Şalvarın balağı qısaldılmalıdırmı?

فَائِدَةٌ: يَحْرُمُ إِطَالَةُ الثَّوْبِ وَالإِزَارِ وَالسَّرَاوِيلِ عَلَى الْكَعْبَيْنِ لِلْخُيَلَاءِ، وَيُكْرَهُ لِغَيْرِ الْخُيَلَاءِ،

Fayda:

Paltarı, izarı (yəni, beldən aşağı geyilən paltarı) və sirvalı (yəni, şalvarı), təkəbbür (məqsədi) ilə topuqlar üzərinə (yəni, onları keçəcək şəkildə) uzatmaq, haramdır.

نَصَّ عَلَيْهِ الشَّافِعِيُّ،

Şafi, buna hökm etmişdir.

وَصَرَّحَ بِهِ الْأَصْحَابُ،

Və əshab, bunu açıq şəkildə bildirmişdir.

وَيُسْتَدَلُّ لَهُ بِالْأَحَادِيثِ الصَّحِيحَةِ الْمَشْهُورَةِ،

Bu (hökm)'ə, səhih məşhur hədislərlə istidlal edilir.

مِنْهَا حَدِيثُ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ النَّبِيَّ ﷺ قَالَ: «مَنْ جَرَّ ثَوْبَهُ خُيَلَاءَ لَمْ يَنْظُرِ اللَّهُ إِلَيْهِ يَوْمَ الْقِيَامَةِ».

قَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ: «يَا رَسُولَ اللَّهِ، إِنَّ إِزَارِي يَسْتَرْخِي إِلَّا أَنْ أَتَعَاهَدَهُ».

فَقَالَ رَسُولُ اللَّهِ ﷺ: «إِنَّكَ لَسْتَ مِمَّنْ يَفْعَلُهُ خُيَلَاءَ».

Onlardan biri:

ibn Ömər (radiyallahu anhuma) hədisidir.

Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kim, paltarını təkəbbür (məqsədi) ilə sürüyərsə, Allah, qiyamət günü, ona nəzər etməz."

- (Bunun üzərinə), əbu Bəkr (radiyallahu anh), (belə) dedi:

"Ey Allahın rəsulu! Mənim izarım, aşağı düşür. Ancaq, onu vaxtaşırı yoxladığım (nəzarətdə saxladığım) zaman (düşmür).

- Allah rəsulu (sallallahu aleyhi və səlləm), (belə) buyurdu:

"Şübhəsiz, Sən, onu, təkəbbürlə edən kimsələrdən deyilsən."

 

رَوَاهُ الْبُخَارِيُّ، وَرَوَى مُسْلِمٌ بَعْضَهُ،

~ Buxari ("Səhih", "Kitabu'l-libas = Libas kitabı", "Bab-u mən cərrə səvbə minə'l-xuyələ = paltarını təkəbbürlə sürüyən kimsə (haqqında gələn hədislər) babı", hədis no: 5784); və

~ Muslim (də), onun bir qismini rəvayət etmişdir (bax: "Səhih", "Kitabu'l-Libas və'z-Zinət = Libas və zinət kitabı", "Bab-u təhrimi cərri's-səvbi xuyələ; və bəyəni həddi'l-kə'beyn; və istihbəb-i qasrihi; və təhrimi italətihi xuyələ = libası təkəbbürlə sürüməyin haramlığı; topuqların həddinin bəyanı və onu (yəni, libası) qısaltmağın müstəhəbliyi; və onu təkəbbürlə uzatmağın haram olması babı", hədis no: 2085)

 

وَفِي الصَّحِيحَيْنِ، عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ ﷺ قَالَ: «لَا يَنْظُرُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ مَنْ جَرَّ إِزَارَهُ بَطَرًا».

İki "Səhih"də (yəni, Buxari və Muslim'in "Səhih"lərində), əbu Hureyrə'dən, Nəbi (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu (rəvayət edilir):

"Allah, izarını təkəbbürlə sürüyən kimsəyə, qiyamət günü nəzər etməz." (Buxari, hədis no: 5788; Muslim, hədis no: 2087)

 

وَفِي الْبُخَارِيِّ عَنِ النَّبِيِّ ﷺ قَالَ: «مَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ مِنَ الْإِزَارِ فِي النَّارِ».

Buxari'də, Nəbi (sallallahu aleyhi və səlləm)'in (belə) buyurduğu (belə rəvayət edilir):

"İzarın iki topuqdan aşağıda olan hissəsi, oddadır." (Buxari, hədis no: 5788)

 

وَفِي «سُنَنِ أَبِي دَاوُدَ»: بِإِسْنَادٍ صَحِيحٍ، عَنْ أَبِي سَعِيدٍ، عَنِ النَّبِيِّ ﷺ: «إِزْرَةُ الْمُسْلِمِ إِلَى نِصْفِ السَّاقِ، وَلَا حَرَجَ أَوْ لَا جُنَاحَ فِيمَا بَيْنَهُ وَبَيْنَ الْكَعْبَيْنِ، مَا كَانَ أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ فَهُوَ فِي النَّارِ».

əbu Davud'un "Sünən"ində, səhih bir isnadla, əbu Səid'dən, Nəbi (sallallahu aleyhi və səlləm)'in (belə) buyurduğu (rəvayət edilir):

"Müsəlmanın izarı, baldırın yarısına qədərdir. Bununla 2 topuq arasında olan (qisim)'də, bir çətinlik və günah yoxdur. İki topuqdan aşağı olan şey, oddadır." (əbu Davud, "Sünən", hədis no: 4093)

 

وَفِي «سُنَنِ أَبِي دَاوُدَ»: بِإِسْنَادٍ صَحِيحٍ عَلَى شَرْطِ الشَّيْخَيْنِ، عَنْ أَبِي هُرَيْرَةَ: أَنَّ رَسُولَ اللَّهِ ﷺ رَأَى رَجُلًا يُصَلِّي مُسْبِلًا إِزَارَهُ، فَأَمَرَهُ أَنْ يَنْصَرِفَ وَيَتَوَضَّأَ، وَقَالَ: «إِنَّهُ كَانَ يُصَلِّي مُسْبِلًا إِزَارَهُ، وَإِنَّ اللَّهَ لَا يَقْبَلُ صَلَاةَ رَجُلٍ مُسْبِلٍ».

(Yenə), əbu Davud'un "Sünən"ində, Şeyxeyn'in şərti üzərə olan səhih bir isnadla, əbu Hureyrə'dən, (belə rəvayət edilir):

Allah rəsulu (sallallahu aleyhi və səlləm), izarını aşağı salmış halda namaz qılan bir kişi gördü. Ona, ayrılmasını və dəstəmaz almasını əmr etdi və (belə) buyurdu:

"Şübhəsiz, o, izarını aşağı salmış halda namaz qılırdı. Və şübhəsiz, Allah, (paltarını) aşağı salmış kişinin namazını qəbul etməz." (əbu Davud, hədis no: 638) (haşiyə)

------------------------

(Haşiyə:

• İmam Münavi, "Feydu'l-Qadir şərh-u Camii's-Sağir" adlı əsərində (bax: 2-ci cild, s. 274-275; hədis no: 1827), belə deyir:

«أَيْ لَا يُثِيبُ رَجُلًا عَلَى صَلَاةٍ أَرْخَى فِيهَا إِزَارَهُ اخْتِيَالًا وَعُجْبًا وَإِنْ كَانَتْ صَحِيحَةً»

Yəni: bir kişiyə, izarını namazda təkəbbür və ucb (lovğalıq) səbəbilə aşağı saldığı üçün namazına savab verməz. (Hətta, namazı) doğru olsa belə...

 

• Digər bir izah, belədir:

وَقَالَ الطِّيبيُّ: لَعَلَّ السِّرَّ فِي أَمْرِهِ بِالتَّوَضِّي وَهُوَ طَاهِرٌ أَنْ يَتَفَكَّرَ الرَّجُلُ فِي سَبَبِ ذَلِكَ الْأَمْرِ فَيَقِفَ عَلَى شَنَاعَةِ مَا ارْتَكَبَهُ، وَأَنَّ اللَّهَ تَعَالَى بِبَرَكَةِ أَمْرِ رَسُولِ اللَّهِ ﷺ بِطَهَارَةِ الظَّاهِرِ يُطَهِّرُ بَاطِنَهُ مِنَ التَّكَبُّرِ وَالْخُيَلَاءِ، لِأَنَّ الطَّهَارَةَ الظَّاهِرَةَ مُؤَثِّرَةٌ فِي طَهَارَةِ الْبَاطِنِ.

Tibi dedi:

O tahir (təmiz, dəstəmazlı) olduğu halda, ona dəstəmaz almasını əmr etməsinin sirri, ola bilsin ki, adam, o əmrin səbəbi haqqında düşünsün və işlədiyi şeyin çirkinliyini dərk etsin deyə (idi). Şübhəsiz, Allah Taala, Rəsul (sallallahu aleyhi və səlləm)'in zahiri təmizliyə dair əmri sayəsində, batinini də təkəbbür və lovğalıqdan təmizləyir. Çünki, zahiri təharət (təmizlik), batini təharətdə müəssirdir.

(Əzimabadi, "Avnu'l-Mə'bud şərh-u Sünən-i əbi Davud")

------------------------

وَالْأَحَادِيثُ فِي ذَلِكَ كَثِيرَةٌ،

Onun haqqında, çoxlu hədislər vardır.

وَالْإِسْبَالُ فِي الْعِمَامَةِ،

İsbal (aşağı salmaq), əmmamədə (də) olur.

وَهُوَ إِرْسَالُ طَرَفِهَا إِرْسَالًا فَاحِشًا كَإِسْبَالِ أَثْوَابٍ، لِحَدِيثِ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا،

ibn Ömər (radiyallahu anhuma) hədisinə əsasən, o, -paltarların isbalı kimi- onun ucunu həddindən artıq aşağı salmaqdır.

عَنِ النَّبِيِّ ﷺ قَالَ: «الْإِسْبَالُ فِي الْإِزَارِ وَالْقَمِيصِ وَالْعِمَامَةِ، مَنْ جَرَّ شَيْئًا خُيَلَاءَ لَمْ يَنْظُرِ اللَّهُ إِلَيْهِ يَوْمَ الْقِيَامَةِ».

Nəbi (sallallahu aleyhi və səlləm)'dən, (belə) buyurduğu (rəvayət edilir):

"İsbal, izarda, köynəkdə və əmmamədədir. Kim, təkəbbürlə bir şeyi sürüyərsə, qiyamət günü, Allah ona nəzər etməz."

رَوَاهُ أَبُو دَاوُدَ وَالنَّسَائِيُّ بِإِسْنَادٍ صَحِيحٍ، كَذَا فِي «شَرْحِ الْمُهَذَّبِ»

~ əbu Davud (hədis no: 4094);

~ Nəsai (hədis no: 5334)

səhih bir isnadla rəvayət etmişlərdir.

(Nəvəvi)'nin "Şərhu'l-Mühəzzəb"ində (4-cü cild, s. 338) də belədir.

قُلْتُ: قَدْ رَوَى الطَّبَرَانِيُّ بِإِسْنَادٍ حَسَنٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ: أَنَّهُ عَمَّمَ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ، فَأَرْسَلَ مِنْ خَلْفِهِ أَرْبَعَ أَصَابِعَ أَوْ نَحْوَهَا، ثُمَّ قَالَ: هَكَذَا يَا ابْنَ عَوْفٍ! فَاعْتَمَّ، فَإِنَّهُ أَعْرَبُ وَأَحْسَنُ.

 

Deyirəm:

Həqiqətən, Taberani, həsən bir isnadla, Abdullah b. Ömər'dən (belə) rəvayət edir:

O (yəni, Abdullah b. Ömər), Abdu'r-Rahmən b. Avf'a əmmamə bağladı və onun arxasından, 4 barmaq və ya bir o qədər salladı. Sonra, (belə) dedi:

"(Bax) belə, ey ibn Avf! Əmmama bağla! Şübhəsiz o, ərəb(lərin adəti)'nə (daha uyğun) və daha gözəldir." (Taberani, "əl-Mu'cəmu'l-Əvsat", hədis no: 4668)

 

الْحَدِيثُ، وَفِيهِ أَيْضًا عَنْ ابْنِ عُمَرَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: «عَلَيْكُمْ بِالْعَمَائِمِ، فَإِنَّهَا سِيمَا الْمَلَائِكَةِ، وَأَرْخُوهَا خَلْفَ ظُهُورِكُمْ». رَوَاهُ الطَّبَرَانِيُّ.

Bunun haqqında, həmçinin, ibn Ömər'dən (də rəvayət) vardır. O, deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), (belə buyurmuşdur):

"Əmmamələr, sizə vacibdir. Şübhəsiz, o, mələklərin əlamətidir. Onu, belinizin arxasına doğru sallayın."

Taberani ("əl-Mu'cəmu'l-Kəbir", hədis no: 13418) rəvayət etmişdir.

 

وَفِيهِ عِيسَى بْنُ يُونُسَ،

Bunun (sənədin)'də, İsa b. Yunus (adlı bir şəxs) vardır.

قَالَ الدَّارَقُطْنِيُّ: مَجْهُولٌ.

Daraqutni, (onun haqqında, belə) deyir:

"O, məchuldur."

وَذَكَرَ الذَّهَبِيُّ هَذَا الْحَدِيثَ فِي تَرْجَمَةِ يَحْيَى بْنِ عُثْمَانَ بْنِ صَالِحٍ الْمُقْرِئِ شَيْخِ الطَّبَرَانِيِّ،

Zəhəbi, bu hədisi, Taberani'nin şeyxi, muqri (qiraətçi) olan Yəhya b. Osman b. Saleh'in tərcüme-i halında zikr etmişdir.

وَمَعَ ذَلِكَ فَقَدْ وَثَّقَهُ. اهـ.

Bununla bərabər, o (yəni, Zəhəbi), onu təvsiq etmiş (yəni, siqa saymış)'dır. Son!

(Təhanəvi, "İlau's-Sünən", 16-cı cild, s. 467-469)

---------------------

---------------------

-----------------------

-----------------------

٢ - بابُ مَنْ جَرَّ إزارَهُ مِنْ غَيْرِ خُيَلَاءَ

2. Təkəbbür olmadığı halda izarını sürüyən kimsə (haqqında) bir bab:

أَي: هَذَا بَابٌ فِي بَيَانِ حُكْمِ مَنْ جَرَّ إِزَارَهُ مِنْ غَيْرِ قَصْدِ التَّخَيُّلِ

Yəni: bu, izarını təkəbbür məqsədi olmadan sürüyən kimsənin hökmünün bəyanı haqqında bir babdır.

فَإِنَّهُ لَا بَأْسَ بِهِ مِنْ غَيْرِ كَرَاهَةٍ

Və şübhəsiz o (yəni, təkəbbürsüz paltarı topuqdan aşağı salmaq)'da, kərahət olmadan heç bir beis yoxdur.

وَكَذَلِكَ يَجُوزُ لِدَفْعِ ضَرَرٍ يَحْصُلُ لَهُ كَأَنْ يَكُونَ تَحْتَ كَعْبَيْهِ جِرَاحٌ أَوْ حِكَّةٌ أَوْ نَحْوُ ذَلِكَ

Və yenə, topuqlarının altında yara, qaşıntı və buna bənzər şeylər olarsa, ona (yəni, insana) hasil olan zərəri dəf etmək üçün (belə etməsi), caizdir.

إِنْ لَمْ يُغَطِّهَا تُؤْذِيهِ الْهَوَامُّ كَالذُّبَابِ وَنَحْوِهِ بِالْجُلُوسِ عَلَيْهَا

Əgər onları (yəni, topuqları) örtməsə, -milçək və buna bənzər- həşəratlar, onların üzərinə qonmaqla ona əziyyət verərsə,

وَلَا يَجِدُ مَا يَسْتُرُهَا بِهِ إِلَّا إِزَارَهُ أَوْ رِدَاءَهُ أَوْ قَمِيصَهُ

Və onları örtmək üçün də, izarından, ridasından və ya köynəyindən başqa bir şey tapa bilmirsə...

وَهَذَا كَمَا يَجُوزُ كَشْفُ الْعَوْرَةِ لِلتَّدَاوِي وَغَيْرِ ذَلِكَ مِنَ الْأَسْبَابِ الْمُبِيحَةِ لِلتَّرَخُّصِ

Bu, -müalicə və ruxsatı mübah qılan bundan (yəni, müalicədən) başqa səbəblər üçün - övrət yerini açmağın caiz olması kimidir.

وَقَالَ شَيْخُنَا زَيْنُ الدِّينِ وَأَمَّا جَوَازُهُ لِغَيْرِ ضَرُورَةٍ لَا لِقَصْدِ الْخُيَلَاءِ

فَقَالَ النَّوَوِيُّ: إِنَّهُ مَكْرُوهٌ وَلَيْسَ بِحَرَامٍ وَحُكِيَ عَنْ نَصِّ الشَّافِعِيِّ رَضِيَ اللَّهُ عَنْهُ التَّفْرِقَةُ بَيْنَ وُجُودِ الْخُيَلَاءِ وَعَدَمِهِ

Şeyximiz Zeynuddin, (belə) deyir:

Amma, (bunun), təkəbbürlük qəsdi olmadan (və) zərurətsiz caiz olmasına gəlincə, Nəvəvi dedi:

"O, məkruhdur; haram deyil. Şafi (radiyallahu anh)'ın nassı (açıq hökmü)'ndən, təkəbbürün mövcudluğu və yoxluğu arasında bir fərq qoyduğu nəql edilmişdir."

وَهَذِهِ التَّرْجَمَةُ سَقَطَتْ لِابْنِ بَطَّالٍ رَحِمَهُ اللَّهُ

Bu bab başlığı isə, ibn Battal (rahiməhullah)'ın (əsərində) düşmüşdür (yəni, yer almamışdır).

(Bədruddin əl-Ayni əl-Hənəfi, "Umdətu'l-Qari şərh-u Sahihi'l-Buxari", 21-ci cild, s. 295)

https://shamela.ws/book/5756/6494?utm_

------------------------

------------------------

------------------------

Məzhəbimizin ən böyük fiqh kitablarından biri olan "əl-Fətəva əl-Hindiyyə fi məzhəbi'l-imami'l-azam əbi Hənifə ən-Nu'man" adlı əsərdə (5-cild, s. 333) isə,

Təkəbbür qəsdi olmadan paltarı topuqdan aşağı salmaq haqqındakı hökm, belə qeyd edilir:

تَقْصِيرُ الثِّيَابِ سُنَّةٌ

Paltarı qısaltmaq, sünnətdir.

وَإِسْبَالُ الْإِزَارِ وَالْقَمِيصِ بِدْعَةٌ

İzarı, köynəyi aşağı salmaq (və ya uzatmaq), bidətdir.

يَنْبَغِي أَنْ يَكُونَ الْإِزَارُ فَوْقَ الْكَعْبَيْنِ إلَى نِصْفِ السَّاقِ

İzarın, topuqların fövqündə, baldırın yarısına qədər olması, münasibdir.

وَهَذَا فِي حَقِّ الرِّجَالِ،

Bu, kişilərin haqqıdır.

وَأَمَّا النِّسَاءُ فَيُرْخِينَ إزَارَهُنَّ أَسْفَلَ مِنْ إزَارِ الرِّجَالِ لِيَسْتُرَ ظَهْرَ قَدَمِهِنَّ.

Amma qadınlara gəldikdə isə, onlar, izarlarını, kişilərin izarından daha aşağı salarlar ki, ayaqlarının üstünü örtsün.

إسْبَالُ الرَّجُلِ إزَارَهُ أَسْفَلَ مِنْ الْكَعْبَيْنِ إنْ لَمْ يَكُنْ لِلْخُيَلَاءِ فَفِيهِ كَرَاهَةُ تَنْزِيهٍ،

Kişilərin, öz izarlarını, topuqlardan aşağı salması, əgər təkəbbürlük üçün olmursa, onda, tənzihi kərahət vardır.

كَذَا فِي الْغَرَائِبِ.

"Ğaraib"də də belədir.

https://shamela.ws/book/21640/2568?fbclid=IwY2xjawUSf4NwZG9mBWV4dG4DYWVt...

Read 7 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR