Muminun surəsi 14-cü ayə
Kur'ân'da اَحْسَنُ الْخَالِقِينَ ، اَرْحَمُ الرَّاحِمِينَ gibi kelimat, başka hâlıklar, râhimler bulunduğunu iş'ar eder.
Yəni:
Quranda, "yaradanların ən gözəli", "mərhəmətlilərin ən mərhəmətlisi" kimi kəlimələr, başqa xaliqlər (yaradanlar), rahimlər (mərhəmətlilər)'in mövcud olduğunu işar edir (işarət edir, bildirir).
-----------------------------------
Beş İşaretle cevap veririz.
Birinci işaret: Kur'ân baştan başa tevhidi ispat ettiği ve gösterdiği için, bir delil-i kat'îdir ki, Kur'ân-ı Hakîmin o nevi kelimeleri sizin fehmettiğiniz gibi değildir. Belki اَحْسَنُ الْخَالِقِين demesi, "Hâlıkıyet mertebelerinin en ahsenindedir" demektir ki, başka hâlık bulunduğuna hiç delâleti yok. Belki, hâlıkıyetin, sair sıfatlar gibi çok meratibi var. اَحْسَنُ الْخَالِقِينَ demek, "merâtib-i hâlıkıyetin en güzel, en müntehâ mertebesinde bir Hâlık-ı Zülcelâldir" demektir.
Yəni:
(Buna), 5 işarət ilə cavab verərik:
✓ Birinci işarət:
Quran, başdan-başa tövhidi isbat etdiyi və göstərdiyi üçün, (bu), qəti bir dəlildir ki, hikmətli Quranın o növ kəlimələri, sizin fəhm etdiyiniz kimi deyildir. Əksinə, "yaradanların ən gözəli" deməsi, "Xaliqiyyət/yaradılıcılq mərtəbələrinin ən əhsənindədir." deməkdir ki, (bu cür kəlimələrin), başqa xaliq mövcud olduğuna heç bir dəlaləti yoxdur. "Əhsənu'l-xaliqin/yaradanların ən gözəli" demək, "Xaliqiyyət mərtəbələrinin ən gözəl, ən müntəha/son mərtəbəsində cəlal sahibi bir Xaliq/Yaradan'dır." deməkdir.
Müəllifin qəsdi, budur:
Yəni, yaradıcılıq mərtəbələrində ən kamal, ən əhsən mərtəbə nədirsə, Allahın xaliqiyyəti/yaradıcılığı, o mərtəbədədir. Bunu isə, Allahdan başqa kimsə bilməz.
--------------------
İkinci işaret: اَحْسَنُ الْخَالِقِينَ gibi tabirler, hâlıkların taaddüdüne bakmıyor, belki mahlûkıyetin envâına bakıyor. Yani, "herşeyi, herşeye lâyık bir tarzda, en güzel bir mertebede halk eder bir Hâlıktır." Nasıl ki, şu mânâyı اَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُ gibi âyetler ifade eder.
Yəni:
✓ "Əhsənu'l-xaliqin/yaradanların ən gözəli" kimi təbirlər, xaliqlərin/yaradanların çoxluğuna baxmır. Əksinə, məxluqiyyətin (fərqli-fərqli) növlərinə baxır. Yəni, "Hər şeyi, hər şeyə layiq bir tərzdə, ən gözəl bir mərtəbədə xəlq edən bir Xaliq'dir." Necə ki, أَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُۥ / əhsənə kullə şeyin xaləqahu / O, hər şeyi, ən gözəl şəkildə yaratdı" (Səcdə/7) kimi ayələr, bu mənanı ifadə edir.
Müəllifin qəsdi, budur:
Yəni, Allah, hər hansı bir varlığı, o varlığın ən əhsən mərtəbəsində yaratmaqdadır. Yəni bu varlıq üçün, bundan daha əhsəni, yaxşısı, düşünülə bilməz.
Müəllifin qəsdinə, belə bir misal vermək olar:
Allah Taala, insanın üzünü, mövcud şəklin xaricində, sonsuz şəkillərdən başqa birilə yarada bilərdi. Məsələn:
Gözsüz bir üz də yarada bilərdi, 3 və ya 5 gözü olan bir üz də. Yenə, ağızsız bir sima da yarada bilərdi, 2 ağızlı və ya 3 ağızlı bir sima da.
Bax Allah, belə möhtəməl sonsuz yollar içərisində, ən gözəl simanı yaratmışdır. Buna görə, bəhsi keçən ayəni, "Başqa simalar yaradanlar içərisində ən gözəl simanı yaradan Allah" deyə başa düşməyimiz, mümkün deyildir. Çünki, belə bir şirki, Quranın bütün töhvid ayələri və ağıl da rədd etməkdədir. O halda, həqiqət, budur:
Allah, insan üçün sima yaratma mərtəbələrinin ən gözəlində bir sima yaratmışdır.
-------------------------
Üçüncü işaret: اَحْسَنُ الْخَالِقِينَ , اَللهُ أَكْبَرُ • خَيْرُ الْفَاصِلِينَ • خَيْرُ الْمُحْسِنِين gibi tabirattaki muvazene, Cenâb-ı Hakkın vakideki sıfât ve ef'âli, sair o sıfât ve ef'âlin nümunelerine mâlik olanlarla muvazene ve tafdil değildir. Çünkü, bütün kâinatta, cin ve ins ve melekte olan kemâlât, Onun kemâline nisbeten zayıf bir gölgedir; nasıl muvazeneye gelebilir? Belki muvazene, insanların ve bahusus ehl-i gafletin nazarına göredir.
Meselâ, nasıl ki bir nefer, onbaşısına karşı kemâl-i itaat ve hürmeti gösteriyor, bütün iyilikleri ondan görüyor; padişahı az düşünür. Onu düşünse de, yine teşekküratını onbaşıya veriyor. İşte, böyle bir nefere karşı denilir: "Yahu, padişah senin onbaşından daha büyüktür. Yalnız ona teşekkür et." Şimdi, şu söz, vakideki padişahın haşmetli hakikî kumandanlığıyla, onbaşısının cüz'î, surî kumandanlığını muvazene değil. Çünkü, o muvazene ve tafdil mânâsızdır. Belki, neferin nazar-ı ehemmiyet ve irtibatına göredir ki, onbaşısını tercih eder, teşekküratını ona verir, yalnız onu sever.
İşte, bunun gibi, hâlık ve mün'im tevehhüm olunan zâhirî esbab, ehl-i gafletin nazarında Mün'im-i Hakikîye perde olur. Ehl-i gaflet onlara yapışır, nimet ve ihsanı onlardan bilir, medih ve senâlarını onlara verir. Kur'ân der ki: "Cenâb-ı Hak daha büyüktür, daha güzel bir Hâlıktır, daha iyi bir Muhsindir. Ona bakınız, Ona teşekkür ediniz."
Yəni:
✓ Üçüncü işarət:
~ Əhsənu'l-xaliqin / yaradanların ən gözəli;
~ Allahu əkbər / Allah, ən böyükdür;
~ Xayru'l-fəsilin / ayırd edənlərin ən yaxşısı (Ənam/57);
~ Xayru'l-muhsinin / ehsan edənlərin ən yaxşısı
kimi təbirlərdəki müvazinə, Cənabu'l-Haqq'ın vaqedəki sifət və fellərinin, sair o sifət və fellərin nümunələrinə malik olanlarla (yəni, insanlar, cinlər və mələklərlə) müvazinə və tafdili (birinin o birindən üstün tutulması) deyildir. Çünki, bütün kainatda, cin və ins və mələkdə olan kamilliklər, Onun kamalına nisbətən zəif bir kölgədir. (Elə isə), necə müvazinəyə gələ bilər?!
Əksinə, (ayədəki bu) müvazinə, insanların və xüsusilə qəflət əhlinin nəzərinə görədir. Məsələn:
Necə ki, bir nəfər (yəni, sıravi bir əsgər), (öz) onbaşısına qarşı mükəmməl itaət və hörmət göstərir. Bütün yaxşılıqları ondan görür, padşahı isə az düşünür. Onu (yəni, padşahı) düşünsə də, yenə təşəkkürünü, onbaşıya verir.
Bax belə bir nəfərə (yəni, əsgərə) deyilir: "Padşah, sənin onbaşından böyükdür. Yalnız ona təşəkkür et."
İndi bu söz, vaqedəki padşahın ehtişamlı həqiqi komandirliyi ilə; onbaşısının cüzi, suri (zahiri) komandirliyini müvazinə etmək deyildir. Çünki, o müvazinə və tafdil (yəni, üstün tutma), mənasızdır. Əksinə, (bu müvazinə və tafdil), nəfərin (yəni, əsgərin) əhəmiyyət (verdiyi) nəzərə və irtibatına (yəni, münasibətinə) görədir ki, (bu əsgər), (öz) onbaşısını tərcih etməkdə, təşəkkürlərini ona verməkdə, yalnız onu sevməkdədir.
Bax bunun kimi, xaliq və munim (nemət verən) vəhm edilən zahiri səbəblər, qəflət əhli nəzərində, həqiqi Munim (nemət verən Allah)'a pərdə olurlar. Qəflət əhli, onlara yapışır; nemət və ehsanı, onlardan bilirlər. Mədh və sənalarını, onlara verirlər. (Bu məqamda isə) Quran (onlara) deyir ki: "Cənabu'l-Haqq, daha böyükdür. Daha gözəl bir Xaliq'dir. Daha yaxşı bir Muhsin (ehsan edən)'dir. Ona baxın, Ona təşəkkür edin."
---------------------------------
Dördüncü işaret: Muvazene ve tafdil, vaki mevcutlar içinde olduğu gibi, imkânî, hattâ farazî eşyalar içinde dahi olabilir. Nasıl ki, ekser mahiyetlerde müteaddit merâtip bulunur. Öyle de, esmâ-i İlâhiye ve sıfât-ı kudsiyenin mahiyetlerinde de, akıl itibarıyla hadsiz merâtip bulunabilir. Halbuki, Cenâb-ı Hak, o sıfât ve esmânın mümkün ve mutasavver bütün merâtibinin en ekmelinde, en ahsenindedir. Bütün kâinat, kemâlâtıyla bu hakikate şahittir. لَهُ اْلاَسْمَۤاءُ الْحُسْنٰى bütün esmâsını ahseniyet ile tavsif, şu mânâyı ifade ediyor.
Yəni:
✓ Dördüncü işarət:
Müvazinə və tafdil, vaqe olan mövcudlar içində edilə bildiyi kimi; hətta farazi əşyalar içində də edilə bilər. Necə ki, əksər mahiyyətlərdə, fərqli-fərqli mərtəbələr mövcud olursa; elə də, Allahın isimləri və müqəddəs sifətlərinin mahiyyətlərində də, ağıl etibarı ilə, hədsiz mərtəbələr mövcud ola bilər. Halbuki, Cənabu'l-Haqq, o sifət və isimlərin mümkün və mütəsəvvər (təsəvvür edilə bilən) bütün mərtəbələrinin ən kamalında, ən əhsənindədir. Bütün kainat, öz kamilliyilə, bu həqiqətə bir şahiddir. "Ən gözəl isimlər, Onundur." (ayətinin), (Allahın) bütün isimlərini əhsəniyyət ilə vəsf etməsi, (bax) bu mənanı ifadə edir.
Müəllifin qəsdi, budur:
Müəllifimiz Nursi (rahiməhullahu Taala), bir risaləsində (bax: "Sözlər", 24-cü Söz, s. 325), belə deyir:
"Hâlık-ı Zülcelâl herşeye yakın olduğu halde, yetmiş bine yakın nuranî perdeleri vardır. Meselâ, sana tecellî eden Hâlık isminin, mahlûkıyetindeki cüz'î mertebesinden tut, tâ bütün kâinatın Hâlıkı olan mertebe-i kübrâ ve ünvan-ı âzama kadar ne kadar perdeler bulunduğunu kıyas edebilirsin."
Yəni:
Cəlal sahibi Xaliq (olan Allah), hər şeyə yaxın olduğu halda, 70.000-ə yaxın "nurani pərdələri" vardır. Məsələn, sənə təcəlli edən Xaliq isminin, (sənin) məxluqiyyətindəki cüzi mərtəbəsindən tut, ta bütün kainatın Xaliqi olan böyük mərtəbə və əzəmətli ünvanına qədər nə pərdələr mövcud olduğunu, qiyas edə bilərsən.
Haqq Taala, bu aləmi və içindəki hər bir varlığı, isimlərinin bir aynası və sifətlərinin bir mazharı (zahir olduğu bir yer) olaraq yaratmışdır. Hər varlıq, öz qabiliyyətinə görə, o isim və sifətlərə ayna olmaqdadır. Bu məsələni misallarla, daha açıq bir şəkildə izah edək. Belə ki:
• Birinci misalımız:
Bir şəxsin elmini, onun düzəltdiyi bir velosipedde təfəkkür edən bir adam; eyni şəxsin düzəltdiyi maşını gördüyündə, onun elminə aid yeni bir pərdə açılmış və o pərdənin arxasından, o şəxsin elmini daha geniş mənada seyr etmiş olur. Eyni şəxsin bir də gəmi düzəltdiyini eşidən və gedib o gəmini seyr edən şəxs, əvvəlki əsərlərə qiyasla, o şəxsin elmini, daha geniş olaraq başa düşməyə başlayacaq. Əgər bu şəxsin bir də təyyarə düzəltdiyini fərz edərsək, o şəxs, bunları da görməklə, 4 pərdə arxasından sənətkarın elmini seyr və təfəkkür etmiş olacaq.
• İkinci misalımız:
Bir şəxsin zənginliyinə əlamət olaraq, onun bir fabrikini gördüyünüz təqdirdə, o "fabrik pərdəsi" arxasından, o şəxsin zənginliyini, bir dərəcə başa düşmüş oluruq. Sizə bu şəxsin, belə yüzlərlə fabriki olduğu deyilsə və bu fabriklər sizə göstərilsə, zənginliyini daha geniş bir pərdədən tamaşaya müvəffəq olarsınız. Daha sonra, bu şəxsin, ərazi və baxçalarını da gəzdiyinizdə, hər bir mərhələdə, bir əvvəlkinə nəzərən, daha geniş pərdələr arxasından onun zənginliyini seyr etmiş olarsınız. Bu şəkildə, hər bir pərdədən keçdikcə, görüş üfqünüz daha genişləmiş və nəhayət, o şəxsin sərvətini, kamil mənada başa düşmüş olarsınız. Burda o şəxsin sahib olduğu hər bir mal, bir pərdə hökmündə olub, pərdələrin açılması ilə, bu şəxsin zənginliyi daha böyük ölçüdə başa düşülmüş olar.
• Üçüncü misalımız:
Bir nəfəri, bir uşağın xəstəliyini müalicə edərkən görsəniz, ondakı mərhəmətin təcəllisini, bir pərdədə seyr etmiş olarsınız. Eyni şəxsin bir apteki olduğunu və ordan kasıblara dərmanlar payladığını gördüyünüzdə, o şəxsin şəfqət və mərhəmətini, daha geniş bir pərdədə təfəkkür etmiş olarsınız. Yenə eyni şəxsin, böyük bir xəstəxanası olduğunu və burda xəstələri pulsuz müalicə etdiyini görsəniz, bu səfər, eyni şəxsin şəfqətini, fərqli və daha geniş bir pəncərə ilə seyr etmiş və nəticədə, 3 fərqli pərdədə, o şəfqətli şəxsin mərhəmətini görmüş olarsınız.
Bax Allahın isim və sifətləri üçün istifadə edilən, "Hər bir ismin 70.000 pərdəsi"nin olması ifadəsi, bu isim və sifətlərin fərqli təcəlliləri, təzahürləri olduğu mənasındadır. Burdakı "70.000" təbiri, bir hüdud deyil, çoxluqdan kinayədir. 70.000 deyil, 70 milyon belə, o isim və sifətlərin təcəllisini ifadə etməkdə azdır.
Məsələn,
~ Allahın "ruzi verən" mənasındakı "ər-Razzəq" ismini təfəkkür edən biri üçün, bir tək canlının ruzilənməsi, bir pərdə olduğu kimi; bütün insan növünün ruzilənməsi də, fərqli bir pərdədir. Sadəcə öz ruzisini düşünərək "Razzəq" ismini təfəkkür edən birinin mərifəti, çox dar və qısadır. Buna qarşılıq, Allahın, bu anda, yer üzündə mövcud olan bütün insanları ruziləndirdiyini düşünən bir kimsə, yüzlərlə pərdə aşmış və dolayısı ilə, "təfəkkür nərdivanı", daha yüksəlmiş olar. Bununla bərabər, əgər keçmişdəki insanların da ruziləndirildiyini düşünərsə, daha geniş bir pərdə arxasından, "Razzəq" ismini təfəkkür etmiş olar. Bundan sonra, heyvanların və bitkilərin hər bir fərdinin ruziləndirilməsini təfəkkürlə, "Razzəq" isminin həqiqətinə yaxınlaşar və bir çox pərdə daha keçər. Və nəhayət, cənnətdə ümum həyat sahiblərinin, əbədiyyən ruzilənməsini təfəkkürlə, yeni pərdələr açar. Bu xəyali səyahət əsnasında, minlər pərdədə, Haqq Taalanın, "ər-Razzəq" ismini təfəkkür edər.
~ Yenə, məsələn, "yaradıcı" mənasındakı "əl-Xaliq" ismini təfəkkür edən bir kimsə, ilk əvvəl bir qarışqaya baxar. Onun, İlahi bir sənətlə yoxdan yaradılışını düşünər, "əl-Xaliq" isminin bir pərdəsini açar. Daha sonra, yer üzündəki bütün qarışqaları, xəyalı ilə görər. Hamısının eyni anda və eyni tərzdə yaradılışlarını düşünərək, "əl-Xaliq" ismini təfəkkür etməklə fərqli-fərqli pərdələr açar. Daha sonra, özünün və insan növünün və sonra da gücü çatırsa, kainatdakı hər bir məxluqun, canlı və cansız hər şeyin, yoxdan icadını düşünər. Bu sayədə, hər bir məxluq, "əl-Xaliq" isminin bir pərdəsi olar. Və pərdələr açıldıqca, mərifətullah nurları, o qəlbə axmağa başlayar.
Elə isə, deyilə bilər ki, hər bir sifət və ismin 70.000 deyil, yüz minlərlə təcəlliyatı (bu fəaliyyətləri müşahidə nəticəsində, isimlərin, qəlbdə hiss edilə bilən hala gəlməsi) vardır. O ismin təcəllisinə, təzahürünə ayna olan hər bir məxluq, bir pərdədir ki, onda təcəlli edən ismin təfəkkür edilməsilə pərdələr açılır.
Elə isə, ayədən murad edilən 4-cü məna, budur:
Allahın "əl-Xaliq" ismi, sənin bildiyin və tanıdığından, daha əhsən bir Xaliq'dir.
(Said Nursi, "Sözlər", 32-ci Söz, s. 599-600)
--------------------------
--------------------------
Əlavələr:
Allahın 99 ismi:
