraq, dəstəmaz alıb namaz qılmasını əmr etdiyi, zikr edilməməkdədir. Bu, "dəstəmaz alıb namaz qılmaq" qisminin olduğu rəvayətin, münkər olduğunu göstərməkdədir.

əbu Musa əl-Mədini'nin, "əl-Lətaif"ində (ll, 66), hədisi, Əhməd b. Hənbəl isnadı ilə nəql etdikdən sonra, hədisin bir əslinin olduğunu ifadə etmək üzərə, "Bu, məşhur bir hədisdir. Bir çox isnadı vardır." şəklindəki açıqlaması, hədisin bir çox isnadla rəvayət edilməsi cəhətindən, doğrudur. Ancaq bəhsi keçən ziyadəli rəvayəti, munqati'dir və tək isnadla gəlməkdədir.

ibnu'l-Cevzi, "ət-Təhqiq"də (l, 113), belə deyir:

İlk əvvəl, hədis, zəifdir. İsnadı səhih olsa belə, onunla, qəti bir dəlil olaraq dəlil gətirmərik. Çünki, hədisdə, dəstəmaz almaq əmri, qadına toxunmasından dolayı deyildir. Hətta bəhsi edilən adam, dəstəmazlı belə deyildir ki, onun dəstəmazının pozulduğu və dəstəmaz alması əmr edilsin. Başqa səhih bir hədisdən başa düşüldüyünə görə, burda sözü keçən adama dəstəmaz alması, işlədiyi bir günaha, kəffarət olması səbəbilə əmr edilmişdir. Necə ki, "Sünən" kitablarında və digər hədis kitablarında yer alan bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Günah işlədikdən sonra dəstəmaz alıb 2 rükət namaz qılan hər müsəlmanın, günahı bağışlanar." buyurmuşdur.

"əl-Muxtara"nın hədislərini incələyərkən ifadə etdiyim üzərə, hədisin səhih olduğunu, bir çox alim bildirmişdir.

Digər tərəfdən, əgər dəstəmaz almaq əmri, qadına toxunmaq səbəbilədirsə, bunun, xüsusi bir hal ilə bağlı olma ehtimalı vardır. Necə ki, danışılan hadisədən, adamın, məzisinin gələ biləcəyi başa düşülməkdədir. Məzi isə, şəhvətlə və ya şəhvətsiz olsun, dəstəmazı pozmaqdadır. Əksinə, əbu Davud, digər hədis alimləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, xanımlarından birini öpdükdən sonra, dəstəmaz almadan namaz qıldığını, səhih olaraq rəvayət etmişlərdir.

---------------------------------

Bəhsi keçən rəvayətlərin, qadına toxunmağın dəstəmazı pozacağına dair dəlil olaraq gətirilməsi haqqında, bunları deyirik:

• İlk rəvayət, məvquf (ibn Məsud'un fətvası) olub, mərfu (Peyğəmbər sallallahu aleyhi və səlləm'in sözü) ilə zidd düşdüyü, iləri sürülə bilməz! (Yəni, ilk əvvəl, bunu isbat etməlisiniz ki, səhabənin sözü, necə olur ki, Peyğəmbərin sözünə müxalif olur? Qadına toxunmaqla dəstəmazın pozulmasına dair gətirilən bu rəvayətdə, səhabə sözü ilə Peyğəmbər sözü arasındakı ziddiyyəti ortadan qaldırmağınız lazımdır.)

• İkinci rəvayətin dəlil ola bilməsi, bəhsi edilən şəxsin, daha əvvəl dəstəmazlı olduğunun; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, təbərrük məqsədilə deyil, qadına toxunması səbəbilə ona dəstəmaz almağını əmr etdiyinin təsbit edilməsilə mümkündür. Çünki, ehtimalın olduğu yerdə, dəlildən danışıla bilməz! Necə ki, Zeylai də, "Bu rəvayət, mövzu ilə bağlı dəlil ola bilməz. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona, dəstəmazı pozulduğu üçün deyil; işlədiyi xəta səbəbilə dəstəmaz almasını əmr etmişdir. Bu səbəblə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Gözəlcə bir dəstəmaz al.' buyurmuşdur." (Zeylai, "Nasbu'r-Rayə", l, 36) deməkdədir.

--------------------------

--------------------------

122. əbu Bəkr b. əbi Şeybə ---> Vəki ---> A'məş ---> Həbib b. əbi Sabit ---> Urvə b. Zubeyr

isnadı ilə rəvayət edildiyinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), xanımlarından birini öpdükdən sonra, dəstəmaz almadan, namaz qıldı."

Urvə b. Zubeyr, Ona: "O xanımı, Səndən başqası deyildir." deyincə, Aişə (radiyallahu anha), gülmüşdür.

Hədisi, ibn Macə ("Təharət", 69) rəvayət etmişdir (Hədis, səhihdir!).

Hədislə bağlı, Zeylai, belə deyir:

"Bütün raviləri, siqadır; isnadı da, səhihdir. ibn Abdi'l-Bərr də, hədisin səhih olduğu görüşündədir. Necə ki, onun, hədislə bağlı açıqlaması, belədir:

Kufəlilər, ravilərinin siqa hədis imamlarından olması səbəbilə, hədisin səhih olduğunu bildirmişlərdir. Daha böyüklərindən də rəvayət etməsi səbəbilə, Həbib'in Urvə'yə çatdığı, inkar edilə bilməz. Bununla bərabər, o, Urvə'dən böyükdür və ondan daha əvvəl vəfat etmişdir. Başqa bir yerdə isə, Həbib'in, Urvə'yə çatdığında şübhə olmadığını ifadə etməkdədir." (Zeylai, "Nasbu'r-Rayə", l, 37)

Hədisin, mövzuya dəlaləti, açıqdır. İsnadı ilə bağlı, sihhətinə zərər verməyən uzun kəlam edilmişdir. Bunlar, Zeylai'nin bu əsərində, mövcuddur.

-----------------------

-----------------------

123. Aişə (radiyallahu anha), belə deyir:

Bir gecə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, yataqda olmadığını hiss etdim və əlimlə yoxlamağa başladım. O, səccadəsində ikən, əlim, ayaqlarının altına toxundu. Ayaqları bükülmüş, 'Ey Allahım! Qəzəbindən rizana sığınıram.' deyə dua edirdi. (Muslim, "Salət", 222)

Hədislə bağlı, Zeylai'nin açıqlaması, belədir:

"Müxaliflərimiz, hədisdəki toxunmanın, bir başa olmadığını; arada bir əngəlin olduğu mənasına həml etmişlərdir. Bu, -aşağıda görüləcəyi üzərə-, ləfzlərdən hərəkətlə, edilməsi çətin bir təvildir." (Zeylai, "Nasbu'r-Rayə", l, 37)

Deyirəm:

O, Aişə (radiyallahu anha)'nın, "Əlim, ayağına toxundu." ifadəsinin, -Şafii'lərin görüşünün əksinə- toxunmağın, özünə toxunulan kimsənin dəstəmazını pozmayacağına dəlalət etdiyini bildirmək istəmiş olmalıdır. Çünki, "Rahmətu'l-Ummə"də (s. 6) zikr edildiyi üzərə, Şafiilərə görə, toxunma, özünə toxunulan kimsənin dəstəmazını pozmaqdadır. Hədis isə, onların əleyhinə dəlildir. Hədisi təvilləri isə, görüşlərini dəstəkləmək məqsədilə zikr etdikləri təvildən ibarətdir. Şəvkani, "Nəylu'l-Əvtar"da (l, 90),

-ibn Həcər'in, Aişə (radiyallahu anha) hədisilə bağlı "Fəthu'l-Bari"də bəhsi keçən toxunmağın, bir başa olmadığını; arada bir əngəlin olduğunu; və ya bunun, şəxsə xüsusi olduğu şəklindəki təvillərinin, çətin və hədisin zahirinə müxalifliyini-

ifadə etməkdədir.

---------------------------

---------------------------

124. ibn Abbas (radiyallahu anh), belə demişdir:

"Öpmək, dəstəmazı pozmaz."

Daraqutni ("Sünən", l, 143) rəvayət etmiş və səhih olduğunu söyləmişdir.

ibn Abbas (radiyallahu anh)'ın sözünün, bab'a (mövzuya) dəlaləti, açıqdır.

--------------------------

--------------------------

125. Muhamməd b. Musənna ---> Yəhya b. Səid ---> Süfyan ---> əbu Ravq ---> İbrahim ət-Teymi

isnadı ilə rəvayət edildiyinə görə,

Aişə (radiyallahu anha), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, xanımlarından birini öpdükdən sonra, dəstəmaz almadan namaz qıldığını söyləmişdir.

Bunu rəvayət edən Nəsai ("Təharət", 121. Hədis, səhihdir!), mürsəl olsa da, bu mövzuda bundan daha sağlam bir hədis olmadığını ifadə etmişdir. Çünki, əbu Davud'un "Mərasil"ində bildirdiyi üzərə, İbrahim ət-Teymi, Aişə (radiyallahu anha)'dan hədis eşitməmişdir. Bizə görə, siqa ravilərin mürsəl rəvayətləri, hüccətdir. Bununla bərabər, bu rəvayət, muttəsil (bitişik) olaraq da rəvayət edilmişdir. Necə ki, Daraqutni:

"Bu hədis,

Müaviyə b. Hişam ---> Süfyan əs-Sevri ---> əbu Ravq ---> İbrahim ət-Teymi ---> atası ---> Aişə (radiyallahu anha)

isnadı ilə rəvayət edilmişdir." demək surətilə, hədisin, muttəsil olaraq da rəvayət edildiyini açıqlamışdır. Beləcə, isnaddakı qopuqluq şübhəsi, ortadan qalxmışdır.

Muslim, "Səhih"ində, Müaviyə b. Hişam'dan hədis rəvayət etmişdir.

Hakim ən-Nisapuri də, əbu Ravq Atiyyə b. Haris'dən, "əl-Müstədrək"ində hədis rəvayət etmişdir. Onun haqqında:

~ Əhməd b. Hənbəl, "ləysə bihi be's / onda bir beis yoxdur";

~ ibn Main, salihdir (yəni, rəvayətləri dəlil ola bilər);

~ əbu Hatim, saduq (doğru sözlü)'dür

demək surətilə, siqa olduğunu ifadə etmişlərdir.

~ ibn Abdi'l-Bərr (əl-Maliki) də, Kufəlilərin, onun siqa olduğunu söylədiklərini bildirmişdir.

~ ibnu't-Türkməni (əl-Hənəfi)'nin də ("əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 33) zikr etdiyi kimi, onun, hədis rəvayətinə əhil olmadığını söyləyən, hər hansı bir kimsə yoxdur.

Sindi'nin də ("Haşiyətu's-Sindi", l, 39) bildirdiyi üzərə, hədisin dəlil olduğunda, ittifaq vardır.

125 no-lu hədis olan Muhamməd b. Musənna rəvayətilə (iləridə gələcək olan) 128 no-lu Əli b. Əbdü'l-Əziz əl-Vərraq rəvayətləri arasındakı hədislər haqqında, bunları deyirəm:

Müxaliflərin, mürsəl olmasını iləri sürərək İbrahim ət-Teymi hədisi haqqındakı tənlərini ortadan qaldıra bilmək üçün, Aişə (radiyallahu anha) hədisinin, fərqli təriqlərini zikr etmiş oldum. Verdiyimiz nəqllərdən, Aişə (radiyallahu anha) hədisinin mürsəl və muttəsil olmaq üzərə, bir çox rəvayətinin olduğu ortaya çıxmaqdadır. ibnu't-Türkməni'nin ("əl-Cəvhəru'n-Naqi", l, 48) Beyhaqi'dən nəql etdiyi kimi, Şafi'yə görə, başqa bir isnadla muttəsil olaraq rəvayət edildiyində; və ya səhabə feli və fətvası ilə dəstəkləndiyində, böyük tabiunların mürsəl rəvayətləri, dəlil olaraq istifadə edilə bilər. Burda da, belədir. Çünki, mürsəl olaraq rəvayət edilən Aişə (radiyallahu anha) hədisinin, bir tərəfdən, Nəsai tərəfindən səhih olduğu ortaya qoyulmuş; Daraqutni də, siqa ravilər vasitəsilə, onu, muttəsil olaraq rəvayət etmişdir. İbrahim ət-Teymi xaricində də, bir çox kanaldan nəql edilmişdir. Dolayısı ilə, Aişə (radiyallahu anha) hədisinin dəlil olduğunda, ittifaq vardır. Necə ki, hədislə bağlı olaraq Şəvkani ("Nəylu'l-Əvtar", l, 190) də, belə deməkdədir:

"Öpməklə bağlı hədisin zəif və mürsəl olduğu iddialarına veriləcək cavab, hədisdəki zəiflik, bir çox isnadla rəvayət edilərək, ortadan qalxmışdır. Digər tərəfdən, hədisin, həm mərfu, həm də məvquf rəvayəti vardır. Üsul alimlərinə görə, belə halda, mərfu rəvayət tərcih edilir."

Əzimabadi, "ət-Tə'liqu'l-Muğni" adlı əsərində, əbu Bəkr b. əbi Şeybə rəvayətilə bağlı olaraq, belə deyir:

"Bu hədisi, Aişə (radiyallahu anha)'dan, Muhamməd b. Abdullah b. Amr b. As'ın qızı Zeynəb əs-Sehmiyyə də rəvayət etmişdir. Hədisi, Zeynəb əs-Sehmiyyə'dən, qardaşının oğlu Amr b. Şuayb rəvayət etmişdir. Haccac b. Ərtat isə, ondan rəvayətdə, təfərrüd etmiş (tək qalmış)'dır. Bu rəvayət haqqında, müəllifin açıqlaması, belədir:

Zeynəb əs-Sehmiyyə, məchul bir ravidir. Onun rəvayəti, dəlil olaraq gətirilə bilməz. Buna baxmayaraq, Zeylai'nin, 'Bu, ceyyid bir isnaddır.' açıqlaması, heyrət vericidir."

Deyirəm:

Bizə görə də, əsl, müəllifin, "Haccac b. Ərtat isə, Amr b. Şuayb'dan rəvayətdə tək qalmışdır." açıqlaması, heyrət vericidir. Çünki, Daraqutni'nin,

Hişam ---> Əbdü'l-Həmid ---> Əvzai ---> Amr b. Şuayb ---> Zeynəb ---> Aişə (radiyallahu anha)

isnadı ilə nəql etdiyi üzərə, Amr b. Şuayb'dan rəvayətdə, Əvzai, ona mutabaat etmişdir.

Müəllifin, "Zeynəb əs-Sehmiyyə, məchul bir ravidir." açıqlaması da, doğru deyildir. Çünki, ibn Həcər, onunla bağlı olaraq, belə demişdir:

"Zeynəb əs-Sehmiyyə, öpməklə bağlı hədisi, möminlərin anası Aişə (radiyallahu anha)'dan rəvayət etmişdir. Özündən də, qardaşı və qardaşının oğlu Amr b. Şuayb rəvayət etmişdir.

Deyirəm:

ibn Hibban, onu, "əs-Siqat"ında zikr etmişdir." (ibn Həcər, "Təhzib", Xll, 422)

İki siqa ravinin özündən hədis nəql etdiyi kimsə, məchul olmaqdan qurtulmuş olur. ibn Hibban, onun halını bilərək, onun siqa olduğunu söyləmişdir. Bilən kimsənin açıqlaması isə, bilməyənə tərcih edilir. Zeylai də, möhtəmələn, Daraqutni'nin deyil, ibn Hibban'ın qövlünə iltifat etmişdir.

"...yaxud qadınlara toxunduğunuzda..." (Nisa/43) ayətilə bağlı olaraq, imam əbu Cəfər ət-Tabəri, təfsirində belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, xanımlarından birini öpdükdən sonra dəstəmaz almadan namaz qıldığı, səhih olduğuna görə; Allah, bu ayədə, "ləms" kəliməsinin digər mənalarını deyil; cinsi münasibət mənasını qəsd etmişdir."

Daha sonra, Tabəri, mövzu ilə bağlı hədisləri zikr etməkdədir. Onlardan biri də,

"əbu Kureyb ---> Hafs b. Ğiyas ---> Haccac ---> Amr b. Şuayb ---> Zeynəb əs-Sehmiyyə

isnadı ilə nəql etdiyi,

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, xanımlarından birini öpdükdən sonra dəstəmaz almadan namaz qıldığını ifadə edən hədisdir." (Tabəri, V, 67)

Tabəri'nin hədisi nəql etmə tərzindən, onun, hədisi, səhih olaraq qəbul etdiyi başa düşülməkdədir. Zeylai'nin, onun hədisini ceyyid olaraq görməsi də, bundan güc almaqdadır.

ibnu't-Türkməni'nin ("əl-Cəvhəru'n-Naqi", l, 33) nəqlinə görə, Beyhaqi,

"Aişə (radiyallahu anha)'dan səhih olaraq rəvayət edilən hədis, oruclu ikən öpməklə bağlı olandır. Zəif ravilər, onu, dəstəmazın pozulmaması ilə bağlı olaraq rəvayət etmişlərdir." demişdir.

Deyirəm:

Bu, siqa raviləri, dəlilsiz bir şəkildə zəif olaraq görməkdir. İki hədisin fərqli mənalar ehtiva etməsindən dolayı, birinin illətli olduğu iləri sürülə bilməz. Yuxarıda zikr etdiklərim, öpməkdən dolayı dəstəmazın pozulmayacağına dair Aişə (radiyallahu anha) hədisini rəvayət edən ravilərin hamısının, siqa olduğunu ortaya qoymaqdadır. Dolayısı ilə, Beyhaqi'nin, "Zəif ravilər, onu, dəstəmazın pozulmaması ilə bağlı olaraq rəvayət etmişlərdir." görüşü, doğru deyildir.

Səid b. Yəhya hədisini, əbu Hənifə, "Müsnəd"ində (l, 427), Meymunə'nin azad etdiyi nökər (ümmü Sələmə'nin azad etdiyi nökər olduğu da deyilmişdir) Süleyman b. Yəsar əl-Mədəni vasitəsilə rəvayət etməkdədir. Süleyman b. Yəsar, siqa, fəzilətli və 7 fəqihdən biridir. Hicri 100-cü ildən sonra vəfat etmişdir. 100-cü ildən əvvəl vəfat etdiyi də deyilmişdir. (ibn Həcər, "Təqrib", s. 79) Süleyman b. Yəsar'ın, Nəbi (sallallahu aleyhi və səlləm)'in zövcəsi ümmü Sələmə (radiyallahu anha)'dan nəqlinə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazan ayında, xanımlarını öpər və bundan dolayı yenidən dəstəmaz almazdı. (Xarəzmi, "Cami-u Məsənidi'l-İmam", l, 246)

Hədisin isnadında yer alan bütün ravilər, siqadırlar. Ancaq sənəddə, əbu Hənifə'nin də yer aldığı xüsusunda kəlam edilmişdir. Burda, (bu hədisi), mövzu ilə bağlı hədisləri dəstəkləmək üzərə zikr etdim.

"Ğayətu'l-Maqsud"da, belə deyilir:

Bu hədisi, Taberani də, eyni isnadla, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etmişdir. Buna görə, əbu Hureyrə (radiyallahu anh), belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), xanımlarından birini öpdükdən sonra, yenidən dəstəmaz almadan namaza çıxardı." ("əl-Mu'cəmu'l-Əvsat", l, 183)

əbu Davud'un, səhih bir isnadla rəvayətinə görə, ibn Ömər (radiyallahu anh):

"Biz kişilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında, qadınlarla bərabər bir qabdan dəstəmaz alar; əllərimizi də, eyni qaba batırardıq." (əbu Davud, "Təharət", 39)

Onun, ümmü Subeyyə əl-Cuhəniyyə'dən rəvayəti isə,

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, bir O, bir də mən, əllərimizi suya batıraraq, eyni qabdan dəstəmaz alardıq." (əbu Davud, "Təharət", 39) şəklindədir.

Qadın və kişilərin, əllərini batıraraq eyni qabdan dəstəmaz almaları halında bir-birinə dəyməməsi, düşünülə bilməz. Belə bir hal, dəstəmazı pozmuş olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onların bərabər dəstəmaz almalarına icazə verməzdi. Bu xüsusda, başqa rəvayətlər də vardır. Mövzunu uzatmamaq üçün, bu qədəri kifayətdir.

Taberani'nin, Amra vasitəsilə rəvayətinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

Bir gecə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yataqda olmadığını gördüm. 'O, cariyəsi Mariya'ya getmişdir.' deyə düşündüm və axtarmağa başladım. Onu, ayaqda namaz qılarkən gördüm. Qüsl alıb-almadığını təsbit məqsədilə, saçlarına toxundum. Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazı bitirincə: 'Şeytan, Səni aldatmışdır.' buyurdu." (Taberani, "Mu'cəmu's-Sağir", l, 171)

Bunu, zəif bir ravi olan Fərəc b. Fudalə, Yəhya b. Səid ---> Amra ---> Aişə (radihallahu anha) isnadı ilə rəvayət etmişdir. Cəfər b. Avn, Vuheyb, Yezid b. Harun başda olmaq üzərə, bir çox ravi isə, Muhammıd b. İbrahim ət-Teymi vasitəsilə, Aişə (radiyallahu anha)'dan rəvayət etmişlərdir. əbu Hatim'in bildirdiyinə görə, Muhamməd b. İbrahim ət-Teymi, Aişə (radiyallahu anha)'dan hədis eşitməmişdir. (ibn Həcər, "Təlxisu'l-Habir", l, 44) ibn Həcər, yuxarıdakı hədisin isnadındakı ixtilaf səbəbilə, illətli olduğu görüşündədir. Hədisi, Fərəc b. Fudalə, Yəhya b. Səid ---> Amra ---> Aişə (radiyallahu anha) isnadı ilə muttəsil olaraq rəvayət edərkən; siqa ravilər,

Yəhya b. Səid ---> Muhamməd b. İbrahim ət-Teymi ---> Aişə (radiyallahu anha)

isnadı ilə rəvayət etmişlərdir. Bu ikinci isnad isə, əbu Hatim'ə görə, munqati'dir.

ibn Həcər'in görüşünə, "Siqa ravi rəvayət etdiyində, isnaddakı ixtilaf, zərər verməz." deyə cavab verilə bilər. Necə ki, Xarəzmi də, "Hədisin bir təriqi səhih olar və hər cür tənqiddən uzaq qalarsa, o təriqin əsas götürülməsi lazımdır və digərlərinə isə, baxılmaz." (Xarəzmi, "ən-Nasix və'l-Mənsux", s. 44) demişdir.

Yəhya b. Səid'in, Muhamməd b. İbrahim ət-Teymi ---> Aişə (radiyallahu anha) isnadı, səhihdir və tənqid ediləcək bir hal da yoxdur. Bu halda, Fərəc b. Fudalə haqqındakı ixtilafın, bir zərəri qalmır.

əbu Hatim'in, "Muhamməd b. İbrahim ət-Teymi, Aişə (radiyallahu anha)'dan hədis eşitməmişdir." açıqlamasının da, isnada zərəri olmaz. Çünki, bizə görə, siqa ravilərin mürsəl rəvayətləri, dəlil olaraq istifadə edilə bilər. Muhamməd b. İbrahim ət-Teymi, siqa bir ravidir. ibn Həcər'in bildirdiyinə görə, ibn Sə'd, ibn Main, əbu Hatim, Nəsai və ibn Xiraş, onun, siqa bir ravi olduğunu söyləmiş; necə ki, ibn Həcər də: "Tirmizi də, onun, Aişə (radiyallahu anha)'dan rəvayətinin, səhih olduğunu ifadə etmişdir. Bu da, onun, Aişə (radiyallahu anha)'dan hədis eşitdiyini göstərməkdədir." demişdir. ("Təhzib", lX, 7)

Ayrıca, Fərəc b. Fudalə, bəzilərinə görə zəif olsa da, sadəcə siqa ravilərdən rəvayət edən Şu'bə b. Haccac, ondan hədis rəvayət etmişdir. Darimi'nin nəqlinə görə, ibn Main, onun haqqında, "lə bə'sə bih" ləfzini istifadə etmişdir. Bilindiyi kimi, ibn Main, bu ləfzi, ravinin siqa olduğunu ifadə etmək üzərə istifadə etməkdədir. Fəllas'ın nəqlinə görə isə, ibn Main, onun haqqında, salih (rəvayətləri dəlil olmağa əlverişli) ləfzini istifadə etmişdir. ibn əbi Şeybə'nin nəqlinə görə, Əli b. Mədini isə, onu, vasat (orta səviyyəli) biri olaraq görməkdədir. (ibn Həcər, "Təhzib", Vlll, 261)

Belə bir ravinin rəvayətləri, ən azından, başqa bir rəvayət tərəfindən dəstəklənmək məqsədilə zikr edilə bilər. Muhamməd b. İbrahim ət-Teymi'nin, Aişə (radiyallahu anha)'dan rəvayətinin mürsəl olduğunu qəbul etsək belə, Amra'nın, Aişə (radiyallahu anha)'dan rəvayəti, muttəsildir və onu dəstəkləməkdədir. ibn Həcər'in açıqlamaları arasında da zikr edildiyi üzərə, mürsəl, zəif olsa da; muttəsil bir rəvayətlə dəstəkləndiyində, bütün alimlərə görə dəlil olmaqdadır.

Müxalifimizin, "...yaxud qadınlara toxunduğunuzda..." (Nisa/43) ayətini dəlil olaraq istifadə etmələrinin doğru olmadığını, Tabəri'nin açıqlamaları ilə ortaya qoymuşduq. Buna görə, ayədə bəhsi keçən toxunma (ləms) ilə, sözün digər mənaları deyil; cinsi münasibət mənası qəsd edilməkdədir. Şeyximiz də, ayədə keçən toxunma kəliməsinin, məzhəb içindəki ən uyğun təfsirinin, fahiş mübaşirət (çılpaq olaraq toxunmaq) olduğunu ifadə etmişdir. ("Camiu'l-Asar", s. 68)

Bütün bunlar, əbu Hənifə'nin, nassların dəlalətlərinə nə qədər riayət etdiyini ortaya qoymaqdadır. O, ayədəki toxunma kəliməsinin, cinsi münasibət mənasına gəldiyini tərcih etməklə bərabər, zahiri mənasını da tərk etməməkdə; və "Cinsi münasibətə götürəcəyi və məzi gəlməsinə səbəb olacağı üçün, arada əngəl olmadan cinsi orqanların bir-birinə toxunması, dəstəmazı pozar." deməkdədir. Bu cinsi orqanların bir-birinə girməsinin, məni gəlməsə belə, ümumiyyətlə ona səbəb olmasından dolayı, qüslü gərəkli qılmasına bənzəməkdədir.

Bizə görə, rəvayətlər arasındakı ziddiyyəti ortadan qaldırmaq üçün qadına toxunmağın dəstəmazı pozacağına dair səhabədən nəql edilən rəvayətlərin hamısının, cinsi münasibət ilə bağlı olduğu mənasına həml etmək lazımdır.

Qadını öpməkdən dolayı dəstəmaz alınacağını ifadə edən rəvayətlər isə, dəstəmazın gərəkdiyi şəklində deyil, təkrar dəstəmaz alınmasının məndub olduğu mənasına həml edilməlidir.

---------------------------------

---------------------------------

126. Səid b. Bəşir ---> Mansur b. Zəzən ---> Zühri ---> əbu Sələmə

isnadı ilə nəql edildiyinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), namaza gedərkən, Məni öpərdi və sonra, dəstəmaz almazdı."

Hədisi, Daraqutni ("Sünən", l, 135) rəvayət edərək,

"Səid b. Bəşir, hədisi, Mansur b. Zəzən ---> Zühri isnadı ilə rəvayətində, tək qalmışdır. O, hədisdə güclü deyildir." demişdir.

Deyirəm:

~ Şu'bə, Duhaym və ibnu'l-Cevzi, onun, siqa olduğunu söyləmişlərdir.

~ Hakim ən-Nisaburi, "əl-Müstədrək"ində, ondan rəvayət etmiş;

~ ibn Adiyy: "Onun rəvayətlərində, bir beis görmürəm. Ümumiyyətlə, o, rəvayətlərində doğrudur." demişdir.

ibnu't-Türkməni'nin də ifadə etdiyi kimi, belə ravilərin rəvayətləri, ən azından, digərlərini dəstəkləmək üzərə zikr edilə bilər.

-----------------------------

-----------------------------

127. əbu Bəkr ən-Nisaburi ---> Hacib b. Süleyman ---> Vəki ---> Hişam b. Urvə (radiyallahu anh),

atası isnadı ilə rəvayət edildiyinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), xanımlarından birini öpdükdən sonra, dəstəmaz almadan namaz qıldı."

Daraqutni rəvayət etmişdir.

Hacib b. Süleyman, Vəki'dən rəvayətində tək qalmış və hədisi, xətalı nəql etmişdir. Doğru olan rəvayət, eyni isnadla, Vəki'dən:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), oruclu ikən, xanımını öpərdi." ləfzlərilə ediləndir.

Hacib b. Süleyman'ın kitabı yox idi və əzbərindən rəvayət etməkdə idi. (Daraqutni, "Sünən", l, 136)

Hədislə bağlı, Zeylai'nin açıqlaması, belədir:

əbu Bəkr ən-Nisaburi, tanınmış hədis imamlarındandır. Hacib b. Süleyman haqqında edilən hər hansı bir tənqid də, bilinməməkdədir. Nəsai, ondan rəvayət etmiş; bir yerdə, siqa; başqa bir yerdə də, "lə bə'sə bih" ləfzlərilə, onun siqa olduğunu ifadə etmişdir. İsnaddakı digər ravilərin güvənilən olduqlarını açıqlamağa isə, gərək belə yoxdur.

Hacib b. Süleyman'ın rəvayətində tək qaldığı xüsusunda isə, belə deyilə bilər:

Bu, siqa ravinin, rəvayətində tək qaldığı bir rəvayətdir. Hifzindən nəql etdiyi üçün, rəvayətində tək qalmışdır. Əgər xətası, rəvayəti tərk ediləcək səviyyədə olsaydı, "siqa" olaraq vəsf edilməzdi. Necə ki, Nəsai, onun, siqa olduğunu söyləmişdir. Xətaları, siqa olmasını əngəlləyəcək səviyyədə olsaydı, Nəsai, belə xəta etməzdi. Hacib b. Süleyman'ın xəta etməsi isə, əksəriyyətin ona müxalifət etməsi səbəbilədir. Bizə görə, hədis, həsəndir. Xüsusilə, Aişə (radiyallahu anha)'dan, onu dəstəkləyən başqa bir çox rəvayətin olması da, bunu qüvvətləndirməkdədir. "ət-Tə'liqu'l-Muğni"də, Əzimabadi də, eyni açıqlamaları vermişdir.

---------------------------

---------------------------

128. Əli b. Əbdü'l-Əziz əl-Vərraq ---> Asim b. Əli ---> əbu Uveys ---> Hişam b. Urvə ---> atası

isnadı ilə rəvayət edildiyinə görə,

ibn Ömər (radiyallahu anh)'ın, "Öpmək səbəbilə dəstəmaz pozular." dediyi (xəbəri) Aişə (radiyallahu anha)'ya çatdığında: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), oruclu ikən xanımını öpər; sonra dəstəmaz almadan namaz qılardı." demişdir.

"ət-Tə'liqu'l-Muğni"də bildirildiyi üzərə, hədisi, Daraqutni rəvayət etmiş və: "Hədisi, Əli b. Əbdü'l-Əziz əl-Vərraq'dan, Asim b. Əli xaricində, bu şəkildə rəvayət edən başqa birini bilmirəm." demişdir.

Zeylai:

~ Əli'nin, tanınmış bir musannif olduğunu;

~ Hakim ən-Nisaburi'nin, onun rəvayətlərini, "əl-Müstədrək"inə götürdüyünü;

~ Buxari'nin, Asim b. Əli'nin hədislərini nəql etdiyini;

~ Muslim'in də, əbu Uveys'in hədislərinə şahid olaraq yer verdiyini söyləmişdir.

Deyirəm:

Hədis, səhihdir!

--------------------------

--------------------------

129. əbu Bəkr b. əbi Şeybə ---> Muhamməd b. Fudayl ---> Haccac ---> Amr b. Şuayb ---> Zeynəb əs-Sehmiyyə

isnadı ilə rəvayət edildiyinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), dəstəmaz alar; sonra xanımını öpər; və təkrar dəstəmaz almadan, namazını qılardı. Bəlkə də, bunu, Mənim üçün etmişdir."

Hədisi, ibn Macə, "Sünən"ində ("Təharət", 69) rəvayət etmiş (haşiyə); Zeylai də, "Bu, səhih bir isnaddır." demişdir. ("Nasbu'r-Rayə", l, 38)

---------------------

(Haşiyə:

Hədis, zəifdir. Busiri, "Bu isnad, zəifdir. Haccac, Haccac b. Ərtat'dır. Müdəllis bir ravidir. Burdakı rəvayəti də, "an" siğası ilə etmişdir.")

----------------------

----------------------

130. Səid b. Yəhya əl-Əməvi ---> atası ---> Yezid b. Sinan ---> Abdu'r-Rahmən əl-Əvzai ---> Yəhya b. əbi Kəsir ---> əbu Sələmə

isnadı ilə rəvayət edildiyinə görə,

ümmü Sələmə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, özünü, oruclu ikən öpdüyünü; bundan dolayı da, orucunun və dəstəmazının pozulmadığını xəbər vermişdir.

Hədisi, Tabəri, təfsirində (lV, 108) rəvayət etmiş və belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən səhih xəbər, "...yaxud qadınlara toxunduğunuzda..." (Nisa/43) ayətindəki toxunmanın, başqa mənalarda deyil; cinsi münasibət mənasında istifadə edildiyini göstərməkdədir.

Tabəri'nin açıqlaması, bu xəbərin, ona görə səhih olduğunu göstərməkdədir. Yezid b. Sinan ər-Rahavi xaric, isnaddakı ravilər, siqadırlar. Yezid b. Sinan isə, tənqid edilmişdir. Özündən, sadəcə siqa ravilərdən rəvayət edən Şu'bə, Mərvan b. Müaviyə və başqaları rəvayət etmişlərdir. Buxari, onun haqqında, "Muqaribu'l-hədis, yəni, rəvayətləri, siqa ravilərinkinə yaxındır; ancaq oğlu Muhamməd, ondan, münkər rəvayətlər nəql edər." demişdir. (ibn Həcər, "Təhzib", l, 336).

Deyirəm:

Bu hədis, oğlunun özündən nəql etdiyi münkər rəvayətlərdən deyildir. Başqa alimlər onun zəif olduğunu söyləmişlərsə də, o, rəvayətləri həsən səviyyəsində bir ravidir.

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 77 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR