Muhamməd surəsi 7-ci ayə

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

"Ey iman gətirənlər! Əgər siz Allaha kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər." (Muhamməd/7)

------------------

Təfsiri:

Yəni,

~ Siz, Allahın dininə kömək göstərsəniz, O da sizə kömək göstərər.

~ Yaxud da, siz, Allahın dostlarına kömək göstərsəniz, O da sizin düşmənlərinizə qarşı sizə kömək göstərər.

Bizim, Allahın razılığını qazanmaq uğruna Onun dininə və dostlarına kömək göstərməyimiz, 2 şəkildə olur. (Belə ki):

1. Bu köməyi, bəzən canımızla, bəzən də malımızla edərik.

2. Bizə əmr edilən dəlilləri və ayələri göstərmək surətilə Onun dininə, dəlillər ilə kömək edərik.

Allahın bizə köməyi də 2 şəkildə olur. (Belə ki):

1. Onları məğlub etmək və hökmümüz altına almaq üçün, düşmənlərimizə qarşı bizə kömək edər. Ancaq bu kömək, hər zaman və hər bir halda olmaz. Bəzi hallar və zamanlarda gerçəkləşər.

2. Allahın bizə köməyi, bəzi döyüşlərdə məğlub edilsək, hakimiyyət altına alınsaq və düşmən də bizə qalib gəlib hökmü altına alsa belə, son aqibəti bizim lehimizə çevirməsi şəklində olar.

 

"...ayaqlarınızı möhkəmləndirər..."

Möhtəmələn bundan məqsəd:

~ döyüş vaxtında, mətanət göstərmək və sağlam durmaqdır; yaxud da,

~ axirətdə ayaqlarınızın sürüşməməsi üçün, sabit tutmasıdır.

Allah, ən doğru biləndir...

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)

Read 20 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR