Sünnət namazların qəzası
1849. Uqbə b. Mukrim əl-Ammi əl-Basri ---> Amr b. Asim ---> Həmmam ---> Nadr b. Ənəs ---> Bəşr b. Nəhik ---> əbu Hureyrə (radiyallahu anh)
isnadı ilə rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sübh namazının sünnətini qıla bilməyən, onları, günəş doğduqdan sonra qılsın."
Hədisi, Tirmizi ("Salət", 314) rəvayət edərək, "Onu, sadəcə bu isnadla bilməkdəyik." demişdir. Uqbə xaricindəkilər isə, "Sahiheyn" raviləridir. Uqbə isə, imam Muslim'in ravisidir. Əzizi (lll, 362), hədisi, Tirmizi və Hakim'in rəvayət etdiyini söyləmiş; Hakim'in, onu səhih olaraq gördüyünü; digər alimlərin də, onu doğruladıqlarını demişdir. Hədisi, Tirmizi'nin rəvayət etdiyini bildirən Şəvkani ("Nəylu'l-Əvtar", ll, 269), belə demişdir:
Hədisi, ibn Hibban, "Səhih"ində; Hakim ən-Nisaburi də, "əl-Müstədrək"ində nəql etmişlərdir. Hakim ən-Nisaburi, "Əsərlərinə almasalar da, hədis, Buxari və Muslim'in şərtini daşımaqdadır." demişdir. Hədisin, "əl-Müstədrək"də (l, 207), "Sübh namazının sünnətini yaddan çıxaran" ləfzilə rəvayət edildiyini; Hakim ən-Nisaburi'nin, onun, Buxari və Muslim'in şərtlərinə görə səhih olduğunu ifadə etdiyini; və Zəhəbi'nin də, onu doğruladığını təsbit etdim.
Hakim ən-Nisaburi'nin, "Hədis, Buxari və Muslim'in şərtlərini daşımaqdadır." açıqlaması, bəzən zahiri üzərə (yəni, isabətli) olmur. Necə ki, "Təlxisu'l-Habir" haşiyəsində (l, 184), Hakim ən-Nisaburi'nin rəvayət etdiyi 2 hədis haqqında, belə deyilməkdədir: Hər 2 isnadda, Buxari və Muslim'in şərtlərinə görə səhihdir. Ancaq, ibn Dəqiqu'l-İd, bunların, Buxari'nin şərtlərini daşımadığını söyləyərək, ona etiraz etmişdir. "əl-Bədr"də, "Burda, Hakim ən-Nisaburi'nin qəsdi, şəxsən isnaddakı ravilər deyil; Buxari və Muslim'in bu isnadlardakı ravilərin bənzərlərinin rəvayətlərini dəlil olaraq zikr etmələridir." deyilərək, bəhsi keçən etiraz, cavablandırılmaqdadır.
Şeyx əbu Tayyib, Tirmizi şərhində, bu ifadələrə yer verir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Onları, günəş doğduqdan sonra qılsın." şəklindəki sözü, mükəlləfin, bunları, günəş doğmadan əvvəl qıla bilməyəcəyini ifadə etməkdədir. (Şeyx əbu Tayyib, "Şərhu't-Tirmizi", l, 114)
"Nəylu'l-Əvtar"da bildirildiyinə görə, Sevri, ibnu'l-Mübarək, Şafi, Əhməd b. Hənbəl və İshaq da, bu görüşdədirlər. Bu nəqli zikr edən, Tirmizi'dir. Xattabi də, Əvzai'dən eyni şeyi nəql etmişdir. İraqi, belə deyir:
Şafii məzhəbində səhih olan görüşə görə, insan, sübh namazının sünnətini, fərzindən sonra qılar və bu, "əda" sayılır. Hədis, sübh namazının sünnətini, fərzindən əvvəl qıla bilməyən kimsənin, bunu, ancaq günəş doğduqdan sonra qıla biləcəyini, açıqca ifadə etməməkdədir. Hədisdə, sadəcə, onları, heç bir şəkildə əda edə bilməyənlərin günəş doğduqdan sonra əda edəcəklərinə dair bir əmr yer almaqdadır. Heç şübhəsiz, bunları əda vaxtında tərk edən kimsə, qəza vaxtında əda edəcəkdir. Hədisdə də, sübh namazından sonra əda edilməsini qadağan edən bir ifadə, yoxdur. Daraqutni ("Sünən", 1/383), Hakim ən-Nisaburi, Beyhaqi'nin ("Sünən", 2/484) rəvayəti, bunu göstərməkdədir. Çünki, bu rəvayət, "Sübh namazının sünnətini günəş doğuncaya qədər qıla bilməyən, onları, günəş doğduqdan sonra qılsın." şəklindədir. (Şəvkani, "Nəylu'l-Əvtar", ll, 269)
Deyirəm:
Hənəfilər və Onlara müvafiq olan Maliki və Hənbəlilərin bu məsələdəki dəlilləri, yuxarıdakı hədis deyil; tam əksinə, sübh namazının fərzindən sonra namaz qılmağı nəhy (qadağan) edən hədislərdir. Bu hədislər, -əlimizdəki əsərin 2-ci cildində zikr etdiyimiz üzərə- təvatür dərəcəsinə çatmışdır. (Bu alimlərin) bəhsi keçən hədisə yer vermələri, sübh namazının sünnətini qəza etməyin müstəhəb olduğunu açıqlamaq üçündür. Onlar, özlərinə müxalif olanları, hədisin məfhumu (haşiyə) ilə ilzam etməkdədirlər. Səbəbinə gəlincə:
Hədisin məfhumu, insanın, bunları, gün doğmadan əvvəl qıla bilməyəcəyini ifadə etməkdədir. Çünki, müxalif görüşdə olanlar, məfhumun dəlalətini, Hənəfilərə qarşı hüccət olaraq iləri sürməkdədirlər. "Sübh namazının sünnətini qıla bilməyən, onları, günəş doğduqdan sonra qəza etsin." hədisi, istər yadından çıxardığı üçün, istər zaman darlığından, istər onlarla məşğul olub camaatı qaçırmaq qorxusu ilə, istərsə də məscid və başqa məkanlara girdiyində fərz namazı qılmaq üçün olsun, bu 2 rükəti qılmayan hər kəsi əhatə etməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), sübh namazının sünnətini hər hansı bir səbəblə qıla bilməyən kimsəyə, bunları, gün doğduqdan sonra qılmaq əmrini vermişdir. Nəticə olaraq, məfhumun dəlaləti və hədisin ümumiliyindən, sübh namazının fərzini qıla bilmək məqsədilə sünnətini qaçıran kimsənin, bunları, -vaxtı olsa belə- gün doğmadan əvvəl qıla bilməyəcəyi; əksinə, doğduqdan sonra qılacağı ortaya çıxmaqdadır. Şəvkani'nin, "Hədisdə də, sübh namazından sonra əda edilməsini nəhy edən bir ifadə yoxdur." şəklindəki hökmü, doğru deyildir. Çünki, ümum (yəni, ləfzin, tək vaz/qoyuluşla və eyni anda muhtəvasına girən bütün cüzləri əhatə etməsi), bütün alimlərə görə dəlildir. Məfhuma istinad edərək hökm vermək, müxaliflərimiz nəzdində dəlildir. Bu halda, hədis, belə bir nəhyə, necə ola bilər ki dəlalət etməsin?!
----------------------------
(Haşiyə:
Məfhum: "bir ləfzin, sözdə zikri keçməyən və ifadə edilməyən bir şeyin hökmünə dəlalət etməsi" deməkdir.)
-----------------------------
İraqi'nin, "Hədisdə, sadəcə, onları heç bir şəkildə əda edə bilməyənlərin, gün doğduqdan sonra əda edəcəklərinə dair bir əmr yer almaqdadır." ifadəsinə gəlincə, Daraqutni, Beyhaqi və Hakim'in rəvayəti, buna dəlalət etməkdədir.
Hakim'dəki rəvayət, "Sübh namazının sünnətini gün doğuncaya qədər qıla bilməyən kimsə, onları qılsın." şəklindədir.
Buna veriləcək cavab, bəhsi keçən rəvayətin şazz olduğu, əbu Bəkr Abbad b. Vəlid əl-Anbəri'nin, bu ləfzlə, Amr b. Asim'in əshabı arasında təfərrüd etdiyi (tək qaldığı)'dır. Bu xəbəri, Tirmizi'də, Uqbə b. Mukrim; "əl-Müstədrək"də, əbu Qilabə, ondan, bu şəkildə nəql edir:
"Kim sübh namazının sünnətini qılmağı unudar; və ya sübh namazının sünnətini qılmayan kimsə, bunları, gün doğduğu vaxt və ya gün doğduqdan sonra qılsın." (Tirmizi, "Salət", 197; Hakim, "əl-Müstədrək", l, 450)
əbu Bəkr, -"ət-Təqrib"də (s. 96) bildirildiyi üzərə-, hər nə qədər saduqdursa da, biz, onun rəvayətində tək qaldığı bu ləfzdə, mutabisini tapa bilmədik. Hər halda, o, hədisin mətnini qarışdırdı və mətnin son qismini, baş tərəfə; baş tərəfini də, sonuna gətirdi. Dolayısı ilə, onun rəvayət etdiyi hədis, özünə mutabaat edilmədiyi müddətcə, dəlil ola bilməz və əksəriyyətin rəvayəti, (bu halda), götürülməyə daha uyğundur.
Digər tərəfdən, müxalif görüşdə olanlar da, onun rəvayətilə istidlal etməzlər. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Sübh namazının sünnətini qıla bilməyən, onları, gün doğduqdan sonra qılsın." şəklindəki ifadəsi, sadəcə bunları qıla bilməyənlərin hökmünü ifadə etməkdədir. (Onların zikr etdikləri) hədis, bu 2 rükəti, sübh namazının fərzindən sonra qılanlar üçün, qıldıqları "caizdir" və ya "deyildir" şəklində bir hökm ifadə etməməkdədir. Sübh və əsr namazından sonra namaz qılmağı nəhy edən hədislər, ümumilikləri ilə, sübh namazının sünnətinin fərzindən sonra qılınmasının məkruh olduğunu ifadə etməkdədir. Hər hansı bir hökm bildirən rəvayət, hökm gətirməyib sükut keçən rəvayətdən, daha əvladır.
"Ə'ləmu əhli'l-asr" adlı əsərin müəllifi yuxarıdakı hədisin ümumiliyinin, bu hədislərlə təxsis edildiyini iddia etməkdədir:
1. "Gün doğmadan əvvəl sübh namazının 1 rükətinə çatan, o namaza çatmış sayılır." (Nəsai, "Məvəqit", 11, 28)
2. "Kim bir namazı qılmağı unudarsa, xatırlayınca qılsın. Bu namazın, bundan başqa kəffarəti yoxdur." (Buxari, "Məvəqitu's-Salət", 37; Muslim, "Məsəcid", 315)
3. "Cümə günü xaric, gün təpə nöqtəsindən batana qədər (yəni, zaval vaxtında), günorta namaz qılınması, nəhy edilmişdir." (Beyhaqi, "Sünən", ll, 464)
4. "Bu beyti (Kəbəni) tavaf edib namaz qılan heç kimi, gecə və ya gündüz nə vaxt olursa olsun, əngəlləməyin." (Tirmizi, "Həcc", 42; Nəsai, "Məvəqit", 41)
Yuxarıdakı hədisin ümumiliyini təxsis edən bir digər rəvayət,
5. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sübh namazını evində qıldıqdan sonra, camaatla yenidən qıldığı xəbəridir.
Bir digər hədis isə,
6. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, əsr namazından sonra, vaxtın sünnətini qəza etmiş olduğudur.
Bu dəlillərin hər birinə, əsərimizin (yəni, "İ'lau's-Sünən"in) fərqli bölmələrində, daha əvvəl cavab vermişdik. İndi, burda, onlara, təfsilatı ilə bir daha yer verməyəcək, sadəcə qısa bir işarət edəcəyik. (Belə ki):
• "Gün doğmadan əvvəl sübh namazının 1 rükətinə çatan..." hədisi, bizə görə, imama tabe olan camaatla bağlıdır. Yəni, bu hədisə görə, bir kimsə, gün doğmadan əvvəl namaz vaxtında imamın qıldırdığı 1 rükətə çatmışdırsa, sübh namazına çatmış sayılır. Yoxsa, bu hədisdə, gün doğarkən sübh namazını qılmağın caiz olduğuna dair bir dəlalət yoxdur. Bir an üçün, hədisin buna dəlalət etdiyini qəbul etsək belə, hədisdə, o namazın, fərz olaraq qılındığına dair hər hansı bir dəlalət yoxdur. Sadəcə, qılınan namazın, mütləq olaraq səhih olduğu ifadə edilməkdədir. Bu halda, bizim görüşümüz, qılınan fərzin nafiləyə çevrilmiş olduğu yönündədir.
• "Kim bir namazı yatıb qaldığı və ya yadından çıxardığı üçün qaçırarsa, onu, xatırladığında qılsın." hədisinin ümumiliyi, "namaz qılmağın nəhy edildiyi vaxtların xaricində" şəklində təxsis edilmişdir. Bunun dəlili, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Xeybər döyüşündən qayıdarkən, bir gecənin sonuna doğru istirahətə çəkilmə hadisəsidir. Yorğunluqdan yatıb qalan Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələr (radiyallahu anhum), sübh namazının qəzasını, günəşin yüksəlməsinə qədər ertələmişlərdir. ibn Abbas (radiyallahu anh), bu hədisi, -daha əvvəl genişcə ələ aldığımız üzərə- sübh namazının, gün doğarkən qılınmasının caiz olmadığına dəlil göstərmişdir.
• "Cümə günü xaric, gün təpə nöqtəsindən batana (zavala) qədər, gün ortasında namaz qılınması, nəhy edilmişdir." hədisi isə, səhih deyildir.
• "Bu evi tavaf edib namaz qılan heç kimi, gecə və ya gündüz nə vaxt olursa olsun, əngəlləməyin." hədisinə gəlincə, doğru olanı, hədisin mənasının, "tavaf və namaz qılmaq üçün məscidə girən heç kimi, hansı saatda olursa olsun, əngəlləməyin" deməkdir. Hədisin mətnində keçən "əyyətə səatin = hər hansı bir saatda olursa olsun" ifadəsi, "tavaf edən" və "namaz qılan" fellərinin deyil; "əngəlləməyin" felinin zərfidir. Necə belə olmasın ki?! Doğru olanı, imam, cümə namazı qıldararkən; xatib, cümə günü cümə xütbəsini oxuyarkən; hətta imam, 5 vaxt namazdan hər hansı birini qıldırarkən, kişilərin tavaf etmələrinə və ya namaz qılmalarına icazə verilməməsidir. (Bu halda, hədisi, Məkkədə, gecəsilə, gündüzü ilə, hər vaxtda tavaf etməyin və namaz qılmağın mübah olduğu mənasına həml etmək imkanı, vardırmı?) Bu açıqlamanı, Sindi, Nəsai üzərinə yazdığı "Haşiyə"sində vermişdir. (Sindi, "Haşiyə alə'n-Nəsai", l, 98)
• Sübh namazını evində qıldıqdan sonra camaatla yenidən qılma əmrinin yer aldığı hədis, mətn etibarı ilə mudtarib (problemli)'dir. Hədisi, imam əbu Hənifə, "Müsnəd"ində rəvayət etmişdir. Bu xəbərdə, "sübh" yerinə, "zöhr namazı" ifadəsi keçməkdədir.
• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əsr namazından sonra onun sünnətini qəza etməsinə gəlincə, bu, Ona məxsus (bir tətbiqat)'dır. Dəlili isə, ümmü Sələmə (radiyallahu anha)'nın bir rəvayətidir:
- Dedim: "Ey Allahın rəsulu! Biz də qaçırdığımızda, qəza edəkmi?"
- O buyurdu: "Xeyr."
Bu rəvayəti, Suyuti, "Xasaisu'l-Kubra" adlı əsərində zikr etmiş və Əhməd b. Hənbəl və əbu Yə'lə tərəfindən də nəql edildiyini ifadə etmişdir. ibn Hibban, "Səhih"ində, bu xəbərə, səhih bir isnadla yer vermişdir.
Bir digər rəvayət isə, Tahavi'nin, ibn Hibban təriqilə rəvayət etdiyi bu nəqldir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), ümmü Sələmə (radiyallahu anhaya xitabən): "Mənə, zəkat dəvələri gəldi və onlarla məşğul olarkən, qılmağı unutdum. Sonra xatırladığımda, məsciddə, insanların gözünün önündə qılmaq istəmədim və sənin yanında qılım dedim." buyurmuşdur.
Bu xəbəri, hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (lll, 85) nəql etmiş və sükut etmiş (haqqında hər hansı bir söz danışmamış)'dır. Nəticə olaraq, xəbər, həsən və ya səhihdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu namazı insanlardan gizli qılması, bunun, Ona məxsus olduğuna bir dəlildir.
Bu mövzudakı başqa bir dəlil, Aişə (radiyallahu anha)'nın rəvayət etdiyi bu nəqldir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), əsr namazından sonra namaz qılar; ancaq insanların namaz qılmasını nəhy edərdi. Özü, visal orucu tutar; başqalarının tutmasını nəhy edərdi." (əbu Davud, "Tatavvu", 10)
Bu hədisi, əbu Davud rəvayət etmiş; Suyuti və Əzizi də, səhih görmüşlərdir.
"əl-Ə'ləm" müəllifi isə, rəvayəti zəif göstərməyə çalışmışdır. Ancaq, buna imkan yoxdur. Cədəlləşməyilə tanınan müəllif, Tahavi, Ayni və bənzəri Hənəfi alimlərinə, səhih hədisləri zəif göstərdikləri; və məzhəblərini dəstəkləmək üçün, bunları rədd etdikləri şəklində böhtan atmaqdan utanmırmı? Halbuki özü, bundan daha betər və daha iyrəncini işləmiş olur. Şikayətimiz, ancaq uca Allahadır.
Tirmizi'nin,
Cərir ---> Ata b. əs-Saib ---> Səid b. Cubeyr ---> ibn Abbas (radiyallahu anh)
isnadı ilə nəqlinə görə, ibn Abbas belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), əsr namazından sonra 2 rükət namaz qıldı. Çünki Ona, zəkat malları gəlmiş və Özünü, zöhr namazının son 2 rükətini qılmaqdan məşğul etmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu 2 rükəti, əsr namazından sonra qıldı; sonra bir də belə etmədi." (Tirmizi, "Salət", 21)
Tirmizi, "Bu, həsən bir hədisdir." demişdir. Bu açıqlamanı, "Fəthu'l-Bari"də görmək, mümkündür.
Bunu, Nəsai'nin ümmü Sələmə (radiyallahu anha)'dan rəvayət etdiyi bu nəql də, dəstəkləməkdədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), o 2 rükəti, əsr namazından sonra, evində bir dəfə qıldı." (Nəsai, "Məvəqit", 36)
Yenə, Nəsai'nin ümmü Sələmə (radiyallahu anha)'dan nəql etdiyi və ibn Həcər'in "Fəthu'l-Bari"də yer verdiyi bir digər rəvayətdə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu 2 rükəti bundan əvvəl və sonra qıldığını görmədim." şəklindədir. (Nəsai, "Məvəqit", 37) Bu rəvayət, Aişə (radiyallahu anha)'nın bəhsi keçən 2 rükəti Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in daim qıldığına dair nəql etdiyi rəvayət ilə zidd düşməkdədir. Bu halda, bunları, bir-birilə cəm etmək lazımdır. Bu mövzuda ən yaxşısı, belə deməkdir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), bəhsi keçən 2 rükət namazı, ümmətinə bir ibadət mükəlləfiyyəti gətirmək üçün deyil; Özünə məxsus olmaq üzərə qılmışdır. Necə ki, Aişə (radiyallahu anha) və ümmü Sələmə (radiyallahu anha), bunu açıqca bildirməkdədirlər. Bax, məhz bu səbəbdən ötürü, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, açıq-açıq hər kəsin gözü qarşısında deyil; gizlincə, Öz başına qılmışdır.
"əl-Ə'ləm" müəllifi, belə deyir:
Sübh namazının fərzindən sonra namaz qılmağı nəhy edən hədisin ümumiliyini təxsis edən rəvayətlərdən biri də, Qays b. Amr'ın bu xəbəridir:
• Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir adamın, sübh namazıdan sonra 2 rükət qıldığını gördü və "Sübh namazı, 2 rükətdir." buyurdu. Adam da: "2 rükət sünnəti əvvəlcə qılmadığım üçün, indi qılıram." deyə cavab verdi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), susdu.
"əl-Ə'ləm" müəllifi, sözlərinə davam edərək belə deyir:
Birinci qrupun görüşü, yəni, sübh namazının fərzindən sonra namaz qılmaq qadağasının təxsis edildiyi görüşü, mühəqqiq bir iş (hal) və səhih qövl (görüş)'dür. Çünki, bunda, bütün hədisləri, bağlı olduqları yerdə işlətdirmək (yəni, gərəyinə görə əməl etmək) vardır. Əks təqdirdə, ümumi mənalı və təxsis edici rəvayətlərin hamısının səhih olduğu qəbul edildikdən sonra, bəzilərini ehmal etmək halına düşülür. Bu da, çirkin bir hal olub, sağlam şəxsiyyətə sahib birinin etməyəcəyi qədər pis bir iş və şəriət sahibinə (yəni, Peyğəmbərə) qarşı böyük bir hörmətsizlikdir.
Deyirəm:
Əsl hörmətsizlik, eynilə, sənin və sənin camaatının etdiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aid olduğu şübhə götürməyən qəti olan mütəvatir bir hədisin; Onun sözü olması, zənni və ehtimallı olan əhəd xəbərlərlə rədd edilməsidir. Çünki sən, sübh namazının fərzindən sonra namaz qılmağı nəhy edən mütəvatir hədislərin ümumiliyini, -Qays b. Amr hədisində olduğu kimi- böyük mühəddislərin sihhəti haqqında tənqid etdikləri hədislərlə təxsis etməyə çalışdın. Halbuki, bu hədisin, sadəcə 2 təriqi vardır. Bunlardan:
~ biri: Sə'd b. Səid ---> Muhamməd b. İbrahim ət-Teymi ---> Qays b. Amr'dır.
Bu xəbəri, əbu Davud ("Tatavvu", 6); Tirmizi ("Salət", 196); ibn Macə ("İqamətu's-Salət", 104); ibn əbi Şeybə ("Musannəf", ll, 156); Əhməd b. Hənbəl (V, 447), Daraqutni ("Sünən", lV, 103); Beyhaqi ("Sünən", ll, 483); və Hakim ("əl-Müstədrək", lll, 24) rəvayət etmişlərdir.
Ancaq Hakim, hədisin isnadını zikr edərkən, Qays b. Fəhd demişdir. Bu isnad, mühəddislərin ittifaqı ilə, zəif olan bir rəvayət yoludur.
İmam Nəvəvi, "Təhzibu'l-Əsma və'l-Lüğət" adlı əsərində, Qays b. Fəhd'in tərcüme-i halından bəhs edərkən, belə deyir:
"Doğru olanı, bunun, ibn Amr olduğudur. Bütün hədis hafizləri nəzdində doğru olan, budur. Mühəddislər, onun, sübh namazının fərzindən sonra 2 rükət sünnətinin qılındığından bəhs edən hədisini zikr etmişlərdir; ancaq hədis, zəifdir."
Nəvəvi, belə davam edir:
"Alimlər, onun, sübh namazının fərzindən sonra 2 rükət sünnət qılınması haqqındakı hədisinin zəif olduğunda ittifaq etmişlərdir."
"əl-Ə'ləm" müəllifi də, eyni şeydən bəhs edir (s. 59).
~ Bu hədisin 2-ci təriqi isə,
Əsəd b. Musa ---> Leys ---> Yəhya b. Səid ---> atası ---> babası Qays b. Fəhd'dir.
"əl-Ə'ləm"də (s. 59) bildirildiyi üzərə, xəbəri, ibn Hibban və ibn Məndə rəvayət etmişlərdir. ibn Məndə rəvayətlə bağlı olaraq, bu görüşdədir:
"Hədis, ğaribdir. Sadəcə Əsəd tərəfindən mövsul olaraq rəvayət edilmişdir."
Başqası isə, Leys'in, Yəhya'dan nəql etdiyi rəvayətə dair olaraq, "Bu hədis, mürsəldir." demişdir. (ibn Həcər, "əl-İsabə", V, 261)
"əl-Ə'ləm" müəllifi, bu hal qarşısında, bunları demək ehtiyacı hiss etmişdir:
"Onun bu rəvayətdə tək qalması, sihhətini zədələməz. Çünki bu şəxs, siqadır." (s. 61).
Deyirəm:
Əsəd b. Musa'nın, Yəhya'nın babasının adı xüsusunda xəta etdiyi, qətidir. Çünki o, "Qays b. Fəhd" deməkdədir. Nəvəvi'dən daha əvvəl nəql etdiyimiz şeydə də, bunun, əksər mühəddis nəzdində doğru olmadığı; doğru olanın, Qays b. Amr olduğunu ortaya qoymuşduq. "əl-İsabə" adlı əsərdə,
~ Buxari'nin, hər 2 şəxsi bir-birindən ayırdığı və belə dediyi yer almaqdadır:
"Qays b. Amr, Yəhya'nın babasıdır. Və səhabəliyi vardır."
~ ibn əbi Xeysəmə isə, belə deyir:
"Musab b. Zubeyr'i, Qays b. Fəhd'in, Yəhya b. Səid'in babası olduğunu iddia etmiş və bunda yanılmışdır."
~ əbu Amr da, "Həqiqət, ibn əbi Xeysəmə'nin dediyi kimidir. Hər kəs, onun bu xüsusda yanıldığında həmfikirdir." demişdir.
Sadəcə ibn Hibban bu görüşdən ayrılmış, ravinin adının, Qays b. Amr, ləqəbinin Fəhd olduğunu söyləyərək, bu mövzudakı ixtilafı uzatmışdır. Bəğavi, bunun əksini deyərək, Fəhd'in əsl adının, Xalid olduğunu söyləmişdir.
Buxari'nin "Tarix"ində, ceyyid bir isnadla, Qays b. əbi Hazim'dən nəqlinə görə, Qays b. Fəhd, özlərinə namaz qıldıran imamlarının günlərlə xəstələndiyini bildirmiş və: "Onun arxasında namaz qıldığımızda, oturaraq qılmışdıq." demişdir. Bəğavi də, bu hədisi, bu isnad təriqilə rəvayət edərək, "Qays b. Fəhd'dən rəvayət edib Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatdıran biri vardırmı, yoxdurmu, bilmirəm." demişdir. (Buxari, "Tarix", V, 261-263)
Əsəd b. Musa, hafiz ibn Həcər'dən nəql edildiyi üzərə, bu isnadda, "Qays b. Fəhd" deməklə xəta etmişdirsə, əvləviyyətlə "Yəhya b. Səid ---> atası..." deməklə də xəta edə bilər. Əslində, xəbər, başqalarının rəvayət etdiyi kimi, Yəhya b. Səid ---> atası isnadı ilə, mürsəl olaraq rəvayət edilmişdir.
Tahavi'nin "Müşkilu'l-Asar" adlı əsərinin müxtəsəri olan "əl-Mu'təsar minə'l-Muxtasar" adlı əsərdə, belə deyilir:
Leys b. Sə'd ---> Yəhya b. Səid ---> atası ---> babası Qays b. Fəhd
isnadlı rəvayət, uzun-uzadıya yer verdiyimiz illətlərdən dolayı, dəlil olaraq istifadə edilməyəcək hədislərdəndir. (Tahavi, "əl-Mu'təsar minə'l-Muxtasar", s. 42)
Əsəd b. Musa'nın, "Yəhya b. Səid ---> atası..." deyərkən yanılmadığını bir an üçün qəbul etsək belə, Yəhya'nın atası, Səid'in babası Qays'dan hədis eşitdiyi sabit olmadığı müddətcə, hədisin mövsul və muttəsil olması, sabit olmaz. Bunu isbat etməyə, imkan da yoxdur. Hafiz ibn Abdi'l-Bərr, "əl-İstiab" adlı əsərində, belə deyir:
"Yəhya b. Səid'in atası, Səid'in atası Qays'dan heç bir hədis eşitmədiyini söyləmişlərdir." (ibn Abdi'l-Bərr, "əl-İstiab", ll, 541)
"əl-Ə'ləm" müəllifi tərəfindən rəvayət edilən Qays hədisinin isnad cəhətindən halı, bax bundan ibarətdir. "əl-Ə'ləm" müəllifi, bu hədisi, təvatür dərəcəsinə çatmış olan sübh namazının fərzindən sonra namaz qılmağı nəhy edən hədislərə müxalif olaraq rəvayət etmiş və bunu, onları təxsis edən bir dəlil olaraq göstərmişdir. Beləcə, Şəvkani'nin, "Nəylu'l-Əvtar"da yer alan bu qövlünün, isabətli olmadığı ortaya çıxmışdır:
"Tirmizi'nin, 'Hədis, mürsəl və munqati'dir.' sözü, yaxşı deyildir. Hədis,
Yəhya b. Səid ---> atası ---> babası Qays
isnadı ilə, muttəsil və mərfu olaraq rəvayət edilmişdir."
Şəvkani'nin bu sözü, -az əvvəl bildirdiyimiz kimi- isabətli deyildir. Doğrusu, xəbərin bütün rəvayət yolları ilə bərabər mürsəl olduğu və muttəsil heç bir sənədinin olmadığıdır.
Burda, belə deyilə bilər:
"Qays'ın rəvayət etdiyi bu hədis, ən pis ehtimalla, mürsəldir. Mürsəl hədis, Hənəfilər nəzdində, dəlil ola bilər. Xüsusilə, bir xəbər, bir çox yolla mürsəl olaraq rəvayət edilmişdirsə, hər kəsin nəzdində dəlildir."
Biz, bu etiraza, belə cavab veririk:
Bəli, doğrudur. Qays'ın rəvayəti, məşhur və mütəvatir səhih hədislərə müxalif ola bilməyəcəyi kimi; onların ümumiliyini, təxsis də edə bilməz. Əksinə, bu xəbərin mütəvatir xəbər olması şəklində dəyərləndirilməsi və ona uyğun bir mənaya həml edilməsi lazımdır. Mütəvatir və məşhur hədis, Qays'ın hədisi səbəbilə, təvil edilə bilməz. Çünki, bilindiyi kimi, zəif olan, güclü olana irca edilir (qaytarılır) və on(un mənasın)'a həml edilir. Əksi, mümkün deyildir.
Deyirik:
Qays'ın rəvayət etdiyi bu hədisdən başa düşülən, sübh namazının fərzi qılındıqdan sonra qaçırılan sünnətinin də qılınmasının caiz olacağıdır ki, biz də, zatən "səhihlik" mənasında bunu söyləməkdəyik. Ancaq "məkruh deyildir" mənasındakı caizliyinə gəlincə, məkruhluğuna, səhih və məhşur hədislərdən dəlil olduğu üçün, bunu deyə bilmirik.
ibn Qudamə, "əl-Muğni" adlı əsərində, belə deyir:
Sübh namazının sünnətini, fərzindən sonra qəza etmək, caizdir. Ancaq Əhməd b. Hənbəl, bu 2 rükətin, duha (quşluq) vaxtında qəza edilməsi yoluna getmiş və belə demişdir:
"Bu 2 rükəti, sübh namazından dərhal sonra qılarsa, əda etmiş olar. Mən isə, duha vaxtında qılınmasını uyğun görürəm."
ibn Qudamə, sözlərinə davam edərək belə deyir:
"Qays'ın hədisi, mürsəldir. Bu xüsusda, Əhməd b. Hənbəl və Tirmizi, bu görüşdədirlər. Çünki, bu rəvayəti, Muhamməd b. İbrahim ət-Teymi, özündən şəxsən eşitmədiyi halda, Qays'dan nəql etmişdir. Bir də, Yəhya b. Səid'in babasından nəql etdiyi rəvayət vardır ki, o da mürsəldir. Bu xüsusda, Tirmizi, Sə'd b. Səid'in babası Qays'ın nəql etdiyi bu hədisə yer vermişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Ey Allahın rəsulu! Mən, sübh namazının 2 rükət sünnətini qılmamışdım." deyincə, mənə: "(O halda), xeyr." buyurdu. (Tirmizi, "Salət", 196)
Bu ifadə, nəhyə möhtəməldir. Belə olduğuna görə, bəhsi keçən namazın duha vaxtına ertələnməsi, ixtilafdan çıxmaq və hədisin ümumiliyinə zidd düşməmək üçün, daha gözəl olur. Buna baxmayaraq, bəhsi keçən namaz, sübhün fərzindən dərhal sonra qılınacaq olarsa, bu da caizdir. Çünki, bəhsi keçən xəbər, caizliyə dəlalət etməkdən uzaq deyildir. Doğrunu, ancaq uca Allah bilir..." (ibn Qudamə, "əl-Muğni", l, 762)
Deyirəm:
İfadənin zahiri, sübh namazının sünnətinin, fərzindən sonra qəza edilməsinin, -hər nə qədər tərcih edilən görüşə zidd olsa da- Əhməd b. Hənbəl nəzdində, məkruhluq mövcud olmadan caiz olduğunu göstərməkdədir. Bizə (Hənəfilərə) görə isə, bu, ancaq, kərahətlə caizdir. Vəchimizi isə, az əvvəl açıqlamışdıq.
"əl-Ə'ləm" müəllifi (s. 61), belə deyir:
ibn Hazm, "əl-Muhalla" adlı əsərində,
Həsən b. Zəkvan ---> Ata b. əbi Rabah ---> Ənsar (radiyallahu anhum)'dan bir adamdan
nəql etdiyi rəvayətə görə:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), sübh namazından sonra namaz qılan bəzi adamlar gördü. Onlardan biri, "Ey Allahın rəsulu! Sübh namazının 2 rükət sünnətini qılmamışdım. Onları, indi qıldım." dedi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona heç bir şey demədi.
İraqi, xəbərin isnadının həsən olduğunu bildirmişdir.
Heyrət edirəm! Necə olur ki, "əl-Ə'ləm" müəllifi, öz məzhəbinə uyğun düşən bir rəvayət haqqında səssiz qalarkən; başqasının məzhəbini dəstəkləyən bir rəvayət haqqında danışır?! Onu, əbu Davud'un, Aişə (radiyallahu anha)'dan nəql etdiyi bu mərfu hədisin zəif olduğunu isbat etmək üçün əlindən gələni etdiyini, görmədikmi?!
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), əsr namazından sonra Özü qılar; ancaq insanların qılmasını nəhy edərdi. Özü visal orucu tutar; ancaq insanların tutmasını nəhy edərdi." (əbu Davud, "Tavattu", 10)
"əl-Ə'ləm" müəllifi, bir də, ibn Hibban, Əhməd b. Hənbəl və başqalarının ümmü Sələmə (radiyallahu anha)'dan nəql etdiyi bu rəvayəti də zəif göstərməyə çalışmışdır:
"Ey Allahın rəsulu! Onları qaçırdığımızda qəza edəkmi?" deyə soruşdum. O da: "Xeyr." dedi.
Halbuki, bu 2 rəvayət, sübh və əsr namazından sonra namaz qılmağı nəhy edən və təvatür dərəcəsinə çatmış olan hədislərə uyğun düşməkdədir. Lakin o, bu 2 rəvayəti rədd etməkdə və ravilərini cərh etmək üçün əlindən gələni etməyə çalışmaqdadır. Buna qarşılıq da, Ata b. əbi Rabah'ın, Ənsar (radiyallahu anhum)'dan bir adamdan nəql etdiyi rəvayətə və İraqi'nin bəhsi keçən isnad haqqındakı həsən sözünə isə sevinməkdədir. Üstəlik, bu xəbərin illətini örtbasdır edərək, bu mövzuda bir hərf belə deməzkən; Ayni'ni, -hədis öz məzhəbinə (yəni, Hənəfi məzhəbinə) müxalif olduğunda, raviləri haqqında edilən cərhlərə yer verib, tədillərdən heç bəhs etmədən keçməklə; və öz məzhəbini dəstəkləyən rəvayətlər bəhs mövzusu olduğunda isə, rəvayət çox zəif olsa da, haqqında edilən cərhlərdən heç bəhs etməməklə- ittiham etməkdədir. Bu, onun kitabındakı qüsurlardan biridir.
Bu sözün sahibi, dönüb öz nəfsini qınamalıdır. Çünki, hər nə qədər şübhə ilə yaxınlaşsa da, nəticədə, bu metodu, özü daha çox etməkdədir. Ondan soruşmaq istəyirəm! Ata'nın özündən rəvayət etdiyi ənsardan olan bu adamın səhabə olduğunu, hardan bilir? Görəsən Atanın, şəxsən özü səhabə olan bir ənsardan eşitdiyinə dair bir açıqlamasımı vardır? Belə bir şey olmadığına görə, bu adam, nə üçün tabiundan olan bir ənsar olmasın?! Qaldı ki, "əl-Ə'ləm" müəllifinin şəxsən özünün, daha əvvəl, əbu Davud və Tirmizi'dən nəql etdiyi rəvayətlərdə bildirildiyi kimi, Süfyan, Ata'nın, bu hədisi, Yəhya b. Səid əl-Ənsari'nin qardaşı olan Sə'd b. Səid'dən eşitdiyini bildirmişdir. Sə'd b. Səid də, Ənsar (radiyallayu anhum)'a mənsub biridir. Ata'nın, "Ənsardan bir adamın nəqlinə görə..." sözündə qəsd edilən şəxs, odur. O, bu hədisi, Muhamməd b. İbrahim vasitəsilə, Qays'dan rəvayət etməkdədir. Bunun da, ittifaqla zəif olduğunu, daha əvvəl bildirmişdik. Kim, Ənsar (radiyallahu anhum)'dan olan bu adamın səhabə olduğunu iddia edərsə, buna, açıq bir bürhan və güclü bir dəlil gətirməlidir. Ata'nın, "Ənsardan bir adamın nəqlinə görə" ifadəsi, buna dəlalət etmir. Əksinə, ondan məqsədin, Sə'd b. Səid əl-Ənsari'dən başqası olmadığına dəlalət edir!
Digər tərəfdən, İraqi'nin, "Xəbərin isnadı, həsəndir." sözünün də nəzərdən keçirilməsi lazımdır. Üstəlik, bu söz, əsasən, "əl-Ə'ləm" müəllifinin üzünü güldürəcək cinsdən də deyildir. Çünki bu ifadə, -əgər doğrudursa- ən yuxarısı, caizliyinə dəlalət edər. Biz də, daha əvvəl keçdiyi üzərə, dəlilləri uzlaşdırmaq və birlikdə çalışdırmaq üçün, bunun, kərahətlə caiz olduğunu söyləyirik, demişdik.
Bax, burda, ağlı olan və ya hazır olub qulaq verən hər kəsin, fərqli hədisləri bir-birilə cəm etmək üçün, Hənəfi fəqihlərinin nə qədər güc sərf etdiyini görməsi və təqdir etməsi lazımdır! Çünki onlar, Allaha and olsun ki, zəif olduğu açıq-aydın ortada olan, iləri dərəcədə zəif olan və ya mütəvatir və məşhur xəbərlərə açıq müxalif olan hədislər xaricindəki heç bir hədisi, dəlil olaraq istifadə etməkdən uzaq durmazlar. Səbəbinə gəlincə, onlara görə, hədislər, zəif, mürsəl, müdəlləs, munqati olsa da, -məzhəblərində məşhur olduğu üzərə- mütləq olaraq qiyasdan əvvəl gəlir. Bu halda, Onları, hədisi rədd etməklə ittiham edənlər, -Allaha and olsun ki- yalan danışmaqda və böhtan atmaqdadırlar.
Bunu edənlər insaflı olsalar, "əl-Ə'ləm" müəllifinin bu mövzuda etdiyi kimi, bəzi hədisləri digərlərilə rədd edənin, özləri olduqlarını görəcəklərdir. Çünki onlar, sübh namazının sünnətinin, fərzindən sonra məkruhluq bəhs mövzusu olmadan qəza edilməsinin caiz olduğunu söyləmiş və bunu nəhy edən mütəvatir hədisləri rədd etmiş; onları zəif olan əhəd hədislərlə təxsis etməyə cəhd etmişlərdir.
----------------------------
----------------------------
1850. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə,
Peyğəmbər (sallallahu aleyhi və səlləm), sübh namazının sünnətini qaçırdığı vaxt, onları, günəş doğduqdan sonra qılardı (yəni, qəza edərdi).
Bu rəvayəti, Tahavi, "Müşkilu'l-Asar" adlı əsərində nəql etmiş və: "İsnadı, Qays b. Fəhd'in isnadından daha yaxşıdır." demişdir.
"əl-Mu'təsar minə'l-Muxtasar fi Müşkili'l-Asar" adlı əsərdə (s. 42), belə qeyd edilmişdir. Tahavi, hədis hafizi, hüccət, cərh və tədil xüsusunda böyük bir alimdir. Suyuti, "Husnu'l-Muhadara" adlı əsərində (l, 147), Onu, hədis hafizləri və münəqqidlərin arasında saymışdır. Dolayısı ilə, Tahavi'nin, bu hədisin isnadını həsən görməsi, hüccət (dəyəri daşımaqda)'dır.
Bu rəvayət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sübh namazının sünnətini qaçırdığında, gün doğduqdan sonra qəza etdiyinə dəlildir. Bir namazı, əda vaxtından daha sonrakı bir vaxta təxir etməyin (ertələməyin) məkruh olduğu, bilinməkdədir. Əgər sübh namazı ilə günəşin doğuşu arasında bu 2 rükət üçün uyğun vaxt olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onları, bu vaxtdan daha geriyə ertələməzdi. Beləcə, sübh namazının sünnətini, fərzindən sonra; lakin günəş doğmadan əvvəl əda etməyin məkruh olduğu, çox açıq olaraq ortaya çıxmaqdadır.
Əgər qəlbində, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), Mədinədə, məsciddə bir imam idi. (O halda), necə ola bilər ki, sübh namazının sünnətini qaçırmış ola bilər? Çünki bu, ancaq, məsciddə, Ondan baçqa bir imam olması halında bəhs mövzusu olur." şəklində bir şübhə oyanacaq olsa, bunu, bu şəkildə ortadan qaldırmaq, mümkündür:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Səhih"ində, Buxari'nin; və fərqli rəvayətlərlə, Muslim'in bildirdiyi üzərə, bəzən, avalidəki (haşiyə) Amr oğullarının yanına gedər və ordan Mədinəyə çatması və normal namaz vaxtına çatması, gecikə bilirdi. Bu səbəblə, camaat, Onun yerinə namaz qıldırması üçün, bir başqasını iləri keçirirdi. Möhtəməldir ki, sübh namazı üçün də, bənzər bir halla qarşılaşmış; yerinə namaz qıldırması üçün, başqa birini keçirmişlər və bu səbəbdən də, sübh namazının sünnətini qaçırmış ola bilər.
-----------------------------
(Haşiyə:
Avali: "aliyə" kəliməsinin cəm halı olub, "bir şeyin üst tərəfi, nizənin yarıdan yuxarı qismi" mənasına gəlməkdədir. Mədinə'nin şərqində yer alan 2-3 mil uzaqlıqdakı kəndlərə də, "aliyə" deyilməkdədir. (bax: əbu Davud, "Salət", 5)
------------------------------
Muslim'in nəqlinə görə, Muğirə b. Şubə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər Təbuk döyüşünə qatılmışdı. Muğirə, o günki hadisəni belə nəql edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), ehtiyacını ortadan qaldırmaq üçün, uzaqlaşdı. Mən də, sübh namazından əvvəl, Onun yanında bir su qabı götürmüşdüm. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ehtiyacını ortadan qaldırıb yanıma qayıtdığında, bu qabdan, əllərinə su tökməyə başladım. Peyğəmbər (sallallahu aleyhi və səlləm), əllərini 3 dəfə yudu; sonra üzünü yudu. Ardınca, qollarını yumaq üçün cübbəsindən çıxarmağa çalışdı. Ancaq cübbənin qolları dar olduğu üçün, əllərini, cübbəsinə daxil etdi və qollarını, cübbənin altından çıxardı və dirsəklərinə qədər yudu. Sonra məstlərinə məsh etdi. Ardınca da, namaz qılmağa yönəldi.
Muğirə, belə deyir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), camaatın, Abdu'r-Rahmən b. Avf'ı qarşılarına keçirmiş olaraq gördü. Abdu'r-Rahmən onlara 1 rükət qıldırmışdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu namazın ikinci rükətinə çatmış oldu və camaatla bərabər, son rükəti qıldı. Abdu'r-Rahmən b. Avf salam verincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazını tamamlamaq üçün ayağa qalxdı. Bu, müsəlmanların qorxuya qapılmasına səbəb oldu və səsli bir şəkildə, subhanallah deməyə başladılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazını bitirincə, onlara yönəldi və namazı vaxtında qılmağa təşviq üçün, "Yaxşı etdiniz." ya da "İsabət etdiniz." buyurdu. (Muslim, "Salət", 105)
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, bu mövzu ilə bağlı olaraq, belə deyir:
Buxari'nin "Cihad" kitabı ilə başqa kitablarda, Məsruq'dan nəqlinə görə, Muğirə (radiyallahu anh)'a su qabı ilə Özünü izləməsini əmr edən Peyğəmbər (sallallahu aleyhi və səlləm) olmuşdur. Buxari'nin rəvayətində belə bir fərqli cümlə yer almaqdadır:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ehtiyacını təmin etmək üçün, hərəkət etdi və gözümdən itdi. Ehtiyacını təmin etdikdən sonra, geri qayıdıb dəstəmaz aldı." (Buxari, "Salət", 7)
Əhməd b. Hənbəl də, başqa bir isnadla, Muğirə'dən bu rəvayəti nəql edir:
"Onun dəstəmaz aldığı suyu, Muğirə, bədəvi bir qadından götürmüşdü. Qadın, bu suyu, ölmüş bir heyvan dərisindən düzəldilmiş bir tulumdan boşaltmışdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Muğirə'yə, "Ondan soruş gör, bu tulumu tabaqlamışdırmı, yoxsa yox? Əgər tabaqlamışdırsa, bu su, həm təmiz, həm də təmizləyicidir." buyurdu. Qadın da, "Allaha and olsun ki, tabaqlamışdım." (Əhməd b. Hənbəl, "Müsnəd", lV, 254)
Buxari, "Cihad" kitabında, "Üzərində, Şam cübbəsi var idi." şəklində bir əlavəyə də yer vermişdir. ("Cihad", 90).
əbu Davud'da da, "Roma cübbələrindən bir cübbə var idi." ifadəsi yer almaqdadır. əbu Davud'un "Ədəb" kitabındakı rəvayətində, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), üzünü və əllərini yudu." ("Ədəb", 96) deyilməkdədir.
Əhməd b. Hənbəl'in, Abbad b. Ziyad isnadı ilə nəql etdiyi və daha əvvəl zikr edilən rəvayətində isə, "ovuclarını yudu" ifadəsi keçməkdədir. Yenə, Abbad b. Ziyad'a aid daha güclü bir isnadda isə, "Əllərini yudu və gözəl bir şəkildə yudu." ifadəsi yer almaqdadır. Ravi, sözünə davam edərək, Muğirə'nin, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), əllərini torpaqla ovdu." deyib-demədiyində şübhəm vardır, ifadəsini nəql etməkdədir.
Buxari'nin "Cihad" kitabındakı nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ağzına və burnuna su verib üzünü yumuşdur. (Buxari, "Cihad", 90).
Əhməd b. Hənbəl də, "3 dəfə yudu. Sonra, əllərini, cübbənin qolundan çıxarmağa çalışdı. Ancaq dar olduğu üçün, onları cübbənin altından çıxardı." şəklində fərqli bir rəvayət yer almaqdadır. (Əhməd b. Hənbəl, lV, 255)
Muslim də, başqa bir yolla bu xəbəri rəvayət etmiş və: "Cübbəsini, çiyinlərinə atdı." əlavəsinə yer vermişdir. (Muslim, "Təharət", 81).
Əhməd b. Hənbəl'in rəvayətində isə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), sağ əlini, 3 dəfə; sol əlini də, 3 dəfə yudu." ifadəsi yer almaqdadır. (Əhməd b. Hənbəl, l, 135)
Buxari'də, "Başını məsh etdi." ("Cihad və Siyər", 90); Muslim'də də, "Başının ön tərəfinə, sarığına və məstlərinin üzərinə məsh etdi." əlavələri mövcuddur. (Muslim, "Təharət", 81) (ibn Həcər, "Fəthu'l-Bari", l, 265)
Deyirəm:
əbu Davud'un, Zurarə b. Əvfa'dan nəqlinə görə,
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Abdu'r-Rahmən b. Avf'ın, camaat tərəfindən imam olaraq iləri keçirildiyini görüncə, arxasında namaz qılmaq istəmiş və ona, namazına davam etməsinə işarət etmişdir.
Zurarə belə deyir:
Mən və Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun arxasında, 1 rükət namaz qıldıq. Abdu'r-Rahmən salam verincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayağa qalxdı və qaçırdığı rükəti qıldı. Üzərinə, hər hansı bir əlavə də etmədi. (əbu Davud, "Təharət", 60).
Budur, Muğirə! O, bu qissəyə dair bütün incəlikləri və əhəmiyyətli tərəfləri zikr etməkdədir. Hətta, suyun, içində olduğu tulumun halından, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in geyinmiş olduğu cübbə və onun darlığı; bunun, romalıların istifadə etdiyi cübbəyə bənzədiyindən tut, ta dəstəmazı necə aldığından; qollarını, cübbənin altından çıxardığından; başını, sarığını və məstlərinin üzərinə necə məsh etdiyinə qədər bir çox kiçik və böyük təfsilatı verməkdədir. Bu qədər təfsilat verən birinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in camaata qatılmadan əvvəl sübh namazının 2 rükət sünnətini qıldığına dair heç bir açıqlama verməməsi, mümkünmüdür?! Elə başa düşülür ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), fərzdən əvvəl, bu namazı qılmamışdır. Çünki, qılmış olsaydı, bundan daha əhəmiyyətsiz olan şeyləri zikr etdiyinə görə, bundan da bəhs edərdi. Sübh namazının fərzini qıldıqdan sonra qılmamış olduğu da, əbu Davud'un rəvayətinin zahirindən başa düşülməkdədir. "Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayağa qalxdı və qaçırdığı rükəti qıldı. Üzərinə, hər hansı bir əlavə də, etmədi." hədisin mətnində keçən "ləm yəzid aleyhə şeyən" cümləsindəki "şeyən" kəliməsi, nəfy (inkar) bildirən bir ifadədən (yəni, ləm'dən) sonra yer almaqdadır. (Ərəb dili qaydalarına görə), bu kəlimə, ümum ifadə edir. Nəticə olaraq, cümlə, bu rükətin üzərinə əlavə edilə biləcək hər cür əlavələri ifadə edir. Doğrusu, -əbu Hureyrə hədisinin işarət etdiyi üzərə- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sübh namazının 2 rükət sünnətini, gün doğub yüksəldikdən sonra qıldığıdır. Əgər 1 dəfə olsun sübhün fərzindən sonra sünnətini qılmış olsaydı, bu, 1 rəvayətlə də olsa, mütləq nəql edilərdi. Ancaq bu yöndə bir rəvayət isə, hələ təsbit edilməmişdir. Doğru olanı, məzhəb imamımız və onun əshabının (2 imamın) görüşüdür ki, buna görə, sübh namazının qaçırılan sünnəti, gün doğmadan əvvəl deyil, doğduqdan sonra qəza edilər.
----------------------------
----------------------------
1851. əbu Micləz'dən belə rəvayət edilir:
Sübh namazı üçün, ibn Abbas və ibn Ömər ilə birlikdə məscidə girdik. İmam, namazda idi. ibn Ömər, dərhal safa daxil olduğu halda; ibn Abbas, 2 rükət namaz qıldıqdan sonra imama tabe oldu. İmam salam verdikdən sonra, ibn Ömər, gün doğana qədər, oturduğu yerdə qaldı. Gün doğduqdan sonra, qalxıb 2 rükət (yəni, sübh namazının sünnətinin qəzasını) qıldı.
Xəbəri, Tahavi rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", ll, 39)
Deyirəm:
Eyni xəbəri, imam Malik, "Muvatta"sında, bəlağ (siğası) ilə rəvayət etmişdir. Onun bəlağ siğası ilə (yəni, "mənə çatdığına görə" formasında) nəql etdiyi rəvayətlər, səhihdir!
-------------------------
-------------------------
1852. Yəhya b. Səid'in nəqlinə görə, əl-Qasim, belə demişdir:
"Sübh namazının fərzini qılmaq üçün, sünnətini qılmadığım təqdirdə, onu, gün doğduqdan sonra qılıram."
Xəbəri, ibn əbi Şeybə ("əl-Musannəf", ll, 255) rəvayət etmişdir. Hədisin isnadı, səhihdir! (Niməvi, "Asaru's-Sünən", ll, 39) İmam Malik də, bu rəvayətə, "Muvatta"sında (s. 45) yer vermişdir.
Abdu'r-Rahmən b. Qasim, atasının belə etdiyini demişdir. Daha əvvəl, bu əsərin 2-ci cildində, sübh namazından sonra namaz qılmağı nəhy (qadağan) edən hədislər keçdiyi üçün, onları burda təkrar etməyəcəyik. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səfəri ikən yatıb qaldığı üçün qıla bilmədiyi sübh namazının sünnətini fərzilə bərabər qəza etdiyi, sabitdir. Bu rəvayəti, Buxari, Musıim, əbu Davud və başqaları nəql etmişlərdir. Xəbəri, "Nəylu'l-Əvtar"da (l, 329) da görmək, mümkündür.
Deyirəm:
Əgər sübh namazının fərzindən sonra gün doğuncaya qədər sübhün sünnəti üçün vaxt olsaydı, nə ibn Ömər, nə də əl-Qasim, namazlarını ertələməzlərdi. Çünki, bir namazı vaxtından sonraya ertələmək, alimlərin ittifaqı ilə məkruhdur. Nəticə olaraq, sübh namazının fərzindən sonra sünnətinin qılınması üçün bir vaxtın olmadığı ortaya çıxmaqdadır ki, biz Hənəfilərin görüşü də, bu yöndədir.
Şeyx dedi:
ibn Ömər'in, (sübh namazının sünnətini qılmadan) dərhal safa daxil olması, fərzin 1 rükətinə çata biləcəyi ümidini daşımamasından; ibn Abbas'ın 2 rükət sünnəti qıldıqdan sonra imama tabe olması isə, çatacağına dair ümidə sahib olmasından qaynaqlanır. Nəticə olaraq, ibn Ömər'in bu feli, bundan əvvəlki babda, sübh namazının sünnətini, fərzinin qılınmasından sonra (yəni, gün doğmadan əvvəl) qıldığı şəklindəki rəvayətlə, zidd düşməkdədir.
Bütün bunlardan sabit olan şey, sübh namazının 2 rükət sünnətinin qəza edildiyidir. Sübh namazının sünnəti, fərzilə bərabər qaçırılacaq olarsa, birlikdə qəza ediləcəyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bir gecə döyüşdən qayıdarkən səhabələrilə bərabər yatıb qalıb sübh namazını keçirdiklərindən bəhs edən hadisə ilə sabitdir və hökmün belə olduğu, ittifaqla qəbul edən xüsuslardandır. Buna müqabil olaraq, sadəcə sünnət qaçırıldığı təqdirdə, qəza edilib-edilməyəcəyi xüsusunda, əbu Hənifə və Şeyxeyn (əbu Yusuf və Muhamməd) arasında ixtilaf vardır. Ancaq doğru olanı, ixtilafın olmadığıdır.
"Raddu'l-Muhtar"da, belə deyilir:
Sübh namazının sünnəti, ancaq fərzilə bərabər qaçırıldığı təqdirdə qəza edilər. Bu halda, (qəza edən), -zavaldan əvvəl olduğu təqdirdə- onları, fərzinə tabe olaraq qəza edər. Buna müqabil olaraq, sadəcə sünnət qaçırıldığında, -sübh namazının fərzindən sonra nafilə qılmaq məkruh olduğu üçün- alimlərin ittifaqı ilə, gün doğmadan əvvəl qəza edilməz. Gün doğduqdan sonra isə, imam əbu Hənifə və imam Muhamməd'ə görə, yenə qəza edilməz. İmam Muhamməd isə, "əd-Durru'l-Muxtar"da bildirildiyi üzərə, "Zaval vaxtına qədər (yəni, zöhrün girməsinə 45-50 dəqiqə qalmışa qədər) qəza edilməsini, sevimli görürəm." demişdir. Bu görüşün, ittifaqa yaxın olduğu bildirilmişdir. Çünki, imam Muhamməd'in "sevimli görürəm" ifadəsi, insan, bu namazı qəza etmədiyi təqdirdə, qınanmayacağına dəlildir. İmam əbu Hənifə və imam əbu Yusuf isə, "Sübh namazının sünnətini qaçıran, qəza etməz. Edərsə, bir beis yoxdur." demişlərdir. "əl-Cənəziyyə" adlı əsərdə, belə keçməkdədir. Alimlərin arasında bu ixtilafı incələyənlərdən biri, imam əbu Hənifə və əbu Yusuf ilə imam Muhamməd arasındakı ixtilaf, "İnsan, sübh namazının sünnətini qəza etdiyi təqdirdə, bu başlı-başına bir nafilə olarmı? Yoxsa sübh namazının sünnətimi olar?" cəhətindədir, demişdir. "əl-İnayə"də də, eyni şeyləri görmək, mümkündür. Buna görə, qəza edilən namaz, imam əbu Hənifə və imam əbu Yusufa görə, nafilə olarkən; imam Muhammədə görə, sünnət yerinə keçər. İsmayıl'in "əl-Kafi" adlı əsərində də, belə keçməkdədir. (ibn Abidin, "Raddu'l-Muhtar", l, 750-751)
imam əbu Hənifə və imam əbu Yusuf'un görüşləri, budur:
Sünnətlər, fərz namazlara tabe olaraq məşru qılınmışdır. Sübh namazının sünnəti, fərzlərin ədasının bəhs mövzusu olmadığı bir vaxtda qəza ediləcək olarsa, o sünnətlər, bir əsl halına gələr və tabe olma xüsusiyyəti itər. Dolayısı ilə, qılınan sünnət, müəkkəd bir sünnət olaraq qalmaz. Çünki bəhsi keçən namaz, təbəiyyət sifətilə sünnət idi. Bu görüşü,
ümmü Sələmə (radiyallahu anha)'nın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əsr namazından sonra 2 rükət namaz qıldığını görmüş və: "Ey Allahın rəsulu! Daha əvvəl heç qılmadığınız bu 2 rükət, nədir?" deyə soruşmuş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Xalid gəldi və Məni, zöhrün fərzindən sonra qılmaqda olduğum 2 rükəti qılmaqdan məşğul etdi. Mən də, onları, indi qıldım." deyə buyurmuşdur. Ümmü Sələmə (radiyallahu anha): "Ey Allahın rəsulu! Biz də qaçırdığımız təqdirdə, qəza edəkmi?" deyə soruşmuş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Xeyr." demişdir. Bax bu rəvayət, ümmətin, sünnətlərin qəzası ilə mükəlləf olmadığının dəlilidir. Bəhsi keçən namaz, sadəcə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə xas bir fel (tətbiqat)'dır. Bizim də, Ona xüsusi olan şeylərə şərik olmağımız, bəhs mövzusu ola bilməz. Bu hədisdən ortaya çıxan qayda, sübh namazının 2 rükətlik sünnətinin qəza edilməsinin vacib olmadığıdır. Ancaq biz, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səfəri ikən istirahət etdiyi gecənin sabahında, səhabə ilə bərabər yatıb qalaraq sübh namazını qaçırmasından bəhs edən hədisdən dolayı, istihsən edərək, fərzilə bərabər qəza ediləcəyi qənaətindəyik. Açıqlamanı, "Bədaiu's-Sanayi"də (l, 287) görmək, mümkündür.
İmam Muhamməd'in dəlili isə, bu babın baş tərəfində, əbu Hureyrə'dən nəql etdiyimiz: "Sübh namazının sünnətini qıla bilməyən; onları gün doğduqdan sonra qılsın." hədisidir. Hər halda, imam əbu Hənifə və imam əbu Yusuf'un, hökm çıxararkən istifadə etdikləri cəhət, "onları qılsın" cümləsi deyil; "gün doğduqdan sonra" ifadəsidir. Çünki, bundan məqsəd, sübhün sünnətinin, gün doğmadan əvvəl qılınmasının qadağan edilməsidir.
Doğrusu, "onları qılsın" ifadəsindən dolayı qaçırılan bu 2 rükəti, gün doğduqdan sonra qılmağın müstəhəb olduğu xüsusunda, imamlarımız arasında bir ixtilafın olmadığıdır. Əsl ixtilaf, qılınan bu namazın, qəza sayılıb-sayılmayacağıdır. Çünki hədis, bu xüsusda, hər hansı bir hökm, gətirməmişdir. Bəhsi keçən namaz, gün doğduqdan sonra müəkkəd olaraq vaqe olsaydı, qəzası da müəkkəd sünnət olardı. Bunu, imam Muhamməd də, söyləməməkdədir. Elə başa düşülür ki, bu 2 rükət, gün doğduqdan sonra qılındığı təqdirdə, imam Muhamməd'ə görə sübh namazının sünnətinin, surətən (yəni, şəkil cəhətindən) qəzası olarkən; imam əbu Hənifə və imam əbu Yusufa görə, həqiqi mənada qəzası olmamaqdadır. Nəticə olaraq, bu ixtilaf, həqiqi deyil, ləfzidir. Mənim tərcihimə görə, bu mövzuda bir əmrin və Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə səhabənin feli tətbiqatlarının mövcud olması səbəbilə, sübh namazının gün doğduqdan sonra qəzasının, müəkkəd sünnət olduğudur. Bu sübh namazının sünnətinin, sadəcə surətən deyil, həqiqətən də qəzasıdır. İmam Muhamməd'in, "Zaval vaxtına qədər qəza edilməsini, sevimli görürəm." ifadəsilə söyləmək istədiyi də, budur. Fəqihlərin biləcəyi üzərə, bəlkə də, O, "yənbəği = uyğun olar" və "əhəbbu ileyyə = sevimli görürəm" ifadələrinin, həm vacib və həm də sünnət yerində istifadə etmiş ola bilər. Bil!
---------------------------
---------------------------
1853. Aişə (radiyallahu anha)'nın nəqlinə görə,
Peyğəmbər (sallallahu aleyhi və səlləm), zöhr namazının fərzindən əvvəl qılınan 4 rükəti qaçırdığında, onları, fərzindən sonra qılınan 2 rükətin ardınca qılardı.
Xəbəri, ibn Macə ("İqamətu's-Salət", 106) rəvayət etmişdir. Hədisin raviləri, Qays b. ər-Rəbi xaric, siqadırlar. Qays b. ər-Rəbi haqqında isə, kəlam edilmişdir. Ancaq onu, siqa olaraq görənlər də vardır. (Şəvkani, "Nəylu'l-Əvtar", ll, 271)
Deyirəm:
Bu hədis, özü ilə ihticac edilməyə əlverişlidir. əl-Əzizi'də, bu rəvayət üçün, "İsnadı, səhihdir." deyilmişdir. (Ill, 133)
--------------------------
--------------------------
1854. Aişə (radiyallahu anha)'nın nəqlinə görə,
Allah rəsulu (sallallahu aleyhi və səlləm), zöhr namazının fərzindən əvvəl qılınan 4 rükəti qaçırdığında, fərzindən sonra qılardı.
Xəbəri, Tirmizi ("Salət", 200) rəvayət etmiş və: "Bu hədis, həsən-ğəribdir." demişdir.
Tirmizi'nin nəql etdiyi xəbər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, zöhr namazının 4 rükət sünnətini qaçırdığında, onları, bu namazın fərzini qıldıqdan sonra qıldığını göstərməkdədir. Yuxarıdakı xəbərdə, bəhsi keçən namazı, zöhrün son sünnətindən əvvəl və ya sonra qıldığına toxunulmamaqdadır. Fərz namazlardan sonra qılınan sünnətlərdə əsl olan, -bu əsərin 3-cü cildində təfsilatı ilə ələ alınıb incələndiyi üzərə- onları, fərzlərə bitişdirməkdir. "Fərzindən sonra qılardı." ifadəsindən məqsəd, onları, 2 rükətlik son sünnətdən sonra qılardı, deməkdir. Necə ki, ibn Macə'nin rəvayət etdiyi xəbərdə, bu xüsus, açıq bir şəkildə ifadə edilmişdir. Bizim tərcih etdiyimiz görüş də, budur. "əd-Durru'l-Muxtar"da, bu ifadələrə yer verilmişdir:
Zöhr namazının sünnəti, bunun əksinədir. Çünki insan, zöhr namazının fərzinin 1 rükətini qaçırmaqdan qorxduğu təqdirdə, sünnəti tərk edib imama tabe olar; sonra onu, sünnət olaraq qılar. (Yəni, imamların ittifaqı ilə, sünnət olaraq qılar. "əl-Fətəva əl-Xaniyyə" və başqa əsərlərdə, qılınan namazın, imam Muhammədə görə, nafilə; imam əbu Hənifə və imam əbu Yusuf'a görə isə, sünnət olduğu xüsusundakı ifadələr, müəlliflərin öz anlayışlarından qaynaqlanmaqdadır. Çünki, bu məsələdəki ixtilaf, bəhsi keçən namazın, zöhrün son sünnətindən əvvəlmi, yoxsa sonramı qılınacağı cəhətindədir. Onun qəza ediləcəyi xüsusunda isə, ittifaq vardır. Bu, qəza edilən namazın sünnət olaraq gerçəkləşdiyi xüsusunda, ittifaq etdiklərini göstərir. Necə ki, bəhsi keçən məsələ, "əl-Fəth"də incələnmişdir -ibn Abidin-).
Cümləmizin başına qayıdacaq olsaq, insan, bu namazı imam Muhammədə görə, son sünnətdən əvvəl zöhr namazının sünnəti olaraq qılar. Fətva da, bu görüşə görədir. (İmam əbu Yusuf da, daha sonra bu görüşü götürmüşdür. əl-Hasami'nin "əl-Camiu's-Sağir"ində də, belədir. Haskəfi'nin, "Fətva, bu görüşə görədir." şəklindəki ifadəsi haqqında, bunları demək, mümkündür:
Mətnlərin qövlləri (görüşləri), bu yöndədir. Lakin "əl-Fəth" adlı əsərdə, zöhr namazının son 2 rükətinin daha əvvəl qılınacağı görüşü tərcih edilmişdir. "əl-İmdad" adlı əsərdə, belə deyilir:
Fətəva əl-Attabi'də, tərcihə uyğun olanın, bu görüş olduğu bildirilmişdir. Şeyxu'l-İslam Səraxsi'nin, 'əl-Məbsut'unda, Aişə (radiyallahu anha) hədisindən dolayı, bu görüşün daha səhih olduğu ifadə edilmişdir. (Səraxsi, burda, Aişənin nəql etdiyi 1853 no-lu ibn Macə hədisinə yer verməkdədir.) Şeyxu'l-İslam, sözünə davam edərək, imam əbu Hənifə'nin görüşü də, budur. "Cami-u Qadıxan"da da belədir. (ibn Abidin, Raddu'l-Muhtar alə'd-Durri'l-Muxtar", l, 752)
(Təhanəvi, "İ'lau's-Sünən")
-----------------------
-----------------------
Xülasə:
1. Sübh namazının sünnəti qaçırıldığında, gün doğduqdan sonra;
2. Zöhr namazının sünnəti qaçırıldığında, fərzin sonundakı 2 rükətdən sonra;
qəza ediləcəklər.
3. Əsr və İşa namazlarının ilk sünnətlərinin isə, qəzası yoxdur.
