Ayaq üstə su içməyin qadağan edilməsi

2093. Bizə, əbu'l-Qasım Hişam b. Muhamməd b. Qurra b. əbi Xəlifə ər-Ruayni bildirdi: Bizə, əbu Cəfər Əhməd b. Muhamməd əl-Əzdi bildirdi: Bizə, Əhməd b. əbi İmran və Muhamməd b. Əli b. Davud əl-Bağdadi bildirdilər: Bizə, İshaq b. İsmayıl ət-Talaqani bildirdi: Bizə, Xalid b. Haris, Səid b. Arubə'dən; onun ---> Qatadə'dən, onun ---> əbu'l-Muslim əl-Cəzmi'dən; onun da ---> Carud'dan rəvayət etdiyinə görə:

Nəbi (sallallahu aleyhi və səlləm), ayaqda su içməyi qadağan etmişdir. (haşiyə)

-------------------------

(Haşiyə:

İsnadı, həsəndir.

~ əbu'l-Muslim əl-Cəzmi'dən bir topluluq hədis rəvayət etmişdir. Onu, ibn Hibban, "əs-Siqat"ında zikr etmişdir. Tirmizi və Nəsai, ondan hədis götürmüşlərdir.

İsnadın digər raviləri, siqa olub; Buxari və Muslim'in raviləridir. İshaq ət-Talaqani xaric.

~ ət-Talaqani'dən isə, əbu Davud hədis götürmüşdür. O, siqadır.

Bu hədisi,

• Tahavi, "Şərh-u Məani'l-Asar"ında (lV, 272), eyni isnad və mətnlə rəvayət etmişdir.

• Taberani (2124)'də, Əli b. Əbdü'l-Əziz təriqilə İshaq b. İsmayıl'dan; o, Xalid b. əl-Haris'dən, bu isnadla rəvayət etmişdir.

• Tirmizi (1881)'də, Humeyd b. Məs'adə təriqilə, Xalid b. əl-Haris'dən bu isnadla rəvayət etmişdir və: "Bu, həsən-ğərib bir hədisdir. 1-dən çox adam da, bu hədisi, bu şəkildə, Səid yolu ilə Qatadə'dən; o, əbu Muslim'dən; o, Carud'dan; o da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etmişdir." demişdir.

• Hədisi, Taberani, "əl-Kəbir"də (2132), Mahmud b. Ğaylan təriqilə Muhamməd b. Bəkr əl-Bursani'dən; o da, Səid'dən bu isnadla rəvayət etmişdir.

-----------------------

-----------------------

2094. Bizə, ibn əbi Davud rəvayət edib dedi: Bizə, Muqaddəmi rəvayət edib dedi: Bizə, Xalid b. Haris rəvayət etdi: Bizə, Səid b. əbi Arubə, Qatadə'dən; o ---> əbu Muslim'dən; o, Carud b. Mualla'dan; o da ---> Nəbi (sallallahu aleyhi və səlləm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə)

-------------------------

(Haşiyə:

Muqaddəmi, Muhamməd b. əbi Bəkr b. Əli b. Ata b. Muqaddəm əl-Muqaddəmi'dir. Siqadır. Buxari və Muslim'in ravilərindəndir.

Hədisi, Tahavi, "Şərh-u Məani'l-Asar"ında (lV, 272), bu isnad və mətnlə rəvayət etmişdir.)

--------------------------

--------------------------

2095. Bizə, Əhməd b. Davud b. Musa bildirdi: Bizə, Abdu'r-Rahmən b. Mübarək əl-Ayşi bildirdi: Bizə, Xalid b. Haris, Səid'dən rəvayət etdi. O ---> Qatadə'dən; o ---> əbu Muslim'dən; o ---> Carud'dan; yenə, o (yəni, Xalid b. Haris) ---> Səid'dən; o ---> Qatadə'dən; o ---> Ənəs'dən; o da ---> Nəbi (aleyhi əfdalu's-saləti və's-sələm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə)

--------------------------

(Haşiyə:

Hədisi:

~ Taberani (2124)'də, Əli b. Əbdü'l-Əziz təriqilə, Abdu'r-Rahmən b. əl-Mübarək əl-Ayşi'dən, bu isnadla rəvayət etmişdir.

~ əbu Yə'lə (3195)'də, Ubeydullah b. Ömər əl-Qavariri təriqilə, Xalid b. əl-Haris'dən; o ---> Səid'dən; o ---> Qatadə'dən; o da ---> Ənəs'dən rəvayət etmişdir.

~ Muslim (2024/113)'də, Muhamməd b. əl-Musənna'dan rəvayət etmişdir. O deyir: Bizə, Abdu'l-Ə'lə rəvayət edib dedi: Bizə, Səid, Qatadə'dən; o da ---> Ənəs'dən rəvayət etdi.

~ Tirmizi (1879), ibn əbi Adiyy'dən;

~ ibn Macə (3424)'də, Bişr b. əl-Mufaddal'dan,

hər ikisi, Səid'dən rəvayət etmişlərdir. O, Qatadə'dən; o da ---> Ənəs'dən rəvayət etmişdir.

Tirmizi: "Bu, həsən-səhih bir hədisdir." demişdir.

-----------------------------

-----------------------------

2096. Bizə, İbrahim b. Mərzuq bildirdi: Bizə, əbu'l-Vəlid ət-Tayalisi və Abdu's-Saməd b. Abdu'l-Varis bildirdilər: Bizə, Hişam əd-Dəstuvai bildirdi:

Yenə, bizə, İbrahim b. Mərzuq bildirdi: Bizə, Abdu's-Saməd bildirdi: Bizə, Həmmam bildirdi: (Hişam ilə bərabər) ikisi dedilər: Bizə, Qatadə, Ənəsdən; o da ----> Nəbi (sallallahu aleyhi və səlləm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə)

--------------------------

(Haşiyə:

İsnadı, Buxari və Muslim'in şərtinə görə səhihdir.

Hədisi:

~ Tahavi, "Şərh-u Məani'l-Asar"da (lV, 272)'də, eyni isnad və mətnlə rəvayət etmişdir.

~ Tayalisi (2000);

~ Əhməd (lll, 118, 147, 214);

~ Muslim (2024);

~ əbu Yə'lə (2867);

~ Beyhaqi (Vll, 282) də,

Həmmam'dan bu isnadla rəvayət etmişlərdir.)

--------------------------

--------------------------

2097. Bizə, Abdullah b. Xuşeyş bildirdi: Bizə, Muslim b. İbrahim əl-Əzdi bildirdi: Bizə, Hişam b. əbi Abdullah bildirdi. Sonra, isnadı ilə,

əvvəlki hədisin eynisini zikr etdi. (haşiyə)

-------------------------

(Haşiyə:

İsnadı, Buxari və Muslim'in şərtinə görə səhihdir.

Hədis:

~ Tahavi, "Şərh-u Məani'l-Asar" (ll, 272);

~ əbu Davud (3717);

~ Darimi (ll, 120-121) də,

Muslim b. İbrahim'dən, bu isnadla rəvayət etmişlərdir.)

---------------------------

---------------------------

2098. Bizə, Hüseyn b. Nasr bildirdi: Yezid b. Harun'u, belə deyərkən eşitdim: Bizə, Həmmam, Qatadə'dən; o da ---> Ənəs'dən rəvayət etdi. (haşiyə-1)

Yenə (Həmmam), Qatadə'dən; o ---> əbu İsa əl-Usvari'dən; o ---> əbu Səid'dən; o da ---> Nəbi (sallallahu aleyhi və səlləm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə-2)

----------------------------

(Haşiyə-1:

İsnadı, Buxari və Muslim'in şərtinə görə səhihdir. Hədis, "Şərh-u Məani'l-Asar"da (ll, 272), eyni isnad və mətnlə keçməkdədir.

Haşiyə-2:

İsnadı, səhihdir. Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. əbu İsa əl-Usvari xaric. Ondan, bir topluluq hədis rəvayət etmiş olub, ibn Hibban, onu, "əs-Siqat"ında zikr etmişdir. Taberani: "Basradan olan siqa bir ravidir." demişdir. Muslim də, onun rəvayət etdiyi bu hədisi, mutabaat olaraq rəvayət etmişdir. Tahavi də, hədisi, "Şərh-u Məani'l-Asar" (ll, 272)'də, eyni isnad və mətnlə rəvayət etmişdir.)

-----------------------------

-----------------------------

2099. Bizə, Muhamməd b. Xuzeymə bildirdi: Bizə, Haccac b. Minhal bildirdi.

Yenə, bizə, ibn əbi Davud bildirdi: Bizə, Musa b. İsmayıl bildirdi. (Haccacla bərabər) dedilər: Bizə, Hammad b. Sələmə, Əyyub'dan bildirdi: O ---> İkrimə'dən; o ---> əbu Hureyrə'dən; o da ---> Nəbi (sallallahu aleyhi və səlləm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə)

-----------------------------

(Haşiyə:

İsnadı, Muslim'in şərtinə görə səhihdir. Hədis, "Şərh-u Məani'l-Asar" (lV, 272)'də, eyni isnad və mətnlə keçməkdədir.)

-----------------------------

-----------------------------

***

əbu Cəfər (ət-Tahavi) deyir:

Bu rəvayətlərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ayaq üstə su içməyi nəhy/qadağan etdiyini görürük. Biz, Allah rəsulu'nun, bunu qadağan etməsinə səbəb olan şeyi öyrənmək istəyincə, gördük ki:

2100. Bizə, Fəhd b. Süleyman bildirdi: Bizə, Sələmə b. Şəbib bildirdi: Bizə, Abdu'r-Razzəq, Mamər'dən rəvayət etdi. O ---> Ə'məş'dən; o da ---> əbu Salih'dən,

əbu Hureyrə (radiyallahu anh)'ın belə dediyini rəvayət etdi: Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ayaq üstə su içən kimsə, qarnında nə olduğunu bilsə, mütləq özünü qusdurardı."

Bu, Əli b. əbi Talib (radiyallahu anh)'a çatdığında, o, dərhal ayağa qalxıb, ayaq üstə su içdi. (haşiyə)

--------------------------

(Haşiyə:

İsnadı, səhihdir. Sələmə b. Şəbib, siqa olub; Muslim'in ravilərindəndir. Ondan sonrakılar da siqa olub, Buxari və Muslim'in ravilərindəndir.

Hədisi:

~ Abdu'r-Razzəq ("əl-Musannəf", 19589)'da; onun rəvayət yolundan da,

~ Əhməd (ll, 283) rəvayət etmişdir.

~ ibn Hibban (5301)'də, Sami təriqilə Əhməd b. Hənbəl'dən; o da, Abdu'r-Razzəq'dən, bu isnadla rəvayət etmişlərdir. ibn Hibban, hədisin səhih olduğunu bildirmişdir.)

--------------------------

--------------------------

2101. Yenə gördük ki:

Bizə, əbu Umeyyə bildirdi: Bizə, Əli b. Bahr b. Bərri bildirdi: Bizə, Hişam b. Yunus bildirdi: Bizə, Ma'mər, Zühri'dən; o ---> əbu Hureyrə'dən; o da ---> Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə)

Ma'mər deyir: Bunu, Ə'məş də, əbu Salih təriqilə, əbu Hureyrə'dən rəvayət etdi. Ə'məş deyir:

Bu hədis, Əli (əleyhissəlam)'a, əbu Hureyrə'nin sözü olaraq çatınca, O, dərhal ayağa qalxdı və ayaq üstə su içdi.

--------------------------

(Haşiyə:

Zühri, əbu Hureyrə'dən hədis eşitmədiyi üçün, hədisin isnadı, munqati (qopuq)'dur.

Hədisi:

~ Abdu'r-Razzəq (19588)'də, Ma'mər təriqilə Zühri'dən; o ---> bir nəfərdən; o ---> əbu Hureyrə'dən rəvayət etmişdir.

~ Əhməd (ll, 283);

~ ibn Hibban (5234)'də,

Abdu'r-Razzəq'dən, bu isnadla rəvayət etmişlərdir.

~ Bəzzər (2897)'də, Zuheyr b. Muhamməd əl-Bağdadi'dən rəvayət etmişdir. O, belə deyir:

Bizə, Abdu'r-Razzəq bildirdi: Bizə, Ma'mər, Zühri'dən; o ---> Ubeydullah b. Abdullah b. Utbə'dən; o da ---> əbu Hureyrə'dən rəvayət etdi.)

--------------------------

--------------------------

***

Beləliklə, əbu Hureyrə təriqilə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bu xüsusda rəvayət etdiyimiz hədis ilə, Peyğəmbərin ayaq üstə su içməyi qadağan etməsinin səbəbinin, nə olduğunu öyrəndik. Bunun səbəbi isə: ayaq üstə su içməkdən dolayı, insanların qarınlarında meydana gəlməsi möhtəməl olan xəstəlikdir.

Bu səbəblə, O da, onlara şəfqətindən, rə'fət (şiddətli mərhəmətin)'dən və bədənlərinin sağlamlığının pozulmaması üçün, onların belə su içmələrini qadağan etmişdir.

Bu hədis, əbu Hureyrə təriqilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, fərqli ləfzlərlə də rəvayət edilmişdir:

--------------------

--------------------

2102. Necə ki, bizə, Hüseyn b. Nasr bildirdi: Bizə, Abdu'r-Rahmən b. Ziyad bildirdi: Bizə, Şu'bə, Həsən b. Əli'nin azad etdiyi nökər əbu Ziyad'ın belə dediyini rəvayət etdi:

əbu Hureyrə'ni, Nəbi (sallallahu aleyhi və səlləm)'dən rəvayət edərkən eşitdiyimə görə:

- O (yəni, Peyğəmbər), ayaq üstə su içən bir adam gördü və ona: "Qus!" deyə buyurdu.

- Adam: "Nə üçün?" deyə soruşunca,

- Peyğəmbər, belə buyurdu: "Səninlə bərabər bir pişiyin su içməsini istəyərsənmi?"

- Adam: "Xeyr." deyə cavab verincə,

- Peyğəmbər: "Səninlə bərabər, pişikdən daha pis olan şeytan içdi." deyə buyurdu. (haşiyə)

--------------------

(Haşiyə:

İsnadı, səhihdir.

• Abdu'r-Rahmən b. Ziyad, ər-Rasasi'dir.

~ əbu Hatim, oğlunun özündən nəql etdiyinə görə (V, 235'də): "Saduq (çox doğru sözlü)'dür." demişdir.

~ əbu Zur'a: "Onda, bir beis yoxdur." demişdir.

~ ibn Hibban, onu, "əs-Siqat"ında (Vlll, 274) zikr etmişdir.

• ibn Main, Həsən b. Əli'nin azad etdiyi nökər əbu Ziyad'ın, siqa olduğunu söyləmiş; əbu Hatim də, onun haqqında, "Salih bir şeyxdir." demişdir.

Hədisi,

✓ Əhməd b. Hənbəl (ll, 301), Muhamməd b. Cəfər'dən;

✓ Darimi (ll, 121), Səid b. ər-Rəbi'dən;

✓ Bəzzər (2896), Amr b. Mərzuq'dan;

üçü də, Şu'bə'dən bu isnadla rəvayət etmişlərdir.

✓ Heysəmi, "Məcmau'z-Zəvaid"də (V, 79), hədisi zikr etmiş və Əhməd ilə Bəzzər tərəfindən rəvayət edildiyini bildirdikdən sonra: "Əhmədin raviləri, siqadır." demişdir.")

--------------------

Not:

Dəyərli oxuyucu! Bu hədisdə, pişiyin şeytanla bərabər zikr edilməsi, pişiyin, nəcis, şeytan kimi pis bir şey olduğu mənasına gəlmir. Əksinə, ayaq üstə su içməyin pisliyini vurğulamaq üçün, insanın psixoloji halı nəzərə verilmişdir.

Təşbih sənətində, bilinməyən şey, bilinənə bənzədilir. Ümumiyyətlə, insanlar, bir pişiklə bərabər, eyni qabdan su içməyi xoş görməzlər. Lakin burda, mövzunun əsası, pişik deyil, şeytandır. Şeytan isə, insanlarca mahiyyəti etibarı ilə məchul bir varlıq olduğundan, pişiyə bənzədilərək işin çirkinliyinə işarət edilmişdir.

------------------------

Bax bu hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bunu qadağan etməsinin səbəbinin, ancaq, ayaq üstə su içən ilə bərabər, şeytanın da içməsi olduğu ifadə edilməkdədir.

 

Bu dəfə də, bir adam: "Siz, Allah rəsulundan buna müxalif olaraq gələn rəvayəti bildiyiniz halda, bunu, necə qəbul edə bilirsiniz?" deyib, bu rəvayətimizi xatırlatdı:

--------------------

--------------------

2103. Bizə, Yunus b. Abdu'l-Ə'lə bildirdi: Bizə, Abdullah b. Vehb bildirdi: Mənə, ibn Cureyc, Muhamməd b. Əli b. Hüseyn'dən xəbər verdi. O da ---> Atasından, Babasının belə dediyini rəvayət etdi:

Əli b. əbi Talib (radiyallahu anh): "Mənə, dəstəmaz almaq üçün su gətir." dedi. Mən də, Ona su gətirdim, dəstəmaz aldı. Sonra, dəstəmazından artıq qalan suyu, ayağa qalxıb içdi. Mən, buna təəccüblənincə, O: "Buna, təəccüb edirsən? Ey oğlum! Mən, sənin atan (yəni, baban) Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, belə edərkən gördüm." dedi. (haşiyə)

--------------------

(Haşiyə:

Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. Ancaq, ibn Cureyc, hədisi, "an" ləfzilə rəvayət etmişdir və o, müdəllis bir ravidir.

Muhamməd b. Əli, əl-Baqir'dir. Əli b. əl-Hüseyn, Zeynə'l-abidin'dir. Muhammədin babası da, Hüseyn b. Əli'dir.

Tahavi, bu hədisi, "Şərh-u Məani'l-Asar" (lV, 273)'də, eyni isnad və mətnlə rəvayət etmişdir.

Hədisi, Nəsai (l, 69), İbrahim b. əl-Həsən əl-Miqsəmi'dən, səhih bir isnadla rəvayət etmişdir.)

--------------------

--------------------

2104. Bizə, İbrahim b. Mərzuq bildirdi: Bizə, Bişr b. Ömər əz-Zəhrani bildirdi: Bizə, Şu'bə, Abdu'l-Məlik b. Məysərə'dən; o ---> Nəzzəl b. Səbrə'nin belə dediyini rəvayət etdi:

Əli (radiyallahu anh)'ı gördüm. Dəstəmaz suyundan artıq qalanı, ayaq üstə içdi. Sonra da, belə dedi:

"Bəzi kimsələr, ayaq üstə su içməyi kərih görürlər. Mən isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, bu etdiyimin eynisini edərkən gördüm." (haşiyə)

--------------------------

(Haşiyə:

İsnadı, Buxari'nin şərtinə görə səhihdir. Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. Nəzzəl b. Səbrə xaric. O, Buxari'nin ravilərindəndir.

Hədisi:

• Əhməd (l, 123, 149);

• Buxari (5616);

• Nəsai (l, 84-85);

• Beyhaqi (l, 75);

• Tahavi ("Şərh-u Məani'l-Asar", l, 34)'də,

Şu'bə təriqilə;

• Əhməd (l, 78);

• Tirmizi ("Şəmail", 210)'da,

Ə'məş təriqilə;

• əbu Yə'lə (368);

• Abdullah b. Əhməd ("Müsnəd"in ziyadələri, l, 159)

• ibn Xuzeymə (16, 202);

• ibn Hibban (1057, 5346)'da,

Mənsur b. əl-Mu'təmir təriqilə, hər üçü (yəni, Şu'bə, Ə'məş və Mənsur), Abdu'l-Məlik b. Məysərə'dən, bu isnadla rəvayət etmişlərdir.

-------------------------

-------------------------

2105. Bizə, Bəkkar b. Quteybə bildirdi: Bizə, əbu Əhməd bildirdi: Bizə, Mi'sar, Abdu'l-Məlik b. Məysərə'dən rəvayət etdi. Ardından, isnadı ilə,

Əvvəlki hədisin eynisini zikr etdi. (haşiyə)

-------------------------

(Haşiyə:

İsnadı, Buxari'nin şərtinə görə səhihdir. Bir əvvəlkinin təkrarıdır. əbu Əhməd, Muhamməd b. Abdullah əz-Zubeyr'dir.

Hədisi:

• Buxari (5615), əbu Nuaym'dan;

• əbu Davud (2718), Yəhya'dan;

• əbu Yə'lə (309), Muhamməd b. Abdullah əz-Zubeyri'dən;

• Əhməd (l, 144), Yezid b. Harun'dan;

Dördü də, Misar'dan, bu isnadla rəvayət etmişlərdir.

-------------------------

-------------------------

2106. Bizə, Muhamməd b. Xuzeymə bildirdi: Bizə, Haccac bildirdi: Bizə, Hammad b. Sələmə, Ata b. əs-Saib'dən bildirdi; onun da ---> Zəzən'dən; onun da ---> Əli (radiyallahu anh)'dan rəvayət etdiyinə görə:

(Əli), ayaq üstə su içdi. Bunun haqqında Ona deyilincə, O, belə dedi: "Əgər Mən, ayaq üstə su içirəmsə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i ayaq üstə su içərkən gördüyümdən dolayıdır. Əgər oturaraq su içirəmsə, yenə, Allah rəsulunu bunu edərkən gördüyüm üçündür." (haşiyə)

-------------------------

(Haşiyə:

İsnadı, həsəndir.

~ Muhamməd b. Xuzeymə, ibn Raşid əl-Basri'dir. Zəhəbi, onun haqqında: "Siqa və məşhur bir adamdır." demişdir. Ayni, ibn Yunus'dan, onun siqa olduğunu söylədiyini nəql etmiş və hicri 276-cı ildə vəfat etdiyini bildirmişdir.

~ Haccac, ibn Minhal'dır.

~ Hammad, Ata b. əs-Saib'dən, yaddaşı zəifləmədən əvvəl hədis eşitmişdir.

~ Zəzən, əbu Ömər əl-Kindi olub, Kində'lilərin azad etdiyi nökərdir. əd-Darir əl-Bəzzər deyə də tanınır. Buxari, "Ədəbu'l-Müfrəd"də, onun rəvayətini nəql etdiyi kimi; Muslim və "Sünən" sahibləri də, onun rəvayətini götürmüşlərdir. ibn Main, ibn Sa'd və İcli, onun siqa olduğunu söyləmişlərdir.

Bu hədisi, Tahavi, "Şərh-u Məani'l-Asar"da (lV, 273), bu isnad və mətnlə rəvayət etmişdir.

-------------------------

-------------------------

2107. Bizə, Rəbi b. Süleyman əl-Muradi bildirdi: Bizə, Əsəd b. Musa bildirdi: Bizə, Vərqa b. Ömər, Ata b. əs-Saib'dən rəvayət etdi. O, Zəzən və Məysərə'dən, ikisi də, Əli b. əbi Talib (radiyallahu anh)'dan; o da ---> Nəbi (sallallahu aleyhi və səlləm)'dən,

əvvəlki hədisin eynisini rəvayət etdi. (haşiyə)

-------------------------

(Haşiyə:

Həsən bir hədisdir. Raviləri, siqadır. Bir əvvəlki hədisin təkrarıdır. Məysərə, ibn Yaqub əbu Cəmilə ət-Tuhəvi əl-Kufi olub, Əli'nin bayrağını daşıyırdı. Ondan, bir qrup hədis rəvayət etmişdir. ibn Hibban, onu, "əs-Siqat"ında zikr etmişdir. Tirmizi xaricində "Sünən" sahibləri, hədisini götürmüşlərdir.

Hədis,

• "Şərh-u Məani'l-Asar" (lV, 273)'də, eyni isnad və mətnlə zikr edilmişdir.

• Əhməd (l, 136), ibn Fudayl təriqilə, Ata b. əs-Saib'dən; o ---> Məysərə'dən; o ---> Əli'dən rəvayət etdiyi kimi; Əhmədin oğlu Abdullah da, Süfyan b. Vəki təriqilə, İmran b. Uyeynə'dən; o ---> Ata'dan; o ---> Məysərə'dən; o da ---> Əli'dən rəvayət etmişdir.

-------------------------

-------------------------

2108. Bizə, Yunus bildirdi: Bizə, Süfyan, Asim əl-Əhvəl'dən rəvayət etdi: o ---> Şa'bi'dən, Abdullah b. Abbas (radiyallahu anhuma)'nın belə dediyini rəvayət etdi:

"Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, ayaq üstə su içərkən gördüm." (haşiyə)

-------------------------

(Haşiyə:

İsnadı, Buxari və Muslim'in şərtlərinə görə, səhihdir. Asim əl-Əhvəl, ibn Süleyman əl-Basri'dir. Şa'bi, Amir b. Şərahil'dir.

Hədisi:

• Tahavi ("Şərh-u Məani'l-Asar", ll, 273), eyni isnad və mətnlə rəvayət etmişdir.

• Buxari (5617), əbu Nuaym təriqilə, Süfyan əs-Sevri'dən; o ---> Asim'dən, bu isnadla rəvayət etmişdir.

• Muslim (2027/118), Muhamməd b. Abdullah b. Numeyr təriqilə, Süfyan b. Uyeynə'dən; o ---> Asim'dən, bu isnadla rəvayət etmişdir və s.

Bu hədisin, bundan başqa bir çox təriqi də vardır.)

-------------------------

-------------------------

2109. Bizə, Fəhd bildirdi: Bizə, ibnu'l-İsfəhani bildirdi: Bizə, Şərik, Şeybani'dən xəbər verdi. O da ---> Amir'dən, ibn Abbas (radiyallahu anhuma)'nın, belə dediyini rəvayət etdi:

"Nəbi (sallallahu aleyhi və səlləm)'ə, zəmzəmlə dolu bir dolça uzatdım. O, ondan, ayaq üstə içdi." (haşiyə)

-------------------------

(Haşiyə:

Səhihdir. Şərik, ibn Abdullah ən-Nəxai'dir. Yaddaşı pis olmaqla bərabər, mutabaat edilmişdir. Digər raviləri, siqa (güvənilən) və "Səhih"in raviləridir. ibnu'l-İsfəhani, Muhamməd b. Səid b. Süleyman əl-Kufi əbu Cəfər'dir. Ləqəbi, Həmdan'dır. Şeybani, əbu İshaq Süleyman b. Süleyman əş-Şeybani'dir. Hədis, bir əvvəlkinin təkrarıdır.)

-------------------------

-------------------------

2110. Bizə, İbrahim b. Mərzuq bildirdi: Bizə, əbu Asim, ibn Cureyc'in belə dediyini bildirdi: Mənə, Abdu'l-Kərim bildirdi: Mənə, Bəra b. Zeyd'in xəbər verdiyinə görə, ümmü Sueym də, ona, bunu rəvayət etmişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), ayaq üstə, tulumdan su içmişdir." (haşiyə)

-------------------------

(Haşiyə:

Hədis, səhihdir. Raviləri siqa olub, -Bəra b. Zeyd xaric- Buxari və Muslim'in raviləridir. Bəra, Ənəs b. Malik'in qızının oğludur.

Bu hədis, Tirmizi'nin "Şəmail"ində rəvayət edilmişdir. Bəra'nı, ibn Hibban, "əs-Siqat"ında zikr etmişdir. Hədis, "Şərh-u Məani'l-Asar" (lV, 274)'də, eyni isnad və mətnlə rəvayət edilmişdir.

Hədisi:

• Tirmizi ("Şəmail", 215), Abdullah b. Abdu'r-Rahmən'dən rəvayət etmişdir. O, belə deyir:

"Bizə, əbu Asim rəvayət etdi."

Ardınca, eyni isnadla, hədisi rəvayət etmişdir.

• Əhməd (lll, 119), Vəki təriqilə Süfyan'dan; o ---> Abdu'l-Kərim b. Malik'dən, bu isnadla rəvayət etmişdir.

• Bu hədisin, ibn Macə (3423), Kəbşə'dən rəvayət edilən bir şahidi vardır.)

-------------------------

-------------------------

2111. Bizə, əbu Umeyyə bildirdi: Bizə, Ğassan bildirdi: Bizə, Şərik, Humeyd'dən rəvayət etdi: Onun da, Ənəs'dən rəvayət etdiyinə görə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), asılı bir tulumdan, ayaq üstə su içmişdir. (haşiyə)

---------------------

(Haşiyə:

~ Şərik, -ibn Abdullah olub- yaddaşı pis olan bir ravidir. Digər raviləri siqa olub, Buxari və Muslim'in raviləridir.

~ əbu Ğassan'ın adı, Malik b. İsmayıl ən-Nəhdi'dir.

Hədis, "Şərh-u Məani'l-Asar"da (lV, 274), eyni isnad və mətnlə rəvayət edilmişdir.)

---------------------

---------------------

***

Allah (azzə və cəllə)'nin tövfiqi və yardımı ilə, bu xüsusda, bizim ona cavabımız, bu oldu:

Bu babın son fəslində yer alan bu rəvayətlərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bəhsi keçən ayaq üstə su içməsinin, əbu Hureyrə'nin Ondan (Peyğəmbərdən) nəql etdiyi ayaq üstə su içmə xüsusundakı o məlumatdan xəbərdar olmasından əvvəl gerçəkləşmiş olma ehtimalı vardır. Bundan sonra isə, əbu Hureyrə'nin, Ondan (yəni, Peyğəmbərdən) o hədisdə nəql etdiyi xüsusdan xəbərdar olduğu üçün, ayaq üstə su içməyi qadağan etmişdir. Bunun səbəbi də, belə edənlərin (yəni, ayaq üstə su içənlərin) əleyhinə ortaya çıxan xüsusdur. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə edənlər haqqında bəhsi keçən halı (yəni, qarın xəstəliyi yaratmasını) bilincəyə qədər, belə su içmək, mütləq və mübah idi. Ancaq, belə su içənlərin o məruz qalacaqları xüsusu öyrənincə, ayaq üstə su içməyi qadağan etdi. Ümmətinə olan şəfqəti, rə'fəti və onların maslahatına olan şeyləri istədiyi üçün, onu qadağan etdi.

Beləliklə, Allaha həmd olsun ki, bizim bu babda zikr etdiyimiz bütün rəvayətlərdə, bir-birilə ziddliyin bəhs mövzusu olduğu, ortadan qalxmış oldu. Müvəffəqiyyəti, yalnız Allahdan istəyirik.

(əbu Cəfər ət-Tahavi əl-Hənəfi, "Şərh-u Müşkili'l-Asar", 337-ci bab: باب بيان مشكل ما روي عن رسول الله صلى الله عليه وسلم من نهيه عن الشرب قائما = Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən ayaq üstə su içməyi nəhy etdiyinə dair rəvayət edilən hədislərin müşkilinin bəyanı babı)

https://www.islamweb.net/ar/library/content/1002/338/%D8%A8%D8%A7%D8%A8-...

-----------------------------

-----------------------------

Xülasə:

Dəyərli oxuyucu! Ayaq üstə su içmək, nəhy səbəbilə, məkruhdur!

 

Read 35 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR