Bəqərə surəsi 54-cü ayə
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلْعِجْلَ فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
"O zaman Musa, öz qövmünə dedi: 'Ey qövmüm! Siz, buzovu (özünüzə ilah) etməklə, özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və öz nəfslərinizi öldürün. Bu, Yaradanınızın yanında, sizin üçün xeyirlidir.' O, sizin tövbənizi qəbul etdi. Şübhəsiz ki, O, Təvvab (tövbələri qəbul edən)'dir, Rahim (rəhmli)'dir." (Bəqərə/54)
--------------------------------
Təfsiri:
"Nəfslərinizi, öldürün."
əbu Mansur (rahiməhullah), dedi:
Təvil və təfsir əhli, bu ayədə yer alan "nəfslərinizi öldürmə" ifadəsini həqiqi mənasında götürməkdə (yəni, öz canlarına qəsd etmək, özlərini öldürmək mənasını götürməkdə) icma etməsəydilər, bu ifadəni, həqiqi mənada düşünməzdik. Çünki, Allahın öldürmə əmri, İsrail oğullarının tövbə edib Ona qulluq etmək, itaət edib boyun əymək hadisəsindən sonra gəlmişdir. Bunun dəlili, Allah (azzə və cəllə)'nin, bu ayəsidir:
وَلَمَّا سُقِطَ فِىٓ أَيْدِيهِمْ وَرَأَوْا۟ أَنَّهُمْ قَدْ ضَلُّوا۟ قَالُوا۟ لَئِن لَّمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَـٰسِرِينَ
"Onların (yəni, İsrail oğullarının) əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: 'Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq'– dedilər." (Əraf/149. Bunun, İsrail oğulları haqqında olduğu üçün, Əraf/148-ə bax).
Bu ayə ilə, İsrail oğullarının, qətl əmrindən əvvəl, tövbə etdikləri ortaya çıxmaqdadır. Hərçənd, Peyğəmbərlərin gətirdiyi vəhylərdə, iman edincəyə qədər kafirlərin öldürülməsi, məşru qılınmışdır. Ancaq haqq dini qəbul etmələri halında, onları öldürmək, caiz olmaz. Çünki, bu halda, Peyğəmbərlərin göndərilməsi, din üçün deyil, sadəcə öldürmək məqsədinə yönəlmiş olar. Allah, ən gözəl biləndir...
Bir də, öldürmə, imana deyil; küfrə qarşı gətirilmiş bir cəzadır, xüsusilə, qətliam edildiyi təqdirdə. Çünki, bir gün içində, 70.000 adamın öldürüldüyü rəvayət edilmişdir. (bax: Tabəri, "Camiu'l-Bəyan" təfsiri, l, 286)
Bundan anlaşılacağı üzərə, bəhsi keçən öldürmə feli, kütləvi öldürmə və məhv etmədir. Halbuki, Allah Taala, küfr və inad halı xaricində, heç bir qövmü həlak etməmişdir. Çünki, haqq dini mənimsəmək, öldürülməyi ortadan qaldırıb (hökmünü) salan bir səbəb olaraq qəbul edilmişdir. Bir də küfr və inkarı səbəbindən öldürülməyə haqq qazanan kimsə, iman etdiyi təqdirdə, ölüm cəzası qalxar. Eyni şəkildə, iman edib haqqa qayıdan və bu hal üzərə ölən kimsəyə, axirətdə, əvvəlki küfrü səbəbilə, cəza tətbiq edilməz. Bütün bunlar qarşısında, İsrail oğullarının, tövbə edib Allaha qulluq və itaət etmək şəklindəki dönüşlərindən sonra, dünyada öldürülməmələri lazımdır. Bu halda, ayədə yer alan öldürmək əmrini, İsrail oğullarının, Allaha itaət və ibadət etmək, çətinlik və məşəqqətlərə sinə gərmək surətilə nəfslərini yorub mənəvi mənada öldürmə mənasında təvil edərik. Çünki onlar, buzovu, tanrı qılmaq; Allahdan başqasına ibadət etmək surətilə Rəbb'lərinə qarşı göstərdikləri üsyan, iləri həddlərə çatmışdı. Bu cür təvil və təsərrüf, insanların normal söhbətləri sırasında da görünməkdədir. Məsələn, "Filankəs, bu iş üçün nəfsini/özünü öldürməkdədir." deyilir. Lakin bununla, həqiqi mənada öldürməyi deyil; nəfsini o xüsusda yormaq, şiddət və çətinliklərə sinə gərmək mənasında istifadə edirlər. Buna bağlı olaraq, ayədə keçən "nəfslərini öldürmə" əmri, bəhsini etdiyimiz mənada təvil edilir. Allah, ən doğrusunu bilir.
Ayədə keçən "öldürmə" sözü, həqiqi mənasında götürüldüyü təqdirdə, 2 şəkildə açıqlana bilər:
1. Bu əmr, İsrail oğullarından Allaha qarşı vaqe olmuş üsyanları səbəbilə bir adam öldürmə cəzası deyil; Allahın, özlərini bir imtahana tabe tutmasının bir başlanğıcı sayıla bilər.
Əslində, Allahın, İsrail oğullarını hər hansı bir səbəbə bağlı olmadan imtahan çərçivəsində, onlara, özlərini əmr etməsi, mümkündür. Necə ki, bu ayə, buna işıq tutmaqdadır:
وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَـٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِّنْهُمْ
"Əgər Biz, onlara: 'Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!'– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi." (Nisa/66)
Təfsir alimlərinin əksəriyyəti, bu ayəni, (yuxarıda) ifadə etdiyimiz şəkildə açıqlamışlardır. Çünki, məxluqların həyatına öldürmə növlərinin hər hansı birilə son verməsi, Allah üçün caizdir. Buna bağlı olaraq, Haqq Taala'nın, İsrail oğullarına həqiqi mənada özlərini öldürməyi əmr etməsi də, imkan daxilindədir. Bununla bərabər, özlərini, Allah üçün fəda etmək növündən olmaq üzərə, dəvət edildikləri çox mühim bir xüsusu qəbullanıb təslim olmaları da, mümkündür. Necə ki, İbrahim'in, Öz oğlunu qurban etmə şəklindəki İlahi əmri yerinə yetirməsi və İsmayıl'ın, Özünü bu iş üçün fəda etməsi, bu növdən bir fədakarlıq nümunəsidir. (bax: Saffat/102-106)
Nəticə olaraq, İsrail oğullarının bu şəkildə əmrə muxatab qılınıb imtahana tabe tutulmasında, həqiqi mənada özünü öldürmə deyil; əmri tam mənası ilə yerinə yetirmək və dönüş etmələri mənası vardır.
2. Ayədə yer alan öldürmə əmri, həqiqi mənasında götürüldüyü təqdirdə, dünyada tətbiq edilən bir cəza xüsusiyyəti daşıya bilər. Dünyada gerçəkləşən cəza və mükafat, İlahi imtahan məsabəsindədir. Buna görə, tövbə edib Allaha itaətə qayıtmaq vaqe olduqdan sonra, imtahanın tətbiq edilməsi mümkündür. Çünki, dünya, imtahan yeridir. Axirətin cəza və mükafatları isə, imtahan xüsusiyyəti daşımaz. Çünki axirət, imtahan yurdu deyildir.
Nəticə olaraq, tövbədən sonra da olsa, dünyada cəzalandırılma imkan daxilindədirsə də, tövbə ilə öldüyü təqdirdə, axirətdə bu, mümkün deyildir.
"Nəfslərinizi öldürün." ayəti haqqında, başqa təvillər də verilmişdir:
~ Belə deyilmişdir: İsrail oğullarının öldürülməyə və Allaha təslim olmağa hazırlanmaları əmr edilmişdir. Beləcə, onlar, bir mənada, nəfslərini öldürmüş bir hala keçdilər.
~ Bir başqa izaha görə: Nəfslərini öldürmə əmri, düşmənlərlə döyüşmək mənasına gəlir. Bu döyüşdə ölmələri bəhs mövzusu olsa da, Haqq Taala, belə buyurmuşdur:
إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ
"Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir..." (Tövbə/111)
Bu ayədə bəhsi edilən Allah-qul münasibəti, Tövrat'da da yer almışdır.
Bu ayə də, bunu göstərməkdədir:
"O zaman Biz sizinlə: 'Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!'– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz." (Bəqərə/84)
Haqq Taala, nəticə etibarı ilə, özlərinin ölümü demək olan qətl felini, onlara qadağan etmişdir. "Özünüzü öldürməyin." (Nisa/29) ayəti "öldürməyə təşəbbüs etdiyiniz kimsələri öldürməyin" mənasındadır. Çünki, bu halda, özünüzü öldürmüş bir hala düşərsiniz. əbu Bəkr əl-Əsamm, "Əgər onlara 'Özünüzü öldürün və ya yurdlarınızdan çıxın.' deyə əmr etsək, çox azı müstəsna, bunu etməzlərdi." (Nisa/66) ayətinə, bu mənanı vermişdir.
~ "Nəfslərinizi öldürün." ayəti üçün, Allah Taala'nın, İsrail oğullarına bir-birilərini öldürmələrini əmr etdiyi şəklində də izah verilmişdir.
"Evlərə daxil olduğunuz zaman, özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın." (Nisa/61) ayətində olduğu kimi; yəni, bir-birinizə salam verin.
~ Belə də deyilmişdir: Haqq Taala, buzova ibadət edən hər kəsə, özünü öldürməsini əmr etmişdir.
-----------------------
"Bu, Yaradanınızın yanında, sizin üçün xeyirlidir."
Yəni,
~ Tövbə etməyiniz, Yaradanınız nəzdində, sizin üçün daha xeyirlidir.
~ Belə də deyilmişdir: Özünüzü öldürməyiniz, buzova ibadət etməkdən daha xeyirlidir.
~ Belə bir məna vermək də, mümkündür: Əziz və cəlil olan Rəbbinizə qulluq etməyiniz, buzova ibadət etməkdən daha xeyirlidir.
-------------------------
"O, sizin tövbənizi qəbul etdi. Şübhəsiz ki, O, Təvvab (tövbələri qəbul edən)'dir, Rahim (rəhmli)'dir."
İsrail oğullarının, öldürülmələrinə razı olub səbr etmələri və buna səy göstərmələri xüsusunda, 2 təvil edilməsi, mümkündür. (Belə ki, onlardan):
~ Birincisi: Sanki onlar, heyvani xüsusiyyətlərə sahib qılınaraq yaradılmışlardır. Belə ki, Musa (əleyhissəlam), özlərini, gərək firona, gərəksə də firon ailəsinə xidmət etməkdən xilas etmiş; məruz qaldıqları böyük sıxıntı və təhdidlərdən uzaqlaşdırmış və onlara, ağıllara heyrət verən möcüzələr göstərmişdir. Məsələn, əsa, parlaq əl, dənizin yarılması və içində düşmənlərinin boğdurulması; bir tək daşdan, su bulaqlarının axıdılması və sayılması uzun vaxt alan digərləri kimi...Əslində, bunlardan sadəcə 1-i belə, özlərinə kifayət edə və Musanın peyğəmbərliyini doğrulaya bilərdi. Bütün bunlara baxmayaraq, Musa, yanlarından ayrılınca,
فَقَالُوا۟ هَـٰذَآ إِلَـٰهُكُمْ وَإِلَـٰهُ مُوسَىٰ فَنَسِىَ...
"Samiri dedi: Bu (yəni, buzov), sizin də, Musanın da İlahıdır. (Lakin O, yəni, Musa), bunu unutdu." (Taha/88) demək surətilə, özlərini buzova ibadət etməyə və onu tanrı qılmağa dəvət etmiş; onlar da, icabət edib boyun əymişlərdi. Bu vaxt, Harun, onların arasında idi və belə deyirdi:
...يَـٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَـٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى...
"Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!” (Taha/90)
Lakin, İsrail oğulları, Onun çağırışına qulaq asmamış; təsdiq etməmişdilər. Halbuki Harun, özlərincə ən çox sevilən insanlardan biri idi.
İsrail oğulları, bu heyvani sifətlərə sahib olmasaydılar, bəhsini etdiyimiz möcüzələrə şahid qılındıqdan sonra, Onu dinləməkdən uzaq durmaz və buzova ibadət etməzdilər. Onların fitrəti, bildirilən şəkildə olduğuna görə, özlərinin öldürülməsinə qarşı çıxmamaları, təbiidir. Bunu dəstəkləyən növdən olmaq üzərə, İsrail oğulları, belə demişdilər:
قَالُوا۟ يَـٰمُوسَى ٱجْعَل لَّنَآ إِلَـٰهًا كَمَا لَهُمْ ءَالِهَةٌ
"Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt." (Əraf/138)
Bu səbəblədir ki, Musa'nın bütün möcüzələri, əqli deyil; hissi olmuşdur. (haşiyə)
-----------------
(Haşiyə:
Möcüzələrin qisimləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mocuz%C9%99-v%C9%99-qisiml%C...
-------------------------
Çünki, onların ağılları, istidlal (dəlil gətirmək) yolu ilə idrak edilə biləcək mövzular da bir tərəfə, hisslərlə idrak ediləcək şeyləri belə başa düşməkdən acizdi.
~ İkincisi: Möhtəməldir ki, İsrail oğullarına, öldürülməyə səbr göstərdikləri halda, axirətdə çatacaqları savab, mükafat və yaxşı aqibət hiss etdirilmiş; bu səbəblə, bəhsi keçən (öldürülmə) feli, özlərincə xəfif görülmüşdür. Necə ki, lənətli firon, Xanımının Allaha ibadət və itaət etdiyini öyrənincə, Onun, ağır işgəncələrə məruz qoyulmasını əmr etmiş və əmri tətbiq edilmiş; ancaq Xanımı, bunlara gülərək qarşılıq vermiş, çünki, cənnətdəki üstün məqamı və yaxşı aqibəti, Özünə göstərilmişdi. O da, bu işgəncələri xəfif görərək bağrına basmışdı. Bənzər bir şəkildə, İsrail oğulları da, öldürülməyə hazır hala gətirilib dözmələri, imkan daxilinə girə bilmişdir.
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
---------------------------------
---------------------------------
Bil ki, bu, Haqq Taala'nın, onlara (yəni, İsrail oğullarına) verdiyi 5-ci nemətdir.
Müfəssirlərdən bəziləri, "Bu və bundan sonra gələn ayələr, nemətləri xatırladan ayələrdən ayrılmışdır. Çünki, bu ayə, öldürməyi əmr edir. Öldürmə isə, nemət olmaz." demişlərdir.
Bu görüş, bir neçə cəhətdən zəifdir:
a. Şübhəsiz, Haqq Taala, onların günahlarının böyük olduğuna diqqət çəkmiş; sonra onlara, bu böyük günahdan, sayəsində qurtulacaqları şeyə diqqət çəkmişdir. Bu da, dini cəhətdən, nemətlərin ən böyüklərindəndir. Allah Taala, İsrail oğullarına olan dünyəvi nemətləri sayınca; onlara olan dini nemətləri sayması, daha əvla olur. Sonra, tövbənin keyfiyyətini ortaya qoyan bu neməti vəsf etmək, ancaq, masiyyəti (günahı) dilə gətirən bir müqəddimə ilə olunca, onun zikri də, nemətin tamamlayıcısı mahiyyətində olur. Bax bu səbəblədir ki, bu ayətin ehtiva etdiyi hər şey, Allahın, onlara olan nemətləri olaraq sayılmışdır. Bundan ötürü, bunları xatırlamaq, caizdir.
b. Allah Taala, onlara, qətli əmr edincə, o əmri, onlardan, onların hamısı həlak olmadan əvvəl qaldırmışdır. Bu səbəblə bu, geriyə qalanlar və Muhamməd (sallallahu aleyhi və səlləm) zamanında olan (İsrail oğulları) haqqında, bir nemət olmuş olur. Çünki, Haqq Taala, bu öldürmə işini, onların əcdadından qaldırmamış olsaydı, o oğullar, mövcud olmazlardı. Bu səbəblə, bunun, Muhamməd (sallallahu aleyhi və səlləm) zamanında mövcud olanlara minnət etmə (yaxşılığı xatırlatma) sədədində gətirilmiş olması, gözəl olmuşdur.
c. Muhamməd (sallallahu aleyhi və səlləm), onlara, "Bu anda, tövbənizin qəbul edilməsi üçün bir-birinizi öldürməyə ehtiyac yoxdur, küfrünüzdən dönər, Allaha iman edərsənizsə, Allah, imanınızı qəbul edər." dediyi halda; Allah Taala, onların tövbələrinin, ancaq qətl ilə tamamlana biləcəyini açıqlayınca, o tövbə xüsusundakı bu şiddətli açıqlama, onların diqqətini, belə bir asan tövbənin qəbulu ilə hasil olan o böyük nemətə çəkmək olmuşdur.
d. Bunda, Muhamməd (sallallahu aleyhi və səlləm) ümmətini, tövbəyə çoxca təşviq mövcuddur. Çünki, Musa (əleyhissəlam)'ın ümməti, özlərinə çox çətin gəlməsinə baxmayaraq, tövbəyə istəkləndirilincə, bizdən (yəni, biz müsəlmanlardan) birinin, sırf peşmanlıq demək olan tövbə xüsusunda təşviqi, daha əvla olur. İnsanın əhəmiyyətli bir faydası xüsusunda istəkləndirilmiş olmasının, nemətlərin böyüklərindən olduğu, məlumdur.
"Zülm" haqqında, müfəssirlərin 2 görüşü vardır:
a. Musa (əleyhissəlam)'a verdiyiniz sözdə dayanmaq surətilə mütləq haqq sahibi olacağınız savabı, özünüzdən nöqsanlaşdırdınız.
b. Zülm, "yerində olmayan; özündə, nə elm/bilik cəhətdən, nə də tibbi cəhətdən hər hansı bir fayda olmayan; heç bir zərəri dəf etməyə vəsilə olmayan israr" deməkdir. Buna görə, onlar, buzova ibadət etmək surətilə, öz nəfslərinə zərər vermiş oldular. Çünki, əbədi zərərə aparan şey, ən böyük bir zülmdür. Bax bu səbəbdən dolayı, Haqq Taala,
"Şübhəsiz, şirk, böyük bir zülmdür." (Loğman/13) buyurmuşdur.
-----------------------------
Haqq Taala'nın, "فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ / Yaradanınıza tövbə edin və öz nəfslərinizi öldürün." ayətinə gəlincə, bununla bağlı, bir neçə sual vardır:
• Birinci sual:
Allah Taala'nın, "فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ / Yaradanınıza tövbə edin və öz nəfslərinizi öldürün." ayəti, tövbənin, "nəfsi öldürmək" şəklində təfsir edilməsini gərəkdirir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm),
"Allah, təmiz suyu, yerli-yerinə qoyaraq üzünü və əllərini yumadıqca, heç birinizin namazını qəbul etməz." hədisindəki "təmiz suyu yerli-yerinə qoymaq" ifadəsi, "üzü və əlləri yumağı" gərəkdirir. (Yəni, üzü və əlləri yumaq, təmizi suyu yerli-yerinə qoymağı təfsir edir, açıqlayır). Ancaq tövbənin belə başa düşülməsi, batildir. (Yəni, "öz nəfslərinizi öldürün" ifadəsi, "Yaradanınıza tövbə edin." ifadəsini açıqlamır). Çünki, tövbə, keçən çirkin feldən dolayı peşman olub, bundan sonra, onu təkrar etməməyə əzm etməkdən ibarətdir. Bu isə, nəfsi öldürməkdən fərqli və nəfsi öldürməyi gərəkdirməyən bir şeydir. O halda, tövbənin, nəfsi öldürmək şəklində təfsir edilməsi, necə caiz ola bilər?
Buna, belə cavab veririk:
Məqsəd, tövbənin, "nəfsi öldürmək" şəklində açıqlanması olmayıb; əksinə, "Onların tövbələrinin, ancaq nəfsi öldürməklə olacağını və tamamlanacağını" izah etməkdir. Bu tövbə, ancaq belə olmuşdur. Çünki Haqq Taala, Musa (əleyhissəlam)'a, qəsdən adam öldürən kimsənin tövbəsinin, ancaq, özünü təslim etməsilə tamamlandığı, beləcə də, öldürülənin yaxın qohum-əqrəbaları, ya onun qisasından döndükləri və ya onu öldürdükləri kimi, Bəni İsrail'in tövbəsinin qəbul edilməsinin şərtinin də, özlərini öldürmək olduğunu vəhy etmişdir. Bu səbəblə, mürtədin tövbəsinin, ancaq öldürülməsi ilə tamamlanmasının Musa'nın şəriətindən olması, imkansız deyildir. Bunun belə olduğu sabit olunca, biz, deyirik ki:
Bir şeyin şərtinə də, məcazi olaraq, bəzən o şeyin ismi/adı verilə bilər. Necə ki, tövbəyə niyyətlənən qasib (mal qəsb edən, oğurlayan) kimsəyə: "Sənin tövbən, qəsb etdiyin şeyi geri qaytarmağındır." deyilirsə. Yəni, "Sənin tövbən, ancaq bununla tamamlanar." deməkdir. Burda da, belədir.
• İkinci sual:
Tövbə, ancaq, Haqq Taala'ya edildiyi halda, "Yaradıcınıza tövbə edin!" deməyin, nə mənası var?
Buna, bu şəkildə cavab veririk:
Bundan məqsəd, tövbə edərkən, riyakarlıq etməkdən, insanları nəhy etmək (yəni, riyakarlığı qadağan etmək)'dir. Sanki Allah Taala, onlara, belə deməkdədir: "Əgər qəlbinizdən deyil, dilinizdən tövbə edir görünərsənizsə, bu halda, qəlblərinizdən xəbərdar olan Allaha qarşı deyil; insanlar qarşı tövbə etmiş olarsınız."
Bu isə, faydasız şeylərdəndir. O halda, siz, günah işlədiyinizdə, Allaha tövbə etməlisiniz.
• Üçüncü sual:
Bu ayədə, nə üçün, xüsusilə "əl-Bari" ismi zikr edilmişdir?
Buna, belə cavab veririk:
"Bari", Allah Taala'nın, Mülk surəsi 3-cü ayədə də buyurduğu kimi; məxluqatı, nizamsızlıqdan uzaq olaraq yaradan və onları, bir-birindən müxtəlif şəkillər, fərqli surətlərlə yaradaraq, ayıran Zat'dır. Beləcə, bu ifadə, belə olan Zat'ın, axmaqlıqda misal çəkilən öküzdən, ibadətə daha layiq olduğuna diqqət çəkməkdir. (haşiyə)
----------------------------
(Haşiyə:
Bari isminin şərhi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bari-isminin-s%C9%99rhi
----------------------------
• Dördüncü sual:
Allah Taala'nın, bu ayədəki "fətubu / tövbə edin" ifadəsindəki fə ilə; "fəqtulu/öldürün" ifadəsindəki fə arasındakı fərq, nədir?
Buna cavabımız, belədir:
~ Birincisi, səbəb fə'sidir. Çünki, bu ayədə, zülm, tövbə etməyin səbəbidir.
~ İkincisi isə, təqib/sıra fə'sidir. Çünki öldürmək, burda, tövbənin tamamlayıcısıdır.
Buna görə, "fətubu/tövbə edin" ifadəsinin mənası, "Tövbənizi tamamlamaq üçün, tövbəyə, öldürmə işini də əlavə edin." deməkdir.
• Beşinci sual:
"Fəqtulu ənfusəkum/nəfslərinizi (yəni, özünüzü) öldürün." ayətilə qəsd edilən, nədir? O, ayətin zahirindən başa düşülən "Hər biriniz, öz nəfsini öldürsün." mənasımıdır, yoxsa bundan başqa bir şeydirmi?
Buna cavabımız, belədir:
Alimlər, bu xüsusdə, ixtilaf etmişlərdir. (Belə ki):
~ Bəzi müfəssirlər, belə demişlərdir:
Bundan murad edilən mənanın, "Tövbə edənlərin hər birinin özünü öldürməsini əmr etmək" olması, caiz deyildir.
Bu, Qadı Abdu'l-Cabbar (əl-Mötəzili)'nin də tərcih etdiyi görüşdür.
Bu müfəssirlər, öz görüşlərinə, 2 cəhətdən dəlil gətirmişlərdir:
a. Əhl-i təfsir, buna istinad etmişlərdir:
Bütün müfəssirlər, Bəni İsrail'in, özlərini, öz əllərilə öldürmədikləri xüsusunda, ittifaq etmişlərdir. Əgər onlar, belə etməklə (yəni, hər bir kəsin, buzova ibadət etdiyindən dolayı işləmiş olduğu günaha qarşı, özünü öldürməsilə) əmr edilmiş olsaydılar, bunu etmədikləri üçün, günahkar olmuş olardılar.
b. Ki, bu, Qadı Abdu'l-Cabbar'ın istinad etdiyi dəlildir:
Öldürmə, canlı olan vücudu canlı olmaqdan çıxaran və onu xarab edən şeydir. Bunun xaricindəki şeylər isə, yaxın və ya uzaq olaraq, onu ölümə aparan şeylərdir. Belə şeylərə də, məcazi olaraq, "öldürmə" deyilir. Öldürməyin həqiqətini yaxşıca qavradığın zaman, biz, deyirik ki, Allahın bunu əmr etmiş olması, caiz deyildir. Çünki, şər'i ibadətlər, o mükəlləfə fayda verdiyi üçün gözəl (və yerində) olmuşlardır. İbadətlər isə, ancaq, gələcəkdəki işlər haqqında bir maslahat (fayda) olurlar. Halbuki, ölümdən sonra mükəlləfiyyət yoxdur ki, insanın, özünü öldürməsindən bir maslahatı olsun. Bu isə, Allahın öldürməsinin əksinədir. Çünki, Allahın öldürməsi, İlahi fellərdəndir. Beləcə, başqa bir mükəlləf üçün bir salah (qurtuluş, maslahat, fayda) olduğu zaman, Allahın, onu öldürməsi, gözəl olur və Allah, öldürdüyü mükəlləfə də, buna qarşılıq böyük bir savab verir. Bu, Allahın, öldürməyəcək şəkildə bir yaralamağı və ya bir üzvün kəsilməsini əmr etməsindən də, fərqlidir. Çünki bunlar edildikdən sonra, geridə həyat qalırsa, bu fellərin, iləridəki fellər üçün bir salah (qurtuluş) vəsiləsi olması, imkansız deyildir.
İndi, biri, belə deyə bilər:
Qətlin, o anda, ruhu bədəndən ayıran bir felin ismi/adı olduğunu, qəbul etmirik. Əksinə o, ya o andan və ya daha sonra ruhun bədəndən ayrılmasına səbəb olan bir feldən ibarətdir. Bunun dəlili isə, budur: Biri, hər hansı bir insanı öldürməməyə and içsə, sonra birini, ağır bir şəkildə yaralasa. O da, bu ağır yaralanmadan sonra, çox qısa bir müddət yaşayıb ölsə. Bu yaralayan, andını pozmuş olur və onu, ərəb dilini bilən hər kəs, qatil deyə adlandırır. Halbuki, kəlimələrin istifadəsində əsas olan, həqiqi məna (=bir ləfzin, dildə hər hansı bir mənanı ifadə etmək üçün qoyulması, sözün həqiqi mənası deməkdir) ilə istifadə etməkdir. Bu səbəblə, bu qətl isminin, istər o anda öldürsün, istərsə də ondan sonra ölümünə səbəb olsun, ruhun bədəndən ayrılmasına yol açan felin ismi olduğunu göstərir. Halbuki sən, ayədəki "öldürün" əmrinin, ruhun dərhal bədəndən çıxmasını gərəkdirməyən bir yaralamaqla bağlı olmasının caiz olacağını, qəbul etdin. Belə olunca da, əmrin, insanın özünü öldürmə mənasında olmasının da caiz ola biləcəyi sabit olur. Qətlin, o anda, ruhu bədəndən çıxaran felin ismi olduğunu qəbul etdik. Buna görə, ayədəki əmrin bu mənada olması, nə üçün caiz olmasın?
Onun (yəni, qadı Abdu'l-Cabbar'ın), "Əmrlərin (yəni, ibadətlərin) fərz olmasında, gələcəyə dair maslahatların olması lazımdır." sözünə gəlincə, biz deyirik ki:
Hər şeydən əvvəl, ibadətlərdə (yəni, əmrlərdə), mütləq bir faydanın olması gərəkdiyini, biz (Əşarilər), qəbul etmirik. Bunun dəlili, budur:
Haqq Taala, inkar edəcəyini bildiyi kimsələrə də, iman etmələrini əmr etmişdir. Halbuki, bu əmrdə, hər hansı bir fayda yoxdur. Çünki, belə bir təklifin faydası, sadəcə əzabın meydana gəlməsidir.
Biz, mütləq, bir faydanın olması gərəkdiyini qəbul etsək belə, sən, nə üçün, "O faydanın, şəxsən o kimsəyə aid olması lazımdır." deyirsən? Və nəyə görə, o adamın özünü öldürməsinin, başqasının faydasına olması, caiz olmasın? Və bundan dolayı, başqası istifadə etsin deyə, Allahın ona özünü öldürməsini əmr etməsi və sonra da Allahın, özünü öldürənə, buna qarşılıq böyük bir savab vermiş olması, nə üçün caiz olmasın?
Faydanın, mütləq, o feli edənə dönməsi gərəkdiyini qəbul etdik. Bəs yaxşı, o insanın, bu fel ilə əmr edildiyini bilməsinin də onun üçün bir maslahat olduğunu söyləmək, nə üçün caiz olmasın? Məsələn, o, sabah, özünü öldürməklə əmr edilmiş olsa, onun, bu əmri bilməsi, bu andan etibarən, ertəsi günün gəlməsindən əvvəl, o adamın, pis işləri tərk etməsinə səbəb olur.
Bütün bu ehtimallar bəhs mövzusu olunca, Qadı'nın iddiaları da düşmüş olur.
Müfəssirlərin istinad etmiş olduqları izah tərzi, daha güclüdür. Buna görə, bu ayəti, zahiri mənasından çevirmək lazımdır. Sonra, bunda, 2 görüş vardır:
a. "Tövbə edənlərin hər birinin, bir-birilərini öldürmələri əmr olunmuşdur." deyilə bilər.
Buna görə, Haqq Taala'nın, "fəqtulu ənfusəkum/nəfslərinizi öldürün" ifadəsinin mənası: "bir qisminiz, digər qisminizi öldürsün" deməkdir.
~ Bu, Haqq Taala'nın, başqa bir yerdəki, "və lə təqtulu ənfusəkum / bir-birinizi öldürməyin" (Nisa/29) ayəti kimidir. Bunun mənası da, "Bir qisminiz, digər qisminizi öldürməsin."dir. Bunun həqiqəti, bütün möminlərin, tək bir nəfs kimi olmasıdır.
~ Haqq Taala'nın, "və lə təlmizu ənfusəkum / özünüzü eyibləməyin" (Hucurat/11) ayətlərində, təfsirin, yəni mömin qardaşlarınızı,
"Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar, öz nəfsləri haqda yaxşı fikirdə olub: 'Bu, açıq-aydın bir böhtandır!'– demədilər?" (Nur/12), yəni, "Özləri kimi müsəlmanlar haqqında" şəklində olduğu söylənmişdir.
~ Və yenə, bu, Haqq Taala'nın, "fəsəllimu alə ənfusikum / öz nəfslərinizə salam verin" (Nur/61) ayəti kimidir. Yəni, "bir-birinizə salam verin"
Sonra müfəssirlər, bu tövbə edənlərin, 2 saf halında ortaya çıxdıqlarını; bəzisinin, bəzisinə, gecəyə qədər vurduğunu söyləmişlərdir.
b. Allah Taala, tövbə etməyənlərə (yəni, günahkarlara), tövbə edənləri öldürmələrini əmr etmişdir. Buna görə, Haqq Taala'nın, "fəqtulu ənfusəkum" ifadəsindən məqsəd, "ölümü və öldürülməyi qəbul edin" demək olur.
Bu ikinci izah tərzi, doğru olmağa, daha yaxındır. Çünki, birinci izahda, məşəqqətin artması bəhs mövzusudur. Çünki, topluluq, günahda müştərək olduqları vaxt, onların bir qismi, digər bir qisminə, başqalarının, onlara qarşı şəfqətlərindən, daha çox şəfqətli olurlar. Onlar, bir-birilərini öldürməklə mükəlləf tutulduqlarında, bu xüsusdakı məşəqqət, böyüyür.
Sonra, rəvayətlər, bir-birindən fərqli gəlmişdir. (Belə ki):
1. Allah Taala, buzova ibadət etməyən, miqat (təyin edilmiş yer və ya zaman) üçün seçilmiş 70 nəfərə (bax: Əraf/143); onlardan buzova ibadət edənləri öldürmələrini əmr etmişdir. Öldürülənlərin sayı isə, 70.000 nəfər idi. Öldürülüncəyə qədər, onlar, 3 gün, yerindən tərpənməmişlərdi. Bu görüşü, Muhamməd b. İshaq zikr etmişdir.
2. Musa (əleyhissəlam), onlara, bir-birilərini öldürmələrini əmr edincə, onlar, buna icabət etdilər. Beləcə, Musa (əleyhissəlam), qətlə səbr etmələri üçün, onlardan bir söz aldı. Bunun üzərinə, hər qəbilə, topluca, tək başına sabahladı. Harun (əleyhissəlam), qətiliklə buzova ibadət etməyən və əllərində qılınclar olan 12.000 nəfər gətirdi. Bunun üzərinə, tövbə edənlər, "Bunlar, sizin qardaşlarınızdır. Qılınclarını çəkmiş olaraq sizə gəldilər. O halda, Allahdan qorxun və səbr edin. Yerindən qalxana, onlara yan gözlə baxana və ya əllərilə və ayaqları ilə onlardan qorunmağa çalışana, Allah lənət etsin!" dedilər; onlar da, "amin" dedilər. Beləcə axşama qədər, onları öldürdülər. Musa və Harun, Allaha dua etməyə başlayaraq, "Ey Rəbbimiz! Geri qalanını, geriyə qalanını qoru!" dedilər. Bunun üzərinə, Allah, onlara, "Öldürülənləri, bağışladım. Qalanların da tövbəsini qəbul etdim." deyə vəhy etdi. Ravi, öldürülənlərin sayının, 70.000 olduğunu söyləmişdir. Bu, Kəlbi'nin rəvayətidir.
3. İsrail oğulları, 2 qisim idi. Onlardan bir qismi, buzova ibadət etmiş; bir qismi isə ibadət etməmişdi. Nə var ki, ibadət etməyənlər, ibadət edənlərin bu işini rədd etməmişdilər. Bunun üzərinə, Haqq Taala, buzova ibadət etməməklə bərabər bu ibadəti rədd etməyənlərə, buzova ibadət etməklə məşğul olanları öldürmələrini əmr etdi.
Sonra müfəssirlər, belə deyirlər:
Adam, öz atasını, uşağını, qonşusunu görür və Allahın bu əmrindən (yəni, "Buzova ibadət edənləri öldürün." əmrindən) dönməsi də, mümkün olmurdu. Bunun üzərinə, Allah Taala, qapqara bir bulud göndərdi; sonra öldürülmələrini əmr etdi. Beləcə, axşama qədər öldürüldülər. Musa və Harun, dua edərək: "Ey Rəbbim! İsrail oğulları yox oldu. Heç olmazsa, geri qalanı, geri qalanı qoru." dedilər. Bunun üzərinə, bulud açıldı. Tövrat endi və mizraqları əllərindən düşdü.
• Altıncı sual:
"Onlar, irtidad (dindən dönmək)'dən tövbə etmiş olduqları (yəni, buzova ibadət etməkdən döndükləri) halda, öldürülməyə necə haqq qazanmışdılar? Halbuki, irtidaddan tövbə edən kimsə, öldürülüməz."
Cavab: Bu, dinin dəyişən xüsuslarındandır. Bəlkə də, Musa'nın şəriəti, ya hamısı haqqında ümumi və ya bu qövmə məxsus olaraq irtidaddan tövbə edən kimsələrin qətlini gərəkdirmişdi.
• Yeddinci sual:
Onlardan Allahın tövbələrini qəbul etdiyi bəzi kimsələrin öldürülmədiyi rəvayəti, doğrudurmu?
Cavab: Bu, imkansız deyildir. Çünki, Haqq Taala'nın, "İnnəkum zaləmtum ənfusəkum = Şübhəsiz sizlər, nəfslərinizə zülm etdiniz." ifadəsi, ağızdan yönəldilmiş bir xitabdır. Bəlkə də, bu xitab, onlardan bir qisminə olmuşdu. Və ya bu xitab, ümumidir. Buna görə ümumi olana, bəzən təxsis edilə bilər.
"Zəlikum xayrun ləkum ində Bərii'kum = Bu, Yaradanınız yanında, sizin üçün xeyirlidir." ifadəsinə gəlincə, bunda da, çətinliyə qatlaşmaq səbəbinə işarət vardır. Bu, belədir. Çünki, onların halları, dünyəvi zərərlə uxrəvi (axirətə aid) zərər arasında, ikisindən birinə razı olmağı gərəkdirirdi. Belə olunca, dünya zərərinə qatlaşmaq, daha münasib olur. Çünki dünya, fanedir. Axirətin zərərləri isə, sonsuzdur. Bir də, ölüm, mütləq olacaqdır. Bu səbəblə, öldürülməyə qatlaşmaqda, təqdim (iləri alma) və təxir (ertələmə)'dən başqa bir şey yoxdur. Haqq Taala'nın cəzasından qurtulub savabını əldə etməyə gəlincə, bax bu, ən böyük qayədir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-------------------
-------------------
Əlavələr:
Sual:
Yuxarıda təfsirini verdiyiniz Bəqərə surəsi 54-cü ayə ilə, aşağıdakı Bəqərə surəsi 84-cü ayə arasında bir ziddiyyət vardırmı? Çünki, Bəqərə/54'də, "özünüzü öldürün" deyilməkdə; Bəqərə/84'də isə, "qanınızı tökməmək, yəni, özünüzü öldürməmək" deyilməkdədir.
وَإِذْ أَخَذْنَا مِيثَـٰقَكُمْ لَا تَسْفِكُونَ دِمَآءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَـٰرِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ
"O zaman Biz sizinlə: 'Qanınızı tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz." (Bəqərə/84)
Cavab:
Dəyərli oxuyucu! Biz, Bəqərə/54-dəki "özünüzü öldürün" əmrinin, 2 mənaya gəldiyini zikr etdik. Onlardan:
• Birincisi: hər kəsin, öz nəfsini öldürməsi;
• İkincisi: birinin, digərini öldürməsi.
~ Əgər ayəni, birinci mənası ilə başa düşsək, Bəqərə/54-ün, Bəqərə/84'də zikr edilənə, heç bir zidd tərəfi yoxdur. Çünki Bəqərə/54-də, "özünüzü öldürün" deyilməkdə; Bəqərə/84-də isə, "bir-birinizi öldürməyin" deyilməkdədir. Bunlar, bir-birindən fərqli şeylərdir.
~ Əgər ayəni, ikinci mənası ilə başa düşsək, burda, yenə Bəqərə/84 ayətinə zidd, heç bir tərəf yoxdur. Çünki, Bəqərə/54 ayəti, buzova ibadət etdiklərindən dolayı, bu günahın təmizlənməsi üçün əmr edilmişdi. Yəni bu əmr, xüsusi olaraq, yalnız bu hala məxsusdur. Bəqərə/84 ayəti isə, -biz Müsəlmanlara və bütün ümmətlərə də əmr edildiyi kimi-, bütün hallar üçündür. Yəni, başqasına zülm etməmək, qanını tökməmək kimi.
