Bir namazın bir məsciddə iki dəfə camaatla qılınmasının məkruhluğu
١٢٥٨ - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ ﷺ فَقَدَ نَاسًا فِي بَعْضِ الصَّلَوَاتِ، فَقَالَ: لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ رَجُلًا يُصَلِّيَ بِالنَّاسِ، ثُمَّ أُخَالِفَ إِلَى رِجَالٍ يَتَخَلَّفُونَ عَنْهَا، فَآمُرَ بِهِمْ، فَيُحَرَّقُوا عَلَيْهِمْ بِحُزَمِ الْحَطَبِ بُيُوتَهُمْ، وَلَوْ عَلِمَ أَحَدُهُمْ أَنَّهُ يَجِدُ عَظْمًا سَمِينًا لَشَهِدَهَا، يَعْنِي صَلَاةَ الْعِشَاءِ.
أَخْرَجَهُ الشَّيْخَانِ وَغَيْرُهُمَا، وَاللَّفْظُ لِمُسْلِمٍ.
1258. əbu Hureyrə (radiyallahu anh)'dan (belə rəvayət edilir):
Şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəzi namazlarda, (bir qrup) insanı tapa bilmədi və (belə) buyurdu:
"Şübhəsiz, istə(yir)dim ki, bir nəfərə əmr edim ki, insanlara namaz qıldırsın. Sonra da, ondan (yəni, namazdan) geridə qalan (yəni, iştirak etməyən) kişilərin yanına gedim; və onlar haqqında əmr edim ki, evlərini, odun dəstələrilə başları üzərinə yandırsınlar.
Əgər onlardan biri, yağlı bir sümük tapacağını bilsəydi; mütləq, ona, -yəni, işa namazına- şahid olardı (yəni, gələrdi)."
Şeyxeyn (yəni, Buxari və Muslim) və başqaları təxric etmişlərdir. (Bu) ləfz (isə), Muslim'ə aiddir. (haşiyə)
----------------------------
(Haşiyə:
Hədisin keçdiyi qaynaqlar:
• Buxari (hədis no: 644, 657, 2420, 7224);
• Muslim (hədis no: 651);
• Əhməd b. Hənbəl, "Müsnəd" (hədis no: 7328; 7802; 8149; 9122; 9486; 10962);
• Tirmizi (hədis no: 217);
• Darimi ("Sünən", hədis no: 1248).
-----------------------------
-----------------------------
١٢٥٩ - وَعَنْ أَنَسٍ بِلَفْظِ: « لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ رَجُلًا ان يُصَلِّي بِالنَّاسِ فِي جَمَاعَةٍ ثُمَّ أَنْصَرِفَ إِلَى قَوْمٍ سَمِعُوا النِّدَاءَ، فَلَمْ يُجِيبُوا فاضر مها عَلَيْهِمْ نَارًا، إِنَّهُ لَا يَتَخَلَّفُ عَنْهَا إِلَّا مُنَافِقٌ»
رَوَاهُ الطَّبَرَانِيُّ فِي الْأَوْسَطِ وَرِجَالُهُ مُوَثَّقُونَ ( صَحِيحُ الزَّوَائِدِ)
1259. Ənəs'dən, bu ləfzlə (nəql edilir):
"Şübhəsiz, istə(yir)dim bir kişiyə, insanlara namaz qıldırmasını əmr edim; sonra, nidanı (yəni, azanı) eşidən, lakin ona icabət etməyən bir qövmə yönəlim; və onu (yəni, evlərini), onların üzərinə odla yandırım. Şübhəsiz, ondan (yəni, namazdan), münafiqdən başqası geri qalmaz."
Taberani, "əl-Əvsat"da rəvayət etmişdir. Ricalı, siqadırlar. (Heysəmi, "Məcmau'z-Zəvaid", 2/45)
-----------------------------
قَوْلُهُ: عَنْ أَبِي هُرَيْرَةَ إلَخْ...
✓ (1258 no-lu hədis):
"əbu Hureyrədən, ila axir..." sözü:
قُلْتُ: دَلَّ الْحَدِيثُ بِعِبَارَتِهِ عَلَى أَنَّ الْجَمَاعَةَ الْأُولَى هِيَ الَّتِي ندب الشَّارِعُ إِلَى إِتْيَانِهَا، كَمَا يُفِيدُهُ قَوْلُهُ ﷺ:
«هَمَمْتُ أَنْ آمُرَ رَجُلًا يُصَلِّيَ بِالنَّاسِ ثُمَّ أُخَالِفَ إِلَى رِجَالٍ يَتَخَلَّفُونَ عَنْهَا إلَخْ».
Deyirəm:
Hədis, öz ibarəsilə dəlalət etdi ki, Şari (yəni, Peyğəmbərimiz)'in, ona gəlməyi məndub gördüyü (camaat), birinci camaatdır. Necə ki, Onun (yəni, Peyğəmbərin):
"İstə(yir)dim ki, bir nəfərə əmr edim ki, insanlara namaz qıldırsın. Sonra da, ondan (yəni, namazdan) geridə qalan (yəni, iştirak etməyən) kişilərin yanına gedim..." sözü də, bunu ifadə edir.
فَلَوْ كَانَتِ الْجَمَاعَةُ الثَّانِيَةُ مَشْرُوعَةً لَمْ يَهُمَّ باحرق مَنْ تَخَلَّفَ عَنِ الْأُولَى لِاحْتِمَالِ إِدراكه الثَّانِيَةِ.
Əgər ikinci camaat məşru olsaydı, -ikinci camaata çatacağı ehtimalına görə- birinci camaatdan geri qalan(ların evlərini) yandırmağa əhəmiyyət verməzdi.
َنَقُولُ: إِنَّ وُجُوبَ الْإِتْيَانِ إِلَى الْجَمَاعَةِ الْأُولَى يَلْستلزمُ كَرَاهَةُ الثَّانِيَةِ فِي الْمَسْجِدِ الْوَاحِدِ حَتما فا إِنَّهُمْ لَا يَجْتَمِعُونَ إِذَا عَلِمُوا أَنَّهُمْ تفوتهم الْجَمَاعَةَ الثَّانِيَةَ.
Bu sabit olduğunda, deyirik ki:
Bir məsciddə, birinci camaata gəlməyin vacib olması, mütləq olaraq, ikinci camaatın məkruh olmasını istilzam edir. Çünki onlar əgər bilsələr ki, ikinci cəmaat onlardan ötüb-keçməyəcək, (birinci camaata) toplaşmazlar.
قَالَ فِي كنز الْعبادِ مِنَ الْكَافِي: يَجُوزُ تَكْرَارُ الْجَمَاعَةِ عِنْدَنَا،
əl-İbad'ın “Kənz"ndə, “əl-Kafi"dən (belə nəql) edilir:
"Bizim nəzdimizdə, camaatı təkrarlamaq, caizdir."
وَفِي الجامع الصَّغِيرِ: رَجُلٌ دَخَلَ مَسْجِدًا قد صَلَّى أَهْلُهُ فِيهِ، فَإِنَّهُ يُصَلِّي بِغَيْرِ أَذَانٍ وَإِقَامَةٍ،
(imam Muhamməd'in) "Camiu's-Sağir"ində, (belə deyilir):
"Bir kişi, (məscid) əhli (artıq) namazı qılmış olduğunda daxil (olsa), o, azansız və iqaməsiz olaraq qılar."
لِأَنَّ فِي تَكْرَارِ الْجَمَاعَةِ تقليلها بِأَنْ لَا يَخَافَ كُلُّ وَاحِدٍ فَوْتَ الْجَمَاعَةِ، فَيَكُونُ مَكْرُوهًا،
Çünki, camaatı təkrarlamaqda təqlil (camaatı azaltmaq) vardır. Belə ki, hər kəs, camaatı qaçırmaqdan qorxmaz. Və bu da, məkruh olar.
كَذا فِي القطوف الدانية لِشَيْخِنَا الْمُحَدِّثِ الكنكوهى
Necə ki, şeyximiz mühəddis Kənkuhi'nin "əl-Qutufu't-Dəniyə" adlı kitabında olduğu kimi...
وَإِنَّمَا اخْتَصَّتِ الْكَرَاهَةُ بِمَسْجِدِ الْمَحَلَّةِ لِانْعِدَامِ عِلَّتِهَا فِي مَسْجِدِ الشَّارِعِ، وَالسُّوقِ، وَنَحْوِهِمَا، فَإِنَّ النَّاسَ فِيهِ سَوَاءٌ، لَا اخْتِصَاصَ لَهُ بِفَرِيقٍ دُونَ فَرِيقٍ،
Kərahət (hökmü), yalnız məhəllə məscidinə məxsusdur. Çünki, onun illəti, küçə məscidi, bazar (məscidi) və onlar kimi yerlərdə, yoxdur. Şübhəsiz, insanlar, orda eynidirlər. Onun (yəni, məscidin), bir qrupa məxsus olub digərinə məxsus olmaması (deyə bir şey) yoxdur.
وَهَذَا هُوَ مَذْهَبُ أَبِي حَنِيفَة و اليه ذهب وَمَالِكٍ وَالشَّافِعِيِّ كَمَا فِي رَحْمَةِ الْأُمَّةِ
Və bu, əbu Hənifə'nin məzhəbidir. Malik və Şafi də, onu götürmüşlərdir. "Rahmətu'l-Ummə" (kitabında olduğu) kimi...
وَنَصُّهُ: وَمَنْ دَخَلَ الْمَسْجِدَ فوجد امامه وَقَدْ فُرِغَ مِنَ الصَّلَاةِ، فَإِنْ كَانَ الْمَسْجِدُ فِي غَيْرِ ممر الناس كُرِهَ لَهُ أَنْ يَستانف فه جَمَاعَةً عِنْدَ أَبِي حَنِيفَةَ، وَمَالِكٍ، وَالشَّافِعِيِّ،
(Rahmətu'l-Ummə)'nin mətni (s. 24), (belədir):
"Kim məscidə daxil olar və imamını namazı artıq bitirmiş halda taparsa, əgər məscid insanların keçmədiyi (yəni, məhəllə) məsciddirsə, onun üçün, orada yenidən camaat qılması, -əbu Hənifə, Malik və Şafiiyə görə- məkruh görüldü."
وَقَالَ أَحْمَدُ: لَا يُكْرَهُ إِقامة الْجَمَاعَةِ بَعْدَ جَمَاعَةٍ بِحَالٍ. انْتَهَى.
Əhməd (isə) dedi:
“Camaatdan sonra camaatın iqamə edilməsi (yəni, yenidən camaatla namaz qılınması), heç bir halda məkruh sayılmır." Son! (haşiyə)
---------------------------
(Haşiyə:
Dəyərli oxuyucu! Diqqət etsən, şeyximiz Təhanəvi'nin 1258 nömrəli hədisini, -ki, bu hədis, yuxarıda da qaynağını göstərdiyimiz kimi, Buxari, Muslim və s. qaynaqlarda keçməkdədir- imam Əhməd'in özü də "Müsnəd"ində rəvayət etməkdədir. Halbuki, ictihadı isə, bu hədislə deyildir.
Bununla qəsdimiz, budur:
Kitablarımızda zikr edilən hər səhih hədis, onunla əməl etmək üçün kifayət deyildir! Və burda, ictihad səviyyəsinə çatmamış hər kəs üçün, çətinlik vardır.)
--------------------------
قُلْتُ: وَاسْتَدَلَّ أَحْمَدُ بِمَا رَوَاهُ التِّرْمِذِيُّ عَنْ ابى سعيد, قَالَ: « جَاءَ رَجُلٌ وَقَدْ صَلَّى رَسُولُ اللهِ ﷺ فَقَالَ: أَيُّكُمْ يَتَّجِرُ عَلَى هَذَا؟ فَقَامَ رَجُلٌ، فَصَلَّى مَعَهُ »
Deyirəm:
Və (Əhməd), Tirmizi'nin, əbu Səid'dən gətirdiyi ilə istidlal etmiş (dəlil gətirmiş)'dir.
Dedi:
Bir kişi gəldi və Allah rəsulu (sallallahu aleyhi və səlləm), artıq, namazı qılmışdı. (Peyğəmbər, belə) buyurdu:
"Hansınız bunun ilə ticarət edər (yəni, onunla namaz qılmaqla ona savab qazandırar)?"
Bir kişi, qalxdı və onunla namaz qıldı. (Tirmizi, hədis no: 220)
ثُمَّ قَالَ: حَدِيثٌ حَسَنٌ، وَهُوَ قَوْلُ غَيْرِ وَاحِدٍ مِنْ أَهْلِ الْعِلْمِ مِنْ أَصْحَابِ النَّبِيِّ ﷺ، وَغَيْرِهِمْ مِنَ التَّابِعِينَ،
Sonra (Tirmizi) deyir:
Hədis, həsəndir. Və o, Nəbi (sallallahu aleyhi və səlləm)'in səhabələrindən və tabiun'dan olan bir çox elm əhlinin qövlüdür.
قَالُوا: لَا بَأْسَ بِه ان يُصَلِّيَ الْقَوْمُ جَمَاعَةً فِي الْمَسْجِدِ قَدْ صُلِّيَ فِيهِ،
Onlar dedilər ki: "Artıq içində namaz qılınmış məsciddə, bir qövmün (qrupun) camaatla namaz qılmasında, bir beis yoxdur."
وَبِهِ يَقُولُ أَحْمَدُ وَإِسْحَاقُ،
Əhməd və İshaq da, onu deyirlər.
وَقَالَ آخَرُونَ مِنْ أَهْلِ الْعِلْمِ: يُصَلُّونَ فُرَادَى،
Elm əhlindən başqaları isə, (belə) dedilər:
"Münfərid olaraq qılarlar."
وَبِهِ يَقُولُ سُفْيَانُ وَابْنُ الْمُبَارَكِ، وَمَالِكٌ، وَالشَّافِعِيُّ، وَيَخْتَارُونَ الصَّلَاةَ فُرَادَى.
Süfyan, ibnul-Mübarək, Malik və Şafi də, bunu deyir; və namazı münfərid olaraq qılmağı seçirlər (yəni, götürürlər). (Tirmizi'nin sözü, burda bitir!)
وَالْحَدِيثَ أَخْرَجَهُ أَيْضًا أَحْمَدُ، وَأَبُو دَاوُدَ، وَالْحَاكِمُ، وَقَالَ: صَحِيحٌ عَلَى شَرْطِ مُسْلِمٍ،
(Bu) hədisi:
~ Əhməd ("Müsnəd", hədis no: 11019);
~ Əbu Davud ("Sünən", hədis no: 574); və
~ Hakim ("Müstədrək", hədis no: 758)
də təxric etmişlərdir. Hakim deyir:
"(Hədis), Muslim'in şərti üzrə səhihdir."
كَذَا فِي آثَارِ السُّنَنِ
~ "Asaru's-Sünən"də (1/136) də, belədir.
وَلَكِنْ لَا يَتِمُّ بِهِ الِاسْتِدْلَالُ، فَإِنَّ فِيهِ اقْتِدَاءَ الْمُتَنَفِّلِ بِالْمُفْتَرَضِ، وَلَا نِزَاعَ فِيهِ، وَإِنَّمَا النِّزَاعُ فِي اقْتِدَاءِ الْمُفْتَرضِ بِالْمُفْتَرضِ.
Lakin, bununla, istidlal tamamlanmır. Çünki onda, mutənəffil (nafilə namaz qılan)'ın, muftərid (fərz namaz qılan)'a iqtida etməsi (tabe olması) vardır. Və bunda, bir niza (çəkişmə) yoxdur. Niza, ancaq, fərz qılanın fərz qılana iqtidasındadır. (haşiyə)
---------------------------
(Haşiyə:
Burda, belə bir etiraz gətirilə bilər:
"Peyğəmbərin sözündən sonra ayağa qalxan şəxs, fərzi, zatən Peyğəmbər ilə qılmışdı. O, yenidən bu adamla nəyi qılırdı? Ki, məscidə yeni daxil olan, fərzi qılacaqdı..."
Deyirik ki:
Peyğəmbərlə namazını qıldığı halda yeni gələn ilə namaza duran şəxs, fərz yox, nafilə qılırdı. Hənəfi'lərə görə, bu, müstəhəbdir. Dəlili də, zatən mətndən başa düşülür. Çünki:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), fərzi Özü ilə qıldığı halda, yeni gələn şəxs ilə ikinci dəfə qılan səhabəni, bundan nəhy etmədi; əksinə, buna təşviq etdi. Bu da göstərir ki, fərzi qılmış adam, ikinci dəfə nafilə niyyəti ilə qıla bilər.
Mövzunun başqa bir dəlili, budur:
عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ - يَعْنِي مَوْلَى مَيْمُونَةَ - قَالَ: أَتَيْتُ ابْنَ عُمَرَ عَلَى الْبَلَاطِ وَهُمْ يُصَلُّونَ، فَقُلْتُ: أَلَا تُصَلِّي مَعَهُمْ؟ قَالَ: قَدْ صَلَّيْتُ، إِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ: « لَا تُصَلُّوا صَلَاةً فِي يَوْمٍ مَرَّتَيْنِ »
Süleyman b. Yəsar'dan -yəni, Meymunə'nin mövlası (azadlı nökəri)'ndən (belə rəvayət edilir):
Dedi:
Bəlat'a, ibn Ömər'in yanına gəldim. Onlar, namaz qılırdılar.
- Dedim ki: "Onlarla birlikdə namaz qılmırsan?"
- (Belə) dedi: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, (belə) buyurarkən eşitdim:
'Bir namazı, bir gündə, 2 dəfə qılma." (əbu Davud, hədis no: 579. Hədis, həsəndir.)
Bu hədis də, fərz namazın iki dəfə qılınmasını nəhy edir. Ancaq nafilə kimi qılınmasını isə yox.
---------------------------
وَأَمَّا مَا رَوَاهُ الْبُخَارِيُّ تَعْلِيقًا(٥): وَجَاءَ أَنَسٌ إِلَى مَسْجِدٍ قَدْ صُلِّيَ فِيهِ فَأَذَّنَ وَأَقَامَ، وَصَلَّى جَمَاعَةً،
Amma, Buxari'nin təliqən (yəni, sənədin başından 1 və ya bir neçə ravi düşürərək) rəvayət etdiyi hədisə gəlincə:
"Ənəs, içində artıq namaz qılınmış bir məscidə gəldi. Azan və iqamə gətirdi; və camaat(la) namaz qıldı." (Buxari, bunu, "Səhih"də, hədis no: 619-un üzərində, bab başlığı altında zikr etmişdir.)
وَفِي فَتْحِ الْبَارِي: وَصَلَهُ أَبُو يَعْلَى(٦) فِي مُسْنَدِهِ مِنْ طَرِيقِ الجعد أَبِي عُثْمَانَ
"Fəthu'l-Bari"də (deyilir):
əbu Yə'lə, onu (yəni, Buxari'nin tə'liq olaraq zikr etdiyini), öz "Müsnəd"ində (hədis no: 4355), Ca'd əbu Osman təriqilə, vəsl etdi (yəni, tam sənədlə birləşdirdi).
قَالَ: مَرَّ بِنَا أَنَسُ بْنُ مَالِكٍ فِي مَسْجِدِ ثَعْلَبَةَ، فَذَكَرَ نَحْوَهُ قَالَ: وَذَلِكَ فِي صَلَاةِ الصُّبْحِ، وَفِيهِ: فَأَمَرَ رَجُلًا فَأَذَّنَ وَأَقَامَ ثُمَّ صَلَّى بِأَصْحَابِهِ،
وَأَخْرَجَهُ ابْنُ أَبِي شَيْبَةَ(٧) مِنْ طَرِيقٍ عَنْ الجعد
Onu, ibn əbi Şeybə ("Musannəf", hədis no: 2298) Ca'd'dan gələn bir təriqlə təxric etmişdir.
وَعِنْدَ الْبَيْهَقِيِّ مِنْ طَرِيقِ أَبِي عَبْدِ الصَّمَدِ العمى عَنْ أَنَسٍ نَحْوَهُ،
Beyhaqi nəzdində isə, əbu abdi's-Saməd əl-Ama'nın, Ənəs'dən gələn bir təriqlə bənzəri vardır.
وَقَالَ: مَسْجِدُ بَنِي رِفَاعَةَ، وَقَالَ: فَجَاءَ أَنَسٌ فِي نَحْوِ عِشْرِينَ مِنْ فِتْيَانِهِ اهـ.
Dedi: "Bəni Rifaa məscidi (idi). (Ca'd əbu Osman) dedi: 'Ənəs, öz gənclərindən təxminən 20 nəfərlə gəldi..." (Beyhaqi, "Sünənu'l-Kubra", hədis no: 4125)
İntəha (son)!
("Fəthu'l-Bari'dən verilən nəql, burda bitir!)
فَهُوَ يَحْتَمِلُ أَنْ يَكُونَ الْمَسْجِدُ مَسْجِدَ الطَّرِيقِ أَوْ نَحْوَ مَا لَا يَكْرَهُونَ التَّكْرَارَ فِيهِ،
O (yəni, Ənəs'in bu feli):
~ məscidin, yol məscidi olması; (ki, yol məscidində, yeni camaatın, -birinci camaat vaxt namazını qılmış olsa belə- o vaxt namazını öz aralarında camaatla qılmaları, caizdir); və ya
~ onda (yəni, o məsciddə) təkrarı məkruh görmədikləri şey kimi (bir məscid) olması
ehtimallarını daşıyır.
وَيُرَجِّحُ هَذَا الِاحْتِمَالَ تَكْرَارُهُ رَضِيَ اللَّهُ عَنْهُ الْأَذَانَ وَالْإِقَامَةَ
Və Onun (radiyallahu anh) azan və iqaməni təkrarlaması, bu ehtimalı gücləndirir.
الَّذِي لَا يُجَوِّزُهُ مَنْ يُجَوِّزُ تَكْرَارَ الْجَمَاعَةِ فِي مَسْجِدِ الْمَحَلَّةِ.
Ki, onu (yəni, bu təkrarı), məhəllə məscidində camaatın təkrarını caiz görən kimsə belə caiz görmür.
------------------------
------------------------
------------------------
١٢٦٠ - عَنْ سَحْنُونٍ، عَنِ ابْنِ الْقَاسِمِ، عَنْ مَالِكٍ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْمُجَبَّرِ قَالَ:
1260. Səhnun'dan ---> ibnu'l-Qasım'dan ---> Malik'dən ---> Abdu'r-Rahmən b. əl-Mücəbbər'dən.
Dedi:
دَخَلْتُ مَعَ سَالِمِ بْنِ عَبْدِ اللهِ مَسْجِدَ الْجُمُعَةِ وَقَدْ فَرغوا مِنَ الصَّلَاةِ فَقَالُوا: أَلَا تجْمَعُ الصَّلَاةَ؟ فَقَالَ سَالِمٌ: لَا تجْمَعُ صَلَاةٌ وَاحِدَةٌ فِي مَسْجِدٍ وَاحِدٍ مَرَّتَيْنِ.
Salim b. Abdullah ilə bərabər, cümə məscidinə daxil oldum. Onlar, artıq namazı bitirmişdilər.
- Dedilər ki: "Namazı cəm etmirsənmi (yəni, camaatla qılmırsanmı)?"
- Salim: "1 məsciddə, 1 namaz, 2 dəfə cəm edilməz (yəni, camaatla qılınmaz)." (deyə) cavab verdi.
قَالَ ابْنُ وَهْبٍ: وَأَخْبَرَنِي رِجَالٌ مِنْ أَهْلِ الْعِلْمِ عن ابْنِ شِهَابٍ وَيَحْيَى بْنِ سَعِيدٍ، وَرَبِيعَةَ، وَاللَّيْثِ مِثْلَهُ،
ibn Vehb deyir:
"Mənə elm əhlindən olan (bəzi) kimsələr -ibn Şihab, Yəhya b. Səid, Rəbiə və Leys'dən- onun eynisini xəbər verdilər.”
كَذَا فِي الْمُدَوَّنَةِ الْكُبْرَى لِمَالِكٍ، وَرِجَالُهُ كُلُّهُمْ ثِقَاتٌ.
Malik'in "Müdəvvənətu'l-Kubra"ında ("Kitabu's-Salət", "في المسجد تجمع الصلاة فيه مرتين - Bir məsciddə namazın iki dəfə cəm edilməsi babı", 1-ci cild, s. 195-196; Daru'l-Kutubi'l-İlmiyyə nəşri, Beyrut 1994) da, belədir. Və bütün ricalı, siqadır.
-----------------------
قَوْلُهُ: عَنْ سَحْنُونٍ، إلخ.
✓ Onun: "Səhnundan, ila axir..." sözü
قُلْتُ: سَحْنُونٌ اسْمُهُ عَبْدُ السَّلَامِ. قَالَ أَبُو الْعَرَبِ: كَانَ سَحْنُونٌ ثِقَةً حَافِظًا لِلْعِلْمِ، وَسَلَّمَ لَهُ الْإِمَامَةَ أَهْلُ عَصْرِهِ، وَاجْتَمَعُوا عَلَى فَضْلِهِ وَتَقَدُّمِهِ،
Deyirəm:
~ Səhnun. Adı, Abdu's-Salam'dır.
əbu'l-Arab, deyir:
"O, elmdə siqa olan bir hafizdir. Öz əsrinin əhli, imamlığı onun üçün təslim etmiş; və fəzilət və təqəddümündə (yəni, elmdə iləri olmasında), ittifaq etmişlərdir."
وَقَالَ يُونُسُ بْنُ عَبْدِ الْأَعْلَى: هُوَ سَيِّدُ أَهْلِ الْمَغْرِبِ،
Yunus b. Abdu'l-Ə'lə (belə) deyir:
"O, məğrib əhlinin seyyididir."
وَقَالَ ابْنُ الْقَاسِمِ: مَا قَدِمَ عَلَيْنَا مِنْ إِفْرِيقِيَّةَ مِثْلُ سَحْنُونٍ، كَذَا فِي الدِّيبَاجِ المذهب لِابْنِ فَرْحُونٍ،
ibnu'l-Qasım (isə), (belə) deyir:
"İfriqiyyə (Afrika)'dan, bizə, Səhnun kimisi gəlməmişdir."
ibn Fərhun'un "əd-Dibac əl-Müzəhhəb"ində (s. 161) də, belədir.
وَابْنُ الْقَاسِمِ اسْمُهُ عَبْدُ الرَّحْمَنِ
~ ibnu'l-Qasım. Adı, Abdu'r-Rahmən'dir.
خَرَّجَ عَنْهُ الْبُخَارِيُّ فِي صَحِيحِهِ
Buxari, öz "Səhih"ində, Ondan təxric etmişdir.
قَالَ الدَّارَقُطْنِيُّ: مُتَّفَقٌ حَسَنُ الضَّبْطِ،
Daraqutni, deyir: "(Onun etibarlı olduğu xüsusunda), ittifaq edilmişdir və zəbti (də), yaxşıdır."
وَقَالَ النَّسَائِيُّ: ابْنُ الْقَاسِمِ ثِقَةٌ رَجُلٌ صَالِحٌ.
Nəsai deyir: "ibnu'l-Qasım, siqadır (və) saleh bir adamdır."
سُبْحَانَ اللهِ! مَا أَحْسَنَ حَدِيثَهُ وَأَصَحَّهُ عَنْ مَالِكٍ!
Subhanallah! Onun hədisi, nə qədər gözəl; Malik'dən rəvayəti nə qədər səhihdir!
لَيْسَ يَخْتَلِفُ فِي كَلِمَةٍ، كَذَا فِي الدِّيبَاجِ
Bir kəlimədə (belə) fərqlənmir. "Dibac"da (s. 147) da, belədir.
وَعَبْدُ الرَّحْمَنِ بْنُ الْمُجَبَّرِ كَانَ يتيما فِي حِجْرِ سَالِمِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ وثقه عَمْرٌو بن على الفلاس وَغَيْرِهِ،
~ Abdu'r-Rahmən b. əl-Mücəbbər.
Salim b. Abdullah b. Ömərin himayəsində olan bir yetim idi. Əmr b. Əli əl-Fəllas və başqaları, onu təvsiq etmişlərdir.
وَذَكَرَهُ ابْنُ حِبَّانَ فِي الطَّبَقَةِ الثَّالِثَةِ مِنَ الثِّقَاتِ، وَقَالَ: رَوَى عَنْهُ أَهْلُ الْمَدِينَةِ، كَذَا فِي تَعْجِيلِ الْمَنْفَعَةِ،
ibn Hibban, Onu, 3-cü təbəqə siqat (yəni, ətbau't-tabiin'dən olan siqalar)'dan (olaraq) zikr etmişdir. Və (ibn Hibban), deyir:
"Ondan, Mədinə əhli rəvayət etmişdir."
(Asqalani'nin) "Tə'cilu'l-Mənfəə"(sin)'də də (s. 256), belədir.
وَمَالِكٌ وَسَالِمٌ لَا يسال عَنْهُمَا،
~ Malik və Salim'ə (gəlincə isə), onlar haqqında soruşulmaz. (Yəni, o qədər etibarlıdırlar ki, onlar haqqında sözə ehtiyac yoxdur).
وَفِي قَوْلِ سَالِمٍ صَرِيحُ دَلَالَةٍ عَلَى كَرَاهَةِ تَكْرَارِ الْجَمَاعَةِ فِي مَسْجِدٍ وَاحِدٍ
Və Salimin sözündə, bir məsciddə camaat namazının təkrarlanmasının məkruh olmasına, sarih/açıq bir dəlil vardır.
وَافَقَهُ في ذَلِكَ جَمَاعَةٌ مِنَ التَّابِعِينَ مِنْهُمُ الزُّهْرِيُّ، وَرَبِيعَةُ وَنَحْوُهُمَا،
Onda (yəni, bu məsələdə), tabiun'dan bir camaat, -Zuhri, Rəbiə və bu ikisinə bənzər olanlar- ona müvafiqdirlər.
وَقَدْ رَوَى أَبُو دَاوُدَ وَسَكَتَ عَنْهُ عَنْ سُلَيْمَانَ يعنى مَوْلَى مَيْمُونَةَ
Həqiqətən, əbu Davud (hədis no: 579), onu, Meymunə'nin mövlası Süleyman (b. Yəsar)'dan rəvayət etmiş; və onun (yəni, hədis) haqqında sükut etmişdir (yəni, etiraz etməmişdir).
قَالَ: أَتَيْتُ ابْنَ عُمَرَ عَلَى الْبَلَاطِ وَهُمْ يُصَلُّونَ، فَقُلْتُ: أَلَا تُصَلِّي مَعَهُمْ؟ قَالَ: قَدْ صَلَّيْتُ، إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ ﷺ يَقُولُ: «لَا تُصَلُّوا صَلَاةً فِي يَوْمٍ مَرَّتَيْنِ»
(Süleyman) deyir:
(Mədinə'də bir yer olan) Bəlat'a, ibn Ömərin yanına gəldim. Namaz qılırdılar.
- Dedim ki: "Onlarla birlikdə namaz qılmırsanmı?"
- O, dedi: "Artıq qılmışam. Şübhəsiz, mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğunu eşitmişəm:
"Bir namazı, bir gündə iki dəfə qılmayın." (əbu Davud, hədis no: 579)
قَالَ الزَّيْلَعِيُّ، وَرَوَاهُ النَّسَائِيُّ،
Zeylai ("Nasbu'r-Rayə li Əhədisi'l-Hidayə", 2/31) deyir:
"Onu Nəsai ("Sünən", hədis no: 860) rəvayət etmişdir."
قَالَ النَّوَوِيُّ فِي الْخُلَاصَةِ: إِسْنَادُهُ صَحِيحٌ اهـ.
Nəvəvi, "əl-Xülasə"də (2/668) deyir:
"İsnadı, səhihdir."
Son!
وَحَمَلَهُ أَصْحَابُنَا عَلَى الْمَعْنَى الَّذِي ذَهَبَ إِلَيْهِ سَالِمٌ،
Əshabımız (yəni, Hənəfilər), onu, Salim'in qəbul etdiyi mənaya həml etmişlərdir.
فَفِي الْبَحْرِ الرَّائِقِ: قَالَ قَاضِي خَانَ فِي شَرْحِ الْجَامِعِ الصَّغِيرِ: وَلَوْ حُمِلَ عَلَى النَّهْيِ عَنْ تَكْرَارِ الْجَمَاعَةِ فِي الْمَسْجِدِ، أَوْ عَلَى النَّهْيِ عَنْ قضاء الْفَرَائِضِ مَخَافَةَ الخلل فِي المؤدى كَانَ حَسَنًا، فَإِنَّ ذَلِكَ مَكْرُوهٌ. اهـ.
"Bahru'r-Raiq"də (2/66), (belə deyilir):
"Qadıxan, 'Şərhu'l-Camii's-Sağir'də (belə) deyir:
'Əgər (bu hədis):
~ məsciddə camaatın təkrar (namaz qılması) mənasına həml edilsəydi; və ya
~ yerinə yetirilmiş fərz namazda nöqsan ola biləcəyi qorxusuna görə fərz namazlarını qəza etməyin qadağan olunmasına həml edilsəydi,
bu, gözəl olardı. Və şübhəsiz o (yəni, bu 2 fel), məkruhdur."
وَفِي الْعِنَايَةِ وَالْكِفَايَةِ: وَمِنْ مَشَايِخِنَا مَنْ قَالَ: الْمُرَادُ بِهِ الزَّجْرُ عَنْ تَكْرَارِ الْجَمَاعَاتِ فِي الْمَسَاجِدِ وَهُوَ حَسَنٌ، انْتَهَى.
"əl-İnayə" və "əl-Kifayə"də, (belə deyilir):
"Şeyxlərimizdən bəziləri, belə dedilər: 'Bununla murad olunan, məscidlərdə camaatları təkrardan zəcr etmək (çəkindirmək)'dir. Və o, gözəldir."
Son!
وَفِي رَدِّ الْمُحْتَارِ: قَالَ فَخْرُ الْإِسْلَامِ: لَوْ حُمِلَ عَلَى تَكْرَارِ الْجَمَاعَةِ فِي مَسْجِدٍ لَهُ أَهْلٌ لكَانَ صَحِيحًا، انْتَهَى.
"Raddu'l-Muhtar"da (1-ci cild, s. 552), (belə deyilir):
"Əgər əhli (yəni, daimi camaatı olan) bir məsciddə, camaatın təkrarına həml edilsəydi, səhih olardı."
Son!
كَذَا فِي الْقطوف الدَّانِيَةِ.
"Qutuf-u Dəniyə"də də, belədir.
قَالَ بَعْضُ النَّاسِ: وَلَكِنْ لَا يَصِحُّ الْحَمْلُ عَلَى وَاحِدٍ مِنْهُمَا، بَلْ هُوَ مَحْمُولٌ عَلَى النَّهْيِ عَنْ أَدَاءِ الْفَرِيضَةِ مَرَّتَيْنِ مِنْ جِهَةِ الِافْتِرَاضِ،
Bəzi insanlar: "Lakin, o ikisindən birinə həml etmək, səhih deyildir. Əksinə o, fərzi fərz olaraq iki dəfə qılmağın nəhyinə həml edilib." demişlərdir.
وَيَدُلُّ عَلَيْهِ مَا رَوَاهُ الطَّحَاوِيُّ:
Buna isə, Tahavi'nin rəvayət etdiyi dəlalət edir:
«حَدَّثَنَا أَبُو بَكْرَةَ قَالَ: ثَنَا حبانُ -يَعْنِي ابن هِلَالٍ- قَالَ: ثَنَا هَمَّامٌ قَالَ: ثَنَا قَتَادَةُ عَنْ عَامِرٍ الْأَحْوَلِ عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ خَالِدِ بْنِ أَيمنَ الْمَعافرى قَالَ:
Bizə əbu Bəkrə rəvayət edərək dedi: Bizə Hibban -yəni, ibn Hilal- rəvayət edərək dedi: Bizə Həmmam rəvayət edərək dedi: Bizə Qatadə, Amir əl-Əhvəl'dən; o da ---> Amr ibn Şueyb'dən; o da ---> Xalid b. Əymən əl-Məarifi'dən rəvayət edərək dedi:
كَانَ أَهْلُ الْعَوَالِي يُصَلُّونَ فِي مَنَازِلِهِمْ، وَيُصَلُّونَ مَعَ النَّبِيِّ ﷺ، فَنَهَاهُمْ رَسُولُ اللهِ ﷺ أَنْ يُعيدوا الصَّلَاة فِي يَوْمٍ مَرَّتَيْنِ».
Əhlu'l-avali (Mədinə ətrafı kəndlərdə yaşayanlar), öz mənzillərində namaz qılır; (və sonra da, gəlib) Nəbi (sallallahu aleyhi və səlləm) ilə bərabər (bir də) namaz qılırdılar. Bunun üzərinə:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), onlara, 1 gündə, namazları 2 dəfə təkrarlamaqlarını nəhy etdi. (Tahavi, "Şərh-u Məani'l-Asar", hədis no: 1737. Bəhraici nəşri.)
قال عمرو: قد ذكرت ذلك لسعيد بن المسيب فقال: صدق اه
Amr deyir:
"Həqiqətən, mən, onu, Səid b. əl-Müsəyyəb'ə zikr etdim. O da: 'Doğrudur.' dedi."
قَالَ بَعْضُ النَّاسِ: وَرِجَالُ هَذَا السَّنَدِ كُلُّهُمْ ثِقَاتٌ،
Bəzi insanlar, (belə) dedilər: "Bu sənədin ricalı, bütünü ilə siqadır."
وَلَكِنْ لَمْ أَقِفْ عَلَى تَرْجَمَةِ خَالِدِ بْنِ أَيْمَنَ المعافرى وَلَا حَاجَةَ إِلَيْهِ،
Lakin, Xalid b. Əymən əl-Məafiri'nin tərcüme-i halını tapa bilmədim. Və buna, ehtiyac da yoxdur.
فَإِنَّ الْحَدِيثَ قَدْ تحول إِلَى سَعِيدِ بْنِ الْمُسَيَّبِ وَاتَّفَقُوا عَلَى أَنَّ مُرْسَتلَهُ أَصَحُّ الْمَرَاسِيلِ فَهُوَ مُرْسَلٌ حُجَّةٌ، انْتَهَى. كَلَامُهُ مُلَخَّصًا.
Çünki hədis Səid ibn əl-Müsəyyəbə aid edilmişdir. Və (alimlər) ittifaq etmişlərdir ki, onun mürsəlləri, ən səhih mürsəllərdir. Və o, mürsəl (olaraq) hüccətdir. Son! Onun kəlamının xülasəsi (bundan ibarətdir).
قُلْتُ: خَالِدُ بْنُ أَيْمَنَ هَذَا ذَكَرَهُ الْحَافِظُ فِي الْإِصَابَةِ و قال: تابعى ارسل حديثا فذكره ابن عبد البر في الصَّحَابَةِ،
Deyirəm:
Xalid b. Əymən. Onu, hafiz (ibn Həcər), "əl-İsabə"də zikr etmişdir. (Hafiz) deyir:
"Tabii'dir. Mürsəl hədis rəvayət etmişdir. ibn Abdi'l-Bərr, Onu, səhabə (deyə) zikr etmişdir.”
ثُمَّ أَنْكَرَ عَلَى بن أَبِي حَاتِمٍ إِيرَادَهُ، ثُمَّ ذَكَرَ الحديث، نَحْوَ مَا أَخْرَجَهُ الطَّحَاوِيُّ.
Sonra, (ibn Həcər), ibn əbi Hatim'in, Onu (kitabında) gətirməsinə (yəni, səhabə olaraq zikr etməsinə) etiraz edir; sonra, hədisi zikr edir; sonra da, Tahavi'nin təxric etdiyinin bənzərini (zikr edir).
قَالَ الْحَافِظُ: رَوَى عَنْهُ شعيبٌ، هَكَذَا أَوْرَدَهُ الْبُخَارِيُّ، أَوْرَدَهُ الْبُخَارِيُّ مِنْ طَرِيقِ عَمْرِو بْنِ شُعَيْبٍ، ، وَقَالَ فِي آخِرِهِ: فَذَكَرَهُ لِسَعِيدِ بْنِ الْمُسَيَّبِ، فَقَالَ: صَدَقَ. اهـ.
Hafiz deyir:
"Ondan, Şueyb rəvayət etmişdir. Buxari da, onu, bu şəkildə gətirmişdir. Buxari, onu, Amr b. Şueyb təriqilə, atasından; o da, Şueyb'dən olaraq gətirir və axırında da deyir: 'Onu, Səid b. əl-Müsəyyəb'ə zikr etdi. (Səid də): 'Doğrudur!" dedi.
Son!
قُلْتُ: وَلَا يَسْتَقِيمُ حَمْلُ حَدِيثِ ابْنِ عُمَرَ عَلَى حَدِيثِ خَالِدِ بْنِ أَيْمَنَ هَذَا؛
Deyirəm:
ibn Ömər hədisini, bu Xalid ibn Əymən hədisinə həml etmək, düz gəlmir.
لِأَنَّ ابْنَ عُمَرَ رَضِيَ اللهُ عَنْهُ قَالَهُ في تَعْلِيلًا امْتِنَاعِهِ عَنِ الدُّخُولِ فِي صَلَاةِ الْقَوْمِ،
Çünki, ibn Ömər (radiyallahu anh), onu, qövmün (yəni, camaatın) namazına daxil olmaqdan imtina etməsində bir illət olaraq demişdi.
وَهَذَا لَيْسَ مِنَ الْإِعَادَةِ الْمَنْهِيِّ عَنْهَا
Və bu isə, özündən nəhy edilən iadə (təkrarlama) deyil!
فَإِنَّ الرَّجُلَ إِذَا صَلَّى فِي بَيْتِهِ ثُمَّ أَدْرَكَ الْجَمَاعَةَ، فَدَخَلَ فِيهَا عَلَى أَنَّهَا نَافِلَةٌ، فَهَذَا لَيْسَ بِمَنْهِيٍّ عَنْهُ،
Çünki, adam, öz evində namaz qıldıqdan sonra camaata çatıb, ona nafilə olaraq daxil olarsa, bu, özündən nəhy edilən deyil.
بَلْ مما نَدَبَ إِلَيْهِ النَّبِيُّ ﷺ، كَمَا سَيَأْتِي فِي بَابِ جَوَازِ النَّفْلِ خَلْفَ الْمُفْتَرِضِ،
Əksinə, Nəbi (sallallahu aleyhi və səlləm), ona (yəni, bu əmələ) nədb etmişdir. Necə ki, "Muftərid (fərz qılan)'ın arxasında nafilə (qılmağın) caizliyi babı"nda gələcəkdir.
وَقَدْ أَجَازَ ابْنُ عُمَرَ ذَلِكَ أَيْضًا، كَمَا رَوَى مَالِكٌ عَنْ نَافِعٍ
Və ibn Ömər də, ona icazə vermişdir. Necə ki, Malik, Nafi'dən rəvayət etmişdir...
أَنَّ رَجُلًا سَأَلَ ابْنَ عُمَرَ فَقَالَ: إِنِّي أُصَلِّي فِي بَيْتِي، ثُمَّ أُدْرِكُ الصَّلَاةَ مَعَ الْإِمَامِ أَفَأُصَلِّي مَعَهُ؟ فَقَالَ لَهُ عَبْدُ اللهِ بْنُ عُمَرَ: نَعَمْ. قَالَ الرَّجُلُ: أَيَّتَهُمَا أَجْعَلُ صَلَاتِي؟ فَقَالَ لَهُ ابْنُ عُمَرَ: أَوَ ذَلِكَ إِلَيْكَ؟ إِنَّمَا ذَلِكَ إِلَى اللهِ يَجْعَلُ أَيَّتَهُمَا شَاءَ. اهـ.
- Bir kişi, ibn Ömər'dən (belə) soruşdu: "Mən, evimdə namaz qılıram; sonra isə, imamla birlikdə namaza çatıram. Onunla da qılımmı?"
- Abdullah b. Ömər, ona, (belə) dedi: "Bəli."
- (O) kişi: "O ikisindən (yəni, 2 namazdan) hansını öz namazım qılım?" (deyə) soruşdu.
- ibn Ömər, ona, (belə) dedi: "Məgər, o, sənə aiddir? O, ancaq Allah (azzə və cəllə)yə aiddir. İkisindən hansını istəsə, onu da qəbul edər." (Malik, "Muvatta", hədis no: 296)
Son!
وَظَاهِرُهُ يُفِيدُ جَوَازَ الدُّخُولِ فِي صَلَاةِ الْقَوْمِ بِنِيَّةِ الْفَرْضِ لِمَنْ صَلَّاهَا مُنْفَرِدًا عِنْدَ ابْنِ عُمَرَ،
Və onun zahiri, ibn Ömər nəzdində, münfərid namaz qılmış şəxs üçün, qövm (yəni, camaat) namazına fərz niyyətilə daxil olmasının caizliyini ifadə edir.
وَإِلَّا لَمْ يَكُنْ لِقَوْلِهِ: « أَوْ ذَلِكَ إِلَيْكَ » مَعْنًى،
Əks halda, Onun: "Məgər o, sənə aiddir?" sözünün bir mənası olmazdı.
فَإِنَّ مَنْ دَخَلَ بِنِيَّةِ النَّفْلِ فَصَلَاتُهُ نَافِلَةٌ حَتْمًا،
Çünki, nafilə niyyəti ilə daxil olanın namazı, mütləq olaraq nafilədir.
فَلَعَلَّ الْإِعَادَةَ الْمَنْهِيَّ عَنْهَا مُخْتَصَّةٌ عِنْدَهُ بِمَنْ صَلَّى الْفَرْضَ أَوَّلًا بِجَمَاعَةٍ،
Bəlkə də, Onun nəzdində özündən qadağan edilmiş olan iadə (yəni, təkrar), fərz namazı əvvəlcə camaatla qılmış şəxsə məxsusdur.
فَلَا يَجُوزُ لَهُ الدُّخُولُ فِي جَمَاعَةٍ أُخْرَى بَعْدَ ذَلِكَ،
Bundan sonra isə, -onun üçün- başqa bir camaata daxil olması caiz deyildir.
وَعَلَى هَذَا، فَلَا يَسْتَقِيمُ ذِكْرُ ابْنِ عُمَرَ هَذَا الْحَدِيثَ فِي تَعْلِيلِ امْتِنَاعِهِ عَنِ الدُّخُولِ فِي صَلَاةِ الْقَوْمِ
Bundan dolayı, ibn Ömərin, camaat namazına daxil olmaqdan imtinasının tə'lilində bu hədisi zikr etməsi, düz gəlmir.
إِلَّا أَنْ كَانَ قَدْ صَلَّى أَوَّلًا بِجَمَاعَةٍ أَوْ كَانَ الْقَوْمُ جَمَعُوا الصَّلَاةَ ثَانِيَةً، فَكَرِهَ الدُّخُولَ فِيهَا،
Yalnız, (bu hal) istisnadır ki, o, əvvəlcə namazı camaatla qılmışdı; və ya qövm (yəni, camaat) namazı ikinci dəfə cəm etmişdi. (Bundan dolayı) da, O da, ona daxil olmağı məkruh görmüşdü.
وَذَهَبَ أَبُو دَاوُدَ إِلَى الِاحْتِمَالِ الْأَوَّلِ حَيْثُ بَوَّبَ: إِذَا صَلَّى جَمَاعَةً ثُمَّ أَدْرَكَ جَمَاعَةً يُعِيدُ (أَمْ لَا) ثُمَّ ذَكَرَ الْحَدِيثَ،
əbu Davud, birinci ehtimalı götürmüşdür. Çünki o, (kitabında), belə bir bab açmışdır: “Camaat (olaraq) qıldıqdan sonra, (başqa bir) camaata çatan şəxs, iadə edərmi (yəni, təkrar qılırmı) (yoxsa yox)?" ("Sünən", "Namaz kitabı", 61-ci bab).
Sonra hədisi zikr etdi.
وَذَهَبَ أَصْحَابُنَا إِلَى الثَّانِي؛ لِأَنَّ الظَّاهِرَ الْمُتَبَادَرَ مِنْ قَوْلِ ابْنِ عُمَرَ: « قَدْ صَلَّيْتُ » إِنَّهُ كَانَ صَلَّى مُنْفَرِدًا،
Bizim əshabımız (yəni, Hənəfilər) isə, ikinci (ehtimalı) götürmüşlərdir. Çünki, ibn Ömərin: “Mən, artıq qılmışam.” sözündən ilk ağla gələn məna, Onun, şübhəsiz tək başına qılmış olmasıdır.
وَالْمُصَلِّي مُنْفَرِدًا يَجُوزُ بَلْ يُنْدَبُ لَهُ الدُّخُولُ فِي الْجَمَاعَةِ إِذَا أَدْرَكَهَا
Münfərid namaz qılanın, ona (yəni, namaza) çatdıqda ona daxil olması, caizdir. Hətta, məndubdur.
وَلَكِنَّ ابْنَ عُمَرَ لَمْ يَدْخُلْ مَعَهُمْ لِكَوْنِهِمْ جَمَعُوا الصَّلَاةَ ثَانِيَةً، فَقَالَ: إِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ: « لَا تُصَلُّوا صَلَاةً فِي يَوْمٍ مَرَّتَيْنِ »،
Lakin ibn Ömər, onların namazı ikinci dəfə camaatla qılmaları səbəbilə, onlarla daxil olmadı və (belə) dedi: "Mən Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu eşitmişəm:
"1gündə, 1 namazı, 2 dəfə qılmayın."
وَلَوْ كَانَ امْتِنَاعُهُ عَنِ الدُّخُولِ فِيهَا؛ لِأَنَّ الْوَقْتَ مَا كَانَ يَصْلُحُ لَهَا كَمَا قَالَهُ بَعْضُ النَّاسِ أَيْضًا لَمْ يَسْتَقِمْ ذِكْرُ هَذَا الْحَدِيثِ فِي تَعْلِيلِهِ؛
Əgər Onun daxil olmaqdan imtina etməsi, -bəzilərinin dediyi kimi- vaxtın Onun üçün əlverişli olmamasından dolayı olsaydı, bunun tə'lilində bu hədisi zikr etməsi, (yenə) düz gəlməzdi.
لِأَنَّهُ لَا يَدُلُّ عَلَى عَدَمِ صَلَاحِيَّةِ الْوَقْتِ أَصْلًا بَلْ كَانَ ذِكْرُ حَدِيثِ مَنْ صَلَّى الْمَغْرِبَ أَوِ الصُّبْحَ ثُمَّ أَدْرَكَهُمَا مَعَ الْإِمَامِ فَلَا يَعُدْ لَهُمَا أَوْلَى،
Çünki o (yəni, bu hədis), əsla, vaxtın əlverişsiz olduğuna dəlalət etmir. Əksinə:
"Kim məğrib və ya sübhü qılıb; sonra onu imamla birlikdə qılmağa çatsa, onları təkrar qılmasın." (Muvatta, hədis no: 299) hədisini zikr etmək, daha əvla olardı.
فَالظَّاهِرُ أَنَّ حَدِيثَ ابْنِ عُمَرَ: « لَا تُصَلُّوا صَلَاةً فِي يَوْمٍ مَرَّتَيْنِ » مَعْنَاهُ مَا قَالَهُ سَالِمٌ: لَا تَجْمَعْ صَلَاةً وَاحِدَةً فِي مَسْجِدٍ وَاحِدٍ مَرَّتَيْنِ،
Zahir olan budur ki, ibn Ömər'in: "1 gündə, 1 namazı, 2 dəfə qılmayın." hədisinin mənası, Salim'in dediyi (kimi)'dir. (Yəni): "1 məsciddə, 1 namazı, 2 dəfə cəm etmə (yəni) qılma."
وَهَذَا هُوَ الَّذِي اسْتَحْسَنَهُ أَصْحَابُنَا وَاللَّهُ تَعَالَى أَعْلَمُ.
Əshabımızın istihsən etdiyi də, (məhz) budur. Allah Taala, daha gözəl bilir.
وَالْمَسْأَلَةُ ظَنِّيَّةٌ، وَيَكْفِي لَهَا كَوْنُ أَحَدِ الِاحْتِمَالَيْنِ رَاجِحًا عِنْدَ الْفَقِيهِ،
Məsələ, (göründüyü kimi) zənni'dir. Onun üçün fəqih nəzdində 2 ehtimaldan 1-inin (daha) racih olması, kifayət edər.
وَلَعَلَّ مَا ذَكَرْنَا مِنْ وُجُوهِ التَّرْجِيحِ يَكْفِي لَهُ لَا سِيَّمَا إِذَا تَأَيَّدَ بِقَوْلِ تَابِعِيٍّ وَفَتْوَاهُ.
Və bəlkə də, bizim zikr etdiyimiz tərcih cəhətləri, -xüsusilə Tabiun'dan olan birinin qövlü və fətvası ilə dəstəkləndikdə- bunun üçün kifayət edər.
------------------------
------------------------
------------------------
١٢٦١- قَالَ الشَّافِعِيُّ: وَإِنَّا قَدْ حَفِظْنَا أَنَّهُ قَدْ فَاتَتْ رِجَالًا مَعَهُ الصَّلَاةُ، فَصَلَّوْا بِعِلْمِهِ مُنْفَرِدِينَ وَقَدْ كَانُوا قَادِرِينَ عَلَىٰ أَنْ يَجْمَعُوا، وَإِن قَدْ فَاتَتِ الصَّلَاةُ فِي الْجَمَاعَةِ قَوْمًا فَجَاؤُوا الْمَسْجِدَ، فَصَلَّىٰ كُلُّ وَاحِدٍ مِنْهُمْ مُنْفَرِدًا، وَقَدْ كَانُوا قَادِرِينَ عَلَىٰ أَنْ يَجْمَعُوا فِي الْمَسْجِدِ اهـ.
1261. Şafi dedi:
Şübhəsiz, biz, onu əzbərləmişdik ki:
Onunla (yəni, Peyğəmbərimizlə) bərabər olanlar, namazı qaçırmışdılar. Sonra, Onun xəbəri olduğu halda, münfərid olaraq qıldılar. Halbuki onlar, cəm etməyə (yəni, camaat şəklində qılmağa) qadir idilər.
Əgər bir qövmün camaatla qılınan namazı qaçsa və onlar məscidə gəlsələr, onların hər biri, münfərid olaraq qılar. Halbuki məsciddə bir yerə toplaşıb camaatla namaz qılmağa imkanları var idi.
Son!
ذَكَرَهُ الشَّافِعِيُّ رَحِمَهُ اللهُ تَعَالَىٰ فِي الْأُمِّ (1/136) تَعْلِيقًا، وَجَزَمَ بِهِ، فَلَا بُدَّ أَنْ يَكُونَ حُجَّةً، وَقَالَ فِي مَوْضِعٍ آخَرَ مِنَ الْأُمِّ: وَإِنَّمَا كَرِهْتُ ذَٰلِكَ لَهُمْ (أَيْ تَكْرَارَ الْجَمَاعَةِ فِي الْمَسْجِدِ)؛ لِأَنَّهُ لَيْسَ مِمَّا فَعَلَ السَّلَفُ قَبْلَنَا بَلْ قَدْ عَابَهُ بَعْضُهُمْ اهـ.
Onu, Şafi (rahiməhullahu Taala), "əl-Umm"da, tə'liq olaraq zikr etmişdir. Və onunla qəti hökm verdi. Və bundan dolayı, onun hüccət olması, labüddür.
(Şafi, "əl-Umm"un) başqa bir yerində isə, (belə) deyir:
"Mən, onu (yəni məsciddə camaatın təkrarını), onlar üçün, ancaq kərih gördüm. Çünki o (yəni, bu əməl), bizdən əvvəlki sələfin etdiyi (əməl)'dən deyildir. Əksinə, onu, onlardan (yəni, sələfdən) bəziləri pisləmişdir."
----------------------
----------------------
١٢٦٢ - عَنْ أَبِي بَكْرَةَ أَنَّ رَسُولَ اللهِ ﷺ أَقْبَلَ مِنْ نَوَاحِي الْمَدِينَةِ يُرِيدُ الصَّلَاةَ، فَوَجَدَ النَّاسَ قَدْ صَلَّوْا، فَمَالَ إِلَى مَنْزِلِهِ، فَجَمَعَ أَهْلَهُ، فَصَلَّى بِهِمْ. رَوَاهُ الطَّبَرَانِيُّ فِي الْكَبِيرِ وَالْأَوْسَطِ وَرِجَالُهُ ثِقَاتٌ (مَجْمَعُ الزَّوَائِدِ)
1262. əbu Bəkrə (radiyallahu anh)'dan (belə rəvayət edilir):
Allah rəsulu (sallallahu aleyhi və səlləm), Mədinə nahiyələrindən gəldi. Namaz qılmaq istəyirdi. İnsanları, artıq namazı qılmış olduqları halda tapdı. Öz mənzilinə doğru getdi. Öz əhlini topladı; onlarla namaz qıldı.
Taberani, "əl-Kəbir" və "əl-Əvsat"da (hədis no: 4601) rəvayət etmişdir. Ricalı, siqadırlar. ("Məcmau'z-Zəvaid", 1/160)
Not:
Dəyərli oxuyucu! Şeyx Təhanəvi, bu 2 rəvayəti zikr etdikdən sonra, bunlar haqqında da uzun-uzun danışmaqdadır. Biz, bu qədərilə kifayətlənirik. İstəyən əsərə müraciət edə bilər.
(Təhanəvi, "İ'lau's-Sünən", "Məhəllə məscidində camaatın təkrarının kərahəti babı")
