İsra surəsi 59-cu ayətin təfsiri
وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْءَايَـٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَ ۚ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا۟ بِهَا ۚ وَمَا نُرْسِلُ بِٱلْءَايَـٰتِ إِلَّا تَخْوِيفًا
"Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb, ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına, açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar, ona zülm etdilər. Biz, möcüzələri, yalnız qorxutmaq üçün göndəririk." (İsra/59)
--------------------------------
Təfsiri:
Bil ki, Allah Taala, müşriklərin görüşlərinin xarab və yalnış olduğuna dair dəlillərini gətirib (bax: İsra/56-57); ardınca da vaid (əzab və cəza ilə qorxutma)'sını zikr edincə (bax: İsra/58); bunun ardınca da, nübüvvət (peyğəmbərlik) məsələsini zikr etmişdir.
Bu, belədir. Çünki,
~ Qureyş kafirləri,
-Allah Taala'nın da: "O halda, əvvəlkilərə göndərildiyi kimi; O da, bizə, bir möcüzə gətirsin." (Ənbiya/5) dediklərini bəyan etdiyi kimi-
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, böyük və qahir (qəhr edən) möcüzələr gətirməsini istəmişdilər.
~ Bəziləri də:
"Bununla, onların,
وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا
'Onlar dedilər: 'Bizə yerdən bir bulaq çıxarmayınca, Sənə iman gətirməyəcəyik.' (İsra/90)
ifadələrilə tələb etmiş olduqları şey qəsd edilmişdir."
demişlərdir.
~ Səid b. Cubeyr'dən, müşriklərin belə dediyi nəql edilmişdir:
"Sən, Səndən əvvəl də, bəzi peyğəmbərlərin gəldiyini və onların bəzisinin əmrinə, küləyin verildiyini; bəzilərinin də, ölüləri diriltdiyini iddia edirsən. O halda, Sən də, bizə, bu cür möcüzələrdən gətir."
Bax, Haqq Taala, o müşriklərin bu şübhələrinə, "Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb, ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi." buyuraraq cavab vermişdir.
Bu cavabın izahı xüsusunda da, bu açıqlamalar verilə bilər:
1. Bunun mənası, budur: "Allah Taala, o möcüzələri izhar edib; sonra da onlar, ona iman etməyib əksinə küfrlərində israr etdiklərində, beləcə, onlar, özlərini həlak edən bir əzaba haqq qazanmış olarlar. Ancaq nə var ki, bu ümmətə, onları həlak edən bir əzabın endirilməsi, caiz deyildir. Çünki Allah Taala, onların içində, iləridə iman edəcək kimsələrin olduğunu; yaxud da onların uşaqlarının iman edəcəyini ən yaxşı biləndir. Bax bundan dolayı, Allah, onların bu istəklərinə icabət etməmiş (yəni, cavab verməmiş) və bu əzici və qahir möcüzəni də, izhar etməmişdir."
ibn Abbas (radiyallahu anh), bunu rəvayət etmişdir:
"Məkkəlilər də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, Səfa təpəsini özləri üçün qızıla çevirməsini; və əraziləri əkə və işləyə bilmələri üçün, aradakı dağları da qaldırmasını istədilər. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu Allahdan istədi; Allah da: "İstəyirsənsə, bunu edərəm. Ancaq onların, yenidən küfrə qayıtmaları halında, onları həlak edərəm." buyurdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Xeyr. Mən, bunu istəmirəm. Əksinə, onlara mərhəmət et; möhlət ver." buyurdu; bunun üzərinə də, bu ayə nazil oldu.
2. Bu, "Biz, bu cür möcüzələr göstərmirik. Çünki onları görən atalarınız, onlara iman etmədilər. Siz də, onları təqlid edirsiniz. Bundan dolayı, onları görməyiniz halında, siz də onlara iman etməyəcəksiniz." mənasındadır.
3. Bu, "Sizdən əvvəlkilər, bu cür möcüzələri görüb müşahidə etdilər. Ancaq yenə də, onu yalanladılar. Dolayısı ilə, Haqq Taala, sizin də onları görməyiniz halında, onları yalanlayacağınızı bildi. Bundan dolayı, bunları göstərmək, mənasız bir iş olar. Hakim (hikmət sahibi olan) Allah isə, əbəslə iştiğal etməz." mənasındadır.
---------------------------------
Daha sonra, Haqq Taala,
"Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər." buyurmuşdur.
Bununla bağlı, bir neçə məsələ vardır:
• Birinci bəhs:
Bu, "Onların (yəni, Məkkə müşriklərinin) tələb etdikləri o möcüzə, eynilə Səmud qövmünə verilən ayətin (yəni, möcüzənin) eynisidir. Halbuki, Biz, o möcüzəni, Səmud qövmünə, açıq-aydın olaraq verdik. O halda, bunlar (yəni, Məkkə müşrikləri), necə bir təklif edir və arzularını, Allaha qəbul etdirmək surətilə necə istəyə bilirlər?" deməkdir.
Peyğəmbərlik iddia edən kimsə, möcüzəsini izhar edib; xalq da, onun bir möcüzə izhar etdiyini eşitdiyində, onlar, o ayətin (yəni, möcüzənin), möcüzə və ya qorxuducu bir şey olduğunu bilməzlər. Ancaq nə var ki, onlar, sadəcə, onun bir möcüzə olduğunu qəbul edərlər. Onun bir möcüzə olduğu qəbul edildiyində, əgər onlar, o xüsusda yaxşı düşünməz; və onunla, onu izhar edən peyğəmbərin doğru söylədiyinə istidlal etməzlərsə, bax o vaxt, şiddətli bir cəzaya haqq qazanmış olarlar ki, bax, onları o möcüzələr xüsusunda təfəkkür və təəmmülə (dərin düşünməyə) sövq edən qorxu da, budur.
O halda, Haqq Taala'nın, "Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk." ayətindən murad edilən, bəhs etdiyimiz bu xüsusdur. Allah, ən doğru biləndir.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
---------------------------
---------------------------
"Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb, ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi."
Allah Taala, möcüzələr göndərməsini əngəlləyən səbəbin, sadəcə, əvvəlkilərin, bu möcüzələri yalanlaması olduğunu xəbər vermişdir.
Əgər deyilsə: "Əvvəlkilərin yalanladığı içində, möcüzələrin endirilməsinə əngəl olan şey, hansıdır?"
Buna, belə cavab verərik:
Bu, sanki gizli tutulmuşdur. Yəni, möcüzələr göndərməyimizə, ancaq, -əvvəlkilərin yalanladığı kimi- sonrakıların da bunları yalanlayacağını bilməsindən başqa bir şey deyildir.
Yenə, əgər soruşulsa ki:
Biz, bunu soruşuruq:
"Əgər sonrakıların yalanlayacağını bilməsi, əvvəlkilərin yalanlamalarını bilməsi kimidirsə; həm əvvəlkilərin möcüzələri yalanlamasını bilməsi, onlara möcüzələrin endirilməsinə əngəl olmadığı halda, sonuncuların yalanlayacaqlarını bilməsi, necə oldu ki əngəl oldu?
Allah, onların, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i və Kitabı (yəni, Quranı) yalanlayacaqlarını bilməsinə baxmayaraq, elçilərini göndərdi. Lakin, Allahın bu halı bilməsi, Kitabı endirməsinə (ki, kitab da möcüzədir) və elçi göndərməsinə əngəl olmazkən; onların möcüzələri yalanlayacaqlarını bilməsi, onlara möcüzə göndərilməsinə necə oldu ki əngəl oldu? Halbuki, Peyğəmbər ilə Kitabı yalanlayacaqlarını bilməsi, Peyğəmbərin göndərilməsinə və Kitabın endirilməsinə əngəl olmamışdı..."
Buna, belə cavab verərik:
Allahın qanunu, belə gəlmişdir: İstəklərinin ardından -yəni, möcüzə istəmələrinin ardından- möcüzələr endirilib onlar da bunu yalanlayınca, Allah, onları (əvvəlkiləri) həlak etmişdi. Bax ilk əsrlərdə, Allahın qanunu belə gəlmişdi. Sonra, rəhmət və lütfünün əsəri olaraq, Allahın vədi keçmişdir ki, bu ümməti, dünyada əzab olmaq üzərə və həlak etmək şəklində yox etməyəcəkdir. Necə ki, bunu, Rəsuluna xəbər vermişdir:
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ
"Səni də, aləmlərə ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya/107)
Allahın rəhməti, onları dünyada saxlayaraq, əzabı və həlakı qaldırmaq surətilə, Muhamməd ümmətinə ehsan etmişdir.
Allah, ən doğrusunu bilir, sanki O, belə buyurmuş kimidir:
Bu ümməti, həlak etmək və əzab etmək şəklində yox etməyəcəyik deyə verdiyimiz vədimizin və rəhmətimizin iləri keçməsi xaricində, heç bir şey, bizim möcüzə göndərməyimizi əngəlləməmişdir. Göndərdiyimiz təqdirdə, onları yalanlayacaqlarını bildiyimiz üçün, (bəhsini etdiyimiz) o vəd, möcüzə göndərməyimizə əngəl olmuşdur. Çünki, möcüzə istəyib onu göndərdikdən sonra da ardınca yalanlama olunca, bizim qanunumuz, onları yox etmək şəklində cərəyan etmişdir. Sonra da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, aləmlərə, ancaq rəhmət olaraq göndərdiyini xəbər verdiyi üzərə, Allahdan, Muhamməd ümmətini, bir rəhmət olmaq üzərə həlak etməyəcəyinə dair vəd, (Allahın əzəli) elmində keçmişdir.
Bunun istinad etdiyi əsas, budur:
Allah Taala, keçmişdə göndərdiyi Peyğəmbərlərin peyğəmbərliklərini isbat etmək üzərə, başqa möcüzə və dəlillərə ehtiyac qalmayacaq şəkildə kifayət edən möcüzələr və mükəmməl dəlillər endirmişdi. Bundan sonra, (insanlar), istədikləri möcüzələri, sadəcə inad və inkar etmək məqsədilə istədilər; doğrunu araşdırmaq və hidayəti istəmək üçün deyil. Onların möcüzə istəmələri, inadçılıq və inkara istinad etdiyində, bunları yalanlayıb özlərinə möhlət verilməyincə, həlak edildilər. Eynilə, bu ayələrdə bildirildiyi kimi:
~ وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ
"Onlar: 'Nə üçün ona mələk endirilməyib?'– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi." (Ənam/8);
~ مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ
"Biz, mələkləri, ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman, kafirlərə möhlət verilməz." (Hicr/8)
və bənzəri ayələr...
Məgər görmürsənmi ki, bir möcüzə olmaq üzərə, qövmü, İsa (əleyhissəlam)'dan, özlərinə,
إِذْ قَالَ ٱلْحَوَارِيُّونَ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ ٱلسَّمَآءِ ۖ قَالَ ٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ • قَالُوا۟ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ ٱلشَّـٰهِدِينَ • قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةً مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ • قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًا مِّنَ ٱلْعَـٰلَمِينَ
"Bir zaman həvarilər demişdilər: 'Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?' O da onlara demişdi: 'Əgər möminsinizsə, Allahdan qorxun.' Onlar demişdilər: 'Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq.' Məryəm oğlu İsa dedi: 'Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!' Allah dedi: 'Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm." (Maidə/112-115)
Möcüzə istəməyin və bu ümmətin həlak edilməsinin ardından möcüzə göndərilməməsinin səbəbi, əsir edildikdən sonra, bu ümmətin nəslindən müsəlmanların gəlməsi və qiyamətə qədər nəslin davamının buraxılmış olması da, mümkündür. Allah, ən gözəl biləndir...
(Yəni, imamın qəsdi, budur: Allah, əzəli elmilə, İslam ümmətinin çoxalacağını bildiyi üçün, qiyamətə qədər davam edəcək bir dinin mənsubları olan bu ümmətin topyekun həlak olmasına səbəb olacaq möcüzələr yaratmamışdır.)
-----------------------------
"Səmud tayfasına, açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik..."
Deyildi ki: Saleh (əleyhissəlam)'ın peyğəmbərliyinə işarət edən bir möcüzə olaraq, deməkdir.
Bəziləri də, "mubsiratən" kəliməsinə, bu mənanı vermişlərdir:
Yəni, "Allah tərəfindən göndərilmiş bir möcüzə olduğunu gözlərilə görərək" deməkdir. Çünki onlar, bu dişi dəvəni, öz dəvələrindın fərqli görmüşlərdi. Bu da, bu ayədə bildirilmişdir:
وَيَـٰقَوْمِ هَـٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةً...
"Bu, sizə bir möcüzə olmaq üzərə, Allahın dəvəsidir." (Hud/64)
"...lakin onlar, ona zülm etdilər."
Yəni, onu yalanladılar, inkar etdilər, sonra da, Allah tərəfindən bir möcüzə olduğunu bildikdən sonra, öz dəvələrinə müxalif və insanların dəvələrinin xaricində bir heyvan olaraq gördükləri üçün, onu kəsdilər.
-----------------------------
"Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk."
ibn Abbas (radiyallahu anh), Həsən (əl-Basri) və digərləri, bunun haqqında belə demişlərdir:
Sürətli bir ölüm.
Bəziləri də, belə demişlərdir:
İnad etmək üçün istəmələri nəticəsində yaradılan və yalanlanan möcüzələri, sadəcə qorxutmaq üzərə göndəririk.
Yaxud da, Biz, möcüzələri göndəririk, onları istəmələrininin ardınca. Sonra da, onları yalanlamaları üzərinə, bunları sadəcə qorxutmaq üçün göndəririk.
Bəhsi edilən möcüzələrin, günəş, ay və digərlərinin batması olaraq təvil edilməsi də, möhtəməldir. Biz, insanları qorxutmaq üçün bunları göndəririk. Allah, ən doğru biləndir...
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri, -müxtəsər-)
