Nisa surəsi 136-cı ayə
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ فَقَدْ ضَلَّ ضَلَـٰلًۢا بَعِيدًا
"Ey iman edənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs, uzaq bir azğınlığa düşmüşdür." (Nisa/136)
------------------------------
Təfsiri:
✓ İkinci məsələ:
Bil ki, Allahın, "Ey iman edənlər! Allaha...iman edin." əmrinin zahiri, zatən mövcud olana sahib olmaq əmrini verməkdədir. Bil ki, bu da, imkansızdır. Bax bu səbəbdən dolayı, müfəssirlər, bu xüsusda, bir çox izahlar vermişlərdir. Bunların hamısı, 2 əsas görüşdə toplanmaqdadır. (Belə ki):
1. Ayədəki "Ey iman edənlər..." ifadəsindən murad, "müsəlmanlar"dır.
Sonra, ayətin təfsirində, bu görüş üzərinə, belə bir çox görüşlər bina edilmişdir:
a. Ayətin mənası, "Ey iman edənlər! İmanda davamlılıq və mətanət göstərin." şəklindədir.
Bu mənanın nəticəsi isə, buna gəlib dayanır:
"Ey keçmişdə və hal-hazırda iman edənlər! Gələcəkdə də iman edin."
Bunun bir bənzəri də, "Bil ki, Allahdan başqa heç bir ilah yoxdur..." (Muhamməd/19) ayətidir. Halbuki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu zatən bilirdi.
b. "Ey təqlid yolu ilə iman edənlər, istidlal və təhqiq yolu ilə iman edin!"
c. "Ey mücməl istidlallarla iman edənlər, təfsilatlı istidlallarla da iman edin!"
d. "Ey təfsili dəlillərlə Allaha, mələkkərinə, kitablarına və peyğəmbərlərinə iman edənlər! Allahın əzəmətinin künhünə ağlınızın çata bilməyəcəyinə iman edin! Mələklərin halları, kitabların sirləri və peyğəmbərlərin sifətləri də belə olub, ağıllarımız, təfsilatlı bir şəkildə onların künhünə çatıla bilməz."
2. Ayədəki "Ey iman edənlər!" xitabının muxatabı, müsəlmanlar deyildirlər.
Ayətin təfsirində, bu görüş üzərinə bir neçə görüş bina edilmişdir. (Belə ki):
a. Xitab, yəhudi və xristiyanlaradır.
Buna görə ayətin mənası, "Ey Musaya və Tövrata; İsaya və İncilə iman edənlər! Muhammədə və Qurana da iman edin." şəklindədir.
b. Xitab, münafiqlərədir.
Buna görə, ayətin mənası, "Ey dili ilə iman edənlər! Qəlbinizlə də iman edin." şəklindədir.
Bu görüş, Haqq Taala'nın, "Qəlblərilə inanmadıqları halda, ağızları ilə inandıq deyənlər..." (Maidə/41) ayətilə təyid edilir (dəstəklənməkdədir).
c. Bu ifadə, gündüzün başlanğıcında iman edib, sonunda kafir olan kimsələrə xitabdır və mənası: "Ey gündüzün başlanğıcında iman edənlər, gündüzün sonunda da iman edin." şəklindədir.
d. Bu ayə, müşriklərə xitab olub, mənası, "Ey lat və uzza'ya iman edənlər! Allaha iman edin." şəklindədir.
Alimlərin bir çoxu, birinci görüşü tərcih etmişlərdir. Çünki mömin kəliməsi, mütləq olaraq istifadə edildiyində, ancaq "müsəlmanlar" mənasına gəlir.
---------------------------
✓ Dördüncü məsələ:
Bil ki, Allah Taala, bu ayədə, 4 şeyə iman etməyi əmr etmişdir:
~ Birincisi: Allaha;
~ İkincisi: Peyğəmbərinə;
~ Üçüncüsü: Bu peyğəmbərlərinə endirdiyi kitablara;
~ Dördüncüsü: Daha əvvəl endirilmiş olan kitablara.
Haqq Taala, 5 növ də küfr zikr etmişdir:
~ Birincisi: Allahı inkar;
~ İkincisi: Mələkləri inkar;
~ Üçüncüsü: Kitabları inkar;
~ Dördüncüsü: Peyğəmbərlərini inkar;
~ Beşincisi: Axirəti inkar.
Haqq Taala, daha sonra, "...uzaq bir azğınlığa düşmüşdür..." buyurmuşdur.
Bu ayə ilə bağlı, bir neçə sual vardır. (Belə ki):
• Birinci sual: İmanın mərtəbələrində, nə üçün peyğəmbərlər kitabdan əvvəl zikr edilmiş; küfr xüsusunda isə, əksi, yəni, kitab, peyğəmbərdən əvvəl gəlmişdir?
Cavab: Çünki Yaradanın mərifətindən (yəni, Allahı tanımaqdan), mütləq, nüzul (eniş) mərtəbəsində, kitab, peyğəmbərdən əvvəldir. Məxluqatdan Yaradıcıya yüksəlmək mərtəbəsində isə, peyğəmbər, kitabdan əvvəldir.
• İkinci sual: Nə üçün imanın mərtbələrində, Allaha, peyğəmbərə və kitablarına olmaq üzərə 3 xüsus; küfrün mərtəbələrində də, Allahı, mələkləri, kitabları, peyğəmbərləri və axirəti inkar olmaq üzərə isə, 5 xüsus zikr edilmişdir?
Cavab: Allaha, peyğəmbərlərinə və kitablarına iman mövcud olubca, heç şübhə yoxdur ki, bunlarla bərabər, mələklərə və axirətə iman da mövcud olur. Çünki, Allaha, peyğəmbərlərinə və kitablarına iman etdiyini iddia edən bir kimsənin, mələkləri və axirət gününü inkar edib mələklər və axirət günü ilə bağlı ayələri təvil edərək başqa bir mənaya həml etdiyini iləri sürmək, çox nadir baş verir. Bax belə bir ehtimal bəhs mövzusu olduğu üçün, Haqq Taala, mələkləri və qiyaməti inkar edənin, Allahı da inkar etmiş olacağını açıqca bildirmişdir.
• Üçüncü sual: Onlar, Tövrat və İncili inkar etməyib iman etmiş olduqları halda, kitab əhlinə, "...Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!" necə deyilə bilər?
Cavab: Buna, 2 şəkildə cavab verilir:
1. Onlar, sadəcə, bu 2 kitaba iman edir; ancaq daha əvvəl endirilmiş olan bütün kitablara iman etmirlərdi. Bax bundan dolayı, daha əvvəl endirilmiş olan bütün kitablara iman etmələri əmr edilmişdir.
2. Onların, əvvəlki kitabların bir qismini tərk edib, bir qisminə iman etmələri, doğru deyildir. Çünki, iman yolu, möcüzədir. Möcüzə, bütün səmavi kitablar üçün bəhs mövzusu olunca, onlardan bir qisminə iman etməmək, möcüzəni tən etmək olur. Möcüzəni tən etmək bəhs mövzusu olunca, bu möcüzədən hər hansı bir şeyi təsdiq etmək də, imkansız olur. Allahın bu ayətində qəsd edilən məna da, budur:
"Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: 'Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!'– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq." (Nisa/150-151)
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
