Xütbəni dinləmək şəkli necə olmalıdır
921 - حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ هِلاَلِ بْنِ أَبِى مَيْمُونَةَ حَدَّثَنَا عَطَاءُ بْنُ يَسَارٍ أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ قَالَ إِنَّ النَّبِىَّ - صلى الله عليه وسلم - جَلَسَ ذَاتَ يَوْمٍ عَلَى الْمِنْبَرِ وَجَلَسْنَا حَوْلَهُ
921. Muaz b. Fədalə, bizə təhdis edərək dedi:
Hişam, bizə Yəhya'dan; o da, Hilal b. əbi Meymunə'dən təhdis etdi:
Ata b. Yəsar, əbu Səid əl-Xudri'nin, belə dediyini eşitdiyini bizə təhdis etdi:
"Nəbi (sallallahu aleyhi və səlləm), bir gün, minbərin üzərinə oturdu. Biz də, Onun ətrafında oturduq." (Buxari, hədis no: 921)
-----------------------------
Şərhi:
Sələf-i salehin, xütbəni, bu gün, bizim saf halında sıralanmadan vaazı dinlədiyimiz şəkildə dinləyərlərdi. Bab başlığı altında keçən yönəlmə kəliməsilə, ravinin qəsd etdiyi məna, budur. Ancaq, xütbəni, saf halında düzülərək dinləmək, daha sonrakı zamanlarda meydana çıxmışdır.
İmam Səraxsi'nin "əl-Məbsut"unda bildirildiyinə görə, imam əbu Hənifə (rahiməhullah), Özü safda olduğu halda, imama yönələr və üzünü ona tərəf döndərərdi. Sünnət olan, imama yönəlməkdir.
(Ancaq), camaatın, xütbə əsnasında, saf halında olmasına, bidətdir deyərək hökm edilə bilməz. Çünki, Nəbi (sallallahu aleyhi və səlləm), özlərindən sədəqə toplamaq üçün musallada qadınlar tərəfinə keçdiyində, onların, saf halında olduqları, rəvayətlərlə sabitdir. Bu da, xütbə əsnasında, camaatın saf halında olmasının da sabit olduğuna dəlalət etməkdədir.
(İmam Muhamməd Ənvərşah əl-Kəşmiri əl-Hənəfi, "Feydu'l-Bari alə Sahihi'l-Buxari, 2/136)
--------------------------
--------------------------
Not:
Dəyərli oxuyucu! Buxari'nin rəvayət etdiyi bu hədis, xütbəni ayaq üstə dinləyənlərə də müxalifdir. Çünki hədisdə, səhabənin, xütbəni oturaraq dinləməkdə olduqları deyilməkdədir.
Bir digər rəvayət isə, budur:
Bahr b. Nasr'ın, Abdullah b. Vehb ---> Müaviyə b. Salih ---> əbu'z-Zahiriyyə'dən nəqlinə görə, Abdullah b. Busr, belə deyir:
Mən, bir cümə günü, əbu'z-Zahiriyyə'nin yanında, məsciddə oturmuşdum. Mənə dedi:
Bir cümə günü, insanların çiyninə basa-basa, bir adam gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "Otur! Gec gəlirsən və insanlara əziyyət edirsən." deyə buyurdu.
Hədisi, ibn Hibban, "Səhih"ində (Vll, 29), həsən bir isnadla rəvayət etmişdir. Bununla bərabər, Əhməd b. Hənbəl (lV, 188, 190); əbu Davud ("Salat"/230) da rəvayət etmişlərdir.
Eyni zamanda, bu hədisi, Tahavi (l, 115) və Nəsai (Sünən, Cümə/20) də rəvayət etmişlərdir. Yuxarıdakı ləfz, Tahavi'yə aiddir.
Biz də, hədisin bütün ravilərinin siqa olduğu görüşündəyik.
Hədisi, Hakim, "əl-Müstədrək"ində (l, 288) rəvayət etmiş və "Bu hədis, Muslim'in şərtinə görə səhihdir." demişdir. Zəhəbi də, ona qatılmış və: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), xütbə oxuyarkən..." şəklində bir əlavə etmişdir.
Daha əvvəl, hafiz ibn Həcər'in, ibn Xuzeymə ("Səhih", lll, 156) və başqalarının, bu hədisin "səhih" olduğunu bildirdikləri keçmişdi.
Bu hədis, bəhsi keçən hökmə, bu şəkildə dəlil olmaqdadır:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), məscidə girən səhabəyə, tahiyyətu'l-məscid namazı qılmasını deyil, oturmasını əmr etmişdir.
