Al-i İmran surəsi 124-cü ayətin təfsiri

إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَـٰثَةِ ءَالَـٰفٍ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُنزَلِينَ

"O vaxt Sən, möminlərə demişdin: 'Rəbbinizin göndərdiyi 3000 mələyin köməyinizə çatması, sizə bəs etmirmi?" (Al-i İmran/124)

-----------------------------

Təfsiri:

Bu ayədə, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Müfəssirlər, bu vədin, Bədr günündəmi, yoxsa Uhud günündəmi meydana gəldiyi xüsusunda ixtilaf etmişlərdir.

• Birinci görüş:

Bu vədin gerçəkləşdiyi günün, Uhud günü olduğunu söyləməkdədir. Bu, ibn Abbas, Kəlbi, Vahidi, Muqatil və Muhamməd b. İshaq'ın görüşüdür. Bu görüşün, bir neçə yöndən dəlili vardır:

~ Birinci dəlil:

Bədr günündə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, 1000 mələk ilə yardım edilmişdi. Allah Taala, Ənfal surəsi 9-cu ayədə:

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُرْدِفِينَ

"O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: 'Mən, sizə, bir-birinin ardınca gələn 1000 mələklə yardım edəcəyəm'– deyə duanızı qəbul etmişdi." buyurmuşdur.

Elə isə, Bədr günündə, 3000 və 5000 mələyin endirilməsindən, necə bəhs edilə bilər?!

~ İkinci dəlil:

Kafirlər, Bədr günü, 1000 və ya 1000-ə yaxın sayda idilər. Müsəlmanlar isə, bunların 1/3-i qədər idi. Çünki, Müsəlmanların sayı, 300 yarım idi. Bax bunun üzərinə, Allah Taala, Bədr günü, 1000 mələk endirdi. Beləcə, kafirlərin sayı, -Müsəlmanların sayı xaric-, mələklərin sayına bərabər oldu. Bax bu səbəblə, kafirlər, məğlubiyyətə uğradıldılar.

Eyni şəkildə, Uhud günündə, Müsəlmanların sayı, 1000; kafirlərinki isə, 3000 idi. Bu gündə də, -Bədr'də olduğu kimi-, Müsəlmanlar, kafirlərin 1/3-i qədər idilər. Bundan dolayı, Allah Taala, bu gündə, kafirlərin sayı, -müsəlmanlar xaric- mələklərin sayına bərabər olsun deyə, 3000 mələk endirməyi vəd etdi. Beləcə, bu xüsus, Müsəlmanların, -Bədr'də onları məğlubiyyətə uğratdıqları kimi- Uhud'da da məğlubiyyətə uğrada biləcəklərinə bir dəlil oldu. Sonra, bu 3000 mələk, o gün, Müsəlmanların qəlblərinin qüvvəti artsın və qorxuları silinsin deyə, 5000-ə çıxarılmışdır. Bu vədin Uhud günü olduğunu söyləsək, bu mənanın meydana gələcəyi, məlumdur.

~ Üçüncü dəlil:

Allah Taala, "...onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış 5000 mələklə sizə yardım edər." (Al-i İmran/125) buyurmuşdur. Düşmənlərin, Müsəlmanların üzərinə qəflətən gəldiyi gün, Uhud günüdür. Ancaq Bədr günündə, düşmənləri, Onlar üzərinə gəlməmiş; əksinə, Müsəlmanlar, düşmənləri üzərinə getmişdilər.

Buna görə, əgər, "Haqq Taala'nın, 'Rəbbinizin göndərdiyi 3000 mələyin köməyinizə çatması, sizə bəs etmirmi?' ayətinin, Uhud günü haqqında olduğunu desək, sonra, bu yardım da meydana gəlməyincə, yalan deyilmiş olar..." (yəni, elə isə, sonrakı ayədə gələn 5000 mələk ayətilə bu ayətin arası, necə uzalaşdırılacaq?) deyilərsə, buna, 2 şəkildə cavab verərik:

a. Haqq Taala'nın, 5000 mələk endirməsi, Müsəlmanların, qənimətlər xüsusunda səbr edib ittiqa etmələrinə (təqvalı olmalarına) bağlanmışdı. Sonra, bəzi müsəlmanlar da, qənimətlər xüsusunda səbr və ittiqa etməyib, əksinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmrinə müxalifət etdilər. Bundan dolayı, şərt gerçəkləşməyincə, məşrut (şərtə bağlanan) da gerçəkləşmədi...

3000 mələk endirməsi xüsusuna gəlincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu, döyüş üçün əlverişli məhəllərə yerləşdirdiyi və özlərinə, bu məhəllərdə qalıb səbat etmələrini əmr etdiyi möminlərə vəd etmişdi. Bu da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onlara, o məhəllərdə qalmaları şərtilə bu vədi verdiyini göstərir. Onlar, bu şərtə riayət etməyincə, məşrut da meydana gəlmədi.

(Burda isə, imam, köməyə gələn mələyin 1000 olduğunu; bu ayədə bildirilən 3000 mələyin isə, şərt daxilində göndəriləcəyini bildirdi.)

b. Biz, mələklərin enmədiyini, qəbul etmirik. Vaqidi'nin, Mücahid'dən rəvayət etdiyinə görə, o, belə demişdir:

"Uhud günü mələklər gəldilər, ancaq döyüşmədilər."

Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sancağı Musab b. Umeyr'ə verdiyi, Musab da şəhid edilincə, onu, Musab'ın surətində olan bir mələyin götürdüyü; bunun üzərinə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Qabağa keç, ey Musab!" dediyi, bunun üzərinə mələyin: "Mən, Musab deyiləm." cavabını verdiyi; beləcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bunun, Özünə yardım edən bir mələk olduğunu başa düşdüyü...rəvayət edilmişdir.

Yenə, Sə'd b. əbi Vaqqas'ın, belə dediyi rəvayət edilmişdir:

"O gün mən, ox atırdım. Atdığım oxu, mənə, ağ və gözəl üzlü bir adam geri gətirirdi. Mən, onun kim olduğunu da bilmirdim. Bunun üzərinə, mən, onun bir mələk olduğunu başa düşdüm."

Bu xüsusun izahı haqqında söyləyəcəyimiz şey, bundan ibarətdir.

Bunu yaxşıca qavradığında, biz deyirik ki:

Bu izaha görə, bu ayətin özündən əvvəlki ayələrlə münasibət cəhəti, budur:

Allah Taala, Uhud döyüşünü zikr etmiş; sonra da, "Möminlər, ancaq Allaha təvəkkül etsinlər." buyurmuşdur. Yəni, təvəkküllərinin, saylarının və təchizatlarının çoxluğuna deyil; yalnız Allaha olması lazımdır. Çünki Allah Taala, siz zəlil bir halda ikən, sizə, Bədr'də (Al-i İmran/123) zəfər ehsan etmişdir. Eynilə bunun kimi, Haqq Taala, digər yerlərdə də, döyüş meydanlarında da, belə şeylərə qadirdir. Haqq Taala, sözü, daha sonra (bu ayədə qəsd edilən) Uhud qissəsinə gətirərək, "O vaxt Sən, möminlərə: 'Rəbbinizin göndərdiyi 3000 mələyin köməyinizə çatması, sizə bəs etmirmi? demişdin." buyurmuşdur.

• İkinci görüş:

Bu vədin, Bədr günü meydana gəlməsidir ki, bu, əksər müfəssirlərin görüşüdür. Bu görüşdə olanlar, görüşlərinin doğruluğu xüsusunda, bu dəlilləri gətirmişlərdir:

~ Birinci hüccət:

Allah Taala, "Siz zəif olduğunuz halda, Allah, Bədrdə sizə yardım etdi..." (Al-i İmran/123); "O vaxt sən möminlərə demişdin..." (Al-i İmran/124) və belə-belə buyurmuşdur.

Beləcə, bu ifadələrin zahiri, Allah Taala'nın, onlara, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, möminlərə, bu sözü söylədiyində yardım etmiş olmasını gərəkdirir ki, bu da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu sözü, Bədr günündə söyləmiş olmasını gərəkdirir.

~ İkinci hüccət:

Say və təchizatın azlığı, Bədr günündə daha çox idi. Bu gündə, qəlblərin qüvvətləndirilməsinə daha çox ehtiyac var idi. Bundan dolayı, bu sözü, Bədr gününə həml etmək, daha əvla olur.

~ Üçüncü hüccət:

Haqq Taala'nın, 3000 mələk endirəcəyinə dair vədi, hər hansı bir şərtə bağlanmamış olub, mütləqdir. Bundan dolayı, bunun meydana gəlmiş olması lazımdır. Bu isə, ancaq, Uhud deyil, Bədr günündə meydana gəlmişdir. Heç kim, mələklərin endiyini, lakin döyüşmədiklərini söyləyə bilməz. Çünki vəd, 3.000 mələk ilə yardım etmək şəklində idi. Və mələklərin sırf endirilməsilə də, yardım gerçəkləşməz. Əksinə, mələklərin şəxsən kömək etmələri, dəstək vermələri lazımdır. Mələklərin yardımı isə, Uhud günündə deyil; Bədr günündə olmuşdur.

Sonra, bu görüşdə (yəni, bu ayənin, Bədr günü haqqında olduğunu qəbul edənlər), birinci görüşdə olanların (yəni, bu ayənin, Uhud günü haqqında olduğunu qəbul edənlərin) dəlillərinə, belə cavab vermişlərdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, Bədr günü 1000 mələklə yardım edilmişdir." şəklindəki birinci dəlilinizə, 2 cəhətdən cavab verilir:

1. Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əshabını, 1000 mələklə dəstəkləmiş; sonra onlara, 2000 mələk daha göndərmişdir. Beləcə, mələklərin sayı, 3000 olmuşdur. Sonra, buna, 2000 mələk daha əlavə etmiş və say, 5000'ə çatmışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), əshabına, sanki: "Rəbbinizin sizə 1000 mələklə yardım etməsi, kifayət etmirmi?" demiş; onlar da: "Bəli, kifayət edir." demişlərdir. Sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Rəbbinizin, sizə 3000 mələklə yardım etməsi, sizə kifayət etmirmi?" demiş; onlar da, yenə: "Bəli, kifayət edir." deyə cavab vermişlərdir. Daha sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onlara: "Əgər səbr edər və müttəqilərdən olarsanız, Rəbbiniz, sizi, 5000 mələklə dəstəkləyəcək." demişdir. Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səhabələrinə söylədiyi rəvayət edilən bu söz kimidir:

"Cənnət əhlinin 1/4-i olmağınız, sizi sevindirirmi?' Dedilər ki: 'Bəli, sevindirir.' Bunun üzərinə: 'Cənnət əhlinin 1/3-i olmağınız, sizi sevindirirmi?' Dedilər ki: 'Bəli, sevindirir.' Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Mən, sizin, cənnət əhlinin 1/2-i (yarısı) olmağınızı ümid edirəm.' buyurdu." (Muslim, "İman", 376; Tirmizi, "Cənnət", 13)

2. Bədr döyüşünə qatılanlara, Ənfal surəsində zikr edildiyi üzərə, 1000 mələk ilə kömək edilmişdir. Sonra, Müsəlmanlara, bəzi müşriklərin izdihamlı bir sayla Qureyşlilərə yardım etmək istədiyi xəbəri çatınca, onlar, bundan qorxmuş və saylarının azlığından dolayı, bu, onlara çox çətin gəlmişdi. Bunun üzərinə, Haqq Taala, möminlərə, "Əgər kafirlər, Qureyşlilərə köməkçi olaraq gəlsələr, Mən də, sizə 5000 mələklə kömək edərəm." vədini vermişdi. Sonra isə, bu yardım Qureyşə gəlməmiş; əksinə, Qureyşin məğlubiyyətə uğradığı xəbəri özlərinə çatınca da, geri qayıtmışdılar. Bundan dolayı da, Müsəlmanların, 1000-ə əlavə saydakı bir yardımla dəstəklənməsinə, ehtiyac qalmamışdı.

"Kafirlər, Bədr günündə, 1000 nəfər idilər. Bunun üçün də, Haqq Taala, 1000 mələk endirmişdi. Uhud günündə isə, 3000 nəfər olduqlarından, Haqq Taala, 3000 mələk endirmişdir." şəklindəki ikinci dəlilinizə gəlincə, buna da, belə cavab verilir:

Bu, gözəl bir təqrib (ağla yaxınlaşdırma)'dır. Dəlillər də, gözəl sövq edilmişdir. Lakin bu, halın belə olmamasını gərəkdirməz. Əksinə, Haqq Taala, iradəsinə görə, sayı istər artırar, istərsə əskildər.

"Haqq Taala'nın, '...onlar bu saat sizin üstünüzə hücuma keçsələr..." (Al-i İmran/125) ayətinə istinad etdiyiniz 3-cü dəlilinizə isə, belə cavab veririk:

Müşriklər, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və əshabının, Qureyş karvanına hücum etdiyini eşitdiklərində, qəlblərindəki kin və qəzəb artmış; toplanaraq Peyğəmbər (sallallahu aleyhi və səlləm) və ordusunun üzərinə hücum etməyi planlaşdırmışlardı. Səhabələr, bunu eşidincə qorxmuş; bunun üzərinə də, Haqq Taala, onlara, bu xəbəri vermişdir: "...onlar, bu saat sizin üstünüzə hücuma keçsələr, nişanlanmış beş min mələklə sizə yardım edərəm."

Bax, bu 2 görüşün ortaya qoyulmasında söylənilmiş olanların (yəni, ayətin Bədr haqqında, ya da Uhud günü olduğu haqqında danışanların görüşləri)'nin nəticəsi, bundan ibarətdir. Allah, ən doğru biləndir...

---------------------

✓ İkinci məsələ:

Alimlər, mələklərin sayı haqqında ixtilaf etmişlərdir. Mələklərin sayı haqqındakı görüşlərin təsbitini isə, belə edə bilərik:

Alimlərin bəziləri, əskik olan sayı, çox olan saya əlavə etmiş və belə demişlərdir:

"Çünki, 3000 mələklə kömək etməkdə, bir şərt bəhs mövzusu deyildir. 5000 mələklə yardım etmə isə, səbr etməyə, təqvalı olmağa və kafirlərin qəflətən möminlər üzərinə gəlməsinə bağlanmışdır. Bundan dolayı, bunların, başqa-başqa olması lazımdır."

Bu görüş, zəifdir. Çünki, 5000 mələklə kömək etməyin bir şərtə bağlanmış olmasından, onun cüz (parça)'sı və qismi olan 3000 mələklə yardım etməyin də eyni şərtlə məşrut olması, lazım gəlmir.

Bir qisim alimlər isə, əskik olan sayı, çox olan sayın içində mütaliə etmişlərdir.

~ Birinci ehtimalın qəbul edilməsinə gəlincə:

Əgər biz, ayəni, Bədr qissəsinə həml edəcək olsaq, o təqdirdə, mələklərin sayı, 9000 olacaq. Çünki, Haqq Taala, 1000, 3000 və 5000 saylarını zikr etmişdir ki, bunların cəmi, 9000 edir.

Əgər ayəni, Uhud qissəsinə həml etsək, bu təqdirdə, burda, 1000 sayı zikr edilməmişdir. Əksinə, bu qissə haqqında, 3000 və 5000 sayları zikr edilmişdir ki, cəmi, 8000 edir.

~ İkinci ehtimalın -ki, bu, əskik olan sayı, çox olan saya daxil etmək idi- qəbul edilməsinə gəlincə, bu görüşdə olanlar, belə demişlərdir:

Mələklərin sayı, 5000'dir. Çünki, onlara, 1000 mələklə yardım vəd edilmişdir. Sonra isə, buna, digər 2000 əlavə edilmiş; beləcə, onlara, 3000 mələk ilə yardımın vəd edilmiş olması lazım gəlmişdi. Sonra, bu saya, 2000 də əlavə edildi. Beləcə, onlara, 5000 mələklə yardım ediləcəyi vəd edilmiş oldu.

Biz, alimlərin birinin, belə dediyini rəvayət etmişdik: "Bədrdə iştirak edən müsəlmanlara, 1000 mələk ilə yardım edilmişdir."

Deyildi ki: Kurz b. Cabir əl-Müharibi, müşriklərə yardım etmək istəyincə, bu, Müsəlmanlara ağır gəldi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onlara: "Müşriklərə yardım gəlməsi halında, Rəbbinizin də sizə 3000 və 5000 mələklə yardım etməsi, sizə kifayət etmirmi?" buyurmuşdu. Sonra isə, müşriklərə yardım gəlmədi. Eynilə bunun kimi, 1000-in üzərindəki mələklər, Müsəlmanlara köməyə gəlməmişlərdir.

Bax bu izahlar, hamısı da möhtəməl olan izahlardır. Allah, ən doğru biləndir.

-----------------------------

✓ Üçüncü məsələ:

Təfsir və siyər alimləri, Allah Taala'nın, Bədr günü mələkləri endirdiyi və mələklərin kafirlərlə döyüşdüyü xüsusunda, icma etmişlərdir. ibn Abbas (radiyallahu anh): "Mələklər, Bədr günündən başqa bir gündə, döyüşməmişlərdir. Bədrin xaricindəki döyüşlərdə isə, sadəcə say və dəstəkçi olaraq iştirak edir; (ancaq) döyüşmürdülər." demişdir. Bu görüş, eyni zamanda, əksər alimlərin də görüşüdür.

əbu Bəkr əl-Əsamm isə, bu görüşü şiddətlə rədd etmiş və bunun əleyhinə, bu dəlilləri gətirmişdir:

~ Birinci hüccət:

Bir tək mələk, bütün yer üzünü həlak edə bilər. Məşhur olan budur ki, Cəbrail (əleyhissəlam), qanadını, Lut qövmünün 4 şəhərinin altına salmış və qanadı 7-ci qat yer təbəqəsinə qədər çatmış; sonra da onu, göylərə qaldıraraq, altını üstünə gətirmişdir. Bundan dolayı, Cəbrail (əleyhissəlam), Bədr günündə hazır idisə, Müsəlmanların kafirlərlə döyüşməsinə, nə ehtiyac var idi?! Sonra, Onun (bu döyüşdə) hazır olduğunu qəbul etməyimiz halında, digər mələkləri göndərməsinin nə faydası ola bilər ki?!

~ İkinci hüccət:

Kafirlərin iləri gələnləri, məşhur idilər. Yenə, bu məşhur kafirlərin hər birinin qarşısında da, bilinən və tanınan bir səhabə var idi. Belə olunca, o kafirlərin öldürülməsini kafirlərə isnad etmək, imkansız olur.

~ Üçüncü hüccət:

Əgər mələklər döyüşmüş olsaydılar, onlar:

• ya insanların onları gördüyü yerlərdə olardılar;

• ya da insanların görmədiyi yerlərdə.

Əgər, insanlar onları görmüşdülərsə:

• ya insan surətində görmüşdülər;

• ya da başqa bir surətdə.

• Birincini (yəni, mələklərin insan surətində görünmələrini) qəbul etsək, bu təqdirdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ordusundan müşahidə edilən miqdarın, 3000 və ya daha çox olması lazım gələrdi ki, bunu, heç kim deməmişdir. Bir də, Haqq Taala'nın, "O vaxt qarşı-qarşıya gəldiyiniz zaman, Allah...sizi də onların gözündə azaltdı..." (Ənfal/44) ayətinin əksinə olmuş olar.

• Əgər müsəlmanlar, o mələkləri, insan surətində görməmişdilərsə, o vaxt, o insanların qəlblərinə, şiddətli bir qorxunun düşməsi lazım gələrdi. Çünki, məsələn, cin görən kimsə, çox qorxar...Bu xüsus isə, qətiliklə nəql edilməmişdir.

İnsanların mələkləri görməsi halında, kəlamın təqdiri belə olur:

Mələklər döyüşüb; düşmənlərin başlarını qoparıb; qarınlarını deşib; və kafirləri atlarından saldıqları vaxt, insanlar, bunu edənlərdən heç kimi görmədikləri halda, bu fellərin meydana gəldiyini müşahidə edirlərdi. Bax belə şeylər, ən böyük möcüzələrdəndir. Bu halda, belə bir şeyi inkar edənin, muannid (inadçı) bir kafir olması lazım gəlir. Belə bir inkar olmadığına görə, bu dəlilin kifayətsizliyi də ortaya çıxır (yəni, insanların, mələkləri görməmiş olması ehtimalı, qeyr-i məqbul olur).

~ Dördüncü hüccət:

Enən bu mələklərin, ya kəsif (qatı) və yaxud da lətif bir cisim olduqları, deyilə bilər.

• Birinci ehtimala (yəni, onların kəsif olmaları ehtimalına) görə, onları, hər kəsin görmüş olması; və onları görməyin, başqalarını görmək kimi olması lazımdır. Halbuki, (işin), heç də belə olmadığı, bilinən bir həqiqətdir.

• Əgər onlar, hava kimi lətif cisimlər idilərsə, onlarda qatılıq, sərtlik kimi xüsusiyyətlər olmaz. Beləcə, onların atlara minmiş olmaları da, imkansız olmuş olar. Bütün bunlar isə, sizin də qəbul etdiyiniz xüsuslardır...

Bil ki, belə bir şübhə, ancaq Quranı və nübüvvəti (peyğəmbərliyi) inkar edən kimsəyə yaraşır. Ancaq Quranı və nübüvvəti qəbul edən kimsəyə, belə bir şey söylənməsi, heç yaraşmaz. Quran nass'ının bunu bildirmiş olması və bu xüsusun, rəvayət edilmiş olan xəbərlərdə mütəvatir dərəcəsinə çatması səbəbilə, əbu Bəkr əl-Əsamm'ın, bunu inkar etməməsi lazım gəlirdi. Abdullah b. Ömər'in, belə dediyi rəvayət edilmişdir:

Qureyş, Uhud'dan qayıtdığında, məclislərində, zəfərlərini danışır və belə deyirdilər: "Biz, Bədr günündə gördüyümüz alaca atları və ağ adamları, Uhud'da görmədik..."

Ortaya atılan bu şübhəni, Allahın qüdrətinin kamalı ilə qarşılaşdırdığımızda, belə bir şübhəyə, yer qalmaz; bu şübhə, ortadan qalxar. Çünki Allah Taala, bütün mümkinata qadir olduğu üçün, istədiyini edər; hər cür ehtiyacdan münəzzəh olduğu üçün də, istədiyi hər şeyə hökm edər.

--------------------------------

--------------------------------

✓ Dördüncü məsələ:

Alimlər, mələklərin yardımının şəkli xüsusunda da ixtilaf etmişlərdir. (Belə ki):

~ Bəziləri: onların möminlərlə bərabər döyüşdüklərini;

~ Bəziləri də: bu yardımın, onların qəlblərinə qüvvət verərək, onlara müzəffər olacaqlarını bildirərək; və kafirlərin qəlblərinə də qorxu ataraq olduğunu

söyləmişlərdir.

Yardım xüsusunda açıq olan budur ki:

Mələklər, özlərinə ehtiyac hiss edildiyində, döyüşdə şəxsən orduya qatılmışlardır.

Döyüşdə şəxsən orduya ehtiyac qalmaması və möminlərin qəlblərini gücləndirmək üçün orda olmalarının kifayət edəcəyini söyləmək də caizdir.

Müfəssirlərdən bir çoxu, mələklərin Bədr'də döyüşdüklərini; digər döyüşlərdə isə, döyüşmədiklərini demişlərdir.

(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

---------------------------

---------------------------

Əlavələr:

Mələklərin varlığının əqli isbatı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...

Read 29 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR