Tövbə surəsi 30-cu ayənin təfsiri
وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ
• Və qaləti'l-yəhud Uzeyr ibnullah
=
Yəhudilər: "Üzeyr, Allahın oğludur." dedilər.
وَقَالَتِ ٱلنَّصَـٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ
• Və qaləti'n-nasara əl-Məsihu ibnullah
=
Nasara (xristiyanlar): "Məsih, Allahın oğludur." dedilər.
ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ
• Zəlikə qavluhum bi əfvəhihim
=
O, onların ağızları ilə söylədikləri sözləridir.
يُضَـٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ
• Yudahiunə qavlə əlləzinə kəfəru min qablu
=
(Özlərindən) əvvəl inkar edənlərin sözünə bənzədirlər.
قَـٰتَلَهُمُ ٱللَّهُ ۚ
• Qatələhumullah
=
Allah, onları öldürsün.
أَنَّىٰ يُؤْفَكُونَ
• Ənnə yu'fəkun
=
Onlar, (haqdan) necə döndərilirlər?! (Tövbə/30)
------------------------------
Təfsiri:
✓ "Yəhudilər: 'Üzeyr, Allahın oğludur.' dedilər."
Bu, xüsusi məna ifadə etdiyi halda; ümumi olaraq varid olmuş bir ləfzdir. Çünki, bu sözü, bütün yəhudilər deməzlər. Bu da, Allah Taala'nın: "İnsanlar, onlara… dediklərində..." (Al-i İmran/173) sözünə bənzəyir. Halbuki, bu sözləri, bütün insanlar deməmişdilər.
Belə də açıqlanmışdır:
Yəhudilərdən, söylədikləri nəql edilən bu sözü söyləyənlər:
~ Salam b. Mişkəm;
~ Numan b. əbi Əvfa;
~ Şas b. Qays; və
~ Malik b. əs-Sayf'dır.
Onlar, bu sözlərini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə söyləmişdilər.
ən-Nəqqaş deyir:
“İndi, bu iddiada olan bir yəhudi, qalmamışdır. Onlar, keçib-getdilər.”
Hər hansı bir şəxs, bir toplum arasında belə bir söz söyləyəcək olsa, bu sözün çirkinliyi, o sözü söyləyənin onların arasındakı əhəmiyyəti səbəbilə, bütün toplumu bağlayıcı olur. Hər zaman üçün, (toplumun) iləri gələnlərinin söylədikləri sözlər, insanlar arasında dinlənər və dəlil deyə göstərilər. Bu cəhətdən də, bir topluluğun, iləri gələn, ağlı başında qəbul etdikləri kimsələrin söylədiyi sözü söyləməsi, təkrarlaması, uyğun görülməkdədir. Allah, ən doğrusunu bilir...
Rəvayət edildiyinə görə, bu sözün səbəbi, budur:
Yəhudilər, Musa (əleyhissəlam)'dan sonra, peyğəmbərləri öldürdülər. Allah da, aralarından Tövrat'ı qaldırdı və qəlblərindən sildi. Üzeyr də, yer üzündə səyahət etmək üzərə, yurdundan çıxdı. Cəbrail Onun yanına gələrək: "Hara gedirsən?" (deyə) soruşdu. O da: "Elm təhsil etmək istəyirəm." deyincə, Cəbrail, Ona, bütün Tövrat'ı öyrətdi. Üzeyr, Tövrat ilə İsrail oğullarının yanına gəldi və onlara Tövratı öyrətdi.
Uca Allah'ın, Tövratı, Üzeyrə, bir ikram və lütf olmaq üzərə əzbərlətdiyi də deyilmişdir. O, İsrail oğullarına: "Allah, mənə, Tövrat'ı öyrətdi." deyincə, Ondan, Tövrat'ı öyrənməyə başladılar. Tövrat isə, dəfn edilmişdi. (Onların) alimləri, Tövrat'ı, fitnə, sürgün və xəstəlik kimi Buxtnassar'ın onları öldürməsi kimi bir çox müsibətlərlə qarşı-qarşıya qalmaları sırasında basdırmışdılar. Daha sonra, basdırılan Tövrat tapılınca, bəhsi keçən Tövrat'ın, Üzeyr'in oxuduğu Tövrat'da olduğu görüldü. Bax, bu səfər də, azdılar və belə dedilər:
"Şübhəsiz ki, belə bir şey, Üzeyr'ə, o, ancaq, Allahın oğlu olduğu üçün verilmiş və mümkün ola bilmişdir."
Bunu, Tabəri nəql etməkdədir.
------------------------
✓ "Nasara (xristiyanlar): 'Məsih, Allahın oğludur.' dedilər."
Sözün zahirindən anlaşıldığına görə, onlar, bu sözlərilə, -ərəblərin, mələklər haqqında söylədikləri kimi- soydan gələn bir oğulluğu qəsd etdikləridir.
Eyni şəkildə, Dahhak, Tabəri və digərlərinin açıqlamaları da, bunu gərəkdirməkdədir.
Belə bir iddia, küfrün ən çirkin şəklidir.
əbu'l-Məali deyir:
"Xristiyanlar, Məsih'in, bir ilah olduğunu; və Onun, bir ilahın oğlu olduğunu, ittifaqla qəbul etmişlərdir."
ibn Atiyyə deyir:
Deyildiyinə görə, onlardan bəziləri, Məsih'in oğul olmasının, bir şəfqət və mərhəmət oğulluğu (yəni, bu mənada bir oğulluq) olduğuna inanmaqdadırlar.
Belə bir mənaya da, hər hansı bir şəkildə "oğulluq" təbirinin istifadə edilməsi, halal ola bilməz və bu da, küfrdür.
[Başqasının küfrü gərəkdirən söz və görüşlərini nəql etmək]
(əbu Bəkr) ibnu'l-Arabi (əl-Maliki), (belə) deyir:
Bu ayə, şanı uca olan Rəbbimizin ilahi sözündən, bir kimsənin, ibtidaən (öncədən, ilk başdan) söyləməsi caiz olmayan və başqasına aid küfr sözünü xəbər verməsində, özü üçün bir günah olmadığının dəlilidir. Çünki, bu sözü:
~ belə bir şeyi çox böyük bir iddia olaraq gördüyü; və
~ rədd etmək
qəsdilə ifadə etmişdir.
Rəbbimiz, istəsə, əlbəttə, kimsə bu sözü söyləyə bilməz. Uca Allah, insanların, belə bir sözü söyləmələrinə imkan verdiyinə görə, qəlbən və dil ilə onu inkar etmək; dəlil ilə də rədd etmək qəsdi, belə sözlərin söylənildiyinin xəbər verilməsinə icazə verilmiş deməkdir.
--------------------------
"O, onların ağızları ilə söylədikləri sözləridir."
Bunun (yəni, "ağızları ilə" ifadəsinin gəlməsi), təkid mənasında olduğu deyilmişdir. Allah Taala'nın, bu ayələrində olduğu kimi:
~ "Əllərilə kitabı yazıb..." (Bəqərə/79);
~ "İki qanadı ilə uçan hər bir quş..." (Ənam/38);
~ "Sura bir üfürüş üfürüləcəyində..." (Haqqa/13).
Bu ayələrin bənzəri (təkidlərin yer aldığı ayələr), çoxdur.
Mənanın belə olduğu da deyilmişdir:
Onların söylədikləri bu söz, məntiqsiz bir iddia və hər hansı açıqlayıcı bir dəlil və hüccəti olmayan bir söz olduğundan, yalnız ağızlarda doğru bir məna ehtiva etməyən mücərrəd bir iddia olduğundan dolayı, belə deyilmişdir. Çünki onlar, eyni zamanda, uca Allahın, bir xanımı olmadığını da qəbul etməkdədirlər. Elə isə, Onun övladı olduğu, necə iləri sürülə bilər?! O halda, bu, yalnız dillərilə söylədikləri (yəni, qəlbən, əqlən demədikləri) yalan bir sözdür. Və onların bu sözləri, dəlillərlə dəstəklənən və ortaya qoyulan doğru sözlərin tam əksinədir.
"Məani'l-Quran"a dair əsər yazanlar, belə demişlərdir:
Uca Allah, əgər ağızlar və dillərlə bərabər bir söz söyləndiyini zikr edəcək olarsa, mütləq, o söz, yalan və böhtandır. Uca Allah'ın bu buyruğunda olduğu kimi:
~ "Onlar, qəlblərində olmayanı, ağızları ilə söyləyirlər." (Al-i İmran/167);
~ "Bu, ağızlarından çıxan nə böyük bir sözdür. Onlar, ancaq yalan danışırlar." (Kəhf/15);
~ "Onlar, qəlblərində olmayan şeyi, dillərilə söyləyirlər." (Fəth/11)
-----------------------
يُضَـٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ
"Yudahiunə qavlə əlləzinə kəfəru min qablu = (Özlərindən) əvvəl inkar edənlərin sözünə bənzədirlər."
"Yudahiunə = onlar bənzədirlər"
Ərəblərin, "imraətun dahyəu" ifadəsini: "ay halı olmayan; yaxud döşləri olmayan (yəni, südü olmayan) dişi" haqqında istifadə etmələri, o qadının, bu cəhətlə kişilərə bənzəməsindən dolayıdır.
"(Özlərindən) əvvəlki inkar edənlərin sözləri":
Alimlərin, bunun haqqında, 3 görüşləri vardır:
1. Bütpərəstlərin: "lat, uzza və digər üçüncüləri olan mənat" sözləridir.
2. Kafirlərin: "Mələklər, Allahın qızlarıdır." şəklindəki sözləridir.
3. Özlərindən əvvəl keçənlərin söylədikləri sözlər. Onlar, batildə, əvvəlkiləri təqlid etdilər və küfr yolunda onlara tabe oldular. Uca Allah'ın, özləri haqqında: "Biz, atalarımızı, bu yolda gördük." (Zuxruf/22) ayəsilə, onlara dair verdiyi xəbərdə olduğu kimi.
-------------------------
[Allah, onları öldürsün.]
Yəni: "Allah, onlara lənət etsin." deməkdir. Bununla da, yəhudi və xristiyanları qəsd etməkdədir. Lənəti ifadə etmək üçün qəhr etmək (mənası verilən: "Allah, onları öldürsün.") ifadəsinin istifadə edilməsi: "lənətə düçar olanın, (mənən) öldürülmüş kimsə kimi olması"ndan dolayıdır.
ibn Cureyc, deyir:
"Allah, onları öldürsün." sözü, təəccüb mənasındadır.
ibn Abbas isə, belə deyir:
"Quranda 'qətl' (öldürmək) deyə keçən hər bir ifadə, 'lənətləmək' mənasındadır."
(əbu Abdullah əl-Qurtubi əl-Maliki əl-Əşari, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
------------------------
------------------------
------------------------
وَفِي الْآيَةِ مَسَائِلُ:
Ayədə, (bir neçə) məsələ vardır:
الْمَسْأَلَةُ الْأُولَى:
✓ Birinci məsələ:
اعْلَمْ أَنَّهُ تَعَالَى لَمَّا حَكَمَ فِي الْآيَةِ الْمُتَقَدِّمَةِ عَلَى الْيَهُودِ وَالنَّصَارَى بِأَنَّهُمْ لَا يُؤْمِنُونَ بِاللَّهِ،
Bil ki, şübhəsiz, Allah Taala, nə zamanki, əvvəlki ayədə, yəhudi və nasaranın, Allaha iman etmədiklərinə hökm etdi...
شَرَحَ ذَلِكَ فِي هَذِهِ الْآيَةِ،
Onu (yəni, o hökmü), bu ayədə şərh etdi (açıqladı).
وَذَلِكَ بِأَنْ نَقَلَ عَنْهُمْ أَنَّهُمْ أَثْبَتُوا لِلَّهِ ابْنًا،
Bu da, onların, Allah üçün oğul isbat etdiklərini nəql etməklə oldu.
وَمَنْ جَوَّزَ ذَلِكَ فِي حَقِّ الْإِلَهِ فَهُوَ فِي الْحَقِيقَةِ قَدْ أَنْكَرَ الْإِلَهَ،
Kim, onu (yəni, Allah haqqında oğulu) Allah haqqında caiz görərsə, o, həqiqətdə, Allahı inkar etmişdir.
وَأَيْضًا بَيَّنَ تَعَالَى أَنَّهُمْ بِمَنْزِلَةِ الْمُشْرِكِينَ فِي الشِّرْكِ،
Həmçinin, (Allah) Taala, onların, şirkdə, müşriklərin mənziləsində olduğunu bəyan etdi.
وَإِنْ كَانَتْ طُرُقُ الْقَوْلِ بِالشِّرْكِ مُخْتَلِفَةً، إِذْ لَا فَرْقَ بَيْنَ مَنْ يَعْبُدُ الصَّنَمَ وَبَيْنَ مَنْ يَعْبُدُ الْمَسِيحَ وَغَيْرَهُ؛
Şirki söyləmək (və ya inanmaq) yolları müxtəlif olsa da, bütə ibadət edənlə, Məsih və başqasına ibadət edən arasında, bir fərq yoxdur.
لِأَنَّهُ لَا مَعْنَى لِلشِّرْكِ إِلَّا أَنْ يَتَّخِذَ الْإِنْسَانُ مَعَ اللَّهِ مَعْبُودًا،
Çünki, şirkin, insanın, Allahla bərabər mə'bud qəbul etməsindən başqa mənası yoxdur.
فَإِذَا حَصَلَ هَذَا الْمَعْنَى فَقَدْ حَصَلَ الشِّرْكُ،
Bu məna hasil olduğunda, şirk (də) hasil olur.
بَلْ أَنَا لَوْ تَأَمَّلْنَا لَعَلِمْنَا أَنَّ كُفْرَ عَابِدِ الْوَثَنِ أَخَفُّ مِنْ كُفْرِ النَّصَارَى؛
Hətta, əgər diqqətlicə düşünsək, bütə ibadət edənin küfrünün, nasaranın küfründən daha xəfif olduğunu, mütləq bilərdik.
لِأَنَّ عَابِدَ الْوَثَنِ لَا يَقُولُ:
Çünki, bütə ibadət edən, (belə) demir:
إِنَّ هَذَا الْوَثَنَ خَالِقُ الْعَالَمِ وَإِلَهُ الْعَالَمِ،
"Şübhəsiz, bu büt, aləmin xaliq'idir və aləmin ilahıdır."
بَلْ يُجْرِيهِ مَجْرَى الشَّيْءِ الَّذِي يَتَوَسَّلُ بِهِ إِلَى طَاعَةِ اللَّهِ.
Əksinə, onu, Allaha itaətə onunla təvəssül edilən bir şey hökmündə görür.
أَمَّا النَّصَارَى فَإِنَّهُمْ يُثْبِتُونَ الْحُلُولَ وَالِاتِّحَادَ،
Amma nasara, hulul (yəni, Allahın bir şeyin içinə daxil olması) və ittihad (yəni, Allahın bir şeylə bütünləşməsi)ni isbat (yəni, qəbul) edirlər.
وَذَلِكَ كُفْرٌ قَبِيحٌ جِدًّا،
O isə, çox qəbih (çirkin) bir küfrdür.
فَثَبَتَ أَنَّهُ لَا فَرْقَ بَيْنَ هَؤُلَاءِ الْحُلُولِيَّةِ وَبَيْنَ سَائِرِ الْمُشْرِكِينَ،
Beləliklə, bu hululiyyə (yəni, nasara) ilə sair müşriklər arasında bir fərq olmadığı, sabit oldu.
وَأَنَّهُمْ إِنَّمَا خَصَّهُمْ بِقَبُولِ الْجِزْيَةِ مِنْهُمْ؛ لِأَنَّهُمْ فِي الظَّاهِرِ أَلْصَقُوا أَنْفُسَهُمْ بِمُوسَى وَعِيسَى,
Onları, onlardan cizyə qəbul etməklə ayırması da, zahirdə, onların, özlərini, Musa və İsa'ya birləşdirməsindən dolayıdır.
وَادَّعَوْا أَنَّهُمْ يَعْمَلُونَ بِالتَّوْرَاةِ وَالْإِنْجِيلِ،
Və onlar, Tövrat və İncil ilə əməl etdiklərini iddia edirdilər.
فَلِأَجْلِ تَعْظِيمِ هَذَيْنِ الرَّسُولَيْنِ الْمُعَظَّمَيْنِ، وَتَعْظِيمِ كِتَابَيْهِمَا، وَتَعْظِيمِ أَسْلَافِ هَؤُلَاءِ الْيَهُودِ وَالنَّصَارَى بِسَبَبِ أَنَّهُمْ كَانُوا عَلَى الدِّينِ الْحَقِّ، حَكَمَ اللَّهُ تَعَالَى بِقَبُولِ الْجِزْيَةِ مِنْهُمْ،
~ Bu əzəmətli 2 rəsula;
~ Onların 2 kitabına;
~ Bu yəhudi və nasaranın, -haqq din üzərə olmaları səbəbilə- sələflərinə
təzim xətrinə, Allah Taala, onlardan cizyə qəbuluna hökm etmişdir.
وَإِلَّا فِي الْحَقِيقَةِ لَا فَرْقَ بَيْنَهُمْ وَبَيْنَ الْمُشْرِكِينَ.
Yoxsa, həqiqətdə, onlar və müşriklər arasında, bir fərq yoxdur.
الْمَسْأَلَةُ الثَّانِيَةُ: فِي قَوْلِهِ: {وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ} أَقْوَالٌ:
✓ İkinci məsələ:
Onun: "Yəhudilər dedilər: 'Üzeyr, Allahın oğludur." sözü.
(Bunda), görüşlər (vardır):
الْأَوَّلُ: قَالَ عُبَيْدُ بْنُ عُمَيْرٍ: إِنَّمَا قَالَ هَذَا الْقَوْلَ رَجُلٌ وَاحِدٌ مِنَ الْيَهُودِ اسْمُهُ فِنْحَاصُ بْنُ عَازُورَاءَ.
~ Birincisi:
Ubeyd b. Umeyr, (belə) deyir:
Bu sözü, yəhudilərdən, yalnız bir adam demişdir. Adı, Finhas b. Azura'dır.
الثَّانِي: قَالَ ابْنُ عَبَّاسٍ فِي رِوَايَةِ سَعِيدِ بْنِ جُبَيْرٍ وَعِكْرِمَةَ:
~ İkincisi:
Səid b. Cubeyr və İkrimə(dən) ibn Abbas(ın belə) dediyi (rəvayət edilir):
أَتَى جَمَاعَةٌ مِنَ الْيَهُودِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ،
Yəhudilərdən bir camaat, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldilər.
وَهُمْ: سَلَامُ بْنُ مِشْكَمٍ، وَالنُّعْمَانُ بْنُ أَوْفَى، وَمَالِكُ بْنُ الصَّيْفِ،
Onlar: Salam b. Mişkəm; Numan b. Əvfa; Malik b. əs-Sayf idilər.
وَقَالُوا: كَيْفَ نَتَّبِعُكَ وَقَدْ تَرَكْتَ قِبْلَتَنَا، وَلَا تَزْعُمُ أَنَّ عُزَيْرًا ابْنُ اللَّهِ،
Onlar, (belə) dedilər: "Sənə necə tabe olaq ki, qibləmizi tərk etmisən. Üzeyr'in, Allahın oğlu olduğunu da iddia etmirsən."
فَنَزَلَتْ هَذِهِ الْآيَةُ.
Beləliklə, bu ayə nazil oldu.
وَعَلَى هَذَيْنِ الْقَوْلَيْنِ فَالْقَائِلُونَ بِهَذَا الْمَذْهَبِ بَعْضُ الْيَهُودِ،
Bu 2 qövlə görə, bu məzhəbi (yəni, görüşü) deyənlər, yəhudilərdən bəziləridir.
إِلَّا أَنَّ اللَّهَ نَسَبَ ذَلِكَ الْقَوْلَ إِلَى الْيَهُودِ بِنَاءً عَلَى عَادَةِ الْعَرَبِ فِي إِيقَاعِ اسْمِ الْجَمَاعَةِ عَلَى الْوَاحِدِ،
Ancaq Allah, o qövlü, -ərəblərin, camaat adını bir nəfərə tətbiq etmək adətinə binaən- (bütün) yəhudilərə nisbət etdi.
يُقَالُ: فُلَانٌ يَرْكَبُ الْخَيْلَ،
(Belə) deyilir:
~ "Filankəs, atlara minir.”
وَلَعَلَّهُ لَمْ يَرْكَبْ إِلَّا وَاحِدًا مِنْهَا،
(Ancaq) ola bilsin ki, onlardan yalnız birinə minmişdir.
وَفُلَانٌ يُجَالِسُ السَّلَاطِينَ،
~ "Filankəs, sultanlarla oturur."
وَلَعَلَّهُ لَا يُجَالِسُ إِلَّا وَاحِدًا.
Ola bilsin ki, o, yalnız biri ilə oturur.
وَالْقَوْلُ الثَّالِثُ:
• Üçüncü görüş:
لَعَلَّ هَذَا الْمَذْهَبَ كَانَ فَاشِيًا فِيهِمْ ثُمَّ انْقَطَعَ،
Ola bilsin ki, bu məzhəb (yəni, görüş), onlarda yayğın idi; sonra kəsildi.
فَحَكَى اللَّهُ ذَلِكَ عَنْهُمْ،
Beləliklə də, Allah, onu, onlardan nəql etdi.
وَلَا عِبْرَةَ بِإِنْكَارِ الْيَهُودِ ذَلِكَ،
Yəhudilərin onu inkar etməsinə isə, etibar edilməz. (haşiyə)
-------------------
(Haşiyə:
Ayə nazil olduğunda və Peyğəmbər dövründə, bu ayə ilə bağlı, yəhudilərdən hər hansı bir etiraz varid olmamışdır. Əksinə, ibn Abbasın, yəhudilərin Peyğəmbərin yanına gəlib Üzeyri zikr etdikləri, yuxarıda keçmişdi. Bu da onu göstərir ki, belə bir hadisə (yəni, yəhudilərin, Üzeyri Allahın oğlu olaraq gördükləri fikri), yəhudilər arasında, nə vaxtsa cərəyan edib.
Bu izah, əbu Bəkr ər-Razi əl-Cəssas əl-Hənəfinin izahıdır.
-------------------
فَإِنَّ حِكَايَةَ اللَّهِ عَنْهُمْ أَصْدَقُ.
Şübhəsiz, Allahın, onlar haqqında (bunu) nəql etməsi, daha doğrudur.
وَالسَّبَبُ الَّذِي لِأَجْلِهِ قَالُوا هَذَا الْقَوْلَ مَا رَوَاهُ ابْنُ عَبَّاسٍ
Onların bu sözü demə səbəbi, ibn Abbas'ın, rəvayət etdiyi (bu şey)'dir:
أَنَّ الْيَهُودَ أَضَاعُوا التَّوْرَاةَ وَعَمِلُوا بِغَيْرِ الْحَقِّ،
Yəhudilər, Tövrat'ı itirdilər; və haqq olmayan ilə əməl etdilər.
فَأَنْسَاهُمُ اللَّهُ تَعَالَى التَّوْرَاةَ وَنَسَخَهَا مِنْ صُدُورِهِمْ،
Bundan dolayı da, Allah Taala, Tövratı onlara unutdurdu; və sinələrindən Onu sildi.
فَتَضَرَّعَ عُزَيْرٌ إِلَى اللَّهِ وَابْتَهَلَ إِلَيْهِ،
Sonra, Üzeyr, Allaha təzərru etdi (yalvardı) və Ona dua etdi.
فَعَادَ حِفْظُ التَّوْرَاةِ إِلَى قَلْبِهِ،
Bundan sonra, Tövrat'ın hifzi, onun qəlbinə geri qayıtdı.
فَأَنْذَرَ قَوْمَهُ بِهِ،
Sonra, Öz qövmünə, Onunla xəbər verdi.
فَلَمَّا جَرَّبُوهُ وَجَدُوهُ صَادِقًا فِيهِ،
Onu imtahan etdilər və bunda doğru olduğunu gördülər.
فَقَالُوا: مَا تَيَسَّرَ هَذَا لِعُزَيْرٍ إِلَّا أَنَّهُ ابْنُ اللَّهِ.
Sonra da, belə dedilər: "Bu, Üzeyrə, O, yalnız Allahın oğlu olduğuna görə müyəssər oldu."
وَقَالَ الْكَلْبِيُّ:
Kəlbi isə, (belə) deyir:
قَتَلَ بُخْتَنَصَّرُ عُلَمَاءَهُمْ،
"Buxtə'n-nassar, onların alimlərini öldürdü.
فَلَمْ يَبْقَ فِيهِمْ أَحَدٌ يَعْرِفُ التَّوْرَاةَ.
Onlarda, Tövratı bilən kimsə qalmadı."
وَقَالَ السُّدِّيُّ:
Süddi, (belə) deyir:
الْعَمَالِقَةُ قَتَلُوهُمْ،
"Amaliqa, onları öldürdü.
فَلَمْ يَبْقَ فِيهِمْ أَحَدٌ يَعْرِفُ التَّوْرَاةَ،
Onlarda, Tövratı bilən kimsə qalmadı."
فَهَذَا مَا قِيلَ فِي هَذَا الْبَابِ.
Beləliklə, bu babda deyilənlər, bundan ibarətdir.
وَأَمَّا حِكَايَةُ اللَّهِ عَنِ النَّصَارَى
Amma, nasara haqqındakı nəqlə gəlincə...
أَنَّهُمْ يَقُولُونَ: الْمَسِيحُ ابْنُ اللَّهِ،
Onlar: "Məsih, Allahın oğludur." deyirlər.
فَهِيَ ظَاهِرَةٌ،
Bu, zahirdir.
لَكِنْ فِيهَا إِشْكَالٌ قَوِيٌّ،
Lakin bunda, qüvvətli bir işkəl (problem) vardır.
وَهِيَ أَنَّا نَقْطَعُ أَنَّ الْمَسِيحَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ وَأَصْحَابَهُ كَانُوا مُبَرَّئِينَ مِنْ دَعْوَةِ النَّاسِ إِلَّا الْأُبُوَّةِ وَالْبُنُوَّةِ،
O da budur ki, biz, qətiyyətlə bilirik ki, Məsih (salavatullahi aleyhi) və Onun əshabı, insanları, "atalıq və oğulluğ"a dəvət etməkdən, bəri idilər.
فَإِنَّ هَذَا أَفْحَشُ أَنْوَاعِ الْكُفْرِ،
Şübhəsiz, bu, küfrün ən çirkin növüdür.
فَكَيْفَ يَلِيقُ بِأَكَابِرِ الْأَنْبِيَاءِ عَلَيْهِمُ السَّلَامُ؟
Nəbilər (aleyhimussəlam)'a, (belə bir şey), necə layiq olar?!
وَإِذَا كَانَ الْأَمْرُ كَذَلِكَ فَكَيْفَ يُعْقَلُ إِطْبَاقُ جُمْلَةِ مُحِبِّي عِيسَى مِنَ النَّصَارَى عَلَى هَذَا الْكُفْرِ،
İş belə olduğunda, nasara'dan İsanın bütün sevənlərinin bu küfr üzərə toplanmaları, necə əql edilə bilər?
وَمَنِ الَّذِي وَضَعَ هَذَا الْمَذْهَبَ الْفَاسِدَ،
Bu fasid məzhəbi (yəni, görüşü) qoyan (və ya ortaya çıxaran), kimdir?
وَكَيْفَ قَدَرَ عَلَى نِسْبَتِهِ إِلَى الْمَسِيحِ عَلَيْهِ السَّلَامُ؟
Və onun Məsih (əleyhissəlam)'a nisbətinə, necə qadir ola bilmişdir?
فَقَالَ الْمُفَسِّرُونَ فِي الْجَوَابِ عَنْ هَذَا السُّؤَالِ:
Müfəssirlər, bu sualın cavabı haqqında, (belə) demişlərdir:
أَنَّ أَتْبَاعَ عِيسَى عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ كَانُوا عَلَى الْحَقِّ بَعْدَ رَفْعِ عِيسَى حَتَّى وَقَعَ حَرْبٌ بَيْنَهُمْ وَبَيْنَ الْيَهُودِ،
Şübhəsiz, İsa (aleyhi's-salatu və's-sələm)'ə tabe olanlar, İsa, (göylərə) qaldırılandan sonra, -yəhudilərlə aralarında hərb vaqe olana qədər- haqq üzərə idilər.
وَكَانَ فِي الْيَهُودِ رَجُلٌ شُجَاعٌ يُقَالُ لَهُ بُولُسُ،
Yəhudilər arasında, adı Bulus (yəni, Pavlus və ya Pavel) adlı cəsur bir kişi var idi.
قَتَلَ جَمْعًا مِنْ أَصْحَابِ عِيسَى،
İsa'nın əshabından bir çoxunu öldürdü.
ثُمَّ قَالَ لِلْيَهُودِ:
Sonra o, yəhudilərə dedi:
إِنْ كَانَ الْحَقُّ مَعَ عِيسَى فَقَدْ كَفَرْنَا وَالنَّارُ مَصِيرُنَا، وَنَحْنُ مَغْبُونُونَ إِنْ دَخَلُوا الْجَنَّةَ وَدَخَلْنَا النَّارَ، وَإِنِّي أَحْتَالُ فَأُضِلُّهُمْ،
"Əgər haqq, İsa ilə bərabərdirsə, doğrusu biz, küfr etmişik və dönüş yerimiz də, atəşdir. Onlar cənnətə və biz də cəhənnəmə daxil olsaq, biz, ziyana uğramışlar (olarıq). Şübhəsiz mən, hiylə qurub onları azdıracam."
فَعُوقِبَ فَرَسُهُ،
Onun atı, cəzalandırıldı.
وَأَظْهَرَ النَّدَامَةَ مِمَّا كَانَ يَصْنَعُ،
Etdiyi şeylərə görə, peşmançılıq izhar etdi.
وَوَضَعَ عَلَى رَأْسِهِ التُّرَابَ، وَقَالَ:
Başına torpaq qoyub, (belə) dedi:
نُودِيتُ مِنَ السَّمَاءِ: لَيْسَ لَكَ تَوْبَةٌ إِلَّا أَنْ تَتَنَصَّرَ، وَقَدْ تُبْتُ،
"Mənə, səmadan, (belə) nida edildi: 'Sənin üçün, -xristiyan olmaqdan başqa- tövbə yoxdur.' Mən də, tövbə etdim."
فَأَدْخَلَهُ النَّصَارَى الْكَنِيسَةَ،
Nasara, onu, kilsəyə daxil etdilər.
وَمَكَثَ سَنَةً لَا يَخْرُجُ،
(Orda) 1 il qaldı və (ordan) çıxmadı.
وَتَعَلَّمَ الْإِنْجِيلَ،
İncili öyrəndi.
فَصَدَّقُوهُ وَأَحَبُّوهُ،
Beləliklə, onu təsdiqləyib sevdilər.
ثُمَّ مَضَى إِلَى بَيْتِ الْمَقْدِسِ،
Sonra, Beytu'l-Maqdis'ə getdi.
وَاسْتَخْلَفَ عَلَيْهِمْ رَجُلًا اسْمُهُ نَسْطُورُ،
• Və onlara, adı "Nustur" (Nestorius) olan bir kişini xəlifə təyin etdi.
وَعَلَّمَهُ أَنَّ عِيسَى وَمَرْيَمَ وَالْإِلَهَ كَانُوا ثَلَاثَةً،
Ona, İsa, Məryəm və İlahın, 3 olduğunu öyrətdi.
وَتَوَجَّهَ إِلَى الرُّومِ وَعَلَّمَهُمُ اللَّاهُوتَ وَالنَّاسُوتَ،
Rum'a (yəni, Romaya) yönəldi və onlara, "lahut" və "nasut"u öyrətdi.
وَقَالَ: مَا كَانَ عِيسَى إِنْسَانًا وَلَا جِسْمًا، وَلَكِنَّهُ اللَّهُ،
Dedi: "İsa, nə insan, nə də cisim deyildi. Lakin o, Allah idi."
وَعَلَّمَ رَجُلًا آخَرَ يُقَالُ لَهُ يَعْقُوبُ ذَلِكَ،
• Bunu, Adı "Yaqub" (Yakob) olan başqa bir kişiyə öyrətdi.
ثُمَّ دَعَا رَجُلًا يُقَالُ لَهُ مَلْكًا،
• Sonra, özünə "Məlik" (Melkit) deyilən bir kişini çağırdı.
فَقَالَ لَهُ: إِنَّ الْإِلَهَ لَمْ يَزَلْ وَلَا يَزَالُ عِيسَى،
Ona: "Şübhəsiz, ilah, 'ləm yəzəl / əzəldən bəri var olan' və 'lə yəzəl / əbədə qədər var olacaq, bitməyəcək' İsadır."
ثُمَّ دَعَا لِهَؤُلَاءِ الثَّلَاثَةِ،
Sonra, bu 3 nəfəri çağırdı.
وَقَالَ لِكُلِّ وَاحِدٍ مِنْهُمْ: أَنْتَ خَلِيفَتِي، فَادْعُ النَّاسَ إِلَى إِنْجِيلِكَ، وَلَقَدْ رَأَيْتُ عِيسَى فِي الْمَنَامِ وَرَضِيَ عَنِّي، وَإِنِّي غَدًا أَذْبَحُ نَفْسِي لِمَرْضَاةِ عِيسَى،
Onlardan hər birinə: "Sən, mənim xəlifəmsən. İnsanları, öz İncilinə çağır. Şübhəsiz mən, İsa'nı yuxumda gördüm; və O, məndən razı qaldı. Mən, sabah, İsanın rizası üçün, özümü qurban edəcəm."
ثُمَّ دَخَلَ الْمَذْبَحَ فَذَبَحَ نَفْسَهُ،
Sonra, məzbəh (kəsim yeri, qurbangah)'a girdi və özünü kəsdi.
ثُمَّ دَعَا كُلُّ وَاحِدٍ مِنْ هَؤُلَاءِ الثَّلَاثَةِ النَّاسَ إِلَى قَوْلِهِ وَمَذْهَبِهِ،
Sonra, bu üçündən hər biri, insanları, öz qövlü (görüşü) və məzhəbinə dəvət etdi.
فَهَذَا هُوَ السَّبَبُ فِي وُقُوعِ هَذَا الْكُفْرِ فِي طَوَائِفِ النَّصَارَى،
Beləliklə, Nasara tayfaları arasında bu küfrün vaqe olma səbəbi, bax budur.
هَذَا مَا حَكَاهُ الْوَاحِدِيُّ رَحِمَهُ اللَّهُ تَعَالَى.
Bu, Vahidi (rahiməhullah)'ın nəql etdikləridir.
وَالْأَقْرَبُ عِنْدِي أَنْ يُقَالَ: لَعَلَّهُ وَرَدَ لَفْظُ الِابْنِ فِي الْإِنْجِيلِ عَلَى سَبِيلِ التَّشْرِيفِ،
Mən (Razi)'yə görə, daha yaxın olanı, (belə) deyilməsidir:
Ola bilsin ki, İncil'də, "ibn/oğul" ləfzi, təşrif (İsanı şərəfləndirmə) yolu üzərə varid olub.
كَمَا وَرَدَ لَفْظُ الْخَلِيلِ فِي حَقِّ إِبْرَاهِيمَ عَلَى سَبِيلِ التَّشْرِيفِ،
Necə ki, İbrahim haqqındakı "xəlil/dost" ləfzi, təşrif yolu üzərə varid olubsa...
ثُمَّ إِنَّ الْقَوْمَ لِأَجْلِ عَدَاوَةِ الْيَهُودِ وَلِأَجْلِ أَنْ يُقَابِلُوا غُلُوَّهُمْ الْفَاسِدَ فِي أَحَدِ الطَّرَفَيْنِ بِغُلُوٍّ فَاسِدٍ فِي الطَّرَفِ الثَّانِي،
Sonra, (ola bilsin ki, həmin) qövm:
~ yəhudilərə ədavətləri səbəbilə; və
~ tərəflərdən birindəki fasid ğuluvv (ifratçılığa) qarşı, ikinci tərəfdə başqa bir fasid ğuluvla müqabilə etmək üçün
(belə etmişdi)...
فَبَالَغُوا وَفَسَّرُوا لَفْظَ الِابْنِ بِالْبُنُوَّةِ الْحَقِيقِيَّةِ،
Beləliklə, həddi aşdılar və "ibn/oğul" ləfzini, həqiqi oğulluq (deyə) açıqladılar.
وَالْجُهَّالُ قَبِلُوا ذَلِكَ،
Və cahillər də, onu qəbul etdilər.
وَفَشَا هَذَا الْمَذْهَبُ الْفَاسِدُ فِي أَتْبَاعِ عِيسَى عَلَيْهِ السَّلَامُ،
Beləliklə, bu fasid görüş, İsa (əleyhissəlam)'a tabe olanlar arasında, yayıldı.
وَاللَّهُ أَعْلَمُ بِحَقِيقَةِ الْحَالِ.
Halın həqiqətini, Allah daha yaxşı bilir...
----------------------
✓ Üçüncü məsələ:
Not: Dəyərli oxuyucu! Burda, imam Fəxrəddin ər-Razi, "Üzeyr" kəliməsinin erabı haqqında danışmaqdadır. Biz, bu qismi keçirik.
Ərəbcədəki "Üzeyr" kəliməsinə gəlincə, bu ləfz, yəhudilərdə "Ezra" deyə bilinməkdədir.
-----------------------
وَاعْلَمْ أَنَّهُ لَمَّا حَكَى عَنْهُمْ بِهَذِهِ الْحِكَايَةِ قَالَ:
Bil ki, (Allah), bu nəql ilə onlar haqqında xəbər verincə, (belə) buyurdu:
{ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ}.
"O, onların ağızları ilə söylədikləri sözləridir."
وَلِقَائِلٍ أَنْ يَقُولَ: إِنَّ كُلَّ قَوْلٍ إِنَّمَا يُقَالُ بِالْفَمِ، فَمَا مَعْنَى تَخْصِيصِهِمْ هَذَا الْقَوْلَ بِهَذِهِ الصِّفَةِ؟
Qailin (belə) deməsi (yəni, bir kimsə, deyə bilər): "Şübhəsiz, hər bir söz, ancaq ağızla deyilir. Elə isə, bu ("ağızları ilə") sözünün, bu sifətlə ona təxsisi (xas qılması)'nın mənası, nədir?"
وَالْجَوَابُ مِنْ وُجُوهٍ:
Cavab, bir neçə cəhətdəndir:
الْأَوَّلُ: أَنْ يُرَادَ بِهِ قَوْلٌ لَا يُعَضِّدُهُ بُرْهَانٌ،
• Birincisi: onunla murad edilən: "burhan (hüccət, dəlil) ilə dəstəklənməyən söz"dür.
فَمَا هُوَ إِلَّا لَفْظٌ يَفُوهُونَ بِهِ فَارِغٌ مِنْ مَعْنًى مُعْتَبَرٍ لَحِقَهُ،
O, onların ağızları ilə söylədikləri, ona aid olan mötəbər bir mənadan məhrum bir sözdən başqa bir şey deyildir.
وَالْحَاصِلُ أَنَّهُمْ قَالُوا بِاللِّسَانِ قَوْلًا،
Xülasə, onlar, dillərilə bir söz dedilər.
وَلَكِنْ لَمْ يَحْصُلْ عِنْدَ الْعَقْلِ مِنْ ذَلِكَ الْقَوْلِ أَثَرٌ؛
Lakin, ağıl nəzdində, o qövldən, bir əsər hasil olmadı.
لِأَنَّ إِثْبَاتَ الْوَلَدِ لِلْإِلَهِ، مَعَ أَنَّهُ مُنَزَّهٌ عَنِ الْحَاجَةِ وَالشَّهْوَةِ وَالْمُضَاجَعَةِ وَالْمُبَاضَعَةِ، قَوْلٌ بَاطِلٌ، لَيْسَ عِنْدَ الْعَقْلِ مِنْهُ أَثَرٌ.
Çünki, -baxmayaraq ki, (Allah), ehtiyacdan, şəhvətdən, qarşılıqlı yatmaq və cinsi münasibətdən münəzzəhdir- İlah üçün övlad isbat etmək, batil bir qövldür. Ağıl nəzdində, ondan bir əsər yoxdur.
وَنَظِيرُهُ قَوْلُهُ تَعَالَى:
Onun bir bənzəri, (Allah) Taala'nın (bu) sözüdür:
{يَقُولُونَ بِأَفْوَاهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ}.
"Qəlblərində olmayanı, ağızları ilə deyirlər." (Al-i İmran/167)
وَالثَّانِي: أَنَّ الْإِنْسَانَ قَدْ يَخْتَارُ مَذْهَبًا إِمَّا عَلَى سَبِيلِ الْكِنَايَةِ، وَإِمَّا عَلَى سَبِيلِ الرَّمْزِ وَالتَّعْرِيضِ،
• İkincisi: insan, bəzən, bir görüşü, kinayə, rəmz və tə'riz yolu ilə seçir.
فَإِذَا صَرَّحَ بِهِ وَذَكَرَهُ بِلِسَانِهِ، فَذَلِكَ هُوَ الْغَايَةُ فِي اخْتِيَارِهِ لِذَلِكَ الْمَذْهَبِ،
Onu açıqladığında və dililə zikr etdiyində, o, o görüşü ixtiyar etməsinin son həddi olur.
وَالنِّهَايَةُ فِي كَوْنِهِ ذَاهِبًا إِلَيْهِ قَائِلًا بِهِ.
Və onu (yəni, o görüşü) götürüb deyən olmasında, nəhayət (son hədd)'dir.
وَالْمُرَادُ هَهُنَا أَنَّهُمْ يُصَرِّحُونَ بِهَذَا الْمَذْهَبِ وَلَا يُخْفُونَهُ الْبَتَّةَ.
Burda murad: “onların, bu görüşü açıqlayıb əsla gizlətməmələri”dir.
وَالثَّالِثُ: أَنَّ الْمُرَادَ أَنَّهُمْ دَعَوُا الْخَلْقَ إِلَى هَذِهِ الْمَقَالَةِ حَتَّى وَقَعَتْ هَذِهِ الْمَقَالَةُ فِي الْأَفْوَاهِ وَالْأَلْسِنَةِ،
• Üçüncüsü: (burda) murad olunan: “onların, -bu görüş, ağızlar və dillərdə yayılana qədər- xalqı, bu görüşə çağırmaları”dır.
وَالْمُرَادُ مِنْهُ مُبَالَغَتُهُمْ فِي دَعْوَةِ الْخَلْقِ إِلَى الْمَذْهَبِ.
Və ondan murad: xalqı (o) görüşə dəvət etməkdə, mübaliğə (yəni, həddindən artıq səy göstərmələri)'dir.
-------------------------
ثُمَّ قَالَ تَعَالَى:
Sonra, (Allah) Taala, (belə) buyurdu:
{يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ}،
"Onlar, (özlərindən) əvvəlkilərin sözlərinə bənzədirlər."
وَفِيهِ مَسَائِلُ:
Bunda, bir neçə məsələ vardır:
الْمَسْأَلَةُ الْأُولَى: فِي تَفْسِيرِ هَذِهِ الْآيَةِ وُجُوهٌ:
• Birinci məsələ:
Bu ayənin təfsirində, bir neçə cəhət vardır. (Belə ki, onlardan):
الْأَوَّلُ: أَنَّ الْمُرَادَ أَنَّ هَذَا الْقَوْلَ مِنَ الْيَهُودِ وَالنَّصَارَى يُضَاهِي قَوْلَ الْمُشْرِكِينَ: الْمَلَائِكَةُ بَنَاتُ اللَّهِ.
~ Birincisi: (bununla) murad (olunan): "yəhudi və nasaranın bu sözü, müşriklərin: 'Mələklər, Allahın qızlarıdır.' sözünə bənzəyir." (deməkdir).
الثَّانِي: أَنَّ الضَّمِيرَ لِلنَّصَارَى، أَيْ قَوْلُهُمُ: الْمَسِيحُ ابْنُ اللَّهِ، يُضَاهِي قَوْلَ الْيَهُودِ: عُزَيْرٌ ابْنُ اللَّهِ؛ لِأَنَّهُمْ أَقْدَمُ مِنْهُمْ.
~ İkincisi: damir (yəni, "onlar" şəxs əvəzliyi), nasara üçündür. Yəni: onların (nasaranın): "İsa, Allahın oğludur." sözü, yəhudilərin: "Üzeyr, Allahın oğludur." sözünə bənzəyir. Çünki onlar (yəni, yəhudilər), onlardan (yəni, nasaradan) daha əvvəldirlər.
الثَّالِثُ: أَنَّ هَذَا الْقَوْلَ مِنَ النَّصَارَى يُضَاهِي قَوْلَ قُدَمَائِهِمْ، يَعْنِي أَنَّهُ كُفْرٌ قَدِيمٌ، فَهُوَ غَيْرُ مُسْتَحْدَثٍ.
~ Üçüncüsü: nasaranın bu qövlü, əvvəlkilərin sözünə bənzəyir. Yəni: o, qədim bir küfrdür və sonradan ortaya çıxmamışdır.
Not: Dəyərli oxuyucu! Daha sonra, imam, ayənin bu qismindəki bəzi sözlərin qiraət fərqlilikləri haqqında danışmaqdadır. Biz, bu qismi keçirik.
------------------------
ثُمَّ قَالَ تَعَالَى:
Sonra, (Allah) Taala, (belə) buyurdu:
{قَاتَلَهُمُ اللَّهُ أَنَّىٰ يُؤْفَكُونَ}،
"Allah, onları öldürsün. (Haqqdan) necə döndərilirlər."
أَيْ هُمْ أَحْقَاءُ بِأَنْ يُقَالَ لَهُمْ هَذَا الْقَوْلُ تَعَجُّبًا مِنْ بَشَاعَةِ قَوْلِهِمْ،
Yəni: -sözlərinin çirkinliyinə təəccüb olaraq- onlar, özlərinə bu sözün deyilməsinə layiqdirlər.
كَمَا يُقَالُ: الْقَوْمُ رَكِبُوا سَبُعًا، قَاتَلَهُمُ اللَّهُ مَا أَعْجَبَ فِعْلَهُمْ!
Necə ki: "Bir qövm, yırtıcı heyvana mindilər. Allah, onları öldürsün. Etdikləri nə təəccüb vericidir." deyilir...
{أَنَّىٰ يُؤْفَكُونَ}
Ənnə yu'fəkun.
Yəni:
"(Haqqdan) necə döndərilirlər."
الْإِفْكُ الصَّرْفُ،
"İfk": "döndərmək, çevirmək" deməkdir.
يُقَالُ: أُفِكَ الرَّجُلُ عَنِ الْخَيْرِ،
"Kişi, xeyirdən döndərildi." deyilir.
أَيْ قُلِبَ وَصُرِفَ،
Yəni: "çevrildi" və "döndərildi".
وَرَجُلٌ مَأْفُوكٌ، أَيْ مَصْرُوفٌ عَنِ الْخَيْرِ.
"Raculun mə'fukun" : yəni: "xeyirdən döndərilmiş".
فَقَوْلُهُ تَعَالَى: {أَنَّىٰ يُؤْفَكُونَ} مَعْنَاهُ:
Beləliklə, (Allah) Taala'nın: "(Haqqdan) necə döndərilirlər." sözünün mənası:
كَيْفَ يُصَدُّونَ وَيُصْرَفُونَ عَنِ الْحَقِّ بَعْدَ وُضُوحِ الدَّلِيلِ،
"Dəlil vazeh olduqdan sonra, haqqdan necə əngəllənir və döndərilirlər?" (deməkdir).
حَتَّى يَجْعَلُوا لِلَّهِ وَلَدًا!
Hətta, Allah üçün övlad qılırlar (yəni, isnad edirlər).
وَهَذَا التَّعَجُّبُ إِنَّمَا هُوَ رَاجِعٌ إِلَى الْخَلْقِ،
Və bu təəccüb, yalnız, məxluqlara racidir.
وَاللَّهُ تَعَالَى لَا يَتَعَجَّبُ مِنْ شَيْءٍ،
Allah Taala, bir şeydən təəccüblənməz.
وَلَكِنْ هَذَا الْخِطَابُ عَلَى عَادَةِ الْعَرَبِ فِي مُخَاطَبَاتِهِمْ،
Lakin bu xitab, ərəblərin (az aralarındakı) xitablarında olan adəti üzərədir.
وَاللَّهُ تَعَالَى عَجَّبَ نَبِيَّهُ مِنْ تَرْكِهِمُ الْحَقَّ وَإِصْرَارِهِمْ عَلَى الْبَاطِلِ.
Və Allah Taala, Öz nəbisinə, haqqı tərk etmələri və batil üzərə israrlarında, Öz təəccübünü bildirdi.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-------------------------
-------------------------
Əlavələr:
Tövbə/30-un, Tövbə/31 ilə münasibəti:
ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَـٰنَهُمْ أَرْبَابًا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَـٰهًا وَٰحِدًا ۖ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ سُبْحَـٰنَهُۥ عَمَّا يُشْرِكُونَ
"Onlar, Allahdan başqa, öz əhbarlarını (din alimlərini), rahiblərini və Məryəm oğlu Məsihi, rəbblər qəbul etdilər. (Halbuki), onlara, tək İlaha ibadət etmək əmr edilmişdi. Ondan başqa ilah, yoxdur. O, onların şərik qoşduqlarından münəzzəhdir." (Tövbə/31)
İmam Razi, Tövbə/31-in təfsirində, deyir:
Bu ayədə, Allah, onları, onların başqa bir şirki ilə də vəsf etdi. Ki, o da: onların, öz alimləri və rahiblərini, özləri üçün rəbb qılmalarıdır.
Razi'dən verdiyimiz nəqllər, burda bitir.
---------------------------
---------------------------
Ayədən çıxarılacaq nəticələr:
1. Allaha, doğru şəkildə etiqad edilməlidir.
2. Səhih etiqad, nəqli və əqli səhih dəlillər üzərinə qurulmalıdır. Keçmişin cəfəngləri üzərinə yox.
3. Kafirlərin küfr iddialarının zikr edilib, dəlillərilə cavablandırılması, caizdir.
4. Dəlillər açıqlandıqdan sonra haqqdan üz çevirmək, qınanmışdır.
5. Dindarlığı ilə tanınan şəxslər, ilahiləşdirilməməlidir.
