Əşrəf Əli ət-Təhanəvi kimdir?
Mütəkəllim, müfəssir, mühəddis, fəqih, dəvətçi və mutasavvif kimi tanınan şeyx Mövlana Əşrəf Əli'nin tam adı, belədir:
Əşrəf Əli b. Abdu'l-Haqq ət-Təhanəvi əl-Hindi əl-Faruqi əl-Hənəfi.
Əşrəf Əli, Hindistan'ın şərq diyarlarından biri olan Ətrabəradiş əyalətinə bağlı, Dehli'yə təxminən 50 mil uzaqlıqda Muzəffərnagar şəhərinin Təhanə kəndində, hicri 1280-ci ilin rəbiu'l-axir ayında (miladi 1863-cü il sentyabr ayında) dünyaya göz açmışdır. Doğulduğu yerə nisbətlə, Təhanəvi nisbəsilə tanınır. Öz diyarında, "hakimu'l-ümmət/ümmətin hikmətlisi" ləqəbilə də tanınmaqdadır. Atasının adı, Abdu'l-Haqq əl-Umri'dir. 5 yaşında ikən anası vəfat etmişdir. İmam, nəsəbən, Faruqi olub soyu və nəsəbi, ikinci xəlifə Ömər (radiyallahu anh)'a qədər çatır.
Doğulduğu kənd haqqında, böyük alim Muhamməd Taqi Osmani, belə deyir:
"Bura, Hind diyarlarında, yetişdirdiyi seçkin elm adamları, bacarıqlı insanlar və böyük vəlilərlə tanınır. Bunlara nümunə olaraq, 'Kəşşaf-u İstilahati'l-Fünun' adlı, elm əhlinin tərifinə, şərqdəki və qərbdəki mərifət əhlinin güvəninə nail olmuş həcmli və böyük elmi əsərin sahibi allamə, mühəqqiq şeyx Muhanməd Əli ət-Təhanəvi'ni, hafiz Muhamməd Damin əş-Şəhid'i, əl-Hac İmdadullah əl-Mühacir əl-Məkki'ni göstərə bilərik. Bu saydığımız 3 alim, Hindistanın hər tərəfində, '3 qutb' olaraq bilinirlər."
Şeyx Əşrəf Əli ət-Təhanəvi, ilk təhsilinə, dayısı Vacid Əli və Fəth Muhamməd'dən ərəb dili öyrənərək başlamışdır. Sağlam əsasa söykənən bir ərəbcə, sonra da farsca öyrənməsində, müəllimi Fəth Muhamməd'in təsiri, böyükdür.
İlk təhsilini öz diyarında tamamladıqdan sonra, Deobənd'ə gedərək, dini elmlərin təhsil edildiyi əl-Mədrəsətu'l-Aliyə'yə girdi və orda, 5 il oxudu. 1884-cü ildə, hələ 20 yaşlarında ikən, təhsilini tamamlayaraq, burdan məzun oldu. Bu məzuniyyət əsnasında, Mövlana Rəşid Əhməd əl-Gənguhi, məzuniyyət üçün gəldiyində, Mövlana Muhamməd Həsən, onu, o gün, çox parlaq və zəkalı bir tələbənin məzun olacağı xüsusunda məlumatlandırmışdı. Mövlana Gənguhi, bu parlaq tələbəni imtahan etmək istədi. Beləcə, ağlına gələ bilən ən çətin sualları Mövlana Təhanəvi'dən soruşdu. Aldığı cavablar, Rəşid Əhməd'i heyran buraxdı və çox razı saldı.
Muhamməd Taqi Osmani, Onun tələbəlik dövrünə aid, bunları da yazmaqdadır:
O dövrlərdə, xristiyanlar və hindular, Hindistanın 4 bir yanına, propoqanda heyətləri göndərir və bunlar da, Müsəlmanlara meydan oxuyaraq münazirəyə çağırırlardı. Bir dəfə, hakimu'l-ümmət də, bir fürsət taparaq, onların münazirələrinə qatıldı və açıq bəyanları və sağlam hüccətlərilə onlara qalib gəldi. Bu hadisədən sonra, Onun sahib olduğu münazirə gücü və nitq qabiliyyəti, tələbələr və şeyxlər arasında şöhrət qazandı. Ancaq bütün bunlar, Deobənd'dəki tələbəlik dövrünə aiddir. Çünki özü, kamilləşmiş bir şeyx olduqdan sonra, bu cür münazirə və görüşmələrin, ixlas və sidqə möhtac olduğunu və insanların, hidayət və irşad xüsusunda, bu yolla nadirən müvəffəq olduqlarını görməsi səbəbilə, münazirə və cədəldən ən çox uzaq duran şəxs oldu.
Bir çox alimdən dərs alan Təhanəvi'nin bəzi şeyxləri, bunlardır:
~ Yaqub b. Məmlukulali (hədis və təfsir);
~ Muhamməd Yaqub Nanotavi (hədis və təfsir);
~ Muhamməd Həsən əd-Deobəndi (fiqh, məntiq);
~ Mövlana Mahmud (fiqh, üsul, hədis);
~ Seyyid Əhməd əd-Dihləvi (riyaziyyat və fəraiz);
~ Fəth Muhamməd ət-Təhanəvi (farsca).
Mövlana Əşrəf Əli ət-Təhanəvi'nin, özlərindən daha çox istifadə etdiyi 2 alim: Rəşid Əhməd əl-Gənguhi və Mövlana Muhamməd Yaqub Nanotavi'dir. Bu haqda, belə deyir:
"Şeyxlərim arasında, Mövlana Gənguhi'yə, mənəvi olaraq, Hacı İmdadullah Mühacir əl-Məkki xaricindəki hər kəsdən daha çox bağlanmışdım. Mövlana Rəşid Əhməd Gənguhi kimi, özündə (batini və zahiri) yaxşılıqları bu qədər birləşdirə bilən beləsinə, heç şahid olmamışdım."
Şeyxi də, onu çox sevir və hər ziyarətində ona belə deyirdi: "Sən gəldiyində, mən, həyat tapıram."
Burda, bunu xatırlatmaqda fayda vardır:
Əşrəf Əli ət-Təhanəvi'nin şeyxlərinin hamısı, cihad ilə tasavvufu cəm edən böyük insanlardır. İngilislərə qarşı böyük cihad etmişlərdir. Mərhum əbu'l-Həsən ən-Nədvi, "Həqiqi tasavvuf" adlı əsərində, bu haqda belə deyir:
"Şamli meydanında, Məkkə'yə hicrət edən böyük şeyx Hacı İmdadullahı, hafiz Zamini, Muhamməd Qasımı, Gənguh'lu Rəşid Əhmədi, ingilislərə qarşı qəhrəmanca döyüşərkən görürük. Şeyx Zamin, döyüş meydanında şəhid düşür; şeyx İmdadullah, Məkkə'yə hicrət etmək məcburiyyətində qalır; şeyx Muhamməd Qasım ilə Şeyx Rəşid isə, Tüstərə gedib bir müddət orda gizlənməyə məcbur olurlar."
Təhanəvi, təhsilini bitirdikdən sonra, 14 il Kanipu şəhərindəki Feyz-u Amm mədrəsəsində tədrislə məşğul oldu. Daha sonra, həcc məqsədilə Məkkə'yə getdi.
Orda Çiştiyə təriqəti şeyxlərindən İmdadullah ət-Təhanəvi, Ona intisab etdi. Ondan çoxca istifadə edib böyük hikmətlər öyrəndi. Yavaş-yavaş kamilliyin zirvəsinə yüksəldi. O qədər ki, Hindistan yarımadasında, İslam ümməti üçün sözü keçən mənəvi liderlərdən biri oldu. Minlərlə müsəlman, Özündən istifadə etdi. Müsəlmanlar arasına yayılan bidət və pis adətlərlə mücadilə edib böyük məsafələr qət etdi. Doğru və səhih əsaslara söykənən dinin yaşanılmasına böyük əmək sərf etdi. Mənsubu olduğu tasavvuf mədrəsəsindən, 140 böyük insan çıxdı.
~ Seyyid Süleyman ən-Nədvi;
~ Pakistan'ın qurucularından Bəşir Əhməd əl-Osmani;
~ Lahor'da Əşrəfiyyə mədrəsəsinin qurucusu Müfti Muhamməd Həsən əl-Amristari;
~ Pakistanda dini mədrəsələrin ən böyüyü Xayru'l-Mədaris'in qurucusu Xeyri Muhamməd əl-Calidehri;
~ Zəhər Əhməd ət-Təhanəvi (bacısı oğlu);
~ Hindistanda böyük mürşid Vasiyullah; və
~ Abdu'l-Bari ən-Nədvi,
bunların məşhurlarındandır.
Əşrəf Əli ət-Təhanəvi, daha sonra, tədrisdən uzaqlaşıb, Öz diyarında uzlət (yalnız)'lığa çəkildi. Həyatı boyunca, zahiri elmlərlə məşğul olduğu kimi; mənəvi elmlərlə də məşğul olaraq, qəlbin təsfiyəsi üçün böyük güc sərf etdi. Hər zaman, ətrafı üçün faydalı oldu.
O, 6 rəcəb 1362-ci ildə (miladi 1943-cü ildə), Təhanə'də vəfat etdi və orda da dəfn edildi.
----------------------------
----------------------------
Əsərləri:
Əşrəf Əli ət-Təhanəvi'yə nisbət edilən əsərlərin, risalələrlə birlikdə 800 civarında olduğu nəql edilir. Bir qismi, ərəbcə; bir qismi də, urduca olan kitabları, təfsir, qiraət, kəlam, tasavvuf, əxlaq və fiqhə dairdir. Bəlli-başlı əsərləri, bunlardır:
A. Quranla bağlı olanlar:
1. Təfsir-u Bəyani'l-Quran;
2. Camalu'l-Quran;
3. Təcvidu'l-Quran;
4. Ədəbu'l-Quran;
5. Mütəşabihatu'l-Quran;
6. Vücuhu'l-məsani məa Təvcihi'l-Kəlimat və'l-Maani;
7. Təbsiru'z-Zucəc.
------------------------------
B. Hədislə bağlı olanlar:
1. İhyau's-Sünən.
Müəllifin, Hənəfi məzhəbinin istinad etdiyi hədisləri, fiqh bablarına görə topladığı bu əsər, itmişdir.
2. Camiu'l-Asar.
"İhyau's-Sünən"in itməsindən sonra, yenə Hənəfi məzhəbinin istidlal etdiyi hədisləri, "Camiu'l-Asar"da təsnif etməyə başlamış; buna, "Tabiu'l-Asar" adını verdiyi təliqlərini əlavə etmişdir. İkisi bir arada, 1 cild halında nəşr edilmişdir.
3. Hifz-u Ərbəin.
Muslim'in Səhih'indən seçilmiş 40 hədis məcmuəsi olub, urduca tərcümə və şərh edilmişdir.
4. əl-Misku'z-Zəki.
Tirmizi'nin "Sünən"inin dərs təqrirləri olub, bəzi tələbələri tərəfindən toplanmışdır.
5. Muaxxaratu'z-Zünun an Muqaddimət-i ibn Xaldun.
ibn Xaldun'un "Müqəddimə"sində, Mehdi'nin zühurunu inkar edən bəzi şəxslərdən nəql etdiyi rəvayətlərin cavabını ehtiva etməkdədir.
6. ət-Təşərruf bi Mərifət-i əhədisi't-Tasavvuf.
Tasavvuf kitablarındakı hədislərin təhqiqini ehtiva edən əsər, "Təkmilu't-Tasarruf fi təshili't-Təşərruf" adındakı urduca tərcüməsi ilə bərabər nəşr edilmişdir.
7. əs-Səbu's-Səyyarə;
8. Favaid-u Muvatta-i imam Malik;
9. Tabiu'l-Asar;
10. əs-Savabu'l-Hulli;
11. Əxyaru's-Sünən;
12. Ətfaru'l-Fitən;
13. Haqiqatu't-Tariqa minə's-Sünnəti'l-Əniqa.
-----------------------
Əqidə ilə bağlı olanlar:
1. Füruu'l-iman;
2. Hifzu'l-iman;
3. Təzyil-u şərh-i aqaid;
4. əl-Məsailu'l-Aqliyyə.
------------------------
İbadətlə bağlı olanlar:
1. Zəkatu'l-Farz fi Nəbati'l-Arz;
2. Talimu'd-Din;
3. Hayatu'l-Muslimin;
4. Xitabətu'l-Əhkam;
5. Cəzau'l-Əməl.
