Quran kitab olaraq toplanmadan əvvəl bəzi ayələrdə Qurana kitab deyilməsi

✓ əl-Əsamm, belə deyir:

Haqq Taala, Quranın bəzisini, bəzisindən sonra endirmişdir. Məsələn, Bəqərə surəsindən sonra, bir çox surə endirilmişdir. Bunlar da, Məkkədə nazil olan surələrdir ki, bunlarda, tövhidə, şirkin fasidliyinə, peyğəmbərliyin və axirətin həqiqi olduğuna dəlalət edən ayələr mövcuddur. (Bəqərə surəsi 2-ci ayədəki) "zəlikə/o" (kitab) sözü, Bəqərə surəsindən əvvəl enmiş olan bu Məkki surələrə işarətdir. Haqq Taala, bəzən, Quranın bir qismini də, "Quran" olaraq təsmiyə etməkdə (adlandırmaqda)'dır. Necə ki:

...وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ

Və izə quriə'l-Qurənu fəstəmiu ləhu.

Yəni:

"Quran oxunduğu zaman, onu dinləyin..." (Əraf/204) buyurmuşdur.

Yenə, Haqq Taala, cinlərdən nəqlən,

إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا...

İnnə, səmi'nə Qurənən əcəbən.

Yəni:

"...Şübhəsiz, biz, heyrət oyandıran bir Quran dinlədik." (Cin/1); və

...إِنَّا سَمِعْنَا كِتَـٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ...

İnnə, səmi'nə kitəbən unzilə min bə'di Musə.

Yəni:

"...Biz, Musadan sonra endirilən bir kitab dinlədik..." (Əhqaf/30) buyurmuşdur.

Halbuki, bu cinlər, Quranın hamısını deyil; bir parçasını dinləmişdilər. O da, o vaxta qədər endirilmiş olan ayələrdi.

b. Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i göndərdiyi vaxt, Ona, heç bir şeyin yox edə bilməyəcəyi bir kitab göndərəcəyini vəd etmiş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bunu, ümmətinə xəbər vermişdi. Ümmət, bunu, Ondan rəvayət etmişdi. Haqq Taala'nın,

إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًا ثَقِيلًا

"Şübhəsiz, Biz, sənin üzərinə, ağır bir söz vəhy edəcəyik." ayəsi, Muzəmmil surəsi 5-ci ayədir ki, bu surə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ilk peyğəmbərlik illərində nazil olmuşdur.

c. Haqq Taala, Bəqərə surəsində, Bən-i İsrail'ə xitab etmişdir. Çünki bu surə, Mədinədə nazil olmuş olub, əksər yəhudilərə və Bəni İsrail'ə qarşı gətirilən hüccət və dəlillərlə doludur. Musa və İsa, İsrail oğullarına, Allahın, Muhammədi peyğəmbər olaraq göndərəcəyini və Ona, kitab endirəcəyini xəbər vermişlərdir. Buna görə, (Bəqərə/2'dəki) "zəlikə'l-kitəb/o kitab" kəliməsinin mənası, budur:

Bu, keçmiş peyğəmbərlərin, İsmayıl (əleyhissəlam)'ın soyundan, axır zamanda peyğəmbər olaraq göndərəcəyi Şəxsə, Allahın inzal edəcəyini xəbər verdikləri kitabdır.

d. Haqq Taala, bu Quranın, Lövh-i Məhfuz'da mövcud olduğunu,

...وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا

"Şübhəsiz, O (yəni, Quran), nəzdimizdəki ummu'l-kitab (kitabın anası, yəni, Lövh-i Məhfuz)'dadır." (Zuxruf/4) deyərək xəbər verincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, ümmətinə, bunu xəbər vermişdir. Bu səbəb ilə, Haqq Taala'nın, endirdiyi bu kitabın Lövh-i Məhfuz'dakı kitab olduğunu bildirmək üçün, "zəlikə'l-kitəb/o kitab" deməsi, imkansız deyildir.

(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)

--------------------------

--------------------------

Əlavələr:

Bu linkdə, s. 30-38'ə baxıla bilər:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...

Read 27 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR