İradə nədir?

İradə,

~ Lüğətdə, "nəfsi felə sövq edəcək şəkildə, nəfsin felə şövq və meyli"dir.

~ Kəlam elmində iradə:

Meyldə, -mötəzilənin görüşündə olduğu kimi- fayda inancının ardından olması, şərt qoşulmaz. Əksinə, sadəcə feli gərəkdirəcək şəkildə feli sövq etməsi şərt qoşulur. Çünki meyl, hər hansı bir vaxtda (felin) gerçəkləşməsini təxsis edər və başqa bir təxsis edənə də, ehtiyac yoxdur. Meylin, nəfsin felə sövq etməsinin mənası isə, nəfsin, felin gerçəkləşməsinə yönəldilməsidir.

İradə, yenə, nüzu (şövq, iştiyaq)'in məbdəsi (prinsipi) olan güc üçün də istifadə edilir. Bu prinsip, məqdur (təqdir edilən şey)'in 2 tərəfindən 1-inə meyl etməsinin prinsipi olan və hər bir canlıda mövcud olan bir sifətdir.

İradə:

~ Birinci mənası ilə, yəni, "felin gerçəkləşdirilməsinə və var qılınmasına sövq edən meyl" mənası ilə, fellə bərabər olur; onunla birləşir; və ondan, zat cəhətindən əvvəl gəlir.

~ İkinci mənası ilə, yəni, güc mənası ilə, feldən əvvəl olur.

İradə, bu 2 mənası ilə də, Allahın iradəsi haqqında düşünülə bilməz.

Seyyid Şərif Cürcani, "Şərhu'l-Məvəqif"də, belə deyir:

İradə, nəfsani sifətlərdəndir. Mötəzilə'nin əksəriyyətinə görə isə, mənfəət inancı və ya mənfəət zənnidir. Onlar, belə deyirlər:

Qüdrətin, felin 2 tərəfinə (yəni, olmasına da, olmamasına da) nisbəti, eynidir. 2 tərəfdən 1-i haqqında mənfəət inancı və ya mənfəət zənni meydana gəldiyində, qüdrət sahibi nəzdində, o tərəf, digərinə daha qalib olur və onun qüdrəti, o şeyə təsir edir.

Mötəzilənin bir qisminə görə, inanc və ya zənn, saiq (sövq edən) deyə adlandırılır. İradə isə, o inancı və ya zənni izləyən meyldir. Necə ki, kərahət/istəməmək, xoşlanmamaq, zərər inancını və ya zərər zənnini izləyən nifrətdir. Çünki biz, özümüzdə, filan feldə bir mənfəətin əldə edilməsi və ya bir zərərin dəf edilməsi olduğu inancından sonra, o felə dair inancı izləyən bir meyl görürük. Bu meyl, mənfəətə və ya zərərin dəf edilməsinə dair bilikdən, zəruri olaraq başqa bir şeydir.

Yenə, qüdrət sahibi, əksəriyyətlə, bir feldə mənfəət olduğuna inanar və ya belə zənn edər; bununla bərabər, meyl, onun üçün meydana gəlmədikcə, feli iradə etməz.

Mötəzilə'nin bu görüşünə, belə cavab verilmişdir:

Biz, iradənin, mütləq olaraq mənfəət inancı və ya mənfəət zənni olduğunu, iddia etmirik. Əksinə, belə deyirik:

İradə, "insanın, şəxsən özü və ya yaxşılığını istədiyi bir başqası üçün, yorğunluq və ya qarşı gəlmək kimi bir əngəlin əngəllənməsi mövcud olmadan, o 2-sindən birinə çata biləcəyi şəkildə mənfəət inancı"dır.

Zikr edilən meyl isə, ancaq felə tam bir şəkildə güc çatdıra bilməyən kimsədə meydana gəlir. Tam bir qüdrətlə güc çatdıran kimsə isə, belə deyildir. Çünki, meyl üçün, elm/bilik və inanc, kifayət edir. Meyl, sevilən şeyə dair şövqə qiyaslana bilər. O şövq, sevilənə çatmamış kimsədə olur. Çatan kimsədə isə, deyil. Çünki, çatmış kimsənin, o şeyə bir şövqü olmaz.

Əşari'lərə görə, iradə: "məqdurun (güc çatdırılan şeyin) 2 tərəfindən 1-inin, müəyyən bir vaxtda gerçəkləşdirilməsini təxsis edən (xas qılan) bir sifət"dir.

(Mötəzilə tərəfindən) zikr edilən meyl isə, iradə deyildir. Çünki iradə, ittifaqla, "güc çatdırılan 2 şeydən 1-inin gerçəkləşdirilməsini təxsis edən bir sifət"dir. İradə, mənfəət inancı və ya bunu izləyən meyl şərtinə bağlı deyildir. Çünki, yırtıcı heyvandan qaçan bir kimsənin qarşısında, qurtuluşa çatdırmaqda bərabər 2 yol mövcud olsa, o kimsə, iradəsilə, 2 yoldan 1-ini seçər və bu seçimdə, nə 2 yoldan 1-ində mövcud olduğuna inandığı bir mənfəətdən dolayı onun qalib gəlməsinə; nə də, o mənfəəti izləyən bir meylə söykənər."

Beydavi'də, belə deyilir:

Doğru olanı, "iradə, məqdurun 2 tərəfindən 1-ini digərinə tərcih etmək və bir şəkildə deyil, digər şəkildə olmasını təyin etmək"dir. Yaxud da, bu tərcihi gərəkdirən bir mənadır.

İradə, ixtiyardan daha ümumidir. Çünki o (yəni, ixtiyar), üstün tutmaqla bərabər bir meyldir."

Yəni, 2 tərəfdən 1-inin digərinə üstün qılınmasıdır. Sanki, azad ixtiyar sahibi, 2 tərəfə; iradə edən isə, iradə etdiyi tərəfə baxar. ("Şərhu'l-Maqasid")

Xafaci, "Beydavi Haşiyəsi"ndə, mücməl olaraq belə deyir:

"Əhl-i sünnət məzhəbinə görə, iradə, elmə zaid, elmdən və qüdrətdən başqa olan vücudi və qədim zati bir sifətdir. Onun, 'müəyyən bir şəkildə gerçəkləşməyə' sözü və bundan sonrakı ifadəsi isə, qüdrətdən çəkinmək üçündür. Çünki qüdrət, feli, müəyyən bir şəkildə gerçəkləşməyə təxsis edən (xas qılan bir sifət) deyildir. Əksinə, qüdrət, mütləq olaraq, feli var edəndir. Bu isə, -vəhm edildiyi kimi- ixtiyarın mənası deyildir. Əksinə, ixtiyar, meyldir. Yəni, "üstün tutmaq ilə bərabər tərcih etmək" deməkdir. Üstün tutmaq isə, o şəxs nəzdində, o şeyin müqabili olandan daha üstün olmasıdır. Çünki, "ixtiyar" kəliməsinin vazı (qoyuluşu)'nun əsli, 'xeyir' kəliməsinin iftiəl vəznidir. Bu səbəblə, belə deyilmişdir:

İxtiyar, lüğətdə, "bir şeyin tərcih edilməsi, təxsis edilməsi və başqasından əvvəl gəlməsi" olub, iradə və məşiət (diləmək)'dən daha xüsusidir.

Bəli, kəlam alimləri, bəzən, "O, ixtiyar ilə faildir və muxtar faildir." dedikləri yerdə, ixtiyarı, iradə mənasında istifadə edirlər. Bu səbəblə, belə deyilmişdir:

Lüğətdə, ixtiyar, iradə mənasında gəlməmişdir. Əksinə, ixtiyar, hadis bir məna olub, onlara görə bunun müqabili, vacib qılmadır.

...İradə, arzu/şəhvət'dən başqa bir şeydir. Çünki insan, bəzən kərih görülən bir dərmanı istəyər və onu arzulamadığı, hətta ondan nifrət etdiyi halda içər.

İradə, təmənni'dən də başqa bir şeydir. Çünki, mühəqqiqlərə görə, iradə, ancaq iradə ilə bərabər olan məqdurla bağlıdır. Təmənni isə, zati imkansız və keçmişlə də əlaqəli ola bilər.

(Təhanəvi, "Kəşşaf")

Read 35 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR