Zumər surəsi 29-cu ayə
ضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَآءُ مُتَشَـٰكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا
"Allah, bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar, məsəlcə eyni ola bilərlərmi?" (Zumər/29)
اَلاَ بِذِكْرِاللهِ تَطْمَئِنُّ الْقُلُوبُ • ضَرَبَ اللهُ مَثَلاً رَجُلاً فِيهِ شُرَكَۤاءُ مُتَشَاكِسُونَ
Sual: Sen çok yerlerde demişsin ki: "Vahdette nihayet derecede kolaylık var; kesrette ve şirkte nihayet müşkülât oluyor. Vahdette vücub derecesinde bir suhulet var; şirkte imtinâ derecesinde bir suubet var" diyorsun. Halbuki, gösterdiğin müşkülât ve muhâlât, vahdet tarafında da cereyan eder. Meselâ, diyorsun: "Eğer zerreler memur olmazlarsa, herbir zerrede, ya bir ilm-i muhît veya bir kudret-i mutlaka veya hadsiz mânevî makineler, matbaalar bulunmak lâzım gelir. Bu ise yüz derece muhaldir." Halbuki, o zerreler memur-u İlâhî de olsalar, yine öyle bir mazhariyet lâzım gelir-tâ hadsiz muntazam vazifelerini yapabilsinler. Bunun hallini isterim.
Yəni:
“Diqqət edin! Qəlblər, yalnız Allahın zikrilə tətmin olar." (Rad/28)
"Allah, bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar, məsəlcə eyni ola bilərlərmi?" (Zumər/29)
Sual: Sən, çox yerlərdə demisən ki:
"Vəhdətdə, sonsuz dərəcədə asanlıq var; kəsrətdə (çoxluqda) isə, sonsuz müşküllər olur. Vəhdətdə, vücub (vaciblik) dərəcəsində bir asanlıq; şirkdə isə, imtina (imkansızlıq) dərəcəsində bir çətinlik var."
Halbuki, göstərdiyin müşküllər və muhallar (imkansızlıqlar), vəhdət tərəfində də cərəyan edir.
(Yəni, kəsrətdə göstərməyə çalışdığın müşküllər, imkansızlıqlar, vəhdətdə də cərəyan edir.)
Məsələn, (belə) deyirsən:
"Əgər zərrələr (atomlar), məmur olmazlarsa, hər bir zərrədə, ya muhit (əhatə edən) bir elm və mütləq bir qüdrət və ya hədsiz mənəvi maşınlar, mətbəələr olması lazım gəlir.
(Yəni, əgər atomlar, bir tək Zatın əmrilə hərəkət edən məmurlar olmazlarsa, hər bir atomda, hər şeyi, yəni kainatı əhatə edən bir elm; mütləq, yəni hər hansı bir şərt, qeyd və s. ilə məhdudlaşmayan bir güc; və ya hədsiz "mənəvi maşınlar, mətbəələr"in mövcud olması lazım gəlir. Məsələni bir az da açsaq:
Zərrənin intizamlı fəaliyyəti, özündən hasil olacaq faydalar:
~ Ya zərrənin, içində hərəkət etdiyi bütün kainatı bilməsilə mümkün ola bilər. Çünki elm, əşyanın, zehndəki surətidir. Yəni, xarici aləmdə mövcud olan şeyin, zehndə də hasil olmasıdır. Yəni zərrə, aləmin hər tərəfini bilmədən, aləmin surəti onun zehnində hasil olmadan zərrənin iş görməsi, əqlən imkansızdır.
Bununla bərabər, hər bir zərrədə, muhit bir elmlə bərabər, mütləq bir qüdrət də olmalıdır. Çünki, felin hasil olması üçün, elm/bilik, tək şərt deyildir. Güc də lazımdır.
~ Ya da, hər bir zərrədə, "mənəvi mətbəələr, mənəvi maşınlar" mövcud olmalıdır.
Burda Müəllif, zərrəni, mürəkkəbə bənzətmişdir. Bu “zərrə mürəkkəbi”nin hərəkətindən də, yazı hasil olmaqdadır. Əgər yazı feli alim və qüdrət sahibi bir katibə (yazıçıya) verilməzsə, burdan o nəticə çıxır ki, hər bir zərrənin içində, mənəvi bir yazı mətbəəsi mövcuddur və yazılar, zərrədən, bu mətbəə vasitəsilə hasil olur.)
Bu isə, yüz dərəcə muhaldır.
Halbuki, o zərrələr, İlahi məmurlar da olsalar, yenə elə bir mazhariyyət (bir şeyin zahir olduğu yer olmaq) lazım gəlir...Ta ki, hədsiz intizamlı vəzifələrini görə bilsinlər."
(Yəni, yaxşı, dedik ki, zərrələr, Allahın əmrilə hərəkət edən məmurlardır. Belə olsa belə, yenə zərrəyə, intizamlı iş görməsi üçün, muhit bir elm, mütləq bir qüdrət lazım gəlmirmi?)
Bunun, həllini istəyirəm.
------------------------
Elcevap: Çok Sözlerde izah ve ispat etmişiz ki, bütün mevcudat birtek Sânie verilse, birtek mevcut gibi kolay ve suhuletli olur. Eğer müteaddit esbaba ve tabiata isnad edilse, birtek sinek semâvât kadar, bir çiçek bir bahar kadar, bir meyve bir bahçe kadar müşkülâtlı ve suubetli olur. Madem şu mesele başka Sözlerde izah ve ispat edilmiş; onlara havale edip, şurada yalnız üç işaretle o hakikate karşı nefsin itmi'nânını temin edecek üç temsil beyan edeceğiz.
Yəni:
Cavab: Çox sözlərdə izah və isbat etmişik ki:
Bütün mövcudat, bir tək Sani (olan Allah)'a verilsə, bir tək mövcud kimi asan olar. Əgər bir çox səbəblərə və təbiətə isnad edilsə:
~ bir milçək, səmalar qədər;
~ bir çiçək, bir bahar qədər;
~ bir meyvə, bir baxça qədər
müşkül və çətin olar.
Madam ki, bu məsələ, başqa Sözlərdə izah və isbat edilmişdir. (Elə isə) onlara həvalə edib, burda, yalnız 3 işarət ilə, o həqiqətə (yəni, "Allaha nisbət edildiyində də o çətinlik olmurmu?" sualına) qarşı, nəfsin itminanını (tətmin olmasını, doymasını) təmin edəcək 3 təmsil bəyan edəcəyik.
------------------
Birinci temsil:Meselâ şeffaf, parlak bir zerrecik, bizzat kendi başıyla bir kibrit başı kadar bir nur içinde yerleşmez ve ona masdar olamaz. Kendi cirmi kadar ve mahiyeti miktarınca, bil'asâle, cüz'î, zerre gibi bir nuru olabilir. Fakat o zerrecik, güneşe intisap edip, ona karşı gözünü açıp baksa, o vakit o koca güneşi ziyasıyla, elvân-ı seb'asıyla, hararetiyle, hattâ mesafesiyle içine alabilir ve bir nevi tecellî-i âzamına mazhar olur. Demek, o zerre kendi kendine kalsa, bir zerre kadar ancak iş görebilir. Eğer güneşe memur ve mensup ve mir'at sayılsa, güneş gibi, güneşin icraatındaki bir kısım cüz'î nümunelerini gösterebilir.
İşte, وَ لِلّٰهِ الْمَثَلُ اْلاَعْلٰى herbir mevcut, hattâ herbir zerre, eğer kesrete ve şirke ve esbaba ve tabiata ve kendi kendine isnad edilse, o vakit herbir zerre, herbir mevcut, ya bir ilm-i muhît ve kudret-i mutlaka sahibi olmalı; veyahut hadsiz mânevî makine ve matbaalar içinde teşekkül etmeli—tâ ona tevdi edilen acip vazifeleri yapabilsin. Eğer o zerreler Vâhid-i Ehade isnad edilse, o vakit herbir masnu, herbir zerre Ona mensup olur, Onun memuru hükmüne geçer. Şu intisabı, onu tecellîye mazhar eder. Bu mazhariyet ve intisapla, nihayetsiz bir ilim ve kudrete istinad eder. Hâlıkının kuvvetiyle, milyonlar defa kuvvet-i zâtîsinden fazla işleri, vazifeleri, o intisap ve istinad sırrıyla yapar.
Yəni:
• Birinci təmsil:
Məsələn, şəffaf, parlaq bir zərrəcik (məsələn, bir şüşə parçası, bir su damcısı), tək, öz başına (qalsa), onun içində, (ətrafı işıqlandıracaq) bir kibrit başı qədər bir nur yerləşməz və (bu zərrəcik), ona (yəni, nura), bir məsdər (işığın südur etdiyi, meydana çıxdığı yer) ola bilməz. Öz cirmi (böyüklüyü) qədər və mahiyyəti miqdarınca, şəxsən özünün (yəni, heç bir vasitə iştirak etmədən), cüzi zərrə kimi bir nuru ola bilər.
Lakin o zərrəcik, günəşə intisab (özünü ona nisbət) edib, ona qarşı gözünü açıb baxsa, o vaxt, o böyük günəşi, ziyası ilə, 7 rəngilə, hərarətilə, hətta məsafəsilə içinə ala (yəni, ehtiva edə) bilər və (günəşin), bir növ böyük təcəllisinə (görünməsinə) mazhar olar.
Demək, o zərrə, öz-özünə qalsa, ancaq bir zərrə qədər iş görə bilər. Əgər günəşə məmur, mənsub və ayna olsa; günəş kimi, günəşin icraatındakı bəzi cüzi nümunələri, (özündə) göstərə bilər.
Bax, "Ən uca misallar, Allaha aiddir." (Nəhl/60) (Elə də):
Hər bir mövcud, hətta hər bir zərrə, əgər kəsrətə, şirkə, səbəblərə, təbiətə və öz-özünə isnad edilsə, o vaxt, hər bir zərrə, hər bir mövcud, ya muhit bir elm və mütləq qüdrət sahibi olmalı; ya da, hədsiz mənəvi maşınlar və mətbəələr, içində təşəkkül etməlidir. Ta ki, ona ayrılan o qeyr-i adi vəzifələri görə bilsin.
Əgər o zərrələr, Vahid və Əhəd (olan Allah)'a isnad edilsə, o vaxt, hər bir məsnu (sənət əsəri), hər bir zərrə, Ona mənsub olar; Onun məmuru hökmünə keçər. Bu intisabı, onu, təcəlliyə mazhar edər. Bu mazhariyyət və intisabla, sonsuz bir elm və qüdrətə istinad edər. Xaliq'inin qüvvətilə, milyonlar dəfə zati qüvvətindən çox işləri, vəzifələri, o intisab və istinad sirrilə edər.
-------------------
İkinci temsil:
Meselâ iki kardeş var. Birisi cesur, kendine güvenir; diğeri hamiyetli, milliyetperverdir.
Bir muharebe zamanında, kendine güvenen adam devlete intisap etmez, kendi başıyla iş görmek ister. Kendi kuvvetinin menbalarını belinde taşımaya mecbur olur. Teçhizatını, cephanelerini kendi kuvvetine göre çekmeye muztardır. O şahsî ve küçük kuvvet miktarınca, düşman ordusunun bir onbaşısıyla ancak mücadele eder; fazla birşey elinden gelmez.
Öteki kardeş kendine güvenmiyor ve kendisini âciz, kuvvetsiz biliyor; padişaha intisap etti, askere kaydedildi. O intisapla, koca bir ordu, ona nokta-i istinad oldu. Ve o istinadla, arkasında, padişahın himmetiyle bir ordunun mânevî kuvveti tahşid edilebilir bir kuvve-i mâneviye ile harbe atıldı. Tâ düşmanın mağlûp ordusu içindeki şahın büyük bir müşirine rast geldi. Kendi padişahı namına, "Seni esir ediyorum, gel" der, esir eder, getirir.
Şu halin sırrı ve hikmeti şudur ki:
Evvelki başıbozuk, kendi menba-ı kuvvetini ve teçhizatını kendisi taşımaya mecbur olduğu için, gayet cüz'î iş görebilirdi. Şu memur ise, kendi kuvvetinin menbaını taşımaya mecbur değil; belki onu ordu ve padişah taşıyor. Mevcut telgraf ve telefon teline makinesini küçük bir telle raptetmek gibi, şu adam bu intisapla kendini o hadsiz kuvvete rapteder.
İşte, وَ لِلّٰهِ الْمَثَلُ اْلاَعْلٰى eğer her mahlûk, her zerre doğrudan doğruya Vâhid-i Ehade isnad edilse ve onlar ona intisap etseler, o vakit o intisap kuvvetiyle ve Seyyidinin havliyle, emriyle, karınca Firavun'un sarayını başına yıkar, başaşağı atar; sinek Nemrut'u gebertip Cehenneme atar; bir mikrop, en cebbar bir zalimi kabre sokar; buğday tanesi kadar çam çekirdeği, bir dağ gibi bir çam ağacının destgâhı ve makinesi hükmüne geçer; havanın zerresi, bütün çiçeklerin, meyvelerin ayrı ayrı işlerinde, teşekkülâtlarında muntazaman, güzelce çalışabilir. Bütün bu kolaylık, bilbedâhe, memuriyet ve intisaptan ileri geliyor. Eğer iş başıbozukluğa dönse, esbaba ve kesrete ve kendi kendilerine bırakılıp şirk yolunda gidilse, o vakit herşey cirmi kadar ve şuuru miktarınca iş görebilir.
Yəni:
İkinci təmsil: Məsələn, 2 qardaş var. Biri, cəsur, özünə güvənir; digəri isə, hamiyyətli, milliyyət-pərvərdir.
~ Bir müharibə vaxtında, özünə güvənən adam, dövlətə intisab etməz, öz başı ilə iş görmək istəyər. Öz qüvvətinin mənbələrini, belində daşımağa məcbur olar. Təchizatını, silah-sursatını, öz qüvvətinə görə çəkməyə məcburdur. O şəxsi və kiçik qüvvət miqdarınca, düşmən orusunun onbaşısı ilə, ancaq mücadilə edər, əlindən bundan başqa bir şey gəlməz.
~ Digər qardaş isə, özünə güvənmir və özünü, aciz, qüvvətsiz bilir; (bundan dolayı da), padşaha intisab etdi, əskərə yazıldı. O intisab ilə, böyük bir ordu, onun istinad nöqtəsi oldu. Və o istinad arxasında, (yalnız) padşahın himmətilə bir ordunun mənəvi qüvvəti təhşid edilə biləcək mənəvi bir qüvvətlə hərbə atıldı. Ta ki, düşmənin məğlub ordusu içindəki şahın böyük bir generalına rast gəldi; öz padşahı naminə, "Səni, əsir edirəm, gəl!" deyər; əsir edər, gətirər.
Bu halın sirri və hikməti, budur ki:
Əvvəlki başı xarab, öz qüvvət mənbəyini və təchizatını, özü daşımağa məcbur olduğu üçün, çox cüzi iş görə bilərdi. Bu məmur isə, öz qüvvətinin mənbəyini daşımağa məcbur deyil; əksinə, onu, ordu və padşah daşıyır. Mövcud teleqraf və telefon telinə, öz aparatını kiçik bir tel ilə bağlamaq kimi; bu adam, bu intisabla, özünü, o hədsiz qüvvətə bağlayar.
Bax, "Ən uca misallar, Allaha aiddir." (Elə də):
Əgər hər məxluq, hər zərrə, bir başa Vahid və Əhəd (olan Allah)'a isnad edilsə; və onlar, Ona intisab etsələr; o vaxt, o intisab qüvvətilə və Seyyidinin gücü ilə, əmrilə,
~ qarışqa, fironun sarayını başına yıxar, baş aşağı atar;
~ ağcaqanad, nəmrudu öldürüb cəhənnəmə atar;
~ bir mikrob, ən despot bir zalımı qəbrə soxar;
~ buğda dənəsi qədər şam (ağacı) çəyirdəyi, bir dağ kimi bir şam ağacının dəstgahı və maşını hökmünə keçər;
~ havanın zərrəsi, bütün çiçəklərin, meyvələrin ayrı-ayrı işlərində, təşəkkülatlarında, intizamlı, gözəlcə çalışa bilər.
Bütün bu asanlıqlar, açıq bir şəkildə, məmuriyyət və intisabdan iləri gəlir.
Əgər iş başı pozuqluğa dönsə, səbəblərə və çoxluğa və öz-özlərinə buraxılıb şirk yolunda gedilsə, o vaxt, hər şey, cirmi qədər və şüuru miqdarınca iş görə bilər.
-------------------------
Üçüncü temsil:
Meselâ iki arkadaş var; hiç görmedikleri bir memleketin ahvâline dair istatistikli bir nevi coğrafya yazmak istiyorlar.
Birisi, o memleketin padişahına intisap edip, telgraf ve telefon dairesine girer. On paralık bir telle kendi telefon makinesini devletin teline rapteder. Her yerle görüşür, muhabere eder, malûmat alır. Gayet muntazam ve mükemmel coğrafya istatistiğine ait san'atkârâne bir eser yapar.
Öteki arkadaş ise, ya elli sene mütemadiyen gezecek ve müşkülâtla her yeri görüp her hâdiseyi işitecek; veyahut milyonlarla lirayı sarf edip, devletin tel ve telefon temdidatı kadar ve padişah gibi telgraf sahibi olacak. Tâ, evvelki arkadaşı gibi o mükemmel eseri yapsın.
Öyle de, وَ لِلّٰهِ الْمَثَلُ اْلاَعْلٰى eğer hadsiz eşya ve mahlûkat Vâhid-i Ehade verilse, o vakit o irtibatla herşey birer mazhar olur. O Şems-i Ezelînin tecellîsine mazhariyetle, kavânin-i hikmetine ve desâtir-i ilmiyesine ve nevâmis-i kudretine irtibat peydâ eder. O vakit, havl ve kuvvet-i İlâhiye ile herşeyi görür bir gözü ve her yere bakar bir yüzü ve her işe geçer bir sözü hükmünde bir cilve-i Rabbâniyeye mazhar olur. Eğer o intisap kesilse, o şey, bütün eşyadan dahi inkıta' eder, cirmi kadar bir küçüklüğe sığışır. O halde bir ulûhiyet-i mutlaka sahibi olmalı ki, evvelki vaziyette gördüğü işleri görebilsin.
Yəni:
Üçüncü təmsil:
Məsələn, 2 dost var; heç görmədikləri bir diyara dair statistikalı bir növ coğrafiya yazmaq istəyirlər. (Onlardan):
~ Biri, o diyarın padşahın intisab edib, teleqraf və telefon dairəsinə girər. 10 qəpiklik bir tel ilə, öz telefon aparatını dövlətin telinə rəbt edər (bağlayar). Hər yer ilə danışar, xəbərləşər, məlumat alar. Çox intizamlı və mükəmməl coğrafiya statistikasına aid sənətkarcasına bir əsər düzəldər.
~ Digər dost isə, ya 50 il mütəmadi gəzəcək və müşkilatla hər yeri görüb hər hadisəni eşidəcək; ya da milyonlarla lira pul xərcləyib dövlətin tel və telefon xətləri qədər və padşah kimi teleqraf sahibi olacaq. Ta ki, əvvəlki dostu kimi, o mükəmməl əsəri düzəltsin.
Elə də, "Ən uca misallar, Allaha aiddir."
Əgər hədsiz əşya və məxluqat, Vahid və Əhədə verilsə, o vaxt, o irtibat ilə, hər şey, bir mazhar (ayna) olar. O "Əzəli Günəş"in (isimlərinin) təcəllisinə mazhar olmaqla, hikmətinin qanunlarına, elmi düsturlarına və qüdrət qanunlarına irtibat peyda edər. O vaxt, Allahın güc və qüvvəti ilə, hər şeyi görən bir gözü, hər yerə baxan bir üzü və hər işə keçən bir sözü hökmündə, Rabbani bir cilvəyə mazhar olar. Əgər o intisab kəsilsə, o şey, bütün əşyadan da kəsilər, cirmi qədər bir kiçikliyə sığışar. O halda, mütləq bir uluhiyyət sahibi olmalıdır ki, əvvəlki vəziyyətdə gördüyü işləri görə bilsin.
--------------------------
Elhasıl: Vahdet ve iman yolunda, vücub derecesinde bir suhulet ve kolaylık var. Şirk ve esbabda, imtinâ derecesinde müşkülât ve suubet var. Çünkü bir vâhid, külfetsiz olarak, kesîr eşyaya bir vaziyet verir ve bir neticeyi istihsal eder. Eğer o vaziyeti almayı ve o neticeyi istihsal etmeyi, o eşya-yı kesîreye havale edilse, o vakit pek çok külfetle ve pek çok hareketlerle ancak o vaziyet alınır ve o netice istihsal edilir.
Meselâ, Üçüncü Mektupta denildiği gibi, semâvât meydanında, şems ve kamer kumandası altında yıldızlar ordusunu harekete getirmekle, her gece ve her sene, şâşaalı, tesbihkârâne bir seyeran ve cereyan vermek demek olan cazibedar, sevimli vaziyet-i semâviye ve mevsimlerin değişmesi gibi büyük maslahatların vücut bulması demek olan o ulvî, hikmetli netice-i arziye, eğer vahdete verilse, o Sultan-ı Ezel, kolayca, küre-i arz gibi bir neferi o vaziyet ve o netice için ecrâm-ı ulviyeye kumandan tayin eder. O vakit, arz, emir aldıktan sonra, memuriyet neş'esinden, Mevlevî gibi zikir ve semâa kalkar, az bir masrafla o güzel vaziyet hâsıl olur, o mühim netice vücut bulur. Eğer arza "Sen dur, karışma" denilse ve o netice ve o vaziyetin istihsali de semâvâta havale edilse ve vahdetten kesrete ve şirke gidilse, her gün ve her sene, binler derece küre-i arzdan büyük olan milyonlar adedince yıldızlar hareket etmek, milyarlar sene mesafeyi yirmi dört saatte ve bir senede kestirmek lâzımdır.
Yəni:
Xülasə: Vəhdət və iman yolunda, vücub (vaciblik) dərəcəsində bir asanlıq; şirk və səbəblər (yolunda) isə, imtina (imkansızlıq) dərəcəsində bir müşkilat və çətinlik var. Çünki, bir vahid (tək olan), külfətsiz (yəni, çətinlik çəkmədən), bir çox şeyə vəziyyət verər və bir nəticə istehsal edər. Əgər o vəziyyəti əldə etmək və o nəticəni istehsal etmək, o çox şeyə həvalə edilsə, o vaxt, bir çox külfətlə və bir çox hərəkətlərlə, ancaq o vəziyyət əldə edilər və o nəticə istehsal edilər. Məsələn:
-3-cü Məktubda deyildiyi kimi- səmavat meydanında, günəş və ayın komandirliyi altında, ulduzlar ordusunu hərəkətə gətirməklə, hər gecə və hər il, dəbdəbəli təsbihvari bir seyr və cərəyan vermək demək olan cazibəli, sevimli səmavi vəziyyət; və mövsümlərin dəyişməsi kimi böyük faydaların varlıq qazanması demək olan o ülvi, hikmətli arzi (yerə aid) nəticə, əgər vəhdətə verilsə, o əzəl Sultanı, asanca, yer kimi bir əsgərini, o vəziyyət və o nəticə üçün, ülvi cisimlərə komandir təyin edər. O vaxt yer, əmr aldıqdan sonra, məmuriyyət sevincindən məvləvi kimi zikr və səma'a qalxar (tasavvufdakı səma, yəni, zikr xalqası quraraq dönər); az bir məsrəflə, o gözəl vəziyyət hasil olar; o mühim nəticə, varlıq qazanar. Əgər yerə, "Sən dayan, qarışma!" deyilsə və o nəticə və o vəziyyətin istehsalı da səmalara həvalə edilsə və vəhdətdən kəsrətə və şirkə gedilsə; hər gün və hər il, minlər dərəcə yerdən böyük olan milyonlar ədədincə ulduzların hərəkət etməsi, milyardlarla il məsafəni 24 saatda və 1 ildə keçməsi lazımdır.
----------------------
Netice-i meram: Kur'ân ve ehl-i iman, hadsiz masnuatı bir Sâni-i Vâhide verir, doğrudan doğruya her işi Ona isnad eder, vücub derecesinde suhuletli bir yolda gider, sevk eder. Ve ehl-i şirk ve tuğyan, bir masnu-u vâhidi hadsiz esbaba isnad ederek, imtinâ derecesinde suubetli bir yolda gider. Şu halde, Kur'ân yolunda bütün masnuat ile, dalâlet yolunda bir masnu-u vâhid beraberdirler. Hattâ, belki bütün eşyanın vâhidden suduru, bir vâhidin hadsiz eşyadan sudurundan çok derece eshel ve kolaydır. Nasıl ki bir zabit, bin neferin tedbirini bir nefer gibi kolay yapar. Ve bir neferin tedbiri bin zabite havale edilse, bin nefer kadar müşkülâtlı olur, keşmekeşe sebebiyet verir.
İşte şu hakikati, şu âyet-i azîme, ehl-i şirkin başına vuruyor, dağıtıyor:
ضَرَبَ اللهُ مَثَلاً رَجُلاً فِيهِ شُرَكَۤاءُ مُتَشَاكِسُونَ وَرَجُلاً سَلَمًا لِرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلاً اَلْحَمْدُ لِلّٰهِ بَلْ اَكْثَرُهُمْ لاَ يَعْلَمُون
Yəni:
Məqsədin nəticəsi: Quran və əhl-i iman, hədsiz sənət əsərlərini, bir Sani və Vahidə verər; bir başa, hər işi, Ona isnad edər; vaciblik dərəcəsində asan bir yolda gedər, sövq edər.
Və əhl-i şirk və tüğyan isə, 1 sənət əsərini, hədsiz səbəblərə isnad edərək, imkansızlıq dərəcəsində çətin bir yolda gedər.
Bu halda, Quran yolunda bütün sənət əsərlərilə, dəlalət yolunda bir tək sənət əsəri, bərabərdirlər. Hətta, bundan da əlavə, bütün əşyanın vahiddən meydana gəlməsi, bir vahidin hədsiz şeylərdən meydana gəlməsindən çox dərəcə asandır. Necə ki, 1 zabit, 1000 əskərin tədbirini, 1 əsgər kimi asan görər. Və 1 nəfərin tədbiri 1000 zabitə həvalə edilsə, 1000 əskər qədər müşkilatlı olar, keşməkeşə səbəbiyyət verər.
(Yəni, Quran, bütün hər şeyi Sani və Vahid olan Allaha verdiyi üçün, bütünü yaratmaqla 1 şeyi yaratmaq, Onun üçün eynidir. Lakin dəlalətdə isə, 1 tək sənət əsəri belə hədsiz səbəblərə möhtac olunca, bütün sənət əsərləri üçün də hədsiz səbəblər lazım gəlir.)
Bax, bu həqiqəti, bu böyük ayə, əhl-i şirkin başına vurur, dağıdır:
"Allah, bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar, məsəlcə eyni ola bilərlərmi?"
(Said Nursi, "Məktubat", 20-ci Məktub'un 10-cu Kəliməsi'nin Zeyli, s. 243-246)
