Hud surəsi 44-cü ayətin təfsiri
"Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, suyunu (yəni, yağışını) saxla!” Su çəkildi, iş bitirildi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!”
Bil ki: Bu ayə, hər biri, Haqq Taala'nın əzəmət və kibriyasının ucalığına dəlalət edən bir çox şeylər ehtiva etməkdədir:
1. Ayədəki "deyildi ki" ifadəsi:
Çünki bu ləfz, Haqq Taala'nın, cəlal, ucalıq və əzəmət etibarı ilə, hər nə zaman "deyildi" buyurulsa, ağlın, ancaq özünə yönələcəyi; fikrin də, ancaq bu söyləyənin, Ondan başqası ola bilməyəcəyi görüşünə varacağı bir məqam və mərtəbədə olduğuna dəlalət edər. Bax bu, bu cəhətdən, insanların ağlında, kainatda, Ondan başqa bir hakim və ülvi-süfli aləmlərdə, Ondan başqa bir təsərrüf sahibi olmadığı fikrinin yerləşdiyinə bir diqqət çəkmədir.
2. Ayədəki "Ey yer, suyunu ud! Ey göy, suyunu (yəni, yağışını) saxla!" ifadəsi:
Çünki hisslər, bu şeylərin, böyüklüyünə, sağlamlığına və gücünə dəlalət edər. Ağıl, bu şeylərə hakim, onları qüdrətilə sarmış və onlarda istədiyi kimi təsərrüf sahibi olan bir Varlığın mövcud olduğunu başa düşüncə, bu əqli qüvvənin, Haqq Taala'nın cəlalının kamalına, qüdrətinin ucalığına, gücünün və məşiət (diləməsi)'nin mükəmməlliyinə vaqif olmasına bir səbəb olmuş olur.
3. Göy və yer, cansız varlıqlardır. Bundan dolayı, “Ey göy və ey yer!" deyə onlara əmr vermək, zahiri hal etibarı ilə, Allahın əmr və təklifinin, cansız nəsnələrdə də cari olduğunu hiss etdirməkdədir. O vaxt ağıl, "Onun əmri cansızlarda belə caridirsə, ağıllılar üçün əvləviyyətlə cari olmalıdır." deyə hökm edər.
Mən (Razi)'nin bu izahdan qəsdim, Haqq Taala'nın, cansız nəsnələrə əmr etdiyini (onları mükəlləf qıldığını) söyləmək deyildir. Çünki bu, batildir. Əksinə, bundan qəsdim, budur: Zahirə görə, əmr siğası (sözün əmr forması)'nın, bu güclü və möhkəm olan cansız varlıqlara yönəldilməsi, Haqq Taala'nın qüdrət və əzəmətini, bir başqa şəkildə çox mükəmməl olaraq zehnlərə yerləşdirir.
Ayədəki "və qudiyə'l-əmru/iş bitirildi" təbirindən murad, budur:
"Allah Taala'nın, əzəldə qəti bir şəkildə təqdir edib hökm etdiyi şey, mütləq meydana gələr."
Bununla, Allah Taala'nın təqdir etmiş olduğu hər şeyin, vaxtı gəlincə meydana gələcəyinə; nə yerdə, nə də göydə, Onun təqdirinə mane olacaq və hökmünün cari olub gerçəkləşəcəyini önləyəcək heç bir şeyin mövcud olmadığına diqqət çəkməkdir. ("Məfatihu'l-Ğeyb" təfsiri)
-----------------------------
-----------------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:
Müəllifimiz Ustad Nursi, "Sözlər" adlı əsərinin 25-ci sözü olan "Mucizat-ı Quraniyyə" adlı əsərində (s. 364), Quranın üslubundakı qeyr-i adi bənzərsizliyi haqqında deyir:
Üslûbundaki bedâat-i harikadır. Evet, Kur'ân'ın üslûpları hem gariptir, hem bedîdir, hem aciptir, hem muknidir. Hiçbir şeyi, hiçbir kimseyi taklit etmemiş; hiç kimse de onu taklit edemiyor. Nasıl gelmiş, öyle o üslûplar tarâvetini, gençliğini, garâbetini daima muhafaza etmiş ve ediyor.
Yəni:
Bəli, Quranın üslubları, həm qəribdir, həm bənzərsizdir, həm qeyr-i adidir, həm iqna edən (qənaət yaradan)'dır. Heç bir şeyi, heç bir kimsəni təqlid etməmişdir. Heç kimsə də, Onu təqlid edə bilmir. Necə gəlmişdirsə, elə də o üslublar, öz təravətini, gəncliyini, qeyr-i adiliyini, daim mühafizə etmiş və edirlər...
Daha sonra, Ustad, Quranın bənzərsiz üslubuna, bir neçə ayəni misal olaraq zikr edir. Onlardan biri də, Hud surəsi 44-cü ayədir.
Ustad, bu ayətin, bənzərsiz üslubu haqqında deyir:
İşte şu âyetin bahr-i belâğatinden bir katreye işaret için, bir üslûbunu bir temsil âyinesinde göstereceğiz.
Nasıl bir harb-i umumîde bir kumandan, zaferden sonra, ateş eden bir ordusuna "Ateş kes!" ve hücum eden diğer bir ordusuna "Dur!" der, emreder; o anda ateş kesilir, hücum durur. "İş bitti, istilâ ettik, bayrağımız düşmanın merkezlerinde yüksek kalelerinin başında dikildi. Esfelü's-sâfilîne giden o edepsiz zalimler cezalarını buldular" der.
Yəni:
Bax, bu ayətin bəlağat bəhri (dənizi)'ndən bir qətrəyə işarət üçün, bir üslubunu, bir təmsil aynasında göstərəcəyik. (Belə ki):
Necə ki, ümumi bir hərbdə, bir kommandir, zəfərdən sonra atəş edən bir ordusuna, "Atəş kəs!"; və hücum edən digər bir ordusuna "Dur!" deyər, əmr edər. O anda, atəş kəsilər, hücum dayanar. "İş bitdi, istila etdik. Bayrağımız, düşmənin mərkəzlərində, yüksək qalaların başında sancıldı. Əsfəlu's-safilin (aşağıların ən aşağısı)'na gedən o ədəbsiz zalımlar, cəzalarını tapdılar." deyər.
Aynen öyle de, Padişah-ı Bîmisal, kavm-i Nuh'un mahvı için semâvât ve arza emir vermiş. Vazifelerini yaptıktan sonra, ferman ediyor: "Ey arz, suyunu yut. Ey semâ, dur, işin bitti." Su çekildi. Dağın başında memur-u İlâhînin çadır vazifesini gören gemisi kuruldu. Zalimler cezalarını buldular.
Yəni:
Eynilə bu cür də, misilsiz Padşah (yəni, Allah), Nuh qövmünün məhvi üçün, səmalara və yerə əmr vermiş; vəzifələrini gördükdən sonra, fərman edir: "Ey yer! Suyunu ud! Ey səma! Dur, işin bitdi." Su çəkildi. Dağın başında, Allahın məmurunun (yəni, Nuhun) çadır vəzifəsini görən gəmisi quruldu. Zalımlar, cəzalarını tapdılar.
İşte şu üslûbun ulviyetine bak. "Zemin ve gök, iki muti' asker gibi emir dinler, itaat ederler" diyor. İşte şu üslûp işaret eder ki, insanın isyanından kâinat kızıyor, semâvât ve arz hiddete geliyorlar. Ve şu işaretle der ki: "Yer ve gök iki muti' asker gibi emirlerine bakan bir Zâta isyan edilmez, edilmemeli." Dehşetli bir zecri ifade eder.
İşte, tufan gibi bir hadise-i umumiyeyi bütün netâiciyle, hakaikiyle, birkaç cümlede, îcazlı, i'câzlı, cemâlli, icmalli bir tarzda beyan eder.
Yəni:
Bax, bu üslubun ülviyyətinə (yəni, ucalığına) bax. "Yer və göy, 2 itaətkar əskər kimi, əmr dinləyər, itaət edərlər." deyir. Bax, bu üslub işarət edir ki, insanın üsyanından, kainat qəzəblənir. Səmalar və yer, hiddətə gəlirlər. Və bu işarətlə deyirlər ki: "Yer və göy, 2 itaətkar əsgər kimi əmrlərinə baxan bir Zat'a, üsyan edilməz, edilməməli..." Dəhşətli bir zəcr (çəkindirmə) ifadə edir.
Bax, tufan kimi ümumi bir hadisəni, bütün nəticələrilə, həqiqətlərilə, bir neçə cümlədə, icazlı (az sözlə çox məna ifadə edərək), i'cazlı (möcüzəvi), camallı, icmallı bir tərzdə bəyan edir. (25-ci Söz, Birinci Şölə, 2-ci Surət, 3-cü Nöqtə, s. 364)
