Əti yeyilən heyvanların sidiklərinin və nəcislərinin təmiz olmadığı

403. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Qəbr əzabının çoxu, sidikdən (dolayı)'dır."

Zeylai'nin ("Nasbu'r-Rayə", l, 167) bildirdiyi üzərə, hədisi, Hakim ən-Nisaburi ("əl-Müstədrək", l, 183) rəvayət etdikdən sonra, "Hədis, Buxari və Muslim'in şərtlərinə görə, səhihdir. Onun, bir illətini (hədisin gizli qüsurunu) da təsbit edə bilmədim. Lakin, Buxari və Muslim, onu, əsərlərinə almamışlardır." demişdir.

Hədisi, Daraqutni ("Sünən", l, 128) rəvayət etmiş və səhih olduğunu bildirmişdir. (haşiyə)

---------------------

(Haşiyə:

~ Əhməd b. Hənbəl, "Müsnəd", ll, 326, 388-389;

~ ibn əbi Şeybə, "əl-Musannəf", l, 115;

~ ibn Macə, "Təharət", 26;

~ Acurri, "əş-Şəria", s. 362-363

də rəvayət etmişlərdir.

---------------------

Müəllif, (hədislə bağlı olaraq), belə deyir:

Hədisdəki bəvl/sidik kəliməsi, hər cür sidiyi əhatə edəcək şəkildə mütləq olaraq zikr edilmişdir. "Nəylu'l-Əvtar"da (l, 48) ifadə edildiyi üzərə, bu, Ənəs b. Malik (radiyallahu anh) hədisilə zidd düşməkdədir. Onun nəqlinə görə,

Ukl və ya Ureynə qəbiləsindən gələn bir heyətə, Mədinə'nin havası yaxşı gəlməmiş və xəstələnmişdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onlara, südlü dəvələri tövsiyə edərək, sürünün yanına getmələrini və onların sidik və südlərindən içmələrini əmr etmişdir. (Buxari, "Vudu", 66)

"Məcmau'z-Zəvaid"də (l, 118), Həsən əl-Basri'dən nəqlinə görə:

Ömər (radiyallahu anh), təməttu həccini qadağan etmək istəyincə, Ubey b. Ka'b, "Bunu edə bilməzsən. Çünki, biz, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə, təməttu həcci etdik." dedi. Ömər, sidik qatqılı boya ilə boyanmış Hirə libasını qadağan etmək istəyincə, Ubey b. Ka'b, "Bunu, edə bilməzsən. Çünki onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) geyindi. Onun sağlığında, biz də geyindik." dedi.

Hədisi, imam Əhməd rəvayət etmişdir. Həsən əl-Basri, nə Ömər (radiyallahu anh)'dan, nə də Ubey (radiyallahu anh)'dan hədis eşitmişdir. "Nəylu'l-Əvtar"da (l, 48) ifadə edildiyi üzərə, Daraqutni də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Əti yeyilən heyvanların sidiklərində, bir beis yoxdur." buyurduğunu, Bəra b. Azib və Cabir b. Abdullah'dan rəvayət etmişdir. "Fəthu'l-Bari"də (l, 292) zikr edildiyinə görə isə, ibnu'l-Munzir, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Dəvə sidiyində, mədə ağrısı üçün şəfa vardır." buyurduğunu, ibn Abbas (radiyallahu anh)'dan rəvayət etmişdir.

• Birinci hədis haqqında veriləcək cavab:

"Fəthu'l-Bari"də (l, 291) zikr edildiyi kimidir. ibn Həcər'in nəqlinə görə, hədislə bağlı ibnu'l-Arabi'nin açıqlaması, belədir:

Hədis, dəvə sidiyinin təmiz olduğunu mənimsəyənlərin dəlilidir. Bunlara, hədisdə zikr edilən şəxslərə, müalicə məqsədilə icazə verildiyi şəklində etiraz edilmişdir. Ancaq bu etiraz, "(Bəhsi keçən) müalicə vacib olmadığı üçün, zərurət halında edilmişdir, qəbul edilə bilməz. Vacib olmayan bir hal olmadıqca, haram olan bir şey, necə mübah ola bilər?" deyə tənqid edilmişdir. Bu tənqidə isə, "Xəbərinə güvənilən kimsənin bunu bildirməsi halında, (bəhsi keçən) müalicə zəruri olur." şəklində cavab verilmişdir.

...وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا ٱضْطُرِرْتُمْ إِلَيْهِ...

"Allah, məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla, haram buyurulanları, təfərrüatı ilə sizə bildirmişdir." (Ənam/119) ayəti gərəyi, zərurət halında mübah qılınan bir şey, o kimsə üçün haram olaraq vəsf edilə bilməz.

Çarəsiz qalındığında, murdar heyvan əti yemək kimi, "Vacib olmayan bir hal mövcud olmadıqca, haram olan bir şey, mübah ola bilməz." ifadəsi də, doğru deyildir. Necə ki, ramazan ayında oruc tutmamaq, haramdır. Bununla bərabər, səfərilik kimi caiz olan bir haldan dolayı, ramazan ayında oruc tutmamaq, mübahdır.

Burda, əbu Davud'un, ümmü Sələmə (radiyallahu anha)'dan rəvayət etdiyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Allah, ümmətimin şəfasını, haramlarda qılmamışdır." hədisini əsas götürən bəzilərinin, "Dəvə sidiyi nəcis olsaydı, onunla müalicə, caiz olmazdı. Çünki, nəcis, haramdır. Onda şəfa olmadığı üçün də, onunla müalicə olunmaz." şəklindəki açıqlamalarını da, incələməliyik.

Görüşlərinə dəlil olaraq zikr etdikləri bəhsi keçən hədis, normal şərtlərlə bağlıdır. Zərurət halında isə, -ölü əti yemək kimi- nəcis ilə müalicə də haram olmaz. "Durru'l-Muxtar"da (l, 216) belə deyilməkdədir:

"Ridau'l-bahr/süd əmməkdən dolayı qohumluq' babında zikr edildiyi kimi, haram olan bir şey ilə müalicə olunmaq xüsusunda, ixtilaf edilmişdir. Məzhəbin zahir görüşü, bunun, caiz olmayacağı yönündədir. Ancaq müəllif, həm o mövzuda, həm də burda, 'əl-Havi'dən nəql etməkdədir. Orda, 'qilə/deyildiyinə görə' ifadəsilə, görüşün zəifliyinə də işarət edilərək, belə deyilməkdədir:

'Susuz qalan adamın şərab içməsinə icazə verildiyi kimi, -ki, fətvada belədir- haram olan şeydə şəfa olar və başqa bir müalicəsi də tapılmazsa, bu halda, o şeyin müalicə məqsədilə istifadə edilməsinə icazə verilmişdir."

 

• Həsən əl-Basri (rahiməhullah)'ın rəvayəti haqqında isə, bunlar deyilə bilər:

Onun rəvayəti, mübahlıq; mövzu ilə bağlı (bizim 403 no-lu) hədis isə, haramlıq ifadə etməkdədir. Bu halda, şeyximin də bildirdiyi üzərə, haramlıq ifadə edən tərcih edilir. Onun rəvayəti, isnadındakı qopuqluq səbəbilə tənqid edilə bilməz. Çünki, aşağıda zikr edəcəyimiz üzərə, onun (yəni, Həsən əl-Basri'nin) mürsəlləri, məqbuldur.

 

• ibn Abbas (radiyallahu anh) rəvayəti (yəni, "Dəvə sidiyində, mədə ağrısı üçün şəfa vardır." rəvayəti) haqqındakı cavab:

əbu Hureyrə (radiyallahu anh) hədisilə bağlı cavabda, zikr edilmişdir.

 

• Bəra b. Azib və Cabir b. Abdullah (radiyallahu anhuma) rəvayətlərilə bağlı veriləcək cavab:

Onların, dəlil olacaq səviyyəyə çata bilməməliridir. Orda, Bəra b. Azib və Cabir b. Abdullah rəvayətləri haqqında, ibn Hazm'ın: "Batil və uydurma bir xəbərdir." açıqlamasını verdiyi bildirilməkdədir.

 

Fayda:

"Təhzibu't-Təhzib"də (ll, 266, 270), Həsən əl-Basri'nin mürsəlləri haqqında verilən məlumatlar, belədir:

~ ibnu'l-Mədini, "Həsən əl-Basri'nin mürsəlləri, özündən siqa ravilər rəvayət etdiyində, səhihdir. Onlardan zəif olanı, çox azdır." demişdir.

~ əbu Zur'a: "Həsən əl-Basri'nin, 'Qalə Rasulullah = Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu' deyərək, bir başa Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi hədislərin 4-ü xaricində, hamısının bir əslini tapdım." demişdir.

~ Daraqutni isə, Həsən əl-Basri'nin mürsəllərinin, zəif olduğunu demişdir.

Daha əvvəl də zikr etdiyimiz kimi, bu ixtilaflar, rəvayətin dəlil olaraq istifadə edilməsinə, əngəl təşkil etməz.

Deyirəm:

ibnu'l-Mədini, Buxari'nin şeyxi Əli b. Abdullah'dır. O, Daraqutni'yə tərcih edilir. Bütün bunlardan, Həsən əl-Basri'nin mürsəllərinin, mürsəl hədisi dəlil olaraq istifadə edənlərə görə məqbul olduğu nəticəsinə varırıq. ibn Həcər, "Tabaqatu'l-Müdəllisin"də (s. 2, 8), Onu, tədlisinin azlığı və böyük alimlərdən olması səbəbilə, hədis imamlarının, müdəlləs rəvayətlərini aldıqları və hədislərini, "Səhih"lərində nəql etdikləri Süfyan əs-Sevri və ibn Uyeynə kimi sadəcə siqa ravilərdən nəql edən ravilər arasında zikr etmişdir.

Həsən əl-Basri ilə bağlı başqa bir nəql də, "ət-Tə'liqu'l-Həsən"də (ll, 109) mövcuddur. (Bəhsi keçən) nəql, belədir:

Mizzi'nin, "Təhzibu'l-Kamal"da rəvayətinə görə,

- Yunus b. Ubeyd: "Ey əbu Səid! Özünə çatmadığın halda, 'Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu' deyərək, bir başa Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edirsən." dedim.

- (Bunun üzərinə), Həsən əl-Basri belə dedi:

"Ey qardaşımın oğlu! Sən, daha əvvəl kimsənin bəhs etmədiyi bir şey dedin. Sənə dəyər verməsəydim, bunu, açıqlamazdım. Bildiyin kimi, Mən, (zalım) Haccac dövründə yaşamışam. 'Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu' deyərək, bir başa Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyim hədisləri, Əli (radiyallahu anh) vasitəsilə götürdüm. Ancaq mən, Əli (radiyallahu anh)'ın adını zikr edə bilmədim."

Deyirəm:

Böyük alim Fəxrəddin ən-Nizami'nin, "Fəxru'l-Həsən" adlı əsərindəki açıqlaması, belədir:

(Bəhsi keçən) xəbər, Həsən əl-Basri'nin, Əli (radiyallahu anh)'dan -Allah, onun və onu görənlərin üzünü nurlandırsın- hədis eşitdiyinə və Ondan çoxca rəvayət etdiyinə dair, əhəmiyyətli bir dəlildir.

Həsən əl-Basri'nin, Əli (radiyallahu anh)'dan hədis eşitdiyinə dair digər bir xəbəri də, əbu Yə'lə rəvayət etmişdir. Onun, "Müsnəd"ində, Havsərə b. Əşras ---> Uqbə b. əbi's-Sahba əl-Bahili isnadı ilə nəqlinə görə, Həsən əl-Basri:

"Əli (radiyallahu anh)'ı, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Ümmətim, yağış kimidir.' buyurdu deyərkən eşitdim." demişdir.

Suyuti də, "İthafu'l-Firqa bi vasli'l-Xirqa"da şeyxlərimizin şeyxi deyə (vəsf edilən) Muhamməd b. Həsən əs-Sayrafi'nin, belə dediyini nəql etmişdir:

Bu xəbər, Həsən əl-Basri'nin, Əli (radiyallahu anh)'dan hədis eşitdiyinə dair, açıq bir dəlildir. Xəbərin raviləri, siqadırlar. Necə ki, ibn Hibban, Havsərə'nin, Əhməd b. Hənbəl və ibn Main də, Uqbə'nin siqa olduğunu söyləmişlərdir.

---------------------------

---------------------------

404. əbu Umamə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sidikdən çəkinin. Çünki qul, qəbrdə, ilk olaraq ondan hesaba çəkiləcəkdir."

"Məcmau'z-Zəvaid"də (l, 205), hədisi, Taberani "əl-Mu'cəmu'l-Kəbir"də (V, 76) rəvayət etmişdir. Raviləri, siqadırlar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Sidikdən çəkinin." ifadəsinin ümumi mənası ilə hər cür sidikdən çəkinməyə dəlaləti, açıqdır.

-----------------------------

-----------------------------

405. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sidikdən çəkinin. Çünki qəbr əzabının çoxu, sidikdəndir."

"Fəthu'l-Bari"də (l, 336) bildirildiyi üzərə, ibn Xuzeymə və başqa alimlər, hədisin səhih olduğunu söyləmişlərdir. Hədislə bağlı, ibn Həcər, belə deyir:

ibn Xuzeymə və başqa alimlərin səhih olduğunu söylədikləri əbu Hureyrə'nin rəvayət etdiyi "Sidikdən çəkinin." hədisinin ümumunu əsas almaq, daha əvladır. Çünki hədis, zahiri etibarı ilə bütün sidikləri ehtiva etməkdədir. Bu xəbərdarlıq səbəbilə, hər cür sidikdən çəkinmək lazımdır.

---------------------------

---------------------------

406. Saleh bir səhabəni dəfn etdikdən sonra qəbr əzabı gördüyünü hiss edən Peyğəmbər (sallallahu aleyhi və səlləm), ölənin xanımının yanına gələrək, ərinin sağlığında nə iş gördüyünü soruşdu. Qadının, "Qoyun çobanlığı edərdi və sidikdən də çəkinməzdi." deyə cavab verməsi üzərinə, "Sidikdən çəkinin. Çünki qəbr əzabının çoxu, sidik səbəbilədir." buyurdu.

Hədis, "Nuru'l-Ənvar"da, bu ləfzlərlə zikr edilməkdədir. Haşiyəsində, hədisin, Hakim ən-Nisaburi'də rəvayət edildiyi bildirilməkdədir. "əl-Arfu'ş-Şəzi şərh-u Sünəni't-Tirmizi"də, "Hədisin isnadı, zəifdir. Ancaq o, bu halı ilə, (sidiklə bağlı səhih hədislərdə zikr edilən) ümumu dəstəkləmək üçün, kifayət edir." deyilməkdədir.

Beyhaqi və Hakim ət-Tirmizi'nin, ibn İshaq ---> Umeyyə b. Abdullah isnadı ilə rəvayətlərinə görə, Sə'd ailəsindən bəzi kimsələrdən: "Bu (xüsusda), Sə'd, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bir söz çatdırdımı?" deyə soruşulduğunda; onlar: "O, bunun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən soruşulduğunu zikr etdi." dedilər.

İmam Nəsai'nin rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Sə'd b. Muaz (radiyallahu anh) haqqında, belə buyurmuşdur:

"(Vəfatı sırasında), Allahın ərşi, onun üçün, sarsıldığı şəxs, budur. Ona, göy qapıları açıldı və onun cənazəsində, 70.000 mələk hazır oldular. Vallahi, Sə'd'i, qəbir, bir dəfə sıxdı, sonra Onu sərbəst buraxdı."

Deyirəm:

Xüsusilə Hakim ən-Nisaburi'nin, zəif bir isnadla rəvayət etdiyi Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, qəbrində əzab görən səhabənin xanımına, sağlığında nə iş gördüyünü soruşması, qadının da: "Qoyun çobanlığı edərdi və sidikdən də çəkinməzdi." deyə cavab verməsi üzərinə isə, "Sidikdən çəkinin." buyurması, əti yeyilən heyvanların sidiklərinin nəcis olduğunu, açıq bir şəkildə ortaya qoymaqdadır. Zəif olan bu hədis, səhih hədislərdə zikr edilən ümumi ifadəni dəstəkləmək üçün, kifayət edir. Çünki, ümum ifadə edən nass'ın, təxsisə gedilmədən ümumu ifadə etməsi, əsas qaydadır. ibn Sə'd'in mürsəl rəvayətləri də, bunu dəstəkləməkdədir. Yuxarıda isə, rəvayətin, necə dəstəkləyici olduğunu zikr etmişdik.

Bu hədisin, Urəni'lərlə bağlı hədislə təxsis edildiyi iddiası, doğru deyildir. Çünki onda, dəvələrin sidiklərinin təmiz olduğuna dair, bir dəlil yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), xəstəlikləri səbəbilə, onların dəvə sidiyi içmələrinə icazə vermişdir. Bir şeyin, zərurət halında mübah hala çevrilməsi, onun, mütləq bir şəkildə halal və təmiz olmasını gərəkdirməz. Ehtimalın olduğu yerdə isə, istidlal, batil olar. ibnu'l-Munzir, əşyaların nəcis olduğu sabit olmadıqca təmiz olacağı prinsipini, "Əti yeyilən heyvanların sidikləri, təmizdir." görüşünə, dəlil olaraq zikr etmişdir. Əvvəldən bəri, alimlərin, insanların qoyun qığını bazarlarda satmalarına, dəvə sidiklərini dərman olaraq istifadə etmələrinə qarşı çıxmamaları, dəvə sidiyinin təmiz olduğuna dəlildir. ibn Həcər, onun bu görüşünü tənqid edərək, belə deyir:

Bu, zəif bir dəlildir. Çünki, ixtilaf edilən bir mövzuda, qarşı çıxılması axtarılmaz. Qarşı çıxılmaması da, onun, təmiz olduğu da bir tərəfə; heç caiz olduğu mənasına belə gəlməz. Bütün sidiklərin nəcis olduğuna, yuxarıda zikr etdiyimiz əbu Hureyrə hədisi dəlalət etməkdədir. Başda imam Şafi olmaq üzərə, alimlərin cumhuru (əksəriyyəti), əti yeyilən-yeyilməyən ayırımı edilmədən, bütün sidik və qığların, nəcis olduğu görüşündədirlər.

(Bəhsi keçən) hədis, idrarın təmiz olduğuna dəlalət etsəydi, onun, mübah olduğu ortaya çıxardı. Halbuki, yuxarıda zikr etdiyimiz hədislər, onu, haram qılmaqdadır. Bir mövzuda mübahlıq ifadə edən hədislə haramlıq ifadə hədis zidd düşdüyündə, ikincisi tərcih edilir. Hansının sonrakı hökm olduğu bilinmədiyi üçün, beləcə 2 dəfə nəsx əngəllənmiş olur. Bu, bilinən bir qaydadır.

Ömər'in, sidik qatqılı boya ilə boyanmış Hira libasını qadağan etmək istəməsi üzərinə, Ubeyy b. Ka'b'ın, "Bunu, edə bilməzsən. Çünki onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) geyindi. Onun sağlığında, biz də geyindik." dediyinə dair Həsən əl-Basri'nin xəbəri, Əhməd b. Hənbəl (V, 142) tərəfindən rəvayət edilmişdir.

Abdu'r-Razzəq b. Həmmam'ın rəvayəti isə, belədir:

Ömər (radiyallahu anh)'ın, "Sidik qatqılı boya ilə boyanmış libas, qadağan edilməlidi idi." deməsi üzərinə, Ubeyy b. Ka'b, "Vallahi, bunu etməyə haqqın yoxdur." deyə, ona xəbərdarlıq etmişdir. Ömər'in "Nə üçün?" sualına, Ubeyy b. Ka'b: "Biz, onu, Quran nazil olarkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sağlığında geyinərdik." şəklində cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onunla kəfənləndiyində, Ömər (radiyallahu anh): "Haqlısan, ey Ubeyy!" dedi.

Bu, "Kənzu'l-Ummal"da (V, 142) da, eyni ləfzlərlə nəql edilmişdir.

Bu rəvayətdə də, əti yeyilən heyvanların sidiklərinin təmiz olduğuna dair, hər hansı bir dəlil yoxdur. Çünki, Ubeyy b. Ka'b'ın: "Bunu etməyə haqqın yoxdur." ifadəsilə, sidiyin təmizliyini və ya bəhsi keçən libasın boyandığının qəti olmadığını qəsd etmiş ola bilər. Libasın bəhsi keçən şəkildə boyandığı, bəzi insanların sözlərinə söykənən bir məlumat ola bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabəsinin geyindiyi bir libasın, belə bir zənnə dayanaraq qadağan edilməsi, mümkün deyildir. "Məcmau'l-Bihar"ın (l, 391), ibnu'l-Əsir'in "ən-Nihayə"dindən etdiyi nəql də, bizim görüşümüzü dəstəkləməkdədir. Buna görə, Ömər (radiyallahu anh): "Onun, sidik qatqılı bir boya ilə boyandığına dair, bəzi şeylər eşitdim." deyərək, Yəmən libasını qadağan etmək istəmişdir. Daha sonra isə, "Təəmmuq (bir işdə dərinləşmək, ifrata varmaq), bizə qadağan edildi." demişdir.

(Bəhsi keçən) ləfzlərlə nəql edilən rəvayət, bildirdiyimiz ehtimalın mövcud olduğunu, açıqca ortaya qoymaqdadır.

İkinci bir xüsus da, ehtimalın mövcud olduğu yerdə, istidlalın batil olmasıdır. Rəvayətdə bəhsi edilən libasın, əti yeyilməyən heyvanlar belə bir tərəfə, əti yeyilən heyvanların sidiklərindən düzəldilən boya ilə boyandığına dair açıq bir ifadə mövcud olmadıqca, rəvayətin bu mövzuda dəlil olaraq gətirilməsi, istiqamətli deyildir. Əgər rəvayət, bir şeyə dəlalət etsəydi, bu, sidiyin mütləq olaraq təmizliyi olardı. Ancaq bunu söyləyən hər hansı bir alim, yoxdur.

---------------------------

---------------------------

Heyvan qığının, nəcis olduğu:

407. Abdullah b. Məsud (radiyallahu anh), belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), ayaq yoluna çıxmışdı. Mənə, Özünə 3 daş gətirməyimi əmr etdi. 2 daş tapdım; 3-cüsünü tapa bilmədim. Daş yerinə, heyvan qığı götürdüm. 2 daşı aldı; heyvan qığını ataraq, "Bu, pisdir." buyurdu. (Buxari, "Vudu", 20)

Hədisin, mövzuya dəlaləti, açıqdır.

(Təhanəvi, "İ'lau's-Sünən")

--------------------------------

--------------------------------

Əlavələr:

3950. Bizə, Əhməd b. Şuayb bildirdi: Bizə, Əhməd b. Osman əl-Əvdi bildirdi: Bizə, Xalid -ibn Məxləd əl-Qatavani- bildirdi: Bizə, Əli b. Salih b. Hayy, əbu İshaq'dan, Amr b. Məymun'un belə dediyini rəvayət etdi. Mənə, Abdullah, beytu'l-mal'da rəvayət etdi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Beyt'in/Kəbə'nin yanında namaz qılırdı. Qureyş'in böyükləri də, oturmuşdular. Bir dəvə kəsmişdilər. Onlardan biri: "Hansınız qanı ilə bərabər bu artığı götürər; sonra da üzünü səcdəyə qoyuncaya qədər Onu gözlədikdən sonra, onu, (Muhammədin) kürəyinin üzərinə buraxar?" dedi.

Abdullah deyir:

Ən bədbəxt olanları qalxıb artığı da götürdü. Sonra Onu gözlədi. Səcdəyə gedincə, o artığı, (Peyğəmbərin) kürəyinə qoydu.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qızı Fatimə'yə xəbər verildi. O vaxt, O, yaşı az kiçik bir qız idi. Tez gəldi; o artığı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in kürəyindən götürdü. Allah rəsulu (sallallahu aleyhi və səlləm) namazı bitirincə:

"Allahım! Qureyş'i, Sənə həvalə edirəm." deyə 3 dəfə dua etdi və: "Allahım! əbu Cəhil b. Hişam'ı, Şeybə b. Rəbia'nı, Utbə b. Rəbia'nı və Uqbə b. əbi Muayt'ı, Sənə həvalə edirəm." deyə, Qureyş'dən 7 nəfər saydı.

Abdullah deyir:

"Kitabı endirənə and olsun ki, Bədr günündə, onların hamısını, bir yerdə, bir quyuda gördüm." (haşiyə)

------------------------

(Haşiyə:

Hədis, səhihdir. Əli b. Salih b. Hayy, siqa olub, Muslim'in ravilərindəndir. İsnadın digər raviləri, Buxari və Muslim'in raviləridir. Hədis, Nəsai'nin "Sünən"ində (l, 161-162) də keçməkdədir.

Hədisi, Buxari, "Səhih" (hədis no: 520)'də, Əhməd b. İshaq əs-Surrəməri'dən rəvayət etmişdir.

-------------------------

***

əbu Cə'fər (ət-Tahavi) deyir:

Bu hədisdə, orda adı zikr edilən bədbaxtın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in kürəyinə səcdədə ikən (heyvan) artığı və qanını qoyduğu; və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, bundan sonra namazını tamamlayıncaya qədər, bu halı ilə davam etdiyi ifadə edilməkdədir.

Bundan dolayı, bəzi kimsələr, belə demişlərdir:

"Bax buna görə, əti yeyilən heyvanların artıqlarının, toxunduğu libas səbəbilə olsun; bədənə toxunması səbəbilə olsun, (əti yeyilən heyvanların) artıqları, namazı ifsad etməz; və bu nəcislər, yenə davarlardan və onların xaricindəki heyvanlardan axan qan növündən olan nəcislərdən fərqlidir. Eyni şəkildə, eşşək, qatır kimi ətləri yeyilməyən heyvanların artıqları da, Adəm oğullarının artıq və sidiklərindən fərqlidir."

Onlar, bu xüsusda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən sonra; Abdullah b. Məsud'dən, şəxsən özünün buna riayət etdiyinə dair rəvayət edilmiş hədisi dəlil olaraq gətirmişlərdir:

Bunu, bizə, Muhamməd b. Əli b. Davud bildirdi: Bizə, Səid b. Süleyman əl-Vasiti bildirdi: Huşeym, bizə, Mənsur və Xalid'dən rəvayət etdi: Onlar, ibn Sirin'dən rəvayət etdilər: Onun da, Yəhya b. Cəzzər'dən rəvayət etdiyinə görə,

"ibn Məsud, qarnı üzərində (heyvan) artığı və qan olduğu halda, namaz qılmış; və (bu) namazını yenidən qılmamışdır." (haşiyə)

------------------------

(Haşiyə:

İsnadı, səhihdir. Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. Yəhya əl-Cəzzər xaric. O, Muslim'in ravilərindəndir. Huşeym, ibn Bəşir'dir. Mənsur, ibn Zazan əl-Vasiti'dir. Xalid, ibn Mihran əl-Hazza'dır.

Hədisi, Abdu'r-Razzəq ("əl-Musannəf", 459)'da; onun təriqilə, Taberani (9219)'da, Ma'mər təriqi ilə Qatadə'dən rəvayət etmişlərdir. O da, Muhamməd b. Sirin'dən bu isnadla rəvayət etmişdir.

Abdu'r-Razzəq ("əl-Musannəf", 460)'də; onun təriqilə Taberani (9220)'də, Süfyan əs-Sevri təriqilə Asim b. Süleyman'dan, ibn Sirin'in belə dediyini rəvayət etmişlərdir:

"ibn Məsud, bir dəvə kəsdi və onun qanı və artığı, ibn Məsud'un üzərinə bulaşdı. Sonra namaz üçün iqamə gətirilincə, o, dəstəmaz almadan namaza durdu."

---------------------------

əbu Cəfər deyir:

Bu məzhəb (yəni, görüş)'ü, elm əhli arasından, 1-dən çox şəxs mənimsəmişdir.

~ Malik;

~ Sevri;

~ Həsən b. Salih;

~ Züfər b. Huzeyl,

bunlardandır.

Yenə, elm əhlindən, bu xüsusda onlara müxalifət edənlər də vardır. Bunlar da:

~ əbu Hənifə;

~ əbu Yusuf; və

~ Muhamməd b. Həsən'dir.

Bunlar: "Bu, nəcisdir və bu, nəcasətin özlərindən olduğu şeylərin qanları hökmündədir." deyərlərdi.

Bu görüşü mənimsəyənlərin, birinci görüşü qəbul edənlərə qarşı iləri sürdükləri dəlillər arasında, bu da vardır:

Onların, daha əvvəl açıqladığımız; görüşlərinə dəlil gətirdikləri ibn Məsud'un o hədisini, onların zikr etdikləri kimi; Əli b. Salih, əbu İshaq'dan rəvayət etmişdir. Digər tərəfdən, Zəkəriyyə b. əbi Zaidə və Şu'bə b. Haccac, ona müxalifət edərək, bunu, əbu İshaq'dan, ondan fərqli bir şəkildə rəvayət etmişlərdir. Belə ki:

-------------------

-------------------

3951. Bizə, Həsən b. Ğuleyb bildirdi: Bizə, Yusuf b. Adiyy bildirdi: Bizə, Abdu'r-Rahmən b. Süleyman, Zəkəriyyə b. əbi Zaidə'dən; o ---> əbu İshaq'dan; o da ---> Amr b. Məymun əl-Əvdi'dən,

Abdullah b. Məsud (radiyallahu anh)'ın belə dediyini rəvayət etdi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Beytin/Kəbə'nin yaxınında namaz qılarkən, əbu Cəhl və bəzi dostları, Beytin yaxınında oturmuşdular. Bir gün əvvəl də, bir dəvə kəsilmişdi. əbu Cəhl: "Hansınız gedib filan oğullarının kəsdikləri dəvənin silə'sini (yəni, amnion: hamiləlik zamanı birbaşa uterusa daxil olduğu dövrdə inkişaf edən ikiqat membran təbəqəsini) götürər və onu, səcdəyə getdiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in çiyinləri üzərinə atar?" dedi. Qövmün ən bədbaxt olanı qalxıb getdi və onu götürdü. Allah rəsulu (sallallahu aleyhi və səlləm) səcdəyə gedincə, onu, Onun çiyinləri üzərinə qoydu. Bunun üzərinə, gülüşdülər. Biri, digərinə baxmağa başladı. Mən də ayaqda, (buna) baxmaqda idim. Əgər məni qoruyacaq kimsələr və gücüm olsaydı, mən də, onu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in kürəyindən götürüb atardım. Allah rəsulu (sallallahu aleyhi və səlləm) isə, başını qaldırmayıb, səcdəsinə davam edirdi. Nəhayət, bir adam gəlib, Fatimə'yə xəbər verdi. Fatimə, o vaxt, yaşca kiçik bir qız idi. Gəldi və onu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in üzərindən götürüb atdı. Sonra, onlara çevrilərək, ağır sözlər söyləməyə başladı. Allah rəsulu (sallallahu aleyhi və səlləm) namazını bitirincə, səsini yüksəldərək, onlara bəddua etdi. Bəd dua (qarğış) etdiyində, sözlərini 3 dəfə təkrar edərdi. Dua etdiyində də 3 dəfə təkrar edərdi. Sonra, 3 dəfə: "Allahım! Qureyşi, Sənə həvalə edirəm." dedi. Onun səsini eşitdikləri vaxt, bu səfər, gülüşməyi kəsdilər və bədduasının özlərini tutacağından qorxdular. Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Allahım! əbu Cəhl b. Hişam'ı, Utbə b. Rəbia'nı, Şeybə b. Rəbia'nı, Vəlid b. Utbə'ni, Ümeyyə b. Xələf'i və Uqbə b. əbi Muayt'ı, Sənə həvalə edirəm." deyə buyurdu.

Yeddinci bir adamı (Umarə b. Vəlid'i) da zikr etdi; ancaq, onun adını əzbərləyə bilmədim. Muhamməd (sallallahu aleyhi və səlləm)'i haqq ilə göndərənə and olsun ki, adını söylədiyim kimsələri, Bədr günündə, öldürülmüş gördüm. Sonra bunlar, sürüklənərək, Bədr'dəki o quyuya atıldılar. (haşiyə)

-----------------------

(Haşiyə:

İsnadı, Buxari'nin şərtinə görə səhihdir. Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. Yusuf b. Adiyy xaric. O, Buxari'nin ravilərindəndir.

Buxari və Muslim, Zəkəriyyə b. əbi Zaidə'nin, əbu İshaq'dan rəvayətini zikr etmişlərdir.

Hədisi, Muslim, "Səhih" (hədis no: 1794)'də, Abdullah b. Amr b. Muhamməd b. Əban əl-Cufi təriqilə, Abdu'r-Rahmən b. Süleyman'dan bu isnadla rəvayət etmişlərdir.

Hədisdə bəhsi keçən "əs-sila" (yəni, amnion) kəliməsi: "balanın içində olduğu incə dəri" deməkdir. Heyvanlardakı bu orqana, bu ad verilir. Adəm oğullarının bu daxili orqanına, "məşimə" deyilir. "əl-Muhkəm" sahibi ibn Sidə, Adəm oğullarının bu orqanı üçün də, "silə" deyildiyini nəql etmişdir.

--------------------------

--------------------------

3952. Necə ki, bizə, Yezid b. Sinan bildirdi: Bizə, əbu Davud ət-Tayalisi bildirdi: Bizə, Şu'bə, əbu İshaq'ın belə dediyini rəvayət etdi: Amr b. Məymun'u, Abdullah'ın belə dediyini rəvayət edərkən eşitdim:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in namaz qıldığı, Qureyş'in də oturduğu bir vaxt, yaxınlarında, kəsilmiş bir dəvə "silə"si var idi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) səcdəyə getdiyində, "Kim bu siləni götürüb Onun kürəyinə qoya bilər?" dedilər. Sanki, özləri, Ona, bunu etməkdən çəkinirdilər. Bunun üzərinə, Uqbə b. əbi Muayt, "Mən!" deyərək ayağa qalxdı və O, səcdədə ikən, bunu, Onun kürəyinə qoydu. O vaxt, yaşca kiçik olan qızı Fatimə (radiyallahu anha) gəlincəyə qədər, Allah rəsulu, səcdəsinə davam etdi. Fatimə, onu götürüb, kürəyindən yerə qoydu.

Abdullah deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, o gündən başqa Qureyşə bəddua etdiyini eşitmədim. O dedi:

"Allahım! Qureyşin bu böyüklərini, Sənə həvalə edirəm. Allahım! Utbə b. Rəbia'nı, Sənə həvalə edirəm. Allahım! Şeybə b. Rəbia'nı, Sənə həvalə edirəm. Allahım! Uqbə b. əbi Muayt'ı, Sənə həvalə edirəm. Allahım! Ümeyyə b. Xələf'i, Sənə həvalə edirəm."

Abdullah deyir:

"And olsun ki, hamısının, Bədr günündə, (yerə) yıxılmış olduqlarını gördüm. Sonra, o quyuya atılıncaya qədər sürükləndilər. əbu Cəhl, ya da Ümeyyə xaric. O, olduqca iri bir adam idi. Parçalanıb dağılmışdı." (haşiyə)

------------------------

(Haşiyə:

İsnadı, Muslim'in şərtinə görə səhihdir. əbu Davud ət-Tayalisi'nin adı, Süleyman b. Davud'dur. O, Muslim'in ravilərindəndir. Ondan sonrakılar, Buxari və Muslim'in raviləridir. Şu'bə, əbu İshaq'dan erkən dövrlərdə hədis eşitmişdir.

Hədisi, Buxari ("Səhih", hədis no: 3185)'də, Abdan b. Osman təriqilə, atasından; o da ---> Şu'bə'dən bu isnadla rəvayət etmişdir.

Buxari, (hədis no: 240)'da, Yusuf b. İshaq təriqilə; (hədis no: 520)'də, İsrail təriqilə rəvayət etmişdir. Muslim ("Səhih", 1794/18) də rəvayət etmişdir.)

--------------------------

--------------------------

3953. Bizə, İbrahim b. Mərzuq da bildirdi: Bizə, Vehb b. Cərir bildirdi: Bizə, Şu'bə bildirdi.

Ardınca da, isnadı ilə, əvvəlki hədisin eynisini zikr etdi. (haşiyə)

--------------------------

(Haşiyə:

İsnadı, Buxari və Muslim'in şərtlərinə görə səhihdir.)

--------------------------

--------------------------

Dedilər:

~ Zəkəriyyə və Şu'bə'nin rəvayət etdikləri hədisdə, o bədbaxt kimsənin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in kürəyinə namaz qılarkən qoyduğu daxili orqanın, kəsilmiş bir dişi dəvənin silə'si olduğu ifadə edilməkdədir. Bu isə, özünə hamilə qaldığı balanın, içində böyüyüb-inkişaf etdiyi orqanıdır. Bunda da, nə qan, nə də nəcis (artıq) olur və bu, o heyvanın digər əti kimidir. Elm əhli arasında, paltarı üzərində qan və nəcis mövcud olmayıb kəsilmiş bir dişi dəvət əti var ikən, bunu, yanında daşıyaraq, bu halı ilə namaz qılan şəxsin namazının caiz olduğu xüsusunda, ixtilaf yoxdur.

Bu hədisdəki fərqlilik, zikr etdiyimiz kimidirsə, o vaxt, hədisin, 2 adamın rəvayətinə görə uyğun olaraq açıqlanıb başa düşülməsi, 1 adamın rəvayətinə görə, daha səhihdir. Bütün raviləri ədalət sahibi, imam, hafiz və səbt (olmaqla bərabər), bu, belədir. Əgər 2 rəvayət də bərabər qəbul ediləcək olarsa, bunlardan biri, digərinə görə daha əvla olmaz. Bir-birilərilə zidd düşdükləri üçün də, ikisi də dəlil olmaqdan çıxar. Beləliklə, haqqında ixtilaf olan "ətləri yeyilən heyvanların artıqları" haqqında, hədis yoxmuş kimi bir hal ortaya çıxır.

~ ibn Məsud'un, Yəhya b. Cəzzər'dən gələn rəvayətinə gəlincə, bunun, namazın pozulmasına səbəb olacaq miqdarda olmamaq ehtimalı vardır. Çünki, əgər belə bir şeydə mövcud olan qan, azdırsa, bəhsini etdiyimiz 2 görüşdən ikincisini qəbul edən elm əhlinin bir çoxuna görə, (bu), çox miqdarda olmasından fərqlidir.

Bundan sonra, biz, haqqında ixtilaf mövcud olan şeylərin hökmü, kitab, sünnət və icmada mövcud olmadığı təqdirdə, özünə baş vurulan səhih nəzər/qiyas ilə, bu görüşdən hansının daha uyğun olacağını öyrənmək cəhətinə yönəldik. İttifaqla qəbul edilmiş əslin, bu olduğunu gördük:

Ətləri yeyilən heyvanların qanları, nəcisdir. Bunların sulara düşməsi, suları ifsad edər. Bu qanlar, paltara bulacaşacaq olarsa, paltarları nəcis edər. Bu heyvanların qanları, bu xüsusda, Adəm oğullarının qanları kimidir. Bunların (yəni, artıqlarının) hökmü, ətlərinin yeyilməsi hökmünə bağlı deyildir. Əksinə, qanlarının hökmünə bağlıdır. Buna görə, qiyas, onların artıqlarının da, belə olmasını gərəkdirir. Bunların ətlərinin təmiz olması, nəcislərinin təmiz olmasını gərəkdirməz. Artıqlarının, qanları kimi olmasını, eyni şəkildə, Adəm oğullarının artıqları və qanları kimi nəcis olmasını gərəkdirir. Bax, bu xüsusdakı nəzər/qiyas, belədir.

Bunun üzərinə, biri belə dedi:

"Zikr etmiş olduğun ibn Məsud hədisində adı keçən dişi dəvə, kəsdikləri halal olmayan bütpərəstlər tərəfindən kəsilmişdi. Onların kəsimləri isə, zəkat deyilən halal kəsim deyildir. Dolayısı ilə, onun daxili orqanlarının (siləsinin) hökmü də, leş olaraq ölmüş dişi dəvənin siləsi kimidir. Dolayısı ilə, bu hədisdə, paltarı üzərində və ya bədənində nəcasət olaraq, ya da leş yaxud bundan başqa bir nəcasət daşıyaraq namaz qılan kimsənin namazının caiz olduğunu qəbul edənlər lehinə, digərlərinə qarşı bir dəlil vardır."

Allah (azzə və cəllə)'nin tövfiqi və yardımı ilə, bu xüsusda bizim ona cavabımız, bu oldu:

Bəhsi edilən o dəvənin halı, bəli, belə idi. Lakin, o dəvə kəsildiyi vaxt, bütpərəstlərin kəsdikləri, -onlar (yəni, bütpərəstlər) xaricində- Müsəlmanların kəsdikləri kimi idi. Necə ki, İslamın ilk dövrlərində, müşrik qadınları nikahlamağın hökmü də, belə idi. Bunda sonra, Allah, onların qadınlarını nikahlamağı da, kəsdiklərini yeməyi də:

"Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır." (Maidə/5) ayətilə, haram qıldı.

Bax bu ayə ilə, o vaxtdan əvvəl haram olmayan şeylər, haram qılınmış oldu. Çünki, bəhsini etdiyimiz qadınlar və kəsilən heyvanlar haqqında haramlıq hökmü, sonradan bəhs mövzusu oldu. Beləliklə, bu 2 xüsusda da, hal, qiyamət gününə qədər davam edəcəyi hökmə qovuşmuş oldu. Müvəffəqiyyəti, yalnız Allah (azzə və cəllə)'dən istəyirik.

(əbu Cəfər ət-Tahavi, "Şərh-u Müşkili'l-Asar", 615-ci bab: "باب بيان مشكل ما روي عن رسول الله صلى الله عليه وسلم في أرواث الأنعام المأكولة لحومها أنها لا تنجس ما تصيبه من الثياب وأن الصلاة في الثياب التي أصابتها جائزة = Ətləri yeyilən heyvanların, paltara bulaşan artıqlarının, libası nəcis qılmayacağı (yəni, kirlətməyəcəyi) və bu artıqların bulaşmış olduğu libaslarla namaz qılmağın caiz olduğu xüsusunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən hədislərin müşkilinin bəyanı babı")

https://www.islamweb.net/ar/library/content/1002/616/%D8%A8%D8%A7%D8%A8-...

Read 40 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR