Rad surəsi 41-ci ayə
أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ
"Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən əskiltiyimizi görmürlərmi? Allah, istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir." (Ra'd/41)
-------------------------------
Təfsiri:
Bu ayədə zikr edilən "ətraflardan əskildilmək" ləfzi, Ənbiya surəsi 44-cü ayədə də keçməkdədir.
بَلْ مَتَّعْنَا هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَـٰلِبُونَ
"Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib yeri ətrafından əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!"
Bu ayətin mənası, "ətraf" kəliməsinə veriləcək mənaya görə dəyişir. Bu kəlimə isə, bir çox mənada istifadə edilir. "Yerin ətrafının əskildilməsi"ni, müfəssirlər, həqiqət və məcaz olmaq üzərə, 2 şəkildə açıqlamışlardır:
1. Müsəlmanların qüvvətlənib, kafirlərin torpaqlarını fəth etmələri;
2. Yerin öndər insanları, alimləri və ya ən yaxşı insanlarının getdikcə azalması;
3. Fənni cəhətdən təfsir edən bəzi şəxslər, yağışların, sellərin, küləklərin təsirilə, dağların aşınmasını və ya qütblərin yastılaşması deyə məna vermişlərdir.
4. Torpaq aşınması, qapalı dənizlərə tökülən çayların sürükləyib gətirdiklərilə, düz ovaların meydana gəlməsi; yanar dağların hərəkətə keçməsi və beləcə, bəzi yerlərin silinməsi; qasırğa, tufan və bənzəri hadisələrin gəlməsilə, bəzi kənd və qəsəbələrin çöküb silinməsi kimi, fiziki aləmdə meydana gələn hadisələr;
5. Yer üzündəki mədənlərin, məhsulların və insanların yox edilmələri;
6. İmam Razi'yə görə isə, yer üzündə talehin dəyişməsidir. Yəni, müvəffəqiyyət və yüksəlişin, çöküşə; həyatın, ölümə; qürur və ehtişamın, zillətə; kamalın, acizliyə və əskikliyə dönməsi; birinin, digərilə yer dəyişdirməsidir.
Ayə, bütün bunları əhatə edə biləcək şəkildə enmişdir və ayənin nüzul səbəbinin xüsusiliyi, mənasının genişliyinə əngəl deyildir.
